Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-419/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Qazax rayonu, 2-ci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, işləməyən, Qazax rayonu, 2-ci Şıxlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və xx xxxxx 1983-cü ildə Qazax rayonu, Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında kirayədə yaşayan, barəsində digər cinayət işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,858 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-ni 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 15 aprel 2022-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 75 saylı ünvanının qarşısında saxlanılıb ünvan 4əşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən zərfdəki 1 (bir) bükümdə təmiz çəkisi 0,858 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,428 qram çəkidə psixotrop maddə olan metamfetamini 10 manat pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, 07 may 2022-ci il tarixdə saat 16:45 radələrində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 20 ünvanın qarşısından psixotrop maddə və narkotik vasitə qəbul etməkdə şübhəli şəxs qismində saxlanılıb ünvan 6 ünvanda yerləşən Xətai RPİ-nin 36-cı Polis Bölməsinin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində keçirilən baxış zamanı əynində olan tünd qara rəngli cins şalvarının sağ yan cibində bir ədəd bükümdə təmiz çəkisi 0,428 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazılanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 06 may 2022-ci il tarixdə Bakı şəhərində istintaqa məlum olmayan mənbədən 60 manata qanunsuz olaraq, satış məqsədi ilə 5 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,020 qram, 0,049 qram, 0,050 qram, 0,225 qram, 0,303 qram ümumi təmiz çəkisi 0,647 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazılanmış narkotik vasitə heroini və xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən 0,694 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 07 may 2022-ci il tarixdə ünvan 8 ünvanda tanışı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq 0,428 qram psixotrop maddə olan metamfetamini 10 manata satmış, Təqsirləndirilən şəxs1 07 may 2022-ci il tarixdə saat 16:45 radələrində Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 20 ünvanın qarşısından psixotrop maddə və narkotik vasitə qəbul etməkdə şübhəli şəxs qismində saxlanılıb ünvan 6 ünvanda yerləşən Bakı şəhəri, Xətai RPİ-nin 36-cı Polis Bölməsinin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində keçirilən baxış zamanı əynində olan tünd qara rəngli cins şalvarının sağ yan cibində bir ədəd bükümdə təmiz çəkisi 0,428 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 07 may 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanda psixotrop maddə, narkotik vasitə satmaqda və qəbul etməkdə şübhəli şəxs qismində saxlanılaraq Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində keçirilən baxış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd siqaret qutusunun içərisində saxladığı 5 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,020 qram, 0,049 qram, 0,050 qram, 0,225 qram, 0,303 qram ümumi təmiz çəkisi 0,647 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazılanmış narkotik vasitə heroin, digər üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,026 qram, 0,162 qram, 0,078 qram ümumi təmiz çəkisi 0,266 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə və psixotrop maddələri qəbul etməyə başlayanda Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə və psixotrop maddə lazım olanda həmin yerə gəlib ondan ala bilər. Narkotik vasitə lazım olanda Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığına gedərək həmin şəxsi tapıb ondan alır. Narkotik vasitəni aldıqdan sonra bədənində ağrılar olduğundan istifadə etmişdir. 15 aprel 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığına gedib həmin şəxsi taparaq onunla görüşüb orada həmin şəxsə 20 manat pul verib psixotrop maddə metamfetamin gətirməsini istəmiş, təxminən 15-20 dəqiqə sonra həmin şəxs ona 1 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamin gətirib vermiş, psixotrop maddə olan metamfetamini əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan vaxt istifadə edər. 15 aprel 2022-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 75 saylı ünvanın qarşısında olan zaman mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş madəni haradan aldığını soruşanda həmin maddəni öz istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə axşam saatlarında Vüsal adlı tanıdığı şəxsə taksofonla zəng edərək şəxsi istifadəsi üçün narkotik maddə heroin almaq istədiyini bildirmiş, Vüsal adlı şəxs ona ünvan 10 ünvana yaxınlaşdıqda orada Vüsal adlı şəxsin göndərdiyi Mirismayıl deyilən şəxslə görüşüb həmin şəxs ona «metamfetamin» psixotrop maddəni verərək ona çatdırmaq üçün Vüsal adlı şəxsin göndərdiyini bildirmişdir. Həmin psixotrop maddəni Vüsalın göndərdiyi şəxsdən əldə edib əynində olan şalvarının sağ yan cibinə qoyaraq bunun müqabilində Mirismayıla 10 manat pul verib psixotrop maddəni əldə etmişdir. Sonra bir qədər uzaqlaşdıqda elə həmin ünvanın qarşısında mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Polis bölməsində əynindəki tünd qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə olan metamfetamini çıxardıb təqdim etmişdir. Daha sonra əməlindən peşman olduğunu qeyd edərək iki azyaşlı uşağına görə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, tanınmış idmançı olmuş, son üç ildə isə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Bir müddət sonra işini itirmiş və narkotik vasitələri əldə etməkdə çətinlik çəkmişdir. Bu səbəbdən bu günlərə gəlib çıxmışdır. Öz istifadəsi üçün aldığı narkotik vasitənin pulunu çıxartmaq üçün bir qismini satdığını etiraf etmişdir. Əməlindən peşman olduğunu, idmançı olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında tanımadığı şəxsdən «MilliÖn» aparatından 60 manat pulunu göndərməklə şəxsi istifadəsi və satmaq üçün psixotrop maddə metamfetamin və narkotik vasitə heroin alıb üzərində saxlamış, fikirləşmişdir ki, bir hissəsini özü qəbul edər, digər hissəsini də satar. Bu məqsədlə 07 may 2022-ci il tarixdə tanışı Mirismayıl adlı şəxsin evinə getmişdir. Mirismayılın evində olarkən Nicat zəng edərək şəxsi istifadəsi üçün 10 manat pul dəyərində psixotrop maddə metamfetamin istədiyini bildirmiş, ona Sarayevo küçəsi 20 saylı ünvanın qarşısına gəlməsini demiş, ona çatdırması üçün metamfetaminin bir bükümünü Mirismayıla vermiş, işi çıxdığı üçün oradan getmişdir. Bir müddət sonra binadan çıxıb bir qədər uzaqlaşıb Sarayevo küçəsi 20 saylı binanın yaxınlığında dayanarkən mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Polis bölməsində əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 60 manata almış olduğu ümumilikdə 9 büküm içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə olan metamfetamin və heroini içərisində olduğu siqaret qutusu ilə birlikdə çıxardıb təqdim etmişdir. Həmin psixotrop vasitə olan metamfetamini və narkotik maddələr olan heroini Bakı şəhərindən tanımadığı şəxsdən 60 manata özü qəbul etmək, eyni zamanda satmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili işləyir. Narkotiklə mübarizə ilə əlaqədar aparılan tədbir zamanı Nicat adlı şəxsin narkotik vasitə istifadəsində şübhəli şəxs kimi saxlamışlar, kimdən aldığını soruşduqda Mirismayıl adlı kuryer vasitəsilə Vüsaldan götürdüyünü bildirmişdir. Vüsal tərəfindən verilmiş narkotik vasitələri çox vaxt Mirismayıl çatdırmışdır. Əməliyyat məlumatına əsasən Vüsalın narkotik vasitəni Nicata çatdırıcağı barədə əvvəlcədən bilmişlər. X2 üzərinə videoçəkilişlə baxış keçirilmiş, üzərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərmişdir ki, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili işləyir. 15 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə, Təqsirləndirilən şəxs1 rayon ərazisində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, onları daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. 15 aprel 2022-ci il tarixdə saat 17:30 radələrində əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə ünvan 11 ünvanda xarici əlamətlərindən Təqsirləndirilən şəxs1 müyyən edərək ona yaxınlaşıb özlərini təqdim edərək onu Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasına dəvət etmişlər. Polis bölməsində şəxsi axtarış və götürmə aparılması zamanı Nicat əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxardıb təqdim edərək həmin maddənin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, həmin maddəni Xətai rayonu, H.Aslanov metrosunun yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Hadisənin yuxarıda şərh olunan halları məhkəmə iclasında ifadələri elan edilərək araşdırılmış Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid4 ifadələri ilə bir daha təsdiq olunmuşdur. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı X4 tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmış, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində ağ rəngli, kristal quruluşa malik maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 aşkar edilmiş bükülünün içərisində olan maddənin ona məxsus olduğunu bildirərək həmin maddəni 15 aprel 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında tanımadığı, heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını, 15 aprel 2022-ci il tarixdə saat 17:30 radələrində Xətai rayonu, M.Hadi küçəsi 75 saylı ünvanında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 01 ədəd bükülü görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyaraq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 151 №-li möhürü ilə möhürlənmişdir. 07 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı X1 tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmış, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilmiş, Təqsirləndirilən şəxs1 əynindəki tünd qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kağız bükülünün içərisində ağ rəngli, kristall quruluşa malik maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 bükülünün içərisində olan maddənin ona məxsus olduğunu bildirərək həmin maddəni 07 may 2022-ci il tarixdə ünvan 8 ünvanda tanıdığı Vüsal adlı şəxsin göndərdiyi Seyid adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, 07 may 2022-ci il tarixdə saat 16:45 radələrində Xətai rayonu, Sarayevo küçəsi 20 saylı ünvanında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirir. Bundan sonra təhqiqatçı həmin bükümü elektron tərəziyə qoyur və bükümün ümumi çəkisinin 0,66 qram olmasını müəyyən edilir (cild 1, iş vərəqi 33-34). 07 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı X1 tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmış, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilmiş, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən siqaret qutusunun içərisində olan qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli və ağ rəngli, kristal quruluşa malik maddələri çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs2 aşkar edilmiş bükülülərin içərisində olan maddələrin ona məxsus olduğunu bildirərək həmin maddələri “MilliÖn” aparatından pul göndərməklə tanımadığı şəxsdən 60 manat pul müqabilində əldə etdiyini, 07 may 2022-ci il tarixdə ünvan 8 ünvanda tanıdığı Seyid adlı şəxsin vasitəsi ilə həmyerlisi olan Nicat adlı şəxsə 10 manata göndərdiyini, 07 may 2022ci il tarixdə saat 19 radələrində Xətai rayonu, Sarayevo küçəsi 20 saylı ünvanında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Bundan sonra təhqiqatçı həmin bükümü elektron tərəziyə qoyur və bükümün çəkilərinin 0,13 qram, 0,10 qram, 0,11 qram, 0,07 qram, 0,32 qram, 0,40 qram, digər üç ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,09, qram, 0,036 qram, 0,021 qram olmasını müəyyən edilmişdir (cild 1, iş vərəqi 67-67). Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2022-ci il tarixli 6/2172 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş...” yazısı və imzalar olan zərfdəki, 1 (bir) bükümdə təmiz çəkisi 0,858 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq 0.805 qram (cild 1, iş vərəqi 188-189). Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2022-ci il tarixli 6/2654 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №-151” dairəvi möhür əksi olan, Təqsirləndirilən şəxs1” sözləri soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,428 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq 0.378 qram (cild 1, iş vərəqi 107-108). Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2022-ci il tarixli 6/2655 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №-151” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs2” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd siqaret qutusunda 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,020 qram, 0, 049 qram, 0,050 qram, 0,225 qram, 0,303 qram ümumi təmiz çəkisi 0,647 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,026 qram, 0,162 qram, 0,078 qram ümumi təmiz çəkisi 0,266 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,378 qram metamfetamin (6/2654 nömrəli rəy) ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,266 qram metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Bir ədəd maddə izləri olan kağız bükümdə narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. Tədqiqatdan sonra qalıq 0.236 qram metamfetamin, 0.368 qram metamfetamin, 0.597 qram heroin (cild 1, iş vərəqi 113-114). 13 iyul 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə əks edilmiş SMS yazışmalarında Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nar nömrəsinə müxtəlif telefon nömrələrində SMS-lər yazılaraq ondan müxtəlif növ narkotik maddələr istənilir. SMS yazışmalarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nar nömrəsinə müxtəlif telefon nömrələrində müxtəlif şəxslər tərəfindən SMS-lər yazılaraq 10, 20, 30, 40 manata müxtəlif növdə narkotik vasitələr və psixotrop maddələr alınmışdır (cild 2, iş vərəqi 133). Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 14 may 2022-ci il tarixli 2500 №li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimlyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyajı vardır. Məjburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqi 139-140). Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 03 iyun 2022-ci il tarixli 2958 №li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məjburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqi 141-142). Səhiyyə Nazirliyinin “MTE və PA” X5 Şəxsinin 03 iyun 2022-ci il tarixli 623 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində heç bir xəsarət aşkar edilməmişdir (cild 2, iş vərəqi 143-144) 22 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalmış 0,805 qram və 0,368 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalmış 0,597 qram narkotik vasitə heroin və 0,236 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 4 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılmışdır (cild 2, iş vərəqi 147-163). 15 aprel 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 166). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir (cild 1, iş vərəqi 224-227). 17 aprel 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 228-229). 07 may 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 digər cinayər işi üzrə 07 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 23). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 07 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbirinin seçilmişdir (cild 2, iş vərəqi 39-43). 07 may 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 07 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 57). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 07 may 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbirinin seçilmişdir (cild 2, iş vərəqi 44-49). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimatın təmin olunmasından imtina edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində digər cinayət işi üzrə 08 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 91-92). Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 87-89). AZ-İİİ 613945 və AZ-İV 403051 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 2014-cü il təvəllüdlü və 2018-ci il təvəllüdlü iki azyaşlı uşağı var (cild 1, iş vərəqi 126). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin verdikləri ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə onların təqsirli olmaları tam sübuta yetirildi. Beləliklə, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlaması və Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan və satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşıması və satması cinayətlərini törətmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli isə ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə tövsif edilmişdir və onlar, həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun səmimi etirafını, himayəsində 2 azyaşlı uşağının olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini,cinayətin təkrarən törədilməsini , onların törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müsəssisəsiniin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi 07 may 2022-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun səmimi etirafını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Cəzanın məqsədi azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 03 (üç) ay ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində gedən digər cinayət işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Bundan başqa məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını və ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Maddi sübut kimi tanınaraq Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalmış 0,805 qram və 0,368 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalmış 0,597 qram narkotik vasitə heroin və 0,236 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidirlər. Maddi sübut kimi tanınmış 4 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 179 manat Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 03 (üç) ay ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalmış 0,805 qram və 0,368 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalmış 0,597 qram narkotik vasitə heroin və 0,236 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış 4 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-419/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-419/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver