Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-411/2022 16.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, müdafiəçisi- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, müdafiəçisi- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1965-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, 11 avqust 1983-cü ildə Ağstafa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-104/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan 01 (bir) ay 19 (on doqquz) gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, Gəncə Şəhər Məhkəməsinin 1(125)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 2 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə 24 may 2022-ci il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs icarədarı olduğu ünvan 4 ünvanda yerləşən elektronika mağazasının qarşısında rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə o, mağazanın qarşısında dayanıb gələn olacağı halda xəbər vermək üçün gözləmiş, Təqsirləndirilən şəxs2 isə yerdən götürdüyü daş parçası ilə mağazanın qapısının üzərindəki şüşəni vurub sındıraraq qanunsuz olaraq içəri daxil olub oradan Aqil Zevnalabdıyevə məxsus bir ədəd 450 manat dəyərində “Türkiyə istehsalı, “Casper" markalı, “Ultrabook 14” model, “İntel CORE İ5“ xüsusiyyətli gümüşü rəngli noutbuk kompüteri, bir ədəd 30 manat dəyərində "ALCATEL markalı, "40351“ model **********04736 və **********04744 İMEİ kodlu, ağ rəngli mobil telefon, bir ədəd 30 manat dəyərində “ALCATEL” markalı, “4035D” model **********76138 və **********76146 İMEİ kodlu, bənövşəyi-qara rəngli mobil telefon, bir ədəd 60 manat dəyərində “ALCATEL” markalı. “7041D” model **********96611 və **********96629 İMEİ kodlu, qara rəngli mobil telefon, bir ədəd 60 manat dəyərində “ALCATEL“ markalı, “7041D” model **********19766 və **********19774 İMEİ kodlu ağ rəngli mobil telefon, bir ədəd 60 manat dəyərində “ALCATEL" markalı, “7041D" model, ağ rəngli, **********80852 və **********80860 İMEİ kodlu mobil telefon, bir ədəd 60 manat dəyərində “ALCATEL“ markalı. “7041D” model, ağ rəngli, **********34798 və **********34806 İMEİ kodlu mobil telefon, ümumilikdə dəyəri 400 manat olan iki ədəd "Fly”, iki ədəd “ALCATEL” markalı mobil telefonlar və bir ədəd “Dell" markalı noutbuk kompüterini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1150 (min yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə 24 may 2022-ci il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs icarədarı olduğu Xətai rayonu, V.Tau küçəsi 252 B ünvanda yerləşən elektronika mağazasının qarşısında rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 mağazanın qarşısında dayanıb gələn olacağı halda xəbər vermək üçün gözləmiş, o isə yerdən götürdüyü daş parçası ilə mağazanın qapısının üzərindəki şüşəni vurub sındıraraq qanunsuz olaraq içəri daxil olub oradan Zərərçəkmiş şəxs məxsus bir ədəd 450 manat dəyərində “Türkiyə istehsallı, “Casper” markalı, “Ultrabook 14” model, “İntel CORE İ5” xüsusiyyətli gümüşü rəngli noutbuk kompüteri, bir ədəd 30 manat dəyərində “ALCATEL” markalı, “4035D” model **********04736 və **********04744 İMEİ kodlu, ağ rəngli mobil telefon, bir ədəd 30 manat dəyərində “ALCATEL” markalı, “4035D” model **********76138 və **********76146 İMEİ kodlu, bənövşəyi-qara rəngli mobil telefon, bir ədəd 60 manat dəyərində "ALCATEL” markalı, “7041D” model **********96611 və **********96629 İMEİ kodlu, qara rəngli mobil telefon, bir ədəd 60 manat dəyərində “ALCATEL” markalı, “7041D” model **********19766 və **********19774 İMEİ kodlu, ağ rəngli mobil telefon, bir ədəd 60 manat dəyərində “ALCATEL” markalı, “7041D” model, ağ rəngli, **********80852 və **********80860 İMEİ kodlu mobil telefon, bir ədəd 60 manat dəyərində "ALCATEL” markalı, “7041D” model, ağ rəngli, **********34798 və **********34806 İMEİ kodlu mobil telefon, ümumilikdə dəyəri 400 manat olan iki ədəd “Fly”, iki ədəd “ALCATEL" markalı mobil telefonlar və bir ədəd “Dell” markalı noutbuk kompüterini gizli olaraq talayıb zərərçəkmiş şəxs A.R. Zeynalabdıyevə ümumilikdə 1150 (min yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxslərin təhqiqat zamanı izahatları, ibtidai araşdırma zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, vərəm xəstəsidir. Ailəsindən kənarda yaşayır. Gününü məişət tullantıları atıldığı yerlərdən yığdığı əşyaları satmaqla keçirir. Yaşamağa yeri olmadığına görə gününü küçələrdə keçirir. Onun xahişi ilə 2022-ci ilin may ayının sonunda səhər vaxtı Məhəmməd taksi tutmuş və birlikdə ona məxsus paltarların olduğu paketi götürmək üçün Həzi Aslanov metro stansiyasının yaxınlığına gəlmişdir. Həmin paketi bir müddət əvvəl blokların birində gizlətmiş, həmçinin paketdə zibillikdən tapdığı 6 ədəd telefon və 1 ədəd noutbuk da olmuşdur. Telefonlar yararsız olmuşdur. O, taksi ilə Həzi Aslanov metro stansiyası yaxınlığına çatdıqda paketi qoyduğu binanı tapmış, bloka girərək paketi götürmüş Məhəmmədə vermişdir. Paketi Məhəmmədə verməkdə məqsədi o olmuşdur ki, həm o, hərəkət etməkdə çətinlik çəkirdi, həm də qalacaq yeri olmadığından Məhəmməddən həmin paketi öz maşınında saxlaması olmuşdur. Onlar ümumiyyətlə oğurluq etməyib. Paketdə telefon olmasından Məhəmmədin xəbəri olmayıb. Polislər isə onları həmin telefonları oğurlaması əsası ilə tutmuşlar. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şamaxı şəhəri, V.Məmmədov küçəsi, ev 22 ünvanda qeydiyyatdadır, lakin ünvan 5də yaşayır, evlidir və heç bir yerdə işləmir. Lakin iş olduqda fəhlə kimi müxtəlif yerlərdə işləyir və pul əldə edir. 24 may 2022-ci il tarixdə saat 06 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə Xətai rayonu ərazisində görüşmüşlər və işsizlikdən danışmışlar. Məhəmməd oğurluq edərək pul və qiymətli əşyalar edə biləcəklərini bildirib mağazalardan oğurluq etməyi təklif etmişdir. Pulu olmadığı üçün razılaşmışdır. Bundan sonra Məhəmməd ilə Bakı Metropolitenin “Həzi Aslanov" stansiyası yaxınlığına gəlmişlər. Metronun yaxınlığından başlayaraq Məhəmməd ilə piyada gəzərək oğurluq etmək üçün münasib mağaza axtarmışlar. Xətai rayonu, V.Tau küçəsində yerləşən elektronika malları mağazasının qarşısından keçən zaman Məhəmməd həmin mağazanın oğurluq etmək üçün daha əlverişli yer olmasını demişdir. Belə ki, həmin mağazanın qarşısında kamerası olmamış və giriş qapısı şüşədən olmuşdur. Bundan sonra Məhəmməd ilə razılaşmışlar ki. sonuncu mağazaya daxil olacaq o isə küçədə dayanıb ətrafa nəzarət edəcəkdir ki, gələn olacağı halda məlumat verəcək. Məhəmməd mağazanın giriş qapısının şüşəsini bilmədiyi əşya ilə vurub sındırmışdır. Sonra isə sındırdığı yerdən mağazaya daxil olmuşdur. O isə ətrafa nəzarət etmişdir. Səhər saatları olduğu üçün sakitlik olmuş və ətrafda heç kəs olmamışdır. Bir neçə dəqiqə keçdikdən sonra Məhəmməd sındırdığı yerdən çıxmış və yanına gəlmişdir. Məhəmmədin əlində bir ədəd paket olmuşdur. Bundan sonra onlar oradan bir neçə metr aralanmışlar. Məhəmməd mağazadan telefonlar və kompüter oğurlamasını demişdir. Kompüterlər və telefonlar Məhəmmədin əlində olan paketdə olmuşdur. Məhəmməd demişdir ki, mağazadan 10 ədəd telefonlar və iki ədəd noutbuk götürmüşdür. Məhəmməd telefonu ilə taksi şirkətinə zəng etmiş və Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə taksi sifariş etmişdir. Bir neçə dəqiqə keçdikdən sonra “Fiat” markalı avtomobil gəlmiş və onlar avtomobilə əyləşmişlər. Avtomobilin arxa oturacağında və Məhəmməd isə qabaq oturacaqda əyləşmişdir. Taksi onları Sulutəpə qəsəbəsinə aparmışdır. Sulutəpə qəsəbəsində Məhəmməd taksinin pulunu vermiş və onlar avtomobildən düşmüşlər. Sonra Məhəmməd ilə razılaşmışlar ki, sonuncu oğurladıqları əşyaları satacaq və əldə olunan pulu aralarında böləcəklər. Bundan sonra oradan uzaqlaşmış və yaşadığı evə gəlmişdir. Bu gün isə yolla gələn zaman polis əməkdaşları tərəfindən saxlanılmış və törətdiyi əməli etiraf etmişdir. Oğurluq hadisəsini Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmişdir. Onlara başqa kimsə kömək etməmişdir. Həmin hadisə barədə heç kimə məlumat verməmişdir. Oğurluq etməyi Təqsirləndirilən şəxs2 təklif etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tüfeyli həyat tərzi keçirir. Çox vaxt geyimi pis vəziyyətdə olur. Adamlar ondan iyrənib çəkinmişlər və ondan uzaq durmuşlar. Məhəllə uşaqları onu daşlayıb ələ salmışlar. Ona görə də İbrahimi görəndə ona yemək verir və onunla maraqlanmışdır. 24 may 2022-ci il tarixdə səhər vaxtı İbrahim ona Həzi Aslanov metro stansiyası tərəfə getmək istədiyini, paltarının orada qaldığını bildirmiş və ondan taksi sifariş edib onunla birlikdə getməyi xahiş etmişdir. Çünki İbrahimin geyimi pis vəziyyətdə olduğundan taksi sürücüsünün onu maşına götürməyəcəyini bildiyindən ondan belə bir xahiş edib. O da İbrahimin xahişi ilə taksi çağırmış, onunla birlikdə Həzi Aslanov metro stansiyasına getmişdir. Taksidən düşdükdən sonra İbrahim binalardan birinin blokunu göstərib paltarların orada olduğunu bildirib bloka girmiş, əlində bir paket gətirib ona vermiş və paketi taksidə üzərində saxlamasını istəmişdir. İbrahimin hərəkətində xəstəliyi ilə əlaqədar məhdudiyyət olduğundan o, paketi əlində saxlamış və başqa taksi sifariş vermiş, birlikdə onun öz evinə tərəf qayıtmışdır. İbrahim ona paketdəkilərin paltar olduğunu, qalmağa yeri olmadığını bildirib həmin paketi öz maşınında saxlamasını xahiş etmişdir. İbrahimin xahişinə əsasən paketi maşının baqajına qoymuşdur. O, İbrahimlə oğurluq etməmiş və paketin içərisində nə olduğunu bilməmişdir. İbrahimi tutduqdan sonra polislər ondan paketi polis şöbəsinə aparmasını istədikdə paket içində telefon və noutbuk olduğunu bildirmişdir. İstintaq zamanı etirafedici ifadə verməmiş, yalnız müstəntiq ifadəsini yazdıqdan sonra ona imzalatmış, o da ifadələrində nə yazılmasından xəbəri olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsi ev 7 ünvanda qeydiyyatdadır, lakin ünvan 5də yaşayır, evlidir, lakin rəsmi nikaha daxil olmamış, rəsmi olaraq heç bir yerdə işləmir, lakin iş olduqda fəhlə kimi müxtəlif yerlərdə işləyir və pul əldə edir. Əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-in müxtəlif maddələri ilə məhkum olunmuşdur. 24 may 2022-ci il tarixdə saat 06 radələrində 4-5 gün əvvəl tanış olduğu Təqsirləndirilən şəxs1 ilə Xətai rayonu ərazisində görüşmüşlər və işsizlikdən danışmışlar. İbrahimə oğurluq edərək pul və qiymətli əşyalar əldə edə biləcəklərini bildirib təklif etmişdir ki, mağazalardan oğurluq etsinlər. İbrahim də razılaşmışdır. Bundan sonra İbrahim ilə Bakı Metropolitenin Həzi Aslanov stansiyası yaxınlığına gəlmişlər. Metronun yaxınlığından başlayaraq İbrahim ilə piyada gəzərək oğurluq etmək üçün münasib mağaza axtarmışlar. Xətai rayonu, V.Tau küçəsində yerləşən elektronika malları mağazasının qarşısından keçən zaman İbrahimə bildirmişdir ki, həmin mağazanın giriş qapısı şüşədəndir və sındırıb içəri daxil olmaq asan olar. Bundan sonra İbrahim ilə razılaşmışdır ki, özü mağazaya daxil olacaq, sonuncu isə küçədə dayanıb ətrafa nəzarət edəcəkdir ki, gələn olacağı halda məlumat verəcək. Bundan sonra mağazanın giriş qapısına yaxınlaşmış, yerdən daş parçasını götürmüş və pəncərəni vurub sındırmışdır. Sonra isə sındırdığı yerdən mağazaya daxil olmuşdur. Mağazada olan vitrinlərdən iki ədəd kamputer və 10 ədəd müxtəlif markalı telefonları götürüb cibində olan sellofana qoymuşdur. Sonra isə sındırdığı yerdən küçəyə çıxmış və İbrahimin yanına getmişdir. Bundan sonra onlar ondan bir neçə metr aralaşmışlar. İbrahimə mağazadan telefonlar və kompüter oğurlamağını demişdir. İbrahimə mağazadan 10 ədəd telefonlar və iki kamputer götürməyini demişdir. Sonra oradan getmək üçün telefonu ilə 2111 taksi şirkətinə zəng elmiş və Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə taksi sifariş etmişdir. Bir neçə dəqiqə keçdikdən sonra “Fiat“ markalı avtomobil gəlmiş və onlar avtomobilə əyləşmişlər. Avtomobilin qabaq oturacağında, İbrahim isə arxa oturacaqda əyləşmişdir. Oğurladığı telefonlar və kompüterlər özündə qalmışdır. Taksi onları Sulutəpə qəsəbəsinə aparmışdır. Sulutəpə qəsəbəsində taksinin pulunu vermiş və əşyaları satacaq və əldə olunan pulu öz aralarında böləcəklər. Bundan sonra İbrahim tanımadığı şəxsə özünə məxsus olmasını bildirməklə ümumilikdə 300 manata satmışdır. Qalan 6 ədəd telefonu və bir ədəd komupteri isə sata bilməmişdir. Əldə etdiyi 300 manat pulla həmin günü öz şəxsi problemlərini həll etmişdir. Qalan telefonları və kompüteri isə evində gizlətmişdir. 28 may 2022-ci il tarixdə oğurladığı telefonları və bir ədəd kompüteri satmaq üçün götürüb evdən çıxmışdır. Həmin günü səhər saatlarında telefonuna zəng gəlmişdir. Zəng edən şəxs özünü Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşı olmasını bildirib harada olmağını soruşmuşdur. Artıq məlum olmuşdur ki, törətdiyi cinayət hadisəsi aşkara çıxmışdır. Gizlənməyinin mümkünsüz olacağını və işinin daha ağır olacağından ehtiyat edərək polis əməkdaşına bildirmişdir ki, polis bölməsinə gəlir. Bundan sonra 36-cı Polis Bölməsinə gəlmiş və özünü təqdim edərək törətdiyi cinayət hadisəsini etiraf etmişdir. Bölmədə məlum olmuşdur ki, artıq İbrahim həbs edilmişdir. Oğurladığı telefonları və kompüteri təqdim etmişdir. Oğurluq hadisəsini X6 ilə birlikdə törətmişdir. Onlara başqa kimsə kömək etməmişdir. Həmin hadisə barədə heç kimə məlumat verməmişdir. Oğurluq etməyi X4 o təklif etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarında iştirak etmək istəmədiyini, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Müdafiə tərəfi həmin zərərçəkmiş şəxsi dindirmək istəmədiyini bildirmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması məhkəmə tərəfindən mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, bir neçə aydır ki, ünvan 8 ünvanda yerləşən mağazanı icarəyə götürmüş və həmin mağazanın sahibi ilə icarə müqaviləsi bağlamışdır. Həmin mağazanı icarəyə götürdükdən sonra orada müxtəlif markalı mobil telefonlar və notbukların satışı ilə məşğul olmuşdur. Eyni zamanda mağazada kserokopiyada vardır. Vergidən VÖEN-i olmaqla dövlətə vergi də ödəyir. Hər gün saat 09 radələrində mağazanı açmış və axşam saat 21 radələrində mağazanı bağlamışdır. Mağazada müşahidə kamerları və mühafizə xidməti yoxdur. Mağazanın giriş qapısı plastikdəndir və üzəri şüşədir. Mağazada çox sayda mobil telefonlar və kompüterlər vardır. 23 may 2022-ci il tarixdə daima olduğu kimi mağazanı açmış və axşam saat 21 radələrində mağazanı bağlayıb yaşadığı mənzilə getmişdir. 24 may 2022-ci il tarixdə səhər saat 08:30 radələrində mağazaya gəlmişdir. Mağazanın qarşısına çatdıqda qapının üzərinin şüşəsinin sındırılmasını görmüşdür. Məlum olmuşdur ki, mağazanı bağlayıb getdikdən sonra mağazaya daxil olmuşlar. Qapını açıb içəri daxil olmuş və vitrinləri yoxlamışdır. Kompüter vitrinindən bir ədəd “Dell”, bir ədəd isə “Casper” markalı noutbuk kompüterlərinin oğurlanmasını aşkar etmişdir. Bundan sonra telefon vitrinini yoxlamış, oradan isə 08 ədəd “Alcatell”, iki ədəd isə “Fly" markalı mobil telefonların oğurlanmasını aşkar etmişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və ərizəsi alınmışdır. Polis əməkdaşları hadisə yerinə baxış keçirib fotoşəkillərini çəkmişlər. Həmin hadisə nəticəsində ümumilikdə 1150 manat ziyan dəymişdir. Belə ki, mağazadan 1150 manat dəyərində qeyd etdiyi telefonlar və kompüterlər oğurlanmışdır. Həmin hadisə ilə əlaqədar heç kimdən şübhələnmir. Belə ki, heç kimlə ədavəti və düşmənçiliyi olmamışdır. Mağazadan bir ədəd “Dell”, bir ədəd isə “Casper“ markalı noutbuk kompüterləri, 08 ədəd “Alcatell”, iki ədəd isə “Fly” markalı mobil telefonlar oğurlanmışdır. Kompüterlərin və telefonların ayrı-ayrılıqda dəyərini bilməmişdir. Telefonların imei kodunu bilmir. Belə ki, telefonlar təzə vəziyyətdə deyil, yəni işlənmiş halda olmuşdur. Mağazanın qapısının şüşəsinin sınıdırılması nəticəsində 200 manat maddi ziyan dəymişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır, belə ki, müəyyən edilmiş 6 ədəd telefonlarının və bir ədəd kompüterinin dəyərinin 750 manat olmasına etirazı yoxdur, müəyyən edilməmiş telefonların və kompüterin dəyəri isə 400 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Seyfəddin oğlu ifadəsində göstərmişdir rəsmi olaraq heç bir yerdə işləmir, özünə məxsus “Fiat" markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “2111" taksi şirkətlərində taksi sürücüsü işləyir. Şirkətlərin verdikləri müştəriləri ünvanlardan götürüb sifariş olunan ünvanlara çatdırmış, 24 may 2022-ci il tarixdə saat 16 radələrində istifadəsində olan ***-***-**-** saylı nömrəsinə şirkətdən sifariş daxil olmuş, sifariş olunan ünvana gəlmiş, sifarişi verən ***-***-**-** nömrəli telefona zəng etmiş və bir nəfər kişi ilə danışmışdır. Gəncə prospektində yerləşən yolun kənarında kiçik mağazanın qarşısından iki nəfər şəxsi götürmüşdür. Həmin şəxslərdən biri uca boylu və eynəkli, digəri isə orta boylu, dolu bədən quruluşlu olmuşdur. Eynəkli şəxs arxa oturacaqda, digər şəxs isə qabaq oturacaqda əyləşmişdir. Qabaq oturacaqda əyləşən şəxsin əlində bir ədəd paket olmuşdur. Lakin paketdə nə olmasını bilməmişdir. Həmin şəxsləri avtomobili ilə Binəqədi rayonu Sulutəpə qəsəbəsinə aparmış, orada həmin şəxslərdən biri yol pulunu vermiş və avtomobilindən düşüb getmişlər. Həmin şəxsin gözündə eynək və 55-60 yaşlarında olmuşdur. Digər şəxs isə orta boylu, dolu bədən quruluşlu olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanmaq və icraata götürmək barədə 25 may 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 01); HK-1-1090 nömrəli, xx.xx.2022-ci il tarixli raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ünvan 9 ünvanında qapıdan keçmə yolu ilə oğurluq hadisəsi olmasını bildirmiş, oğurluq zamanı 1000 manat dəyərində noutbuk və mobil telefonların oğurlandığını qeyd etmişdir (i.v. 5); Hadisə yerinə baxış keçirilməsi haqqında 24 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs, Xətai RPİ-nin KTQ-nin ekspert kriminalisti, polis serjantı X2, hal şahidləri X5 və X9 iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir ( i.v. 7-14); zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 19); şübhəli şəxsin tutulması haqqında 25 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə saat 17:10-da Xətai RPİ-nin inzibati binasında tutulmuşdur (i.v. 39); cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 27 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (i.v. 58-59); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 27 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 62-63); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-292/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmiş, həbsdə olma müddətinin əvvəlinin 25 may 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (i.v. 81-85); Könüllü təqdim etmə və götürmə aparılması haqqında 28 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə səhər saatlarında ünvan 9 ünvanda yerləşən elektronika mağazasında oğurladığı 06 ədəd “Alcatel” markalı telefonları və bir ədəd “Casper” markalı noutbuk komputerini təqdim etmiş, 06 ədəd “Alcatel” markalı telefonlar və bir ədəd “Casper” markalı noutbuk komputeri götürülmüşdür (i.v. 87); Şübhəli şəxsin tutulması haqqında 28 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində həmin tarixdə Xətai RPİnin inzibati binasında saat 15:45-də tutulmuşdur ( i.v. 97); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 30 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 106-107); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 may 27 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 28 may 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (i.v. 124-127); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-in 69.3-cü maddəsi tətbiq edilməklə qazancından dövlət nəfinə 20% pul tutulmaqla 01 (bir) il 05 (beş) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə CM-ə dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilərək cəzası 01 (bir) il 06 (altı) ay azaldılaraq 02 (iki) il saxlanılmış, CM-in 67.1, 68.1.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 04 (dörd) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan 01 (bir) ay 19 (on doqquz) gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir ( i.v. 137-139); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan SSR Ali Məhkəməsinin xx.xx.1981-ci il tarixdə AZ SSR Cinayət Məcəlləsinin 88- 1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1990-c ildə Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin qərarı ilə cəzadan 4 (ay) 27 (iyirmi yeddi) gün vaxtından əvvəl azad olunmuş, Sumqayıt Şəhər Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə CM-in 15, 83-cü maddəsinin 3-cü hissəsi, 42-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın icrası 02 (iki) il müddətə təxirə salınmışdır. Ağsu Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə CM-in 143-cü maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə CM-in 143-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, barəsində CM-in 38ci maddəsi tətbiq edilməklə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzası 07 (yeddi) ilə endirilmiş, xx.xx.2002-ci il tarixdə cəzasının sinu ilə azad olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-in 177..2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 3300 (üç min üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzadan 11 (on bir) ay 25 (iyirmi beş) gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir ( i.v. 140-143); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-104/2019 saylı, 28 fevral 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin tutulduğu gündən, yəni 25 dekabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir (i.v. 146-151); Azərbaycan Respblikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyul 2022-ci il tarixli, 9/4506 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş malların yuxarıda qeyd edilən xüsusatları və satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 750,00 manat müəyyən olunmuşdur (i.v. 152-155); İsmayıllı Rayon Məhkəməsinin 1(037)-25/2011 saylı, xx.xx.2011-ci il tarixli hökmündən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş əmlakı müsadirə olunmaqla 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 22 fevral 2011-ci il tarixdən hesablanması hökm edilmişdir (i.v. 160-164); Gəncə Şəhər Məhkəməsinin 1(125)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir ( i.v. 165-172); Sübutların qiymətləndirilməsi haqqında 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunması, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələri toplanmış sübutların məcmusi ilə təsdiq edildiyindən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, şahid qismində dindirilmiş Şahid Seyfəddin oğlunun ifadələri, hadisə yerinə baxış, götürmə, üzləşdirmə protokollları və məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 iyul 2022-ci il tarixli 9/4506 saylı rəyinin iş üzrə sübut kimi qiymətləndirilməsi,Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət yolu ilə ələ keçirdiyi 06 ədəd “ALCATEL” markalı telefonlar və bir ədəd “Casper” markalı noutbuk komputerinin maddi sübut kimi tanınması və tərəflər cinayət işinin materialları ilə tanış oduqdan sonra saxlanılması üçün sahibinə qaytarılması, iki ədəd “Fly”, iki ədəd “ALCATEL” markalı telefon və bir ədəd “Dell” markalı noutbuk kompüterinin yeri müəyyən edilərək istintaqa təqdim edilə bilmədiyi üçün həmin əşyaların dəyəri zərərçəkmiş şəxş Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi miqdarlara əsasən götürülməsi, bir ədəd “Casper” markalı noutbuk kompüterin və 06 ədəd “ALCATEL” markalı telefonların dəyərinin məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən məbləğlərə əsasən götürülməsi, bir ədəd “Dell” markalı noutbuk, iki ədəd "Fly" və iki ədəd “ALCATEL” markalı tefonları almış istintaqa məlum olmayan şəxsin barəsində cinayət işindən materialın ayrılması, Şahid Seyfəddin oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 177 və 194-cü maddələri ilə cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs1 soyadı Şixaliyev, atasının adı isə Şixəli kimi oxunması, qərarın surətinin 24 saat müddətində məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 173-183); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamın məzmunu əlavələr edilərək Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir (i.v. 186- 188); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın məzmunu əlavələr edilərək Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir (i.v. 204- 205); İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus cinayət yolu ilə ələ keçirilmiş bir ədəd “Casper” markalı noutbuk komputerini və 6 ədəd mobil telefonu istintaq şöbəsində təhvil almışdır (i.v. 239); Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə 1(125)-92/2022 saylı, 17 avqust 2022-ci il tarixli göstərişindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)- 92/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü icra olunması üçün müvafiq orqana göndərilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2009-cu il təvəllüdlü Hacıyeva İradə adlı, xx.xx.2011-ci il təvəllüdlü Hacıyev Bayram adlı 2 azyaşlı uşağı vardır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2006-cı il təvəllüdlü, Şixaliyeva Leyla adlı yetkinlik yaşına çatmayan uşağı vardır. İş üzrə Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, şahidin, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq etməməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçilərin iştirakı ilə təqsirləndirilən şəxslərin ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamış, habelə maddi sübutlar Təqsirləndirilən şəxs2 tərəfindən istintaqa təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməl Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını (CM- 59.1.4.), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə məhkum edilməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə almalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, Gəncə Şəhər Məhkəməsinin 1(125)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq saxlanılmış 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut – olan ümumilikdə dəyəri 300 manat olan 06 ədəd “ALCATEL” markalı telefonlar və bir ədəd 450 manat dəyərində “Casper” markalı noutbun komputerinin sahibinə təhvil verilməsi nəzərə alınmalı,ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 may 2022-ci il tarixdən hesablansın. X8 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Gəncə Şəhər Məhkəməsinin 1(125)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 may 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut – ümumilikdə dəyəri 300 manat olan 06 ədəd “ALCATEL” markalı telefonlar və bir ədəd 450 manat dəyərində “Casper” markalı noutbun komputerinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər X1 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat olmaqla müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-411/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-411/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver