Məhkəmə qərarları › İş №1(011)-418/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-418/2025

07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-418/2025 07.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1997-ci ildə Masallı rayonunun Mollahəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Masallı rayonu, Təklə Ə/D, Mollahəsənli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində digər cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,381 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 21 may 2025ci il tarixdə saat 12:37-də Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi-axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,381 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün 1 ilə yaxındır "şüşə" kimi bildiyi psixotrop maddə metamfelamini özü üçün alıb istifadə edir. Psixolrop maddəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb heç kimin görmədiyi ərazilərdə istifadə edir və həmin maddəni qəbul etməsindən başqa heç kimin məlumatı olmamışdır. O, mobil telefon istifadə etmir, belə ki, özünə məxsus olan mobil telefonu təxminən iki aya yaxındır satıb özü üçün psixotrop maddə almışdır. 21 may 2025-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxıb psixotrop maddə almaq məqsədi ilə Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığına gedərək üzdən tanıdığı lakin adını və anket məlumatım bilmədiyi şəxsə 20 manat pul verərək özü istifadə elmək məqsədi ilə bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin kimi bildiyi maddəni alıb yaşadığı evə gəlmişdir. Aldığı psixotrop maddənin bir qədərini özü istifadə edib qalanını isə əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün saat 12 radələrində yaşadığı evdən çıxıb ünvan 2 ünvanın qarşısından keçib gedən zaman 3 nəfər mülki geyimdə olan əvvəllər tanımadığı şəxslər ona yaxınlaşıb özlərinin polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirərək, üzərinə videogörüntü ilə baxış keçirəcəklərini bildirən zaman, o, əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim elmişdir. Həmin kütlə barədə soruşduqda «şüşə» kimi bildiyi psixolrop maddə metamfetamin olmasın, və özü istifadə elmək məqsədi ilə alıb üzərində daşıyaraq, saxladığını bildirmişdir. Sonra üzərində başqa hər hansı qeyriqanuni əşya olub- olmaması barədə soruşduqda, heç bir əşyanın olmamasını bildirməsinə baxmayaraq üzərində axtarış aparılmış və axtarış zamanı üzərindən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd büküm elektron tərəzidə çəkilmiş və 0,38 qram olması müəyyən olunmuşdur. Sonra həmin maddə zərfə qoyularaq qabalaşdırılmış və iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Daha sonra isə polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 35-ci Polis bölməsinə gəlmiş və təhqiqatçı dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələrini izah edilərək bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokollara imza etmiş və şübhəli şəxs qismində tutulmuşdur. Narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmur, psixotrop maddəni əldə eldiyi şəxsi yalnız üzdən tanıyır, lakin həmin şəxsin nə adını nə də ki, anket məlumatlarını bilmir. Həmin şəxsi zahiri əlamətlərinə görə narkotik aludəçisi və satışı ilə məşğul olmasına görə yaxınlaşıb pul verərək almış, lakin əlamətləri yadında qalmadığı üçün bu barədə dəqiq heç nə deyə bilmir. Üzərindən aşkar olunmuş psixotrop maddədən başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Saxlanılan vaxtı və polis bölməsində ona qarşı heç bir zor və ya təzyiq olunmamışdır. Əməlindən peşman olduğunu, bir daha eyni hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 21 may 2025-ci il tarixdə saat 12 radələrində Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılıb Xəyal adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin əldə edərək üzərində saxlayaraq daşıması, həmçinin Xəyal adh şəxsin Bakı şəhəri, Xətai rayonu, E.Şükürlü küçəsində olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə birlikdə ünvan 2 ünvanın qarşısında adı sonradan məlum olan Təqsirləndirilən şəxs piyada hərəkət edərkən saxlanılmış və baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən videoçəkiliş aparılarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olması barədə soruşduqda Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan patı və şüşə kimi bildiyi psixotrop maddə metamfetamindir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və baxış zamanı başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim eldiyi psixotrop maddə melamfetaıninə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin 0,38 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddəni Xətai rayonu. Həzi Aslanov mertrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə elmək məqsədi ilə 20 manata almışdır. Daha sonra isə aşkar edilmiş psixotrop maddə qablaşdırılmış və zərf iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis mayoru X3 xidməti otağına gəlirilmişdir. Orada yenidən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs Nüsrəl oğlunun üzərindən aşkar edərək götürülmüş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə təhqiqatçı Səməd Duşturova təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Nüsrəl oğlu bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddəni Xətai rayonu, Həzi Aslanov metroslansiyası yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 20 manata almışdır. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs Nüsrəl oğlunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamış, həmçinin Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yalnız psixotrop maddələrin istifadəsi ilə məşğul olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə olan psixotrop maddə melamfetamin onlar özlərində olan elektron tərəzi ilə çəkilmiş və psixotrop maddənin çəkisində fərq olmuşdur. Psixotrop maddənin çəkisində olan fərqini izah edərək bildirmişdir ki, psixotrop maddə sellofan bükümdə çəkilmiş, lakin ekspertiza mərkəzində psixotrop maddə sellofan bükümlə deyil, təmiz çəkisi müəyyən edilmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuş şahidlər Bakı şəhəri Xətai RPİ-nin 35-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ifadələri şahid X4 ifadəsi ilə eynilik təşkil edərək onun ifadəsini təsdiqləmişlər. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 22 may 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaq aparılmışdır; (i.v.1) - 21 may 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2025-ci il tarixdə saat 14:15-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.29-30) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fizikikimyəvi ekspertizalar şöbəsinin ekspertinin 6/1909 nömrəli 22 may 2025-ci il tarixli rəyində göstərilmişdir ki, tədqiqat obyekti üzərində AR DİN “Zərflər üçün № 154” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,381 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 0,381 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,331 qram. (i.v.43-45) - 23 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. (i.v.53-54) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-288/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmişdir. Həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli 21 may 2025-ci il tarixdən hesablanmışdır. (i.v.71-74) - 23 may 2025-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, 21 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,381 qram psixotrop maddə metamfetamin iş üçün mühüm maddi sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınsın, psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,331 qram olan maddə saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanılma anbarına göndərilmişdir. (i.v.83-84) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 30 may 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, Masallı rayonu, Mollahəsənli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2016-xx.xx.2016-cı il tarixdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müayinədə, xx.xx.2022-xx.xx.2022-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müayinədə olmuşdur. (i.v.94) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 03 iyun 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir. (i.v. 100) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 04 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, ********* nömrəli cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. xx.xx.2025ci il tarixdə cinayət işi üzrə barəsində axtarış elan edilmişdir. (i.v. 101-102) - Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı MKİS-in №20, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. (i.v.104) - Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı MKİS-in №20, xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında valideyni ilə birlikdə qeydiyyatsız yaşayır və onun haqqında həmin MKİS-ə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. (i.v.105) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 2337 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Tibbi sənədlərə əsasən anamnezində keçirilmiş "Yüngül dərəcədə ifadə olunmuş nevrasteniya. Özünü kəsmələrlə” diaqnozu qeyd edilmişdir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. (i.v.122-123) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin xx.xx.2025-ci il tarixli, № 4466 ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v.124- 125) - 25 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən iş üzrə Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədi ilə material ayrılmaqla ayrıca araşdırılması aparılsın. Cinayət işi üzrə qeyd olunan ilkin materiallar, baxış keçirilməsi protokolu, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, şahidlərin və təqsirləndirilən şəxsin ifadələri, maddi sübutun tanınması qərarları sübut növü kimi qiymətləndirilməsi, iş üzrə götürülmüş psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq saxlanca verilməsi nəzərə alınması, Cinayət işi üzrə 21 may 2025-ci il tarixli «əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair», və «təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması»nı özündə əks etdirən 2 ədəd CD disk maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilsin. VƏ . İş üzrə Təqsirləndirilən şəxs üzərində axtarış aşkar edilərək götürülmüş psixotrop maddə götürmə zamanı metamfetaminin təmiz çəkisi ekspert rəyinə uyğun olaraq 0,381 qram kimi qəbul edilməsi qərara alınmışdır. (i.v.126- 135) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-209/2025 saylı, 29 avqust 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə 02 (iki gün) həbsdə saxlama müddəti təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkəmə iclası zamanı iş materiallarında olan 01 ədəd DVD formatlı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21 may 2025-ci il tarixdə, saat 12:37 dəqiqədə ünvan 4 ünvanının qarşısında piyada hərəkətdə olan zaman saxlanıldı, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olundu. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanıldı. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən içərisində kristal şəkilli maddələr olan 01 ədəd şəffaf sellofanda olan bükümü təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən əlavə 01 ədəd alışqan aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümün içərisindəkinin “metamfetamindir", həmin maddəni xx.xx.2025- ci il tarixdə Həzi Aslanov metrosu yaxınlığında tanışlıq əlaqəsi olmadığı şəxsdən öz istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkildi və çəkisinin 0,38 qram olması müəyyən edildi. Daha sonra həmin kütlə qablaşdırıldı, həmin qablaşdırmanın üzəri saxlanılan şəxs və tərəflərindən imzalandı. (i.v.14) Məhkəmə iclası zamanı iş materiallarında olan digər 01 ədəd DVD formatlı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, qablaşdırılmış 01 ədəd ağ rəngli zərf və 01 "DVD" formatlı disk mənə təqdim edilmişdir. Təqdim olunan 01 ədəd qablaşdırılmış ağ rəngli zərfə və 01 ədəd “DVD" fotmatlı diskə baxış keçirildi. Baxış zamanı 01 ədəd qablaşdırılmış ağ rəngli zərfdən içərisində kristal şəkilli maddə olan 01 ədəd sellofan büküm aşkar olundu. Sonra həmin içərisində maddə olan büküm yenidən qablaşdırılıb möhürləndi. Daha sonra formatlı diskə HP markalı komputerdə baxış keçirildi. "DVD" fortamlı diskdə olan görüntülərdə təhqiqata təqdim olunan içərisində kristal şəkilli maddə olan 01 ədəd sellofanın aşkar olunması, Təqsirləndirilən şəxsin ondan "metamfetamin" aşkar olunması haradə bildirməsi əksini tapmışdır. (i.v.19) Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunması, şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı müvafiq siyahısına əsasən təmiz çəkisi 0,381 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Həmçinin birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-209/2025 saylı, 29 avqust 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 15 yanvar 2025-ci il tarixdən 17 yanvar 2025-ci il tarixədək tutulduğu müddətlər nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 21 may 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyata alınması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,331 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunduğu qeyd edilən iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı (28 aprel 2025-ci il tarixli dəyişikliklə) ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-209/2025 nömrəli, 29 avqust 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 21 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,331 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saat iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar