Məhkəmə qərarları › İş №1(011)-411/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-411/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-411/2025 12.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazidiyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0,434 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitənin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən Xətai RPİ-nin 36-cı PŞnin əməkdaşları tərəfindən 20 may 2025-ci il tarixdə saat 00:21-də keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 2 ünvanında binanın dəhlizində saxlanılıb videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,434 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il müddətdir ki, müxtəlif ünvanlarda müxtəlif anket məlumatlarını bilmədiyi şəxslərdən narkotik vasitələr alıb istifadə etmişdir. 19 may 2025-ci il tarixdə axşam saatlarında Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında piyada hərəkətdə olan zaman bir nəfər üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxs ona yaxınlaşaraq narkotik vasitə almaq istəyibistəmədiyini soruşmuş, o da almaq istədiyini bildirərək 20 (iyirmi) manat pul ödəməklə “kakos” kimi tanıdığı narkotik vasitəni şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. 19 may 2025-ci il tarixdə axşam saatlarında narkotik vasitəni istifadə etmək üçün Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığına gəlmiş, bir qədər təkbaşına vaxt keçirdikdən sonra 20 may 2025-ci il tarixdə saat 00:21-də ünvan 3 ünvanında binanın dəhlizinə üzərində olan narkotik vasitəni istifadə etmək məqsədi ilə daxil olan zaman üç nəfər mülki geyimli şəxs onu saxlayıb telefonla videoçəkiliş edərək özlərini təqdim edib üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edib içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Təqdim etdiyi büküm elektron tərəzidə çəkildikdə 0,57 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib imzalanmışdır. Videoçəkilişin davamı olaraq Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət edərək gətirib üzərindən aşkar edilmiş narkotik vasitə təhqiqatçıya təhvil verilmiş, təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən videogörüntüyə mobil telefonda baxış keçirildikdən sonra polis şöbəsinə hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunub Xətai RPİ-nin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36cı PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 20 may 2025-ci il tarixdə saat 00:21-də Şahid2 və Şahid1 ilə birlikdə Məhəmməd Hadi küçəsi 73A ünvanda yerləşən binanın dəhlizində Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etdiklərini, bu təklifdən sonra Təqsirləndirilən şəxs cibindən 01 (bir) ədəd bükümdə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə tünd qəhvəyi rəngdə maddənin çəkisi büküm ilə birlikdə 0.57 qram olması müəyyən edilib kağız zərfdə qablaşdırılıb üzəri imzalanıb götürülmüşdür. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümü Neftçilər m/s ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata aldığını, saxlanılan zaman ona qarşı zor tətbiq edilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 20 may 2025-ci il tarixdə saat 00:21də Xətai RPİ-nin 36-cı PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və Xətai RPİnin 36-cı PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ilə birlikdə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 73A ünvanda yerləşən binanın dəhlizində Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etdiklərini, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim edərək içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngdə maddənin elektron tərəzidə çəkisi büküm ilə birlikdə 0.57 qram olması müəyyən edilib kağız zərfdə qablaşdırılıb üzəri imzalanıb götürülmüşdür. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümü Neftçilər m/s ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata aldığını, saxlanılan zaman ona qarşı zor tətbiq edilmədiyini bildirmişdir. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət edərək üzərindən aşkar edilmiş bükümü şöbənin təhqiqatçısı polis mayoru X1 təqdim etmişlər. X2 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış zərfin içərisindəki kütləyə, həmçinin şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən videogörüntüyə mobil telefonda baxış keçirilmiş və təhqiqatçı tərəfindən kütlə yenidən qablaşdırılmışdır. Videoçəkiliş bitdikdən sonra Təqsirləndirilən şəxs polis şöbəsinə hüquqları müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulması haqqında protokol tərtib olunaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 20 may 2025-ci il tarixdə saat 00:21də Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkilləri polis kapitanı Şahid1 və polis leytenantı Şahid3 ilə birlikdə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 73A ünvanda yerləşən binanın dəhlizində Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etdiklərini, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim edərək içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngdə maddənin elektron tərəzidə çəkisi büküm ilə birlikdə 0.57 qram olması müəyyən edilib kağız zərfdə qablaşdırılıb üzəri imzalanıb götürülmüşdür. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümü Neftçilər m/s ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata aldığını, saxlanılan zaman ona qarşı zor tətbiq edilmədiyini bildirmişdir. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən Xətai RPİnin 36-cı PŞ-nə dəvət edərək üzərindən aşkar edilmiş bükümü şöbənin təhqiqatçısı polis mayoru X1 təqdim etmişlər. X2 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış zərfin içərisindəki kütləyə, həmçinin şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən videogörüntüyə mobil telefonda baxış keçirilmiş və təhqiqatçı tərəfindən kütlə yenidən qablaşdırılmışdır. Videoçəkiliş bitdikdən sonra Təqsirləndirilən şəxs polis şöbəsinə hüquqları müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulması haqqında protokol tərtib olunaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 20 may 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etdi. Narkotik maddəyə bənzər kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş və çəkisinin 0.57 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları və saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi 1 (bir) ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə sonuncudan götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış ünvan 6 ünvanında yerləşən binanın dəhlizində keçirilmişdir (i.v. 10-11A); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 20 may 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan bir ədəd ağ rəngli zərfə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülərək qablaşdırılmış zərfdən 1 (ədəd) bükümdə olan arkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin maddə elektron tərəzidə çəkildikdən sonra çəkisinin 0,56 qram olması müəyyən edilmişdir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmişdir. Mobil telefonda olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunması və həmin şəxsin maddənin özünə məxsus olduğunu bildirməsi əksini tapmışdır (i.v. 16-16A); şübhəli şəxsin tutulması haqqında 20 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:21 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 26); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2025-ci il tarixli, 3-16-16/2-6/1874/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №151” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs (imza)” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,434 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 38-41); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 51-52); diskdə olan videoyazıya baxış keçirilməsi haqqında 21 may 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 20 may 2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 70-71); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-282/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 80-82); 120 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 108); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 109-110); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2025-ci il tarixli, 3059 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 121-122); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 25 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 may 2025-ci il tarixli, 3-16-16/2-6/1874/2025 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3059 nömrəli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0.434 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.384 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 02 ədəd “DVD-R” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 130-134). Amnistiya aktının tətbiq edilməsi baədə 16 yanvar 2026-cı iltarixli qərardan göünür ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə istintaqı zamanı birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb təqdim edir. Narkotik maddəyə bənzər kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilir və çəkisinin 0.57 qram olması müəyyən edilir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları və saxlanılan şəxs tərəfindən imzalanır və götürülür. İş üzrə əhəmiyyət kəsb etdiyi 1 (bir) ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə sonuncudan götürülür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə istintaqı zamanı ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, təqdim olunan bir ədəd ağ rəngli zərfə baxış keçirilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülərək qablaşdırılmış zərfdən 1 (ədəd) bükümdə olan arkotik vasitə heroinə bənzər maddə aşkar olunur. Həmin maddə elektron tərəzidə çəkildikdən sonra çəkisinin 0,56 qram olması müəyyən edilir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənir. Mobil telefonda olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunması və həmin şəxsin maddənin özünə məxsus olduğunu bildirməsi əksini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.434 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-nin-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətməsini, təqsirkarın şəxsiyyətini, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin növünü nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 20 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və onun xx.xx.2024-cü il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.434 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.384 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM- 132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 20 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2024-cü il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.434 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.384 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar