Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-411/2021 30.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, himayəsində üç azyaşlı övladı olan, işsiz, Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi ev 10, mənzil 2-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X17 polis nəfəri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə onun etibarından sui-istifadə edib sonuncunun oğlu Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X17 polis nəfəri vəzifəsinə işə düzəlməsində köməklik edə biləcəyi adı ilə aldadaraq həmin işin görülməsi üçün pul lazım olduğunu bildirib 14.09.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu 8 noyabr prospekti 69C ünvanında yerləşən həmin Alayın qarşısında Zərərçəkmiş şəxs qardaşı Şahid2 vasitəsi ilə göndərdiyi həmin tarixə rəsmi bank məzənnəsi ilə 11900 (on bir min doqquz yüz) manat olan 7000 (yeddi min) ABŞ dollarını alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, 11.12.2012-ci il tarixində AR DİN X18 Alayının kadrlar şöbəsinə təyinatını almış, polis nəfəri vəzifəsində işləmiş, polis baş serjantı rütbəsində olmuşdur. O, kadrların işçisi kimi işə qəbul olmaq istəyən gənclərin ərizələrini qəbul etmişdir. Belə ki, onların qəbul sənədlərini, şəxsi məlumatlarını yoxlayıb, lazım olacaq əlavə sənədləri gətirməyi onlara deyirdi. Çox zaman onların fiziki göstəricələrini yoxlamaq üçün idarənin həyətində turnik və digər idman-hərəkətlərini onlara etdirirdi. Daha sonra şəxslərə lazımi sənədlərinin düzgün toplanmasında köməklik edirdi. 2020-ci ilin avqust ayında iş yoldaşı, yəni ÇPAnın patrul xidmətində polis nəfəri işləyən Şahid3 ona demişdir ki, qohumu var, polisə işə düzəlmək istəyir, köməklik etsin ki, qohumunu ÇPA-da işə düzəltsin. O, Farizə həmin şəxs ilə görüşmək istədiyini demişdir. 2020-ci ilin sentyabr ayının əvvəlində Fariz həmin Hacımurad adlı qohumu ilə ÇPA-nın qarşısına gəlmişdir, onlar ilə bir nəfər Firdovsi adlı qohumları da gəlmişdir. O, Hacımuraddan turnikdə dartınıb-dartınmadığını soruşmuşdur və bunu turnikdə yoxlamışdır. Hacımurad turnikdə 8 dəfə dartınmışdır. Sonra ondan soruşmuşdur ki, ailə üzvlərindən məhkum olunan varmı, boyu və yaşı ilə maraqlanmışdır. Bilmişdir ki, Hacımuradın boyu 178 sm-dir, həmçinin atasının məhkumluğu olmuşdur, bildirmişdir ki, bunları həll etməyə görə 7000 ABŞ dolları verməlidir. 14.09.2020-ci il tarixində Fariz Hacımurad və Firdovsi Bakı şəhəri 8 noyabr prospekti 69 C ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin X3rşısına gəlmişlər və 7000 ABŞ dolları iki dəfəyə ona vermişlər. O, onlara demişdir ki, Alaya xidmətə qəbul üçün 2-3 ay ərzində yoxlama aparılacaq, sonra isə Hacımurad işə qəbul olunacaq. Lakin bundan sonra Hacımuradı işə düzəldə bilməmişdir. Pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Hacımurad ailə üzvləri ilə birlikdə bir neçə dəfə onların evlərinə gəlib-getmişlər, amma onun maddi imkanı olmadığından pulu tam qaytara bilməmişdir. Hadisə 14.09.2020-ci il tarixdə Bakı şəhəri 8 noyabr prospekti 69 C ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin X3rşısında baş vermiş, o, pulu həmin yerdə Firdovsidən almış və cinayət əməli nəticəsində Hacımuradın anası Zərərçəkmiş şəxs 7000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Pulu iki dəfəyə almış, bir dəfə 4000 ABŞ dolları, bir dəfə 2000 ABŞ dolları olmuş, pulun verilməsində Şahid3 bir dəfə iştirak etmiş, sonuncu avtomobildə Firdovsidən alaraq pulu ona vermişdir. Əvvəl Farizə 500 ABŞ dolları verdiyini, qaytardığı məbləğin həmin məbləğ olduğunu desə də, bu yanlış olmuş, Farizə pul verməmişdir. Onun ələ keçirdiyi 7000 ABŞ dollarındən ÇPA-da heç kimin xəbəri olmamış, həmin puldan heç kimə heç bir məbləğdə pul verməmiş, işin düzəlməyəcəyini isə heç o, özü də əvvəldən bilməmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş zərəri qismən ödəmiş, qalan zərəri ödəmək niyyətindədir, himayəsində azyaşlı övladları var. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır, bir oğlu və bir qızı vardır. Oğlu 1995-ci il təvəllüdlü Xəlilov X4 Dövlət Universitetinin tarix və filologiya fakültəsini 2016-cı ildə bitirdikdən sonra hərbi xidmətə getmiş, hərbi xidməti 2017-ci ildə bitirdikdən sonra Binə Ticarət Mərkəzində satıcı işləmiş, sonradan isə özünə iş axtardıqda uzaq qohumu olan və Azərbaycan Respublikası DİN-nin X17 polis nəfəri işləyən Şahid3 demişdir ki, Hacımuradı AR DİN-nin Əlahiddə X17 xidmətə düzəltmək olar. Danışıq zamanı Fariz demişdir ki, pul müqabilində Hacımuradı işə düzəldə bilər, AR DİN-nin ÇPA-da Cəlal adlı tanışı var, bu iş ilə məşğul olur. Fariz ilə bu danışıqları 2020-ci ilin sentyabr ayında olmuşdur. Fariz demişdir ki, bu işi 7000 ABŞ dollarına düzəldə bilər, amma pulu tez, qısa müddətə versinlər ki, sənədləri sonra toplayarlar. O, qısa müddət ərzində, yəni 08.09.2020-ci il tarixində Kapital Bankdan 8400 manat kredit götürmüş, 5000 manat pulu isə baldızı Xalidədən borca götürmüş, lakin Xalidə bilməmişdir ki, o, pulu nə məqsədlə borc götürür və bu işdən məlumatı yoxdur. 14.09.2020-ci il tarixində o, oğlu Hacımurad və qardaşı Firdovsi onun yaşadığı evin qarşısında Fariz ilə görüşmüş, o, pulu əlbəəl Farizə vermiş, oğlu Hacımurad və qardaşı Firdovsi Farizin maşınına minib həmin pulu Cəlala vermək üçün getmişlər. Təxminən 2-3 saatdan sonra Hacımurad və Firdovsi evə qayıdıb demişdirlər ki, DİN-nin ÇPA-nın qarşısında Calal ilə görüşmüşlər və həmin vaxtı Fariz pulu əlbəəl Calala vermiş, Cəlal onlara Hacımuradı DİN ÇPAya işə düzəldəcəyinə əmin olmaqlarını demişdir. Cəlal həmçinin demişdir ki, Hacımurad haqqında 3 ay müddətində polislər gizlin araşdırma aparacaqlar ki, onun hər-hansı bir problemi var ya yox, əgər bir problem olmasa qəbul üçün qalan məsələləri - idman, boy, sənədlər hamısını özü həll edəcək. Fariz Cəlalın nömrəsini Hacımurada vermişdir ki, Cəlal ilə telefonla əlaqə saxlayıb işin vəziyyəti ilə maraqlansınlar. Həmin 3 ay müddət ərzində onlara məlum olmuşdur ki, DİN ÇPA-da sıra baxışı olmuş, ona görə 2020-ci ilin noyabr ayında Hacımurad Cəlala zəng edib çağırılmamasının səbəbini soruşmuş, Cəlal məsələsinin hazır olduğunu və bir həftəyə şad xəbər verəcəyini demişdir. Onlar bir həftədən sonra Cəlal ilə əlaqə yaratmaq istədikdə sonuncunun telefonlarına zəng çatmamış, sonra isə öyrənmişlər ki, Cəlal işdən çıxmışdır. Odur ki, o, Farizə zəng edib dəqiq hər şeyi öyrənib ona deməsini istəmiş, Fariz Cəlalın işdən çıxdığını öyrənmiş və sonuncunun ev ünvanını ona demişdir. O, oğlu ilə birlikdə Cəlalgilin evinə gəlib atası ilə danışmış, sonuncu bildirmişdir ki, bankdan kredit götürmüş və Cəlala 7000 ABŞ dolları vermişdir, hal-hazırda da gücü çatmır krediti ödəsin, verdiyi pulunu ona qaytarsınlar. Atası demişdir ki, pulunu verməyə maddi imkanı yoxdur, Cəlalın etdiklərindən xəbəri yoxdur. Sonradan Cəlal ilə özü danışıb əlaqə yaradanda sonuncu pulunu qaytarcağını demişdir, lakin müxtəlif bəhanələrlə vaxtı uzadaraq pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs dələduzluğu nəticəsində ona ümumilikdə 7000 ABŞ dolları məbləğində maddi ziyan vurulmuş, bundan 850 manatı araşdırma zamanı ona qaytarılmışdır. Təqsirləndirilən şəxs bu işi Şahid3 ilə birlikdə görmüş, onlar ikisi bu cinayəti törətmiş, bu səbəbdən Şahid3 də məsuliyyətə cəlb edilməsini və cəzalandırılmasını xahiş edir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmiş, ona qarşı şikayətçidir, zərərin tam ödənilməsini tələb edir və mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yayında özünə iş axtarmış və bununla əlaqədar polis orqanlarında xidmət edən qohumu Şahid3 ilə bu barədə danışmış, sonuncu demişdir ki, Azərbaycan Respublikası DİN-nin Əlahiddə X17 işləyən Təqsirləndirilən şəxs bu məsələdə ona köməklik göstərə bilər. O, Təqsirləndirilən şəxsla əlaqə yaratmaq üçün Şahid3 telefonunun nömrəsini almış, Cəlal ilə danışanda Farizin qohumu olduğunu demiş və işi ilə bağlı məlumat vermişdir. Cəlal ona vaxt təyin etmiş və onlar əvvəlki Nobel prospekti, indiki 8 noyabr prospektində yerləşən Alayın qarşısında görüşmüşlər. Danışıq zamanı Cəlala demişdir ki, polis nəfəri kimi həmin Alaya xidmətə qəbul olunmaq istəyir, Cəlal isə ona demişdir ki, ilk olaraq turnikdə dartınmağı yoxlanılmalıdır və onu içəri aparmış, o, turnikdə 8 dəfə dartınmışdır. Sonra Cəlal ondan ailə üzvlərinin məhkumluğu, boyu və yaşı ilə maraqlanmışdır. Səhəri gün boyunu ölçdürmüş və 178 sm olduğunu öyrənərək, zəng edib Cəlala demişdir. 2020-ci ilin avqust ayının sonlarında Fariz onlara gələrək anası Zərərçəkmiş şəxs demişdir ki, Cəlal ilə danışmış, boyu 180 sm-dən az olduğu və həmçinin atasının məhkumluğu olduğu üçün işə qəbul olunmağına görə Cəlal 7000 ABŞ dolları istəyir. Bu zaman evdə dayısı, keçmiş polis əməkdaşı, hazırda təqaüddə olan Şahid2 da olmuş və bütün bu söhbətləri eşitmişdir. Söhbət zamanı anası Zərərçəkmiş şəxs Farizə demişdir ki, hazırda bu qədər pulları yoxdur lakin borc-xərc edib verəcəklər. Bundan sonra, anası Zərərçəkmiş şəxs "xxxx" ASC-dən 8400 manat kredit götürmüş, həmçinin öz yığdığı pul hesabına ümumilikdə 7000 ABŞ dollarını toplamışdır. Bundan bir-iki gün sonra qohumu Şahid3 onlara gəlmiş, onun işi ilə bağlı bir daha söhbət etmiş və anası ona 5000 ABŞ dollarını onun və dayısı Şahid2 yanında vermişdir ki, Cəlala çatdırsın və sonuncu onun həmin Alaya xidmətə qəbul olunmaq işini həll etsin. O və dayısı Əsədov X2 bir avtomobilə minərək onunla birlikdə Bakı şəhəri 8 noyabr prospekti 69 C ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin X3rşısına gəlib Cəlal ilə girişdə görüşmüş, Cəlal avtomobilə oturmuş, Fariz 5000 ABŞ dollarını sayıb onların yanında Cəlala vermiş, Cəlal bir daha onları arxayın etmişdir ki, onun həmin Alaya xidmətə götürülməyini 2-3 ay ərzində həll edəcək və əlaqə saxlayaraq hansı sənədlərin tələb olunduğunu deyəcəkdir. Bundan sonra o, mətbuatdan məlumat almışdır ki, həmin Alaya işə qəbulla bağlı rəsmi tədbir keçirilib və Cəlal onun sənədlərini götürməyib bu tədbirə dəvət etməməsi onda şübhə yaratmışdır. Cəlalla əlaqə yaradaraq bu barədə soruşanda sonuncu demişdir ki, gözləməlidir, onun vaxtı çatmayıb. Daha sonrakı vaxtda ona məlum olmuşdur ki, Cəlal xidmətdən xaric edilib. Odur ki, anası Zərərçəkmiş şəxs bu barədə prokurorluq orqanlarına şikayət etmək qərarına gəlmişdir. Pul iki dəfəyə verilmiş, birinci dəfə pulun verilməsində iştirak etmiş, onun yanında Fariz 5000 ABŞ dollarını Cəlala vermiş, ikinci dəfə pulun verilməsində iştirak etməmiş, dayısı Firdovsi iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 bacısı Əmanətin oğludur. 2020-ci ilin yayında Hacımurad özünə iş axtarmış və həmçinin polisdə işə qəbul olunmaq istəmişdir. Həmin dövrdə bununla bağlı Hacımurad bir çox şəxslərlə danışmış, eyni zamanda, polis orqanlarında xidmət edən qohumları Şahid3 ilə bu barədə danışanda sonuncu demişdir ki, Azərbaycan Respublikası DİN-nin Əlahiddə X17 işləyən Təqsirləndirilən şəxs Ramiz oğlu bu məsələdə ona köməklik göstərə bilər. Hacımurad Cəlal ilə danışanda Cəlal ona vaxt təyin etmiş və onlar, yəni o, və Hacımurad əvvəlki Nobel prospekti, indiki 8 noyabr prospektində yerləşən Alayın qarşısında Cəlal ilə görüşmüşlər. Danışıq zamanı Hacımurad Cəlala demişdir ki, polis nəfəri kimi həmin Alaya xidmətə qəbul olunmaq istəyir, soruşmuşdur ki, nə köməklik edə bilər. Cəlal demişdir ki, ilk olaraq turnikdə dartınmağını yoxlanılacaq və onu içəri aparmış, turnikdə yoxlamışdır. Hacımurad turnikdə 8 dəfə dartınmışdır. Sonra Hacımuraddan soruşmuşdur ki, ailə üzvlərindən məhkum olunan varmı, boyu və yaşı ilə maraqlanmışdır. Bildiyinə görə Hacımurad səhərisi gün boyunu ölçdürmüş və 178 sm olduğunu öyrənərək zəng edib Cəlala demişdir. Həmin günlərdə, daha dəqiq 2020-ci ilin avqust ayının sonlarında Fariz gəlib ona və bacısı Zərərçəkmiş şəxs demişdir ki, Cəlal ilə danışıb, onun boyu 180 sm-dən azdır, həmçinin atasının məhkumluğu var, bunları həll etməyə və Hacımuradın işə qəbul olunmağına Cəlal 7000 ABŞ dolları istəmişdir. Bu zaman o da evdə olaraq bütün bu söhbətləri eşitmişdir. Söhbət zamanı bacısı Zərərçəkmiş şəxs Farizə demişdir ki, hazırda bu qədər pulu yoxdur, lakin borc-xərc edib verəcəkdir. Bundan sonra, təxminən 08.09.2020-ci ildə bacısı Zərərçəkmiş şəxs "xxxx" ASC-dən 8400 manat kredit götürmüş, həmçinin öz yığdığı pul hesabına ümumilikdə 7000 ABŞ dollarını toplamışdır. Bundan bir-iki gün sonra qohumları Şahid3 bacısıgilə gəlmış. Hacımuradın işi ilə bağlı bir daha söhbət etmiş və bacısı Farizə birinci dəfə 5000 ABŞ dollarını onun və Hacımuradın yanında vermişdir ki, gedib versin Cəlala və sonuncu Hacımuradın Alaya xidmətə qəbul olunmaq işini həll etsin. O və Hacımurad Farizlə bir avtomobilə minərək birlikdə Bakı şəhəri 8 noyabr prospekti 69 C ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin X3rşısına gələrək Cəlal ilə girişdə görüşmüşlər. Orada Cəlal avtomobilə oturmuş, Fariz 5000 ABŞ dollarını sayıb onların yanında Cəlala vermişdir. Bir müddət sonra pulun qalan hissəsi istənilmiş, Alayın qarşısında Fariz 2000 ABŞ dollarını Cəlala vermişdir. Cəlal bir daha onları arxayın etmişdir ki, Hacımuradın həmin Alaya xidmətə götürməyini 2-3 ay ərzində həll edəcək və əlaqə saxlayaraq hansı sənədlərin tələb olunduğunu deyəcəkdir. Bundan sonrakı dövrdə Hacımurad mətbuatdan məlumat almışdır ki, həmin Alaya işə qəbulla rəsmi tədbir keçirilmişdir. Hacımuradın tədbirə dəvət edilməməsi onlarda şübhə yaratmışdır ki, Cəlal onları aldadır. O, Cəlalla əlaqə yaradaraq bu barədə soruşanda sonuncu demişdir ki, onlar gözləməlidirlər, Hacımuradın vaxtı çatmamışdır, tədbirə ondan əvvəl sənədləri toplanmış şəxslər dəvət olunmuşlar. Daha sonrakı vaxtda onlara məlum olmuşdur ki, Cəlal DİO-da xidmətdən xaric edilmişdir. Odur ki, bacısı Zərərçəkmiş şəxs bu barədə prokurorluq orqanlarına şikayət etmək qərarına gəlmişdir. Hər iki pul Farizə verilmiş, onların iştirakı ilə Fariz pulu Cəlala vermişdir. Cəlalla dəfələrlə danışmış, Cəlala pulun 500 ABŞ dollarını Farizə verdiyini bildirmiş, onlar qrup halında dələduzluq etmişlər. Sonradan qaytarılan pul həmin 500 ABŞ dolları olmuşdur ki, həmin pulu Fariz qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Oktay oğlu ifadəsində göstərmişdir ki, 2011-ci ildən 2021-ci ilin iyul ayına kimi Azərbaycan Respublikası DİN-nin Əlahiddə X17 polis nəfəri kimi xidmət edərək polis serjantı rütbəsində olmuşdur, Səbail RPİ-nin 8-ci PB və 41-ci PŞ-nin ərazisində xidmətə təhkim olunmuşdur. Zərərçəkmiş şəxs qardaşı Firdovsi onun dayısı qızının həyat yoldaşıdır, bundan başqa Əmanətin bacısı onun xalası oğlunun yoldaşıdır. Bildiyinə görə Əmanətin oğlu Hacımurad 2020-ci ilin yayında özünə iş axtarmış və həmçinin polisdə işə qəbul olunmaq istəmişdir. Həmin dövrdə bununla bağlı Şahid2 ona müraciət edərək Hacımurada köməklik etməsini demiş, sonra Hacımurad da bu barədə onunla danışmışdır. O, demişdir ki, Azərbaycan Respublikası DİN-nin Əlahiddə X17 işləyib kadrların işə qəbulu ilə məşğul olan Təqsirləndirilən şəxs bu işdə köməklik göstərə bilər, onunla əlaqə yaratmaq lazımdır və Cəlalın telefon nömrəsini onlara vermişdir ki, özləri danışsınlar. O, Cəlalı təxminən 2-3 ildir ki, Alayda kadr işləri ilə məşğul olan əməkdaş kimi tanımışdır. Sonra, bildiyinə görə Firdovsi və Hacımurad Cəlal ilə danışanda demişdilər ki, onun qohumlarıdırlar və işlə bağlı maraqlanmışlar. Cəlal onlara vaxt təyin etmiş və 8 noyabr prospektində yerləşən Alayın qarşısında görüşmüşlər. Danışıqlarda o iştirak etməmiş və nə barədə razılaşmaqlarını bilməmişdir. Sonradan bilmişdir ki, Cəlalla görüşüb işə görə ona pul vermişlər. Zərərçəkmiş şəxs ona pul verməmişdir. Firdovsi və Hacımurad yaşadığı evə gəlmiş, onlar ağ avtomobildə olmuş, onlarla birlikdə getmələrini demiş, növbədən çıxdığından və vaxtı olmadığından əvvəl razılaşmamış, sonra oranı tanımadıqlarını dediklərindən onlarla getmişdir. Pulun qədərini bilməmiş, pulu Firdovsi və Hacımurad özləri Cəlala vermişlər. Cəlalın qeydiyyat ünvanını bilmədikləri üçün, o, özü ünvanı axtarmış, Firdovsi ilə Cəlalgilə getmiş, ona pulu qaytarmasını demişdir. Zərərçəkmiş şəxs qapısına getmiş, onu bu işə qoşmamalarını demiş, məsələni özlərinin həll etməsini bildirmişdir. Zərərçəkmiş şəxs ona pul verməmişdir. Pulun verilməsində bir dəfə iştirak etmiş, Firdovsi pulu çıxarıb ona vermiş, elə onların yanında da pulu Cəlala vermiş, pulun məbləği barədə məlumatı olmamışdır. Cəlala pul qaytarmamış, 500 ABŞ dolları pul verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 11 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır (i.v. 01); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 10.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur ( i.v. 12); zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 17); ifadənin yerində yoxlanması haqqında 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini təsdiqləyərək hadisənin baş verdiyi yeri göstərmiş, fotoşəkillər çəkilərək iş materiallarıa əlavə edilmişdir ( i.v. 39-41); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 11 avqust 2021-ci il tarixli protokodan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə şübhəli olduğundan həmin tarixə, saat 17:30-da tutulmuşdur ( i.v. 51-52); nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X6 ilə 25 aprel 2009-cu ildə nikaha daxil olmuşlar (i.v. 78); doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 24.05.2010cu il təvəllüdlü X7, 15.02.2012-ci il təvəllüdlü X11 və 05.11.2016-cı il təvəllüdlü X12 adında övladları vardır (i.v. 79-81); Bakı şəhər İcra Hakimiyyəti Təsərrüfat Departamenti Mənzil Kommunal Təsərrüfat Birliyi 37 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş 12.08.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında 2001-ci ildən 4 nədər ailə tərkibi ilə birlikdə yaşayır. Yaşadığı müddətdə onun və ailəsinin barəsində istər hüquq mühafizə orqanları, istərsə də qonşuları tərəfindən 37 saylı Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət və təqsirləndirici material daxil olmamışdır. Ümumi davranış qabiliyyətinə malikdir ( i.v. 83); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X18 Alayının 21.01.2021-ci il tarixli, 033-50- 1221 nömrəli arayışından görünür ki, X14 “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndi ilə (DİO əməkdaşı adına ləkə gətirən hərəkət törətdiyinə görə) daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur ( i.v. 84); Daxili İşlər Nazirliyi X18 Alayının Ə-6 ş/h-033-21 nömrəli 07.01.2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, polis baş serjantı Təqsirləndirilən şəxs xidmətdən xaric edilmişdir ( i.v 85); sübutların qiymətləndirilməsi haqqında 13 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs Azərbyacan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair qərar çıxarılmış, Şahid3 Oktay oğlunun əməlində Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri olmadığı üçün barəsində cinayət təqibi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs tərəfindən verilmiş etirafedici ifadə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanması və üzləşdirmə protokolları, həmçinin işdə olan digər istintaq materialları iş üzrə sübut növü kimi qəbul olunmuşdur ( i.v. 94-105); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ( i.v. 108); başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 13 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad olunmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir ( i.v. 119); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X21 17.08.2021-ci il tarixli, 6902 nömrəli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb ( i.v. 124); Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin 365-12269Ə-3221 nömrəli, 17.08.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur ( i.v. 125); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridaxanasına etap olunması və yerləşdirilməsi, qərarın icrasının Bakı şəhəri Xətai Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 30.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 22.11.2021-ci il tarixdə tutularaq MSY-nə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, xəstəliyini (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4), cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (CMnin 59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, ziyanın ödənilməsini təmin etməmiş və bunu maddi imkanının olmaması ilə əlaqələndirmiş şəxsin cərimə cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab etmir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olamaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Əsədova X5 Cəlal Rasim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onun xeyrinə ümumilikdə 11050 manat maddi tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330-cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etməsi, bunun nəticəsində Zərərçəkmiş şəxs 11900 manat ziyan vurulması, Zərərçəkmiş şəxs 850 manat pulun qaytarılması təsdiq edildiyindən, beləliklə, mülki iddia əsaslı olduğundan, təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı etiraf edərək təmin edilməsinə etiraz etmədiyindən iddia tam təmin edilməli, Təqsirləndirilən şəxs 11050 (on bir min əlli) manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdən 13 avqust 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 11050 (on bir min əlli) manat, dövlət rüsumuna görə 126 (bir yüz iyirmi altı) manat, cəmi 11176 (on bir min bir yüz yetmiş altı) manat tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-411/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-411/2021
30.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver