Məhkəmə qərarları › İş №1(011)-415/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-415/2022

09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-415/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Şamaxı rayonunun Sündü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Qobustan rayonu Sündü kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 29 aprel 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində tanışı Şahid2 30 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə təmiz çəkisi 1,050 qram olan narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 29 aprel 2022-ci il tarixdə saat 14:30 radələrində tanışı Şahid3 və Şahid1la birlikdə ünvan 1 ünvanında saxlanılıb, ünvan 2tai RPİ-nin inzibati binasına gətirilmiş, üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 1,050 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla alınmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qobustan rayonu, Sündü kəndində qeydiyyatda olsa da, ailəsi ilə birlikdə ünvan 4 ünvanında kirayədə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir, hal-hazırda işsizdir, əvvəllər məhkum olmamışdır. Tutulmamışdan əvvəl, təxminən, 2 ay olar ki, narkotik vasitədən istifadə etməyə başlamışdır. Şahid1 və X8 uşaqlıqdan tanıyır, Kənan və Vüqar onun qonşularıdır. Onların hər üçü narkotik vasitə istifadəçisidir. O, dəmir alqı-satqısı ilə məşğul olmuş, Kənan da ona kömək etmişdir. Vüqar isə “Qazel” markalı avtomobil sürücüsü olmuşdur. Vüqardan avtomobili ilə dəmiri daşımaqda onlara köməklik etməsini xahiş etmişlər. Vüqar ilə razılaşdıqdan sonra onlar xx.xx.2022-ci il tarixdə saat 14 radələrində UPD qəsəbəsində görüşmüş, Vüqarın avtomobilinə əyləşmiş, yolda olan zaman narkotik almaq qərarına gəlmişlər. O, Vüqar və Kənana narkotik vasitə satan tanışının olduğunu bildirmiş və onlara da narkotik ala bilməsi üçün pul vermələrini təklif etmişdir. Kənan və Vüqar hərəsi ona 30 manat pul verdikdən sonra onun özü də həmin pulun üzərinə 30 manat pul qoymuş, daha sonra Vüqarın telefonundan tanışı Fəridə zəng edib ona heroin lazım olduğunu bildirmişdir. Fərid isə özü onunla əlaqə saxlayacağını bildirmiş, təxminən yarım saat sonra Fərid Vüqarın nömrəsinə zəng edərək narkotik vasitənin hazır olduğunu demiş və gəlib götürməsini istəmişdir. Onlar Fəridlə NZS qəsəbəsində yerləşən poçtun yaxınlığında görüşmüş, Fəridə 90 manat pul verərək ondan siqaret qutusunun içərisinə qoyulmuş heroini götürmüş, oradan uzaqlaşdıqdan sonra aldıqları narkotiki üçü arasında bölmüşlər. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 14:30da ünvan 5 ünvanından keçən zaman bir neçə mülki geyimli şəxs onlara yaxınlaşmış, maşını saxlatdıraraq maşından düşmələrini istəmişlər. Onlar maşından düşdükdən sonra polis əməkdaşları özlərini təqdim edib Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, onlar özlərini şübhəli apardıqlarından polislər onlara üzərlərində narkotik vasitə olub-olmadığını soruşmuş, səmimi etiraf edərək bir neçə dəfə heroin istifadə etdiklərini, üzərlərində də bir büküm narkotik vasitə olduğunu demişlər. Bundan sonra polislər onları Xətai RPİ-yə dəvət etmiş, onları ayrı-ayrı otaqlara keçmişlər. Polis idarəsində ona hüquq və vəzifələri izah olunmuş, əlavə olaraq onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş əşya olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş formada olan bükümü çıxardıb təqdim etmiş, bükümdəki maddənin heroin olmasını, onu həmin gün Xətai rayonu, NZS qəsəbəsində Fəriddən öz istifadəsi üçün aldığını, başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmiş, polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş narkotik vasitə polislər tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Tutulmamışdan əvvəl təxminən 10 il olar ki, narkotik vasitənin heroin növündən damara iynə vurmaq yolu ilə istifadə etmiş, narkotiki çox vaxt Natiq adlı tanışından almışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmasa da, bu işlə məşğul olan şəxsləri tanımışdır. Təqsirləndirilən şəxs tanımış və Zamiqin də onun kimi narkotik istifadəçisi olduğunu bilmişdir. Zamiq, həmçinin, metal yığımı işi ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Zamiq ona zəng edərək özü və tanışları üçün narkotik almaq istədiyini bildirmiş, o da Zamiqə özünün onunla əlaqə saxlayacağını demiş, daha sonra yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan Natiqlə əlaqə saxlayıb ondan tanışları üçün narkotik satmasını istəmişdir. Daha sonra onunla yaşadığı evin yaxınlığında görüşmüş və 90 manat pul verib ondan 3 büküm heroin götürmüşdür. Həmin vaxt o, Natiqdən 30 manata öz istifadəsi üçün də bir büküm heroin almışdır. Bundan sonra Zamiqlə əlaqə saxlayıb görüşməyi təklif etmiş və onlar Xətai rayonu, NZS qəsəbəsində yerləşən poçtun yaxınlığında görüşmüş, Zamiqdən 90 manat pul alıb Natiqdən aldığı 3 büküm heroini Zamiqə verdikdən sonra çıxıb getmişdir. Həmin gün, yəni 29 aprel 2022-ci il tarixdə saat 16:30 radələrində yaşadığı ünvan 6 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis olduqlarını bildirib onu Xətai RPİ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmiş, hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polislərin və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya maddə olduğu təqsirdə könüllü olaraq təqdim etməyi təklif edildiyindən, o da əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərisində heroin olmasını, heroini onunla bir məhəllədə yaşayan Natiqdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və digər tərəflərin iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş, protokolun doğruluğu tərəflərin imzası ilə təsdiq edilmişdir. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotiki yalnız öz istifadəsi üçün almışdır. Polislər tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və ya təzyiq göstərilməmişdir. Zamiq ondan narkotik istədikdə aralarında olan yoldaşlıq münasibətinə görə, Natiqdən 90 manata 3 büküm heroini alıb təmənnasız olaraq Zamiqə vermişdir. Zamiqdən başqa heç kimə narkotik alıb verməmiş, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamış, hər zaman özü istifadə etmək üçün əldə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, “Qazel” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıyaraq pul qazanmışdır. Tutulmamışdan əvvəl təxminən 5-6 ay olar ki, narkotikdən istifadə etmişdir. Kənan və Zamiqi uşaqlıqdan tanıyır və onlarla qonşudurlar. Kənan və Zamiq də onun kimi narkotik istifadəçisidirlər. O, narkotiki adətən tanımadığı, adlarını bilmədiyi şəxslərdən alaraq istifadə etmişdir. 29 aprel 2022-ci il tarixdə Zamiq ona zəng edərək dəmir daşımaq üçün onun maşınına ehtiyacı olduğunu bildirmiş, o da Zamiqlə razılaşdıqdan sonra saat 14 radələrində Xətai rayonu, UPD qəsəbəsində Zamiqlə görüşmüşdür. Zamiqlə görüşən zaman digər tanışı Kənanın da Zamiqin yanında olduğunu görmüşdür. Onlar onun idarə etdiyi avtomobilə əyləşmişlər və avtomobildə olan zaman onlar narkotik vasitə istifadə etmək qərarına gəlmişlər. Zamiq onlara Fərid adlı tanışının narkotik satdığını, birlikdə pul qoyub ondan narkotik alaraq istifadə etməyi təklif etmişdir. Buna görə də, o və Kənan hərəsi 30 manat olmaqla Zamiqə 60 manat pul vermişlər. Zamiq özü də həmin pulun üzərinə 30 manat pul qoymuş, onun istifadə etdiyi mobil nömrədən Fəridə zəng edərək heroin satmasını istəmişdir. Fərid isə Zamiqə özünün onunla əlaqə saxlayacağını demiş, təxminən yarım saat sonra Fərid ona zəng edərək narkotik vasitənin hazır olduğunu bildirmiş və gəlib götürməsini istəmişdir. Bundan sonra onlar NZS qəsəbəsində poçtun yaxınlığına getmişlər və orada Zamiq Fəridlə görüşərək ona 90 manat pul verib siqaret qutusunun içərisinə qoyulmuş heroini götürmüşdür. Zamiq Fəriddən narkotik vasitəni götürdükdən sonra onlar oradan uzaqlaşmış, aldıqları 3 büküm heroini arasında bölərək ciblərinə qoymuşlar. Həmin gün saat 14:30 radələrində onlar Xətai rayonu, R.Bağırov küçəsi 36 ünvanından keçən zaman bir neçə mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis olduqlarını bildirmiş və onları Xətai RPİ-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polislərlə birlikdə idarəyə getmişlər. Polis idarəsində onları ayrı-ayrı otaqlara keçirmişlər və ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim edilmiş, xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, içərisində heroin olduğunu, həmin maddəni öz istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Zamiqin vasitəsi ilə Fəriddən 30 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamış, bütün hərəkətlər protokollaşdırılmış, tərəflərin iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və protokolun doğruluğu onların imzaları ilə təsdiq edilmişdir. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə öz istifadəsi üçün almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı rütbəsi daşıyır. Xətai rayonunun inzibati ərazisində UPD qəsəbəsində yaşayan Zamiq adlı şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsinə yollanmışlar. Həmin gün saat 14:30 radələrində R.Bağırov küçəsi 36 ünvanının qarşısında onlara məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsdən şəxsiyyətini soruşmuş, həmin şəxs də Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Zamiqin yanında əlavə olaraq iki nəfər də olmuşdur. Onlar həmin şəxslərdən də özlərini təqdim etməsini istəyən zaman həmin şəxslərdən biri özünü Şahid1, digəri isə Şahid3 kimi təqdim etmişlər. Vüqar və Kənan da özlərini şübhəli apardıqlarından onlara da narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək onları da Xətai RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs, Şahid1 və Şahid3 onlarla birlikdə polis idarəsinə getməyə razılıq vermiş, birlikdə polis idarəsinə getmişlər. Polis idarəsinin inzibati binasında olan zaman şübhəli şəxslərin hüquqlarını müdafiə etmək üçün 13 saylı vəkil bürosundan vəkillər dəvət olunmuşdur. Vəkillər polis idarəsinə gəldikdən sonra xidməti otaqda ilkin olaraq Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs də cins şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuş, içərisində heroin olduğunu, öz istifadəsi üçün Fərid adlı şəxsdən 30 manata aldığını bildirmişdir. Bundan sonra onun üzərinə axtarış keçirilmiş, qanunla qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra heroin elektron tərəzidə çəkilmiş və kütləsinin 1 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs götürülmüş heroin qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş iştirakçılar tərəfindən imzalanmışdır. Digər xidməti otaqda Şahid1 da üzərinə vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Şahid1 da şalvarın sol yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuş, içərisində heroin olduğunu, öz istifadəsi üçün aralarında 30 manatdan pul yığmaqla, ümumilikdə 90 manata aldıqlarını bildirmişdir. Onlar həmin pulu Zamiqə vermiş, Zamiq də öz tanışı Fəriddən almışdır. Daha sonra Şahid1 üzərinə axtarış keçirilmiş, qanunla qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Şahid1 üzərindən aşkar olunaraq götürülmüş heroin elektron tərəzidə çəkilmiş, kütləsinin 1.1 qram olması müəyyən olunmuş, Şahid1 götürülmüş heroin qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bunlardan sonra Şahid3 üzərinə vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə baxış keçirilmiş, baxış zamanı Şahid3 üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o da şalvarın cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü masanın üzərinə qoymuş, içərisində heroin olduğunu, aralarında 30 manatdan pul yığmaqla, ümumilikdə 90 manata öz istifadələri üçün aldıqlarını bildirmişdir. Onlar həmin pulu Zamiqə vermiş, Zamiq də öz tanışı Fəriddən almışdır. Daha sonra Şahid3 üzərinə axtarış keçirilmiş, qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmamışdır. Şahid3 üzərindən aşkar olunaraq götürülmüş heroin elektron tərəzidə çəkilmiş, kütləsinin 1.2 qram olması müəyyən olunmuş, onun üzəridən götürülmüş heroin qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər şahidlər Şahid2 və Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onların qeyd etdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə digər Şahid5 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şahid5 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin materiallarından başqa cinayət işinin ayrıılması və icraata qəbul edilməsi haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır ( i.v. 1-3); cinayət işinin başlanması və icraata götürülməsi haqqında 30 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs İbrahim oğlu, Şahid1 Kərim oğlu, Şahid3 və X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 6-7); şübhəli şəxsin tutulması haqqında 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə Xətai RPİ-də tutulmuş, onun azadlığı faktiki olaraq həmin tarixdə, saat 14:30-dan məhdudlaşdırılmışdır ( i.v. 28); şəxsi axtarış və götürmə aparılması haqqında 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-in təhqiqatçısı, polis kapitanı X5, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, mütəxəssis (ekspert) Xətai RPİ-nin KTQ-nin inspektor kriminalisti, polis leytenantı X4, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X6 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan büküm təqdim edərək içərisində heroin olduğunu, həmin kütləni Xətai rayonu NZS qəsəbəsində yaşayan Fəriddən əldə etdiyini bildirmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 1 (bir) qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 153 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 40-41); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2022-ci il tarixli, 6/2499 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “X7 aşkar edilərək götürülmüş...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,050 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir (i.v. 51-55); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 79-80); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur ( i.v. 124-128); Qətimkan tədbirinin seçilməsi haqqında 01 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir ( i.v. 129-130); Video diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və vəkili X6 iştirakı ilə Xətai RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru X11 tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılıb üzərinə baxış keçirilməsi zamanı çəkilmiş video görüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarın sol yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş bükülünü çıxarıb təqdim edir, içərisində heroin olduğunu, heroini tanışları ilə birlikdə pul qoyaraq yaşadığı ünvanın yaxınlığında Fəriddən öz istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 1 qram olması müəyyən edilmişdir ( i.v. 134); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 137); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 may 2022ci il tarixli, 6/2737 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in “Tədqiqat Obyekti №59”-li ştamp əksi olan 4 (dörd) paketdəki, vət.Şahid2 üzərindən götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin, vət.Təqsirləndirilən şəxs, Şahid1 və Şahid3 üzərlərindən aşkar olunan heroinlərlə xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eynidir. İlkin tədqiqat zamanı Mirzı-zadə Fərid İbrahim oğlundan götürülmüş heroinin təmiz çəkisi “30” aprel 2022-ci il tarixli 6/2500 saylı, Təqsirləndirilən şəxs götürülmüş heroinin təmiz çəkisi “30” aprel 2022-ci il tarixli 6/2499 saylı, Şahid1 götürülmüş heroinin təmiz çəkisi “30” aprel 2022-ci il tarixli 6/2497 saylı və Şahid3 götürülmüş heroinin təmiz çəkisi “30” aprel 2022-ci il tarixli 6/2498 saylı ekspert rəylərində göstərilmişdir (148-151); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X2 xx.xx.2022-ci il tarixli, 2851 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 153-154); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 17 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində xx.xx.2022-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətikman tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, məhkəmə-kimyəvi ekspertizasının 6/2499 saylı və xx.xx.2022-ci il tarixi, 6/2737 saylı rəyləri sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2851 saylı rəyi sübut əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi və istinta materiallarına əlavə edilməsi, iş üzrə narkotik vasitə heroinin çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsi əsas götürülərək Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin ümumi çəkisinin 1,050 qram hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,050 qram olmuş narkotik vasitə heroinin maddi sübut kimi tanınması və qalıq qalmış 0,980 qram narkotik vasitə heroinin saxlanılması üçün Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Azərbaycan Respublikası Baş prokurorunun “İşin təşkili qaydalarının 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materialların cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid2 ifadələrinin iş üzrə şahid ifadəsi kimi nəzərə alınması, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş şəxs hesab edilməsi, cinayət işinin materiallarındakı X1 “Təqsirləndirilən şəxs” kimi oxunması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır ( i.v. 175-189); Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittiham elan olunması haqqında 18 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 191); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü Pəncaliyev Xan adlı övladı vardır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarın sol yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş bükülünü çıxarıb təqdim etməsi, bükülünün içərisindəki maddənin heroin olduğunu bildirməsi, heroini tanışları ilə birlikdə pul qoyaraq Fəriddən öz istifadəsi üçün aldığını bildirməsi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,050 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (CM-59.1.4), əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Qobustan rayonu Sündü kəndindəki ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qobustan rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Qobustan rayonu Sündü kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qobustan rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,980 qram narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar