Məhkəmə qərarları › İş №1(011)-42/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-42/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-42/2021 13.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Rusiya Federasiyasının Samara vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, məhkumluğu olmayan, Qazax rayonu, Daşsalahlı kəndində qeydiyyatda olan, daimi yaşayış yeri olmayan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 02 rədələrində ünvan 1 ünvanına gəlmiş, orada yerləşən Zərərçəkmiş şəxs4 icarə əsasında istifadə etdiyi ərzaq məhsullarının satışını həyata keçirən “Köşk”ə qapısının kilidini sındıraraq qanunsuz daxil olub, köşkdən sonuncuya məxsus bir ədədinin qiyməti 3.30 manat olan, hər blokda 10 ədəd olmaqla 08 blok “Sobranie” markalı, bir ədədinin qiyməti 3 manat olan, hər blokda 10 ədəd olmaqla 6 blok “Kent” markalı, bir ədədinin qiyməti 1.60 manat olan, hər blokda 10 ədəd olmaqla 02 blok “Classik” markalı, bir ədədinin qiyməti 2.40 manat olan, hər blokda 10 ədəd olmaqla 02 blok “LD” markalı nazik, bir ədədinin qiyməti 2 manat olan, hər blokda 10 ədəd olmaqla 02 blok “LD” markalı kompakt, bir ədədinin qiyməti 1.80 manat olan, hər blokda 10 ədəd olmaqla 03 blok “Rotmans” markalı, bir ədədinin qiyməti 3 manat olan, hər blokda 10 ədəd olmaqla 04 blok “Dovidoff” markalı, bir ədədinin qiyməti 1.50 manat olan, hər blokda 10 ədəd olmaqla 05 blok “Want” markalı və bir ədədinin qiyməti 2.50 manat olan, hər blokda 10 ədəd olmaqla 08 blok “Winston” markalı, cəmi 1013 manat qiymətində olan siqaretləri, 100 manat məbləğində qəpik əskinaslardan ibarət nağd pulu və ümumi qiyməti 20 manat olan “xxxx” MMC, “xxxx” MMC və “Azerfon” LLC-ə aid danışıq kartlarını, gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1133 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 28 saylı binanın arxa tərəfinə gəlmiş, həmin binanın birinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı 38 nömrəli mənzilə eyvanının pəncərəsi üzərinə bərkidilmiş dəmir barmaqlığın qıfılını sındıraraq və pəncərəni vintaçan vasitəsi ilə açmaqla qanunsuz daxil olub, qonaq otağındakı saxlanc yeri hesab olunan şkafdan sonuncuya məxsus 7000 manat nağd pulu, yataq otağında çarpayının altlığından 01 ədəd qiyməti 10 manat olan sadə materialdan, kənarları torşəkilli, qızılı rəngli qadın saatı, 01 ədəd qiyməti 5 manat olan ürək formalı üstündə qırmızı və ağ rəngli dairəvi qaşlar olan sancaq, 02 ədəd hər birinin qiyməti 5 manat olmaqla sadə dəmir materialdan olan gümüşü rəngdə qadın üzüyü, 01 ədəd qiyməti 5 manat olan qadın paltarı üçün nəzərdə tutulmuş üzərində ağ rəngli qaşlar olan sadə materialdan sancağı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə xeyli miqdarda 7030 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 43 saylı yaşayış binasının arxa tərəfinə gəlmiş, həmin binanın birinci mərtəbəsində yerləşən, Zərərçəkmiş şəxs2 yaşadığı 20 nömrəli mənzilə eyvanının pəncərəsi üzərinə bərkidilmiş dəmir barmaqlığın qıfılını sındıraraq və pəncərəsini vint açan vasitəsi ilə açmaqla qanunsuz daxil olub, yataq otağındakı termonun üzərində olan pul kisəsinin içərisindən sonuncuya məxsus 100 manat və həmin tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 340 manat olan 200 ABŞ dolları məbləğlərində nağd pulu, saxlanc yeri hesab olunan həmin termonun siyirməsindən qiyməti 250 manat olan 3 qram çəkidə, 585 əyyarlı uşaq üçün nəzərdə tutulan 01 cüt qızıl sırğanı, qiyməti 250 manat olan 3 qram çəkidə, 585 əyyarlı uşaq üçün nəzərdə tutulan 01 cüt, ortasında yumru qaşı olan qızıl sırğanı, qiyməti 450 manat olan, 5 qram çəkidə, 585 əyyarlı 01 ədəd qızıl qolbağını, qiyməti 480 manat olan, 4 qram çəkidə, 585 əyyarlı üzəri tısbağa formasında olan 01 ədəd qızıl qadın üzüyünü, digər yataq otağında olan şkafın üzərindən isə 11 manat məbləğində olan qəpik əskinaslardan ibarət nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1881 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxxx 2020-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 3 saylı yaşayış binasının birinci mərtəbəsindəki Zərərçəkmiş şəxs1 icarə əsasında istifadə etdiyi “Günəş Market” adlı ərzaq mağazasının qarşısına gəlmiş, həmin mağazaya nəfəsliyinin pəncərəsini vintaçan vasitəsi ilə açmaqla və lambirin materialdan olan arakəsməni sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan sonuncuya məxsus olan hər birinin qiyməti 30 manat olan, üç blok “Sobranie” markalı, hər birinin qiyməti 30 manat olan, üç blok “Kent” markalı, hər birinin qiyməti 19 manat olan, üç blok “Argo” markalı, hər birinin qiyməti 22 manat olan, üç blok “Winston” markalı, hər birinin qiyməti 22 manat olan, iki blok “LD” markalı, hər birinin qiyməti 18 manat olan, iki bolk “Magna” markalı, hər birinin qiyməti 18 manat olan, iki blok “NZ” markalı və hər birinin qiyməti 19 manat olan, iki blok “Want” markalı cəmi 457 manat qiymətində olan siqaretləri, qiyməti 30 manat olan 30 ədəd “xxxx” MMC-nin 1 manatlıq danışıq kartları və saxlanc yeri olan kassa aparatından 8 manat məbləğində qəpik əskinaslardan ibarət nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 495 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahid ifadələri və işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Özü heç bir yerdə işləmir. Qazax rayonu, Daşsalahlı kəndində 1 saylı orta məktəbdə 7-ci sinifə qədər oxumuşdur. X2 2013cü il tarixdə vəfat etmişdir. Atası X1 içkilərə meyilli olduğundan ailə mübahisəsi ucbatından anası ilə ölümündən qabaq 2013-cu il tarixdə ayrılmışlar və o vaxtdan bəri onu görməmişdir. Daimi yaşayış yeri yoxdur. Buna görə də müvəqqəti olaraq ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət reyesteri xidmətinin Nəsimi rayon şöbəsinin inzibati binasının yaxınlığında yerləşən hasarlanmış və baxımsız olan torpaq sahəsində yaşayır. Bununla yanaşı spirtli içkilər qəbul edir və tüfeyli həyat tərzi keçirir. Müxtəlif vaxtlarda metrostansiyaların yaxınlığına gedir və mağazalara ərzaq malları daşımaqda köməklik edib az miqdarda pul əldə edir. Maddi sıxıntı çəkdiyi üçün Bakı şəhərinin müxtəlif ərazilərində əsasən yaşayış binalarının birinci mərtəbələrində yerləşən mənzillərdən və mağazalardan oğurluq etməklə məşğuldur. xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yolun kənarında yerləşən köşkdən oğurluq etmişdir. Belə ki, həmin tarixdə Naximov küçəsinə evlərdən və ya mağazalardan oğurluq etmək məqsədi ilə gəlmişdir. Bir qədər gəzişdikdən sonra yaxınlıqdakı “Köşk”ün qapısının plastik materialdan olduğunu görmüşdür. Bu zaman gecə saatları olduğundan küçədə heç kim yox idi. O bu şəraitdən istifadə edib mağazaya daxil olmaq qərarına gəlmişdir. Özü ilə gətirdiyi vint açanı köşkün qəhvəyi rəngli plastik materialdan olan qapısının kilidinin kənarına keçirib özünə tərəf çəkmiş və qapını açmışdır. Daha sonra içəriyə daxil olmuşdur. Bu zaman mağazanın içərisi qaranlıq idi. Buna görə də özü ilə gətirdiyi yandıranın işığını yandırıb oğurluq etmək üçün dəyərli bir şey axtarmağa başlamışdır. İçəridə blok formasında çoxlu sayda müxtəlif markalı siqaretlərin olduğunu aşkar etmişdir. Dərhal bir ədəd sellofan tapıb sayını xatırlamadığı qədər həmin siqaretləri içərisinə yığmışdır. Daha sonra danışıq kartları aşkar etmiş və sayını xatırlamadığı sayda olan həmin kartları götürüb cibinə qoymuşdur. Həmçinin orada olan çoxlu sayda qəpik pulları götürüb cibinə qoymuşdur. Bundan sonra oğurladığı əşyalarla birgə Köşkü tərk etmişdir. Bir qədər piyada getdikdən sonra yaxınlıqda sürücüsünü tanımadığı taksi tutub yaşadığı müvəqqəti yaşayış yerinə getmişdir. Daha sonra müəyyən etmiş ki, həmin siqaretlərin markaları “Sobranie” “Kent” “LD” “Rotmans” “Dovidoff” “Want” “Winston” idi. Danışıq kartları isə “xxxx” MMC, “xxxx” MMC və “Azerfon” LLC-ə aid idilər. O siqaretləri “20 Yanvar” metrostasiyası yaxınlığında tanımadığı şəxslərə az miqdarda pula satmışdır. Danışıq kartlarını şəxsi mobil telefonu olmadığından 10 manata həmin yerdə tanımadığı taksi sürücüsünə satmışdır. Qəpik pulları isə şəxsi ehtiyacları üçün müxtəlif yerlərdə xərcləmişdir. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində iş axtarmaq üçün Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsinə gəlmişdir. Orada yerləşən “Şərab” evinə yaxınlaşıb tanımadığı satıcıya xidmətini təklif etmiş, sonuncu isə bundan imtina etmişdir. Bundan sonra pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Yolun kənarı ilə piyada hərəkət etmiş və yaxınlıqdakı yola paralel yerləşən 9 mərtəbəli binanın arxasına gəlmişdir. Burada birinci mərtəbələrdə olan mənzillərin dəmir barmaqlıqlarının kilidini sındıraraq içəriyə daxil olub oğurluq etmək üçün şərait axtarmağa başlamışdır. Bu məqsədlə orada gəzişmişdir. Qeyd etmiş ki, həmin binanın arxa tərəfi yolun hərəkət hissəsinə paralel yerləşirdi və arxasında yaşıllıqlar var idi. Binanın birinci mərtəbəsində dəqiq bilmədiyi blokunda, lakin orta hissəsində yerləşən mənzilin dəmir barmaqlıqlarla təchiz edilmiş plastik pəncərəsinin olduğunu görmüşdür. Yaxınlaşdıqda görmüş ki, həmin mənzilin pəncərəsi onun boyundan bir qədər yüksəkdə yerləşir və içərisində işıqlar söndürülmüşdür. Həmçinin pəncərənin dəmir barmaqlığı qıfıl vasitəsi ilə bağlanmışdır. Daha sonra tullanaraq pəncərənin dəmir barmaqlığından yapışmış və mənzilin içərisinə pəncərədən baxmışdır, görmüş ki, içəridə heç kim yoxdur. Heç kimin olmamasına bir daha əmin olmaq üçün o, binanın qarşısına gəlmiş və həmin mənzili tapmışdır. Ona məlum olmuş ki, həmin mənzil binanın 3-cü blokunun birinci mərtəbəsində sağ tərəfdə yerləşir və ağ rəngli qapısı vardır. O, mənzildə kiminsə olub-olmamasını yoxlamaq üçün qapını döymək qərarına gəlmişdir. Düşünmüş ki, əgər qapını kimsə açsaydı, həmin şəxsə bir ad uydurub burada yaşayıb-yaşamasını soruşacaqdır və ünvanı səhv saldığını deyib üzr istəyib oradan uzaqlaşacaqdır. O həmin qapını bir neçə dəfə döymüş və heç kim qapını açmamışdır. Bununla da o, mənzildə heç kimin olmamasına əmin olmuşdur. Bundan sonra yenidən binanın arxa hissəsinə qeyd etdiyi pəncərənin qarşısına gəlmişdir. O həmin pəncərənin qıfılını sındırmaq üçün yaşıllıqların arasından bərk materialdan olan əşya axtarmağa başlamış və yaxınlıqda uzunluğu təxminən 25-30 sm olan silindr formasında qaz borusu tapmışdır. Həmin boru parçasını özü ilə götürmüş və qeyd etdiyi pəncərənin dəmir barmaqlığına tullanaraq oradan yapışıb, boru parçasını qıfılın arxa tərəfinə keçirərək bir əli ilə özünə tərəf dartıb sındırmışdır. Qeyd etmiş ki, həmin binanın arxa hissəsində olan yaşıllıqlar və havanın qaranlıq olması yolun kənarındakı səkidən keçən insanlara binanın arxasını görməyə mane olurdu. Buna görə də onu heç kim görmürdü. Bundan sonra daimi olaraq üzərində gəzdirdiyi və xatırlamadığı tikinti materialları mağazasından çoxdan alıb, tutacağını çıxarıb tulladığı, əynindəki gödəkçənin iç cibinə qoyduğu bir ədəd vintaçanı çıxarıb həmin plastik pəncərənin kənarına keçirib özünə tərəf çəkərək açmışdır. Pəncərədən mənzilin yataq otağına daxil olmuşdur. Yataq otağında pəncərə ilə paralel bir ədəd çarpayı, pəncərənin sol tərəfində uşaq üçün nəzərdə tutulmuş ağ rəngli çarpayı var idi. O, kiminsə gəlib onu tutacağından ehtiyat edib dərhal yataq otağından foyeyə getmiş və mənzilin giriş qapısının kilidini arxadan bağlamışdır. Daha sonra yenidən yataq otağına qayıtmışdır. Yataq otağında dəyərli bir əşya və ya pul tapmaq üçün oranı axtarmağa başlamışdır və çarpayının altında şkaf formasında saxlanc yeri aşkar etmişdir. Həmin saxlanc yerinin içərisində qızıl-zinət əşyalarının yığılması üçün nəzərdə tutulan bir ədəd qab görmüşdür. Həmin qabı götürüb içərisinə baxdıqda qadın saatı, bir ədəd ürək formalı bəzək əşyası, iki ədəd gümüşü rəngdə olan üzük və bir ədəd sancaq aşkar etmişdir. O həmin əşyalar barəsində məlumatlı olmadığından hansı materialdan olmasını bilmirdi, lakin dəyərli olduğunu düşünüb əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra yataq otağındakı çarpayının döşəklərinin arasına baxmışdır. Lakin heçnə tapmamışdır. Bundan sonra mənzilin foyesinə oradan isə koridorla mətbəx otağına keçmişdir. Mətbəx otağında şakfların içərisini axtarsa da dəyərli bir şey tapmamışdır. Bundan sonra yenidən foyeyə qayıtmışdır və giriş qapısından solda yerləşən qonaq otağına bənzər otağa gəlmişdir. Həmin otaqda sol və sağ tərəflərdə ağ rəngli şkaflar var idi. O sol tərəfdəki şkafın içərisini axtarsa da dəyərli bir şey tapmamışdır. Bundan sonra sağ tərəfdəki güzgülü şkafın daxılının qapısını açarkən güzgü parçası çıxaraq yerə düşmüşdür. O şkafın daxıllarına baxmış və ən aşağı daxıldan böyük miqdarda nağd pul aşkar etmişdir. Həmin pulu büküb şalvarının cibinə qoymuşdur. O, həmin pulun ona bəs edəcəyini düşünüb mənzildən çıxmaq qərarına gəlmişdir. Dərhal mənzilin giriş qapısının qarşısına gəlib kilidi açmış və vaxt itirmədən mənzilə daxil olduğu pəncərədən binanın arxasına tullanmışdır. Bu zaman yerdə olan sındırdığı qıfılı izini itirmək üçün özü ilə götürmüşdür. Küçəyə çıxmış və piyada bir qədər getdikdən sonra sındırılmış qıfılı yerə yaşıllıqların arasına tullamışdır. Oradan qeyd etdiyi “Şərab” evinin qarşısına gəlmiş və sürücüsünü tanımadığı taksi kimi fəaliyyət göstərən “Mercedes” markalı avtomobil vasitəsi ilə müvəqqəti yaşadığı yerə getmişdir. Oğurladığı iki üzüyü və pulu özü ilə götürmüşdür, digər əşyaları isə oradakı şkafa qoymuşdur. Oradan sürücüsünü tanımadığı başqa “Mercedes” markalı taksi ilə Qazax rayonun, Daşsalahlı kəndinə getmişdir. Qeyd etmiş ki, oğurladığı pulların müxtəlif əskinazlardan ibarət 7000 manat məbləğində olmasını sonradan saydıqda müəyyən etmişdir. Həmin pulları şəxsi ehtiyacları üçün Qazax rayonu ərazisində və bir həftədən sonra Gəncə şəhərinə gələrək orada xərcləmişdir. Oğurladığı üzüklərin isə sonradan bijuteriya olduğunu müəyyən etmiş və orada yolun kənarına tullamışdır. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən yaşayış binalarının birinin birinci mərtəbəsində yerləşən mənzildən oğurluq etmişdir. Belə ki, həmin tarixdə müvəqqəti yaşadığı torpaq sahəsindən ilk olaraq metro, sonra avtobus vasitəsi ilə oğurluq etmək məqsədi ilə həmin küçədə yerləşən yaşayış binalarının yanına gəlmişdir. Oğurluq üçün əlverişli şərait müəyyən etmək məqsədi ilə gəzişmişdir. Orada yerləşən yaşayış binasının birinin arxa hissəsinə keçmiş və mənzillərin birinin içərisində işığın yanmadığının şahidi olmuşdur. Həmin mənzilin pəncərəsi onun boyundan bir az hündürdə yerləşirdi. Mənzildə heç kimin olmadığına əmin olmaq üçün yoxlamaq qərarına gəlmişdir. Bunun üçün yaşayış binasının qarşısına getmiş və həmin mənzili tapmışdır. Belə ki, həmin mənzil binanın ikinci blokunda, birinci mərtəbədə sol tərəfdə yerləşirdi. Mənzilin giriş qapısı dəmir materialdan və qəhvəyi rəngli idi. O, həmin mənzilin qapısını bir neçə dəfə döymüş, düşünmüş ki, kimsə çıxarsa bir ad uydurub ünvanı səhv saldığını deyib, üzr istəyib oradan uzaqlaşacaqdır. Lakin qapını açan olmamışdır. Bununla da əmin olmuş ki, mənzildə heç kim yoxdur. Daha sonra o yenidən binanın arxa tərəfinə keçmiş və həmin mənzilin dəmir barmaqlıqlarla əhatə olunmuş plastik pəncərəsinə yaxınlaşmışdır. Bu zaman görmüş ki, dəmir barmaqlıq qıfılla bağlanmışdır. Qeyd etmiş ki, gecə saatları olduğundan həmin ərazidə heç kim yox idi. Həmin pəncərə onun boyundan yüksəkdə yerləşdiyindən oraya çatmaq məqsədi ilə ətrafda üzərinə çıxmaq üçün hər hansı əşya axtarmağa başlamışdır. Bu zaman yaşıllıq sahədən bir ədəd taxta nərdivan tapmışdır. Bundan başqa yaxınlıqdan təxminən 30-40 sm uzunluğu olan dəmir parçası tapmış və qıfılı sındırmaq üçün özü ilə götürmüşdür. Dərhal nərdivanı həmin mənzilin eyvanının aşağı hissəsinə söykəmişdir. Nərdivanla çıxmış və pəncərənin dəmir barmaqlığının qıfıl kilidini tapdığı dəmir parçası ilə arxasına keçirib, özünə tərəf çəkməklə sındırmışdır. Daha sonra sağ tərəfdəki plastik pəncərənin kənarına üzərində gəzdirdiyi vintaçanın ucunu keçirməklə açmışdır. Bundan sonra içəriyə qonaq otağına bənzər otağa daxil olmuşdur. Həmin otaqdan dərhal foyeyə keçmiş və giriş qapısının kilidini bağlamışdır. Bundan sonra yenidən həmin otağa qayıtmışdır. Həmin otaqda dəyərli bir əşya və ya pul axtarmağa başlamışdır. Lakin dəyərli bir şey müəyyən etməmişdir. Daha sonra foyeyə oradan isə yataq otağına getmişdir. Yataq otağındakı termonun üzərindən bir ədəd pul kisəsi tapmış və götürüb içərisinə baxdıqda manat və dollar valyutalarından ibarət nağd pul aşkar etmişdir. O, həmin pulları özü ilə götürərək cibinə qoymuşdur. Bundan sonra həmin termonun siyirməsinə baxmış və iki cüt sırğa, bir ədəd boyunbağı və bir ədəd üzük aşkar etmişdir. Həmin əşyaları dəyərli hesab etmiş və götürüb cibinə qoymuşdur. Bundan sonra digər otaqlara baxmış və başqa bir yataq otağına bənzər otaqda olan şkafın üzərindən xırda pullarla təxminən 10 manat məbləğində pul aşkar etmişdir. Həmin pulu da həmçinin cibinə qoymuşdur. Daha sonra mənzilin foyesinə getmiş və giriş qapısının kilidini içəridən açıb qonaq otağına dönmüşdür. Gəldiyi pəncərədən çölə tullanmış və nərdivanı, dəmir parçasını, eləcə də sındırdığı qıfılı izini itirmək üçün götürüb oradan uzaqlaşmışdır. Həmin əşyaları yaxınlıqdakı yaşıllıqların arasına tullamış və oradan oğurladığı əşyalarla birlikdə sürücüsünü tanımadığı “Mercedes” markalı avtmobillə müvəqqəti yaşadığı torpaq sahəsinə gəlmişdir. Həmin əşyaları orada saxlamış, pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir müddət sonra oğurladığı əşyaları hissə-hissə olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Rus bazarı” adlanan yerdə az miqdarda pula tanımadığı şəxslərə satmışdır. Bundan başqa oğurluq etmək məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanına gəlmişdir. Orada oğurluq etmək üçün əlverişli şərait axtarmağa başlamışdır. Yaxınlıqdakı “MM Şərab evi”-nin arxasında yerləşən parka gəlmiş, sonra parkın sağ tərəfində yerləşən yaşayış binasının qarşısına gəlmişdir. Yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzillərə nəzər yetirmiş ki, boş mənzil müəyyən edib oğurluq etsin. Lakin gecə saatları olduğundan bütün mənzillərin işıqları söndürülmüşdür. Bundan sonra o İnqilab İsmayılov küçəsi tərəfdən binanın arxa tərəfinə getmək qərarına gəlmişdir. Bu məqsədlə İnqilab İsmayılov küçəsinə çıxmış, bu zaman həmin binanın birinci mərtəbəsində “Günəş Market” mağazasını görmüş və həmin mağazanın ətrafında gəzişməyə başlamışdır. Qeyd etmiş ki, bu vaxt gecə saatları olduğundan küçədə demək olar ki, insan yox idi, lakin arabir İnqilab İsmayılov küçəsi ilə avtomobillər keçirdi. Həmin mağazanın ətrafında gəzişdikdən sonra park tərəfdən mağazanın kiçik ölçülü, lakin onun keçə biləcəyi ölçüdə nəfəsliyini görmüşdür. Bundan başqa mağazanın iki qapısı var idi və həmin qapılar dəmir barmaqlıqlarla əhatə olunmuşdur. Həmin nəfəslik isə plastik materialdan olan pəncərə ilə bağlanmışdır. O, həmin nəfəslikdən mağazaya daxil olmaq qərarına gəlmiş, üzərində gəzdirdiyi bir ədəd vintaçanı götürüb ucunu nəfəsliyin pəncərəsinin kənarına keçirmiş və dəstəyini özünə tərəf çəkmişdir. Bundan sonra pəncərə açılmışdır. Daha sonra o, həmin nəfəslikdən mağazaya daxil olmaq üçün nəfəsliyin yanında saxlanmış markasını xatırlamadığı avtomobilin üzərinə çıxmış və oradan isə mağazanın nəfəsliyindən içəriyə daxil olmuşdur. İçəriyə daxil olarkən qarşısına lambirin materialdan olan arakəsmə lövhə çıxmış və o, lövhəni əlləri ilə asanlıqla sındırıb mağazanın içərisinə döşəməyə tullanmışdır. Mağazanın içərisində işıq yox idi və o, üzərində olan yandıranın fanarını yandırıb piştaxtalara göz gəzdirmişdir. İlk olaraq kassa aparatına baxmış və orada təxminən 7-8 manat məbləğində olan qəpik pullar aşkar etmişdir, həmin qəpikləri götürüb cibinə qoymuşdur. Həmin kassa aparatının yanında həmçinin təxminən 25-30 ədəd Azercell-ə aid danışıq kartlarını aşkar etmişdir. Onları da götürüb, cibinə qoymuşdur. Daha sonra kassa masasının altında bir neçə müxtəlif markalı blok şəklində siqaretlərin yığıldığını görmüşdür. Yaxınlıqda sellofan paket tapıb həmin blok siqaretləri oraya yığmışdır. Daha sonra mağazanın qapısından sağda yerləşən piştaxtaya baxış keçirmişdir. Bu zaman aşağı hissədən bir neçə blok siqaretlər aşkar etmiş və həmçinin özü ilə götürdüyü sellofan paketə yığmışdır. Bundan sonra götürdüyü siqaretləri sellofanda mağazanın nəfəsliyindən çölə tullamış və özü də nəfəslikdən gəldiyi kimi çıxmışdır. Daha sonra oradan uzaqlaşmışdır. Həmin oğurladığı əşyalarla birlikdə sürücüsünü tanımadığı taksi vasitəsi ilə müvəqqəti yaşadığı torpaq sahəsinə gəlmişdir. Orada olarkən siqaret bloklarına baxmış və müxtəlif markalarda olduqlarını görmüşdür. Həmin siqaretlərin bir hissəsini “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxslərə az miqdarda pul müqabilində satmışdır. Bir hissəsini isə özü istifadə etmişdir. Lakin hazırda oğurladığı “Argo” markalı siqaretin bir blokunu müvəqqəti yaşadığı yerdə köhnə şkafın içərisində saxlamışdır. Oğurladığı Azercell-ə aid danışıq kartlarını öz mobil telefonu olmadığından həmin metrostansiyanın yaxınlığında tanımadığı şəxslərə ucuz qiymətə satmışdır. Qeyd etmiş ki, sonradan baxanda görmüş ki, həmin danışıq kartları hamısı 1 manatlıq danışıq kartları idi və cəmi 30 ədəd idi. Həmçinin oğurladığı qəpik pulları isə öz ehtiyacları üçün xərcləmişdir. Daha sonra əməllərindən peşman olduğunu, cinayət əməllərini yetkinlik yaşına çatmadığı müddətdə törətdiyini, cavan olmasını, zərərçəkmiş şəxslərin üçü ilə barışmasını, ona qarşı tələb və şikayətlərinin olmamasını, xəstə olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. Göstərdiyi ünvanda arvadı və iki övladı ilə birlikdə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində yaşadığı mənzildən toy məclisinə getmək məqsədi ilə çıxmışdır. Ailə üzvləri ilə bir gün əvvəl qayınatasıgilə qonaq getmişlər və onlar orada qalmışlar. Həmin müddətdə o, mənzildə tək yaşamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 00:30-da toy məclisindən mənzilə qayıtmışdır. Özündə olan açarla ilə mənzilin giriş qapısını açmış və mənzilə daxil olmuşdur. Qapının kilidinə heç bir müdaxilə yox idi. Mənzilə baxarkən mətbəx otağında, yataq otağında və qonaq otağında dağınıqlıq aşkar etmişdir. Belə ki, otaqlarda olan şkafların qapıları açıq vəziyyətdə idi. Həmçinin mənzilə baxış keçirən zaman yataq otağının pəncərəsinin açıq olduğunu və dəmir barmaqlığı bağlayan qıfılın yerində olmadığını aşkar etmişdir. Qeyd etmiş ki, pəncərə plastik materialdandır və kənarlarında vintaçan izinə bənzər izlər var idi. Mənzilə baxış keçirdikdən sonra məlum olmuş ki, qonaq otağında olan şkafın daxılından ona məxsus müxtəlif əskinazlaradan ibarət 7000 manat məbləğində nağd pul oğurlanmışdır. Bundan başqa yataq otağında çarpayıda matrasın altında şkaf formasında olan yerdə saxladığı aksesuar qabından bir ədəd qiyməti 10 manat olan sadə materialdan, kənarları torşəkilli olan qızılı rəngli qadın saatı, bir ədəd qiyməti 5 manat olan ürək formalı üstündə qırmızı və ağ rəngli dairəvi qaşlar olan sancaq, 02 ədəd hər birinin qiyməti 5 manat olmaqla sadə dəmir materialdan olan gümüşü rəngdə qadın üzüyü, 01 ədəd qiyməti 5 manat olan qadın paltarı üçün nəzərdə tutulmuş üzərində ağ rəngli qaşlar olan sadə materialdan sancaq oğurlanmışdır. Oğurluq hadisəsi barədə 102 Zəng Mərkəzinə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Oğurluq nəticəsində ümumilikdə ona dəymiş maddi ziyan 7030 manat məbləğindədir. Həmçinin sualları cavablandırarkən bildirmişdir ki, oğurluqdan sonra yaşadığı mənzilin otaqlarına və orada olan şkaflara diqqətlə baxış keçirmiş və əlavə olaraq qeyd etdiyi əşyaların oğurlandığını aşkar etmişdir. Mənzildən oğurluq edilməsi ilə bağlı şübhələndiyi şəxs yoxdur. İfadəsində qeyd etdiyi 7000 manat məbləğində nağd pul, 01 ədəd qiyməti 10 manat olan sadə materialdan, kənarları torşəkilli olan qızılı rəngli qadın saatı, 01 ədəd qiyməti 5 manat olan ürək formalı üstündə qırmızı və ağ rəngli dairəvi qaşlar olan sancaq, 02 ədəd hər birinin qiyməti 5 manat olmaqla sadə dəmir materialdan olan gümüşü rəngdə qadın üzüyü və 01 ədəd qiyməti 5 manat olan qadın paltarı üçün nəzərdə tutulmuş üzərində ağ rəngli qaşlar olan sadə materialdan sancaq ona məxsusdur. Həmçinin bildirmiş ki, qadın qol saatı, sancaqlar və üzükləri arvadı üçün özü almışdır və ona məxsusdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cəza təyin olunarkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında arvadı X6, oğlu 2011-ci ilin noyabr ayının 4-də anadan olmuş X8 və qızı 2013cü ilin dekabr ayının 2-də anadan olmuş X3 ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 08:30 radələrində yaşadığı göstərilən ünvandan çıxıb işə getmişdir. Arvadı Ülviyyə isə uşaqları ilə evdə olmuşlar. Onlar həmin gün saat təxminən 17:30-da evdən çıxmışlar və atası evinə getmişlər. O, işdən birbaşa qaynatası X5 evinə getmişdir. Orada bir az söhbət etdikdən sonra ailə üzvləri ilə birlikdə yaşadıqları mənzilə gəlmişlər. Mənzilə gəldikdə saat təxminən 22:45 radələri olardı. Mənzilin qapısını açarla açmış və mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqda, onlar evdə olmadıqları müddət ərzində, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrindən saat 22:45 radələrindək olan müddət ərzində naməlum şəxs və ya şəxslər mənzilin qonaq otağındakı evyanın pəncərəsinin dəmir barmaqlığındakı qıfılı sındıraraq həmin pəncərədən mənzilə daxil olduqlarını və mənzildən yataq otağındakı termonun üzərində olan əl çantasından xırda pullarla olan 100 manat pulu, həmin günün məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dollarını və termonun siyirməsindən 250 manat qiymətində 3 qram çəkidə, 585 əyarlı uşaq üçün 1 cüt qızıl sırğanı, 250 manat qiymətində, 3 qram çəkidə, 585 əyarlı uşaq üçün 1 cüt, ortasında yumru qaşı olan qızıl sırğanı, 450 manat qiymətində, 5 qram çəkidə, 585 əyarlı 1 ədəd qızıl qolbağını, 480 manat qiymətində 4 qram çəkidə 585 əyarlı 1 ədəd üzərində qurbağa forması olan qızıl qadın üzüyünü və uşaqların yataq otağından şifonerin üzərindən xırda pullarla yığılmış 11 manat pulun oğurlandığını aşkar etmişlər. Bundan sonra arvadı Ülviyyə özünə məxsus olan ***-***-**-** nömrəli telefonla mənzillərindən oğurluq hadisəsinin baş verməsi barədə polisə DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və mənzili müayinə etmişlər. O, oğurluq barədə ərizə vermişdir. Oğurlanmış əşyalar arvadı Ülviyyə tərəfindən istifadə edilsə də ona məxsusdur. Hadisə nəticəsində ona ümumilikdə 1881 manat məbləğində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxslə barışmadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Özü subaydır və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 3 saylı yaşayış binasının birinci mərtəbəsini qeyri-yaşayış sahəsi olmaqla mağaza kimi icarə əsasında istifadə edir. Həmin “Günəş market” mağazasında ərzaq məhsullarının satışı ilə məşğul olur. Hər gün mağazanı saat 09-10 radələrində açır və axşam 22 radələrində bağlayır. xx xxxxx 2020-ci il tarixdə saat 10 radələrində növbəti dəfə mağazanı açarkən içərinin dağınıq, yəni piştaxtada olan ərzaq məhsullarının yerdə səpələnmiş vəziyyətdə olduğunu aşkar etmişdir. Mağazanın içərisinə baxarkən həmçinin nəfəsliyin lambirin materialdan olan lövhə ilə bağlatdığı hissəsinin sındırıldığını aşkar etmişdir. Mağazada kassa masasının altında şkaf kimi yığılmış yerdən və giriş qapısından sağdakı bir qədər aşağıda yerləşən piştaxtada olan müxtəlif markalı siaretlərin, “xxxx” MMC-nə aid danışıq kartlarının, həmçinin kassa aparatının içərisindən təxminən 8 manat məbləğində qəpik pulların oğurlandığını müəyyən etmişdir. Bundan başqa mağazanın qapılarında müdaxilə izləri yox idi. Özü qapını açarı ilə açmışdır. O, dərhal oğurluq barədə Azərbaycan Respublikasının DİN-nin 102 Zəng Mərkəzinə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Bundan sonra müəyyən etmişdir ki, hər birinin qiyməti 30 manat olan “Sobranie” markalı üç blok siqaret, hər birinin qiyməti 30 manat olan “Kent” markalı üç blok siqaret, hər birinin qiyməti 19 manat olan “Argo” markalı üç blok siqaret, hər birinin qiyməti 22 manat olan “Winston” markalı üç blok siqaret, hər birinin qiyməti 22 manat olan “LD” markalı iki blok siqaret, hər birinin qiyməti 18 manat olan “Magna” markalı iki bolk siqaret, hər birinin qiyməti 18 manat olan “NZ” markalı iki blok siqaret, hər birinin qiyməti 19 manat olan “Want” markalı iki blok siqaret, qiyməti 30 manat olan 30 ədəd “xxxx” MMC-nə aid 1 manatlıq danışıq kartları, 8 manat məbləğində qəpik pullar oğurlanmışdır. Ona dəymiş maddi ziyan ümumilikdə 495 manat məbləğindədir. Həmçinin sualları cavablandırarkən bildirmişdir ki, oğurluqda şübhələndiyi heç bir şəxs yoxdur. Sonuncu dəfə oğurlanmış əşyaları xx xxxxx 2020-ci il tarixdə saat 22 radələrində mağazanı bağlayarkən ifadəsində qeyd etdiyi yerdə görmüşdür. Oğurluq hadisəsini ilk olaraq o, özü aşkar etmişdir. İcarə əsasında istifadə etdiyi “Günəş Market” mağazasının giriş qapısının açarları ondan başqa heç kimdə olmur. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cəza təyin olunarkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizə nəzərə alınaraq onun ifadəsi elan olunaraq tədqiq edilmiş, istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur, evlidir və himayəsində bir azyaşlı övladı vardır. ünvan 1 ünvanında yolun kənarında müxtəlif ərzaq məhsulları satılan “Köşk”ü icarə əsasında istifadə edir. Aylıq 300 manat məbləğində icarə haqqı ödəyir. Həmin köşkdə siqaret, su, kontur, şirələr, şirniyyatlar və sair ərzaq məhsullarını satır. Hər gün saat 08 radələrində köşkü açır, axşam saat 22 radələrində isə bağlayır. Köşkün bir giriş qapısı vardır və köşkün qabaq tərəfi plastik pəncərədən ibarətdir. Köşkün giriş qapısı daxili açarla bağlanır. Həmçinin bildirmişdir ki, köşkü ancaq özü işlədir və özü açıb bağlayır, bununla da açarlar həmişə onda olur. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 22 radələrində köşkün qapısını özü bağlayıb, evinə getmişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər köşkü açmağa gəlmiş və görmüşdür ki, köşkün plastik materialdan olan giriş qapısı sındırılıb və köşkün içərisi dağınıq vəziyyətdədir. Köşkdən oğurluq edilmişdir. O köşkün giriş qapısının sındırılması və oğurluq barədə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Azərbaycan Respublikası DİN-nin 102 Zəng Mərkəzinə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Xətai RPİ-nin 35-ci Polis bölməsinin əməkdaşları gəlmişlər. Polis əməkdaşları onunla birlikdə hadisə yerinə baxmışlar. Bundan sonra ondan oğurluqla bağlı ərizəsi alınmışdır. Onun işlətdiyi köşkdən ona məxsus bir ədədinin qiyməti 3.30 manat olan, hər blokda 10 ədəd olmaqla 08 blok “Sobranie” markalı, bir ədədinin qiyməti 3 manat olan, hər blokda 10 ədəd olmaqla 6 blok “Kent” markalı, bir ədədinin qiyməti 1.60 manat olan, hər blokda 10 ədəd olmaqla 02 blok “Classik” markalı, bir ədədinin qiyməti 2.40 manat olan, hər blokda 10 ədəd olmaqla 02 blok “LD” markalı nazik, bir ədədinin qiyməti 2 manat olan, hər blokda 10 ədəd olmaqla 02 blok “LD” markalı kompakt, bir ədədinin qiyməti 1.80 manat olan, hər blokda 10 ədəd olmaqla 03 blok “Rotmans” markalı, bir ədədinin qiyməti 3 manat olan, hər blokda 10 ədəd olmaqla 04 blok “Dovidoff” markalı, bir ədədinin qiyməti 1.50 manat olan, hər blokda 10 ədəd olmaqla 05 blok “Want” markalı və bir ədədinin qiyməti 2.50 manat olan, hər blokda 10 ədəd olmaqla 08 blok “Winston” markalı siqaretlər, 100 manat məbləğində qəpik əskinazlardan ibarət nağd pul, dəyəri 20 manat olan “Azercell”, “xxxx” “Azerfon”-a aid danışıq kartları oğurlanmışdır. Ümumilikdə ona dəymiş maddi ziyan 1133 manat məbləğindədir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmaması, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi, istintaq zamanı verdiyi ifadəni təsdiq etməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Hadisənin yuxarıda şərh olunan halları Şahid məhkəmə iclasında verdiyi ifadə ilə bir daha təsdiq olunmuşdur. O, Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli, 236 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qadın qol saatı və 1 ədəd qövs formalı bijuteriya tipli yaxa sancağı təyinatı üzrə istifadəyə yararsız olduğuna görə qiymətləndirilmir. Təqdim edilmiş bir ədəd ürək formalı bijuteriya tipli yaxa sancağının hazırkı vəziyyətdə orta bazar qiyməti 3.00 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli, 238 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan 10 qutu “X19” markalı, ağ filterli siqaretin 2020-ci ilin aprel ayına orta bazar qiyməti ilə ümumi dəyəri 15,00 (on beş) manat müəyyən edilir. Qeyd: Respublika bazarlarında və marketlərdə mövcud olan tələbdən və təklifdən, eləcə də qiymətə təsir göstərən digər amillərdən (məhsulun keyfiyyətində və sair) asılı olaraq, yuxarıda müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd qadın qol saatı, 01 ədəd qövs formalı bijuteriya tipli yaxa sancağı, 01 ədəd ürək formalı bijuteriya tipli yaxa sancağı və 10 qutu “X19” markalı, ağ filterli siqaret maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İş materiallarında olan məhkəmə-psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 1878 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Məsuliyyətsizlik, hirslilik, hövsələsizlik, konfiliktə meyillilik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, eqosentrizm kimi fərdi psixi xüsuyyətlərə malikdir. İdrak proseslərinin tədqiqi zamanı hər hansı kənaraçıxma halları aşkar edilmədiyindən belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş hadisə zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. İş materiallarında olan Xətai RPİ İstintaq Şöbəsinin müstəntiqi Elmin Abdullayevin 04 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xətai RPİ 35-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saxlanılaraq X12 təhvil verilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan qanuni qüvvəyə minmiş hökmün icrasına dair göstərişin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli hökmü xx xxxx 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 ərizələrindən görünür ki, təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi səmimi ifadəsi, zərərçəkmiş şəxslərin verdiyi ifadələri ilə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, cinayət əməllərini yetkinlik yaşına çatmadığı müddətdə törətdiyini, zərərçəkmiş şəxslərin üçü ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, 21-ci bəndində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)- 14/2021 saylı hökmünə əsasən təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixindən hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 təhvil verilmiş 01 ədəd qadın qol saatı, 01 ədəd qövs formalı bijuteriya tipli yaxa sancağı, 01 ədəd ürək formalı bijuteriya tipli yaxa sancağı və 10 qutu “X19” markalı, ağ filterli siqaret hökm qanuni qüvvəyə mindikdən sonra onların istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə ekspertiza xərci 161.29 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 təhvil verilmiş 01 ədəd qadın qol saatı, 01 ədəd qövs formalı bijuteriya tipli yaxa sancağı, 01 ədəd ürək formalı bijuteriya tipli yaxa sancağı və 10 qutu “X19” markalı, ağ filterli siqaret hökm qanuni qüvvəyə mindikdən sonra onların istifadəsinə verilmiş hesab edilsin. İş üzrə ekspertiza xərci 161.29 (bir yüz altmış bir manat iyirmi doqquz qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar