Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-416/2021 28.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Özbəkistan Respublikası Fərqanə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, azərbaycanlı, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 16 saylı evin 40-cı mənzilində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 03.09.2021-ci il tarixdə saat 10 radələrində birgə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 16 saylı evin 40-cı mənzilin sanitar qovşağında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qohumu Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən təpik ilə vurmaqla sonuncuya sağ almacıq nahiyəsində hematoma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayından əmisi arvadı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 16 saylı evin 40-cı mənzilində yaşayır. Laləzər ilə aralarında mənzil ilə bağlı məhkəmə çəkişmələri olub və nəticədə mənzilin onun adına rəsmiləşdirilməsini ləğv elətdirərək həmin mənzilə köçmüşdür. Birgə yaşadıqları müddətdə tez-tez şəxsi münasibətlər zəminində mübahisələr baş vermişdir. Belə ki, Laləzər onu evdən uzaqlaşdırmaq üçün söyüb təhqir edir. Bu barədə dəfələrlə polis bölməsinə şikayət etmişdir. Mübahisəyə səbəb isə birgə yaşadıqları mənzil səbəb olur. Sonuncu dəfə 03.09.2021-ci il tarixdə saat 10 radələrində yaşadığı Xətai rayonu, R.Məmmədov küçəsi 16 saylı evin 40-cı mənzilində Laləzər ilə arasında yenə mübahisə yaranmış və Laləzər onu söyüb təhqir edərək sanitar qovşağına keçmişdir. Bu səbəbdən onun arxasınca sanitar qovşağına gedib təpik ilə onun sifət nahiyəsindən vurmuşdur. Daha sonra son sözündə əməlindən peşman olmadığını, özünü təqsirli bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynı qızıdır. 2020-ci ilin iyun ayında məhkəmə qərarına əsasən onun evinə köçürülmüşdür. Onun evinə gəldikdən sonra bir ay Rəqsanə özünü çox yaxşı aparmışdır. Daha sonra Rəqsanə ilə aralarında tez-tez şəxsi münasibətlər zəminində mübahisələr yaranmışdır. Sonuncu dəfə 03.09.2021-ci il tarixdə saat 10 radələrində yaşadığı Xətai rayonu, R.Məmmədov küçəsi 16 saylı evin 40-cı mənzilində Rəqsanə onu evdən çıxardacağını və qapının kilidini dəyişdirəcəyini bildirmişdir və bunun üstündə aralarında sözlə mübahisə yaranmışdır, mübahisə vaxtı ondan uzaq olmaq üçün sanitar qovşağına keçmişdir. Bu zaman Rəqsanə qapını açaraq qəsdən təpiyi ilə onun sifət nahiyəsindən vurmuşdur. Bu barədə 102 xidmətinə zəng vurub məlumat vermişdir. Daha sonra Rəqsanəni bu hərəkətlərinə görə bağışlamadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan MTE və PA X1 Şəxsinnin canlı şəxsin 04.09.2021-ci il tarixli «855» saylı ekspertizası rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət sağ almacıq nahiyəsində hematoma küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 03.09.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərərvurmaya aid edilir. Əhmədovanın bədənində müəyyən edilmiş xəsarətin şəxsin özü-özünə yetirməsinə xarakterik deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07.09.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon üzrə 82 saylı MKİS-nin rəisi R. Eldarzadənin verdiyi xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 16 saylı evin 40-cı mənzilində yaşayır və yaşadığı müddətdə barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında və həmçinin məhkəməyə qədər icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs təpiklə Zərərçəkmiş şəxsnin sifət nahiyəsindən vurduğunu ifadələrində dəfələrlə göstərmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini məhkəmə özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs şikayət vermiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvvəllər məhkum olunmamasını yüngülləşdirən hallar kimi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini,zərərçəkmiş şəxsin şikayətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə təqsirli bilinib 06 (alt) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Hökmdən, elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-416/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-416/2021
28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver