Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-41/2021 17.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, hazırda heç yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi, ev 4, mənzil 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 265-1.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində sərnişindaşıma xidməti göstərən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində 57 nörməli marşrut xəttinin dəstə rəisi vəzifəsini icra edərkən ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarını pozub, xx xxxxx 2020-ci i tarixdə “D” kateqoriyalı, yəni sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan avtomobilləri idarə etmək hüququ olmayan Şahid1 sərnişin daşınması üçün nəzərdə tutulmuş 57 nömrəli müntəzəm marşrut xətti üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən “İSUZU ECOBUS” avtobus markalı, Vaqon 22+1 yer tipli, **-RA-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmək üçün xəttə buraxmış, nəticədə Şahid1 avtobusu idarə edərkən xx xxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ şossesindəki yolda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin, 50-cı maddəsinin 1-ci hissəsinin, 37-ci maddəsinin 4-cü hissəsinin və həmin Qanununun 1 saylı Əlavəsinin 3-cü hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi ilə “Nargilə” dairəsi istiqamətdən “C.Naxçıvanski adına Hərbi lisey” istiqamətdə 40-50 km/saat sürətlə hərəkətdə olduğu zaman Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 32 saylı ünvanda, «Zərifə» şadlıq sarayının qarşısında yolun hərəkət istiqamətinin sağ tərəfindən adi yerişlə sol tərəfə keçən piyada Zərərçəkmiş şəxs avtobusun qabaq sağ yan hissəsi ilə vurub, ehtiyyatsızlıqdan onun baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan başın sol alın cibinin sol göz yuvası damına, yəni alın sümüyünə irradiasiya edən-uzanan xətti sınığı və sol qaş qövsü nahiyəsinin əzilmiş yarası, sol gicgah nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verərək göstərmişdir ki, o, xx xxxx 2019-cu il tarixdə “xxxx” MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən dispetçer kimi işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə həmin şikrətdə dəstə rəisi vəzifəsinə keçirilmiş, işə qəbul edildiyi zaman şirkətlə aralarında öhdəlik müqaviləsi bağlanmış, habelə dəstə başçısının vəzifə təlimatı ona izah edilmişdir. Öhdəlik müqaviləsinə əsasən o, şirkətə məxsus 57 nömrəli marşrut xətti üzrə sərnişindaşımanı həyata keçirən 18 ədəd ‘İsuzu Ecobus” markalı avtobusların fəaliyyəti zamanı bütün məsuliyəti ilə cavabdehlik daşımış, avtobusların düzgün istismarı, etibarlı işədilməsi, yerləşdirilməsi, vaxtında təmirini təmin etmək və.s bu kimi vəzifələri icra etmiş, dəstə başçısının vəzifə təlimatına əsasən isə ümumi istifadə olunan avtobusların saxlanmasına nəzarət etmək, buna, birbaşa cavabdehlik daşımaq, plan daşımalarına, texniki-istismar xərclərinin yerinə yetirilməsinə, avtobusların texniki cəhətdən düzgün istismar edilməsinə, texniki vəziyyətlərinə nəzarət etmək, olnların təsdiq edilmiş qrafikə ciddi riayət etməklə xətlərə çıxarılmasını təmin etmək və.s vəzifələri daşımışdır. Bu minvalla o, öhdəlik və vəzifə təlimatına imza etməklə, fəaliyyətə başlamışdır. O, hər gün səhər saat 09:00 radələrində işə gəlirmiş, gün ərzində təlimatından irəli gələn vəzifələri icra etməklə, saat 21:00 radələrində isə iş yerini tərk edirmiş. Şirkətdə işlədiyi müddətdə onun tabeçiliyində 40 nəfər sürücü olmuş, gündəlik olaraq onların iş fəaliyyətinə, yəni əmək intizamına, yol hərəkəti, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına nəzarət etmişdir. 2020-ci ilin mart ayının əvvəllərində Şahid1 onun işlədiyi “xxxx” MMC-yə gələrək, “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malik olmaqla, avtomobil sürücüsü qismində təxminən 4 ilə yaxın iş təcrübəsi olduğunu deyib, onu işlə təmin etməsini xahiş etmişdir. Emin ona işsiz olduğu üçün, ailəsini dolandırmaqda çətinlik çəkdiyini deyib, ona köməklik etməsini xahiş etmiş, o da, öz növbəsində onun maddi sıxıntı keçirdiyini görüb, köməklik məqsədi ilə hazırda şirkətdə yalnız avtobus sürücüsü işi üzrə vakant yer olduğunu bildirməklə, onu avtobus sürücüsü kimi işə götürə biləcəyini bildirmişdir. O, şirkətdə işə qəbulla bağlı hər hansı səlahiyyətə malik olmasa da, fikirləşmişdir ki, Eminə köməklik məqsədi ilə onu müvəqqəti olaraq avtobus sürücüsü kimi işə götürər, o, da, bir müddət şirkətdə işləməklə çörək pulu qazanıb, ailəsini dolandırar. Bunu isə o, şirkət rəhbərliyindən gizli saxlamışdır. Şahid1 təklifi ilə razılaşdıqdan sonra, onu tibbi müayinədən keçirməklə, 57 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü kimi işə götürmüşdür. Emini işə götürdükdən sonra sərnişindaşımanı həyata keçirmək üçün ona “İsuzu” markalı 90RA859 nömrəli avtobus təhkim etmiş, 2020-ci il mart ayının ortalarından başlayaraq Emin şirkətdə fəaliyyətə başlamış, hər gün saat 06:00 radələrində Zığ şossesindəki qaraja gəlməklə avtobusu təhvil alıb, fəaliyyətə başlamış, saat 00-01 radələrində isə iş fəaliyyətini başa çatdırıb, avtobusu təkrarən qaraja təhvil vermişdir. Emin “D” kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmadığı üçün, avtobusun idarə etməsi ilə bağlı ona yol vərqəsi verilmirmiş. Emin avtobus sürücüsü qismində işə başladığı zaman, avtobusu yol hərəkəti qaydalarına uyğun olaraq idarə edir, gündəlik müəyyən edilmiş planı ona təhvil vermişdir. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 20:00 radələrində işdə olduğu zaman, polis əməkdaşları işlədiyi Xətai rayonu, Zığ şossesində yerləşən qaraja gələrək, şirkətə məxsus 57 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsünün piyadını vurma növündə yol nəqliyyat hadisəsi törətməklə, hadisə yerindən qaçması barədə məlumat vermiş, o dərhal daxili araşdırma aparıb, hadisənin tərəfindən qeyri-qanuni əsaslarla işə götürülmüş Şahid1 tərəfindən idarə etdiyi “İsuzu” markalı 90RA859 nömrəli avtobusla törətməsini müəyyən etdiyindən, bu barədə, habelə Eminin anket məlumatları barədə polis əməkdaşlarına məlumat vermişdir. Bundan sonra, polis əməkdaşları ilə birgə Eminin yaşadığı hazırda yadında qalmayan ünvana gəlmiş, həmin ünvana gəldikdə, avtobusu evin həyətində aşkar etmişlər. Bundan sonra isə polis əməkdaşları araşdırma zərurəti ilə əlaqədar X5 dəvət etmiş, avtobus isə duracağa yerləşdirilmiş, səhəri gün o, duracağa gəlib, avtobusun xarici zədələrinə nəzər saldığı zaman, avtobusda hər hansı zədə izi aşkar etməmişdir. Hadisə barədə şirkət rəhbərliyi məlumat aldıqdan sonra onu işdən xaric etmişlər. Əməlindən peşman olduğunu, hadisənin ehtiyatsızlıqdan baş verdiyini, ailəli olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində qohumunun yaşadığı Zığ şossesində yerləşən evdən çıxıb, yaşadığı ev istiqamətdə gəlmiş, evə getməkdən ötrü “Zərifə” şadlıq sarayının qarşısındakı yolu keçmək məcburiyyətində qalmış, bu səbəbdən yolun hərəkət hissəsinə daxil olub, adi yerişlə hərəkət hissəsini sağdan sola keçməyə başlamış, adi yerişlə yolu yol ayrıcı istiqamətdə 11-12 metr məsafə qətt etmişdir ki, qəflətən həmin küçə ilə “C.Naxçıvanski” adına hərbi lisey istiqamətdə qabaq ön işıqları zəif yanan dövlət qeydiyyat nişanına və markasına diqqət etmədiyi ağ rəngli marşurut avtobusunun hərəkət etdiyini görmüşdür. Avtobus ona yaxınlaşdığı zaman surətini azaltdığı üçün onun yol vermək üçün saxlayacağını güman etdiyindən o, adi yerişlə hərəkətini davam etdirmişdir. Bu zaman sürücü idarə etdiyi avtobusun qabaq sağ yan tərəfi ilə onu vurmuş və o, aldığı zərbədən yerə yıxılmış, avtobus sürücüsü isə avtobusu saxlamadan hadisə yerindən uzaqlaşmışdır. Həmin zaman ətrafda olan tanımadığı bir nəfər şəxs yaxınlaşaraq onu yoldan qaldırıb, səkiyə doğru aparmış, artıq bundan sonra baş verənlər barədə məlumatı olmamışdır. O, ağrıdan huşunu itirmiş və ayılarkən 3 saylı Şəhər Klinik Xəstəxanasında olduğunu görmüşdür. Bir neçə gün xəstəxanada qalıb, tibbi yardım aldıqdan sonra o, evə buraxılmış, hadisədən sonra ona məlum olmuşdur ki, hadisəni törətmiş şəxs 57 nömrəli marşrut xətti üzrə hərəkət edən “İsuzu Ecobus” markalı 90RA859 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid1dur. Hazırda qəza zamanı ona dəymiş zərər tam şəkildə ödənilmişdir və o, Şahid1 ilə və Təqsirləndirilən şəxs barışmışdır və onlara qarşı heç bir şikayət, tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, işsiz olduğu üçün, 2020-ci ilin mart ayının əvvəllərində marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində yerləşən “xxxx” şirkətinə müraciət etmişdir. O, sürücülük təcrübəsinə və «BC» kateqoriyalı sürücülük vəsiqəsinə sahib olduğu üçün şirkətdə münasib olan iş olacağını fikirləşmiş, şirkətə gəldiyi zaman onu dəstə başçısı Təqsirləndirilən şəxs qəbul etmiş və o, Sürücülük peşəsi üzrə iş təcrübəsi, habelə «BC» kateqoriyalı sürücülük vəsiqəsinə sahib olduğu barədə bildirib, ondan münasib işə götürülməsində köməklik etməsini xahiş etmişdir. Şahin şirkətdə yalnız avtobus sürücüsü işi üzrə vakant yer olduğunu bildirməklə, onu avtobus sürücüsü kimi işə götürməyi təklif etmiş, o, avtobus idarə etmək üçün “D” kateqoriyalı sürücülük vəsiqəsinin tələb olunduğunu, lakin bu kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmadığını dedikdə, Şahin bunun problem olmadığını, yalnız avtobusu idarə edərkən ehtiyyatlı olmasını tapşırmışdır. O da, etiraz bildirməyib, avtobus sürücüsü kimi işləməyə razılıq vermiş, təxminən bir neçə gün müddət ərzində tibbi müayinədən keçdikdən sonra o, işə götürülmüş, lakin işə götürməyi ilə əlaqədar şirkətlə aralarında əmək müqaviləsi və ya hər hansı digər rəsmi sənəd imzalanmamışdır. Bundan sonra o, 57 nömrəli marşurut xətti üzrə sərnişin daşımanı həyata keçirəcəyi barədə bildirilməklə, marşrut xətti izah edilmiş, habelə idarə etməsi üçün ona “İsuzu” markalı 90RA859 nömrəli avtobus təhkim edilmiş, təxminən mart ayının ortalarından başlayaraq 57 nömrəli marşrut xətti üzrə idarə etdiyi “İsuzu” markalı 90RA859 nömrəli avtobusla sərnişindaşıma fəaliyyətini həyata keçirməyə başlamış, lakin avtobus idarə etmək üçün, müvafiq kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmadığı üçün, avtobus idarə etmək üçün yol vərəqəsi verilməmişdir. Bununla belə o, hər gün səhər saat 06:00 radələrində Zığ şossesindəki qarajdan avtobusu çıxarmaqla fəaliyyətə başlamış, saat 00-01 radələrində isə iş fəaliyyətini başa çatdırıb, qaraja gəlib, avtobusu təhvil vermişdir. Hər gün xəttə çıxmazdan əvvəl avtobusun texniki vəziyyəti şirkət əməkdaşları tərəfindən yoxlanılmış, saz vəziyyətdə ona təhvil verilmişdir. Həmişə olduğu kimi, xx xxxxx 2020-ci il tarixdə səhər saat 06:00 radələrində ona təhkim edilmiş “İsuzu” markalı 90RA859 nömrəli avtobusu o, saz vəziyyətdə qarajdan təhvil alıb fəaliyyətə başlamış və gün ərzində normal şəkildə sərnişindaşımanı həyata keçirmişdir. Həmin günü saat təxminən 20:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsi yaxınlığındakı dayanacaqda sərnişinləri düşürdüyü zaman o, avtobusun qabaq ön işıqlarında qısa qapanma baş verdiyinin şahidi olmuş, həmin zaman avtobusun işıqları zəiflədiyindən, fəaliyyətini dayandırıb qaraja getmək barədə qərarlaşmış, lakin üzərində mobil telefon olmadığı üçün, bu barədə dəstə başçısı və ya qeyri məsul şəxsə məlumat verə bilməmiş və bu minvalla avtobusu hərəkətə gətirib, Xətai rayonu, Zığ şossesi ilə C.Naxçıvanski adına Hərbi Lisey istiqamətində saatda 40-50 km sürətlə yolun sağdan sola 3-cü zolağı ilə hərəkətə başlamış, Bakı şəhəri, Xətai rayonu, Zığ Şossesində yerləşən «Zərifə» şadlıq sarayının qarşısına çatdığı zaman, avtobusun işıqları tam zəiflədiyi üçün təxminən 3-4 metr məsafədən yolun hərəkət istiqamətinin sağ tərəfindən yol ayrıcısına doğru sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs adi yerişlə keçdiyini görmüş və bu zaman piyadanı vurmasının qarşısını almaqdan ötrü o, cəld şəkildə avtomaşını sola doğru istiqamətləndirmiş, lakin buna baxmayaraq, avtomobilin sağ yan tərəfi ilə Zərərçəkmiş şəxs vurmuşdur. O, baş vermiş hadisədən qorxduğu üçün, avtobusu saxlamadan hadisə yerindən qaçaraq yaşadığı evə yollanmış, hadisədən təxminən bir neçə saat sonra, polis əməkdaşları yaşadığı evə gəlib, yol nəqliyyat hadisəsi ilə əlaqədar onu Polis İdarəsinə dəvət etmişlər. O, polis idarəsinə gəldikdə, həmin gün saat 22:00 radələrində Zığ şossesində qadın piyadanı vurmaqla, hadisə yerindən qaçaraq tərk etdiyini etiraf etmişdir. Hazırda o, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam olaraq ödəmişdir və onunla barışmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, xx xxxx 2020-ci il tarixdən “xxxx” MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir və həmin vaxtdan bu vəzifəni icra edir. Direktoru olduğu Cəmiyyətin əsas məqsədləri Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunmasıdır. Hazırda şirkət tərəfindən 86 ədəd “Daewoo” və “İsuzu” markalı avtobuslar 57, 49, 35 və 198 nömrəli marşrut xətti üzrə istismara verilmişdir. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən şirkətə dəstə baçısı vəzifəsinə işə götürülmüş, sonuncu şirkətlə bağlanmış müqaviləyə əsasən şirkətə məxsus 57 nömrəli marşrut xətti üzrə sərnişindaşımanı həyata keçirən 18 ədəd “İsuzu Ecobus” markalı avtobusların fəaliyyəti zamanı bütün prosseslərə tam məsuliyyət daşımışdır. Onun tabeçiliyində 40 nəfər sürücü olmuş, həmin sürücülərin iş fəaliyyətinə, yəni əmək intizamına, yol hərəkəti, əməyin mühafizəli və təhlükəsizlik qaydalarına nəzarəti bilavasitə onun özü həyata keçirmişdir. Bununla belə Şahin şirkətdə çalışdığı müddətdə barəsində hər hansı şikayət daxil olmamışdır. xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında şirkətə gəldiyi zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs o və ya şirkət rəhbərliyinə heç bir məlumat vermədən 2020-ci il mart ayında avtobus idarə etmək üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsinə malik olmamış Şahid1 57 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü kimi işə qəbul edərək, ona şirkətə məxsus “İsuzu” markalı 90RA859 qeydiyyat nişanlı avtobusu təhkim etmişdir. Şahid1 təxminən 1 ay müddət ərzində həmin marşrut xətti üzrə hərəkət edən avtobusla sərnişindaşımanı həyata keçirmiş, xx xxxxx 2020-ci il tarixdə isə şirkətə məxsus “İsuzu” markalı 90RA859 qyediyyat nişanlı avtobusla Xətai rayonu, Zığ şossesində hərəktdə olduğu zaman yolu keçən qadın piyadını vurub, hadisə yerindən qaçmışdır. Bu barədə məlumat aldıqdan sonra onlar dərhal daxili yoxlama aparmış, yoxlama nəticəsində Təqsirləndirilən şəxs yol verdiyi nöqsanla bağlı işdən xaric edilmişdir. Cinayət işinin 43-cü vərəqəsində olan “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli, 365 nömrəli əmrindən görünür ki, Şahid2 xx xxxx 2020-ci il tarixindən “xxxx” MMC-nin müvəqqəti olaraq direktor vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 47-ci vərəqəsində olan “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli, G 32 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixindən sınaq müddəti 1 ay olmaqla “xxxx” MMC şirkətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin (ğ) bəndinə əsasən “dispeçer” peşəsinə təyin olunmuşdur. Cinayət işinin 48-ci vərəqəsində olan “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli, 108 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixindən etibarən 57 saylı marşrut xətti üzrə dəstə rəisi vəzifəsinə keçirilmişdir. Cinayət işinin 49 cu vərəqəsində olan “xxxx” MMC-inin direktoru ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 57 saylı marşrut xətti üzrə dəstə başçısının öhdəlik müqaviləsinin sürətindən görünür ki, dəstə başçısı bu müqavilənin qüvvədə olduğu müddətdə işəgötürənin 18 ədəd “İsuzu Ecobus” markalı avtobusun ** NU ***, ** RA ***, ** RA ***, ** RA ***, ** RA ***, ** RA ***, ** RA ***, ** RA ***, ** RA ***, ** RA ***, ** RA ***, ** RA ***, ** RA ***, ** RA ***, ** RA ***, ** RA ***, ** RA ***, ** RA ***, 90 Ra 872 sərnişin avtobuslarının fəaliyyət göstərməsi zamanı bütün məsuliyyəti ilə cavabdehlik daşıyır. Müqavilə 01 (bir) il müddətinə qüvvədədir. Cinayət işinin 45-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AC seriyalı 861453 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2012, şassi nömrəsi NNAM0B5LL020116939, ağ rəngli, “İsuzu Ecobus” markalı, Vaqon 22+1 Yer tipli, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. Cinayət işinin 20-22-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 455 nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan başın sol alın cibinin sol göz yuvası damına, yəni alın sümüyünə irradiasiya edən-uzanan xətti sınığı və sol qaş qövsü nahiyəsinin əzilmiş yarası, sol gicgah nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtobusun vurması nəticəsində törənə bilər, dərəcəsinə görə, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işinin 73-80-ci vərəqələrində olan Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”-nın xx xxxxxxxx 2020-ci il tarixli, 371 saylı məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası rəyindən görünür ki, “İsuzu Ecobus” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid1 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə piyadanın vurulması hadisəsinin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində həmin maddənin tələblərinə uyğunsuzluq olmuşdur. “İsuzu Ecobus” markalı avtobusun işıq sistemində nasazlıq yarandıqdan sonra sürücü Şahid1 həmin nasazlığı aradan qaldırmadan sutkanın qaranlıq vaxtı hərəkətini davam etdirdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsinin 3-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Şahid1 yol vərəqəsi və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan İsuzu Ecobus markalı avtobusu idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Şahid1 piyadanı vurduqdan sonra hadisə haqqında Azərbaycan Respublikasmm müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən və hadisə yerinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşının gəlməsini gözləmədən hadisə yerindən qaçdığına görə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Əgər hadisə sürücü Şahid1ın ifadəsində göstərdiyi vəziyyətdə baş vermişsə, bu halda sürücü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsinin 3-cü hissəsinin 3-cti bəndinin, 55-ci maddəsinin 1-ci hissəsinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə, riayət etməklə piyadanın vurulma hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 106-114-cü vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 265-1.1-1ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış və cinayət işindən bəzi istintaq sənədlərinin əsli və kserosurəti çıxarılaraq ayrılacaq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 115-116-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən sentyabr 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 2013-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 133-cü vərəqəsində olan Bakı şəhəri Xəzər RPİ tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1980-ci il tarixdə Laçın şəhərində doğulmuşdur. Evlidir. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs qızının ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 265-1.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin, mülki iddiasının olmadığını, məhkumluğunun olmadığını, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 265-1.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat sahəsində maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə cərimə növündə cəza təyin edilməlidir. Ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 265-1.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354, 344-349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 265-1.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il nəqliyyat sahəsində maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 6.000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-41/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-41/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver