Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-409/2025 27.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1959-cu ildə Cəlilabad rayonu, Pornaim kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 2021-ci ilin avqust ayında Şahid2 əri X7 əlilliyə görə pensiyanın təyin olunmasına köməklik göstərməsi məqsədi ilə ona müraciət etməsindən sonra həmin vaxt "Masallı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin direktor müavini - baş həkim vəzifəsində işləməklə həmin müəssisədə fəaliyyət göstərən həkim-məsləhət komissiyasının sədri olan Şahid3 ilə şəxsi münasibətlər fonunda formalaşmış öz həqiqi təsir imkanlarından istifadə etməklə publik hüquqi şəxsin rəhbəri və işçisi olmaqla tutduğu mövqeyə görə təşkilatisərəncamverici funksiyalara malik vəzifəli şəxs hesab edilən Şahid3 qərarına qanunsuz təsir göstərərək Lətif Qarayevin hər hansı obyektiv, laborator və instrumental müayinələrdən keçirilmədən barəsində şişirdilmiş diaqnozlarla tibbi-sosial ekspert komissiyasına göndərişin tərtib olunması, bununla da sonuncuya əlillik dərəcəsinin təyini, pensiya və müavinətlər ödənilməsinin təşkil olunması məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində, metropolitenin "Nizami" stansiyasının yaxınlığında 10.000 manat məbləğində pul vəsaitini Şahid2 özü üçün şəxsən birbaşa yolla istəmiş, 2021-ci ilin avqust ayından dekabr ayınadək hissə-hissə olmaqla üç halda, o cümlədən 2021-ci ilin avqust ayında Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində, metropolitenin "Nizami" stansiyasının yaxınlığında 2.000 manat, 2021-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində olan ictimai iaşə obyektinin qarşısında 6.400 manat, 2021-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində olan "Amay" ticarət mərkəzinin binasında 1.600 manat olmaqla ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə Şahid2 özü üçün şəxsən birbaşa yolla almaqla nüfuz alveri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər "İqtidar Press" qəzetinin baş redaktoru vəzifəsində işləmiş və 2024-cü ildə 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə çıxmışdır, hazırda heç bir yerdə işləmir. Redaksiyada işlədiyi müddətdə müxtəlif dövlət orqanlarının və özəl qurumların işçiləri və rəhbər vəzifəli şəxsləri ilə şəxsi münasibətləri yaranmış, əlaqələri geniş olmuşdur. Uzun müddətdir dostluq münasibəti olan Şahid1la 2021-ci ilin avqust ayında söhbət edərkən sonuncu əmisi oğlu Lətif Qarayevin əvvəllər əlilliyə görə pensiya aldığını, lakin bir müddət əvvəl pensiyasının kəsildiyini demiş, Lətif Qarayevə kömək etməyin mümkün olub-olmadığını soruşmuşdur. O da tanışları ilə məsləhətləşib məlumat verəcəyini bildirmişdir. Həmin vaxtlarda "Masallı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin direktor müavini - baş həkim vəzifəsində işləyən Şahid3lə dostluq münasibəti mövcud olmuş, Masallı rayonunda yaşayan qohumlarını ziyarət etmək məqsədi ilə həmin rayona gedib-gedərkən, eyni zamanda qəzet redaktoru kimi müxtəlif müəssisə rəhbərləri ilə görüşərkən bir neçə dəfə Şahid3 də yanında olmuş və sonuncu ilə şəxsi münasibəti yaranmışdır. Şahid1 ondan qohumunun əlilliyə görə pensiyaya çıxmasına köməklik göstərməsini xahiş etdikdə, Şahid3lə olan münasibətindən və nüfuzundan istifadə edərək sonuncunun vasitəsilə Lətif Qarayevin əlilliyə görə pensiyaya çıxarılması işini həll edəcəyini düşünmüş və bu məqsədlə Şahid3lə telefonla danışmış, həmçinin bir neçə dəfə Masallı rayonunda xidməti kabinetinə gedərək görüşmüş, Lətif Qarayevin pensiyasını bərpa etdirməyin mümkün olub-olmadığını soruşmuşdur. Şahid3 isə şəxsin həkim-məsləhət komissiyasının əyani müayinəsinə gəlməsinin vacib olduğunu, xəstəliyinin diaqnozu əlillik meyarlarına uyğun gələrsə bununla əlaqədar tibbi-sosial ekspert komissiyasına göndəriş verə biləcəyini demiş, lakin həmin xidmətinin müqabilində ondan hər hansı məbləğdə pul gətirməsini istəməmiş, qanuni əsas olarsa həmin işi təmənnasız görəcəyini bildirmişdir. Bundan sonra Şahid1 zəng edərək Lətif Qarayevin məsələsini həll etməyin mümkün olduğunu demişdir. Şahid1 isə ona Lətif Qarayevin arvadı Şahid2 yönəltmişdir. Şahid2 050 *** ** ** və ya 077 *** ** ** nömrəli telefonlarından biri ilə onun 055 *** ** ** saylı telefonuna zəng etmişdir. Şahid2 ilə danışarkən sonuncuya ərinin əlillik dərəcəsini bərpa etdirməyin mümkün olduğunu, bunun müqabilində 10.000 manat tələb edildiyini, pulun bir hissəsinin qabaqcadan verilməli olduğunu demiş və növbəti gün üçün "Nizami" metrostansiyasının yaxınlığında görüş təyin etmişdir. Şahid3lə olan münasibətindən, nüfuzundan istifadə edərək sonuncuya təsir göstərməklə Lətif Qarayev üçün tibbi-sosial ekspert komissiyasına göndəriş tərtib etdirə biləcəyinə dair real imkanlara malik olduğundan, işin görülməsi müqabilində Şahid3lə söhbət edərkən sonuncu ondan hər hansı məbləğdə pul tələb etmədiyindən, Şahid2 10.000 manatı özü üçün, yəni şəxsi ehtiyaclarına sərf etmək məqsədi ilə istəmişdir. Növbəti gün, 2021-ci ilin avqust ayında Şahid2 ilə "Nizami" metrostansiyasının yaxınlığında görüşmüş, "İqtidar Press" qəzetinin baş redaktoru olduğunu, müxtəlif dövlət və özəl müəssisələrin rəhbərləri ilə şəxsi əlaqələrinin, həmin qurumlarda nüfuzunun olduğunu, həmin əlaqələrindən istifadə edərək müəyyən məsələlərlə əlaqədar qəbul olunan qərarlara təsir göstərə bildiyini, habelə "Masallı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin direktor müavini - baş həkim Şahid3lə də dostluq münasibətinin olduğunu, sonuncu ilə danışdığını, Lətif Qarayevin əlillik dərəcəsinin bərpa edilməsi üçün köməklik göstəriləcəyini, bunun müqabilində 10.000 manat tələb olunduğunu, həmin vəsaitin bir hissəsinin qabaqcadan verilməli olduğunu demişdir. Şahid2 da üzərində 2.000 manat gətirdiyini demiş, həmin məbləği və Lətif Qarayevin tibbi sənədlərini ona təqdim etmişdir. Bundan sonra o, həmin sənədləri götürərək Masallı rayon mərkəzi xəstəxanasının inzibati binasında gedib Şahid3lə xidməti kabinetində ikilikdə görüşmüş və Lətif Qarayevin tibbi sənədlərini təqdim etmişdir. Şahid3 tibbi sənədləri ondan götürərək nəzərdən keçirdikdə Lətif Qarayevin ürəyin müxtəlif xəstəliklərindən əziyyət çəkdiyini, lakin xəstəliklərin əlillik meyarlarına uyğun gəlmədiyini, yəni Lətif Qarayev üçün tibbi-sosial ekspert komissiyasına göndəriş tərtib edə bilməyəcəyini, tərtib edəcəyi halda mütləq qaydada əlillik dərəcəsinin təyinindən imtina edilməsi barədə qərarın qəbul olunacağını bildirmişdir. Bununla belə Şahid3lə olan söhbətləri haqqında Şahid2 hər hansı məlumat verməmiş, bir neçə dəfə Şahid3 yanına gedib xahişlər etməklə məsələni həll edə biləcəyini düşünmüşdür. 2021-ci ilin noyabr ayında, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən restoranın qarşısında Şahid2 ilə görüşərək sonuncudan növbəti 6.400 manatı da nağd qaydada almışdır. Daha sonra 2021-ci ilin dekabr ayında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən "Amay" ticarət mərkəzinin binasında, Şahid2 işlətdiyi geyim mağazasında sonuncu ilə görüşərək 1.600 manatı da almışdır. Bununla da Şahid2 10.000 manatı tam həcmdə almışdır. Bundan sonra dəfələrlə Şahid3 yanına gedərək Lətif Qarayevin məsələsini həll etməsini xahiş etsə də Şahid3 məsələni həll etməyin mümkün olmadığını demiş, sonrakı vaxtlarda isə gözləməsini, bir müddətdən sonra məsələyə bir daha baxaraq işin müsbət həlli üçün bir şeylər fikirləşəcəyini demişdir. Lakin artıq üzərindən 6 aya yaxın vaxt keçdiyindən Şahid2 işin həllinin mümkün olmadığını düşünüb, ona zəng edib mesajlar yazaraq ona verdiyi 10.000 manatı tam həcmdə qaytarmasını tələb etməyə başlamışdır. Şahid2 israrından sonra barəsində hüquq mühafizə orqanlarına şikayət etməsindən ehtiyat etdiyindən aldığı 10.000 manatın 2.500 manatını Şahid2 qaytarmışdır. Belə ki, Şahid2 məxsus kart hesabına 22 may 2022-ci il tarixdə 1.000 manat, 8 iyun 2022-ci il tarixdə 1.000 manat və 21 iyun 2022-ci il tarixdə 500 manat olmaqla ümumilikdə 2.500 manat göndərmişdir. Bununla belə Şahid2 ilə danışaraq narahat olmamasını, Lətif Qarayevin məsələsini qısa müddətdə həll edəcəyini, bir müddət gözləməsini demişdir. 2022-ci ilin iyun ayının sonlarında tanışı olan rayon sakinləri ilə söhbət edərkən Şahid3 müxtəlif rayon sakinlərinin barəsində şişirdilmiş diaqnozla tibbisosial ekspert komissiyasına göndərişlər tərtib etdiyini, həmin şəxslərə əlilliyə görə pensiyaların təyin edilməsinə nail olduğunu öyrənmiş, həmin ərəfədə bir daha Şahid3 xidməti kabinetinə gedərək yenə də Lətif Qarayevin tibbi sənədlərini təqdim etmiş, sonuncu ilə qohumluq əlaqəsinin olduğunu, əlillik dərəcəsinin təyin edilməsi məsələsinin özü üçün vacib olduğunu, başqa bir xahişinin olmayacağını demiş, aralarında olan münasibətə görə xahişini yerinə yetirməsini istəmişdir. İsrarlarından sonra Şahid3 razılaşmış, tibbi sənədləri qəbul edib bir şey fikirləşəcəyini bildirmişdir. Şahid3 30 iyun 2022-ci il tarixdə Lətif Qarayevin barəsində şişirdilmiş diaqnozla tibbi-sosial ekspert komissiyasına göndəriş tərtib etmiş, göndərişə xəstəliyin diaqnozuna və stasionar müalicələrinə dair yalan məlumatlar daxil etmiş, göndərişi tərtib etdikdən sonra ona zəng edərək bununla bağlı məlumat vermişdir. O da Şahid2 zəng edərək məsələnin həll olunduğunu, qısa müddət sonra Lətif Qarayevə əlillik dərəcəsinin təyin olunacağını, bununla əlaqədar sonuncunun telefonuna SMS bildirişinin gələcəyini demişdir. Həqiqətən 2 iyul 2022-ci il tarixdə Lətif Qarayevə ikinci dərəcə əlillik təyin edilmiş, bununla bağlı sonuncunun mobil telefonuna SMS bildirişi göndərilmişdir. Şahid2 ona zəng edərək həqiqətən də X26a pensiyanın təyin edildiyini bildirib ona təşəkkür etmişdir. Həmin vaxtdan Lətif Qarayev pensiya almağa başlamışdır. Lakin 2022-ci ilin dekabr ayında Şahid3 cinayətkar əməlləri ifşa olunduğundan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunmuş, sonuncunun tərtib etdiyi göndərişlər əsasında əlillik dərəcəsi təyin olunmuş şəxslərin əlillik vəziyyəti yenidən qiymətləndirilmiş, bir neçə vətəndaşın, o cümlədən Lətif Qarayevin əlillik dərəcəsi ləğv olunmuş, pensiyanın ödənilməsi dayandırılmış, habelə həmin vaxtadək ödənilmiş pensiya məbləğləri tutulmağa başlanmışdır. İstintaq dövründə Lətif Qarayev də ifadə verməsi üçün istintaq orqanına çağırılmış, Şahid2 bununla bağlı ona məlumat vermişdir. O da Şahid2 ona pul vermələri ilə əlaqədar ifadə verməmələrini və şikayət etməmələrini xahiş etmiş, məsələni yoluna qoyacağını, əks halda aldığı bütün vəsaiti tam həcmdə qaytaracağını deyib möhlət verməsini xahiş etmişdir. Buna görə Şahid2 və X23 Əliyevin barəsində aparılan istintaq zamanı ona hər hansı məbləğdə pul vermədiklərinə dair ifadə vermişlər. X20 məsələsini həll edə bilmədiyindən və Şahid2 aldığı pulun qalan 7.500 manatını qaytara bilmədiyindən sonuncu 2025-ci ilin may ayında onun barəsində hüquq mühafizə orqanlarına müraciət etmişdir. Şahid2 Lətif Qarayevin əlilliyə görə pensiyasının bərpa edilməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdən sonra həmin vaxt "Masallı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin direktor müavini - baş həkim vəzifəsində İşləmiş Şahid3lə olan şəxsi münasibətlərindən və nüfuzundan istifadə etməklə sonuncunun qərarına təsir göstərərək Lətif Qarayevin barəsində hər hansı obyektiv, instrumental və laborator müayinə aparılmadan barəsində şişirdilmiş diaqnozla tibbi-sosial ekspert komissiyasına göndəriş tərtib olunması, pensiya və müavinətin ödənilməsini təmin etmək üçün Şahid2 hissə- hissə olmaqla ümumilikdə 10.000 manatı şəxsən istəyərək almışdır. Şahid2 10.000 manatı özü üçün istəyərək almış, həmin məbləğin hamısını şəxsi ehtiyacları üçün sərf etmiş, 2.500 manatını isə Şahid2 geri qaytarmışdır. Həmin pulun hər hansı hissəsini Şahid3 və ya qeyrisinə verməmişdir. Şahid3 onunla şəxsi münasibətlərinə görə xahişini təmənnasız yerinə yetirmiş və Lətif Qarayevin barəsində hər hansı obyektiv, laborator və instrumental müayinə aparmadan barəsində şişirdilmiş diaqnozlarla tibbisosial ekspert komissiyasına göndəriş vermiş, beləliklə sonuncuya ikinci dərəcə əlillik təyin olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, "İqtidar Press" qəzetinin baş redaktoru olduğundan bir çox dövlət qurumları və özəl müəssisələrin işçilərini və rəhbərlərini tanımış, onlarla əlaqələr qurmuş və münasibətlər formalaşdırmışdır. Bir neçə dəfə tanışlarının və qohumlarının işləri ilə əlaqədar tanıdığı adamlardan xahişlər etmiş və işlərinin müsbət həllinə nail olmuşdur. Lakin qeyd olunan hallarda qazanc əldə etmək məqsədi güdməmiş, əvvəllər hər hansı şəxsə pul və sair maddi nemət qarşılığında qanuni və ya qanunsuz yardım göstərməmişdir. Şahid3lə də belə münasibəti, yaxın əlaqələri olmuşdur. Bundan əvvəl Şahid3 hər hansı bir işlə bağlı konkret köməklik tələb etməsə də Şahid1 ona müraciət etməsindən sonra Şahid3lə olan münasibətlərindən istifadə edərək sonuncunun yanına getmiş, danışmış, Lətif Qarayevin məsələsinə kömək etməsini xahiş etmişdir. Şahid3 də onun israrlarından sonra razılaşmış, heç bir təmənna güdmədən məsələni müsbət qaydada həll etmişdir. Müəyyən vəzifəli şəxslərlə münasibətinin və nüfuzumun olması, həmin şəxslərin qərarlarına təsir göstərmək imkanı real olmuşdur və belə imkanlarından istifadə etməklə Şahid2 məsələsinin, yəni Lətif Qarayevə əlillik dərəcəsinin təyin olunması işinin həllinə nail olmuşdur. Hal-hazırda Şahid2 qızına dəymiş bütün zərəri özü ödəmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən səmimi peşmandır və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı texniki vasitələrdən istifadə edilməklə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 24 fevral 2022-ci il tarixdən 26 dekabr 2022-ci il tarixədək "Masallı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin direktor müavini baş həkim vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsi tərəfindən 26 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 30 aprel 2023-cü il tarixdə həmin Məcəllənin 178, 308, 311, 312, 313-cü maddələrinin müxtəlif bəndləri ilə təqsirləndirilməsi haqqında ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunmaqla baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 14 fevral 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirləndirilməyinə dair hissədə cinayət təqibinə cinayət tərkibi olmadığından xitam verilmiş və məhkəmənin eyni tarixli hökmü ilə həmin Məcəllənin 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarı ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməsinə dair müddəa hökmdən xaric edilmiş, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, ona qəti olaraq 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Məhkum edilməsinə əsas olmuş ittihamın məzmunu ondan ibarətdir ki, "Masallı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin direktor müavini - baş həkim vəzifəsində işlədiyi müddətdə həkim-məsləhət komissiyasına sədrlik edərkən təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib üzvü və sədri olduğu həkim-məsləhət komissiyasına müraciət edən şəxslər barəsində fərqli diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə komissiyaya müraciət edən şəxslər qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə hər hansı müayinə və müalicə aparmadan, barələrində obyektiv, laborator, instrumental müayinələr keçirmədən ümumilikdə 38 nəfər şəxsin barəsində tibbi-sosial ekspert komissiyasına saxta sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasına göndərməklə 37 nəfər şəxsə cəmi 95.522,96 manat məbləğində əlilliyə görə pensiyanın və sosial müavinətlərin ödənilməsinə nail olmaqla həm "Masallı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin, həm dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etməsi, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları təkrarən daxil etməklə vəzifə saxtakarlığı törətməsi, vəzifəli şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə bağlı edəcəyi qanunsuz hərəkətlərə görə özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti vahid niyyətlə rüşvət qismində təkrarən istəməklə alması, qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsi ilə əlaqədar cinayətləri törətməyi olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə barəsində tibbi-sosial ekspert komissiyasına saxta göndərişlər tərtib etdiyi 38 nəfər şəxsin barəsində faktiki xəstəlikləri ilə əlaqədar əvvəllər Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərişlər verildikdən sonra həmin şəxslərə əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Bundan sonra onlara əlillik dərəcəsinin təyin olunması, bununla da müavinət və pensiya almalarını təmin etmək barədə həmin şəxslərin özləri və ya tanışları ona baş həkim olduğu üçün müraciətlər etmişlər. Eyni zamanda həmin şəxslərdən bəziləri guya onun qəsdən göndərişi səhv vurduğunu və əlillik dərəcəsi almalarına süni əngəllər yaratdığını bildirərək ondan müxtəlif orqanlara, o cümlədən Masallı rayon icra hakimiyyətinə şikayət etmişlər. Yeni təyin olunmuş baş həkim, komissiya üzvü və sədri kimi həmin şəxslərin, o cümlədən rayon ictimaiyyətinin qarşısında nüfuz qazanmaq üçün 38 nəfər şəxsin hər hansı birinin barəsində müayinə və müalicə aparmadan, obyektiv, laborator və instrumental müayinələr keçirmədən, əksəriyyətini ümumiyyətlə görmədən və tanımadan xəstəliklərinə dair şişirdilmiş diaqnozları "TQS №088" göndərişlərinə daxil etməklə həmin sənədləri Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərmişdir. Həmin şəxslər şəxsən, yaxud başqa şəxslər vasitəsilə ona real xəstəliklərini bildirsələr də həmin şəxslərin xəstəlikləri əlillik dərəcəsinin təyin olunmasına imkan verməmişdir. Buna görə də həmin şəxslərə əlillik dərəcəsinin təyin olunmasını, pensiya və müavinət almalarını təmin etmək məqsədi ilə tərtib etdiyi göndərişlərdə şəxslərin diaqnozlarının əksəriyyətini onkoloji xəstəliklərlə əlaqədar diaqnozlar olaraq qeyd etmişdir, halbuki həmin şəxslərin heç biri onkoloji qeydiyyatda olmamışlar və onkoloji xəstəlikdən əziyyət çəkməmişlər. O, göndərişləri tərtib edərək sistemə yüklədikdən sonra həmin şəxslərin əksəriyyətinə əlillik dərəcəsi təyin olunmuş, pensiya və müavinətlər ödənilmişdir. Həmin şəxslərin barəsində göndərişlər tərtib olunmaqla Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi müqabilində həmin şəxslərdən, yaxud onların tanışlarından şəxsən və ya digər şəxslər vasitəsi ilə pul və ya maddi nemət tələb etməmiş və almamışdır. Lətif Qarayev də hər hansı təmənna güdmədən tibbi-sosial ekspert komissiyasına göndəriş tərtib edib Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərdiyi, əlillik dərəcəsinin təyin olunmasını, pensiya və müavinət almalarını təmin etdiyi 37 nəfər şəxsdən biri olmuşdur, lakin Lətif Qarayevi heç vaxt görməmiş və tanımamışdır. Belə ki, "Masallı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin direktor müavini - baş həkim vəzifəsinə təyin edildikdən sonra əslən Cəlilabad rayonundan olan Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasının inzibati binasına gələrək onun xidməti kabinetində olmuş, "İqtidar Press" qəzetinin baş redaktoru olduğunu, tanış olmaq məqsədi ilə gəldiyini bildirmişdir. Beləliklə Təqsirləndirilən şəxsla tanışlıqları yaranmışdır. Publik hüquqi şəxsin sabiq direktoru Cəlil Nəzərov vətəndaşlara rüşvət müqabilində əsassız əlillik dərəcəsinin təyini, bu məqsədlə şişirdilmiş diaqnozlarla tibbi-sosial ekspert komissiyasına saxta göndərişlər tərtib etməsi ilə bağlı həbs olunmuşdur. Təqsirləndirilən şəxs onunla tanış olmaq üçün gələrkən sonuncunun qəzet redaktoru olduğunu bildiyindən gələcəkdə onun da barəsində oxşar məzmunlu xəbərlər dərc edib problemlər yaratmasından ehtiyat etdiyi üçün Təqsirləndirilən şəxsla ehtiyatla davranmış və hər dəfə rayon mərkəzi xəstəxanasına gəldikdə sonuncunu qəbul etmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə onun yanına gələrək bir neçə şəxsin tibbi sənədlərini verməyə çalışmış, həmin şəxslərin barəsində əlillik dərəcəsinin təyini məqsədi ilə tibbi-sosial ekspert komissiyasına göndərişlər tərtib etməsini xahiş etmiş, lakin bütün hallarda sonuncuya rədd cavabı vermiş, sənədləri qəbul etməmiş və xahiş etdiyi hər hansı şəxsin barəsində saxta göndərişlər tərtib etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayəti törətdiyinə görə məhkum olunduğunu bilmiş, buna görə sonuncunun təqdim etmək istədiyi şəxslərdən əlillik dərəcəsinin təyin olunması müqabilində pul aldığını güman etmiş, məhz bu səbəbdən Təqsirləndirilən şəxs xahişlərini yerinə yetirməmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının sonlarında rayon mərkəzi xəstəxanasının inzibati binasına gəlməklə onun kabinetində olmuş, Lətif Qarayevin tibbi sənədlərini təqdim etmiş, sonuncunun qohumu olduğunu, əlillik dərəcəsinin ləğv olunduğunu, təkrar əlillik dərəcəsinin təyini ilə bağlı müraciət etdikdə əlillik dərəcəsinin təyin olunmasından imtina olunduğunu bildirmiş, ondan köməklik göstərməsini xahiş etmişdir. Xahişin məzmunu Lətif Qarayevin barəsində tibbisosial ekspert komissiyasına göndərişi əlillik dərəcəsinin mütləq qaydada təyin olunacağı, pensiyanın təyininindən imtina olunmayacağı səviyyədə hazırlanmasından ibarət olmuşdur. O da Təqsirləndirilən şəxs qəzet redaktoru olduğunu nəzərə alaraq həmin xahişini də yerinə yetirməsə onun barəsində mətbuatda neqativ xəbərlər dərc etdirməsindən ehtiyat etdiyindən, habelə Lətif Qarayevin həqiqətən də qohumu olduğunu bildirdiyi üçün sonuncudan pul almayacağını düşünərək xahişini yerinə yetirəcəyimi demiş, Lətif Qarayevin sənədlərini qəbul etmişdir. Lətif Qarayevin sənədlərini nəzərdən keçirdikdə sonuncunun əvvəllər ürək xəstəliyindən əziyyət çəkdiyini, lakin xəstəliyin əlillik dərəcəsinin təyininə kifayət etmədiyini, həmin diaqnozla tibbi-sosial ekspert komissiyasına göndəriş tərtib edərsə əlillik dərəcəsinin təyin olunmasından birmənalı olaraq imtina olunacağını müəyyən etmişdir. Buna görə Lətif Qarayevə əlillik dərəcəsinin təyininə, sonuncunun pensiya və müavinət almasına nail olmaq üçün barəsində tərtib etdiyi 30 iyun 2022-ci il tarixli 0286003AA6G8 saylı göndərişdə xəstəliyin əsas və ağırlaşma diaqnozlarına dair yalan məlumatlar, şişirdilmiş diaqnozlarla xəstəliklər haqqında məlumatlar daxil etmiş və həmin göndərişi qiymətləndirilməsi üçün tibbi-sosial ekspert komissiyasına göndərmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 iyul 2022-ci il tarixli qərarı əsasında Lətif Qarayeva ikinci dərəcəli əlillik təyin olunmuş və 1 avqust 2022-ci il tarixdən 31 mart 2023-cü il tarixədək 3.044,03 manat müavinət ödənilmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən həbs olunmasından sonra işlədiyi müddətdə tərtib etdiyi bütün tibbi-sosial ekspert komissiyasına göndərişlər üzrə vətəndaşların əlillik vəziyyəti yenidən qiymətləndirilib 44 nəfər şəxsin, o cümlədən Lətif Qarayevin əlillik dərəcələri ləğv edilmiş, onlara ödənilmiş müavinət həmin şəxslərdən tutulmağa başlanmışdır. Ona elan edilmiş ittihamda göstərilən 37 nəfər kimi, Lətif Qarayevin də barəsində şişirdilmiş diaqnozlarla tibbi-sosial ekspert komissiyasına göndərişin tərtibi müqabilində Lətif Qarayevdən, Təqsirləndirilən şəxs və ya qeyrisindən pul, yaxud sair maddi nemət istəməmiş və almamışdır. Təqsirləndirilən şəxs ona müraciət edərkən Lətif Qarayevin yaxın qohumu olduğunu bildirmiş və əlillik dərəcəsinin təyininə köməklik göstərməsini xahiş etmiş, o da Təqsirləndirilən şəxsla yaranmış şəxsi münasibətinə görə sonuncunun xahişini təmənnasız yerinə yetirmişdir. Şahid3 həmçinin göstərmişdir ki, Lətif Qarayevi, yaxud sonuncunun arvadı Şahid2 heç vaxt görməmiş, tanımamışdır. Təqsirləndirilən şəxs həmin şəxslərdən hər hansı məbləğdə pul və sair maddi nemət istəyərək alması barədə məlumatı olmamışdır. X24, nə də Şahid2 şəxsən və ya Təqsirləndirilən şəxs vasitəsi ilə pul və ya sair maddi nemət tələb etməmiş və almamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs da köməkliyinin müqabilində ona pul və ya sair maddi nemət vəd etməmiş və verməmişdir. Bununla bağlı Təqsirləndirilən şəxsla aralarında hər hansı danışıq və sövdələşmə olmamışdır. Lətif Qarayevin barəsində göndərişin tərtibi müqabilində Təqsirləndirilən şəxs 5.000 manat tələb etməsi və alması barədə sonuncunun göstərdikləri tamamilə yalandır. Təqsirləndirilən şəxs onunla olan şəxsi münasibətindən istifadə edib yalandan Lətif Qarayevin qohumu olduğunu bildirməklə əlillik dərəcəsinin bərpasına köməklik etməsini xahiş etmiş, bunun müqabilində Şahid2 pul tələb edib almış, lakin həmin pulun hər hansı bir hissəsini ona verməmişdir. O, Təqsirləndirilən şəxs xahişini təmənnasız yerinə yetirib Lətif Qarayevin barəsində tibbi sosial ekspert komissiyasına şişirdilmiş diaqnozlarla göndəriş tərtib etmişdir. Təqsirləndirilən şəxs onunla münasibəti olduğundan, xahişlərini təmənnasız yerinə yetirəcəyini bildiyindən Lətif Qarayevin əlillik dərəcəsinin bərpası müqabilində sonuncunun arvadı Şahid2 10.000 manat almış, lakin bununla əlaqədar ona hər hansı məlumat vermədən Lətif Qarayevin qohumu olduğunu bildirib əlillik dərəcəsinin bərpa olunmasına köməklik göstərməsini xahiş etmiş, buna nail olmuşdur. Təqsirləndirilən şəxs ona pul verməsinə dair hissədə yalan danışmış, özünün məsuliyyətini onun üstünə yıxmağa çalışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Lətif Qarayev onun əmisi oğludur. Lətif Qarayev 2016-cı ilin may ayından 2021-ci ilin may ayınadək 2- ci dərəcə əlilliyə görə pensiya almış, təyin olunmuş pensiyanın müddəti başa çatdığından 2021-ci ilin may ayında əlillik dərəcəsi ləğv olunmuşdur. Lətif Qarayev pensiyasının bərpa olunması üçün 2021-ci ilin aprel və iyul aylarında iki dəfə 28 saylı şəhər poliklinikasında fəaliyyət göstərən həkim- məsləhət komissiyasına müraciət etmiş, barəsində tibbi-sosial ekspert komissiyasına göndərişlər tərtib olunmuş, hər iki halda əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. Bu barədə 2021-ci ilin avqust ayında Lətif Qarayevin arvadı Şahid2 ilə söhbət apararkən sonuncu ondan məsələni həll edəcək tanışının olubolmadığını soruşmuş, o da tanışı Təqsirləndirilən şəxs həmin məsələlərlə məşğul olduğunu, ola bilsin ki, Lətif Qarayevin işinə də kömək edə biləcəyini demişdir. Şahid2 ondan Təqsirləndirilən şəxsla danışıb məsələni yoluna qoymasını xahiş etsə də o, həmin işlərə qarışmaqdan, yəni pul müqabilində hansısa qanunsuz işlərin görülməsində İştirak etməkdən ehtiyat etdiyini deyib Şahid2 xahişini yerinə yetirməmiş, sonuncuya Təqsirləndirilən şəxs 055 *** ** ** saylı telefonunu verərək özünün danışmasını tövsiyə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs təxminən 7-8 ildir tanıyır. Təqsirləndirilən şəxs "İqtidar Press" qəzetinin baş redaktoru olduğunu, müxtəlif dövlət orqanlarının və özəl müəssisələrin işçiləri və rəhbərləri ilə əlaqələrinin və nüfuzumun olduğunu, əlaqələrindən istifadə edərək müəyyən məsələlər haqqında qəbul olunan qərarlara təsir edə bildiyini, əlillik və pensiya məsələlərindən anlayışlı olduğunu və həmin məsələlərlə əlaqədar köməyə ehtiyacı olarsa özünə müraciət edə biləcəyini demişdir. Bir neçə dəfə avtomobil idarə edərkən dövlət yol polisi onu saxladıqda Təqsirləndirilən şəxs zəng etmiş, sonuncu polis əməkdaşları ilə telefonla danışaraq onun cərimə tətbiq olunmadan buraxılmasını təmin etmişdir. Bununla da Təqsirləndirilən şəxs həqiqətən əli hər yerə çatan, iş görməyi bacaran, nüfuzlu şəxs olduğuna əmin olmuşdur. Şahid2 ona X26in əlillik məsələsinə köməklik göstərilməsi ilə bağlı müraciət etdikdə Şahid2 Təqsirləndirilən şəxs yönəltmiş, sonuncunun telefon nömrəsini Şahid2 vermişdir. Həmçinin Təqsirləndirilən şəxs zəng edərək danışmış, Şahid2 haqqında tanışlıq vermiş, onun qohumu olduğunu bildirmiş, Şahid2 zəng edəcəyini demişdir. Bundan sonra baş verən proseslərdən məlumatsız olmuş, Şahid2 Təqsirləndirilən şəxsla görüşməsi, sonuncuya 10.000 manat verməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətdə iştirakı olmamış, sonuncunun Lətif Qarayevin əlillik məsələsini həll etmək üçün Şahid2 pul tələb edib almasından məlumatsız olmuşdur. Təqsirləndirilən şəxsla aralarında pul məsələləri haqqında hər hansı danışıq, sövdələşmə olmamışdır. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs Lətif Qarayevin pensiyasının bərpa olunması üçün 2021-ci ilin avqust ayından dekabr ayınadək Şahid2 10.000 manat istəyərək almış, 2022-ci ilin iyun ayında həqiqətən Sahub Mahmudova ikinci dərəcə əlilliyin təyininə nail olmuş, lakin sonradan əlillik dərəcəsi tibbi-sosial ekspert komissiyası tərəfindən ləğv edilərək ödənilmiş pensiya tutulmağa başlanmışdır. Təqsirləndirilən şəxs Şahid2 aldığı 10.000 manatın 2.500 manatını qaytarmış, lakin 7.500 manatını hazırkı vaxtadək qaytarmamışdır. Bununla bağlı Şahid2 bir neçə dəfə onunla əlaqə saxlamış, Təqsirləndirilən şəxs pulun alınmasına kömək etməsini xahiş etmiş, lakin o, prosesdə iştirak etmədiyini, Təqsirləndirilən şəxs aldığı pulun ona heç bir aidiyyətinin olmadığını deyərək həmin məsələlərə qarışmamışdır. Şahid1 həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs və ya Şahid2 qətiyyən hər hansı məbləğdə pul istəməmiş, almamışdır. Təqsirləndirilən şəxsla Şahid2 arasında aparılmış danışıqlardan və sövdələşmələrdən məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs Şahid2 10.000 manat aldığını sonradan bilmiş, həmin məbləğin hər hansı hissəsi ona verilməmiş və həmin işlə əlaqədar heç bir maddi nemət almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən "Amay" ticarət mərkəzində icarəyə götürdüyü qeyri- yaşayış sahəsində qadın geyimlərinin satışını həyata keçirməklə özünün və ailəsinin dolanışığını təmin edir. X26 uzun müddətdir ki, ürəyin hipertoniyası və digər yanakı xəstəliklərdən əziyyət çəkir, ürək damarlarına əməliyyat yolu ilə stend qoyulmuşdur. Bununla əlaqədar müxtəlif tibb müəssisələrində, X1 və 20 saylı şəhər xəstəxanasında stasionar və ambulator müalicələr qəbul etmişdir. Lətif Qarayev 2016-cı ilin may ayından 2021-ci ilin may ayınadək ikinci dərəcə əlilliyə görə pensiya almış, lakin təyin edilmiş pensiyanın müddəti başa çatdığından 2021-ci ilin may ayında əlillik dərəcəsi ləğv olunmuşdur. Ərinin əlillik dərəcəsinin bərpası məqsədilə yaşayış yeri üzrə 28 saylı şəhər poliklinikasının həkim-məsləhət komissiyasına müraciət etmiş, bununla bağlı poliklinika tərəfindən iki dəfə, 16 aprel 2021-ci il və 7 iyul 2021-ci il tarixlərdə ərinin barəsində tibbi-sosial ekspert komissiyasına göndəriş tərtib olunmuş, hər iki halda əlavə müalicəyə ehtiyacın olması və təyin olunmuş diaqnozun əlillik meyarlarına cavab verməməsi səbəbindən Lətif Qarayevə əlillik dərəcəsinin təyinindən imtina haqqında qərar qəbul edilmişdir. Bununla bağlı 2021-ci ilin avqust ayında ailə üzvləri ilə məsləhətləşib pensiyanın bərpa olunması üçün yollar axtararkən ərinin əmisi oğlu Şahid1 Sahib adında tanışının olduğunu, əlillik məsələlərindən anlayışlı olduğunu və pul müqabilində dayandırılmış əlilliyə görə pensiyaları bərpa etdirə bildiyini demişdir. O, Şahid1 xahiş edərək Sahib adlı şəxslə danışmasını, ərinin əlillik dərəcəsini bərpa etdirməyin mümkün olub-olmadığını soruşmasını istəmişdir. Lakin Şahid1 belə məsələlərdən, yəni pul müqabilində işlər görməkdən və belə işlərə qoşulmaqdan qorxduğunu demiş, Sahib adlı şəxslə özü danışıb məsələni həll etməsini tövsiyə etmişdir. Şahid1 onun yanında Sahib adlı şəxsə zəng edərək danışmış, onun barəsində tanışlıq verərək qohum olduqlarını bildirmiş və onun zəng edəcəyini demişdir. Bundan sonra Şahid1 ona Sahib adlı şəxsin 055 210-31-01 saylı telefonunu vermişdir. 050 612-34-50 və ya 077 612-34-50 nömrəli telefonlarından biri ilə Sahib adlı şəxsə zəng edərək danışmış, sonuncu özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı olduğunu demiş, növbəti gün həmin Nazirliyin inzibati binasının qarşısında görüş təyin etmiş, həmçinin əlillik dərəcəsinin bərpa olunması imkanına malik olduğunu, bununla bağlı verilməli pulun məbləği barədə görüş zamanı ətraflı məlumat verəcəyini, lakin qabaqcadan ən azı 2.000 manat verilməli olduğunu, buna görə də növbəti gün görüşə gələrkən 2.000 manatı gətirməsini demişdir. Növbəti gün "Nizami" metrostansiyasının yanında, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında ikilikdə görüşmüşlər. Təqsirləndirilən şəxs özünü həmin Nazirliyin məsul vəzifəli şəxsi kimi təqdim etmiş, pensiya məsələlərinə baxan şöbədə rəhbər vəzifədə işlədiyini, əsas fəaliyyətinin isə əlilliyə görə pensiyası dayandırılmış vətəndaşların pensiyasını bərpa etdirmək olduğunu, əvvəllər dəfələrlə müxtəlif şəxslərə pul müqabilində xidmət göstərərək pensiyalarını bərpa etdirdiyini, bir vətəndaşın əlillik dərəcəsinin bərpasının ümumilikdə 10.000 manata başa gəldiyini, həmin məbləğin 2.000 manatının əvvəlcədən Nazirliyin səlahiyyətli şəxsinə verilməli olduğunu, pensiyanın təyini prosesinin təxminən 5-6 ay çəkdiyini, bununla bağlı ərinin telefonuna əlilliyin təyini haqqında SMS bildirişi gələcəyini, həmin vaxtadək 10.000 manatın tam həcmdə verilməli olduğunu demişdir. Təqsirləndirilən şəxs danışıqları ona real göründüyündən ərinin əlilliyə görə pensiyasının bərpa edilməsi müqabilində 10.000 manat verməyə razı olmuşdur. Həmin gün üzərində gətirdiyi 2.000 manatı nağd qaydada Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra növbəti günlərdə Təqsirləndirilən şəxsla danışarkən sonuncu ərinin pensiyası məsələsi ilə ciddi məşğul olduğunu, yaxın vaxtlarda məsələnin həll ediləcəyini demişdir. Təxminən üç aydan sonra, 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs artıq məsələnin yekunlaşmaq üzrə olduğunu, sadəcə sonuncu prosedurun qaldığını, bunun üçün qalan 8.000 manatın da verilməli olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona narahat olmamasını, Lətif Qarayevə yüksək məbləğdə pensiya təyin olunacağını, pensiyanın təyini müqabilində verdiyi pulu artıqlaması ilə alacağını demişdir. O, qızıl-zinət əşyalarını sataraq 6.400 manat düzəltmiş və həmin məbləği Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində olan restoranlardan birinin qarşısında nağd qaydada Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs zəng edərək görüşmək istədiyini bildirdikdə sonuncu onu restoranın qarşısına çağırmış, restorandan çıxaraq 6.400 manatı götürüb yenidən həmin restorana qayıtmış, orada Nazirliyin kollektivi ilə məclis təşkil olunduğunu, özünün də məclisdə iştirak etdiyini demişdir. O, 8.000 manatı tamamilə toplaya bilmədiyini, 6.400 manat topladığını və qalan 1.600 manatı da qısa müddətə düzəldib verəcəyini demiş, Təqsirləndirilən şəxs onunla razılaşmış, pulu nağd qaydada alaraq restorana qayıtmışdır. 2021-ci ilin dekabr ayının sonlarında qalan 1.600 manatı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində olan "Amay" ticarət mərkəzində Təqsirləndirilən şəxsla görüşüb nağd qaydada vermişdir. Bununla da Lətif Qarayevə əlillik dərəcəsinin təyin edilməsi müqabilində Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayından dekabr ayınadək müddətdə üç dəfəyə ümumilikdə 10.000 manat vermişdir. Bundan sonra mütəmadi olaraq Təqsirləndirilən şəxsla danışaraq məsələnin nə yerdə olduğu, əlillik dərəcəsinin təyin edilib-edilməyəcəyi barədə soruşmuş, Təqsirləndirilən şəxs da məsələ ilə ciddi məşğul olduğunu, bütün proseslərin tamamlandığını, ən qısa müddətdə ərinə əlillik dərəcəsinin təyin olunacağını bildirmişdir. Lakin üzərindən kifayət qədər müddət keçdiyindən və ərinə əlillik dərəcəsi təyin edilmədiyindən, Təqsirləndirilən şəxs vədini yerinə yetirmək imkanına malik olmadığını görüb, sonuncuya dəfələrlə zənglər etməklə 10.000 manatı qaytarmasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs ondan gözləməsini, bir müddət sonra ərinin pensiya məsələsini birdəfəlik həll edəcəyini, ya da aldığı 10.000 manatı qaytaracağını demişdir. 2022-ci ilin may-iyun aylarında qızı Esmira Qarayevanın əri Türkiyə Respublikasında beyinindən əməliyyat olunduğuna görə özü də oraya getmiş, orada təcili pula ehtiyacı yarandığından Təqsirləndirilən şəxs yalvarışlar edərək aldığı pulun bir hissəsini qaytarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs 22 may 2022-ci il tarixdə 1.000 manat, 8 iyun 2022-ci il tarixdə 1.000 manat və 21 iyun 2022-ci il tarixdə 500 manat olmaqla onun kartına ümumilikdə 2.500 manat göndərmiş, qalan 7.500 manatı isə qaytarmaqdan imtina etmiş, artıq tanışı olan səlahiyyətli şəxslə danışaraq məsələni həll etdiyini, qısa müddətdə pensiyanın təyin olunacağını demişdir. 2 iyul 2022-ci il tarixdə X26in telefonuna ikinci dərəcə əlilliyin təyin olunması barədə SMS bildirişi gəlmişdir. Halbuki əri sonuncu dəfə 7 iyul 2021- ci tarixdə 28 saylı şəhər poliklinikasının həkim-məsləhət komissiyası tərəfindən əlillik dərəcəsinin təyini ilə bağlı müayinə olunmuş, bundan sonra hər hansı tibb müəssisəsində obyektiv, laborator və instrumental müayinələrdən keçməmişdir. Bununla da Təqsirləndirilən şəxs səlahiyyətli şəxslərlə əlaqələrindən istifadə edərək X26ə əlillik dərəcəsinin təyin edilməsi məqsədi ilə ondan İstəyərək aldığı 10.000 manatın müqabilində vəd etdiyi işi yerinə yetirmiş, ərinə əlillik dərəcəsinin təyininə nail olmuşdur. Lətif Qarayev 1 avqust 2022-ci il tarixdən 31 mart 2023-cü il tarixədək ikinci dərəcə əlilliyə görə cəmi 3.044,03 manat pensiya almış, lakin tibbi-sosial ekspert komissiyasının 31 mart 2023-cü il tarixli qərarı ilə ərinin əlillik dərəcəsi əsassız olduğundan ləğv olunmuş, qeyd olunan müddətdə ödənilmiş məbləğlər tutulmağa başlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs mütəmadi olaraq zəng edərək, həmçinin bir neçə dəfə yaşadığı ünvana gedib sonuncudan qalan 7.500 manatı qaytarmasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməklə həmin pulu qaytarmaqdan imtina etmişdir. Şahid2 həmçinin göstərmişdir ki, "Masallı rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktor müavini baş həkim vəzifəsində işləmiş Şahid3 tanımamış. görməmiş, heç vaxt yanında olmamış, hər hansı məbləğdə pul və sair maddi nemət verməmişdir. Lətif Qarayev heç vaxt Masallı rayon mərkəzi xəstəxanasında olmamış və həmin xəstəxananın həkim-məsləhət komissiyası tərəfindən əlillik dərəcəsinin təyini ilə əlaqədar müayinə edilməmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun ərinin əlillik dərəcəsinin bərpa edilməsi işini Şahid3 vasitəsi ilə həll etmişdir, əlillik dərəcəsinin təyin olunması məsələsi ilə məşğul olan səlahiyyətli şəxslərlə yaxşı münasibətinin və nüfuzunun olduğunu deyərkən Şahid3 nəzərdə tutmuşdur. Lətif Qarayevə həqiqətən pensiya təyin olunduqdan sonra Təqsirləndirilən şəxs ona zəng etmiş, işi həll etdiyini, ərinə ikinci dərəcə əlilliyə görə pensiyanın təyin olunduğunu bildirmişdir. Şahid2 həmçinin göstərmişdir ki, "Masallı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin həkim-məsləhət komissiyası tərəfindən tərtib olunmuş 30 iyun 2022-ci il tarixli göndərişdə X26in barəsində təyin olunmuş əsas diaqnoza "Nodulyar sklerozlu klassik Hockin limfoması, mərhələ İİİ, boyun körpücüküstü, peritonarxası limfa düyünlərinin zədələnməsi ilə" qeyd olunsa da ərində həmin xəstəlik heç vaxt olmamış, belə xəstəlikdən əziyyət çəkməmişdir. Lətif Qarayevdə ürəyin işemik xəstəliyi, hipertoniyası və yanakı ürək xəstəlikləri mövcud olmuşdur, bununla əlaqədar müalicələr almışdır. Ərinə 2016-cı ilin may ayından 2021-ci ilin may ayınadək əlilliyə görə pensiya həmin xəstəliklərə görə ödənilmişdir. Lətif Qarayevdə heç vaxt qan xəstəliyi olmamışdır. Şahid3 tərəfindən tərtib olunmuş göndərişdə Lətif Qarayevin barəsində yazılmış diaqnozlar həqiqəti əks etdirmir, uydurulmuşdur və əlillik meyarlarına cavab verməsi üçün qəsdən şişirdilmişdir. Həmçinin həmin göndərişdə ərinin 2021-ci ilin oktyabr və 2022-ci ilin may aylarında Milli Onkologiya Mərkəzində stasionar müalicələr qəbul etməsinə dair qeydiyyatlar olsa da X26 həmin tibb müəssisəsində heç vaxt müalicə almamış, onkoloji xəstə kimi qeydiyyatda olmamışdır. Həmin göndəriş tamamilə uydurma məlumatlarla hazırlanmışdır. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun ərinə əlillik dərəcəsinin təyininə köməklik göstərilməsini Şahid3 xahiş etmiş, sonuncu da şişirdilmiş diaqnozlarla və məlumatlarla göndəriş tərtib etməklə X26ə qanunsuz olaraq əlillik dərəcəsinin təyininə nail olmuşdur. Şahid2 həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan 8.000 manat alması və 3.000 manatı sonradan qaytarmasına dair ifadələri yalandır. Təqsirləndirilən şəxs onun ərinin əlillik məsələsini həll etmək müqabilində ondan 10.000 manat istəyərək almış, həmin məbləğin 2.500 manatını sonradan qaytarmışdır. Həmçinin, Şahid2 məhkəmə iclasında təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 14 iyul 2025-ci il tarixli qərardan görünür ki, 302 C-25 saylı material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312- 1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və iş üzrə ibtidai istintaqın aparılması Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X12 tapşırılmışdır (cild İ, i.v.1); Sənədlərə baxış keçirilməsi haqqında 04 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X5 Eşqin Əlirza oğlunun və X8 məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi materialları ilə tanış olmuş və müvafiq sənədlər hazırkı materiallara əlavə edilmişdir (cild İ, i.v. 23-297); Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-49/2024 saylı qərarından görünür ki, X13 Azərbaycan Respublikası CM-in 32.4, 312.1-ci maddələri və Şahid3 isə CM-in 32.4, 312.2-ci maddələri verilmiş ittihamda cinayət tərkibi olmadığından cinayət təqibinə xitam verilmiş, X8 əməli Azərbaycan Respublikası CM-in 29, 178.2.3 və 29, 178.2.4-cü maddələri, Şahid3 barəsində olan cinayət təqibi isə CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə davam etdirilmişdir (cild İİ, i.v.1-3); Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-49/2024 saylı hökmündən görünür ki, X13 Azərbaycan Respublikası CM-in 29, 178.2.3 və 29, 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, Şahid3 Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3, 308.2, 313, 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29, 178.2.2 ve 29, 178.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 311.3.2 və 311.3.3cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla, cinayətlərin məcmusu üzrə Şahid3 qəti cəza 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Şahid3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu gündən, yəni 26 dekabr 2022-ci ildən hesablanması, Şahid3 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir (cild İİ, i.v.5-72); Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(106)-478/2024 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs Şahid3 və onun müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Dövlət Sosial Müdafiə fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının Departament müdiri Nicat Məsilli tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-49/2024 saylı, 14 fevral 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Şahid3 CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməsinə dair müddəa Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-49/2024 saylı, 14 fevral 2024-cü il tarixli hökmündən xaric edilmiş, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Şahid3 CM-in 313-cü maddəsi ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən, əlavə cəzanı tam toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Şahid3 cinayətlərin məcmusu üzrə qəti olaraq 1 il 6 ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-49/2024 saylı, 14 fevral 2024-cü il tarixli hökmü qalan hissədə dəyişdirilməmişdir (cild İİ, i.v.73-110); Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli 1(102)-306/2025 saylı qərarından görünür ki, məhkum Şahid3 müdafiəçisi X9 və mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X10 ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Şahid3 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmışdır (cild İİ, i.v.111-144); Cinayət işinin icraata qəbul edilməsi haqqında 14 iyul 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai rayon prokurorluğunda AR CM-nin 312-1.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (cild İİ, i.v.153); Kompakt diskə baxış keçirilməsi haqqında 15 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqdim olunmuş kompakt disk "HP" markalı xidməti kompüterin optik disk oxuyucusuna daxil edildi və müəyyən olundu ki, kompakt diskin tərkibində üç video fayl mövcuddur. 1-ci video faylı SMS (qısa mesaj xidməti) vasitəsi ilə Şahid2 050 *** ** ** nömrəli telefonu ilə Təqsirləndirilən şəxs 055 *** ** ** nömrəli telefonu arasında aparılmış yazışmalara dair məlumatların ekran görüntüsünü əks etdirir. Müəyyən olundu ki, tərəflər arasında aşağıdakı məzmunda yazışmalar aparılmışdır: xx.xx.2024-11:34. Təqsirləndirilən şəxs: Перезвоню позже (daha sonra zəng edəcəyəm). xx.xx.2024-17:37. Şahid2: Sən aldığın pulları geriyə qaytar, sənə xərcləməyə verməmişəm. Yalandan iş düzəldirəm deyə aldın, indi qaytar 10 min manatı. Yoxsa sizə çox pis olacaq. Bəsdi. İnsanın neçə dili olar? Yalanlar, bugün, sabah, illər keçdi. Sonra sən telefona cavab vermədiyin kimi mən də öz bildiyimi edəcəm. Yaxşılıq başa düşmədin. xx.xx.2024-15:54. Təqsirləndirilən şəxs: Zəng edəcəm. xx.xx.2024-15:42. Təqsirləndirilən şəxs: İndi danışa bilmirəm (indi danışa bilmirəm). xx.xx.2025 21:31. Şahid2: Nə oldu, düzəlmədi? Biz getməliyik. Tez dedim axı. xx.xx.2025 - 13:38. Təqsirləndirilən şəxs: Перезвоню позже (daha sonra zəng edəcəyəm). xx.xx.2025-13:13. Şahid2: Evin qapısındayam, aç telefonu. xx.xx.2025-13:13. Təqsirləndirilən şəxs: Bakıda deyiləm, kənardayam. Birinci gün görüşərik. Özüm zəng edəcəm. xx.xx.2025-13:13. Şahid2: Telefonu götür. xx.xx.2025 18:54. Şahid2: Axşam oldu. Nə oldu? Yenə təkrar olunur. Zəng vurub "gətirib verirəm" de. Gəlməyim sizə. xx.xx.2025-12:11. Şahid2: "Amay"da gözləyirəm. Dedin "birinci gün". Pulumu verin, bu iş qutarsın. xx.xx.2025-12:11. Şahid2: Biz qapıdayıq, çıxın. 2-ci video faylı "WhatsApp" mobil platforması vasitəsi ilə Şahid2 050 *** ** ** saylı telefonu ilə Təqsirləndirilən şəxs 055 *** ** ** saylı telefonu arasında aparılmış danışıqlara dair məlumatların ekran görüntüsünü əks etdirir. Müəyyən edildi ki, Şahid2 Təqsirləndirilən şəxs aşağıdakı məzmunda səsli mesajlar göndərmişdir. xx.xx.2024-09:42: Sabahınız xeyir. Sahib müəllim, pulu birinci günə kimi hazırla, qızın yoldaşının vəziyyəti pisləşib. Day bir bəhanə gətirmə mənə. xx.xx.2024-09:43: Day tapa bilmədim, düzəlmədi, nə oldu, mənə day heç nə demirsən, qurtardı. Pulu götürdüyün kimi də dəstələ, hazırla, gəlib götürəcəm. xx.xx.2024 18:11: Mən sizə nə səs göndərmişəm, siz hələ başa düşməmisiz? Mənim uşağım orda elə. Sən məndən gəlib evin içindən pul götürüb deyirsən ki, "mən sosial işçisiyəm". mən məsələrinizi düzəldəcəm". Hələ də düzəldirsən. Sən sosialda işləmirsən, sən əməlli başlı "maşennik"sən. Sən elə bu işlərin içində də tutulmusan. Oğlun da mənə yalvarırdı ki, "yox, mənim atam Rusiyadadı, ordadı", yalan məlumatlar verir. Elə ancaq bu işlərlə məşğulsuz siz? Mən sənə nə dedim? Mənim uşağım, xəstə, Qarabağ əlili uşağım, qardaşım orda. Bu şeylər sənə çatmır? Nə qədər demək olar? Mən pulu sənə xərcləməyə vermişdim? Öz kefinə, yoxsa məsələ həll eləyirdin? Eləməmisən, qaytar pulu ver. Nə qədər demək olar? Nə qədər danışmaq olar? Bəsdi day. Hər dəfə "ya pozvonyu", "pozdno", telefonu götürmürəm. Sən özbaşınasan, yoxsa qanunlara tabe olmursan? Sən bir dəfə yatdın çıxdın, bəs eləmədi sənə? İkinci dəfə girmək istəyirsən ora? Sən pul almısan, gətir pulu ver. Mən bir də səni elə et ki, təzədən o çıxdığın yerə girməyəsən. xx.xx.2024-18:12: Mənim pulumu hardan tapırsan, necə tapırsan tap, düzəlt, ver. Yoxsa telefonda o gün yazdığın sözləri, səsləri, oğlunun mənə yalvarışlarını, hamısını aparıb qoyacam stolun üstünə. Bax, bəsdi day. Mənim uşağım orda, o vəziyyətdə, mən pul gözləyirəm. Bir dəfə də gedib Türkiyəyə gəldim, hələ o xəstə olanda. Əlil qardaşımın şəklini də göndərim sənə, uşaq pisdi, yenə sənə dərs olmadı. Nə qədər demək olar? Səndən mən pul istəmirəm ki. Öz verdiyim pulu, aldatdığın, gəlib yalandan "mən belə eləyirəm", "mən elə eləyirəm", o aldatdığın pullan istəyirəm. Vermişəm, qaytar pulumu. İş düzəltmədin, qaytar pulumu. Mən hələ velə heç vaxt aldanmadığım şeyə, bilmirəm necə sən aldatdın, necə "maşenniklik elədin ki, sən o qədər pulu götürdün. Gətir mənim on minimi düzəlt, gətir ver. xx.xx.2024-20:59: Biz qapıdayıq, çıx qapıya bir dənə. xx.xx.2024-21:04: Bu günü də şans verirəm sizə. Səhər on birdə "Amay da olmasan, biz qayıdırıq "uje" evə, sonra məndən incimə. Bəsdi. Mənim uşağım orda təmtək qız, qadın xeylağı, təmtək Türkiyədə qalıb düzdə. Yoldaşı xəstəxanada, o da orda. Bunu deməkdə məqsədim odu ki, bəlkə vicdanın oyana, pulumu qaytar. Yoxsa, Allah haqqı, yox yerdən başın müsibət ağrıyacaq. xx.xx.2024-21:04: Gecə vaxtı day camaatın içində istəmədin bir də elə ayıb olsun, səni çağırsınlar çölə. xx.xx.2025-15:05: Mən gəlib sizə nə dedim ? Mən sizə dedim problemim nədir, mənim pulumu qaytar. Dedim bunu? Nə vaxta qədər "bugün-sabah", "bugün-sabah", qutarda da. Bu bank məsələsi qurtarmadı sənin? Camaat bugün banka gedir, iki günə həll olunur, bir günə. Mən "uje" yanvar ayından deyirdin "on günə qayıdan kimi hazırdı". Təzədən "uje" yanvarın iyirmisi də gəlib, hələ sən başa yetirə bilməmisən. Sənə bütün hamısını dedim gəlib. Deyirsən "yaxşı". xx.xx.2025-12:57: Mən gəlib sənə nə demişəm? Nə çətinlikdə, zülümdə məni qoyub, indi hələ bu səfər bankdan, ya deyəcək "bir həftə qalıb", ya deyəcək "on gün qalıb", "bankın ayağı, başı", "baş idarədi, ayaq idarədi". Mən gəlib sənə dediklərimdən bir nəticə olmadı sənə ki, mənim, özümün pulu ola-ola səndə, mən nə bəla çəkirəm? Nə qədər olar day? Sənin bu bank məsələn de. Camaat bugün banka gedir, bir milyon pul çıxardır. Sənə nə faizə verən var, nə belə verən var. Sən mənim pulumu qaytar, öz problemini özün həll elə də. Nə qədər gözləmək olar ey? xx.xx.2025-12:57: Özüm pulum səndə ola-ola mən problem çəkirəm. Nəyə görə? Qutar ver də. Nəyimə lazım? Mən sənin üçün xərcləyib sonra çarəsiz qalmağı deməmişdim ki. xx.xx.2025-15:11: Gəlin bura, bankdan pul götürək ki, mən gedə bilim. Sənə deyirəm gözləyirəm, sən hələ deyirsən "pozdno pozvonyu". Mənə də lazımdı. xx.xx.2025-15:12: "Zəng et, gəlim" deyirsən. Zəng vurmuşam, dünən deyirsən "gələrəm", bugün deyirsən "hə". Qutar bu məsələni, mən çıxım gedim. Nə qədər demək olar, Sahib müəllim? Sən indi, bilmirəm ey, səni də bu çətinlikdən qutarsın, məni də. Yəni bu çətinlikdə deyirəm "uje" bundan o yana nə qədər gözləyim? Mənim uşağım orda gözləyir. Deyirəm-deyirəm, elə deyirsən "yaxşı, yaxşı". xx.xx.2025 - 15:12: Bankdan verir. Şəxsiyyət vəsiqənlə gəlin, götürək, mən çıxım gedim. xx.xx.2025 15:16: Mən burda bankın qabağında gözləyirəm. Bu gün gəlməsən axşam biz sizin evdə olacağıq. Gözlə bizi. xx.xx.2025-10:57: Mən beynəlxalq bankın içindəyəm, gözləyirəm. Gəlin. xx.xx.2025-10:59: Nömrə götürmüşəm. Bir az tez gələ bilərsiz? Tez gəlin. xx.xx.2025-15:47: Salam. Nə oldu, Sahib müəllim? Bir xəbər olmadı? İndi səhər də altıncı gün, banklar işləmir. Əgər sənədlərin düzəlmirsə kapital banka gəlin, ordan götürək, mən çıxım gedim uşağın dalınca da. Nə günü günə uzadaq ey, bu düzəlir-düzəlmir, düzəlir-düzəlmir? Dedim ki sizə uşaq pis vəziyyətdə gözləyir da. Nə qədər şey olar ey "uje"?. Səhərdən nə qədər ağlayıb. Zəng eləyirəm, götürmürsən telefonu. xx.xx.2025-15:47: Hardasız? Mən gəlim, kapital bankdan gedək, verirlər, götürək, mən çıxım gedim. xx.xx.2025-11:49: Bugün "uje" neçənci gündü? Səhər indi deyəcəksən ki, "altı-bazar da bank işləmir". Gəlirəm kapital banka, yanınıza gəl, kapital bankda gözləyirəm sizi. Gəl pul götür prdan, mənim pulumu ver. Mənim uşağım pis gündə orda. Nə qədər demək olar ey "bugün yoxdu", "sabah yoxdu", "zəng eləyəcəm", "qaldı", "oldu"? Niyə məcbur eləyirsən ki, bu qədər gözləyib- gözləyib, sonra pislik olsun. Nə qədər demək olar ey? Mən elə bil ki, məcburən mən səndən pul istəyirəm. Öz pulumu qaytar ver də. Belə şey olar? Mənim uşağım qalıb orda. Hər gün-hər gün "zəng eləyəcəm", "sabah zəng eləyəcəm", "bugün zəng eləyəcəm". Mən gəlirəm ora, gəl kapital banka. xx.xx.2025-11:56: Kapital bankda gözləyirəm sizi. xx.xx.2025 11:05: Mən indi gəlirəm sizə. Mənim pulumu bugünləri hardan tapırsan tap. Bankdan alırsan, kimdən alırsan, bilmirəm. Bugünləri mənim pulumu ver, bu məsələ bağlansın. xx.xx.2025-11:09: Telefonu götür. Öz də day mənə bəhanələr gətirmə "bugün", "sabah", "saat on ikidə zəng eləyəcəm", "birdə zəng eləyəcəm". Bu məsələlər bitdi day. 3-cü video faylı "WhatsApp" mobil platforması vasitəsi ilə Şahid2 050 *** ** ** saylı telefonu ilə Təqsirləndirilən şəxs 055 *** ** ** saylı telefonu arasında aparılan danışıqların davamının ekran görüntüsünü əks etdirir. Müəyyən edildi ki, 4 mart 2025-ci il tarixdə saat 10:58 dəqiqədə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin foto şəklini Şahid2 göndərmişdir. Şahid2 daha sonra Təqsirləndirilən şəxs aşağıda qeyd olunan məzmunda səsli mesajlar göndərmişdir (cild İİ, i.v.163-166); X4 Sistemindən xx.xx.2025-ci il tarixdə götürülmüş məhkumluq məlumatlarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən AR CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət işinə xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-432/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1.000 (min) manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-247/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbs və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 9 (doqquz) gün ona təyin olunmuş cəza müddətinə daxil edilmiş və həmin müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs tərəfindən çəkilməli cəzanın qalıq müddəti 02 (iki) il 07(yeddi) ay 12 (on iki) gün müəyyən olunmuş, Xətai rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1000 (min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən hazırkı hökmlə toplanmış və həmin cərimə cəzasının Təqsirləndirilən şəxs tərəfindən müstəqil icra olunması, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan onun Asqhar Razzaqhinin 48000 (qırx səkkiz min) manatını ələ keçirməsi hissəsinin cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbindən, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində göstərilən əsaslarla xaric olunması hökm edilmişdir (cild İİ, i.v.184-260); Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 64 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, X14 azərbaycanlıdır. Azərbaycan Respublikasının vətəndaşıdır. Ali təhsillidir. Evlidir. Sorğu zamanı X14 barəsində qonşular tərəfindən heç bir şikayət və narazılıq olmamışdır (cild İİİ, i.v.4); 23 iyul 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ifadəsində bildirdiklərini X11 üzünə deyərək bir daha təsdiq etmişdir (cild İİİ, i.v.17-19); 23 iyul 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ifadəsində bildirdiklərini X11 üzünə deyərək bir daha təsdiq etmişdir (cild İİİ, i.v.20-23); sübutların qiymətləndirilməsi haqqında 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə müvafiq olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312- 1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs Şahid2 istəyərək aldığı maddi nemətin bir hissəsini Şahid3 verməsinə dair özünü müdafiə üçün gətirdiyi dəlillər işin faktiki halları ilə təkzib olunduğundan rədd edilmiş, X6 barəsində şişirdilmiş diaqnozlarla, məzmununa yalan məlumatlar daxil edib tibbi-sosial ekspert komissiyasına 30 iyun 2022-ci il tarixli 0286003AA6G8 nömrəli göndərişin tərtib olunması, bununla da ona 01 avqust 2022-ci il tarixdən 31 mart 2023-cü il tarixədək ikinci dərəcə əlilliyə görə 3.044,02 manat məbləğində müavinətin ödənilməsi hissəsində Şahid3 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə qiymətləndirilməsinə dair preyudisial əhəmiyyətə malik məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün mövcudluğu nəzərə alınmış, Şahid2 cinayət-prosessual qanunverciliyin tələblərinə əsasən zərərçəkmiş şəxs qismində tanınmasının hüquqi cəhətdən istisna olunduğu nəzərə alınmış, Şahid2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Şahid2 tərəfindən təqdim edilmiş, sonuncunun Təqsirləndirilən şəxs ilə apardığı danışıqların video yazılarını əks etdirən kompakt disk iş üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmış, iş üzrə istintaq hərəkətlərinin protokolları və onlara əlavələr və digər istintaq sənədləri sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild İİİ, i.v.4); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild İİİ, i.v.48-49); 23 iyul 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (cild İİİ, i.v.67-68); Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Amnistiya tətbiq edilməsi barədə 02 fevral 2026-cı il tarixli qərardan görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-432/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş cəriməni tam ödədiyi üçün xx.xx.2023-cü il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-247/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddesi ile teqsirli bilinərək 2 il 7 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cezasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barədə hökm ləğv olunub, cinayət işi yeni məhkəmə baxışına təyin edilmiş və bu səbəbden məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1594/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-247/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ləğv edilməsi və yeni hökm çıxarılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 178.3.2-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 75.1.1, 75.1.2 və 75.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən ona cəza təyin edilməməsi, hökm olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin başvermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnızməhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 312-1.1-ci maddəsinə əsasən şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi - altı min manatdan on min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” 2025-ci il 18 mart tarixli Qərarında göstərilmişdir ki, dövlət və yerli özünüidarəetmə orqan, müəssisə və təşkilatlarının, xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxslərinin, beynəlxalq məhkəmələrin və təşkilatların vəzifəli şəxslərinin fəaliyyətinə qeyri-qanuni müdaxilə cəhdlərini əngəlləmək, belə müdaxilənin mümkünlüyünə dair təəssüratın yaranmasının qarşısını almaq və bununla da onların səmərəli, dürüst və qərəzsiz fəaliyyət göstərməsini təmin etmək məqsədi ilə nüfuz alveri cinayət əməli kimi müəyyən edilmişdir. Bu baxımdan qeyd edilən cinayət tərkibinin obyekti, yəni həmin tərkib vasitəsilə qorunan hüquqi dəyər dövlət hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nüfuzu, onların qanunauyğun, ədalətli və qərəzsiz fəaliyyətinə bəslənən inamı və bununla bağlı ictimai gözləntisidir. Məhz bu səbəbdəndir ki, nüfuz alveri maddi deyil, formal tərkibli cinayət əməli kimi müəyyən olunmuşdur. Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin dispozisiyasına görə, əməlin törədilmiş hesab olunması üçün vəzifəli şəxsin qərarına qanunsuz təsir edilibedilməməsinin, qərarın qəbul olunub-olunmamasının cinayət tərkibinin əmələ gəlməsi üçün heç bir əhəmiyyəti yoxdur. Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edilərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə maddi və sair nemətin, imtiyazın və ya güzəştin təklif olunduğu, vəd edildiyi, verildiyi, istənildiyi, alındığı, yaxud bu barədə təklif və ya vədin qəbul edildiyi andan cinayət başa çatmış hesab edilir. Çünki qanunsuz təsir etmə məqsədilə belə maddi nemətin, imtiyazın və s. verilməsi, istənilməsi, alınması və həmin maddədə göstərilən digər hərəkətlərin icrası özlüyündə qeyd olunan orqan və qurumların qərar qəbul etmə prosesinin qanuniliyinə və şəffaflığına olan inama, bununla bağlı sosial gözləntilərə mühüm ziyan vurmuş olur. Nüfuz alveri cinayət əməli ilə bağlı “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiya üzrə İzahlı Hesabatda da göstərilmişdir ki, bu əməlin cinayət hesab edilməsi ilə qorunan hüquqi maraqlar dövlət idarələrinin qərar qəbul etmə prosesindəki şəffaflıq və qərəzsizliyidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-in 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, Şahid2 dəymiş zərərin tam olaraq könüllü ödəməsini (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 312-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə və azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin tələbinə görə şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxslərə cərimə cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut – Təqsirləndirilən şəxs ilə Şahid2 arasında aparılmış danışıqların video yazısını əks etdirən kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirəyə məruz olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 7.000 (yeddi min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs ilə Şahid2 arasında aparılmış danışıqların video yazısını əks etdirən kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-409/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-409/2025
27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver