Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-415/2021 08.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qızının, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəmməd oğlunun iştirakları ilə 26 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 13, mənzil 8-də qeydiyyatda olan və yaşayan, barəsində 17 avqust 2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 15 fevral 2016-cı il tarixdən başlayaraq 01.01.2014-cü il təvəllüdlü X2 və 26.04.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 125,00 manat olmaqla, cəmi 250,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəmənin 11.03.2016-cı il tarixli 2(011)-2709/2016 saylı, həmçinin həmin uşaqların saxlanması üçün 09 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 160,00 manat olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəmənin 14.02.2019-cu il tarixli 2(011)-2732/2019 saylı və həmin uşaqların saxlanması üçün 13 mart 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.02.2020-ci il tarixli 2(011)-1435/2020 saylı, qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 28 aprel 2020-ci il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs və 08 dekabr 2020-ci il tarixdə həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada 19.11.2020-ci il, 13.01.2021-ci il və 16.04.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 24.05.2021-ci il tarixə kimi, cəmi 9140,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəmənin 2(011)-2709/2016 saylı, 11.03.2016-cı il tarixli qətnaməsinə əsasən ondan 15.02.2016-cı il tarixdən başlayaraq övladları, 01.01.2014-cü il təvəllüdlü X2 və 26.04.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 125,00 manat olmaqla, cəmi 250,00 manat sabit pul məbləğində alimentini tutularaq, həmin məhkəmənin 2(011)-2732/2019 saylı, 14.02.2019-cu il tarixli qətnaməsinə əsasən ondan 09.01.2019-cu il tarixdən başlayaraq övladların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün alimentin məbləği artırılıraq hər ay hər uşağa görə 160,00 manat olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində alimentin və həmin məhkəmənin 2(011)-1435/2020 saylı, 12.02.2020-ci il tarixli qətnaməsinə ondan 13.03.2020-ci il tarixdən adları qeyd edilən övladları yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq və təqdimat verilən 24 may 2021-ci il tarixədək məhkəmə aktları üzrə cəmi 9140,00 manat aliment borcunu iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alandan sonra icra sənədi icra olunması üçün Bakı şəhər Xətai rayon İcra şöbəsinə göndərilmiş, məhkəmə qətnamələrini icra etməsi üçün borclu kimi ona Bakı şəhər Xətai Rayon İcra şöbəsinin əməkdaşları dəfələrlə zəng etmişlər, müvafiq bildirişlər və xəbərdarlıq təqdim edilmiş, müəyyən olunmuş müddətdə könüllü olaraq qətnamələrin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələbinə tabe olmaması ilə bağlı inzibati qaydada tənbeh olunması üçün inzibati protokol tərtib edərək Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərmiş və 28.04.2020-ci tarixdə həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün inzibati həbslə tənbeh tətbiq edilmiş, Zərərçəkmiş şəxs aliment borcu yarandığından Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ məhdudlaşdırılmış, Xətai Rayon Məhkəməsinin 3(011)-4807/2020 saylı, 08.12.2020-ci il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmiş, inzibati tənbehlərdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş və ona cinayət məsuliyyətini daşıması barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdir. İcra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə hər üç qətnamə üzrə borcu 9140,00 manat təşkil etmiş, istintaq dövründə aliment borcundan 1050,00 manat məbləğində ödəniş etmişdir. Daha sonra təqsirləndirilən şəxs məhkəmə istintağı zamanı qətnamələrə əsasən 24 may 2021-ci il tarixədək yaranmış aliment borclarını tam ödədiyini və bu səbəbdən zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmadığını qeyd edərək barəsində olan cinayət iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ifadəsinə oxşar ifadə verərək ümumilikdə Təqsirləndirilən şəxs 24 may 2021-ci il tarixədək məhkəmə aktları üzrə cəmi 9140,00 manat aliment borcunu ödəməkdən yayındığını bir daha qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qətnamələri icra edərək aliment borcunu tam ödədiyindən, onunla barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid2 və Şahid1 ifadələri təqsirləndirilən Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrinə oxşar olmuşdur. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəmənin 11.03.2016-cı il tarixli 2(011)-2709/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, 15 fevral 2016-cı il tarixdən başlayaraq 01.01.2014-cü il təvəllüdlü X2 və 26.04.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 125,00 manat olmaqla, cəmi 250,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəmənin 14.02.2019-cu il tarixli 2(011)-2732/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, 09 yanvar 2019-cu il tarixdən başlayaraq 01.01.2014-cü il təvəllüdlü X2 və 26.04.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 160,00 manat olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.02.2020-ci il tarixli 2(011)-1435/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, 13 mart 2020-ci il tarixdən başlayaraq 01.01.2014-cü il təvəllüdlü X2 və 26.04.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında 14.05.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.02.2020-ci il tarixli 2(011)-1435/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Xətai Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş bildirişdən məlum olur ki, Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə tələbi könüllü təmin etməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 iyul 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 17 avqust 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs oğlu ona olan aliment borcunu tam ödəmişdir, onunla barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Beləliklə, cinayət təqibi üzrə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və yuxarıda şərh olunan mötəbər sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iş materiallarını tam təhlil etdikdən sonra hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində (306.1, 306.2, 263.1, 263.1-1) nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Beləliklə də, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş ziyanın tam ödənilməsini və onun həmin cinayət təqibi üzrə icraata xitam verilməsi barədə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2 ,40.3, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərar, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-415/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-415/2021
08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver