Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-413/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsinin nümayəndəsi X1, müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, 31 avqust 1995-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vəətndaşı, evli, orta təhsilli, taksi sürücüsü işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Q.Abdullayv küçəsi, ev 24-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət vurulmasına səbəb olmuşdur. Belə ki, o, 27 may 2023-cü il tarixdə, saat 21:10 dəqiqədə X4 məxsus olan, etibranamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Opel Astra minik» marka və modelli, **-ZK-*** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə Ukrayna dairəsi istiqamətində yolun sağdan 1-ci hərəkət zolağı ilə saatda 50 km surətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, yol va meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş surət mǝhtudiyyətindən çox olmayan surətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qanun normasına əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq sonuncuya ehtiyatsızlıqdan qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmiş- cırılmış yarası, sağ körpücük sümüyünün sınığı, sol əlin 2-ci daraq sümüyünün başının açıq sınığı, sağ diz oynağının əzilməsi, bağların gərilməsi xəsarətləri ilə müşayiət edilən Ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, etibarnamə ilə idarə etdiyi "Opel Astra" markalı **- ZK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 27 may 2023-cü il tarixdə saat təxminən 21 radələrində idarə etdiyi «Opel Astra» markalı **-ZK-*** dövlət qeydiyyat nömrəli avtomobillə Xətai rayonu, Gəncə prospekti ilə Ukrayna dairəsi istiqamətində yolun sağdan 1-ci hərəkət zolağı ilə saatda 50 km surətlə hərəkətdə olarkən yolu soldan sağa keçən piyadaçı Zərərçəkmiş şəxs avtomobilinin qabaq sağ hissəsi ilə vurmuşdur. Bu anda dərhal avtomobilini saxlamış, zərbənin təsirindən piyada yıxılıb xəsarət almışdır. O dərhal avtomobildən düşərək piyadaçıya köməklik etmiş, ona su vermiş və təcili yardım çağırmışdır. Sonra təcili yardım avtomobili Siracı 3 saylı Kliniki Xəstəxanaya aparmışdır. Orada ilkin yardım göstərilmiş və xəstəxanaya yerləşdirilmişdir. Səhərisi gün Siracın baş nahiyyəsinin yoxlanılması üçün təcili yardım avtomobili ilə onu Neyrocərrahiyyə xəstəxanasına aparmışlar və yenidən 3 saylı Xəstəxanaya qaytarılmışlar. Hal hazırda Sirac xəstəxanada müalicə alır. Hadisə zamanı o, spirtli içki, narkotik maddə və yaxud psixotrop maddə qəbul etməmiş, hadisə zamanı idarə etdiyi avtomobilin hərəkət sürətinin taxmini 50 km/saat olmuşdur, hadisə zamanı idarə etdiyi avtomobili texniki cəhətdən tam saz olmuş, avtomobili yüksüz vəziyyətdə olmuş, hadisədən öncə yolu keçən piyadaçını təxminən 10 metr məsafədən görmüş, piyadaçı yolu iti addımlarla keçirmiş, piyadaçını görərkən avtomobilini saxlamağa cəhd etmiş, lakin saxlaya bilməyərək piyadanı vurmuşdur. Həmçinin hadisədən sonra dəfələrlə zərərçəkmiş şəxsi ziyarət etmək, onun səhhəti ilə bağlı maraqlanmaq istəsə də, ona şərait yaradılmamışdır. Verilmiş mülki iddia ilə bağlı bildirmişdir ki, o, mülki iddia ilə razı deyil. Belə ki, mülki iddianı təsdiq edəcək heç bir sənəd təqdim edilmədən mülki iddia verilmişdir. Zərərçəkmiş şəxsin qardaşı dəfələrlə ona bildirmişdir ki, qardaşı Siracın borcları vardır. Zərərçəkmiş şəxsin özünün şəxsi borcları da, ona ödətdirilmək istənilir. Bu səbəbdən verilmiş mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu və ona yüngül cəza verilməsini xahiş emişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X5 ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs hadisə nəticəsində sağlamlığını itirdiyindən hərəkət edə blmir. Qardaşının aldığı xəsarətlə əlaqədar olaraq Sabunçu Xəstəxanasında maddi xərclər çəkmişdir. Qardaşına vurulmuş maddi zərər qismində 8700 manat və mənəvi zərər qismində 2000 manat məbləğində pulun, ümumilikdə 10700 manat pulun Təqsirləndirilən şəxs alınaraq qardaşına ödənilməsi barədə verilmiş mülki iddianın təmin edilməsini xahiş edir. O çəkilən xərclərlə bağlı rəsmi sənəd təqdim edə bilmir, çünki çəkilən xərclər əsasən əlbəəl verilmişdir. Məhkəmə iclasında videokonfrans vasitəsi ilə dindirilmiş Zərərçəkmiş şəxs təhqiqat zamanı vermiş olduğu ifadəsinə uyğun ifdadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir. O, hal-hazırda yataq xəstəsidir. Hərəkət edə bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 may 2023-cü il tarixli, HK1-546 saylı qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılması qərara alınmışdır (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 29 may 2023-cü il tarixli protokoldan, sxemdən və şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verən yol asfalt beton örtüklü, düz olmuş, hadisə baş verən zaman yol quru olmuşdur. Hadisə baş verən yolun ümumi eni 18 metr olmaqla, 6 hərəkət zolağından ibarətdir, hərəkət hissələrinin eni 9,6 metrdir. (i.v. 3-8); Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/13289 saylı, 27 may 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur.(i.v 11) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2008-ci il buraxılışlı, universal tipli, “Opel Astra” minik markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətindədir (i.v. 14); Təqsirləndirilən şəxs məxsus AD022581 seriya nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2023-cü il tarixə qədər qüvvədədir.(i.v 14) ; xx.xx.2023-ci il tarixli etibarnamədən görünür ki, **-ZK-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı avtomobil 05 ay müddətinə, həmin avtomobilin mülkiyyətçisi X11 (X10 təmsil etmişdir) tərəfindən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün verilmişdir.(i.v 17) Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş xəsarətlə əlaqədar Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülmsəni xahiş etmişdir.(i.v 22) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v. 38); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2023-ci il tarixli, 8/1631 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. ( i.v. 43-46); Azərbycn Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X16 31/2023 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - qapalı kəllə-beyin travması; baş beyin silkələnməsi; alın nahiyəsinin əzilmiş-cırılmış yarası; sağ körpücük sümüyünün sınığı; sol əlin İİ daraq sümüyünün başının açıq sınığı; sağ diz oynağının əzilməsi, bağların gərilməsi bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosurətində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan minik avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. (i.v. 47-49); 08 iyun 2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır.(i.v 50) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-73224/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 24.0.2013-cü il tarixdə AD 022581 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum olunması barədə hər hansı məlumat qeydə alınmamışdır (i.v 80) Nigah Haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 xx.xx.2022-ci il tarixində nigahları bağlanmış, bu barədə nigahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 2529№ ilə qeyd edilmişdir.(i.v84) xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X8 hamilədir və 24 saylı Şəhər Poliklinkasının Qadın Məsləhətxanasında müayinə olunmuşdu (i.v 85) 14 iyun 2023-cü il tarixli götürmə və baxış keçirirmə haqqında protokoldan görünür ki, Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı Teymur Ağamirov 14 iyun 2023-cü il tarixdə DİNnin X2 Xidmətindən daxil olmuş CD-yə baxış keçirmişdir. Baxış zamanı CD-də olan video görüntüdən görünür ki, Zərərçəkmiş şəxs Gəncə prospektini soldan sağa keçərkən Təqsirləndirilən şəxs idarə etdiyi «Opel Astra» markalı **-ZK-*** dövlət qeydiyyat nömrəli avtomobillə vurularaq yola yıxılmışdır(i.v 89) Sübutların qiymətləndirilməsi haqqında 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, toplanmış böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş hesab edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 143, 263-1.1 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd edilməsi, Opel Astra markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 dəymiş maddi ziyanla əlaqədar şikayətinin olmaması nəzərə alınması. böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın ilkin materialları, məhkəmə-tibbi ekspertizasının və məhkəm-yol- nəqliyyat hadisələri ekspertizasının rəyləri, hadisə yerinə baxış protokolu və hadisə yerinin sxemi, avtomobillərə baxış protokolu, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərər çəkmiş şəxsin ifadələri, Narkoloji Mərkəzin 2/13289 nömrəli xx.xx.2023-cü iltarixli aktı və hadisəni əks etdirən CD sübut növü kimi qiymətləndirilməsi, Opel Astra markalı **- ZK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınması və sahibinə qaytarılması qərara alınmışdır. ( i.v. 89-93); Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mülki iddia ərizəsindən və rüsumdan görünür ki, cinayət əməli nəticəsində ona vurulmuş maddi zərər qismində 8700 manat və mənəvi zərər qismində 2000 manat məbləğində pulun, ümumilikdə 10700 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışmamasını və zərər çəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-cü maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, arvadının hamilə olmasını, əməlindən səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalı, maddi sübut olan Opel Astra markalı **-ZK-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsi hesabına keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsində və məhkəmə iclas zalında zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən mülki iddiada çəkilmiş xərclər kimi qeyd olunan məbləği təsdiq edəcək heç bir sübut təqdim olunmadığından verilmiş mülki iddia hazırki iş üzrə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1.3-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Maddi zərər qismində 8700 manat və mənəvi zərər qismində 2000 manat məbləğində pulun, ümumilikdə 10700 manat pulun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tutulması və zərərçəkmiş şəxs ödənilməsi ilə bağlı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Alyans” saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 180 (yüz səksən)manat pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Opel Astra markalı **-ZK-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsi hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Alyans” saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs Maddi zərər qismində 8700 manat və mənəvi zərər qismində 2000 manat məbləğində pulun, ümumilikdə 10700 manat pulun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tutulması və zərərçəkmiş şəxs ödənilməsi ilə bağlı mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-413/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-413/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver