Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-417/2024 12.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə hazıqlıq iclasında ilkin dinləmələr keçirərək məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyədək istintaq zamanı istintaq orqanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs qızı X3 Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 214 nömrəli orta məktəbə ingilis dili müəllimi vəzifəsinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2023-cü ilin iyul ayının əvvəllərində ilkin olaraq 5.000 manat və 10 iyul 2023-cü il tarixdə 10.000 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Sakit Qocayev küçəsində yerləşən “Heydər Əliyev” adına istirahət parkında vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs cəmi 15.000 manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İlkin dinləmələri keçirib və cinayət işi materiallarını yoxlayıb məhkəmə hesab edir ki, ibtidai araşdırma aparılarkən cinayət işi üzrə cinayət prosessual qanunvericiliyinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CPM-in 303.3-cü maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı X5 vəsatət verərək göstərmişdir ki, həmin cinayət işi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 tərəfindən 07 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış, ibtidai istintaqı həmin müstəntiq tərəfindən tamamlanmış və ittiham aktı 26 aprel 2024-cü il tarixdə tərtib edilməklə, 30 aprel 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroru baş ədliyyə müşaviri İbrahim Ləmbəranski tərəfindən təsdiq edilib, baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin hazırlıq iclasında Təqsirləndirilən şəxs təkidlə zərərçəkmiş şəxsdən ittihamda göstərilən məbləğləri Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Urfa” restoranının qarşısında aldığını, ibtidai istintaq zamanı da qeyd olunan xüsusatı ifadəsində bildirdiyini, cinayət işinin törədildiyi yerin düzgün müəyyən edilmədiyini və ibtidai istintaq və məhkəmə aidiyyətinin pozulduğunu bildirmiş, zərərçəkmiş şəxs isə sonuncu dəfə 10.000 manat pulu təqsirləndirilən şəxsə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Heydər Əliyev” parkında verdiyini bildirmişdir. Sabunçu Rayon Məhkəməsi təqsirləndirilən şəxsin iddia etdiyi halın araşdırılması məqsədi ilə müvafiq sorğular vermiş, "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, 10 iyul 2023-cü il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları həmin gün onun saat 12:06-dan 13:24-dək Bakı şəhəri, Xətai rayonu ərazisində olduğunu göstərmişdir. "xxxx" MMC tərəfindən verilmiş məlumatlardan görünür ki, 10 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları ilə onun günün əksər hissəsində Bakı şəhəri, Xətai rayonu ərazisində olması, Şahid4 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları ilə onun da 10 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində olmaması, günün müəyyən hissələrində Bakı şəhəri, Xətai rayonu, müəyyən hissəsində isə Bakı şəhəri, Suraxanı rayonu ərazisində olması müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş məlumatlardan görünür ki, 10 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş və “Azərfon” mobil operatorundan “Azərcell” mobil operatoruna yönləndirilmiş ***-***-**-** mobil nömrənin anten məlumatları ilə onun həmin tarixdə günün əksər hissəsini Bakı şəhəri, Xətai rayonu ərazisində olması, Bakı şəhəri, Sabunçu rayonu ərazisində ümumiyyətlə olmaması müəyyən edilmişdir. Göstərilənlərə əsasən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırlıq iclasının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Xətai Rayon Məhkəməsində iş üzrə keçirilmiş hazırlıq iclasında müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanım pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi vahid qəsdlə əhatə olunan dələduzluq cinayəti Sabunçu RPİ-nin fəaliyyət dairəsinin hüdudlarından kənar ərazidə, yəni Bakı şəhəri, Xətai rayonu ərazisində başa çatdığı müəyyən olunmuş, bu xüsusat isə ibtidai istintaq zamanı araşdırılmamışdır. Belə olan halda Sabunçu RPİ-nin müstəntiqi X1 ibtidai araşdırmanı aparmaq üçün lazımi səlahiyyətlərə malik olmamışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ilə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 barəsində xüsusi qərar çıxarılaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisi vəsatətin təmin edilməsini xahiş etmişdir. "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, 10 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları həmin gün onun ümumiyyətlə Bakı şəhəri, Sabunçu rayonu ərazisində olmadığını, saat 12:06-dan 13:24-dək Bakı şəhəri, Xətai rayonu ərazisində olduğunu göstərmişdir. "xxxx" MMC tərəfindən verilmiş məlumatlardan görünür ki, 10 iyul 2023- cü il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları ilə onun həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində olmaması, günün əksər hissəsində Bakı şəhəri, Xətai rayonu ərazisində olması, Şahid4 istifadəsində olmuş ***-***- **-** mobil nömrənin anten məlumatları ilə onun da 10 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində olmaması, günün müəyyən hissələrində Bakı şəhəri, Xətai rayonu, müəyyən hissəsində isə Bakı şəhəri, Suraxanı rayonu ərazisində olması müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş məlumatlardan görünür ki, 10 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş və “Azerfon” mobil operatorundan “Azercell” mobil operatoruna yönləndirilmiş ***-***-**-** mobil nömrənin anten məlumatları ilə onun həmin tarixdə günün əksər hissəsini Bakı şəhəri, Xətai rayonu ərazisində olması, Bakı şəhəri, Sabunçu rayonu ərazisində ümumiyyətlə olmaması müəyyən edilmişdir. Göründüyü kimi iş üzrə hadisə yerinə baxış ,şahidlərin dindirilməsi və düzgün ittiham aktının tərtib edilməsi zərurəti var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəllənin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir: 207.5.3. məlumatı istintaq aidiyyəti üzrə göndərmək. Həmin Məcəllənin 213.1.2-ci maddəsinə əsasən cinayət onun fəaliyyət dairəsinin hüdudlarından kənar ərazidə törədildikdə təhqiqatçı və ya müstəntiq cinayət işini başlamadan törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı istintaq aidiyyəti üzrə göndərə bilər. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, müstəntiq və ya təhqiqatçı özü-özünə etiraz etməlidir. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun. 109.1.2. hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda. Həmin Məcəllənin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.3. məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması(bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün). 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; Göründüyü kimi, ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə Xətai Rayon Polis İdarəsi tərəfindən aparılmalı olduğu halda, Sabunçu RPİ-nin müstəntiqi X1 tərəfindən aparılmış, onun ibtidai araşdırmanı aparmaq üçün lazımi səlahiyyətlərə malik olmamış, məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması müəyyən olunmuşdur. Bundan başqa CPM-nin 289.3.1-ci maddəsinin müddəaları pozulmuş və cinayətin törədildiyi yer düzgün göstərilməmişdir. Həmçinin CPMnin 289.4-cü maddəsinin müddəaları pozularaq verilmiş ittihamın təsviri düzgün əks etdirilməmişdir. Qeyd olunanlar isə, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntudur. Bu səbəbdən məhkəmə hesab edir ki, dövlət ittihamçısı X4 vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.1 ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. İş materiallarından məlum olur ki, bu iş üzrə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vaxtında çağırışlara gəldiyindən barəsində qətimkan tədbiri seçilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 307.1–ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır.Yuxarıda göstərilən Qanunvericiliyə əsasən müstəntiq barəsində xüsusi qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 298-300, 303, 306.1.3cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Dövlət ittihamçısı X4 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu Rayon Prokurorluğuna qaytarılsın. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-417/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-417/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver