Azәrbaycan Respublikası adından Hökm Bakı şәhәri İş № 1(011)-416/2025 13.03.2026 BAKI ŞƏHƏRI XƏTAI RAYON MƏHKƏMƏSI Hakim Hәsәnova Aygün Namiq qızının sәdrliyi, Musazadә Xanım Yaşar qızının katibliyi, dövlәt ittihamçısı - Baş Prokurorluğun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin Bakı şәhәrinin rayon mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru Dövlәt ittihamçısı, zәrәrçәkmiş şәxs “xxxx” MMC-nin nümayәndәsi Nümayәndә, müdafiәçi – Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili Müdafiәçi, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs iştirakları ilә, ## ###### 2000-ci ildә Neftçala rayonu, Hәsәnabad qәsәbsәsindә anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, evli, orta tәhsilli, işlәmәyәn, mәhkum olunmamış, Nefçala rayonu, Hәsәnabad qәsәbәsindә qeydiyyatda olan vә yaşamış, barәsindә hәbs qәtimkan tәdbiri seçilmiş, Bakı İstintaq Tәcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.2 vә 177.2.4-cü maddәlәri ilә tәqsirlәndirilmәsinә dair cinayәt işinә mәhkәmәnin inzibati binasında, açıq mәhkәmә iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tәqsirlәndirilәn şәxs özgәnin xeyli miqdarda әmlakını gizli olaraq talamaqla tәkrar oğurluq etmişdir. Belә ki, o, özgәnin әmlakını talama mәqsәdi ilә 2024-cü ilin yanvar ayının axırlarında saat 21 radәlәrindә ünvan 1 ünvanında Zәrәrçәkmiş şәxs MMC-nin "Kontakt Home" mağazasında fәhlә kimi işlәdiyi anbardan hәr birinin satış qiymәti 2.500 manat olan "X1 13 MGN63RU/A Space Gray" modelli vә SFVFLCRLQIWFV seriyalı vә "X1 13 MGN63RU/A Space GOLD" modelli vә SFVFLC2241WG2 seriyalı notbukları gizli olaraq talayıb zәrәrçәkmiş huquqi şәxs Zәrәrçәkmiş şәxs MMC-yә ümumilikdә 5.000 (beş min) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, tәkrarәn özgәnin әmlakını talama mәqsәdi ilә ## ###### 2024-cü il tarixdә saat 21 radәlәrindә ünvan 1 ünvanında Zәrәrçәkmiş şәxs MMC-nin "Kontakt Home" mağazasında fәhlә kimi işlәdiyi anbardan satış qiymәti satış qiymәti 5.000 manat olan bir әdәd "X2 16 MK183RU/A Space Gray" modelli vә SF077PYKYX7 seriyalı vә ## ###### 2024 -cü il tarixdә saat 21 radәlәrindә hәmin ünvandan eyni qaydada satış qiymәti 6.800 manat olan bir әdәd "X2 16 MNW83RU/A Space Gray" modelli vә SC7VH4K200H seriyalı notbuku gizli olaraq vahid qәsdlә әhatә olunan niyyәtlә talayıb zәrәrçәkmiş hüquqi şәxs Zәrәrçәkmiş şәxs MMC-yә ümumilikdә xeyli miqdarda-11.800 (on bir min sәkkiz yüz) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Tәqsirlәndirilәn şәxslәr Tәqsirlәndirilәn şәxs törәtdiyi cinayәt әmәllәri cinayәt işi üzrә toplanmış sübutların mәcmusu, özünün törәtdiyi cinayәt әmәlini etirafedici ifadәlәri, zәrәçәkmiş şәxsin nümayәndәsinin ifadәsi vә şahid ifadәlәri, ifadәnin yerindә yoxlanılması haqqında protokollar, baxış protokolları, maddi sübutlar vә digәr istintaq materialları, elәcә dә ilkin materiallar ilә tam sübuta yetirilmişdir. Belә ki, mәhkәmә istintaqı zamanı tәqsirlәndirilәn şәxs qismindә dindirilmiş Tәqsirlәndirilәn şәxs özünü ona CM-nin 177.2.2 vә 177.2.4-cü maddәlәri ilә elan edilmiş ittihamda tәqsirli bilәrәk ifadәsindә bildirmişdir ki, 2022-ci ilin sonlarında ünvan 1 ünvanında yerlәşәn "Kontakt Home" mağazasında anbar fәhlәsi kimi işә başlamış, 2024-cü ilin әvvәllәri isә orada işdәn azad olmuşdur. İşdәn çıxmamışdan tәxminәn bir ay әvvәl "Kia Rio" markalı **-OX-*** dövlәt qeydiyyat nişanlı avtomobili idarә etdiyi zaman yük avtomobili ilә toqquşmuş vә avtombili әzilmişdir. Hәmin vaxtlar maddi vәziyyәti çox çәtin olduğundan avtoqәzadan tәxminәn bir hәftә sonra işlәdiyi mağaznın anbarından elektronik әşyaları gizlin olaraq oradan çıxarıb sataraq qazanc әldә etmәk vә avtomobili tәmir etdirmәk qәrarına gәlmişdir. Bu mәqsәdlә oradakı anbardan 3 dәfә olmaqla ayrı-ayrı vaxtlarda "Apple" markalı notbuklar oğurlamışdır. Belә ki, birinci dәfә 2024-cü ilin yanvar ayının sonlarında işlәdiyi sözü gedәn mağazanın anbarında 02 әdәd qızılı vә boz rәnglәrdә "X1 13" markalı notbukları oğurlamışdır. Daha sonra isә hәmin anbardan ## ###### 2024-cü il tarixdә 01 әdәd boz rәngli "X2 16" markalı notbuk vә ## ###### 2024-cü il tarixdә daha 01 әdәd boz rәngli "X2 16" markalı nolbuk oğurlamışdır. Oğurluq etmәkdә isә ona kimsә kömәklik etmәmiş vә onunla әlbir olmamışdır. Oğurladığı notbukları haraya vә kimә satacağımı bilmәdiyindәn ilk dәfә 2024-cü ilin yanvar ayının sonlarında dostu şahid1 istәdiyi qıza kreditlә 01 әdәd notbuk aldığını, lakin hazırda qızdan ayrıldığı üçün hәmin notbuku satmaq istәdiyini bildirmişdir. Samir dә, ona Bakı şәhәri Nәsimi rayonu "28 May" metrostansiyasının әtrafındakı әrazisindә sata bilәcәyini demişdir. 2024-cü ilin yanvar ayının sonlarında Samirlә birlikdә Bakı şәhәri, Nәsimi rayonu әrazisindә yerlәşәn metronun "28 May” stansiyasının yaxınlığında gәzişib qarşılarına çıxan dәqiq ünvanını xatırlamadığı mobil telefonların satışını hәyata keçirәn dükana daxil olmuşlar. Orada hündür boy, arıq, sarışın, saqqalı bir nәfәr adını bilmәdiyi, tanımadığı satıcıya oğurladığı notbuku göstәrmişdir. Hәmin şәxslә razılaşaraq notbuku 1.300 manata satmışdır. Satıcı şәxsin anket mәlumatlarını vә ya mobil nömrәsini bilmir, hәmçinin mağazanın dәqiq yerini vә adını da xatırlamır. Notbukun satışından әldә etdiyi 1.300 manat pulu şәxsi ehtiyaclarına xәrclәdikdәn sonra isә 2024-cü ilin fevral ayının sonlarında Samirә bir daha zәng edib kreditlә 03 әdәd notbuk aldığını vә pula ehtiyacı olduğundan hәmin notbukları satmaq istәdiyini deyib ondan kömәk istәmişdir. Samir isә "İnstagram" sosial şәbәkәsindәn "kredit_mәhsulların_alışı" adlı profil tapmış, o da hәmin profildәki *** *** ** ** saylı mobil nömrәsi ilә әlaqә saxlamışdır. Telefonla danışdığı tanımadığı şәxsә әlindә 03 әdәd notbuk olduğunu vә satmaq istәdiyini bildirmişdir. O, da notbuklara baxmaq istәdiyini bildirmiş vә Samirin "vvhatsapp" ani mesajlaşma tәtbiqinә mәkanını göndәrmişdir. Hәmin tarixlәrdә Nizami rayonu әrazisindә metronun "Neftçilәr" stansiyasının yaxınlığında, metro çıxışının sol tәrәfindә yerlәşәn iki mәrtәbәli ticarәt binasının birinci mәrtәbәsindә olan adını xatırlamadığı telefon mağazasına gedәrәk apardığı 03 әdәd notbukları alıcıya göstәrmişdir. Görüşdüyü şәxslәrin biri orta yaşlı, keçәl, bәstә boylu, saqqalı, bığsız, digәri isә hündür boy, kök, saqqallı biraz cüssәli cavan adam olmuşdur. Onlar öz aralarında danışarkәn bir-birilәrinә “әxi” deyә müraciәt edirmişlәr. Hәmin şәxlәr gәtirdiyi 03 әdәd notbuklara baxıb, cәmi 3.300 manata ala bilәcәklәrini bildirmişlәr. O da razılaşaraq 03 әdәd notbuku onlara vermiş, hәmin şәxslәr dә tәqdim etdiyi özünә aid 4098 5844 9117 **** nömrәli "Leo Bank" bank kartı hesabına 2.000 manat pul köçürmüşlәr. Qalan 1.300 manat isә nağd şәkildә olmaqla hündür boy, kök, saqqallı iri olan şәxsdәn almışdır. Bank kartı hesabıma göndәrilәn pul "M10" mobil tәtbiq vasitәsilә köçürülmüşdür. Lakin, pulu kimin köçürdüyü bilmir. Notbukları satdığı şәxslәrin anket mәlumatlarını vә ya mobil nömrәlәrini bilmir, hәmçinin mağazanın dәqiq yerini, adını xatırlamır. Əldә etdiyim 3.300 manat pulu da öz şәxsi ehtiyaclarına xәrclәmişdir. Oğurladığı notbukları satdığı şәxslәrә vә tanışı şahid1 notbukların oğurluq olduğunu bilmәmiş, hәmin notbukları kreditә götürdüyünü demişdir. Zәrәrçәkmiş şәxs MMC-yә mәxsus "Kontakt Home" mağazasının anbarından 2024-cü ilin yanvar ayının әvvәllәrindә oğurladığı 4 әdәd notbukların ümumi dәyәri olan 16.800 manatı tam olaraq zәrәrçәkmiş şәxsә ödәnmişdir. Törәtdiyi әmәldәn peşman olduğunu bildirәrәrk ona yüngül cәza verilmәsini xahiş etmişdir. Mәhkәmә istintaqı zamanı zәrәrçәkmiş hüquqi şәxs Zәrәrçәkmiş şәxs MMC-nin nümayәndәsi qismindә dindirilmiş Nümayәndә ifadәsindә göstәrmişdir ki, "xxxx" MMC-nin hüquq şöbәsinin hüquqşünası vәzifәsindә işlәyir. 2024-cü ilin yanvar vә fevral aylarında çalışdığı Zәrәrçәkmiş şәxs MMC-nin Xәtai rayonu, M.Hadi küçәsi 2372 ünvanında yerlәşәn "Konrakt Home" mağazasının anbarında fәhlә işlәmiş Tәqsirlәndirilәn şәxs tәrәfindәn 01 (bir) әded 2500 manat (iki min beş yüz manat) dәyәrindә, APPLE MACBOOK AIR 13 MGN63RU/A SPACE RAY modelli, SFVFLCRLQIWFV seriyalı, 01 (bir) ded 2500 manat (iki min beş yüz manat) dәyәrindә, APPLE MACBOOK AIR 13 MGND3RU/A GOLD modelli, SFVFLC2241WG2 seriyalı, 01 (bir) ded 5000 manat (beş min manat) dәyәrindә, X2 16 IK183RU/A SPACE GRAY modelli, SF077PYKYX7 seriyalı, 01 (bir) eded 6800 manat (altı in sәkkiz yüz manat) dәyәrindә, X2 16 MNW83RU/A SPACE GRAY odelli, SC7VH4K200H seriyalı kompüter oğurlanmışdır. Baş vermiş hadisә barәdә ## #### 2024-cü il tarixdә Xәtai RPİ-yә müraciәt edilmişdir. Baş vermiş hadisә nәticәsindә Zәrәrçәkmiş şәxs MMC-yә ümumilikdә 16.800 AZN (on altı min yeddi yüz sәksәn manat) mәblәğindә maddi ziyan dәymişdir. Zәrәrçәkmiş şәxs MMC adından Xәtai RPİ-yә müraciәt etdikdәn sonra aparılan müvafiq araşdırma zamanı hadisәni törәtmiş Tәqsirlәndirilәn şәxs, 16.800 AZN (on altı min sәkkiz yüz manat) mәblәğindә maddi ziyan tam olaraq ödәmişdir. Tәqsirlәndirilәn şәxs dәymiş ziyanı tam olaraq ödәdiyindәn sonuncu barәsindә" xxxx" MMC-nin şikayәt, tәlәb vә ya iddiası yoxdur, tәqsirlәndirilәn şәxs ilә barışmışlar. Mәhkәmә istintaqı zamanı şahid qismindә dindirilmiş şahid4 ifadәsindә bildirmişdir ki, ## #### 2020-ci il tarixdәn Xәtai rayonu M.Hadi küçәsi 2372 ünvanında yerlәşәn "Kontakt Home" mağazasında anbar müdiri vәzifәsindә işlәyir. Müdiri işlәdiyi anbarda 8 nәfәr işçi vә 8 әdәd şöbә vardır. Hәmin şöbәlәr mәhsulların çeşidlәrinә görә bir birindәn fәrqlәnir. Hәr bir şöbәyә bir nәfәr anbar fәhlәsi nәzarәt edir. Anbar fәhlәsi ona hәvalә edilmiş, yәni tәhkim olunduğu şöbәdә sınan, qırılan, itәn vә ya oğurlanan әşyalara cavabdehlik daşıyır. Tәqsirlәndirilәn şәxs 2022-ci ildәn tanıyır. Belә ki, hәmin anbar fәhlәlәrindәn biri dә Tәqsirlәndirilәn şәxs olmuşdur. Tәqsirlәndirilәn şәxsla bir müddәt işlәdikdәn sonra onunla işçi müdir münasibәtlәri yüksәk sәviyyәdә olub vә ondan heç vaxt narazıçılığı olmamışdır. Tәqsirlәndirilәn şәxs anbarın kompyuterlәn-notbuklar yığılan şöbәsinә nәzarәt edirmiş. İş prosesindә Tәqsirlәndirilәn şәxs ona vә başqa işçilәrinә bir neçә dәfә anbarın daxilindә olan nәzarәt kameraları haqqında mәlumat almaq mәqsәdilә suallar vermişdir. Tәqsirlәndirilәn şәxs hәr gün işә özü ilә qara rәngli, orta hәcmli, içindә özü üçün nahar, dәyişik paltar vә s. olan bel çantası gәtirirmiş. Hәmin çantanı adәtәn idarә etdiyi, **-OX-*** d.q.n-lı "Kia Rio" markalı, ağ rәngli avtomobildә saxlayırmış. Lakin, 2024-cü ilin tәxminәn yanvar ayının әvvәllәrindә Yusif hәmin çantasını anbarın işçilәri üçün olan geyinmә otağında saxlamağa başlamışdır. Hәmin tarixlәrdә Bakıxanov qәsәbәsi yaxınlığnda avtomobili ilә yol-nәqliyyat hadisәsi törәtdiyini vә bir müddәt piyada olacağını bildirmişdir. ## ###### 2024 tarixdәn Tәqsirlәndirilәn şәxs mәzuniyyәtә getmiş, ## ###### 2024-cü il tarixdә mәzuniyyәtdәn qayıtdıqda işә hәmin avtomobili ilә gәlmişdir. Ondan belә tez bir zamanda avtomobilini necә tәmir etmәsini soruşduqda, Tәqsirlәndirilәn şәxs avtomobilin elә böyük xәrc tәlәb etmәdiyini, qohumlarından 800 manat pul alıb tәmir elәtdirdiyini bildirmişdir. Yusif hәmin avtomobilin salonunda avtobillәr üçün nәzәrdә tutulmuş bahalı android monitor, pioner sәs güclәndiricilәr vә salon boyu uzanan fosfor işıqlar quraşdırmışdır. Ondan hәmin tәmir vә avadanlıq quraşdırma işlәrini necә etdiyini soruşduqda Yusif atasından pul alıdığını bildirmişdir. ## ###### 2024-cü il tarixdә, mәhsulların qalıqlarının yoxlanılması mәqsәdi ilә işlәdiklәri mağazada sayım olmuş, sayımda o, mağaza müdiri şahid2, şahid3 da iştirak etmişlәr. Sayım bitdikdәn sonra, mәhsulların sayı düz gәlmiş vә hәr mәhsul öz yerindә olmuşdur. Sonrakı günlәrdә Tәqsirlәndirilәn şәxs işdәn çıxmaq istәdiyini bildirәrәk, bunu güya atasının onu Neftçala rayonunda "xxxx" şirkәtindә sürücü işinә düzәldәcәyi ilә әlaqәlәndirmişdir. ## ###### 2024-cü il tarixdә Tәqsirlәndirilәn şәxs işdәn çıxmışdır. Bundan sonra Tәqsirlәndirilәn şәxs yeri boş qalmışdır. ## ###### 2024-cü ildә mağazada yenidәn sayım edildikdә Tәqsirlәndirilәn şәxs işlәdiyi anbardakı şöbәdәn 4 әdәd "Apple Macbook" markalı notbukların әksik olması mәlum olmuşdur. Hәmin mәhsulların, 01 әdәd dәyәri 2.500 manat olan "X1 13 MGN63RU/A Space Gray" modelli vә SFVFLCRLQIWFV seriyalı, 01 әdәd dәyәri 2.500 manat olan "X1 13 MGN63RU/A Space GOLD" modelli vә SFVFLC2241WG2 seriyalı, 01 әdәd dәyәri 5.000 manat olan "X2 16 MK183RU/A Space Gray" modelli vә SF077PYKYX7 seriyalı, 01 әdәd dәyәri 6.800 manat olan "X2 16 MNW83RU/A Space Gray" modelli vә SC7VH4K200H seriyalı notbuklar olması müәyyәn olunmuşdur. Daha sonra mağaza müdiri şahid2 anbarın vә mağazanın daxilindә olan nәzarәt kameralarına baxaraq onu da görüntülәrә baxmağa dәvәt etmişdir. Hәmin görüntülәrdә әynindә qara rәngli gödәkçә, ağ rәngli köynәk, boz rәngli şalvar, qara rәngli idman ayaqqabısı vә belindә bel çantası olan Tәqsirlәndirilәn şәxs, gödәkçәsini notbuk şöbәsinә aparması, daha sonra gödәkçәnin altında gizlin şәkildә, sanki çantanın içәrisinә notbuku yerlәşdirmәsi, habelә kamera görüntüsündә çantada ağır bir әşya olduğu hiss olunması, çantanın da yerә sallaqlı vәziyyәt olması vә daha sonra onun mağazadan çıxıb getmәsi görünmüşdür. Bu görüntülәri gördükdәn sonra çatışmayan 04 әdәd notbukun Tәqsirlәndirilәn şәxs oğurladığı qәnaәtinә gәlmişlәr. Tәqsirlәndirilәn şәxsla anbar fәhlәsi olduğundan onunla şirkәt arasında tam maddi mәsuliyyәt daşınması barәdә müqavilә bağlanmış vә iş prosesindә dә notbukların yığıldığı anbar onun mәsuliyyәtinә verilmişdir. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә mәlumatlandırılmış digәr şahidlәr mәhkәmә iclasına gәlmәmiş, tәqsirlәndirilәn şәxsin ona verilmiş ittihamda özünü tam tәqsirli bilmәsini, zәrәrçәkmiş hüquqi şәxsә vurulmuş zәrәri tam ödәmәsini vә barışmasını nәzәrә alaraq iştirak etmәyәn şahidlәrin iştirakı olmadan işә baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayәt işinin başlanması vә icraata qәbul edilmәsi haqqında ## ### 2025-cü il tarixli qәrardan görünür ki, toplanmış material üzrә Tәqsirlәndirilәn şәxs barәsindә Azәrbaycan Respublikası CM-nin 177.2.4-cü maddәsi ilә ********* nömrәli cinayәt işi başlanması vә icraata qәbul edilmәsi qәrara alınmışdır. (i.v.01); № M-**/** saylı, ## #### 2024-cü il tarixli "xxxx" MMC-nin hüquq şöbәsinin müdiri Vurğun Quliyevin imzası ilә istintaqa daxil olmuş mәktubdan görünür ki, 2022-ci ilin sonlarından 2024-cü ilin әvvәllәrinәdәk olan müddәt әrzindә Xәtai rayonu M.Hadi küçәsi 2372 ünvanında yerlәşәn Zәrәrçәkmiş şәxs MMC-yә mәxsus "Kontakt Home" mağazasının anbarından oğurlanmış "X1 13 MGN63RU/A Space Gray", modelli vә SFVFLCRLQIWFV seriyalı bir әdәd notbukun dәyәri 2.500 manat, "X1 13 MGN63RU/A Space GOLD" modelli vә SFVFLC2241WGrade do not bukun dәyәri 2.500 manat X2 16 MK183RU/A Space Gray" modelli vә SF077PYKYX7 seriyalı bir әdәd not apple dәyәri 5.000 manat, "X2 16 MNW83RU/A Space Gray" modelli SC7VH4K200H seriyalı bir әdәd notbukun dәyәri 6.800 manat olmuşdur. Baş vermiş oğurluq nәticәsindә "xxxx” MMC-yә dәymiş maddi ziyan ümumilikdә 16.800 (on altı min sәkkiz yüz) manat tәşkil etmişdir.(i.v 13) "әmәk müqavilәsi №****"-dәn görünür ki, hәmin әmәk müqavilәsi işә götürәn "xxxx" MMC-nin baş direktoru İsrafilzadә Hәsәn Fazil oğlu ilә işçi Tәqsirlәndirilәn şәxs arasında ## ###### 2022-ci il tarixdә bağlanmışdır. Hәmin müqavilәyә görә Tәqsirlәndirilәn şәxs hәmin tarixdәn aylıq әmәkhaqqı 425 manat olmaqla "Kontakt Home 47 mağazasına fәhlә vәzifәsinә tәyin edilmişdir.(i.v 53-58) "xxxx" MMC-nin baş direktoru İsrafilzadә Hәsәn Fazil oğlu ilә işçi Tәqsirlәndirilәn şәxs arasında balanmış ## ###### 2022-ci il tarixli "Tam maddi mәsuliyyәt daşıması barәdә müqavilә"-dәn görünür ki, Tәqsirlәndirilәn şәxs ona etibar edilmiş sәrvәtlәrin vә görülәcәk işlәrin tam qeydinә qalmalıdır, eyni zamanda birinci tәrәfә (işә götürәnә) heç bir sәbәb üzündәn ziyan vurmamalıdır vә ziyankarlığa qarşı mübariz olmalıdır; a) Birinci tәrәfә (işә götürәnә) öhtәsindә olan maddi sәrvәtlәrin tәhlükәsizliyi barәdә vaxtında mәlumat vermәli vә lazım gәldikdә qorxulu vәziyyәtin sәbәblәrini aydınlaşdırmalıdır; b) Ona etibar edilmiş maddi sәrvәtlәrini, pul vәsaitlәrinin vә başqa görülәcәk işlәrin dәqiq uçotunu aparmalı, müәyyәn edilmiş qaydada hesabat tәrtib edib tәlәb olunan yerlәrә tәqdim etmәlidir; c) Ona etibar edilmiş maddi sәrvәtlәrin inventarizasiyasında iştirak etmәlidir. İkinci tәrәfin (Tәqsirlәndirilәn şәxs) günahı üzündәn birinci tәrәfә (işә götürәnә) dәyәn zәrәrin miqdarı müәyyәn edildikdәn sonra onun ödәnilişi mövcüd qanunvericilik әsasında hәyata keçirilir.(i.v 59) ##.##.2025-ci il tarixli mәktubdan görünür ki, “xxxx” TELECOM MMC-nin Tәqsirlәndirilәn şәxs qarşı heç bir şikayәt vә tәlәbi yoxdur, ona vurulmuş zәrәr tam olaraq ödәnilmişdir.(i.v 74) Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Baş Əmәliyyat vә Statistik İnformasiya İdarәsindәn alınmış ##.##.2025-ci il tarixli tәlәbnamәdәn görünür ki, Tәqsirlәndirilәn şәxs barәsindә әmәliyya-sorğu kartotekasında heç bir mәlumat yoxdur (i.v. 78) ## ### 2025-ci il tarixli zәrәrçәkmiş hüquqi şәxs vә onun nümayәndәsi qismindә tanımaq haqqında qәrardan görünür ki, Zәrәrçәkmiş şәxs MMC zәrәrçәkmiş şәxs qismindә tanınmışdır.(i.v 92-93) Axtarışda olan şәxsin tutulması barәdә protokoldan görünür ki, Tәqsirlәndirilәn şәxs ##.##.2025-ci il tarixində saat 14:00-da tutularaq Xətai RPİ 34-cü PŞ-yə gətirilmişdir.(i.v 114) ## ### 2025-ci il tarixli tәqsirlәndirilәn şәxs qismindә cәlb etmәk haqqında qәrardan görünür ki, Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası CM-nin 177.2.4-cü maddәsi ilә tәqsirlәndirilәn şәxs qismindә cәlb edilmişdir.(i.v 139) ## ### 2025-ci il tarixli vәsatәtin müdafiә edilmәsindәn imtina edilmәsi haqqında qәrardan görünür ki, Tәqsirlәndirilәn şәxs barәsindә hәbs qәtimkan tәdbirinin seçilmәsinә dair vәsatәtin müdafiә edilmәsindәn imtina edilmiş vә onun saxlandığı Xәtai RPİ MSY-dәn azad edilmәsi qәrara alınmışdır.(i.v 157-158) ## ### 2025-ci il tarixli qәtimkan tәdbirinin seçilmәsi haqqında qәrardan görünür ki, Tәqsirlәndirilәn şәxs barәsindә “başqa yerә getmәmәk haqqında iltizam” qәtimkan tәdbiri seçilmişdir.(i.v 159-160) İşdә olan "xxxx-Telekom" MMC-dәn istintaqa tәqdim edilmiş "xxxx-Telekom” MMC-ә aid ünvan 2 ünvanında yerlәşәn "Kontakt Home" mağazasında mövcud video müşahidә kamerlarından götürülmüş video mәlumatlara baxış zamanı aşağıdakılar müәyyәn edilmişdir: Bir әdәd DVD-R formatlı diskin üzәrindә hәr hansı bir yazı mövcud deyil. Hәmin disk Xәtai RPİ-dә xidmәti otağımda olan «HP» markalı kompyuterdә disk oxuducuda açıldıqda 1 әdәd adlı qovluq, hәmin qovluq açıldıqda isә 04 әdәd - WhatsApp Video 2024-03-05at 12.43.20_39c0957f; WhatsApp Video 2024-03-05at 12.43.27_82846d38; WhatsApp Video 2024- 14at 11.14.14_95a 27777f; WhatsApp Video 2024-14at 11.46.51_fda 21653f adlı fayllar aşkar olundu. Diskә baxış zamanı "WhatsApp Video 2024-03-05at 12.43.20_39c0957f" adlı fayl açıldıqda 02:36 dәqiqәlik görüntü olması, ekranın sağ üst hissәsindә "2024-02-12 21:01:17", sol aşağı hissәsindә "IPC" yazıları olması görünür. Video görüntünün 00:47-ci saniyәsindә, başında ağ rәngli papaq, әynindә qara rәngli gösdәkçә, ağ rәngli köynәk, boz rәngli idman şalvarı, qara rәngli idman ayaqqabısı olan şәxsin anbardan çıxması, görüntülәrin 01:22-ci saniyәsindә hәmin şәxsin әlindә qara rәngli gödәkcәsinә bükülmüş vәziyyәtdә çantaya bәnzәr namәlum әşya ilә yenidәn mağazanın anbarına daxil olması görünür. "WhatsApp Video 2024-03-05at 12.43.27_82846d38" adlı fayl açıldıqda 04:10 dәqiqәlik görüntü olması, ekranın sağ üst hissәsindә "2024-02-14 21:00:09", sol aşağı hissәsindә "İPC" yazılarının olması görünür. Video görüntünün ilk saniyәsindә üzü saqallı, әynindә ağ rәngli köynәk, qara rәngli gödәkcә olan şәxs mağaza anbarının girişindә quraşdırılmış mәhsulların qeydiyyata alındığı masada әylәşib kompüter arxasında çalışması, görüntünün 00:40-cı saniyәsindә, әynindә boz rәngli şalvar qara rәngli ayaqqabısı olan hәmin şәxsin masadan qalxması vә әlindә mobil telefonla uzaqlaşması, görüntünün 01:02-ci saniyәsindә hәmin şәxsin gödәkçәsiz, qısaqol ağ köynәkdә anbarın qapısından daxil olması, qeydiyyat aparılan masaya әylәşmәsi, komputerdә çalışması, 02:17-ci saniyәdә yenidәn anbara daxil olması, 02:43-cü saniyәdә masaya yaxınlaşıb oradan getmәsi, 03:50-ci saniyәdә isә sağ әlindә üzәrini qara gödәkçәsi ilә örtmüş çantaya bәnzәr әşyailә anbara daxil olması vә bir neçә saniyәdәn sonra әli boş vәziyyәtdә anbardan çıxması görünür. "WhatsApp Video 2024- 14at 11.14.14_95a 27777" adlı fayl açıldıqda 00:12 saniyәlik görüntü olması, ekranın sağ üst hissәsindә "2024-02-14 21:12:28", sol aşağı hissәsindә "İPC" yazıları olması (görünür. Vido görüntüdә üzü saqqallı, qara rәngli seyrәk saçları olan orta boylu әynindә ağ rәngli idman köynәyi, boz rәngli şalvar vә qara rәngli ayaqqabı olan şәxs sağ әlindә üzәrini qara gödәkçәsi ilә örtmüş çantaya bәnzәyәn әşya ilә anbar istiqamәtindәn çıxaraq mağazanın içәrisi ilә çıxış qapısı iltiqamәtindә hәrәkәt etmәsi görünür. "WhatsApp Video 2024-14at 11.46.51_fda 21653f" adlı fayl açıldıqda 01:02 saniyәlik görüntü olması, ekranın sağ üst hissәsindә "2024-02-12 21:00:49", sol aşağı hissәsindә "İPC" yazıların olması görünür. Video görüntünün ilk saniyәsindә başında ağ rәngli papaq, әynindә qara rәngli gödәkcә, boz rәngli şalvar, qara rәngli ayaqqabı olan şәxsin mağazanın arxa qapısından çıxması, 00;19-cü saniyәsindә geri qayıtması, 00:55-ci saniyәsindә isә hәmin şәxsin sol әlindә üzәrini qara gödәkçәsi ilә örtmüş çantaya bәnzәyәn әşyanı mağazanın arxa qapısından çıxarması görünür. Baxışda iştirak edәn Tәqsirlәndirilәn şәxs, video görüntülәrdәki üzü saqqallı, qara rәngli seyrәk saçları olan orta boylu әynindә ağ rәngli idman köynәyi boz rәngli şalvar vә qara rәngli ayaqqabı olan şәxsin özünün olmasını, yuxarıda qeyd olunan görüntülәrin ünvan 1 ünvanında yerlәşәn "Kontakt Home" mağazasında vә anbarında quraşdırılmış müşahidә kameralarından götürüldüyünü, fәhlә işlәdiyi hәmin mağazanın anbarından 2024-cü ilin tәxminәn fevral ayının әvvәllәri vә ortalarında axşam saat 21-22 radәlәri arasında özü ilә әvvәlcәdәn gәtirdiyi qara rәngli bel çantası ilә anbarın komputer şöbәsinә daxil olduğunu, hәmin bel çantasının içinә 01 әdәd "Apple" markalı, modelini dәqiq bilmәdiyi macbook götürüb qoyduğunu, çantanı gizlәtmәk niyyәti ilә üzәrinә qara rәngli gödәkçәsini atdığını, oradan çıxıb içindә oğurladığı macbook olan әl çantasını mağazının arxa qapısının yanında saxladığı avtomobilinin baqajına qoyduğunu, eyni әmәli bundan sonra iki dәfә olmaqla bir ya iki gün vaxt aralıqları ilә etdiyini, fәhlә işlәdiyi xxxx" MMC-yә mәxsus "Kontakt Home" mağazasının anbarından cәmi 04 әdәd kompüter oğurladığını bildirmişdir. Ona görә dә "xxxx- Telekom” MMC-dәn istintaqa tәqdim edilmiş "xxxx-Telekom" MMC-aid ünvan 2 ünvanında yerlәşәn "Kontakt Home mağazasında mövcud video müşahidә kamerlarından götürülmüş video mәlumatlar olan diskә baxış keçirilmәsi haqqında protokol sübut әhәmiyyәti kәsb etdiyindәn, maddi sübut kimi tanınmış vә istintaq materiallarına әlavә edilmişdir.(i.v. 14, 183) ## #### 2025-ci il tarixli ifadәnin yerindә yoxlanılması istintaq hәrәkәtindәn görünür ki, tәqsirlәndirilәn şәxs istintaqa verdiyi ifadәsini bir daha tәsdiq etmiş, bu barәdә tәrtib edilmiş protokol vә istintaq hәrәkәtinin fotoşәkillәri çәkilәrәk cinayәt işinә әlavә edilmişdir.(i.v 179- 182) ## #### 2025-ci il tarixli sübutların qiymәtlәndirilmәsi haqqında qәrardan görünür ki, cinayәt işi üzrә әmәl Azәrbaycan Respublikası CM-in 177.2.4-cü maddәsindәn hәmin Mәcәllәnin 177.2.2 va 177.2.4-cü maddәlәrinә tövsif edilmәsi, tәqsirlәndirlәn şәxs Tәqsirlәndirilәn şәxs ## ### 2025-ci il tarixdә Azәrbaycan Respublikası CM-nin 177.2.4-cü maddәlәri ilә tәqsirlәndirilәn şәxs qismindә cәlb edilmәsi barәdә qәrar әlavәlәr vә düzәlişlәr edilmәklә ona Azәrbaycan Respublikası CM-nin 177.2.2 vә 177.2.4-cü maddәlәri ilә yenidәn ittiham elan edilmәsi, barәsindә seçilmiş "başqa yerә getmәmәk haqqında iltizam növündә qәtimkan tәdbiri öz qüvvәsindә saxlanılması, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs barәsindә Azәrbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 vә 186.1-ci maddәlәri ilә cinayәt tәqibinin başlanılması rәdd edilmәsi, şahid1 barәsindә Azәrbaycan Respublikası CMnin 177.2.1 vә 307-ci maddәlәrinin әlamәtlәri ilә cinayәt tәqibinin başlanılması rәdd edilmәsi, cinayәt işi üzrә Zәrәrçәkmiş şәxs MMC-nin hüquqi zәrәrçәkmiş şәxs, Nümayәndә zәrәrçәkmiş şәxsin nümayәndәsi qismindә tanınması barәdә qәrar öz qüvvәsindә saxlanılması, zәrәrçәkmiş şәxsә dәymiş maddi ziyan ümumilikdә xeyli miqdarda 16.800 (on altı min sәkkiz yüz) manat olaraq qәbul edilsin vә tam olaraq ödәnildiyi nәzәrә alınması, cinayәt işi üzrә tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs törәtdiyi cinayәt әmәlini etirafedici ifadәlәri, ifadәlәrini yerindә yoxlanılması istintaq hәrәkәti protokolları, şahidlәrin ifadәlәri, diskә baxış protokolları, iş üzrә toplanmış araşdırma material iş üzrә әhәmiyyәt kәsb etdiyi üçün sübut növü qismindә qiymәtlәndirilmәsi, zәrәrçәkmiş şәxs tәrәfindәn istintaqa tәqdim edilmiş bir әdәd DVD diki iş üzrә mühüm әhәmiyyәt kәsb etdiyi üçün sübut qismindә tanınması qәrara alınmışdır. (i.v 190-203) ## #### 2025-ci il tarixli tәqsirlәndirilәn şәxsә yenidәn ittiham elan etmәk haqqında qәrardan görünür ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası CMnin 177.2.2 vә 177.2.4-cü maddәlәri yenidәn ittiham elan edilmәsi qәrara alınmışdır.(i.v 205) Bakı Şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәrarından görünür ki, Tәqsirlәndirilәn şәxs barәsindә axtarış elan edilmәklә cinayәt işi üzrә icraat dayandırılmış, onun barәsindә seçilmiş qәtimkan tәdbiri dәyişdirilәrәk hәbs qәtimkan tәdbiri ilә әvәz edilmişdir. Bakı İstintaq Tәcridxanasının ##.##.2026-cı il tarixli mәktubundan görünür ki, Tәqsirlәndirilәn şәxs ##.##.2026-cı il tarixindә tutularaq ##.##.2026-cı il tarixindә Bakı İstintaq Tәcridxanasına gәtirilmişdir. Zәrәrçәkmiş hüquqi şәxsin nümayәndәsi tәrәfindәn mәhkәmәyә tәqdim edilmiş әrizәdәn görünür ki, Zәrәrçәkmiş şәxs MMC-ә vurulmuş ziyan Tәqsirlәndirilәn şәxs tәrәfindәn tam olaraq ödәnilmiş, ona qarşı heç bir şikayәt vә tәlәbi yoxdur, barışmışdır. Belәliklә, mәhkәmә, toplanmış vә mәhkәmә istintaqında tәdqiq edilmiş sübutları tam, hәrtәrәfli vә obyektiv araşdıraraq hesab edir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn ittihamda qeyd olunan әmәlin törәdilmәsi mәnbәyinin mötәbәrliyi vә әldә edilmәsinin qanuniliyi şübhә doğurmayan vә iş üzrә yekun nәticәyә gәlmәyә imkan verәn tәqsirlәndirilәn şәxsin, zәrәrçәkmiş şәxsin ifadәsi, istintaq hәrәkәtlәrinin aparılması haqqında protokollar vә iş üçün mühüm әhәmiyyәt kәsb edәn digәr sübutlarla tәsdiq edilәrәk sübuta yetirilmişdir (CPM 144-146). Mәhkәmә, cinayәt tәqibi ilә bağlı mühüm әhәmiyyәtә malik olan halların araşdırılmasına, Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 124-cü maddәsinin tәlәblәrinә uyğun olaraq tәqsirlәndirilәn şәxsin vә zәrәrçәkmiş hüquqi şәxsin ifadәlәrinin, istintaq vә mәhkәmә hәrәkәtlәrinin protokollarının, digәr sәnәdlәrin sübut növü kimi qәbul edilmәsinә, hәmin sübutların vә onların mәcmusunun tam, hәrtәrәfli vә obyektiv baxılmasına әsaslanmaqla, hәr bir sübutun mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi üzrә qiymәtlәndirmәklә, tәqsirlәndirilәn şәxsin cinayәt әmәlinin hüquqi tövsif mәsәlәsini araşdıraraq hesab edir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs törәtdiyi әmәli Cinayәt Mәcәllәsinin 177.2.2 vә 177.2.4-cü maddәlәri ilә tamamilә әhatә olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilәn әmәlin cinayәt olmasını aradan qaldıran hallar, hәmçinin onun cinayәt mәsuliyyәtindәn azad edilmәsi üçün әsaslar yoxdur. Odur ki, ona Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin Ümumi hissәsinin müddәaları nәzәrә alınmaqla Xüsusi hissәsinin müvafiq maddәlәrindә nәzәrdә tutulmuş hәddә cәza tәyin edilmәlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddәsinә görә cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirlәr әdalәtli olmalıdır, yәni cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi hallarına vә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsin şәxsiyyәtinә uyğun olmalıdır; 41.2-ci maddәsinә görә cәza sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almaq mәqsәdi ilә tәtbiq edilir; 58.1-ci maddәsinә görә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsә, hәmin Mәcәllәnin Ümumi hissәsinin müddәaları nәzәrә alınmaqla Xüsusi hissәsinin müvafiq maddәlәrindә nәzәrdә tutulmuş hәdlәrdә әdalәtli cәza tәyin edilir. Törәdilmiş cinayәtә görә nәzәrdә tutulmuş cәzalardan daha ciddi cәza növü yalnız o halda tәyin edilir ki, az ciddi cәza növü cәzanın mәqsәdlәrini tәmin edә bilmir. 58.3-cü maddәsinә әsasәn cәza tәyin edilәrkәn cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, tәqsirkarın şәxsiyyәti, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsiri nәzәrә alınır; 69.3-cü maddәsinә әsasәn hökm qanuni qüvvәyә minәnәdәk hәbsdә saxlamanın müddәti azadlıqdan mәhrum etmә müddәtinә, intizam xarakterli hәrbi hissәdә saxlama növündә cәzanın müddәtinә bir günә bir gün, azadlığın mәhdudlaşdırılması növündә cәzanın müddәtinә bir günә iki gün, islah işlәri vә hәrbi xidmәt üzrә mәhdudlaşdırma növündә cәzanın müddәtinә bir günә dörd gün, ictimai işlәr növündә cәzanın müddәtinә isә bir günә sәkkiz saat hesabı ilә hesablanır. 177.2.2 vә 177.2.4-cü maddәlәrinә әsasәn özgәnin әmlakını xeyli miqdarda gizli olaraq tәkrar talama- bir ildәn üç ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya iki ildәn beş ilәdәk müddәtә azadlıqdan mәhrum etmә ilә cәzalandırılır. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 32-ci maddәsinin Azәrbaycan Respublikası Konstitusiyasının 29-cu maddәsinin 4cü hissәsinә uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qәrarında qeyd edilmişdir ki, cinayәt qanunvericiliyinә görә cәza törәdilmiş cinayәt üçün yalnız sitәm olmayıb, eyni zamanda mәhkumları islah etmә, tәrbiyәlәndirmә, habelә yeni cinayәt edilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun «Mәhkәmәlәr tәrәfindәn cinayәt cәzalarının tәyin edilmәsi tәcrübәsi haqqında» ## #### 2003-cü il tarixli * saylı qәrarının 3-cü bәndinin 2-ci hissәsinә görә mәhkәmәlәr böyük ictimai tәhlükә törәtmәyәn vә ya az ağır cinayәt törәtmiş, cәmiyyәtdәn tәcrid edilmәsinә ehtiyac olmayan şәxs barәsindә işin konkret hallarını, şәxsiyyәti barәdә mәlumatları nәzәrә almaqla daha yüngül cәza tәyin edilmәsi mәsәlәsini müzakirә etmәlidir. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177-ci maddәsinin qeyd hissәsinin 2-ci bәndinә әsasәn bu Mәcәllәnin 177-182-ci, 185-187-ci vә 189-1-ci maddәlәrindә “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin әlli min manatdan artıq olmayan mәblәğ, “külli miqdar” dedikdә әlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan mәblәğ, “xüsusilә külli miqdar” dedikdә beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür. Mәhkәmә tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş hüquqi şәxslә barışmasını (59.1.12), cinayәt nәticәsindә dәymiş ziyanın könüllü olaraq tamamilә ödәnilmәsi (CM 59.1.13.); әmәlindәn sәmimi peşmanlıq çәkmәsini (CM-59.2) nәzәrә alır vә onun cәzasını yüngüllәşdirәn hallar kimi qiymәtlәndirir. Tәqsirlәndirilәn şәxs әmәlindә cәzanı ağırlaşdıran hallar müәyyәn edilmәmişdir. Mәhkәmә hesab edir ki, Tәqsirlәndirilәn şәxs cәza tәyin edilәrkәn törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, onun şәxsiyyәti, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar (müәyyәn edilmәmişdir), habelә tәyin olunacaq cәzanın tәqsirlәndirilәn şәxsin islah olunmasına tәsiri nәzәrә alınmalıdır. Belәliklә, mәhkәmәnin gәldiyi qәnaәtә görә, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs Cinayәt Mәcәllәsinin 177.2.2 vә 177.2.4-cü maddәlәri ilә tәqsirli bilinib mәhkum edilmәli, törәtdiyi cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, şәxsiyyәti, cәzanı yüngüllәşdirәn halların olması, ağırlaşdıran halların olmaması, habelә tәyin olunmuş cәzanın onun islah olunmasına vә ailәsinin hәyat şәraitinә tәsiri nәzәrә alınmaqla ona tәqsirli bilindiyi maddәnin sanksiyasında nәzәrdә tutulan azadlığın mәhdudlaşdırılması növündә cәza tәyin edilmәli, hәmin mәcәllәnin 69.3-cü maddәsinә әsasәn tutulduğu vә hәbsdә olduğu müddәt azadlığın mәhdudlaşdırılması növündә cәzanın bir gününә iki gün hesabı ilә hesablanmaqla hәmin cәzadan çıxılmaqla qәti olaraq azadlığın mәhdudlaşdırılması cәzasına mәhkum edilmәli, öz davranışı ilә islah olunmasını sübut etmәk mәqsәdi ilә üzәrinә qanunla müәyyәn olunmuş vәzifәlәr qoyulmalı, barәsindә seçilmiş hәbs qәtimkan tәdbiri dәyişdirilәrәk “başqa yerә getmәmәk haqqında iltizam” qәtimkan tәdbiri ilә әvәz edilmәli, hәmin qәtimkan tәdbiri hökm qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn saxlanılmalı, maddi sübut 01(bir) әdәd DVD disk cinayәt işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddәsinә әsasәn azadlığın mәhdudlaşdırılması cәzası mәhkumun cәmiyyәtdәn tam tәcrid olunmadan yaşayış yeri üzrә nәzarәt altında saxlanılmasından ibarәtdir. Mәhkәmә azadlığın mәhdudlaşdırılması cәzası tәyin edilmiş mәhkumun yaşayış yerini (tamamilә vә ya günün müәyyәn vaxtlarında) vә müәyyәn әrazi hüdudlarını tәrk etmәsinә mәhdudiyyәt qoyur. 52-1.2-ci maddәsinә әsasәn azadlığın mәhdudlaşdırılması cәzasına mәhkum edilmiş şәxs aşağıdakı vәzifәlәri yerinә yetirmәlidir: 52-1.2.1. yaşayış yerini tamamilә vә ya günün müәyyәn vaxtlarında tәrk etmәmәk; 52-1.2.2. elektron nәzarәt vasitәsini gәzdirmәk vә hәmin vasitәnin işlәk vәziyyәtdә saxlanılması üçün ona xidmәt etmәk; 52-1.2.3. mәhkәmәnin müәyyәn etdiyi әrazi hüdudlarını tәrk etmәmәk; 52-1.2.4. müvafiq mәhkәmә qәrarı olmadan yaşayış yerini dәyişdirmәmәk, habelә cәzanın icrasına nәzarәt edәn orqanı iş vә ya tәhsil yerinin dәyişdirilmәsi barәdә әvvәlcәdәn mәlumatlandırmaq. 52-1.3-cü maddәsinә әsasәn mәhkәmә mәhkum üçün aşağıdakı әlavә vәzifәlәr müәyyәn edә bilәr: 52-1.3.1. kütlәvi vә digәr tәdbirlәr tәşkil etmәmәk vә ya belә tәdbirlәrdә iştirak etmәmәk; 52-1.3.2. mәhkәmәnin müәyyәn etdiyi әrazi hüdudları daxilindә müәyyәn yerlәrә getmәmәk; 52-1.3.3. alkoqolizmdәn, narkomaniyadan, toksikomaniyadan vә ya zöhrәvi xәstәliklәrdәn müalicә kursu keçmәk; 52-1.3.4. mәhkumun islah olunmasına kömәk edәn digәr vәzifәlәr. Mәhkәmә hesab edir ki, Tәqsirlәndirilәn şәxs azadlığın mәhdudlaşdırılması cәzasını yaşayış yerindә Neftçala rayonu, Hәsәnabad qәsәbәsi ünvanında çәkmәli, tәyin edilmiş azadlığın mәhdudlaşdırılması cәzasını çәkmәsinin әvvәli Tәqsirlәndirilәn şәxs cәzanı icra edәn orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cәza çәkdiyi bütün dövr әrzindә Tәqsirlәndirilәn şәxs elektron nәzarәt vasitәsi tәtbiq edilmәli, Tәqsirlәndirilәn şәxs tәyin edilmiş azadlığın mәhdudlaşdırılması cәzasını çәkdiyi dövrdә onun davranışına nәzarәt edәn orqana mәlumat vermәdәn yaşayış yerini hәr gün saat 23:00-dan saat 07:00-dәk olan vaxt әrzindә tәrk etmәmәk, tәtbiq olunan elektron nәzarәt vasitәsini gәzdirmәk vә hәmin vasitәnin işlәk vәziyyәtdә saxlanılması üçün ona xidmәt etmәk, Neftçala rayonu әrazisini tәrk etmәmәk, müvafiq mәhkәmә qәrarı olmadan yaşayış yerini dәyişdirmәmәk, işlәyib vә ya tәhsil alacağı halda bu barәdә cәzanın icrasına nәzarәt edәn orqanına mәlumat vermәklә cәzanın icrasına nәzarәt edәn orqanı iş vә ya tәhsil yerinin dәyişdirilmәsi barәdә әvvәlcәdәn mәlumatlandırmaq vәzifәsi tapşırılmalı, Tәqsirlәndirilәn şәxs tәyin edilmiş azadlığın mәhdudlaşdırılması cәzasının icrası vә onun davranışına nәzarәti hәyata keçirmәk yaşayış yeri üzrә probasiya idarәsinә hәvalә edilmәlidir. Tәqsirlәndirilәn şәxs müdafiәçinin xidmәtini ödәmәk üçün kifayәt qәdәr vәsaiti olmadığından mәhkәmәnin qәrarına әsasәn onun hüquqlarının mәhkәmәdә müdafiәsi üçün Bakı şәhәri ** saylı Vәkil bürosunun vәkili Müdafiәçi müdafiәçi tәyin edilmişdir. Tәqsirlәndirilәn şәxs mәhkәmә iclaslarında hüquqlarını müdafiә etmәk üçün cinayәt işi materialları ilә tanış olmaqla birlikdә müdafiәçi 25 (iyirmi beş) saat vaxt sәrf etmişdir. Azәrbaycan Respublikası CPM-nin 193.2-ci maddәsinә uyğun olaraq, şübhәli vә ya tәqsirlәndirilәn şәxsin müdafiәçinin xidmәtlәrini ödәmәyә kifayәt qәdәr vәsaiti yoxdursa vә müdafiәçinin cinayәt prosesindә iştirakı bu Mәcәllәnin 92.3-cü maddәsindә nәzәrdә tutulmuş hallarda tәmin olunmalıdırsa, cinayәt prosesini hәyata keçirәn orqan hәmin şәxsә hüquqi yardımın göstәrilmәsini Azәrbaycan Respublikasının dövlәt büdcәsi vәsaiti hesabına tәmin etmәlidir. Hәmin Mәcәllәnin 193.5-ci maddәsinә әsasәn Mәcәllәnin 193.2-193.4-cü maddәlәrindә nәzәrdә tutulmuş hallarda hüquqi yardım müdafiәçinin tәqdim etdiyi hesabat әsasında hәr iş saatı üçün Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi miqdarda vәkillәrin müvafiq әrazi qurumu vasitәsilә ödәnilir. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrәli Qәrarı ilә “Müdafiәçilәrә, tәrcümәçilәrә, mütәxәssislәrә vә ekspertlәrә ödәnilmәli olan mәblәğlәrin miqdarı haqqında” Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli ** nömrәli qәrarında dәyişiklik edilmiş, Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin müvafiq maddәlәrindә nәzәrdә tutulmuş hallarda hüquqi yardımın göstәrilmәsinә görә müdafiәçiyә hәr iş saatı üçün ödәnilәn haqqın mәblәği artırılaraq 06 manat müәyyәn edilmişdir. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli ** nömrәli qәrarının 1-ci bәndinә vә hәmin qәrara dәyişiklik edilmәsi haqqında ## ##### 2025-ci il tarixli qәrarına әsasәn Azәrbaycan Respublikası CPM-nin 193.2-cü maddәsindә nәzәrdә tutulmuş hallarda hüquqi yardımın göstәrilmәsinә görә müdafiәçiyә ödәnilәn haqq hәr iş saatı üçün 11 manat mәblәğindә müәyyәn edilir. İş üzrә ekspertiza xәrci, xüsusi müsadirә edilәcәk әmlak vә mülki iddia yoxdur. Mәhkәmәnin gәldiyi nәticәlәr yalnız mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara әsaslanır, bu sübutlar ittihamın qiymәtlәndirilmәsi üçün kifayәt edir vә mәhkәmәnin müәyyәn etdiyi hallar onun tәdqiq etdiyi sübutlara uyğun gәlir. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddәlәrini rәhbәr tutaraq, mәhkәmә H Ö K M E T D İ: Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikasının CM-nin 177.2.2 vә 177.2.4-cü maddәlәri ilә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinsin vә ona 03 (üç) il müddәtә azadlığın mәhdudlaşdırılması cәzası tәyin edilsin. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 69.3-cü maddәsinә Tәqsirlәndirilәn şәxs ## ### 2025-ci il tarixdәn ## ### 2025-ci il tarixәdәk tutulduğu 02(iki) gün müddәt, ## ###### 2026-cı il tarixdәn ## #### 2026-cı il tarixәdәk hәbsdә olduğu 02(iki) ay 06 (altı) gün müddәt, ümumilikdә 02 (iki) ay 08 (sәkkiz) gün müddәt azadlığın mәhdudlaşdırılması növündә cәzanın müddәtinә bir günә iki gün hesabı ilә hesablanmaqla- 04 (dörd) ay 16 (on altı) gün müddәt ona tәyin olunmuş 03 (üç) il müddәtә azadlığın mәhdudlaşdırılması cәzasından çıxılsın vә üzәrindә qәti olaraq 02 (iki) il 07 (yeddi) ay 14 (on dörd) gün müddәtinә azadlığın mәhdudlaşdırılması cәzası saxlanılsın. Tәqsirlәndirilәn şәxs yaşadığı Neftçala rayonu, Hәsәnabad qәsәbәsi ünvanını axşam saat 23:00-dan sәhәr saat 07:00-dәk tәrk etmәmәk, elektron nәzarәt vasitәsini gәzdirmәk vә hәmin vasitәnin işlәk vәziyyәtdә saxlanılması üçün ona xidmәt etmәk, Neftçala rayonu әrazisini tәrk etmәmәk, mәhkәmә qәrarı olmadan yaşayış yerini dәyişdirmәmәk, cәzanın icrasına nәzarәt edәn orqanı iş vә ya tәhsil yerinin dәyişdirilmәsi barәdә әvvәlcәdәn mәlumatlandırmaq vәzifәlәrini yerinә yetirsin. Hökmün icrasına nәzarәt Tәqsirlәndirilәn şәxs yaşayış yeri üzrә Neftçala rayon İcra vә Probasiya şöbәsinә hәvalә edilsin. Tәqsirlәndirilәn şәxs cәzasını çәkmәsinin әvvәli onun cәzanı icra edәn orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Tәqsirlәndirilәn şәxs barәsindә seçilmiş hәbs qәtimkan tәdbiri dәyişdirilәrәk “başqa yerә getmәmәk haqqında iltizam” qәtimkan tәdbiri ilә әvәz edilsin vә o, dәrhal mәhәmә iclas zalından hәbsdәn azad edilsin. Tәqsirlәndirilәn şәxs barәsindә seçilmiş “başqa yerә getmәmәk haqqında iltizam” qәtimkan tәdbiri hökm qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn saxlanılsın. Maddi sübut - 01(bir) әdәd DVD disk cinayәt işi materiallarında saxlanılsın. Tәqsirlәndirilәn şәxs mәhkәmәdә hüquqlarını müdafiә etmiş Bakı şәhәri ** saylı Vәkil bürosunun vәkili Müdafiәçi 25 (iyirmi beş) saat üçün nәzәrdә tutulan 275 (iki yüz yetmiş beş) manat pul ödәnilsin. Hökmdәn elan olunduğu andan 20 (iyirmi) gün müddәtindә Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsi vasitәsi ilә Bakı Apellyasiya Mәhkәmәsinә apellyasiya şikayәti vә apellyasiya protesti verilә bilәr. Hökmdәn protest vә şikayәt verilmәdikdә 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvәyә minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-416/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-416/2025
13.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver