Məhkəmə qərarları › İş №1(011)-416/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-416/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-416/2024 25.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və onun nümayəndəsi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X18, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 iştirakları ilə, X9, X18 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilmələri haqqında X5 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 “Xəzər TV”-də yayımlanan “Təsir Dairəsi” adlanan verlişdə bilə-bilə böhtan və təhqirlə, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən böhtanlarla təhqirlərlə, həmçinin onu nüfuzdan salan və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə X19, X24 və X4 ittihamlar etdiklərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona qarşı 22 fevral 2024-cü il tarixdə, 23 fevral 2024-cü il tarixdə və 27 fevral 2024-cü il tarixlərində “Xəzər TV”-də yayımlanan “Təsir Dairəsi” adlanan verlişdə açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X19, X24 və X13 böhtan və təhqirlər, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən böhtanlarla təhqirlərlə, həmçinin onu nüfuzdan salan və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlar etmişlər. Ona qarşı “Xəzər TV”-də yayımlanan “Təsir Dairəsi” adlanan verlişdə şərəf və ləyaqətini ləkələyən böhtanlarla, həmçinin onu nüfuzdan salan böhtanlarla və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının ona qarşı tamamən münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara və ittihamlara inanmışlar. 1. Qeyri rəsmi uşaq dünyaya gətirməyində ona böhtanlar atmışlar.

2. Onun şərəfini və namusunu ləkələyən böhtanlar ataraq guya o, öz evində yad kişilər tərəfindən zorlanmışdır. 3. X1 da onun öldürməsi ilə bağlı agır cinayətdə ittiham edilərək böhtan atmışlar. Ona atılan böhtanlar və ağır cinayətdə ittiham olunması əsassızdır. Bu yalan, böhtan və təhqirlər bir ana kimi və bir qadın kimi onu və onun doğmalarını çox sarsıntılara salmış, o, bununla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara və qınanaraq çox psixoloji təyziqlərə məruz qalmışdır. X11 ilə rəsmi nikahı olmuş və onun oğlu X21 rəsmi nikahdan sonra dünyaya gəlmişdir. Onun mənzilində o, heç kimsə tərəfindən zorlanmamışdır, əks halda bununla bağlı çoxdan o, hüquq mühafizə orqanlarına şikayətlər edərdi. X10 COVİD-19 xəstəliyindən kliniki xəstəxanada rəhmətə getmişdir. Ümumiyyətlə qaynanası vəfat etməmişdən qabaq o, səkkiz ilə yaxındır ki, onu görməmişdir. Onun X16lə münasibətləri çox yaxşı olmuşdur və o, onun universitetdən tələbəsi olmuşdur. Bu böhtanlar “Xəzər TV”-də yayımlanan kütləvi informasiya vasitəsində açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X19, X24 və X14 böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən böhtanlarla və ləhqirlərlərlə, həmçinin onu nüfuzdan salan böhtanlar və onun açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlar etmişlər. Bununla əlaqədar öz təsdiqini tamamilə tapmış disk yazısıda var və qeyd olunan faktlar ona edilən böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən böhtanlar və təhqirlər, həmçinin onu nüfuzdan salan böhtan və təhqirlər və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə edilən ittihamlarda da öz əksini tapmışdır. Həmin diski sübut kimi baxılması üçün məhkəməyə təqdim edir və baxılıb araşdırılmasını istəyir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 və onun nümayəndəsi Müdafiəçi hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X19 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X24 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, X12 tərəfindən ona qarşı qaldırılmış iş vardır. İddiaçı tələb edir ki, guya o, Əli Kərimov, həyat yoldaşı Aynur Əkbərli və ailə dostları, onun hörmət elədiyi, Azərbaycanın sayılıb seçilən ziyallı xanımı Qızıl Qələm mükafatı lauryatı Navətan X2 böhtan və təhqir eləmişlər. Həmin tələblər tamamilə əsassızdır və bununla heç cür razı ola bilməz. Arzu Musayeva özü onun şərəf və ləyaqətini təhqir edib, ona hədə qorxular gəlib vəfat edən anasını təhqir edib qəbrini. Arzu Musayeva ondan 6000 manat pul tələb etmişdir ki, verməsələr onları və ailələrini şantaj edəcək, onları efirlərdə biyabır edəcək, onların iş yerlərinə televiziya ilə gedəcək. Arzu Musayeva bu yaxınlarda Lalə Azərtacın təsir dairəsi verlişinə çıxmış, onlarda – o, həyat yoldaşı, birdə ona ana əvəzi olan Natəvan xanım onlarla birgə efirə getmişlər ki, Arzu Musayevanın dediklərinə aydınlıq gətirsinlər. Onlar onu nə təhqir etmişlər, nə də bir söz demişlər. X20rı təhqir etmiş, şər böhtan yağdırmış, onların şərəflərini və ləyaqətlərini təhqir etmişdir. Sonradan verlişdə Arzu Musayevanın yalanları ifşaları ortalığa çıxmış və Lalə xanım Arzu Musayevanı efirdən qovmuşdur yalançılığına görə. Bir ana ki öz oğlunu dəlixanaya salıb o anadan nə gözləyirsiniz. Arzu Musayeva onu, atasını, yoldaşını Xətai rayonu prokurorluğuna verib iş Xətai rayonu Polis İdarəsində İstintaq Şöbəsinə baxılıb və işə xitam verilib. Arzu Musayeva 2013-cü ildə də onu, atasını və rəhmətlik anasını böhtan, şərlə guya qızıl zinət əşyalarının oğurlanması ilə bağlı məhkəməyə vermiş, işə Xətai Rayon Məhkəmsi baxaraq Arzu Musayevanın dediklərinin yalan, şər, böhtan olduğunu ortaya çıxararaq xitam vermişdir. X29 Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və orda da Arzu Musayevanın dediklərinin yalan, böhtan, şər olduğu ortaya çıxmış və işə xitam verilmişdir. Belə ki, iddiaçı uşağın epilepsiya xəstəsi olduğunu yazır. Bu həqiqəti əks etdirmir. Uşaq epilepsiya xəstəsi deyil. Bundan başqa uşaq daimi olaraq 4 il Bakı şəhərində yaşayıb əvvəl onlarla qaldığı müddətdə uşaqda nə məktəbdə, nə həyətdə, nə də evdə epilepsiyalar qıc olmalar olmayıbdır, indi anası ilə və hazırda da Bakı şəhərində yaşamağa davam edir. Belə olan halda iddia ərizəsində qeyd edilən arayışın Şəkidə alınması müəyyən şübhələr yaradır epileptik ancaq Bakı şəhərindədir onlar arayış verə bilərlər. X33 qeyd edir ki, onkoloji xəstədir, onkologiyaya görə arayışı ancaq Milli Onkologiya Mərkəzi verə bilər ancaq Milli Onkologiya Mərkəzindən aldığı məlumata görə X12 qeydiyyatda deyil. Bunu Milli Onkologiya Mərkəzi də təsdiqləyir və qalan xəstəxanaların poliknikaların arayış verməyə hüququ yoxdur. Onun ailəsi var, Hüseyndən başqa uşağı var, özü şəkərli diabet tip 2 orta ağırlıqda insulin asılı xəstədir, Gözündə isə şəkərdən irəli gələn Astekmaniya xəstəliyi yaranıb və görməsi sürətlə zəifləyir. Bundan başqa, iddiaçı guya ki onun, hazırki həyat yoldaşı və atasının Hüseyni döydükləri üçün polis orqanlarına müraciət etmişdir. Bununla bağlı Səbail rayon Polis İdarəsində, Nərimanov rayon Polis İdarəsində və Xətai rayon Polis İdarəsində müvafiq araşdırılma aparılmışdır. Verilən şikayət əsassız, böhtan, şər olduğundan cinayət işinin qaldırılmasından imtina edilmişdir. Yəni iddiaçının məqsədi şərlə, böhtanla ondan pul almaqdır. Arzu Musayevanın “Whatsapp” qrupunda oğlu Hüseynlə yazışmasını və qeyri qanuni kişidən dünyaya gətirdiyi Həsəni necə zontikin dalı ilə döydüyünü və onun həyat yoldaşı ilə onu şantaj edərək 6000 manat pul tələb etməyinin yazışmalarının surətini təqdim edir. Arzu Musayevanın iddaları əsassızdır, ancaq böhtan şərdən ibarətdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və onun nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsləri dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində X3 Aynur Bəhman qızı, X24 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etsə də, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər tərəfindən ayrı-ayrılıqda qeyd olunan maddələrin tərkibini yaradan hansı hərəkətlərə yol verilməsi, habelə sözügedən cinayətlərin törədilməsi nəticəsində ona məhz hansı zərərin vurulduğu qeyd edilməmişdir. Həmçinin, şikayət ərizəsində Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair qeyd olunmuş tələblərə riayət olunmadan məhkəməyə müraciət olunmuşdur. Belə ki, şikayət ərizəsində xüsusi ittihamçının məşğuliyyət növü və vəzifəsi barədə məlumatlar qeyd edilməli olduğu halda göstərilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1 və 293.3.2-ci maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X9, X18 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilmələri haqqında X12 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar