Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-41/2025 10.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və nümayəndəsi və vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 1976-cı ildə ünvan 2inə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2ində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 20000,00 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(072)-74/2020 nömrəli, habelə 2400,00 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(072)-348/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 500 manat məbləğində inzibati qaydada cərimə və 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, habelə icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək qeyd edilən məbləğdə pulları ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 2002-ci ildən tanıyır, sonuncu ilə qədər birlikdə uzun illər müddətində həm birlikdə həmçinin ayrı-ayrılıqda fəhləlik etmişdir. Zərərçəkmiş şəxs1la birlikdə pul qoyaraq Türkiyədən tikinti materiallarını Azərbaycana gətirilməsinə razılaşmışdır ki, birgə bu malların alqı-satqısı ilə məşğul olsunlar. Bir ara Türkiyədən malmaterial alaraq satmışlar. Lakin sonradan Türkiyədəki tərəf müqabilləri onları aldatmış və bu səbəbdən pulları batmışdır. O, bu işlə bağlı Türkiyəyə getmiş və müəyyən olunmuşdur ki, həmin adam bir neçə nəfəri aldatmışdır. Bu səbəddən Zərərçəkmiş şəxs1 onun haqqında əvvəl polisə müraciət etmiş sonra isə pulun qaytarılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-74/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ondan 20000,00 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. O, Zərərçəkmiş şəxs1 bu məbləğdə pul almamış, hesabına görə onun Zərərçəkmiş şəxs1 olan borcu 13500,00 manat təşkil edir. Bu səbəbdən bu qətnamədən apellyasiya şikayəti vermiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1757/2020 saylı 21,07.2020-ci il tarixli qətnaməsi ilə Cəbrayıl Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi qüvvəsində saxlanılmışdır. Bundan sonra o, kassasiya şikayəti vermiş, lakin həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 678/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qərarı ilə qüvvəsində saxlanılmışdır. Bundan əlavə o, Zərərçəkmiş şəxs2 3000,00 manat borc almış və sonra bir hissəsini qaytarmışdır. Sonra icra şöbəsindən ona məlum olmuşdur ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-348/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan 2400,00 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir. Onun barəsində icra işi əvvəl Cəbrayıl rayon icra və probasiya şöbəsində aparılmış, sonra isə Xətai rayon icra şöbəsində. Bu pulu qaytarmadığı üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra hər iki qətnamənin icrası üçün ona yeni müddət təyin edilmiş, lakin qətnamələrin icrasından yayındığı üçün barəsində icra məmurunun təqdimatı əsasında Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Onun daimi iş yeri yoxdur, iş olanda fərdi evlərdə ustalıq edir və aya təxminən ***-**** manat arası qazancı olur. Bu işə laqeyid yanaşmış, gələcəkdə ödəniş etmək üçün çalışacağını bildirmişdir.Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 6- 7 ildir tanıyır, sonuncu ilə birlikdə uzun müddət binaların təmir işlərində işləmiş, münasibətləri etibarlı olmuşdur. 2021-ci ilin əvvəllində Təqsirləndirilən şəxs işə düzəldilməsi üçün 3200,00 manat vermişdir. Lakin Təqsirləndirilən şəxs həmin işi düzəldə bilməmiş və pulu qaytarmamışdır. Bu səbəbdən o, bundan sonra Xətai Rayon Polis İdarəsinə müraciət etmiş və polis işçiləri sonuncunu çağırdıqdan sonra razılaşmışlar ki, ona hər ay 200 manat verəcək, lakin Təqsirləndirilən şəxs 4 dəfəyə cəmin 800 manat pul ödəmiş, sonra isə o, Təqsirləndirilən şəxs tapa bilməmişdir və bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuş və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 348/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 2400,00 manat məbləğində pul alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs onun pulunu və başqa tanımadığı adamın aldığı pulu qaytarmadığı üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası iXMnin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş, bundan sonra icra üçün yeni müddət təyin edilmiş, lakin Təqsirləndirilən şəxs qətnamələrin icrasından yayındığı üçün barəsində icra məmurunun təqdimatı əsasında Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinəcək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra məmurundan öyrənmişdir ki, guya Elmidar Türkiyədə tikinti şirkətində işləyir, lakin ona məlumdur ki, Təqsirləndirilən şəxs yenə də fərdi evlərdə ustalıq edir və qazancı var, lakin qazancı barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs ona bu günə qədər heç bir ödəniş etməmişdir. Tələbi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ona olan borcunu tam şəkildə ödəsin əks halda barəsində qanunla nəzərdə tutulmuş tədbirləri görülsün. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs 2002-ci ildən tanıyır, sonuncu ilə uzun illər müddətində həm birlikdə həmçinin ayrı-ayrılıqda fəhləlik etmişdir. 2017-ci ildə təsadüfən Təqsirləndirilən şəxslə rastlaşmış sonuncu ona bildirmişdir ki, işsizdir, ondan iş tapmağa xahiş etmiş və o, Təqsirləndirilən şəxs yanında işləməyə təklif etmiş və birlikdə işləmişlər. Sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Türkiyədə iş quracaq və oradan tikinti materiallarını Azərbaycana göndərəcək, ona birlikdə işləməyə təklif etmiş və bunun üçün sərmayə lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs çox inanmış, aralarındakı münasibətlər çox yaxşı və etibarlı olmuşdur. 2018-ci ildə Elmidar ona bildirmişdir ki, Türkiyəyə gedir və sonuncuya pul lazım olduğu üçün ailəsinin qızıl-zinət əşyalarını lombarda qoyaraq pul götürüb 500 manat pulu nağd şəkildə Elmidara vermişdir. Elmidar ona bank kartının nömrəsini verərək bundan sonra pulu kartına ödəməsini demişdir. Bundan sonra o, hesab etmişdir ki, Elmidar Türkiyədədir və sonuncunun kartına mütəmadi olaraq 4 ay ərzində 20000,00 manat pul göndərmişdir. Sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldatmış, heç Türkiyəyə getməmiş ondan aldığı pulu isə öz ehtiyaclarına xərcləmişdir. Bu səbəbdən əvvəl polisə müraciət etmiş, lakin heç bir nəticə olmamışdır. Bununla əlaqədar pulunun qaytarılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 74/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 20000,00 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq ona ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs bu qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1757/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cəbrayıl Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi qüvvəsində saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs kassasiya şikayəti vermiş, lakin həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 678/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qərarı ilə qüvvəsində saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs barəsində icra işi əvvəl Cəbrayıl rayon icra və probasiya şöbəsində, sonra isə Xətai rayon icra şöbəsində aparılmışdır. Təqsirləndirilən şəxs onun pulunu qaytarmadığı üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətam törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş, bundan sonra icra üçün yeni müddət təyin edilmiş, lakin Təqsirləndirilən şəxs qətnamələrin icrasından yayındığı üçün barəsində icra məmurunun təqdimatı əsasında Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs açıq şəkildə ona bildirirdi ki, ona heç bir ödəniş etməyəcək, heç kimdən qorxmur, heç kim ona heç bir şey edə bilməz. Ona məlumdur ki, Təqsirləndirilən şəxs yenə də fərdi evlərdə ustalıq edir və qazancı var. Təqsirləndirilən şəxs bu günə qədər ona heç bir ödəniş etməmişdir. Tələbi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ona olan borcu tam şəkildə ödəsin əks halda barəsində qanuna nəzərdə tutulmuş tədbirləri görülsün. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərdi ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-74/2020 nömrəli, 18 fevral 2021-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə cavabdeh Təqsirləndirilən şəxs 20000 (iyirmi min) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs1 verilməli, həmçinin Təqsirləndirilən şəxs borclu qismində tərəf olduğu Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-348/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 2400 (iki min dörd yüz) AZN məbləğində pul tutularaq, iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Cəbrayıl rayon İcra və probasiya şöbəsi tərəfindən birinci iş üzrə xx.xx.2021ci, ikinci iş üzrə isə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilmiş və tərəflərə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə icra işi aidiyyəti üzrə Xətai rayon icra şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il və xx.xx.2022-ci tarixlərdə borclu borcunu hissə-hissə ödəyəcəyini bilirmişdir. Cavabdeh çağırışlara gəlmədiyi üçün xx.xx.2022-ci il tarixdə akt tərtib edilərək cavabdehin axtarışı haqqında qərar qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 olan borc tələbinə görə xəbərdarlıq tərtib olunaraq borcluya göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 olan borc tələbinə dair icra işi icra olunması üçün Xətai rayon icra şöbəsinin icraatına daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək İXM-nin 528.1-ci maddəsi rəhbər tutularaq 500 manat məbləğində cərimə edilmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə borclu şöbəyə çağırılmış və izahatı alınmış, görülməli tədbirləri haqqında xəbərdarlıqlar borcluya təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixdə borclu şöbəyə gəlmiş və Zərərçəkmiş şəxs2 olan borc tələbinə dair izahatında hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Xətai rayon icra Şöbəsi tərəfindən görülməli tədbirlər haqqında xəbərdarlıq borcluya göndərilmişdir. xx.xx.2024-cü il tarixdə borclu şöbəyə gəlmiş hər iki icra işi üzrə izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xətai RM-nə göndərilmiş və həmin tarixli qərarla borclu 10 gün inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsi Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla da təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 24 may 2024-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Baqkı şəhəri Xətai rayon icra şöbəsində toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır; (i.v.1-2) - 14 iyul 2021-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-74/2020 nömrəli, xx.xx.2024cü il tarixli sənədi icra olunması üçün Xətai rayon icra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır; (i.v.4) - 18 fevral 2020-ci il tarixli 2(072)-74/2020 saylı Cəbrayıl Rayon Məhkəməsinin icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Təqsirləndirilən şəxs 20000 (iyirmi min) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir; (i.v.12) - Cəbrayıl Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(072)-74/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Təqsirləndirilən şəxs 20000 (iyirmi min) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir; (i.v.13-16) - Şirvan Apellyasiya Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2(106)-1757/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(072)- 74/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; (i.v.18-21) - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-678/2021 saylı, 03 mart 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1757/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; (i.v.22-26) - Cəbrayıl rayon icra və probasiya şöbəsinin 16 iyun 2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir; (i.v.27) - Cəbrayıl rayon icra və probasiya şöbəsinin 16 iyun 2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır; (i.v.28) - Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının Şükürbəyli Kənd İƏD üzrə nümayəndəliyinin 05 iyul 2021-ci il tarixli 125№-li arayışından görünür ki, Şükürbəyli kənd sakini Təqsirləndirilən şəxs həqiqətən Xətai rayonu, İ.İsmayılov ünvanında müvəqqəti məskunlaşmışdır; (i.v.29) - 17 avqust 2021-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, xx xxxxxxxx 1976-cı il təvəllüdlü ünvan 2i ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; (i.v.32) - 08 fevral 2022-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-348/2021 nömrəli, xx.xx.2021ci il tarixli sənədi icra olunması üçün Bakı şəhər Xətai rayon icra şöbəsinə göndərilmişdir; (i.v.39) - 09 sentyabr 2021-ci il tarixli 2(072)-348/2021 saylı Cəbrayıl Rayon Məhkəməsinin icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Təqsirləndirilən şəxs 2400 (iki min dörd yüz) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir; (i.v.40) - Cəbrayıl Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(072)-348/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Təqsirləndirilən şəxs 2400 (iki min dörd yüz) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir; (i.v.41-45) - Cəbrayıl rayon icra və probasiya şöbəsinin 17 yanvar 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir; (i.v.46) - Cəbrayıl rayon icra və probasiya şöbəsinin 17 yanvar 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır; (i.v.47) - Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının Şükürbəyli Kənd İƏD üzrə nümayəndəliyinin 17 yanvar 2022-ci il tarixli 24№-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Cəbrayıl rayonu Şükürbəyli kənd sakini olmaqla məcburi köçkün kimi ünvan 3 ünvanında yaşayır; (i.v.48) - Xətai rayon icra şöbəsinin 10 fevral 2022-ci il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-74/2020 nömrəli, xx.xx.2022-ci il tarixli və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 348/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədləri birləşdirilmişdir; (i.v.50) - 21 fevral 2022-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, xx xxxxxxxx 1976-cı il təvəllüdlü ünvan 2i ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; (i.v.51) - Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 08 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-74/2020 nömrəli, 18 fevral 2020-ci il tarixli və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-348/2021 nömrəli, 09 sentyabr 2021-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; (i.v.59-60) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 3(011)-2036/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir; (i.v.61-63) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 8(011)-520/2023 saylı qərardadının surətindən görünür ki, təqdimat təmin edilmiş, xx xxxxxxxx 1976-cı il tarixdə ünvan 2ində anadan olmuş, Cəbrayıl rayonu, Şükürəyli kəndində qeydiyyatda olan borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; (i.v.69-71) - Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 21 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-74/2020 nömrəli, 18 fevral 2020-ci il tarixli və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-348/2021 nömrəli, 09 sentyabr 2021-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; (i.v.83-84) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 3(011)-674/2024 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; (i.v.86-89) - "xxxx" QSC-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" QSCdə xx.xx.2024-cü il tarixə aktiv bank hesabları mövcud deyildir; (i.v.124) - X1 Bakı Regional Məşğulluq Filialının məktubundan görünür ki, xx xxxxxxxx 1976-cı il təvəllüdlü ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində işaxtaran və ya işsiz kimi qeydiyyatı mövcud deyildir; (i.v.125) - Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 98 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli 284 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs İ.İsmayılov küçəsi, 52 saylı evin 1 №-li mənzilində qeydiyyatda olmayıb və yaşamayıb. Ona görə də onun haqqında heç bir məlumat yoxdur; (i.v.126) - 24 may 2024-cü il tarixli zərər çəkmiş şəxs kimi tanımaq haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınmışdır; (i.v.130-131) - 20 iyun 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; (i.v.141-142) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 10 iyun 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v.156) - 22 iyul 2024-cü il tarixli zərər çəkmiş şəxs kimi tanımaq haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışdır; (i.v.157-158) - 23 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham edimiş, iş üzrə zərərçəkmiş şəxslər və şahid ifadələri, icra işinin bütün sənədləri, sübut növü kimi tanınmışdır; (i.v.165-170) - 23 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v. 171-172) - 23 iyul 2024-cü il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə ittiham elan etmək üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və sonuncu tutularaq Yasamal RPİ-nə MSY-nə yerləşdirilməklə bu barədə dərhal Ədliyyə Nazirliyi istintaq idarəsinə məlumat verilməsi qərara alınmışdır; (i.v.173) - 23 iyul 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə olan ********* №-li cinayət işinin icraatı dayandırılmışdır; (i.v.175) - Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 98 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli 426 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs İ.İsmayılov küçəsi, 52 saylı evin 1 №-li mənzilində qeydiyyatda olmayıb və yaşamayıb. Onun haqqında 98 saylı MKİS-nə heç bir şikayət daxil olmayıb; (i.v.179) - Axtarışda olan şəxsin tutulması haqqında 06 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30-da Bakı şəh., Xətai ray., G.Şıxlinski 37 ünvanının qarşısında saxlanılaraq Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin inzibati binasına gətirilmişdir; (i.v.180) - 07 avqust 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə olan ********* №-li cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və ibtidai istintaq davam etdirilmişdir; (i.v.181) - 07 avqust 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx xxxxxxxx 1976-cı il təvəllüdlü ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; (i.v.200) - 07 avqust 2024-cü il tarixli müvəqqəti saxlama təcridxanasından azad edilməsi haqqında qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal RPİnin müvəqqəti saxlama yerindən dərhal azad edilmişdir; (i.v.202) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 1(011)- 487/2024 saylı qərarından görünür ki, iş üzrə təqsirləndirilən şəxs – xx xxxxxxxx 1976-cı il tarixdə ünvan 2ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 2ində qeydiyyatda olmaqla ünvan 8 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs məcburi qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. - Bakı şəhəri Xətai rayon məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 1(011)-487/2024 saylı qərarından görünür ki, xx xxxxxxxx 1976-cı il tarixdə ünvan 2ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 2ində qeydiyyatda olmaqla ünvan 8 ünvanında faktiki yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilməsi və onun barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilməsi qərara alınmış və iş üzrə icraat dayandırılmışdır. - Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsinin 30 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 30 noyabr 2024-cü il tarixdə saat 00:35-də Bakı şəhəri, Xətai rayonu, N.Tusi 18 ünvanının qarşısında saxlanılaraq Azərbaycan Respublikası Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. - Məhkəməyə 09 dekabr 2024-cü il tarixdə daxil olmuş Bakı İstintaq Təcridxanasının 03 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2024cü il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq 30 noyabr 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. - Bakı şəhəri Xətai rayon məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 1(011)-487/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, “məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40)”. Həmin Qərarda həmçinin qeyd olunur ki, “məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür”. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Elmir Şükürovun şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 30 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 2 (iki) gün azadlıqdan məhrum etmə cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 30 noyabr 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-41/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-41/2025
10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver