Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-419/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X3 iştirakı ilə, xüsusi ittiham qaydasında X4 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X8 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında barəsində şikayət verilən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, təsisçisi olduğu "xxxx" MMC şirkəti uzun illərdir ki, daşınmaz əmlakın yaşayış və qeyri-yaşayış mülklərin alqı-satqısı, əmlakların qiymətləndirilməsi ilə məşğuldur. Şirkətdə 40-a yaxın işçi işləyir. Şirkətin 9 xarici ölkənin aparıcı alqı-satqı şirkətləri ilə müqaviləsi var və müqavilə üzrə ölkədə alqı-satqıları həyata keçirir. 2017 və 2018-ci illərdə nəticələrinə əsasən reytinq göstəricilərinə görə “X10” ali mükafatlarına layiq görülmüşdür. Şirkətin istər yerli həm də xarici müştərilərə, fiziki və hüququ şəxslərə göstərilən xidmətlərlə bağlı nüfuzu çox yaxşıdır. Lakin şirkətin direktoru olmuş Esmira İbrahimova illərdir qurulmuş işlərə, şirkətin nüfuzuna kölgə salır. Belə ki, gün ərzində şirkətə çoxlu sayda müştərilər müraciət edir. Onların gördüyü iş yaşayış və qeyriyaşayış mülklərin alqı-satqısının və qiymətləndirilməsinin həyata keçirilməsidir. Şirkət qanunsuz işlərlə məşqul deyil. Hər ay da şirkət tərəfindən göstərilmiş xidmətlərlə bağlı müştəri məmnunluğu yoxlanılır. Nəticələr çox yaxşıdır. Lakin MMC-də direktor olmuş Esmira İbrahimovanın əlaqədə olduğu şirkətin müştərilər tərəfindən bəzi narahatçılıqlar var. Şirkət iki dəfə ilin şirkəti seçilmişik. Şirkətdə direktor işləmiş Esmira İbrahimova əsassız olaraq polis və aidiyyatı qurumlara onun barəsində yalan və böhtan xarakterli şikayətlər etmişdir. Esmira İbrahimovanın 2015-ci ildən bu günə kimi etdiyi şikayətlərin hamısı hüquqi cəhətdən öz təsdiqini tapmamışdır. Belə ki, xx.xx.2016-cı il tarixdə X5 20-ci Polis Bölməsinə ərizə yazaraq "xxxx" MMC-nin təsisçisi Əbil Canbaxşıyev tərəfindən sifət və burun nahiyyəsindən xəsarətlər yetirməklə, döyülməsi barədə şikayət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı onun adına təqdim edilmiş 5 saylı şəhər poliklinikasında tərtib edilmiş tibbi arayışda göstərilən burunun əzilməsi diaqnozu sağlamlığa zərər vurmanın təyinində nəzərə alınmamışdır. Belə ki, qeyd olunan arayışda burunun əzilməsini göstərən obyektiv əlamətlər (qançır, şişkinlik, sıyrıq, burun qanaxması və s.) öz əksini tapmamışdır və buna görə də qeyd olunan diaqnozun məhkəmə-tibbi baxımından xəsarət kimi qiymətləndirilməsi mümkün deyil. Nəticədə isə təhqiqatçı tərəfindən xx.xx.2016-ci il tarixdə cinayət işinin başlanmasına rədd edilməsi barədə qərar qəbul edilmişdir. X2 rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək "xxxx" MMC-nin təsisçisi tərəfindən ona böhtan atılmasını qeyd etmişdir. Sabunçu rayon Polis İdarəsinin CA üzrə ə/m, polis mayoru Elman Quliyev tərəfindən tərtib edilən arayışda ərizəçi Esmira İbrahimova tərəfindən qeyd olunanların cinayət və inzibati xarakterli olmadığı müəyyən edilmiş, eləcə də X3 şikayəti ilə bağlı mülki qaydada rayon Məhkəməsinə müraciət edilməsi məqsədə müvafiq hesab edilərək sonuncuya rəsmi cavab verilmişdir. xx.xx.2016-cı il tarixdə Esmira İbrahimova tərəfindən Nəsimi RPİ-nin 21-ci PB-nə şikayət edərək təsisçi Əbil Canbaxşıyevinonun şəkillərini sosial şəbəkələrdə yaymağı keçmiş həyat yoldaşı Violetta Canbaxşıyevanın isə onu şantaj etməyini ona hücum çəkərək xəsarət yetirməyini barədə müraciət etmişdir. 21-ci PB-nin təhqiqatçısı Fərid Məmmədov tərəfindən xx.xx.2016-cı il tarixdə qəbul edilmiş qərarda ərizəçi X3 ərizəsində qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Bununla bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin hərəkətləri nəticəsində o, arzu olunmaz vəziyyətə düşmüş, xüsusilə ailəsində söz söhbətlər yaranaraq illərlə ömür gün yaşadığı arvadı ilə boşanmış, rəhbəri olduğu şirkətin əməkdaşları barəsində xoşagəlməz söz-söhbətlərə səbə olan vəziyyətə düşmüşdür. Qohum əqraba qonşuları içində biyabır olmuşdur. Bu hadisələrin baş verməsi nəticəsində peşəkar fəaliyyətini davam etdirilməsinin mümkün olmamasını anlamışdır. Ambulator müalicə almaqla əsəblərini sakitləşdirməyə çalışmışdır. 2015-ci il sentyabr ayında onun şirkətinə vurduğu ziyanla bağlı o, Nəsimi rayonu Polis İdarəsinə şikayət edərək onun şikayəti əsasında, vurulan ziyan barədə təhqiqat başlamışdır. Nəsimi RPİ-nin bəzi vəzifəli şəxsləri Esmira İbrahimovanın ona qarşı böhtan xarakterli əməlləri şirkətinə və ona qarşı kəskin mövqedə duraraq onun illərlə əziyyətlə qurduğu biznesinə kölgə salmaqdır. Bu halı bu gün də əsassız və heç bir hüquqi əsası olmayan şikayətlərlə davam etdirir. O, vergi ödəməklə dövlət büdcəsinə pul ödəyir. Maddi imkanı daxilində bəzi aztəminatlı ailələrə yardımlar edirik. Nəsimi rayon Polis İdarəsinin şirkətinə qarşı 2015-ci ildə şirkətində işləmiş işçi barəsində qanunsuz əməllərinə son qoyulması və şirkətinin əmlaklarını talaması və oğurlanaraq şirkətə maddi ziyan vurması barədə etdiyi şikayət ərizəsi olmuşdur. Bu halların baş verməsinə səbəb Esmira İbrahimovanın şirkətin nüfuzuna xələl vurmaqla və ona anlaqlı surətdə böhtan atmaqla cinayət əməlini törətmişdir. Esmira İbrahimova barəsində Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin mühüm işlər üzrə baş müstəntiqi polis polkovnik-leytenantı Əflatun Səlimov tərəfindən material araşdırılarkən 2019-cu il tarixdə Esmira İbrahimova ona zəng edərək ona qarşı böhtan xarakterli məlumatların yayılması, habelə etdiyi dələduzluq və qanunsuzluqlarla bağlı əməllərində səmimi peşmançılıq hissinin olduğunu bildirmişdir. Ona inanaraq onu bağışlamışdır. Lakin sonradan E.İbrahimova yalan və böhtan xarakterli məlumatları yaymağa başlamışdır. X12 şirkətdə işləyən işçilərə onun barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə yanaşı, qohumlarına zənglər edərək barəsində yalan və böhtan xarakterli məlumatlar yaymış hətta şirkətinin qarşısına gələrək küçədə qışqıraraq insanların kütləvi hərəkətdə, habelə qeyd edilən binada yaşayan şəxslərin yanında onun ünvanıma təhqir və böhtan xarakterli məlumatları yaymışdır. Habelə polis idarələri və onların tabeliyində olan polis bölmələrində, digər dövlət qurumlarında, həmçinin ortaqlarına barəsində yalan və böhtan xarakterli məlumatlar yaymağa davam edmişdir. AR DİN-nə əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 yalan məlumatlar verməklə onu guya ona qarşı seksual qısqanmaya məruz qoymağı barədə kütləvi böhtan xarakterli məlumatlar yaymışdır. Qeyd etmək istərdi ki, Esmira İbrahimovanın onun barəsində yaydığı yalan məlumatlar nəticəsində ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Bu səbəbə görə çəkdiyi mənəvi iztirablar nəticəsində o, əsəb xəstəliyi keçirmiş və hal-hazırda da bu xəstəliyi ilə bağlı ambulator müalicə alır. Hətta bir müddət işləyə bilməmiş və əmək qabiliyyətini müvəqqəti itirmişdir. Həmçinin E.Bayramovanm hərəkətləri nəticəsində ona fiziki iztirablar formasındada mənəvi zərər vurulmuşdur. Ona görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23 və 1097-ci maddələrinə əsasən onun şərəf və layaqətini alçaldan həqiqətə uyğun olmayan məlumatların yayılmasından ibarət olan hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin (fiziki və mənəvi iztirabların) əvəzini verməlidir. Esmira İbrahimovanın böhtan, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan addımlar atmaqla bunu yaymışdır. Bu hal bu gün də davam etdirilir. O, artıq işləyə bilmir. O, işləmək müştərilərə xidmət göstərmək, vergi ödəmək, övladlarının, işçilərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırmaq əvəzinə polis idarələrində, dövlət vergi xidmətində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsində izahatlar vermək, əsəb, stress keçirmək məcburiyyətində qalmışdır. X1 şəkildə böhtan yəni yalan olduğunu bilə-bilə hər onun şərəf və ləyaqətini ləkələyən məlumatları yaydığına görə Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X5 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, qanunvericilikdə böhtan və təhqir xarakterli məlumatların mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirildiyi halda yayıla bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən, şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edilir. Xüsusi ittiham qaydasında şikayət verən X8 xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli hazırlıq iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq həmin iclaslarda iştirak etməmiş və bunun üzrlü hesab edilməsi üçün heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X8 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında X8 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-419/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-419/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver