Məhkəmə qərarları › İş №1(011)-418/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-418/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-418/2022 30.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tanışı Şahid1 vasitəsi ilə 29 aprel 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində Şahid3 30 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə təmiz çəkisi 1,030 qram olan narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 29 aprel 2022-ci il tarixdə saat 14:30 radələrində tanışı Şahid2 və Şahid1lə birlikdə ünvan 2 ünvanında saxlanılıb, ünvan 3tai RPİ-nin inzibati binasına gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 1,030 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla alınmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Türkan qəsəbəsində parnik məhsullarını “Qazel” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobillə bazara daşıyaraq pul qazanır və ailəsini dolandırır. Narkotik vasitə olan heroindən 4-5 ay olar ki, arabir istifadə etmişdir. Şahid2 və Şahid1 uşaqlıqdan tanımış, sonuncular onun qonşularıdır. Kənan və Zamiq də onun kimi arabir narkotik vasitə istifadə edirlər. Narkotik vasitələri adətən tanımadığı, adlarını və anket məlumatlarını bilmədiyi şəxslərdən alaraq istifadə etmişdir. 29 aprel 2022-ci il tarixdə Zamiq ona zəng vuraraq dəmir daşımaq üçün onun idarə etdiyi “Qazel” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyacı olduğunu bildirmişdir. O da Zamiqlə razılaşdıqdan sonra saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsində Zamiqlə görüşmüşdür. Zamiqlə görüşən zaman digər tanışı Kənanın da Zamiqin yanında olduğunu görmüşdür. Zamiq və Kənan onun idarə etdiyi avtomobilə əyləşmişlər və avtomobildə olan zaman onlar narkotik vasitə istifadə etmək qərarına gəlmişlər. Lakin heç birində narkotik vasitə olmadığı üçün Zamiq onlara narkotik vasitə satan Fərid adlı tanışının olduğunu və birlikdə pul qoyub narkotik vasitə alaraq istifadə etməyi təklif etmişdir. Hərəsi 30 manat qoymaqla 90 manat pul qoymuşlar. Bundan sonra Zamiq onun istifadə etdiyi mobil nömrədən tanışı Fəridin istifadəsində olan mobil nömrəyə zəng edərək sonuncudan narkotik vasitə olan heroin satmasını istəmişdir. Təxminən 30 dəqiqə sonra Fərid onun mobil nömrəsinə zəng edərək narkotik vasitənin hazır olduğunu və gəlib götürməsini istəmişdir. Bundan sonra onlar NZS qəsəbəsində yerləşən poçtun yaxınlığına getmişlər və orada Zamiq Fəridlə görüşərək sonuncuya 90 manat pul verib siqaret qutusunun içərisinə qoyulmuş narkotik vasitə olan heroini götürmüşdür. Zamiq Fəriddən narkotik vasitəni götürdükdən sonra onlar oradan uzaqlaşmışlar. Fəriddən aldığı 03 ədəd bükümdə olan narkotik vasitəni üçü arasında bölərək ciblərinə qoymuşlar. Bundan sonra onlar həmin gün saat 14:30 radələrində ünvan 5 ünvanından keçən zaman bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onları Xətai RPİ-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişlər. Onlar polis idarəsində ayrı-ayrı otaqlara keçmiş və orada ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, "xxxx" MMC-yə məxsus ***-***-**- ** saylı mobil nömrəni istifadə etmiş və Zamiq Fəridin istifadəsində olan mobil nömrəyə həmin nömrə ilə zəng vurmuşdur. Daha sonra təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, iki azyaşlı uşağının olmasını, səmimi etirafını və ilk dəfə cinayət törətdiyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs ilə dəmir alqı-satqısı ilə məşğul olaraq sonuncuya köməklik etmişdir. Vüqar “Qazel” markalı avtomobil sürücüsüdür və onlar aldıqları metalları sonuncunun yük avtomobili ilə daşımışlar. xx.xx.2022-ci il tarixdə Zamiqlə birlikdə olan zaman Zamiq Vüqara zəng vuraraq dəmir daşımaq üçün sonuncunun idarə etdiyi “Qazel” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyaclarının olduğunu bildirmişdir. Vüqar da Zamiqlə razılaşdıqdan sonra həmin gün saat təxminən 14 radələrində Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsində Vüqarla görüşmüşlər. Onlar Vüqarın idarə etdiyi avtomobilə əyləşmişlər və yolda onlar narkotik vasitə istifadə etmək qərarına gəlmişlər. Lakin, heç birində narkotik vasitə olmadığı üçün Zamiq narkotik vasitə satan Fərid adlı tanışının olduğunu və birlikdə pul qoyub narkotik vasitə alaraq istifadə etməyi təklif etmişdir. Buna görə də o hərəsi 30 manat qoyaraq ümumilikdə 90 manat düzəltmişlər. Bundan sonra Zamiq Vüqarın istifadə etdiyi mobil nömrədən tanışı Fəridin istifadəsində olan mobil nömrəyə zəng edərək sonuncudan narkotik vasitə olan heroin satmasını istəmişdir. Fərid isə telefonda Zamiqə özünün sonuncu ilə əlaqə saxlayacağını demişdir. Təxminən 30 dəqiqə sonra Fərid Vüqarın mobil nömrəsinə zəng edərək narkotik vasitənin hazır olduğunu və gəlib götürməsini demişdir. Bundan sonra onlar NZS qəsəbəsində yerləşən poçtun yaxınlığına getmişlər və orada Zamiq Fəridlə görüşərək sonuncudan 90 manat pul verib siqaret qutusunun içərisinə qoyulmuş 03 ədəd bükümdə narkotik vasitə olan heroini götürmüşdür. Zamiq Fəriddən narkotik vasitəni götürdükdən sonra onlar oradan uzaqlaşmışlar. Fəriddən aldıqları 03 ədəd bükümdə olan narkotik vasitəni üçü arasında bölərək adama bir büküm olmaqla ciblərinə qoymuşlar. Bundan sonra onlar həmin gün saat 14:30 radələrində ünvan 5 ünvanından keçən zaman bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onları Xətai RPİ-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişlər. Orada üzərlərində olan narkotik vasitələr aşkar edilmiş və sənədləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Xətai rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı rütbəsi daşıyır. Xətai rayonunun inzibati ərazisində, UPD qəsəbəsində yaşayan Zamiq adlı şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsinə yollanmışlar. Həmin gün saat 14:30 radələrində R.Bağırov küçəsi 36 ünvanın qarşısında onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən şəxsiyyətini soruşmuşlar. Həmin şəxs də özünün Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Zamiq yanında əlavə olaraq iki şəxs də olmuşdur. Onlar həmin şəxslərdən də özlərini təqdim etməsini istəyən zaman həmin şəxslərdən biri özünün Şahid2, digər isə Təqsirləndirilən şəxs olmalarını bildirmişlər. Vüqar və Kənanın da hərəktlərində özlərini şübhəli apardıqlarından Vüqar və Kənana da narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək sonuncuları Xətai RPİ-nə dəvət etmişlər. Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs onlarla birlikdə polis idarəsinə getməyə razılıq vermiş və birlikdə polis idarəsinə yollanmışlar. Polis idarəsinin inzibati binasında olan zaman Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün 13 saylı vəkil bürosundan vəkil dəvət olunmuşdur. Vəkil polis idarəsinə gəldikdən sonra xidməti otaqda xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülü masanın üzərinə qoymuşdur. Həmin bükülünün içərisinə baxdıqda içərisindən tünd qəhvəyi maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki narkotik vasitə olan heroindir və həmin heroini üçü də birlikdə 30 manat pul yığmaqla ümumilikdə 90 manat pul toplayıb Zamiqə vermişlər və Zamiq tanışı Fərid adlı şəxsdən ümumilikdə 3 qram heroin almışdır. Onun payına 1 qram heroin düşmüş və o, həmin heroini öz istifadəsi üçün üzərində gəzdirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroin elektron tərəzi vasitəsilə çəkilmiş və heroninin miqdarının 1.2 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs götürülmüş heroin qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmə iclasında dindirilən Şahid5 ifadəsi iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq şahidlər Mirzə- zadə Fərid İbrahim oğlunun və X2 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ifadəsi Şahid2 ifadəsi ilə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 29 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükülmüş bükümdə olan maddənin elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1.2 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022ci il tarixli, 6/2498 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,030 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir (Tədqiqatlardan sonra qalıq 0.960). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsinin 27 may 2022-ci il tarixli, 2818 saylı rəyinədən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,030 qram olmuş narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,960 qram narkotik vasitə heroinin saxlanılması üçün Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd disk isə iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai rayon məhkəməsinin 01 may 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan 01 may 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halarlın mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,960 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,960 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar