Məhkəmə qərarları › İş №1(011)-407/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-407/2022

26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-407/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Sigma” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə, təmiz çəkisi 0,970 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində daşımaqla, qanunsuz saxlamış, bu barədə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında, həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə, saat 10:00-da Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 92 ünvanında qanunsuz olaraq narkotik vasitələr əldə edib, saxlamada şübhəli şəxs qismində saxlanılıb, ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilərək, videoçəkilişdən istifadə edilməklə, üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,970 qram ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, psixotrop maddələri və narkotik vasitələri çəkmək yolu ilə qəbul edir. Həmin narkotik vasitə və psixotrop maddələri şəhərin müxtəlif yerlərindən, tanımadığı şəxslərdən alır. 31 may 2022-ci il tarixdə, axşam saatlarında psixotrop maddə əldə etməkdən ötrü, “Qara Qarayev” metrostansiyasının yaxınlığına getmişdir. Əvvəllər bir neçə dəfə oradan öz istifadəsi üçün psixotrop maddə əldə etdiyi üçün, yenidən həmin əraziyə yollanmışdır. Bir qədər gəzdikdən sonra, tanımadığı, lakin bədən quruluşundan narkotik vasitə istifadəçinə oxşatdığı bir nəfər şəxsə yaxınlaşaraq, psixotrop maddə metamfetamini haradan və kimdən əldə edə biləcəyi ilə maraqlanmışdır. Həmin şəxs isə üzərində nə qədər pul olması, habelə neçə qram çəkidə metamfetamin istədiyini soruşduqda, özünün istifadəsi üçün bir bir büküm metamfetamin istədiyini və bunun üçün üzərində 20 manat pul olduğunu demişdir. Həmin tanımadığı şəxs onu bir qədər gözlətdikdən sonra qayıdıb, ona bir ədəd sellofan bükümü verib, bükümün içərisində 1 qrama yaxın psixotrop maddə metamfetamin olduğunu demişdir. O da, bükümü açıb, içərisində həqiqətən də psixotrop maddə metamfetamin olduğuna əmin olduqdan sonra, razılaşdıqları kimi 20 manat pul verməklə, həmin bükümü alıb əynində olan şalvarın cibinə qoymuşdur. Səhəri gün əldə etdiyi metamfetamini istifadə etməkdən ötrü, yaşadığı evdən çıxıb, evin qarşısı ilə hərəkətdə olduğu zaman, iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamada şübhəli olduğunu izah edib, onlarla birlikdə Xətai PRİ-nin 37-ci Polis Şöbəsinə getməsini demişlər. O, polis əməkdaşlarına etiraz etmədən, birlikdə Xətai Rayon Polis İdarəsinin 37ci Polis Şöbəsinə getmişdirlər. Polis şöbəsində ona vəkil təqdim edilmiş, ardınca videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparılacağı barədə xəbərdar edilmişdir. Polis əməkdaşları şəxsi axtarışını aparmazdan əvvəl, üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması barədə sorğu etmişdir. Həmin vaxt o, əynindəki şalvarının cibində saxladığı bir ədəd sellofana bükülmüş vəziyyətə olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bir ədəd bükümə baxış keçirib, sonra qablaşdırıb, möhürləyərək götürmüş, ardınca şəxsi axtarışı aparılmış, lakin üzərindən başqa qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Aşkar edilənlərlə bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra, o özü, müdafiəçisi və baxışda iştirak edən digər iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 iyun 2022-ci il tarixdə xx.xx.1987-ci tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, daşıması, saxlaması və istifadəsi ilə məşğul olması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş, çıxarılmış qərar əsasında o, həmçinin şöbənin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün, saat 09 radələrində onlar birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Xətai rayonu, 8 Noyabr prospekti 92 ünvanının qarşısına getmişlər. Qeyd edilən ünvanda müşahidə apardıqdan sonra, saat 10:00-da xarici görünüşcə Təqsirləndirilən şəxs bənzər bir nəfər şəxsin həmin ünvana gəldiyini görüb, həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib, ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, daşıması, saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu izah edib, onu 37-ci Polis Şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsində dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, videoçəkilişdən istifadə edilməklə, üzərində şəxsi axtarışı aparılacağı izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış və şəxsi axtarışı aparılan zaman, üzərində olan qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən içərisində ağ rəngli, kristallik formalı kütlə olan, bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim edib, bükümdəki kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, lakin üzərindən başqa qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan metamfetamini tutulmamışdan bir gün əvvəl, tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alaraq saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri imzalandıqdan sonra, protokol tərtib olunmuş, həmin protokol iştirakçılar və Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videogörüntüdən görünür ki, 01 iyun 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd sellofana bükülmüş, içərisində şəffaf rəngli, kristalşəkilli maddəni təqdim edərək, həmin bükümdəki kütlənin psixotrop maddə olan metamfetamin olmasını, bir gün əvvəl tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Aşkar olunmuş maddə bir ədəd zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2022-ci il tarixli, 6/3070 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 0,970 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, tədqiqatdan sonra qalıq - 0,920 qramdır. İş materiallarından görünür ki, 0,920 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 13 iyul 2022-ci il tarixli, 3780 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 20 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-390/2019 saylı, 11 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, 20 noyabr 2021-ci il tarixdə cəzadan azad edilmişdir. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 01 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,920 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 01 iyun 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,920 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar