Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-41/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru PPPP PPPP oğlunun, zərərçəkmiş şəxs Mənzil X8nin nümayəndəsi AAAA AAAA AAAoğlunun, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili NNNNN NNNNN oğlunun və 11 saylı Vəkil Bürosunun vəkili MMMMM MMMMr oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1994-cü ildə Lənkəran rayonunun Veravul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, ali təhsilli, Lənkəran rayonunun Veravul kəndində qeydiyyatda olan və hazırda ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – XXXX XXXX XXXoğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: XXXX XXXX XXXoğlu buna hüququ olmadan kompüter məlumatlarını tamah və sair şəxsi niyyətlə qəsdən təkrar dəyişdirməklə kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilə edərək əhəmiyyətli zərər vurulmasına səbəb olan hərəkətlər etmişdir. Belə ki, XXX XXX Mənzil X5 “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş ZZZZ ZZZZ ZZZZ güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi “BOT” proqram təminatını əldə edərək Mənzil X5 “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00-da ünvan 2 ünvanında yerləşən “Vegas Gaming” oyun zalında “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını qəsdən dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil X8 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X8nin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, XXXXXXX Mənzil X5 “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş CCCC CCCC CCCC oğlunun güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi “BOT” proqram təminatı əldə edərək Mənzil X5 “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən mənzildə “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil X8 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X8nin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bununla da XXXX XXXX XXXoğlu Azərbaycan Respublikası CM-nin 273.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs XXXX XXXX XXX oğlunun qeyd edilən cinayət əməllərini törətməkdə təqsiri çoxsaylı şahid ifadələri, əməliyyat orqanından daxil olmuş materiallar, ekspertiza rəyləri və arayışı, baxış protokolları və işin digər faktiki materialları ilə biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə bir daha tam təsdiq olunur və sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında dindirilmiş təqsirləndirilən şəxs XXXX XXXX XXXoğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə elan olunmuş ittihamda ilkin olaraq özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMCdə işləyərkən RRRR RRRRR iş yoldaşı kimi tanımışdır. Mənzil X8nin keçirdiyi ilk müsabiqədə Yasamal layihəsi ilə bağlı Ruslan Hacıyev iş yoldaşının əvəzinə oynayaraq qalib gəlmişdir. O da həmin vaxtı bunun şahidi olmuşdur. Növbəti Hövsan layihəsi yarışında Ruslana və ona müsabiqədə iştirak edərək onların əvəzindən qalib gəlməkləri məqsədilə təkliflər edilmişdir. Həmin müsabiqələrdə “Captcha” hissəsini Ruslan özü yazmış, tıklama hissəsini isə sürətləndirici proqram təminatından istifadə etmişdir. RRRR RRRRR proqramlarla bağlı yaxşı məlumatlı imiş. Ona görə də özü bu məsələni həll edirmiş. Onun kompüterdən yaxşı başı çıxmadığı üçün təfərrüatları bilmirmiş. Həmçinin XXXX XXXXXX bildirmişdir ki, o, adından müsabiqəyə qoşulduğu şəxslərin bəziləri ilə müəyyən məbləğ barədə razılığa gəlsə də, həmin şəxslərdən hər hansı vəsait almamışdır. Adından müsabiqəyə qoşulduğu digər şəxslər üçün isə dostluq və tanışlıq münasibətlərinə görə yardım etmişdir. Qeyd olunan şəxslərdən hər hansı vəsait almağı ümumiyyətlə düşünmürmüş. Daha sonra təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, törətdiyi əməldən səmimi peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs Mənzil X8nin nümayəndəsi AAAA AAAA AAAoğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Mənzil X5 “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək maddi maraq zəminində ona müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi proqram təminatları hazırlayıb və uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə “Güzəştli mənzil” informasiya sisteminə daxil olması və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etməsi, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, 2022-ci ilin mart ayının 30-da Azərbaycan Respublikasının Mənzil X8 tərəfindən növbəti dəfə 442 mənzil satışa çıxarılıbmış. Mənzillər satışa çıxarılarkən hər bir kəsə bərabər hüquqlar yaradıbmış. Mənzil seçimi prosesi başa çatdıqdan sonra agentlik tərəfindən sistemə kənar şəxslər tərəfindən müxtəlif proqramlardan istifadə edilməklə müdaxilə olunması ilə bağlı şübhələr olduğu üçün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət olunmuşdur. Qeyd edilən faktlar üzrə başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikasının Mənzil X8 22 dekabr 2022-ci il tarixdə istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırda mülki iddiası yoxdur. Zərurət olarsa mülki iddianı məhkəməyə təqdim edəcəkdir. Təqsirləndirilən şəxsə cəza verilməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞŞŞŞŞ ŞŞŞŞŞŞ oğlu ifadəsində bildirmişdir ki, 2020-ci ilin avqust ayından R.İ.S.K. Elmi İstehsalat Şirkətində proqramçı vəzifəsində çalışır. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə həmin şahidlərin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılaraq icraata qəbul edilməsi haqqında 23 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının vətəndaşı XXXX XXXX XXXoğlu və qeyriləri, eləcə də digər xüsusatlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrilə başqa cinayət işi ayrılmışdır. ( İ cild, i.v. 1-2); - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılaraq icraata qəbul edilməsi haqqında 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının vətəndaşı X10 və qeyriləri, eləcə də digər xüsusatlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrilə başqa cinayət işi ayrılmışdır. ( İ cild, i.v. 10-11); - cinayət işinin başlanması haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, qabaqcadan əlbir olan bir qrup şəxsin buna hüququ olmadan kompüter məlumatlarını qəsdən təkrar dəyişdirməklə kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilə edərək əhəmiyyətli zərər vurulmasına səbəb olan hərəkətlər etməsi faktlarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrilə başqa cinayət işi başlanılmışdır. ( İ cild, i.v. 41-42); - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli 5/369 №-li ekspert rəyindən görünür ki, Təqdim edilmiş bir ədəd "Windows 10 Enterprise" əməliyyat sistemi ilə təhciz edilmiş "Acer" markalı "Aspire VN7-791" modelli "notebook" tipli kompüter hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Tədqiq olunan “Acer” markalı "Aspire VN7-791" modelli "notebook" tipli kompüterin masasında "makro-s/clicker" adlı qovluğun daxilində "clicker" adlı faylların işlənməsinə xidmət edən proqram təminatı və həmin proqram təminatının işlənməsini özündə əks etdirən “v.mkv” adlı video fayl müəyyən olundu. Təqdim edilmiş "Acer" markalı "Aspire VN7-791" modelli "notebook" tipli kompüterin yaddaşında mövcud olan "clicker" proqram təminatı icraçı tərəfindən konfiqurasiya edildikdən sonra müvafiq cihazın əməliyyat sisteminə və proqramlarına nəzarət etmək, onların istifadəçinin istədiyi kimi avtomatik işləmə vəziyyətini müəyyən etmək iqtidarına malik "BOT (İnternet robot)" proqram təminatıdır. Qeyd olunan proqram təminatı istifadəçilərə yüksək sürətli avtomatik klikləmə (seçim) xidməti təqdim edir ki, istifadəçi istədiyi kimi klikləmə tezliyini və limitini təyin edə bilir. Nəticədə "clicker" proqram təminatı vasitəsilə istifadəçi tərəfindən öncədən müəyyən edilmiş avtomatik sazlamaya uyğun əmrlərin operativ icrası və saytda dayanıqlılıq məqsədi ilə yerləşdirilmiş "Captcha-mühafizə tədbirləri"ni pozmaqla avtomatik doldurulması həyata keçirilə bilir. Rəyin "Tədqiqi hissəsi"nin 3-cü bəndində göstərilənləri nəzərə alsaq tədqiq olunan "Acer" markalı "Aspire VN7-791" modelli "notebook" tipli kompüterin yaddaşındakı "clicker" fayllarının proqram təminatları vasitəsilə https://mida.gov.az internet resursunda quraşdırılmış "Captcha-mühafizə tədbirləri"ni avtomatik qaydada keçilə bilmə texniki imkanına malikdir. ( İ cild, i.v. 64-69); - əşyalara baxış keçirilməsi haqqında 14 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Mənzil İnşaatı Dövlət X2 Xidmətinə ünvanlanmış, İstintaq baş idarəsinə 9-780 saylı xx.xx.2022-ci il tarixli məktubla daxil olmuş Flash yaddaş qurğusuna keçirilmiş baxış zamanı aşkar edilmiş mənzil seçimini tamamlayan şəxslər barədə müəyyənedici məlumatlar və həmin mənzillərin seçildiyi İP ünvanların əks olunduğu sənədin məzmunundan görünür ki, ..................... oğlunun adından mənzil seçimi ünvan 3 ünvandan tamamlanmışdır. ( İ cild, i.v. 86-96); - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə XXXX XXXX XXXoğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. ( İ cild, i.v. 111-112); - təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs, xx xxxx 1994-cü ildə Lənkəran rayonunun Veravul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, sözlərinə görə əvvəllər məhkum olunmamış, subay, ali təhsilli, Lənkəran rayonunun Viravul kəndində qeydiyyatda olan və hazırda ünvan 1 ünvanında yaşayan XXXX XXXX XXXoğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. ( İ cild, i.v. 124- 125); - Azərbaycan Respublikasının Xüsusi X3 Dövlət Xidmətindən DTX-ya ünvanlanmış 9-1010 saylı xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş 27/74 saylı xx.xx.2022-ci il tarixli “məxfi” qrifli məktubundan çıxarışın məzmunundan görünür ki, “...Satış platformasında istifadə olunan antibot sisteminin eynisini öz serverlərində quraşdıran kənar şəxslər həmin mühafizə sistemini analiz etməyə, xüsusi sürətləndirilmiş alqoritmlər və ML texnologiyalarının tətbiqi ilə antibot sistemini sürətlə keçməyə müvəffəq olmuşlar. Eyni zamanda satış loqlarının analizi zamanı 442 mənzil seçimi üçün 8939 nəfərin iştirak etdiyi satış prosesində 42 İP ünvandan 823 nəfərin satışda iştirak etdiyi və onlardan 275 nəfərin mənzil seçimini uğurla həyata keçirməsi şübhəli olmaqla yanaşı, 102 şəxsin antibot mühafizə sistemini 1 saniyədən tez, 151 nəfərin 1-2 saniyə ərzində, 46 şəxsin isə 2-3 saniyə ərzində keçdiyi müəyyən olunmuşdur (antibot mərhələsini 0.3 saniyəyə (310 ml saniyə) keçilmişdir). Bu isə ümumilikdə 299 nəfərin antibot sistemini 3 saniyədən tez keçməsi nəticəsində mənzillərin 68 faizini əldə etməsi deməkdir ki, bu da alış prosesinin qeyri bərabər şərtlərdə həyata keçirilməsi və seçim prosesinin “kütləvi avtomatlaşdırlmasından” xəbər verir. Əlavə məlumat üçün qeyd edək ki, antibot sistemini xüsusi surətli yazı bacarığı ilə bir insanın avtomatlaşdırma istifadə etmədən keçməsi ən yaxşı halda 3-4 saniyə vaxt tələb edir.” ( İ cild, i.v. 163); - Azərbaycan Respublikasının Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 iyun 2022-ci il tarixli arayışından görünür ki, həqiqətən XXXX XXXX XXXoğlu Lənkəran rayonunun Viravul kəndində qeydiyyatdadır və xx.xx.1965-ci il təvəllüdlü X6, xx.xx.1964-cü il təvəllüdlü X4 tərkibdə ailə üzvləri vardır. ( İ cild, i.v. 265); - Azərbaycan Respublikasının Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 iyun 2022-ci il tarixli arayışından görünür ki, həqiqətən XXXX XXXX XXXoğlu Lənkəran rayonunun Viravul kəndində qeydiyyatdadır və halhazırda Bakı şəhərində yaşayır. ( İ cild, i.v. 266); - xasiyyətnamədən görünür ki, XXXX XXXX XXXoğlu xx xxxx 1994-cü ildə Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur, ali təhsillidir. Hal-hazırda Təqsirləndirilən şəxs Lənkəran rayonunun Viravul kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində yaşayır. XXXX XXXX XXXoğlu kənddə yaşadığı müddətdə özünü mədəni, tərbiyəli əxlaqlı aparmış, onun barəsində icra nümayəndəliyinə hər hansı bir şikayət daxil olmamışdır. Ümumilikdə yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. ( İ cild, i.v. 267); - Abşeron Xırdalan – 1 MMMC-nin arayışından görünür ki, XXXX XXXX XXXoğlu Xırdalan şəhəri, H.Əliyev prospekti 30-cu məhəllə, bina 18, məhəllə 52-də qeydiyyatsız yaşayır. ( İ cild, i.v. 272); - Abşeron Xırdalan – 1 MMMC-nin arayışından görünür ki, XXXX XXXX XXXoğlu Xırdalan şəhəri, H.Əliyev prospekti 30-cu məhəllə, bina 18, məhəllə 52-də anası Lətifova Fəxriyyə ilə birlikdə yaşayır. ( İ cild, i.v. 273); - AR DTX X1 daxil olmuş 04 avqust 2022-ci il tarixli 9-2201 saylı məktubdan görünür ki, AR DTX X1 daxil olmuş 04 avqust 2022-ci il tarixli məktubun məzmunundan görünür ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs götürülmüş proqram “MİDA”-nın sözügedən sisteminə müdaxilə məqsədilə baxılan proqram təminatını istifadə etməklə qrafik interfeysin avtomatlaşdırılması və təhlükəsizlik üçün nəzərdə tutulmuş “Captcha” mühafizə sisteminin rahat yan keçilməsi mümkün hesab edilir. ( İ cild, i.v. 275-276); - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2022-ci il tarixli 5/975 №-li ekspert rəyindən görünür ki, təqdim edilmiş yaddaş qurğusunun daxilinə baxış keçirilirkən daxilində "chromedriver", "main" adlı ".exe" formatlı "Application" proqram təminatları, "md5sum(1)", "mida_vid.mp4..." adlı "*.mp4" formatlı video fayllar və "Models" adlı qovluq aşkar olundu. "Models" adlı qovluq daxilində əlavə olaraq "captcha" qovluğun içində "labels" və "model.onnx" adlı fayllar müəyyən olundu. Rəyin "Tədqiq hissəsi"nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan fləşkart daxilində aşkar olunmuş proqram təminatı icraçı tərəfindən konfiqurasiya edildikdən sonra müvafiq cihazın əməliyyat sisteminə və proqramlarına nəzarət etmək, həmin proqramların istifadəçinin istəyinə uyğun avtomatik işləmə (istifadəçinin istədiyi kimi klikləmə tezliyinə və limitinə uyğun) vəziyyətini müəyyən etmək iqtidarına malik "BOT (İnternet robot)" proqram təminatıdır. Həmin proqram təminatı vasitəsilə istifadəçi tərəfindən öncədən müəyyən edilmiş avtomatik sazlamaya uyğun əmrlərin operativ icrası və saytda dayanıqlılıq məqsədi ilə yerləşdirilmiş "Captcha-mühafizə tədbirləri"ni pozmaqla avtomatik sətirlərin doldurulması həyata keçirilə bilər. ( İİ cild, i.v. 1-6); - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2022-ci il tarixli 5/976 №-li ekspert rəyindən görünür ki, təqdim edilmiş yaddaş qurğusunun daxilində "main_with_detection" adlı ".zip" formatlı fayl, "main_with_detection" adlı qovluq və "main_with_detection" adlı "*.mp4" formatlı video fayl aşkar olundu. Yaddaş qurğusu daxilində aşkar olunmuş "main_with_detection" adlı qovluq daxilində "body" adlı ".png" formatlı "captcha" şəkli, "cfg.json" adlı ".json" formatlı fayl, "chromedriver", "main_with_detection" adlı “.exe" formatlı "Application" proqram təminatları və "yolov3_captcha_20210624" adlı ".onnx" formatlı fayllar aşkar olundu. Tədqiqat zamanı "cfg.json" adlı ".json" formatlı fayl daxilində "ödenisusulu", "menzilusu", "layihe", "bina", "giris", "mertebe", "menzil”ə dair konkret məlumatların qeyd olunması aşkar olundu. Rəyin "Tədqiq hissəsi"nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan fləşkart daxilində aşkar olunmuş proqram təminatı icraçı tərəfindən konfiqurasiya edildikdən sonra müvafiq cihazın əməliyyat sisteminə və proqramlarına nəzarət etmək, həmin proqramların istifadəçinin istəyinə uyğun avtomatik işləmə (istifadəçinin istədiyi kimi klikləmə tezliyinə və limitinə uyğun) vəziyyətini müəyyən etmək iqtidarına malik "BOT (İnternet robot)" proqram təminatıdır. Həmin proqram təminatı vasitəsilə istifadəçi tərəfindən öncədən müəyyən edilmiş avtomatik sazlamaya uyğun əmrlərin operativ icrası və saytda dayanıqlılıq məqsədi ilə yerləşdirilmiş "Captcha-mühafizə tədbirləri"ni pozmaqla avtomatik sətirlərin doldurulması həyata keçirilə bilər. Rəyin "Tədqiqi hissəsi"nin 2-ci bəndində göstərilənləri nəzərə alsaq tədqiq olunan fləşkrat tipli yaddaş qurğusunda olan proqram təminatı https://mida.gov.az internet resursunda quraşdırılmış "Captcha-mühafizə tədbirləri"ni avtomatik qaydada keçilə bilmə texniki imkanına malikdir. ( İİ cild, i.v. 7-12); - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2022-ci il tarixli 5/977 №-li ekspert rəyindən görünür ki, “...proqram təminatı icraçı tərəfindən konfiqurasiya edildikdən sonra müvafiq cihazin əməliyyat sisteminə və proqramlarına nəzarət etmək, həmin proqramların istifadəçinin istəyinə uyğun avtomatik işləmə (istifadəçinin istədiyi kimi klikləmə tezliyinə və limitinə uyğun) vəziyyətini müəyyən etmək iqtidarına malik “BOT” (internet robot) proqram təminatıdır. Həmin proqram təminatı vasitəsi ilə istifadəçi tərəfindən öncədən müəyyən edilmiş avtomatik sazlamaya uyğun əmrlərin operativ icrası və saytda dayanıqlılıq məqsədi ilə yerləşdirilmiş “Captcha-mühafizə tədbirləri”ni pozmaqla avtomatik sətirlərin doldurulması həyata keçirilə bilər. ( İİ cild, i.v. 13-16); - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2023-cü il tarixli 5/29 №-li ekspert rəyindən görünür ki, təqdim edilmiş yaddaş qurğusunun daxilində "fdgfdg" adlı qovluq aşkar olundu. Yaddaş qurğusu daxilində aşkar olunmuş "fdgfdg" adlı qovluq daxilində "body" adlı ".png" formatlı "captcha" şəkli, "cfg.json" adlı ".json" formatlı fayl, "chromedriver", "main_with_detection" adlı ".exe" formatlı "Application" proqram təminatları və "yolov3_captcha_20210624" adlı ".onnx" formatlı fayllar aşkar olundu. Tədqiqat zamanı "cfg.json" adlı ".json" formatlı fayl daxilində "ödenisusulu""menzilusu", "layihe", "bina", "giris", "mertebe", "menzilə dair konkret məlumatların qeyd olunması aşkar olundu. Rəyin "Tədqiq hissəsi"nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan fləşkart daxilində aşkar olunmuş proqram təminatı icraçı tərəfindən konfiqurasiya edildikdən sonra müvafiq cihazın əməliyyat sisteminə və proqramlarına nəzarət etmək, həmin proqramların istifadəçinin istəyinə uyğun avtomatik işləmə (istifadəçinin istədiyi kimi klikləmə tezliyinə və limitinə uyğun) vəziyyətini müəyyən etmək iqtidarına malik "BOT (İnternet robot)" proqram təminatıdır. Həmin proqram təminatı vasitəsilə istifadəçi tərəfindən öncədən müəyyən edilmiş avtomatik sazlamaya uyğun əmrlərin operativ icrası və saytda dayanıqlılıq məqsədi ilə yerləşdirilmiş ""Captcha-mühafizə tədbirləri”ni pozmaqla avtomatik sətirlərin doldurulması həyata keçirilə bilər. Rəyin "Tədqiqi hissəsi"nin 2-ci bəndində göstərilənləri nəzərə alsaq tədqiq olunan fləşkrat tipli yaddaş qurğusunda olan proqram təminatı https://mida.gov.az internet resursunda quraşdırılmış "Captcha-mühafizə tədbirləri"ni avtomatik qaydada keçilə bilmə texniki imkanına malikdir. ( İİ cild, i.v. 27-32); - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılaraq icraata qəbul edilməsi haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının vətəndaşı X7 və qeyriləri, eləcə də digər xüsusatlar barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrilə başqa cinayət işi ayrılmışdır.( İİ cild, i.v. 61-62); - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, .232990034 nömrəli cinayət işi üzrə XXXX XXXX XXXoğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir.( İİ cild, i.v. 155-169); - zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Mənzil X11 zərərçəkmiş şəxs qismində tanınmışdır.( İİ cild, i.v. 187-188); - zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 11 iyul 2023-cü il tarixli qərardan görünür ki, .232990034 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Mənzil X5 Hüquq şöbəsinin müdiri AAAA AAAA AAAoğlu zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınmışdır.( İİ cild, i.v. 194-195); Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs XXXX XXXX XXXoğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs XXXX XXXX XXXoğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs XXXX XXXX XXXoğlu ilkin olaraq ona verilmiş ittihamda özünü təqsirli bilməsə də, daha sonra məhkəmə iclasında ona daha yüngül cəza verilməsini bildirərək təqsirli olmasını etiraf etmişdir. Həmçinin cinayət işi materiallarında olan, məhkəmə iclas zalında dindirilmiş şahid ifadələri və digər mötəbər sübutlar ilə təqsirləndirilən şəxs XXXX XXXX XXXoğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsinə əsasən Məcəllənin 273.1(Kompyuter məlumatlarının qəsdən zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması buna hüququ olmayan şəxs tərəfindən törədilməklə əhəmiyyətli zərər vurulmasına səbəb olduqda) və ya 273.2(Kompyuter məlumatlarının daxil edilməsi, ötürülməsi, zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması yolu ilə kompyuter sisteminin işləməsinə buna hüququ olmayan şəxs tərəfindən qəsdən ciddi maneə törədilməsi)-ci maddələrində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271-ci maddəsinin qeyd hissəsinə əsasən həmin Məcəllənin 271-273-2-ci maddələrində "Kompüter sistemi" dedikdə müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işləməsini həyata keçirən hər hansı qurğu və ya bir-birinə qoşulmuş və ya əlaqələndirilmiş qurğular, "Kompüter məlumatları" dedikdə isə kompüter sistemində işlənməsi emal edilməsi üçün yararlı olan istənilən informasiya (fakt, məlumat, proqramlar və anlayışlar) başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273-cü maddəsinin qeyd hissəsinə əsasən "əhəmiyyətli zərər" dedikdə ictimai təhlükəli əməl nəticəsində min manatdan artıq olan məbləğdə ziyan vurulması və ya dövlətin, cəmiyyətin və ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına digər mühüm zərər vurulması başa düşülür. Qeyd olunan cinayətin ictimai təhlükəliliyi onda ifadə olunur ki, onların törədilməsi nəticəsində kompyuter şəbəkələrinin, elektron məlumatların cinayətlərin törədilməsi üçün istifadə edilməsi və bu növ cinayətlərin baş verməsinə dair sübutların bu şəbəkələrdə saxlanılması və ya şəbəkələr vasitəsilə ötürülməsi təhlükəsi yaranır, kompyuter sistem və şəbəkələrinin, o cümlədən kompyuter verilənlərinin məxfiliyi, bütövlüyü və yararlılığına qarşı yönəlmiş əməllər baş verir, həmçinin bu sistem, şəbəkə və verilənlərdən qeyri-qanuni istifadə mümkün olur, hər kəsin fikir və mülahizələrinin maneəsiz ifadə etmək hüququna qəsd olunur. Buna hüququ olmadan kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə (qanunsuz) daxil olma mühafizə tədbirlərini pozmaqla (cinayətin törədilmə üsulu) törədildikdə qanunla məsuliyyətə səbəb olur. CM-in 273.2-ci maddəsində nəzərdə tutulan cinayət obyektiv cəhətdən kompyuter məlumatlarının daxil edilməsi, ötürülməsi, zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və bloklanması yolu ilə kompyuter sisteminin işləməsinə ciddi maneə törədilməsində ifadə olunur. Kompyuter məlumatlarının kompyuter sisteminə daxil edilməsi dedikdə, müəyyən proqramların, parolların, giriş kodlarının kompyuter sisteminə yazılması, başa düşülür. Məlumatların kompyuter sisteminə daxil edilməsi üsullarının əməlin tövsifinə təsiri yoxdur. Məlumat birbaşa kompyuterlə təmasda olan vasitələrdən (yumşaq və sərt disklərdən, fləş kartlarından və s.) istifadə etməklə, yaxud müəyyən məsafədən kompyuter sisteminə daxil edilə bilər. Kompyuter məlumatlarının kompyuter sisteminə ötürülməsi də əslində belə məlumatların daxil edilməsini nəzərdə tutur. Məlumatların ötrülməsi internet vasitəsilə, elektron poçtdan istifadə etməklə, şəbəkədə olan bir kompyuterdən digərinə transfer etməklə və s. üsulla gerçəkləşdirilə bilər. CM-in 273-cü maddəsinin qeydinin 2-ci bəndinə görə kompyuter sisteminin işləməsinə ciddi maneə törədilməsi kompyuter sisteminin normal fəaliyyətinin elə bir pozulmasıdır ki, kompyuter sisteminin sahibinin və ya istifadəçisinin bu sistemdən istifadə etmək və ya digər kompyuter sistemləri ilə məlumatları mübadilə etmək imkanını mühüm dərəcədə məhdudlaşdırsın. Kompyuter sistemindən istifadə etməyin və ya digər kompyuter sistemləri ilə məlumatları mübadilə etmək imkanlarının mühüm dərəcədə məhdudlaşdırılması kompyuter sisteminin çox az bir hissəsindən istifadəni, kompyuterlər arasındakı şəbəkənin sıradan çıxarılmasını və s. bu kimi halları əhatə edir. XXXX XXXX XXXoğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.10-ci maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 61.1.6-ci maddəsinə əsasən cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Güzəştli mənzil" sistemi haqqında Əsasnamənin 1.1-ci maddəsinə əsasən "Güzəştli Manzil elektron sistemi Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil X8nin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə yaradılmışdır. Əsasnamənin 1.4-cü maddəsinə əsasən elektron sistem "Elektron hökumət" portalında yaradılır və ona inteqrasiya edilir. Əsasnamənin 1.5-ci maddəsinə əsasən elektron sistem Azərbaycan Respublikası vətəndaşlarının Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etməsi sahəsində elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına xidmət edir. Bundan başqa, Mənzil X8nin Nizamnaməsinin 3.1.21-ci maddəsilə agentliyin fəaliyyət sahəsinə aid edilmiş münasibətlər üzrə əhalinin hüquqlarının hayata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq agentliyin əsas vazifalarina aid edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli Fərmanı ilə tasdiq edilmiş "Güzəştli mənzil" sistemi haqqında Əsasnamənin 3.1-ci maddəsilə Qaydaya uygun olaraq satışa çıxarılan mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün bərabər şəraitin varadılması elektron sisteminin əsas məqsədlərindən biri kimi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs XXXX XXXX XXXoğlunun cinayətin açılmasına fəal köməklik etməsini(59.1.10) ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs XXXX XXXX XXXoğlunun xüsusi "BOT proqramı tətbiq etməklə kompüter sisteminə və kompüter məlumatlarına qəsdən təkrar müdaxilə etməsi Mənzil X8 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X8nin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. XXXX XXXX XXXoğlunun tamah niyyəti ilə cinayət törətməsi (CM 61.1.6) onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs XXXX XXXX XXXoğlunun cinayətin açılmasına fəal kömək etsə də, lakin əməlində cəzanı ağırlaşdıran hal olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəaları nəzərə alınmadan cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, XXXX XXXX XXXoğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. 44.3-ci maddəsinə əsasən cərimə əlavə cəza kimi məhkəmələr tərəfindən yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin edilə bilər. 44.4-ci maddəsinə əsasən cəriməni ödəməkdən qəsdən boyun qaçıran şəxslərə bu cəza növü ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs XXXX XXXX XXXoğlu Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğu nəzərə alınmaqla o, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə cərimə cəzasına məhkum edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi kimi tanınmış flash yaddaş qurğusu cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: XXXX XXXX XXXoğlu Azərbaycan Respublikasının CM-nin 273.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə 5.000 (beş min) manat cərimə cəzasına məhkum edilsin. XXXX XXXX XXXoğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi kimi tanınmış flash yaddaş qurğusu cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat pul XXXX XXXX XXXoğlundan tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-41/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-41/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver