Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-414/2021 02.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Namazova Günel Vladimir qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə, vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin sentyabr ayından 08 yanvar 2021-ci il tarixədək olan müddət ərzində sürücü kimi işlədiyi "xxxx" MMC-yə məxsus Bakı şəhəri Xətai rayonu Babək prospekti 28N ünvanında yerləşən anbardan 1 ədədi 50 manat olmaqla 2400 manat dəyərində 48 ədəd 5 litrlik “5W30 Formula” markalı, 1 ədədi 50 manat olmaqla 2850 manat dəyərində 57 ədəd 5 litrlik “5W40 GTİ” markalı, 1 ədədi 43 manat olmaqla 1849 manat dəyərində 43 ədəd 4 litrlik “5W40 GTİ” markalı, 1 ədədi 43 manat olmaqla 1376 manat dəyərində 32 ədəd 4 litrlik “5W30 Formula” markalı, 1 ədədi 45 manat olmaqla 450 manat dəyərində 10 ədəd 4 litrlik “5W40 LA” markalı, 1 ədədi 55 manat olmaqla 660 manat dəyərində 12 ədəd 5 litrlik “5W40 LA” markalı, 1 ədədi 30 manat olmaqla 1650 manat dəyərində 55 ədəd 4 litrlik “10W40 GP” markalı, 1 ədədi 35 manat olmaqla 1540 manat dəyərində 44 ədəd 5 litrlik “ 10W40 GP” markalı, 1 ədədi 12 manat olmaqla 240 manat dəyərində 20 ədəd 1 litrlik “5W40 GTİ” markalı, 1 ədədi 12 manat olmaqla 312 manat dəyərində 26 ədəd 1 litrlik “5W3Q Formula” markalı, 1 ədədi 12 manat olmaqla 156 manat dəyərində 13 ədəd 1 litrlik “5W40 La” markalı, 1 ədədi 16 manat olmaqla 48 manat dəyərində 3 ədəd 1 litrlik ATF-111 markalı və 1 ədəd 12 manat dəyərində 1 litrlik “10W40 GP” markalı "xxxx" yağlarını gizli talayıb zərərçəkmiş şəxs "xxxx" MMC-yə cəmi 13543 (on üç min beş yüz qırx üç) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayının 27-si səhər saatlarında "xxxx" MMC-nin sürücüyə ehtiyacının olduğunu görmüş, zəng etmiş, bir xanım götürmüş, xanıma boş və dolu yük maşını idarə edə biləcəyini demiş, xanım işə qəbulla bağlı rəhbərliyin məşğul olduğunu və saat üçdə gəlməsini demişdir. Həmin tarixdə getmiş və Qoşqar müəllimlə görüşmüş, sonuncu ona xəbər edəcəyini demişdir. Həmin günü "xxxx" MMC-nin Monza markalı yağlar satdığını bilmişdir. Axşam tərəfi facebookda olarkən monza yağlarının reklamını görmüş, Qoşqar müəllimlə yazaraq facebook dostu olduqlarını demiş, ordan-burdan danışmış, Qoşqar müəllim sabah işə gəlməsini demişdir. O, gündən işə başlamışdır. Mal sayılan günü Nağı və Fazilin saçlarını kəsmiş, əllərini yumağa getmiş, Qoşqar müəllim ondan açarları tələb etmiş və acılamışdır. O, da Qoşqara acı davranmış, sonuncu ona üzr istəyib kobud davranmasaydı başına sığal çəkib işi ilə məşğul olacağını demiş, Qoşqara “sən kimsən ki, mən səndən üzr istəyim demiş”, işinin mal saymaq yox, sürücü olduğunu bildirmişdir. Onun işi sürücüdür, əli mala dəymir, müştəri ilə ünsiyyəti olmur, sürücü kimi malları daşıyır. Qeyd etdiyi hadisə onun işdən çıxarılmasına səbəb olmuşdur. Malları Qoşqarla razılaşıb pulunu verib almışdır. Malları polis götürən zamanı Qoşqar gizlənmiş, polislərə malları pul verərək aldığını demişdir. Polislər malların qarşısında durub şəkil çəkdirməsini demiş, şəkil çəkilmiş, polis bölməsinə aparılmış, axşam saat ikidə ifadəsi alınmış, üçə işləmiş evə gəlmişdir. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Qoşqarla mübahisəsi düşmüş, bir-birini söymüş, düşünür ki, Qoşqar Fazil və Nağıya onun əleyhinə ifadə vermədikləri halda malların onların üzərində qalacağını dediyi üçün həmin şəxslər malların ona satılmasını deməmiş, işlədiyi müddətdə heç bir oğurluq olmamış, Qoşqarın qohumu Rasimdən hamı qorxmuş, o, heç kimə güzəşt etməmiş, onda olan qaimədə olan imzanı Qoşqar müəllim çəkmiş, qaimənin üzərinə nəsə tökülmə ilə bağlı ifadə verməmiş, Qoşqar müəllim ilkin izahatında müxtəlif markalı malların oğurlandığını demiş, tək monza deməmiş, malları ona Fazil və Nağı vermiş, Fazil rəsmi işçi olmamış, amma baş anbardar işləmiş, Nağı işlədiyi vaxt fəhlə işləmiş, hazırda işdən çıxmış, Nağının hansı səbəbdən işdən çıxmasını bilməmiş, 2020-ci ilin dekabr ayının əvvəllərində Rasimlə söhbəti zamanı sonuncuya əvvəllər yağ yeri işlədiyini demiş, Rasim ona nəyə görə indidə yağ yeri işlətmədiyini demiş, ondan sonra ağlına batmış, dekabr ayının axırlarında Qoşqarla danışıb razılaşmış, sonuncu ona on bir manat yağı iyirmi faiz endirimlə mal qarşılığında verə biləcəyini demiş, həmin şərtlə malları götürmüş, mal götürəndə azalma hiss olunmuş, malları polis apararkən Qoşqarın dediyi ölçüdə yağlardan bir ədəd olmuş, belə ki, o, digər yağları satmış, qaimədə isə həmin yağlardan altı ədəd olmuş, Qoşqar onunla sosial şəbəkədə qız adı ilə danışmış, Qoşqar malın qiymətinin qalxmağını dediyindən yer açmamış malları almış, Qoşqar borcun içində üzmüş, firmalara borcları olmuş, bu iş qurma olmuş, Qoşqar polislərə pul verib polislə onu və malını apartdırmışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2006-cı ildən 2016-cı ilə kimi "xxxx" şirkətində fiziki şəxs kimi işləmiş, 2016-cı ildən etibarən isə "xxxx" MMC-də təsisçi-direktor vəzifəsində işləyir. 2015-ci ildən "xxxx" markalı yağları Almaniyanın Ankum şəhərindən yerləşən “Milan” zavoddan rəhbərlik etdiyi şirkətlə bağlanmış müqavilə əsasında Azərbaycan Respublikasına idxal etmişdir. Rəhbərlik etdiyi şirkətdə təxminən 25 nəfər rəsmi olaraq işçilər fəaliyyət göstərir, həmin işçilərin bir qismi şirkətdə olan yağ brendlərini respublikanın bölgə və regionlardan satışla məşğul olan mağazalara çatdırmışlar. Onlar həftənin altı günü işləyərək bazar günü istirahət etmişlər. İş günləri hər gün saat 09:00-da anbarı açaraq işə başlamışlar və həmin gün saat 18:00-da anbarı bağlamışlar. Təxminən 2020-ci ilin iyulavqust ayında işçiyə ehtiyac olduğu üçün internet saytlarının birində elan vermişlər. Həmin ərəfədə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən bir nəfər işlə bağlı şirkətə müraciət etmişdir. Onun müraciəti əsasında Nazimi sürücü və satış meneceri kimi rəsmi olaraq işə qəbul etmişlər. Təqsirləndirilən şəxs satış üçün olan yağları sifarişə uyğun olaraq regionlara aparmış və lazım olan mağazalara təhvil vermişlər. Rəhbərlik etdiyi "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşmişdir. Müştərilərin rəhbərlik etdiyi MMC-yə verdikləri sifarişə uyğun olaraq sifarişin anbardan çıxarılması üçün ilk olaraq bu barədə qaimə faktura yazılmış və həmin faktura əsasında sifariş verilmiş yağlar saya uyğun olaraq anbar işləyən işçilər tərəfindən yoxlanılaraq avtomobillərə yüklənilərək çıxarılmışdır. Buraxılan yağlara anbar müdiri olan Şahid1 nəzarət etmişdir. Anbardan buraxılacaq yağlar barədə qaimə yazılsa da, Fazil yağları qaiməyə uyğun anbardan buraxan zaman öz dəftərində qaimənin nömrəsini və tarixini qeyd etmişdir. Təqsirləndirilən şəxs rəhbərlik etdiyi şirkətə işçi kimi gəldikdən sonra anbarda olan yağların azalmasını müşahidə etmişdir. Həmçinin regionlardan ona məlumat gəlmişdir ki, onların brend yağlar bölgələrdə qiymətindən daha ucuz qiymətə satılmışdır. Lakin, onun əlində dəlil-sübutu olmadığı üçün heç kimə, o cümlədən Təqsirləndirilən şəxs heç bir söz demədən özü araşdırma aparmağa başlamışdır. 05 yanvar 2021-ci il tarixdə rəhbəri olduğu "GOMAS AUTO” MMC-yə məxsus olan anbarda işçilər tərəfindən təftiş, yəni sayım işləri aparılmışdır. Həmin vaxt o, yağların sayılmasına Nazim Zülfıqarovdan işçilərə köməklik etməsini bildirsə də, Nazim onun sözünə əhəmiyyət verməyib işçilərə yağların sayılmasında köməklik göstərməmiş, Nazimin bu hərəkəti ona bir rəhbər kimi çox pis təsir etmişdir. Buna görə də, idarə etdiyi avtomobilin açarlarını Nazim Zülfıqarovdan alaraq sonuncunun işdən azad olunmasını bildirib səhər mühasibatlıqda hesablaşma aparıb pulunu almasını bildirmişdir. Nazimin qalıq pulu 114 manat təşkil etsə də, Nazim ondan ailə vəziyyətinin yaxşı olmadığını deyərək xahiş etmişdir ki, uşaqlarının təhsil haqqını ödəməyə pulu yoxdur, bunu nəzərə alsın və buna öz pulu ilə birlikdə 370 manat pul versin. O, Nazimin xahişini nəzərə alıb istədiyi 370 manat pulu Nazimə vermişdir. Bundan sonra, 05.01.2021-ci il tarixdə anbarda aparılan sayımın nəticəsi olaraq anbardan ümumilikdə 82446.80 manat müxtəlif markalı "xxxx" yağlarının əksik olduğunu aşkar etmişlər. Nazim şirkətdən getdikdən sonra o, araşdırmalarını daha da artırmış və ona məlum olmuşdur ki, Nazimin şirkətindən oğurluq etmiş, yenə də bu barədə sübutu olmadığı üçün Nazimə və başqa heç kimə bir söz deməmişdir. Bundan sonra o, Nazimi gizli olaraq izləməyə başlamış və 28.01,2021-cİ il tarixdə ona məlum olmuşdur ki, Nazimin rəhbərlik etdiyi MMC-nin anbarından oğurladığı yağları kirayə yaşadığı ünvan 3 ünvanında saxlamışdır. Buna görə də, 29.01.2021-ci il tarixdə ərizə ilə Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Nazimin kirayə yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman oradan rəhbərlik etdiyi MMC-yə məxsus monza yağları aşkar edilərək götürülmüşdür. Rəhbəri olduğu MMC-yə məxsus anbardan ümumilikdə 82.446.80 manat dəyərində müxtəlif markalı monza yağlan oğurlanmış və hadisə nəticəsində ona ümumilikdə 82.446,80 manat maddi ziyan dəymişdir. Onun baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs şübhələnmişdir. Rəhbərlik etdiyi MMC-yə məxsus oğurlanmış olan "xxxx" yağlarından 13142 manat dəyərində olan hissəsi Nazimin tutduğu evdən aşkar edilərək götürülmüşdür. Ümumiyyətlə anbardan yağlar yalnız mühasibatlıqda sifarişə uyğun olaraq “1 C” proqramında yazılaraq qaimə formasında çap edilmişdir. Heç vaxt əlyazma qaimə ilə mal satışını həyata keçirməmişlər. Qaimə əsasında da sifariş verilmiş mallar anbar müdiri Fazil tərəfindən yoxlanılmış və Fazil malı buraxan zaman qaimənin nömrəsini və tarixini öz kitabında qeyd etdikdən sonra anbardan çıxışına icazə vermiş, MMC-yə məxsus anbarın açarı anbara nəzarət edən Fazildə olmuşdur. Nazimdən şikayətçidir və ağır cəza verilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərin ödənilməsi ilə bağlı təqsirləndirilən şəxs tərəfindən hər hansı təklif olmamış, aşkar olunmuş yağlar polis tərəfindən aşkar edilmiş və saxlanılması üçün ona təhvil verilmiş, Nazimin hansı müddətə şirkətlərində işləməsini dəqiq xatırlamır, Nazim sürücü kimi işləmiş, rayonlar və Bakı şəhərində işləmiş, üç gün iki gecə rayonda qalmış, sonra geri qayıtmış, iş yeri ilə anbar fərqli ünvanda yerləşmiş, boş vaxtı sürücülər anbarda olan boş otaqda vaxt keçirmiş, anbar təhlükəsizlik kameraları ilə təmin olunmamış, bu hadisədən sonra kameralar quraşdırılmış, ümumi sahədə bir neçə sahibkara məxsus anbar olmuş, internet xətti olmadığından digər anbarlarda da kamera olmamış, onlara məxsus anbarın anbardarı olmuş, anbarı icarəyə götürmüş, həftənin 1,2,3,4-cü günü sürücü boş olmuş, həmin günlərində sifarişlər yığılmış, Nazimlə işləyən şəxs atasının bacısı nəvəsi olmuş, sifarişlərin yığılmasında sürücünün rolu olmamış, malın yığılmasında sürücü iştirak etmiş, bunu fəhlə kimi və ya ekspeditora kömək üçün etmiş, malların yığılmasında anbardar iştirak etmiş, anbarda malın yığılması zamanı fəhlələr olmuş, ailə şirkəti kimi hamı bir-birinə kömək etmiş, Nazim tək başına anbardan mal yükləyə bilməmiş, anbar böyük olmuş, Fazil sifariş verilən malları ayırmağa gedəndə Nazim qapının qarşısında olan yağları oğurlamış, oğurlama hissə-hissə olmuş, oğurlanan mal anbarın qapısının yanında olmuş, Nazim maşını yudurtmaq və evə getmək adı ilə istifadə edə bilmiş, anbar 3000 kv.m yaxın anbar olmuş, təxminən 200-220 metr uzunluğunda olmuş, anbardar arxa tərəfə gedəndə qapının yanında dayanmış sürücü boş olmuş və oğurluq edə bilmiş, boş dayanma zamanı sürücünün anbardan oğurluq etmək imkanı olmuş, Nazimin həmin malları oğurlaması real olmuş, ailə kimi işlədiklərindən onlara etibar etmiş, gecə heç kimin anbara girmək səlahiyyəti olmamış, anbar saat 9-dan 6-ya qədər işləmiş, Nazim gündüz vaxtı həmin yağları oğurlamış, ekspeditorun özü işdən çıxmış, şahidlərə məhkəmədə çıxışları ilə bağlı hər hansı söz deməmiş, Nazim ondan pul almadığı vaxt dolana bilməmiş, Nazimin maddi imkanı pis olmuş, o, heç vaxt Nazimə mal satmamış, Nazim ondan mal almamış, mallar Nazimin kirayə tutduğu evdən aşkar olunmuş, digər şəxslərlə əlbir olub-olmadığını bilməmiş, anbardan mallar 1 C proqramı ilə işlənmiş qaimə ilə çıxmış, iş materiallarında olan qaimə ilə heç vaxt anbardan mal çıxmamış və satılmamış, onların qaimələrində təhvil verdi möhürü olmuş, ona görə Nazimin belə bir qaimə düzəltmək imkanı olmamış, sayımın 2020-ci ilin hansı ayında olmasını dəqiq xatırlamamış, istintaq zamanı ondan malların siyahısı ilə bağlı hər hansı sənəd tələb edilməmiş, Fazil tarixləri qarışdırmış, yanvar ayındakı sayımda 82000 manat əksik olmuş, sayımda akt tərtib edilməmiş, Nazimlə barışıq şərti olmamış, Fazili müvəqqəti olaraq ailə vəziyyəti ilə bağlı işdən azad etmiş, bir müddət Fazil rəsmi işçi olmamış, amma faktiki olaraq anbardar Fazil olmuş, ilkin olaraq anbarın açarını götürərək oğurluq edilməsini düşündüyündən ərizəsində elə qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, altı ildir ki, "xxxx" MMC-yə məxsus anbarda anbardar işləyir. Həmişə anbarda olmuş, belə bir işlə ilk dəfə qarşılaşmışdır. İşçilər Bakıda olduğu müddətdə anbarda olmuş, anbar böyük olmuş, malları yığmağa gedən zaman işçilər anbarda olmuş, hərdən yarım saat malları yığmaq və düzəltmək üçün anbarın arxa tərəfinə getmiş, həmin zaman işçilər anbarın girişində olmuş, onlara etibar etmiş, bir yerə çörək kəsdiyi insanların oğurluq etmələrini düşünməmiş, hadisə barədə mallar aşkar olunandan sonra bilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, polislərin onlara təhvil verdiyi mallar anbara qoyulmuş, oğurlanmış mallar ümumi səksən min manatdan çox olmuş, mart ayında sayım olmuş, həmin vaxt Nazim orada olmuş, malların sayımı təxminən altı aydan bir olmuş, əskik mallar mart ayındakı sayımda aşkar olunmuş, sayımdan sonra bu barədə rəhbərliyə məlumat vermiş, özü polisə müraciət etməmiş, bir yerdə çörək yediklərindən heç kimdən şübhələnməmiş, malları ancaq komputerdə çap olunan qaimə ilə vermiş və kitabında qeyd etmiş, iş materiallarında olan qaimə ilə heç vaxt anbardan mal verməmiş, Nazim heç vaxt ona həmin qayimə ilə yaxınlaşıb mal almamış, malların azalmasını hiss etməmiş, mal tutulandan sonra oğurlanmasını bilmiş, anbarda bir fəhlə olmuş, bu Nağı olmuş, anbarın girişində olan mallar oğurlanmış, mallar azalanda sifariş vermək üçün sayım aparılmış, malların sayımı 2020-ci ilin martında olmuş, səksən min manata yaxın mal əksik olmuş, bunu hər hansı sənədlə rəsmiləşdirməmiş, ilk dəfə məhkəmədə olduğundan tarixləri ola bilər ki, qarışdırmış, sayım 2021-ci ildə olmuş, mal Nazimin əlində tutulduğundan Nazimin oğurlamasına əmin olmuş, anbara gələn malın invoysu olmuş, gömrükdən gələndə siyahıya uyğun həmin malları saymış, həmin sənədlər ofisdə olmuş, Nazimin anbardan mal oğurlamasını birbaşa görməmiş, bu barədə ona digər şəxslər də deməmiş, Nazim maşını anbarın qabağında saxlamış, o, anbarın arxa hissəsinə gedib-gələnə zaman Nazimin oradan 30-35 qutu yağ götürmək imkanı olmuş, Nazim Ford markalı maşını idarə etmiş, sifariş az və çox olmasına uyğun olaraq mallar maşına yığılmış, 150-200 qutu yağın maşına yüklənməsi mümkün olmuş, Nazimin maşına 20-30 qutu əlavə yağ yükləməsini gözlə hiss etmək mümkün olmamış, sistem işləmədiyi halda təsadüfü hallarda əl yazma qaimə ilə anbardan mal buraxmış, 82000 manat əksik yanvar ayı zamanı sayımda müəyyən olunmuş, mart ayında sayım digər yağlarda olmuş, mart ayında da əksik olmuş, dəqiq sayım 2021-ci ilin yanvar və mart ayında olmuş, əksiklik daha çox mart ayındakı sayımda olmuş, əl-yazma qaimə ilə mal ancaq şirkətin öz yağlamalarına verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən etibarən "xxxx" MMC də satış meneceri kimi işləmişdir. O, MMC-yə məxsus “Ford-Transit” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Onun işi müştərilər tərəfində sifariş verilmiş malları sifarişə uyğun olaraq şəhər daxili çatdırmaqdan ibarət olmuşdur. Onlar "xxxx" markalı yağları sifariş əsasında şəhərə və rayonlara paylanılmışdır. Onlar həftənin altı günü işləyərək bazar günü isə istirahət etmişlər. MMC-yə məxsus anbardan malların buraxılmasına anbar müdiri olan Şahid1 nəzarət etmişdir. Müştərilərin sifarişi əsasında mühasibatlıqda yazılmış qaimə əsasən anbarda mallar toplanmış və Şahid1 malları yoxladıqdan sonra qaiməni möhürləmişdir. Bundan sonra sifariş əsasında toplanmış mallar avtomobilə yüklənərək müştəriyə çatdırmışlar. X3 işlədiyi MMC-dən tanımışdır. Nazim də onun kimi MMC-də sürücü və satış meneceri kimi işləmişdir. Nazim Zülfıqarov satış üçün olan yağları sifarişə uyğun olaraq MMC-yə məxsus avtomobillə regionlara aparıb lazım olan mağazalara təhvil vermişdir. Zərərçəkmiş şəxs onun qohumudur. 2020-ci ilin dekabr ayının sonlarında söhbət zamanı Qoşqar ona şirkətin anbarında olan malların azaldığını hiss etdiyini bildirmişdir. 05 yanvar 2021-ci il tarixdə "xxxx" MMC-yə məxsus olan anbarda sayım işləri aparılmışdır. Həmin vaxt Nazim yağların sayılmasında onlara köməklik göstərmədiyi üçün işdən çıxarılmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nazimin bacısının əri ona zəng etmiş, Qoşqar müəllimlə qohum olduğundan Nazimə köməklik etməyini, tutulmamasını xahiş etmiş, Nazimin mal oğurlaması barədə heç nə deməmiş, 2020-ci ilin avqust ayına qədər qeyri-rəsmi, həmin tarixdən sonra isə şirkətdə rəsmi işləmiş, Qoşqarın yoldaşının dayısıdır, sayımda iştirak etməmiş, sayım yanvar ayında olmuş, sayım ildə bir-iki dəfə olmuş, 2020-ci ildəki sayımlarda da iştirak etməmiş, ekspeditor kimi işləmiş, sürücü də özü olmuş, malların sifarişi ofisdə yazılmış, sonra anbarda işləyən Fazilə verilmiş, malları fəhlələr yığmış, yoxlanılıb maşına vurulmuş, istəsə və cəhd etsə malları oğurlamaq imkanı olmuş, sifariş verilən malların sayına görə maşına yükləmə vaxt çəkmiş, Fazil malları yığmaq üçün gedəndə bəzən 20-30 dəqiqə gec gəlmiş, malları götürüb birbaşa sifariş verilən yerə gedilmiş, mal verdiyi yerdən ona malları 50 manata yox 40 manata kiminsə təkif etdiyi deyilmiş, azalma sayımdan sonra müəyyən edilmiş, sayım təxminən üç gün davam etmiş, sayımda bir gün iştirak etmiş, iştirak etdiyi gün monza yağları sayılmış, sonra leo markalı yağlar sayılmalı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mal sayımı zamanı Təqsirləndirilən şəxs orada olmuş, onlara kömək etməmiş, sayım zamanı mallar əksik olmuş, sonra Qoşqar müəllim Nazimin evində mal tutmuş, polislə həmin malı götürüb gətirmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nazimdən götürülmüş yağlar Monza yağları olmuş, həmin yağların nə qədər olmasını saymamış, həmin malların maşına yığılmasında iştirak etmiş, Nazim isə sakit dayanaraq baxmış, anbarda fəhlə kimi işləmiş, anbardan mal buraxılması üçün sürücü, ekspeditor möhürlə təsdiq edilmiş qaimə təqdim etmiş, həmin qaimə əsasında malı buraxılmış, digər qaimə əsasında mal buraxılmamış, anbarın bir qapısı olmuş, orada bir mühafizəçi olmuş, Nazimin oradan mal oğurlamasını görməmiş, Nazim həftənin dörd günü anbarda olmuş, anbar çox qarışıq olduğundan oğurluğu hiss etmək mümkün olmamış, mühafizəçi ümumi girişdə olmuş, anbarın girişində mühafizəçi olmamış, mühafizəçi təxminən on beş metr aralıda olmuş, mühafizəçi durduğu yerdən onların anbarının qapısını görməmiş, sayım günü Nazim onun saçını qırxmış, saçını qırxmağı Qoşqar görməmiş, sayım olan zaman Qoşqar gəlmiş, qaimə elektron formada telefonuna gəlmiş, bundan sonra malları yığımış, qaimə ilə yoxlayaraq maşına yükləmiş, Nazim sürücü olduğundan anbara girə bilmiş, bunu heç kim qadağan etməmiş, malların azalması barədə mühasibdə demiş, orada bir il işləmiş, iki-üç dəfə sayım olmuş, sayımı kağıza yazılmış, qol çəkilmiş və ofisə göndərilmiş, sayım zamanı Monza yağları sayılmış, Nazim ora işə gələnə qədər yağlarda azalma olmamış, Nazim gəldikdən sonra yağlarda əskilmə olmuş, Fazil bu barədə rəhbərliyə bildirmiş, Nazimdən tutulmuş yağları qutu-qutu maşına o da yığmış, Fazil ilə birlikdə mal yığarkən anbarın arxasına getmiş, bu zaman Nazim anbarın qapısının qarşısında olmuş, buna görə hesab edir ki, Nazim onarın başının qarışmasından istifadə edərək malları oğurlamış, Nazim heç vaxt onlara qaimə təqdim etməmiş, heç vaxt həmin qaimə ilə Nazimə mal verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2018-ci ildən etibarən "xxxx" MMC də satış meneceri kimi işləmişdir. "xxxx" MMC nin rəhbəri Zərərçəkmiş şəxs onun anasının dayısı oğludur. İşlədiyi şirkət "xxxx" markalı yağların satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs işlədiyi MMC-dən tanımışdır. 2020-ci ilin yay aylarında ayında sürücüyə ehtiyac olduğu üçün Nazim sürücü kimi işə qəbul edilmişdir. Həmin vaxtdan Nazim onunla birlikdə işləyərək MMC-yə məxsus “Ford-Transit” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Onun işi müştərilər tərəfindən sifariş verilmiş malları sifarişə uyğun olaraq Nazimlə birlikdə bölgələrə çatdırmaqdan ibarət olmuş, anbardan malların buraxılmasına anbar müdiri olan Şahid1 nəzarət etmiş, Nağı həmin anbarda fəhlə kimi işləmişdir. Onlar həftənin altı günü işləyərək bazar günü isə istirahət etmişlər. Həftənin bir və ikinci günləri o, bölgələrdən sifariş qəbul edərək bu barədə mühasibatlıqda işləyən Aytac xanıma məlumat vermiş, Aytac da sifarişə uyğun olaraq kompüterdə “İC” proqramında qaimələri yazaraq çap etmiş və həmin qaimə əsasında mallar anbardan çıxarılmışdır. Mühasibatlıqda qaimə yazıldıqdan sonra ofis kənarda olduğu üçün adətən sürücülər mühasibatlığa gedərək yazılmış qaiməni götürüb anbara gətirmişlər. Həmin qaimə malların toplanması üçün anbar müdiri olan Fazilə təhvil verilmişdir. Fazil yaşlı olduğu üçün anbardan malları toplamaq üçün onlar Fazilə köməklik edərək malları anbardan toplayıb giriş hissəyə yığmışlar. Sonra Fazil qaimədə yazılmış malları yoxlayaraq anbar kitabında qaimənin tarixini, nömrəsini və müştərinin adını, həmçinin malı götürən satış təmsilçisinin adını qeyd edərək qaiməni möhürləmişdir. Onlar hər həftənin dördüncü günü rayona yola düşdükləri üçün üçüncü gün axşam sifariş avtomobilə yüklənmişdir. Səhər rayona çıxacaqları üçün yağları Nazimin idarə etdiyi “Ford-Transit” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüklədikdən sonra Nazim onu “Keşlə” dəmir yol stansiyasında düşürdüb yaşadığı evə getmişdir. Səhər tezdən, yəni dördüncü gün saat 08 radələrində Nazim yaşadığı Sumqayıt şəhərinə gələrək onu götürürmüş və onlar oradan birlikdə rayona yola düşmüşlər. Rayonlarda müştərilərin sifarişini təhvil verdikdən sonra 6-cı günü Bakı şəhərinə qayıtmışlar və Nazim onu yaşadığı Sumqayıt şəhərinə düşürtdükdən sonra yaşadığı ünvana getmişdir. Birinci günü iş günü olduğu üçün o, MMC-yə məxsus ofisə gedərək orada qaimə və yığılan pulu mühasibatlığa təhvil vermişdir. Daha sonra isə anbara gedərək avtomobildə yağ qalarsa anbara təhvil vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nazimin mal oğurladığını görməmiş, hadisə barədə işə çıxanda eşitmiş, Nazimin evindən çıxan yağ Monza markalı olmuş, həmin yağlar anbara yığılmış, qaimələrdə Qoşqar müəllimin imzası olmamış, Qoşqar müəllim anasının dayısı oğlu olmuş, üç il səkkiz ay həmin şirkətdə işləmiş, əvvəl başqa işdə işləmiş, son iki ilə rayonlara işləmiş, işlədiyi vaxt yol vərəqəsi görməmiş, bir gün öncə sifariş ofisə getmiş, qayimə verilmiş, satılmamış mallar geri qaytarılmış, maşının açarı Nazimdə olmuş, maşını gecə Nazim həyətinə aparmış, yükləmədə şəxsən iştirak etmiş, mal öncədən yığılmış, qaimə ilə yoxlanılmış, sonra maşına yüklənilmiş, yükəməyə Fazil nəzarət etmiş, mal yüklənən zaman Nazimin oğurluq etməsini ehtimal etməmiş, çünki orada adamlar olmuş, rayonlarda malların aşağı qiymətə satılması ilə bağlı onlara zəng olsa da ciddiyə almamış, rayonda bəzən iki, bəzən üç gün qalmış, rayona getmədikləri vaxt anbara getmiş, digəriləri ilə birlikdə Fazilin otağında olmuş, otaqla anbarın arası 4-5 metr olmuş, orada heç kim olmadığı halda oğurluq mümkün olmuş, sayım üç-dörd gün çəkmiş, birinci monza yağları sayılmış, sayıma o, nəzarət etmiş, xeyli əksiklər çıxmış, sayım aktlaşdırılmış, əvvəllər də bir dəfə sayım olmuş, səhv etmirsə həmin sayımda da iştirak etmiş, işlədiyi müddətdə 2-3 sayım olmuş, Nazim işləməmişdən də qabaq sayım olmuş, sayım vaxtı Nazim boş dayandığı və kömək etmədiyi üçün işdən azad edilmiş, mallar elektron qaimə əsasında anbardan çıxmış, iş materiallarında olan qaimə kimi qaimələrlə ola bilsin ki, mal verilmiş, amma həmin qaimələrin mütləq ofisdə qeydiyyatı aparılmış, o, orada olduğu müddətdə yağın oğurlanmasına şərait yaratmamış, Nazim işdən azad edilən vaxt hansı yağların sayılmasını xatırlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 10 ildən çoxdur ki, ortaq tanışları vasitəsi ilə tanımışdır. Bundan sonra onların arasına yoldaşlıq münasibəti yaranmış və həmin vaxtdan dostluq etmişlər. 2020-ci ilin dekabr ayının sonlarında anasının xəstəliyi ilə bağlı olaraq maddi imkanı zəif olduğu üçün yaşadığı evin həyətində yerləşən bir otaqdan ibarət olan otağı kirayə vermək qərarına gəlmişdir. Buna görə də bu barədə tanışlarına məlumat vermişdir. Nazimlə görüşüb söhbət edən zaman Nazim ona işlədiyi pulunu verib "xxxx" markalı yağları və həmin yağları yaşadığı Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsində yerləşən binanın 15-ci mərtəbəsində olan mənzilə daşımaqda ona köməklik etməyini bildirmişdir, O da Nazimə yağları yaşadığı evin həyətində olan 1 otaqlı otağa yığa biləcəyini, lakin maddi imkanının yaxşı olmadığı üçün həmin otağı kirayə verəcəyini bildirmişdir. Nazim də, onunla razılaşıb yaşadığı evin həyətində olan bir otaqlı otağı kirayə götürmək istədiyini bildirmişdir. Bundan sonra aralarında olan razılaşmaya əsasən o, həmin otağı 120 manata Nazimə kirayəyə vermişdir. Nazim yağları gətirib kirayə verdiyi evin həyətində olan otağa yığmışdır. Yaşadığı evdə olan zaman polis əməkdaşları gələrək Nazimin ona kirayə verdiyi otağa yığdığı yağların oğurluq olduğunu bildirmişlər. Buna görə də, o, Nazimə zəng vuraraq polis əməkdaşlarının gələrək yağların oğurluq olmasını bildirdiklərini demişdir. Bir qədər sonra Nazim gələrək polis əməkdaşlarına yağları pulunu verib aldığını və gələcəkdə yağ dəyişmə məntəqəsi açmaq üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Nazimin kirayə verdiyi otağa yığdığı yağları götürmüşlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nazim ona yağ yeri açacağını, yağı pulu ilə aldığını demiş, polislər gələndə Nazim olmamış, 2021-ci ilin yanvar ayının 2-3-ü rayondan gəmiş, rayondan gələndən sonra Nazim ondan yer istəmiş, yeri vermiş, bir gün sonra Nazim malları gətirib yığmış, Nazim bir dəfə Opel markalı avtomobillə malları gətirmiş, sonra o, getdiyindən hansı avtomobillə gəldiyini bilməmiş, həmin evdə anası və ailəsi yaşamış, Nazim mal gətirəndə anası evdə olmamış, mal yığılan yer balaca otaq olmuş, iki tərəfdən yağ üst-üstə yığılmış, Nazim həmin mallardan aparmamış və satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, anbarların girişindəki qapıda mühafizəçi işləyir. Hadisə barədə heç nə bilməmiş, işçilərdən eşitmiş, bu barədə izahat vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, oğurluq barədə bir dəfə Qoşqar müəllim ona demiş, onun oturduğu yerdən Qoşqar müəllimin anbarının girişi görsənməmiş, iş rejmi sutqalıq olmuş, səhər 8-də iş yeri açılmış və 9-da bağlanmış, 9-dan sonra heç kim anbarlara girə bilməmiş, oğurluq olduğu halda bu gündüz olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 mart 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cild 1, i.v. 1); 29.01.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayə tutduğu ünvan 3 ünvanına baxış keçirilən zaman oradan 12 qutu 5 litrlik “5W30 Formula” markalı, 13 qutu 5 litrlik “5W 40 CTİ” markalı, 8 qutu 4 litrlik “5W40 CTİ” markalı, 06 qutu 4 litrlik “5W30 Formula” markalı, 2 qutu 4 litrlik “5W40 LA” markalı, 3 qutu 5 litrlik “5W40 LA” markalı, 10 qutu 4 litrlik “10W4Q CP” markalı, 11 qutu 5 litrlik U10W40 CP” markalı, 1 qutu 1 litrlik “5W40 CTİ” markalı, 1 qutu 1 litrlik “5W30 Formula” markalı, 2 ədəd 4 litrlik “5W30 Formula” markalı, 6 ədəd 1 litrlik “5W30 Formula” markalı, 13 ədəd 1 litrlik “5W40 LA” markalı, 3 ədəd 4 litrlik “5W40 CTİ” markalı, 5 ədəd 4 litrlik “10W40 CP” markalı, 5 ədəd 5 litrlik “5W40 CTİ” markalı, 1 ədəd 1 litrlik “10W40 CP” maı kah, 3 ədəd 1 litrlik ATF-111 markalı monza yağları aşkar edilərək maddi sübut kimi götürülmüşdür (cild 1, i.v. 11-13); bildirişdən görünür ki, Təqsirləndirilən şəxs əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən 11.01.2021-ci il tarixdə xitam verilmişdir (cild 1, i.v. 38); aktdan görünür ki, direktor Qoşqar Əsadzadə, mühasib Aytac Əliyeva, anbardarlar Şahid1 və Şahid3, ekspeditorlar Orxan Əiyev və Şahid2 aktı tərtib etmişlər ondan ötəri ki, anbarda 04.01.2021-05.01.2021-ci il tarixlərdə təftiş aparılmış və 82500 manat məbləğində əksiklik aşkar olunmuşdur (cild 1, i.v. 40); zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 09.03.2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmış, Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi tanınmışdır (cild 1, i.v. 53-54); Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v. 95-96); şübhəli şəxsin tutulması haqqında 22.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 17:30-da Xətai RPİ-nin İŞ-də tutulmuşdur (cild 1, i.v. 136-137); üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı da Zərərçəkmiş şəxs bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Nazim Zülfüqarovun üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da, Zərərçəkmiş şəxs dediklərini təsdiqləməyərək, ünvan 3 ünvanından aşkar edilərək götürülmüş "xxxx" markalı yağları Zərərçəkmiş şəxs 11,000 manat pul verib əl yazma qaimə əsasında aldığını bildirmişdir (cild 1, i.v: 107-111) üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı da Şahid1 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Nazim Zülfüqarovun üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da, Şahid1 dediklərini təsdiqləməyərək, ünvan 3 ünvanından aşkar edilərək götürülmüş "xxxx" markalı yağları Zərərçəkmiş şəxs 11000 manat pul verib əl yazma qaimə əsasında aldığı və həmin qaimə əsasında anbardan malları Şahid1 götürdüyünü bildirmişdir (cild 1, i.v:112-116); üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı da Şahid3 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Nazim Zülfüqarovun üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da, Şahid3 dediklərini təsdiqləməyərək, ünvan 3 ünvanından aşkar edilərək götürülmüş "xxxx" markalı yağları Zərərçəkmiş şəxs 11.000 manat pul verib əlyazma qaimə əsasında aldığını və həmin qaimə əsasında anbardan malları Şahid1 götürdüyünü bildirmişdir (cild 1, i.v. 117-121); üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı da Şahid2 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Nazim Zülfüqarovun üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da, Şahid2 dediklərini təsdiqləməyərək, ünvan 3 ünvanından aşkar edilərək götürülmüş "xxxx" markalı yağları Zərərçəkmiş şəxs 11.000 manat pul verib əl yazma qaimə əsasında aldığını və həmin qaimə əsasında anbardan malları Şahid1 götürdüyünü bildirmişdir (cild 1, i.v. 122-126); 24.04.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 154); 24.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (cild 1, i.v. 183-184); 24.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 185); 26.04,2021-ci il tarixli 9/2454 nömrəli rəyində göstərilmişdir ki, 5 litrlik “5W3Ü Formula” markalı yağın bir ədədi 50 manat, “5W40 GTİ” markalı yağın bir ədədi 50 manat, 4 litrlik “5W40 GTİ” markalı yağın bir ədədi 43 manat, 4 litrlik “5W30 Formula” markalı yağın bir ədədi 43 manat, 4 litrlik “5W40 LA” markalı yağın bir ədədi 45 manat, 5 litrlik “5W40 LA” markalı yağın bir ədədi 55 manat, 4 litrlik “10W40 GP” markalı yağın bir ədədi 30 manat, 5 litrlik “ 10W40 GP” markalı yağın bir ədədi 35 manat, 1 litrlik “5W40 GTİ” markalı yağın bir ədədi 12 manat, 1 litrlik “5W3Q Formula” markalı yağın bir ədədi 12 manat, 1 litrlik “5W40 La” markalı yağın bir ədədi 12 manat, 1 litrlik ATF- 111 markalı yağın bir ədədi 16 manat, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 403,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (cild 1, i.v: 242-245) cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 24.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26.04.2021-ci il tarixli 9/2454 nömrəli rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, X2 barəsində Azərbaycan Respublikasının ıin 177.2.3 və 177.3.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası Baş prokurorunun “İşin təşkili qaydalarının” 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri rayon prokurorluğunun dəftərxanasına təhvil verilmiş, zərərçəkmiş şəxs "xxxx" MMC yə məxsus 48 ədəd 5 litrlik “5W30 Formula” markalı, 5 litrlik “5W40 GTİ” markalı, 43 ədəd 4 litrlik “5W40 GTİ” markalı, 32 ədəd 4 litrlik “5W30 Formula” markalı, 10 ədəd 4 litrlik “5W40 LA” markalı, 12 ədəd 5 litrlik “5W40 LA” markalı, 55 ədəd 4 litrlik “10W40 GP” markalı, 44 ədəd 5 litrlik “10W40 GP” markalı, 20 ədəd 1 litrlik “5W40 GTİ” markalı, 26 ədəd 1 litrlik “5W30 Formula” markalı, 13 ədəd 1 litrlik “5W40 La” markalı, 3 ədəd 1 litrlik ATF-111 markalı və 1 ədəd 1 litrlik “10W40 GP” markalı monza yağları sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə geri qaytarılması nəzərə alınmış, Zərərçəkmiş şəxs dəymiş ziyanın məbləği 13543 manat hesab edilmiş, Zərərçəkmiş şəxs məxsus 68.903,80 manat dəyərində əmlakı oğurlanmış naməlum şəxs və ya şəxslərin barəsində Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işindən material ayrılmaqla icraata qəbul edilmiş və qərarın surəti əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilmiş, Şahid4 barəsində cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılıb, rayon prokurorluğunun arxivində saxlanılması üçün göndərilmişdir (cild 2, i.v: 15-35). təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittihamın elan olunması haqqında 24.08.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 2, i.v. 37); bildirişdən görünür ki, Şahid1 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən 04.02.2020-ci il tarixdə xitam verilmişdir. bildirişdən görünür ki, Şahid3 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən 15.04.2021-ci il tarixdə xitam verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğurluq etməməsi, həmin yağları pul verərək qaimə əsasında alması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxs həmin yağları Zərərçəkmiş şəxs 11000 manat pul verib əl yazma qaimə əsasında aldığını və həmin qaimə əsasında anbardan malları Şahid1 götürdüyünü bildirsə də, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs təqsirəndirilən şəxsə hər hansı yağ satmadığını, təqsirləndirilən şəxsin ona hər hansı məbləğdə pul vermədiyini, tərəfindən təqsirləndirilən şəxsə qeyd edilən qaimə verilmədiyini, qaimədəki imzanın ona məxsus olmadığını bildirmişdir. Həmçinin, şahid qismində dindirilmiş Şahid1 də qeyd edilən qaimə ilə Nazim Zülfüqarova anbardan hər hansı mal verilmədiyini qeyd etmişdir. Ümimiyyətlə digər şahidlər də, qeyd edilən qaimə ilə Nazim Zülfüqarova anbardan hər hansı mal verildiyinin şahidi olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş 04.01.2021-ci il tarixli, ******* saylı qaimə fakturanın surətinə nəzər yetirilən zaman “təhvil aldı” qrafası boş olmaqla “təhvil verən”in imzası aydın göstərilməmiş, ekspertiza keçirilən zaman qaimənin əsli tələb edilmiş, lakin ekspertiza mərkəzinə qaimənin əsli təqdim edilmədiyi üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsindən imtina edilmişdir. Həmçinin, qaimədə göstərilən malların ümumi məbləği 13158 manat göstərilmiş, təqdim edilmiş qaimə fakturaya MMC tərəfindən hər hansı möhür vurulmamışdır. Təqsirləndirilən şəxs MMC arasında alqı-satqı müqaviləsinin bağlanması barədə sənəd təqdim etməmiş, qeyd olunan hal məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, "xxxx" MMCyə 11000 manat ödənilməsi barədə qəbz və ya hər hansı digər sənəd olmamışdır. Təqsirləndirilən şəxs ilk izahatında yağları 02.01.2021-ci il tarixdə aldığını, qaimənin şəklini çəkib anbara göndərdiyini, həmin gün axşam tərəfi anbara gəldiyini, malların ayrıldığını gördüyünü, taksi çağırıb malları yığıb qeyd olunan ünvana apardığını göstərmişdir. Lakin istintaqın sonrakı gedişində ifadələrində qeyd etmişdir ki, “04 yanvar 2021-ci il tarixdə saat 10 radələrində işlədiyi "xxxx" MMC-in ofisinin yerləşdiyi “Babək Plaza"ya gedərək Qoşqarla görüşmüşdür. Həmin vaxt o, orada Qoşqara almaq istədiyi yağların siyahısını göstərmişdir. Həmin yağların ümumilikdə qiyməti 13200 manat təşkil etmiş və Qoşqar ona 20% mal qarşılığında hədiyyə etdiyi üçün 11.000 manat Qoşqara pul vermişdir. Bundan sonra Qoşqar ona yazma qaimə verərək həmin yağların adlarının qaiməyə yazmağını, sistemin işləmədiyini bildirmişdir. O da Qoşqarın yanında almaq istəyi "xxxx" yağlarının adlarını qaiməyə köçürtmüşdür. Həmin qaimə üç nüsxədən ibarət olmuşdur. O, qaiməni yazdıqdan sonra imzalaması üçün Qoşqara vermişdir. Qoşqar da imza edərək ona xəbər edəcəyini bildirmiş və o, oradan çıxıb gedən zaman Qoşqar onu yenidən yanına çağırıb qaiməni imzalayaraq ona verib malları anbardan götürməyini bildirmişdir. O da Qoşqara yağları yığmaq üçün yerinin olmadığını bildirib yağların anbarda qalmasını istəsə də, Qoşqar razılaşmayıb yağları anbardan götürməyini bildirmişdir. Bundan sonra o, anbara gedərək qaiməni Fazilə verib Qoşqar müəllimin malları yığmasım tapşırdığını və malları aparacağını bildirmişdir. Bundan sonra o, “Opel markalı" dövlət qeydiyyat nişanım xatırlamadığı taksi kimi fəaliyyət göstərən avtomobili saxlatmış və anbara gedərək aldığı yağların bir hissəsini avtomobilə yığaraq kirayə tutduğu evə aparıb yığmışdır. Səhər günü o, yenidən taksi kimi fəaliyyət göstərən avtomobili saxladaraq anbara gəlib qalan yağlan da götürüb kirayə tutduğu evə aparıb yığmışdır. Təqsirləndirilən şəxs bütün izahat və ifadələrində yağların ümumilikdə qiymətinin 13200 manat təşkil etdiyini və Qoşqarın ona 20% endirimlə mal qarşılığında hədiyyə etdiyi üçün 11000 manat ödədiyini bildirmişdir. Halbuki, 13200 manatın 20%-i 2640 manat etmiş, təqsirləndirilən şəxsin ifadəsinə inanılsa belə ödəməli olduğu məbləğ 11.000 manat deyil, 10560 manat olmuşdur. Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadələrində yağları saxlamaq üçün kirayə ev tutduğunu, 04.01.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə görüşdüyünü, Qoşqar onu yanına çağırıb qaiməni imzalayaraq ona verib malları anbardan götürməyini, o, da Qoşqara yağları yığmaq üçün yerinin olmadığını bildirib yağların anbarda qalmasını istəsə də, Qoşqar razılaşmayıb yağları anbardan götürməyini bildirmişdir. Təqsirləndirilən şəxs yağları saxlamaq üçün 150 manata kirayə ev tutmasını bildirmiş, lakin, Şahid4 evi 120 manata kirayəyə verdiyini qeyd etmişdir. Təqsirləndirlən şəxsin ifadələri arasındakı uyğunsuzluq və ziddiyyətlər onun mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına alır. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, iş materiallarında olan qaimə ilə təqsirləndirilən şəxsə malın verilməməsi barədə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X4 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X2 törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6— 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını (CM-59.2), himayəsində iki az yaşlı uşağının olmasını (CM-in 59.1.4), cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılmasını (CM-in 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına verilmə haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 10 saylı evdə aşkar edilmiş 48 ədəd 5 litrlik “5W30 Formula” markalı, 5 litrlik “5W40 GTİ” markalı, 43 ədəd 4 litrlik “5W40 GTİ” markalı, 32 ədəd 4 litrlik “5W30 Formula” markalı, 10 ədəd 4 litrlik “5W40 LA” markalı, 12 ədəd 5 litrlik “5W40 LA” markalı, 55 ədəd 4 litrlik “10W40 GP” markalı, 44 ədəd 5 litrlik “10W40 GP” markalı, 20 ədəd 1 litrlik “5W40 GTİ” markalı, 26 ədəd 1 litrlik “5W30 Formula” markalı, 13 ədəd 1 litrlik “5W40 La” markalı, 3 ədəd 1 litrlik ATF-111 markalı və 1 ədəd 1 litrlik “10W40 GP” markalı monza yağlarının iş üzrə zərərçəkmiş şəxs "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri 50 (əli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52- 1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 aprel 2021-ci il tarixdən 24 aprel 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına verilmə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 10 saylı evdə aşkar edilmiş 48 ədəd 5 litrlik “5W30 Formula” markalı, 5 litrlik “5W40 GTİ” markalı, 43 ədəd 4 litrlik “5W40 GTİ” markalı, 32 ədəd 4 litrlik “5W30 Formula” markalı, 10 ədəd 4 litrlik “5W40 LA” markalı, 12 ədəd 5 litrlik “5W40 LA” markalı, 55 ədəd 4 litrlik “10W40 GP” markalı, 44 ədəd 5 litrlik “10W40 GP” markalı, 20 ədəd 1 litrlik “5W40 GTİ” markalı, 26 ədəd 1 litrlik “5W30 Formula” markalı, 13 ədəd 1 litrlik “5W40 La” markalı, 3 ədəd 1 litrlik ATF-111 markalı və 1 ədəd 1 litrlik “10W40 GP” markalı monza yağlarının iş üzrə zərərçəkmiş şəxs "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-414/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-414/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver