Məhkəmə qərarları › İş №1(011)-418/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-418/2024

28.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-418/2024 28.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov 52 ünvanında qeydiyyatda olan və barəsində "həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə narkotik vasitə heroini üzərində daşımaqla saxlamış, xx.xx.2024-cü il tarixdə saat 15:30-da ünvan 2 ünvanının qarşısında Xətai RPİ-nin NMBnin əməkdaşları tərəfindən saxlanılıb və ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci Polis şöbəsinə gətirilərək orada müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli idman şalvarının sol yan cibindən "Vincetr" markalı siqaret qutusunda 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,712 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özü “Paşa Holding”-də işləyir. “Paşa Bank”-dan kart sifariş etmiş, sifariş zamanı müvafiq məlumatlarını əlavə etmişdir ki, onun sifarişini evinə gətirsinlər. 051 *** ** ** saylı mobil nömrədən “Kapital bank” adından onun istifadəsində olan +994 99-345-03-55 nömrəsinə əvvəlcə zəng gəlmiş özünü kuryer kimi təqdim edərək kartı ünvana çatdırdıqlarını, onun da kartı götürməyini dedilər. “Ona kuryer demişdir ki, 59 nömrəli məktəbin arxasında onu gözləyir. Dedilər ki, çatdırılmanın pulunu veriblər siz təkcə şəxsiyyət vəsiqənizi götürüb gəlin. Paşa Bank” və “Kapital Bank” eyni sistem ilə işlədikləri üçün kuryer ona bildirdikdə ki, kart gətirib düşüb götürmüşdür. Kartı götürən zaman evinin yaxınlığında həbs edilmişdir. Onu ailəsi ilə hədələyiblər deyə boynuna almış, o narkotik vasitə daşımamışdır. Onu polis əməkdaşları döyməmişdir. O hesab edir ki, bu nömrənin sahibi polis əməkdaşıdır. Çünki, o təcridxanaya üstündə axtarış keçirilmədən aparılmışdır. Həmçinin bildirmişdir ki, telefonu onda olsa öz təqsirsizliyini sübut edəcəkdir. X6 1 dəfə atasına, 1 dəfə də, müdafiəçisinə üzərindən çıxan telefonu götürməklərini bildirmişdir. Ona bəraət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Ayrı-ayrı şəxslərdən narkotik vasitə alıb istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 20 yanvar ərazisində tanımadığı şəxsdən 80 manata narkotik vasitə heroin alıb üzərində saxlamışdır. 09 may 2024-cü il tarixdə saat 15:30-da ünvan 5 ünvanının qarşısında hərəkət etmişdir. Həmin vaxt mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Orada olan zaman hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmişdir. Ona hüququ və vəzifələri elan edilmiş, daha sonra inzibati binada ona təyin olunmuş müdafiəçinin İştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı ona üzərində dövriyyəsi qadağan olmuş hər hansı əşya və predmet olduğu soruşulduqda əynində olan boz rəngli idman şalvarının sol yan cibindən Çıxardığı "Vinçestr" markalı siqaret qutusunu içərisində olan 01 ədəd sellofana bükülmüş narkotik vasitə hesab edilən heroini təqdim etmişdir. O, həmin maddəni şəxsi istifadə etmək məqsədilə Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar deyilən ərazidən anket məlumatlarını bilmədiyi şəxsə nağd şəkildə 80 AZN verməklə əldə edib üzərində gəzdirmişdir. Sonra polis əməkdaşları saxlayıb onu 37-ci PŞ-nə gətirib üzərinə şəxsi axtarış keçirmişlər və həmin narkotik vasitə üzərindən aşkar edilib götürülmüşdür. Təqdim etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. Narkotik vasitə aldığı şəxsin heç bir anket məlumatlarını bilmirəmişdir. Həmin şəxsdən əvvəllərdə bir neçə dəfə narkotik vasitə almışdır. Sonuncu dəfə də narkotik vasitə almaq üçün həmin şəxsin olduğu yerə getmiş və sonuncunu görən zaman yaxınlaşıb, pulu verib bükümü götürüb uzaqlaşmışdır. Mütəmadi olaraq narkotik vasitə istifadə etsə də, heç bir zaman satışı ilə məşğul olmamışdır. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir, Təqsirləndirilən şəxs atasıdır. Ayın 9-u Rüstəm nahar vaxtında evə gələrək anasına yemək verirdi. Bu vaxt ona kartla bağlı zəng gəlmişdir. Yemək hazırlamış, stola qoyan zaman yenə zəng gəlmiş və o, gödəkçəsini götürərək getmişdir. 15 dəqiqə keçmiş, lakin Rüstəm gəlməmişdir. O şübhələnərək aşağı düşmüş və Rüstəmi axtarmış, lakin onu tapa bilməmişdir. Bu zaman şübhələnmişdir ki, 27 fevralda Rüstəm hərbi biletinin itməsi barədə 37-ci Polis Bölməyə müraciət etmiş, orda təhqiqatçının yanında bir nəfər Vüsal adlı əməliyyatçı Rüstəmə “sən kimlərsə bizə gətirməlisən, sən bizə kömək etməlisən, etməsən bilirsən də nə olacaq” deyərək təhdid etmişdir. Rüstəm bundan imtina etmiş, daha sonra həmin nömrədən 1 fevral tarixində onlara zəng gəlmişdir. X9 İdarəsinə şikayət etmişdirlər. Sonra onlara zəng gəlməmişdir. Anar Qasımov onlara köməklik etmişdir. Mart ayında getmişdirlər. O başqa işə keçəndən sonra onlara yenə zəng gəlmişdir. Daha sonra Rüstəmi tutmuşdurlar. Müstəntiq demişdir ki, Rüstəmin telefonunu atası gəlib götürsün. O gələndə müstəntiq telefonla danışırmış, sonra onu çağıraraq demişdir ki, “ağsaqqal sizin appellyasiya məhkəməsində hakim kim olub”, o da Ziya Şirinov olduğunu demişdir. Demişdir ki, telefonla bağlı narahat olma, verəcək. Şkafa və seyfə baxmış, başqa telefonlar da orda var imiş, lakin Rüstəmin telefonu tapa bilməmişdir. Sonra kiməsə zəng edərək Rüstəmin telefonunu götürüb götürməməkləri barədə soruşmuş, ona da yox cavabı verilmişdir. Daha sonra müstəntiq bildirmişdir ki, getsin, Aidə xanım gəlib götürər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin NMB üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayorudur. 09 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin NMB üzrə əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Emil birlikdə məlumat əsasında həmin gün saat 15:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi 6 ünvanının yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Rüstəmin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasınını, həmin şəxsin özünü şübhəli apardığını görüb, yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Bakı şəhəri Xətai rayonu Ceyhun Həsənov 52 ünvanında qeydiyyatda olan və Xətai rayonu Corat küçəsi 6/31 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Rüstəmə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib saxlayaraq Xətai RPİ-nin 37ci PŞ-nə dəvət etmişlər. Rüstəm də buna etiraz etmədikdən sonra PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Kamran Əhmədova təhvil vermişlər. Kamran Əhmədov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Rüstəm də əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd "Redmi 12" markalı mobil telefonu, sol yan cibindən "Vinçestr" markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusuna baxış keçirilən zaman içərisində olan 01 ədəd alışqan, 03 ədəd siqaret dənəsi və 01 ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan sellofan büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar ərazisi yaxınlığında adımı Əli kimi bildiyi, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 80 manata alıb üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 2,76 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Rüstəmin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Rüstəm tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid2 müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs harada işləməsi barədə onda məlumat olmamış, sadəcə olaraq operativ məlumat əsasında Rüstəmin narkotik vasitəni qanunsuz olaraq gəzdirməsi məlum olmuşdur. İş üzrə digər Şahid1 ifadəsində şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 09 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2024-cü il tarixdə, saat 16:30-da tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 15:30-dan hesablanmışdır (i.v. 27); şəxsi axtarış və götürmə aparılması haqqında 09 may 2024-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin NMB üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Xətai RPİ-nin NMB üzrə əməliyyat müvəkkili Şahid1, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı video kameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən “Redmi 12” markalı mobil telefonu, sol yan cibindən isə “Vinçestr” markalı siqaret qutusunun içərisində olan bir ədəd alışqanı və sellofana bükülmüş tünd qəhvəyi rəngli bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bir ədəd tünd qəhvəyi rəngli bükümün içərisində nə olması soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olmasını bildirmişdir. Həmin sellofan açıldıqda içərisində tünd qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Həmin tünd qəhvəyi rəngli kütlənin elektron tərəzidə çəkisi çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 2,76 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2024-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar ərazisi yaxınlığında adını Əli kimi bildiyi, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 30 manata alıb üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (i.v 38-39); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/2628 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün N153"-li dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs (imza)" yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,712 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (ekspertiza xərci 114 manat) (i.v 48-52) 10 may 2024-cü il tarixli CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli idman şalvarının sol yan cibindən çıxardığı "Vinçestr" markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,712 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır.(i.v 60-61) 10 may 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaqa təqdim olunan 01 ədəd telefon “Redmi 12” markalı mobil telefona baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır.(i.v 62) 11 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v 66-67); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-368/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 09 may 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclas zalında təqsirləndirilən şəxs barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməsinə etiraz etməmişdir.(i.v 86-90) 01 iyun 2024-cü il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 06 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası 06 ilə endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilərək bəraət verilmişdir (i.v 103-104); Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1472/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 1(101)-1523/2022 saylı hökmü ləğv edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. (i.v.105-131) Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 3599 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( i.v.133-134); Sübutların qiymətləndirilməsi haqqında 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olunmuş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması,məhkəmə-kimyəvi ekspertizasının 10 may 2024-cü il tarixli, 6/2628 saylı və məhkəmə-narkoloji ekspertizasının 22 may 2024-cü il tarixli, 3599 saylı rəyləri üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və Azərbaycan Respublikası Baş prokurorurnun “İşin təşkili qaydalarının” 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsiepizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai Rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi iş üzrə narkotik vasitə heroinin çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsini əsas götürərək Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin ümumi çəkisi 1.712 qr hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,712 qr olan narkotik vasitə heroin maddi sübut kimi tanınması və qalıq qalmış 1,662 qr çəkidə narkotik vasitə heroin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanlnması , Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilməsi və qərarın surəti əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 37-ci PŞ-ə göndərilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməsi, qərarın surəti ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır.(i.v.146-152); Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2023-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs üzərində olan şəxsiyyət vəsiqəsi və 5 ədəd kart həbs olunmuş şəxs Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilmişdir. 20 sentyabr 2024-cü il tarixli "xxxx" MMC-nin müştəri zənglərinin detallaşdırılması məktubundan görünür ki, 08 may 2024-cü il tarixdən 10 may 2024cü il tarixə qədər ***-***-**-** nömrənin anten məlumatları məhkəməyə daxil olmuşdur. Anten məlumatlarına baxış keçirilərkən məlum olmuşdur ki, 09 sentybar 2024-cü il tarixində 14:09:32-də +994 51431056 saylı mobil nömrədən 99 345 03 55 saylı mobil nömrəyə zəng gəlmiş və onlar 62 saniyə danışmışlar. 28 oktyabr 2024-cü il tarixli "xxxx" MMC-nin məktubundan görünür ki, ********* saylı mobil nömrə İran İslan Respublikasının vətəndaşı X4 adlı şəxsin adına qeydiyyatdan keçirilmişdir. ********* saylı mobil nömrənin anten məlumatlarına baxış keçirilərkən bir daha müəyyən edilmişdir ki, +994 51431056 saylı mobil nömrədən 99 345 03 55 saylı mobil nömrəyə zəng gəlmiş və onlar 62 saniyə danışmış, həmçinin ********* saylı mobil nömrənin anten məlumatlar Bakı şəhəri Binəqədi rayonu ərazisində göstərmişdir. Daha sonra həmin nömrələr arasında zəngləşmə müəyyən edilməmişdir. 09 sentyabr 2024-cü il tarixində saat 15:26:18–də ********* saylı mobil nömrənin anten məlumatları Binəqədi rayonunu, 15:31:02-də isə Sabunçu rayonu, Azeravtoyol Servisi, 16:05:42-də isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olması müəyyən edilmişdir. Anten məlmatlarına əsasən müəyyən edilmişdir ki, ********* saylı mobil nömrə işlək nömrədir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməsinə dair protokolda qeyd olunan xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmə iclası zamanı ***-***-**-** saylı mobil nömrəsinə zəng olunaraq şəxsin kimliyi barədə sorğu-sual edilmiş, o verilən suallara cavab olaraq kuryer olmadığını,amma nə vaxtsa məşğul olduğunu demişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə vermiş olduğu izahat və ifadələrində özünü təqsirli bilərək ittihamda qeyd olunan narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən döyülmədiyini, sadəcə olaraq polis əməkdaşlarının onu hədələdiyi üçün özünü təqsirli bilməsini bildirmişdir. Təqsirləndirilən şəxs atası Müzəffər Şükürovun vermiş olduğu ifadəsi ilə bağlı qeyd edilən xüsusatlar öz təsdiqini tapmamış, həmçinin Müzəffər Şükürovun Təqsirləndirilən şəxs atası olması ilə əlaqədar məhkəmə hesab edir ki, M.Şükürovun biləbilə yalan ifadə verməyə görə əməlində cinayət tərkibinin olub-olması ilə əlaqədar prokurorluğa məlumat veriməsi məqsədə müvafiq hesab edilmir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş “Redmi 12” markalı mobil telefon 10 may 2024-cü il tarixli protokola əsasən həmin telefona baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən sübutun olmaması müəyyən edilmişdir. Həmçinin təqsirləndirilən şəxs özü məhkəmə iclas zalında bildirmişdir ki, müstəntiq 1 dəfə atasına, 1 dəfə isə müdafiəçisinə həmin telefonu götürməklərini bildirmişdir. Məhkəmə hesab edir ki, “Redmi 12” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmamış, həmçinin Təqsirləndirilən şəxs ifadəsində dəfələrlə ********* saylı mobil nömrədən ona zəng gəlməsini, aşağı düşüb kart götürmək istəyərkən polis əməkdaşları tərəfindən tutulmasını bildirsə də, tədqiq edilmiş anten məlumatları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tutularkən ********* saylı mobil nömrənin istifadəçisi Bakı şəhəri, Xətai rayonun ərazisində olmamışdır. Belə ki, anten məlumatları ilə müəyyən edilmişdir ki, ********* saylı mobil nömrə xx.xx.2024cü il tarixində saat 15:26-16:05 radələrində Bakının Binəqədi rayonu və Sabunçu rayonları ərazisində olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər;. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin xeyli miqdarının aşağı həddi ) 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir . Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların və əməlində cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, barəsində məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – şəxsi axtarış və baxış keçirilməsi görüntürlərini özündə əks etdirən 03 (üç) ədəd disklər iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 09 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,662 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 03(üç) ədəd disklər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar