Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-418/2023 07.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhəri rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda olarkən zirzəmidə katalizatorların olmasını görmüş və 25 fevral 2023-cu il tarixdə saat 04 radələrində həmin ünvana gələrək daş hasardan həyətə keçib, kilidi olmayan zirzəminin qapısını açaraq qanunsuz olaraq zirzəmiyə daxil olub oradan Zərərçəkmiş şəxs məxsus cəmi 2.933 manat dəyərində 04 ədəd "BMW E34" markalı, 27 fevral 2023-cu il tarixdə saat 04 radələrində cami 2.500 manat dəyərində 05 eded "BMW F10" markalı, 01 mart 2023-cu il tarixdə saat 04 radələrində cəmi 600 manat dəyərində 04 ədəd "Hyundai" markalı dizel, 580 manat dəyərində 01 ədəd "Volkswagen Jetta" markalı, 02 mart 2023-cü il tarixdə saat 04 radələrində cəmi 400 manat dəyərində 02 ədəd "Chevrolet Cruze" markalı, cami 750 manat dəyərində 02 ədəd "Opel" markalı və 04 mart 2023-cü il tarixdə saat 04 radələrində cəmi 8.000 manat dəyərində 08 ədəd "BMW" markalı avtomobillər üçün keramika materialından olan katalizatorları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 15.763 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən istintaq zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 289-cu maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materialına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Cinayət işinin materiallarında olan Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin 07 mart 2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi 46 ünvanda Zərərçəkmiş şəxs məxsus katalizatorları oğurlamış Təqsirləndirilən şəxs və Şahid1 saxlanılmışdır. Bundan başqa hadisənin baş verdiyi küçədə müşahidə kameralarının olması müəyyən edilmiş və kameralarda qeydə alınmış görüntülər bir ədəd diskə köçürülərək götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs və Şahid1 izahatlarının alınması üçün təqdim olunur.(Qoşma: Bir ədəd disk).(i.v13) Tərtib edilmiş ittiham aktında qeyd olunan diskə baxış keçirilməsi qeyd olunsa da, lakin iş materillarında həmin disk müəyyən edilməmişdir.(həmin görüntülər 07 mart 2023-cü il tarixində götürülsə də, müstəntiq C.Əsgərov tərəfindən 02 ay sonra yəni, 11 may 2023-ü il tarixində baxış keçirilmişdir). Qeyd olunan görüntülər obyektiv məhkəmə baxışının aparılması və iş üzrə ədalətli qəbul edilməsi üçün zəruri hesab edilir. Belə ki, ilkin olaraq cinayət işinin başlanması haqqında qərar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə başlanmış, sonradan Təqsirləndirilən şəxs əlavə ifadə verməsinin bildirdikdən sonra, “Samsunq” markalı mobil telefona baxış keçirilmiş, iş üzrə müstəntiq C.Əsgərov təqsirləndirilən şəxs Şahid1 Azərbaycan Respublikası Cinayət Prosessua Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin 07 mart 2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid1 cinayət yolu ilə ələ keçirdiyi katalizatorları almış Şahid2 müəyyən edilərək saxlanılmışdır. Bundan başqa hadisə yerinin yaxınlığında olan müşahidə kiameralarında qeydə alınmış görüntülər bir ədəd diskə köçürülərək götürülmüşdür. Odur ki, X1 ifadəsinin alınması üçün təqdim olunur.(qoşma bir ədəd DVD disk)(i.v 64) Göstərilən disk cinayət işi materillarına əlavə edilməmiş, ümumiyyətlə həmin xüsusatla bağlı cinayət işinin materillarında heç bir münasibət göstərilməmişdir. Belə ki, cinayət işi materillarına əsasən Təqsirləndirilən şəxs oğurladığı katalizatorları Sumqayıt şəhərində Şahid2 satdığını bildirmiş, lakin Şahid2 isə tək Sumqayıt şəhərində yox, həmçinin Bakı şəhəri 20 Yanvar metrostansiyası yaxınlığında da görüşdüklərini və katalizator almasını bildirmişdir. Həmçinin Şahid2 ifadəsində Təqsirləndirilən şəxs eyni taksi ilə gəlməsini qeyd etmiş, təqsirləndirilən şəxs isə hər dəfə tanımadığı fərqli taksilərlə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilkin izahatında, şübhəli şəxs qismində dindirilməsi və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarında 6 ədəd katalizator oğurladığını bildirmiş(sonradan əlavə təqsirləndirilən şəxs qismində dindirilmə protokolunda 26 ədəd katalizator oğurlamasını bildirmişdir), Şahid2 Təqsirləndirilən şəxs 26 ədəd katalizator almasını bildirmişdir. Məhkəmə hesab edir ki, göstərilən xüsusat üzrə hər tərəfli, tam, obyektiv məhkəmə baxışının keçirilməsi üçün qeyd edilən görüntülər əhəmiyyətə malikdir. Həmçinin Təqsirləndirilən şəxs Şahid2 katalizatorları satması ilə bağlı hər hansısa TŞ görüntülərinin əldə edilməsi ilə bağlı heç bir sorğu verilməmiş, sadəcə olaraq taksi sürücülərinin və katalizatorları əlavə kimə satması ilə bağlı əməliyyat tapşırığı verilməklə kifayətlənilmişdir. 11 may 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin disk "DVD" formatlıdır, disk açıldıqda içərisində 04 ədəd fayıl aşkarlandı, həmin fayıllar "mp4" formatlarıdır, 04 ədəd "mp4" formatları özündə görüntüləri əks etdirir, belə ki, 01-ci görüntü 13 saniyə, 02-ci görüntü 12 saniyə, 03-cü görüntü 13 saniyə, 04-cü görüntü isə 16 ibarətdir. Həmin görüntülər 04 mart 2023-cü il tarixde gece saatlarında qeydə alınmışdır. Birinci görüntüdə 9-cu Əhmədli küçəsi ilə iki nəfər şəxs piyada hərəkət edir, həmin şəxslər kişi cinslidir. onların hər ikisinin başında papaq, əllərində isə hər birinin bir ədəd torba vardır, ikinci görüntüdə həmin şəxslər piyada hərəkət edirlər, əllərində isə heç bir əşya yox idi, üçüncü görüntüdə həmin şəxslər birinci görüntüdə çıxdıqları yer istiqamətində gedirlər, əllərində isə heç bir əşya yoxdur, döründcü görüntüdə həmin şəxslər piyada küçə ilə gedirlər, əllərində heç bir əşya yoxdur. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin şəxslərin biri özü, digəri isə qardaşı Cəsarətdir, görüntüdə əlləri boş olan zaman Xəlil Allahverdiyevin yaşadığı evin yaxınlığına gəlirlər, orada yere qoyduğu Zərərçəkmiş şəxs yaşadığı evin zirzəmisindən oğurladığı katalizatorları qardaşı Cəsarətə göstərib sonuncunun kömək etməsi üçün tanışının verməsini deyərək aldatmış, görüntü Xəlilin yaşadığı evdən uzaq məsafədə qeydə alınmış. Şahid1 də görüntüdə olan şəxslərdən birinin o, digər şəxsin isə qardaşı Ceyhun olmasını, qardaşının onu aldadıb oraya gətirməsini, həmin vaxt qardaşının katalizatorları oğurlamasından məlumatı olmadığını bildirmişdir. Həmin diskə baxış keçirilən zaman işüçün əhəmiyyət kəsb edən hallar aşkar edilmədi. Bir ədəd DVD formatlı disk sübut əhəmiyyəti digar kasb etdiyindən qablaşdırılaraq cinayət işinəəlavə edildi (i.v177-178) 11 may 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin protokol Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X3 tərəfindən Təqsirləndirilən şəxs ve 13 saylı vəkil bürosunun vəkili X4 iştirakı ilə Təqsirləndirilən şəxsa məxsus bir ədəd "Samsung" markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon qara rənglidir, mobil telefonun üzərində bir ədəd nömrə vardır, “WhatsApp” yazılmış programa daxil olduqda "Cəsi Qaqaş" yazılmış istifadəçinin səhifəsinə daxil olduqda 04 mart 2023-cü il tarixdə saat 03:51 dəqiqədə Təqsirləndirilən şəxs "Cəsi Qaqaş" adlı istifadəçiyə 4 dəfə zəng etmiş, 4-cü zəngdə onlar 37 saniyə danışmışdır. Bundan sonra Şahid1 "Cəsi Qaqaş" adlı istifadəçiyə "hardasan, gəlirsən, konum atıram, konuma gəl, gözləyirəm" məzmunlu mesajlar yazmış və olduğu yerin məkanını göndərmişdir. Bundan başqa mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilmədi.(i.v 191-193)(həmin şəkillərdə yalnız 3 dəfə zəng edildiyi, mobil telefona baxış protokolunda 04 mart 2023-cü il tarix qeyd olunsa da lakin qeyd olunan şəkillərdən həmin tarix müəyyən edilmir, həmçinin protokolda “Samsunq” markalı telefona baxış keçirilməsi gösərilsə də, baxış aparılan telefonun markası müəyyən edilmir. Qeyd edilən şəkillərə nəzər saldıqda Təqsirləndirilən şəxs tərəfindən "Cəsi Qaqaş" adlı istifadəçiyə zəng edildiyi yox, "Cəsi Qaqaş" adlı istifadəçidən Təqsirləndirilən şəxs adlı istifadəçiyə zəng edildiyi müəyyən edilmişdir. Belə ki, protokoldan və əlavə edilmiş şəkillərdən Təqsirləndirilən şəxs məxsus telefona baxış keçirildiyi və “WhatsApp” yazılmış programa daxil olduqda "Cəsi Qaqaş" yazılmış istifadəçinin səhifəsinə daxil olduqda 4 dəfə zəng etmək işarəsi yox(zəng etmək işarəsi “WhatsApp” proqramında zənglər bölümündə əks olunur və gedən zəng-ox işarəsi yuxarı və “cavablandırılmayb” yazısı əks olunur), buraxılmış səsli zəng-qırıq ox yuxarı işarəsi əks olunmuşdur. Qeyd olunan sonuncu işarə ona dəlalət edir ki, Ceyhun Alllahverdiyev tərəfindən yox, əksinə ona “Cəsi Qaqaş” adlı istifadəcidən zəng olunmasını müəyyən edir. Qeyd edlən xüsusat isə həmin protokolun doğruluğunu şübhə altına alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 141.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən ümumi məlum olan faktlar(CPM141.1.1.), müasir elmdə, texnikada, incəsənətdə və digər sahələrdə ümumi qəbul edilmiş təhqiqat metodlarının düzgünlüyü(CPM141.1.2.) sübut edilmiş hesab olunur. Məhkəmə əalvə olaraq qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əalvə dindirildikdən sonra onun “Samsunq” markalı telefonuna baxış keçirilmiş və qardaşı Şahid1 ilə aralarında “WhatsApp” proqramında olan yazşıma və zənglərin şəkilləri çəkilərək iş materillarına əlavə edilmiş və qeyd olunan yazışmalar əsas gətirilərək Şahid1 oğurlqudan xəbərinin olmaması və qardaşına sadəcə köməyə getməsi əsası ilə iştirakına xitam verilmişdir. Həmin protokolun maddi sübut qismində tanınması barədə sübutların qiymətləndilməsi qərarında heç bir münasibət bildirilməmişdir. Belə ki sübutların qiymətləndirilməsi qərarında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi,z şahid qismində dindirilmiş Şahid2 ifadələri, hadisə yerinə, diskə baxış, üzləşdirmə protokolları iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərar alınmışdır(i.v 213). Həmçinin mobil telefona baxış keçirilməsi protokolunda sadəcə olaraq Ceyhun Allahverdiylə “Cəsi Qaqaş” adlı istifadəçi arasında olan “WhatsApp” yazışmalarına münasibət bildirilmişdir. Halbuki Təqsirləndirilən şəxs ilkin izahat və ifadədələrində istifadəsində olan mobil telefonda olan sosial şəbəkələr vasitəsi ilə Şahid2 tanıdığını, daha sonra isə həmin telefon vasitəsi ilə onunla əlaqə saxladığını bildirmiş olmasına baxmayaraq qeyd edilənlərə bağlı heç bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Cinayət işi materillarında olan Təqsirləndirilən şəxs əlavə dindirilməsi protokolunda “...34-cü Polis şöbəsində bildirdim ki, hadisəni tək etmişəm, mənə videogörüntülər təqdim olundu, həmin görüntülərdə qardaşım yanımda idi və üzərimə qışqırdılar, o, cümlədən təzyiqlərə məruz qalmışam. Buna görə də polis əməkdaşlarından qorxaraq onların deməsi əsasında sonuncu dəfə oğurluğu qardaşımla etdiyimi bildirdim. Faktiki olaraq isə oğurluq etdikdən sonra qardaşımı oraya çağırmışam, videogörüntüdən aydın olur ki, qardaşım yalnız xx.xx.2023-cü il tarixdə yanımda olub və mən oğurluq etməyimi bildirməmişəm...” (i.v 226-231) Məhkəmə qeyd edilən xüsusat üzrə bildirmək istəyir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin müstəntiqi Ceyhun Əsgərova ilkin olaraq izahat vermiş və əlavə dindirilməsi protokolunda bildirdiyi kimi 34-cü PŞ-də yox Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi İŞ-də izahat vermişdir.(i.v 15-17) Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilmiş, lakin ona təzyiq edilməsi ilə bağlı heç bir məlumat bildirməmiş, həmçinin ona təzyiq göstərilməsi ilə bağlı prokurorluğa müraciət etməsini təsdiq edən heç bir sənədə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs ona təzyiq göstərilməsi ilə bağlı vermiş olduğu ifadəsi ilə bağlı müstəntiq Ceyhun Əsgərov tərəfindən 34-cü Polis şöbəsinə sorğu verilməmiş, göstərilən hal araşdırılmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-182/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, əməlindən peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahş etmişdir.(i.v137- 143) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-183/2023 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs Şahid1 özünü təqsirli bilərək, əməlindən peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir.(i.v144-150) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. (CPM13.1) , heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz(CPM 20.1). 24 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 əməlində cinayət tərkibi olmadığından onun təqsirləndirilən şəxs kimi iştirakına hissəvi xitam verilməsi və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci madddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. (i.v197-214). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur.(CPM39.3) Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır.(CPM55.2). Bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər (CPM56.0.2) Cinayət prosesini həyata keçirən orqan onun səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir.(CPM59.3.) Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun şəxsə izah edilməsi haqqında ayrıca protokol tərtib olunur.(CPM 62.2) Qeyd edilənlərə əsasən Şahid1 barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş olsa da, lakin onun pozulmuş hüquqları ilə əlaqədar olaraq vurulmuş ziyanın ödənilməsi hüququ ona izah edilməmiş, bu barədə protokol tərtib edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; təqsirləndirilən şəxsi səciyyələndirən hallar; zərər çəkmiş şəxsi səciyyələndirən hallar; təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə iclasında Dövlət ittihamçısı cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs və onun qardaşı Şahid1 ona ümumilikdə 32.000 manat zərər vurmuş, lakin müstəntiq qeyd edilən məbləği azaldaraq həmin məbləği 15.760 manat müəyyən etmişdir. O, cinayət işinin materialları ilə tam tanış olmamış, ona yalnız ilkin ifadələr təqdim olunaraq onlarla tanış edilmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini tək törətməmişdir. Bu səbəbdən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; təqsirləndirilən şəxsi səciyyələndirən hallar; zərər çəkmiş şəxsi səciyyələndirən hallar; təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilir. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı CPM-nin yaxırada qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən dövlət ittihamçısının və təqsirləndirilən şəxsin vəsatəti təmin edilməməlidir. Bundan əlavə, CPM-nin 306.1-ci və 306.2-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. 306.2.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtarmasını nəzərə alaraq hesab edir ki, “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 02 ay müddətinə uzadılmalıdır. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 10 (on) saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və 02(iki) ay həddində uzadılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 10 (on) saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Dövlət ittihamçısının və təqsirləndirilən şəxsin vəsatəti təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-418/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-418/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver