Məhkəmə qərarları › İş №1(011)-42/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-42/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-42/2023 05.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və nümayəndəsi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs1 və müdafiəçiləri – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçiləri – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri X2, Müdafiəçi6 və Müdafiəçi1 iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Kristal Dent” klinikasında həkim-stomatoloq işləyən, əvvəllər məhkum olunmamış, Neftçala şəhəri, H.Əliyev prospektində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, 15 avqust 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3nında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 "xxxx" MTK-nın təsisçisi Zərərçəkmiş şəxs tərəfindən yaşadığı ünvan 4 ünvanda yerləşən mənzilə aid çıxarışın verilməməsi və mənzilinə aid kommunal ödənişin 30 qəpik artırılmasını bəhanə gətirib, zor tətbiq etmə yolu ilə həmin məsələni həll etmək iqtidarında olduğunu nümayiş etdirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək 19 aprel 2022-ci il tarixdə saat 16:50 radələrində ünvan 4 ünvanda yerləşən binanın qaraj hissəsində Zərərçəkmiş şəxsla mübahisə edib, ünvanına nalayiq ifadələr işlətməklə, vətəndaşların gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaxasından tutub, hərəkətlərini məhdudlaşdırdığı halda o, yumruq və təpiklə sonuncunun bədəninin müxtəlif nahiyələrindən qəsdən zərbələr vurub, ona başın sol gicgah-alın nahiyəsinin və sağ bazunun qançırları, sol bazunun yumşaq toxumasının hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, qərəzli hərəkətlərini təxminən 5 dəqiqə müddət ərzində davam etdirib xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 "xxxx" MTK-nın təsisçisi Zərərçəkmiş şəxs tərəfindən yaşadığı ünvan 4 ünvanda yerləşən mənzilə aid çıxarışın verilməməsi və mənzilinə aid kommunal ödənişin 30 qəpik artırılmasını bəhanə gətirib, zor tətbiq etmək yolu ilə həmin məsələni həll etmək iqtidarında olduğunu nümayiş etdirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək 19 aprel 2022-ci il tarixdə saat 16:50 radələrində ünvan 4 ünvanda yerləşən binanın qaraj hissəsində Zərərçəkmiş şəxsla mübahisə edib, ünvanına nalayiq ifadələr işlətməklə, vətəndaşların gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib, Zərərçəkmiş şəxs yaxasından tutub, hərəkətlərini məhdudlaşdırdığı halda, Təqsirləndirilən şəxs1 yumruq və təpiklə sonuncunun bədəninin müxtəlif nahiyələrindən qəsdən zərbələr vurub, ona başın sol gicgah-alın nahiyəsinin və sağ bazunun qançırları, sol bazunun yumşaq toxumasının hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, qərəzli hərəkətlərini təxminən 5 dəqiqə müddət ərzində davam etdirib xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yaşadığı mənzilin çıxarışı olmamış, mənzilə dair əsas sənəd "xxxx" MMC ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi olmuş, həmin müqavilədə qeyd olunan öhdəlikləri o və binanın digər sakinləri tam şəkildə həyata keçirmişlər, son vaxtadək aralarında hər hansı bir problem yaranmamış, 2022-ci ilin aprel ayından etibarən "xxxx" MMC-nin sədri olan Zərərçəkmiş şəxs heç bir əsas gətirmədən, binanın sakinləri ilə razılaşdırmadan, binada olan kommunal ödənişlərin pulunu qaldıraraq, sakinlərdən həmin pulun ödənişini tələb etmiş, aralarında bağlanmış alqı-satqı müqaviləsinin bəndlərində kommunal ödənişlərin mənzilin kvadrat metri üçün 0,30 qəpik nəzərdə tutulmasına baxmayaraq Zərərçəkmiş şəxs qiymətləri 0,10 qəpik artıraraq 0,40 qəpik olmasını və aprel ayından etibarən ödənişi tələb edəcəyini bildirmiş, buna görə o və binada yaşayan digər sakinlərin əsaslı narazılığı yaranmış, Raufa bu barədə bildirdikdə isə o, heç bir sənəd təqdim etmədən ümumi qiymətlərin qalxmasını bəhanə gətirərək qiymətləri qaldırdığını bildirmiş, ona həmçinin alqı-satqı müqaviləsinə əsasən çıxarışların təqdim olunması ilə bağlı bildirdikdə isə o, sənədlərin hazırlanaraq müvafiq qurumlara göndərildiyini və cavab gözlədiyini bildirərək, onların aidiyyəti qurumlara müraciət etmələrinin qarşısını alaraq vaxtı uzatmışdır. Hadisə baş verən gün digər bina sakinləri ilə birlikdə mənzillərin çıxarışlarının olmaması, kommunal haqqının özbaşına qaldırılması, qarajdan olan giriş yollarının bağlanması və binanın həyətinin dayanacağa çevrilməsi səbəbləri ilə həyətdə toplaşmışlar. Həmçinin, ehtiyat generatorunun olmaması səbəbi ilə bir neçə dəfə binanın rəhbərliyinə narazı olduqlarını bildirmişlər. Onlara cavab olaraq isə “xoşunuza gəlmirsə, gedin mənzillərinizi satın” deyilmişdir. Onlar da bu problemlərin həll olunması üçün media orqanlarını və Fövqəladə Hallar Nazirliyinin işçilərini binanın həyətinə dəvət etmişlər. Onlar hadisə günü təxminən saat 15:30-16:00 radələrində gəlməli idilər. O da saat 16:00-da həyətə çatmaq üçün işdən çıxmışdır. Yaşadığı həyətə gələn zaman Fövqəladə Hallar Nazirliyinin işçilərinin orada olduqlarını görmüşdür. Onlar bina sakinləri olaraq onlara binanın ehtiyat giriş-çıxışlarının bağlanmasını və həmin yerlərdə obyektlərin açılmasını göstərmişlər. Fövqəladə Hallar Nazirliyinin işçiləri ilə binanın ön tərəfinə keçmişlər və orada olan girişi, eləcə də digər girişi göstərmişlər. Zərərçəkmiş şəxs binanın həyətinə gəlib onlarla kobud şəkildə danışmağa başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs2 ona hansı səbəbdən onlara qarşı belə kobudluq etdiyini soruşmuş və bundan sonra Zərərçəkmiş şəxs onlarla kobud danışmağa davam etmiş söyüşlər söymüş və Elçinin üzərinə getməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs yanında onun oğlu və oğlunun dostu var idi. Bundan əlavə isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və təxminən 30-40 nəfər bina sakinləri var idilər. Bina sakinləri həmin ərazinin müxtəlif yerlərində dayanmışdılar. Hətta orada olan qadınlar Zərərçəkmiş şəxs söyüş söyməməsi üçün irad bildirmişlər, lakin həmin vaxt aralarında hər hansı bir münaqişə yaranmamışdır. Fövqəladə Hallar Nazirliyinin işçiləri Zərərçəkmiş şəxs binanın layihəsini istəmişlər, o isə layihənin başqa ofisdə olduğunu bildirmişdir. FHN işçiləri isə onlara gözləməklərini və öz idarələrindən layihəni gətizdirəcəklərini bildirmişlər. Həmin vaxt qonşular media nümayəndələrinin gəldiklərini və onun çıxış etməyini istədiklərini dediklərindən, o, onların yanına getmişdir. O və Raya xanım media əməkdaşlarına müsahibə vermişlər. Media nümayəndələri ancaq qonşusu Namiqin onlara zəng edərkən yalnız çıxarış məsələsi barədə danışdığından, onlar da çıxarış məsələsini işıqlandıracaqlarını demişlər. Müsahibə verdikdən sonra komendantın otağına tərəf getmiş və bir çox bina sakinləri orada olmuşlar. Komendantın otağı şüşəli olduğundan, içəridə olanlar çöl tərəfdən görsənirdi. FHN işçiləri ilə söhbət edən zaman Zərərçəkmiş şəxs da orada idi. Onlar layihənin təxminən nə zaman çatdırılacağını soruşduqda, onlar bunun təxminən 30 dəqiqə qədər çəkəcəyini bildirmişlər. O da komendantın otağından çıxmış və bina sakinləri ilə birlikdə layihənin çatdırılmasını gözləməyə başlamışdır. Zərərçəkmiş şəxs o, çıxandan təxminən 5-6 dəqiqə sonra komendantın otağından çıxmış və Təqsirləndirilən şəxs2 yaxınlaşaraq onun qolundan tutmuşdur. Zərərçəkmiş şəxs Elçinə “sən lotusan, gəlib məni vurursan, sən qudurmusan?” demiş və bu zaman o, Təqsirləndirilən şəxs2 təxminən 3-4 metrlik məsafədə dayanmışdır. Elçin isə ona cavab olaraq Zərərçəkmiş şəxs ağsaqqal kişi olduğunu və onu vurmaq üçün hər hansı bir səbəbinin olmadığını bildirmişdir. Bu zaman onlar komendant otağının giriş hissəsinə yaxın dayanmışlar. Zərərçəkmiş şəxs əvvəlcədən qurulmuş plan əsasında hərəkət etdiyini və məhz polis əməkdaşlarının gələcəkləri vaxta yaxın Təqsirləndirilən şəxs2 qolundan yapışdığını düşünür. Belə ki, polis əməkdaşları gələn zaman Zərərçəkmiş şəxs onların onu vurduqlarını demişdir. Eləcə də onların yanlarında İntiqam adlı qonşuları olmuş. Əvvəl Zərərçəkmiş şəxs onlarla birlikdə həmin şəxsin də onu vurduğunu demiş, lakin həmin şəxs yaşlı adam olduğundan onu vurmadığını dedikdə, Zərərçəkmiş şəxs yalnız ikisinin onu vurduğunu iddia etməyə başlamışdır. Bundan sonra polis əməkdaşları onları xidməti avtomobilə əyləşdirib bölməyə aparmışlar, bina sakinləri isə bunu görüb onların polis əməkdaşları tərəfindən aparılmaqlarına etiraz etdiklərini və Zərərçəkmiş şəxs şikayətçi olduqlarını bildirmişlər. Qonşuları Turan adlı şəxs də öz övladı ilə xidməti maşında polis bölməsinə getmək istədiyini bildirmişdir. Onlar polis bölməsinə getdikdə arxalarınca təxminən 15-20 nəfər qonşuları da oraya gəlmişlər. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, media işçilərinə müsahibə verdiyindən, eləcə də FHN əməkdaşları ilə o, danışdığından, Zərərçəkmiş şəxs onu hədəf göstərdiyini düşünür. Daha sonraki dövrlərdə 5-6 bina sakini polis şöbəsinə dəvət olunaraq, onlardan da izahatlar alınmışdır. Zərərçəkmiş şəxs ona hədə-qorxu gəlməklə susdura bilməyəcəyini başa düşüb, onu şərləyib bu yolla kənarlaşdırmağa çalışmışdır. Zərərçəkmiş şəxs qanunsuz şəkildə hər bir avtomobil vasitəsinin həyətdə saxlanılmasına görə 30 manat pul yığıb həyətin həmin hissəsini dayanacağa çevirmişdir. Bu səbəbdən də uşaqların oynamaq üçün yerləri olmamışdır. Onlara verilən bukletlərdə həyətdə uşaqlar üçün oyun meydançasının nəzərdə tutulduğu qeyd olunmuşdur. Mənzillərə görə çıxarışların alınması üçün müraciət edən zaman onlara hər dəfə növbəti ay alınacağı bildirilmişdir. İnternet saytlarının birində həmin MTK-nın 400000 manat məbləğində vergi borcu olduğu qeyd olunmuşdur. Çıxarışların da məhz həmin borca görə verilmədiyini düşünür. Mənzillərin çıxarışlarının alınması üçün hər bir bina sakini 3000 manat pul vermişdir. Bina sakinlərinə bu məbləği ödəməmiş mənzilləri təmir etməyə icazə verilməmişdir. Bu məbləğin müqavilədə sayğacların və çıxarışların alınması üçün alındığı qeyd olunmuşdur. Zərərçəkmiş şəxs və onun yanında olan şəxslər onun ünvanına söyüş söyməmişdirlər və ya hər hansı başqa fiziki zor tətbiq etməmişdirlər, lakin onlar Elçinə bu qeyd etdiklərinin hamısını etmişlərdir. Zərərçəkmiş şəxs oğlu Elçinin üzərinə cumduqdan sonra, Elçin oradan qaçaraq uzaqlaşmışdır. O, fiziki xüsusiyyətlərinə görə ondan zəif olan insana əl qaldırmaz, Zərərçəkmiş şəxs isə yaşlı adamdır və o, ona qarşı hər hansı fiziki zor tətbiq etməmişdir. MMC-nin yaradılması ilə bağlı bir dəfə onlara kommunal müqavilələr paylanmış, lakin onlar həmin müqavilənin şərtləri ilə razı olmadıqlarına görə onu imzalamaqdan imtina etmişlər. Həmin müqavilədə bina rəhbərliyinin ayda bir dəfə mənzillərə baxış keçirilməsi hüququnu nəzərdə tutan bənd qeyd olunmuşdur. Onlar isə bina sakinləri olaraq bununla razılaşmamışlar. O, hadisə günü yalnız bir dəfə Zərərçəkmiş şəxsla birlikdə qarajda olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs yanında onun oğlu və oğlunun dostu da olmuşdur. Eləcə də Fövqəladə Hallar Nazirliyinin işçiləri də orada olmuşlar. Media əməkdaşları qarajın çöl tərəfində təxminən 10 metrlik məsafədə dayanmışlar. Hadisə baş verən gün yanında bir çox bina sakini olmuşdur. Hadisənin əvvəlindən sonuna kimi yanında olan şəxslər Turan, Mehti, İntiqam, Elvin və digərləri olmuşlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yaşadığı mənzilin çıxarışı olmamış, mənzilə dair əsas sənəd "xxxx" MMC ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi olmuş, həmin müqavilədə qeyd olunan öhdəlikləri o və binanın digər sakinləri tam şəkildə həyata keçirmişlər, son vaxtadək aralarında hər hansı bir problem yaranmamış, 2022-ci ilin aprel ayından etibarən "xxxx" MMC-nin sədri olan Zərərçəkmiş şəxs heç bir əsas gətirmədən, binanın sakinləri ilə razılaşdırmadan, binada olan kommunal ödənişlərin pulunu qaldıraraq, sakinlərdən həmin pulun ödənişini tələb etmiş, aralarında bağlanmış alqı-satqı müqaviləsinin bəndlərində kommunal ödənişlərin mənzilin kvadrat metri üçün 0,30 qəpik nəzərdə tutulmasına baxmayaraq Zərərçəkmiş şəxs qiymətləri 0,10 qəpik artıraraq 0,40 qəpik olmasını və aprel ayından etibarən ödənişi tələb edəcəyini bildirmiş, buna görə o və binada yaşayan digər sakinlərin əsaslı narazılığı yaranmış, Raufa bu barədə bildirdikdə isə o, heç bir sənəd təqdim etmədən ümumi qiymətlərin qalxmasını bəhanə gətirərək qiymətləri qaldırdığını bildirmiş, ona həmçinin alqı-satqı müqaviləsinə əsasən çıxarışların təqdim olunması ilə bağlı bildirdikdə isə o, sənədlərin hazırlanaraq müvafiq qurumlara göndərildiyini və cavab gözlədiyini bildirərək, onların aidiyyəti qurumlara müraciət etmələrinin qarşısını alaraq vaxtı uzatmışdır. Hadisə təxminən saat 16:00 radələrində baş vermişdir. O, binanın ön hissəsində dayanmışdır. Həmin gün qonşulardan biri FHN-nin əməkdaşlarını, digəri isə media işçilərini binanın həyətinə çağırmışdır. Onlar binanın iki girişinin olmasını və bir girişin bağlı olduğunu göstərərkən Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq hansı səbəbdən burada toplaşdıqlarını soruşmuşdur. Təqsirləndirilən şəxs1 həmin vaxt əli cibində olduğundan Zərərçəkmiş şəxs ona irad bildirmiş və o da ona cavab olaraq bir neçə gün öncə onun özünün bina sakinlərinin, yəni yaşlı adamların və qadınların yanında damağında siqaretlə durub söhbət etdiyini bildirmişdir. Onun Zərərçəkmiş şəxsla münasibəti yaxşı olmuşdur, telefon nömrələri bir-birilərinin telefonunda olmuşdur. Hansı səbəbdən onu hədəf göstərdiyini hələ də başa düşə bilməmişdir. Zərərçəkmiş şəxs bina sakinləri ilə birlikdə komendantın otağında dayanmışdırlar. Daha sonra polis əməkdaşları binanın həyətinə daxil olduqda, Zərərçəkmiş şəxs onun üstünə gələrək qolundan tutmuşdur. O, həmin vaxt darvazanın yanında dayanmışdır. Zərərçəkmiş şəxs onun onu vurduğunu iddia etməyə başlamış, o isə onu vurmaq üçün səbəbinin olmamasını və onun ağsaqqal kişi olduğunu bildirmişdir. O isə Orxan və İntiqam dayanan tərəfi göstərərək onların onu vurduqlarını deməyə davam etmişdir. Rauf İntiqamın da onu döydüyünü bildirdikdə, İntiqam ona "mən yaşlı adamam, yekə kişisən mən səni nə vaxt vurdum?" demiş, bundan sonra Zərərçəkmiş şəxs yalnız ikisinin onu vurduğunu bildirmiş və polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Daha sonra bina sakinlərinin bir çoxu da onların arxasınca polis şöbəsinə gəlmişlər. Polis şöbəsindən qayıtdıqda Zərərçəkmiş şəxs ona “sənin pulun çoxdur?” sualını vermiş, o isə ona hansı səbəbdən bunu soruşduğunu öyrənmək üçün sual verdikdə cavab olaraq onu tutduracağını demişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, o, Zərərçəkmiş şəxs özünə xəsarət yetirdiyini düşünür. Hadisə baş verən gün Zərərçəkmiş şəxs polis bölməsinə Mövsümün nəqliyyat vasitəsində yollanmışdır. Məhz həmin ərəfələrdə avtomobilə əyləşərkən özünə xəsarət yetirib tibbi ekspetizaya getdiyini fikirləşir. Zərərçəkmiş şəxs tibbi müayinə zamanı çəkilmiş şəkillərinə baxdıqda, onun üzərində yalnız müəyyən cızıqların olduğunu görmək olar. O, Rauf İsamayılovla yaxın təmasda olmamış, onunla aralarında minimum 1-2 metrlik məsafə olmuşdur. Hadisədən əvvəl Zərərçəkmiş şəxsla münasibətləri yaxşı olmuşdur. O da digər qonşular kimi çıxarışın alınmamasına görə Zərərçəkmiş şəxs öz narazılığını bildirmişdir. Çıxarışların alınmasının Zərərçəkmiş şəxs maddi baxımdan sərf etmədiyini düşünür. Çünki, o, binanın həyətinin müxtəlif hissələrini obyektə çevirib, onlardan gəlir əldə etmişdir. Onlar ona bu barədə narazılıqlarını bildirdikdə, Zərərçəkmiş şəxs “xoşunuza gəlmirsə, satın gedin” demişdir. Onlar Zərərçəkmiş şəxs heç olmasa 10 avtomobil vasitəsinin yerini onlara verməsini xahiş edərək öz qüvvələrinə həmin yerdə uşaqlar üçün kiçik oyun meydançası qurmuşlar. Bir qədər sonra isə Zərərçəkmiş şəxs onlara artıq qış ayları gəldiyindən, uşaqların həyətdə oynamayacaqlarını və meydançanı sökməklərini demişdir. Onlar da oranı sökmək məcburiyyətində qalmışlar və uşaqların oynamaq üçün meydançaları olmamışdır. Mənzillərə görə çıxarışlar alınsa idi, həmin mənzilləri daha yüksək qiymətə satmaq mümkün olardı. O, polis şöbəsinə aparıldıqda Zərərçəkmiş şəxs izahat alınıb-alınmamasının şahidi olmamışdır. Orada olarkən onun üzərində hər hansı xəsarət izi olmamışdır. Polis şöbəsində qeyri-rəsmi olaraq belə Zərərçəkmiş şəxsla üzləşməsi olmamışdır. Həyətdə polis şöbəsinə getmək üçün avtomobilə əyləşərkən Zərərçəkmiş şəxs üzərində hər hansı xəsarət izi olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" MTK-nın təsisçi olmaqla, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hadisə günü binanın həyəti istiqamətində gəldikdə, orada bir qrup narazı sakinin olduğunu görmüşdür. Narazılıq etmələrinə səbəb mənzilə görə kommunal haqqının 10 qəpik məbləğində artırılması idi. O da onlara yaxınlaşmış və orada media işçilərinin də çəkiliş apardıqlarını görmüşdür. Daha sonra həmin çəkilişdə də iştirak etmişdir. Orada olanlarla sağollaşdıqdan sonra avtomobilinə tərəf hərəkət etməyə başlamışdır. Avtomobilini binanın qarajında saxlamış və həmin ərəfədə təqsirləndirilən şəxslər ona yaxınlaşmışlar. Sonra isə oraya yaxın olan qaranlıq bir yerə çəkərək onunla mübahisə etməyə başlamışlar. O, onlara ataları yaşında olduğunu, onunla belə danışmağın ayıb olduğunu və sonra söhbət edə biləcəklərini bildirmişdir. Elə bunları dedikdən sonra onlardan biri yaxasından tutmuş, digəri isə ona təpiklə zərbələr endirməyə başlamışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin müddət ərzində onun səsini eşidib hər hansı bir şəxs yaxınlaşmamışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişdirlər. O, münaqişə baş verən zaman 102-yə yığaraq oraya polis çağırmışdır. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra həmin şəxsləri 34-cü Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxslər tərəfindən ona qarşı fiziki hərəkətlərin tətbiqi maşının yanında olan zaman başlamışdır. Münaqişə zamanı yanında nə oğlu, nə də oğlunun dostu olmamışdırlar. Hadisə günü binanın həyətinə gəldiyi vaxtı dəqiq xatırlamır. Binanın həyətində sakinlərin narazılıq salmaları barədə məlumatı ona binanın komendantı vermişdir. Komendant ona bu barədə məlumat vermək üçün zəng etdikdə, o, yaşadığı evdə idi. Yaşadığı ev Binəqədi rayonu ərazisində yerləşir. Həmin ərazidən hadisə baş verən həyətə gəlməyi təxminən 15-20 dəqiqəni əhatə edir. Həmin yaşayış binası 2021-ci ildə təhvil verilmişdir. Yaşayış binasında yerləşən mənzillərə çıxarış verilməmişdir. Bina Mənzil-Tikinti Kooperativi tərəfindən tikilmişdir və hal-hazırda da həmin müəssisənin təşkilati-hüquqi forması dəyişməmişdir. Binadakı bütün mənzillər alınmışdır. Kommunal ödənişlər binanın komendantı tərəfindən yığılır və həmin şəxs onun tabeçiliyindədir. Kommunal haqqı 30 qəpik olaraq onların tərəfindən bina sakinləri ilə məsləhətləşmə nəticəsində müəyyən edilmişdir. Lakin onlar həmin haqqın məbləğini 40 qəpiyə qaldırmaq istədikdə bina sakinləri buna narazılıq etmişlərdir. Kommunal haqların 40 qəpik olaraq təyin edilməsi barədə iclas keçirilmişdir və bu barədə elanlar da müvafiq olaraq binalarda yerləşdirilmişdir. Həmin iclasın keçirilməsi və sakinlərin razı olmalarını təsdiq edən imzalar mövcud deyildir. Təqsirləndirilən şəxslər qarajın girişindən 3-4 metr aralıqda olmuşlar, onunla maşını saxladığı yer arasında 5-6 metrlik məsafə olmuşdur. Təqsirləndirilən şəxs1 hadisə baş verdikdən 15 gün sonra içkili vəziyyətdə onun maşınını saxladığı yerdə avtomobilini saxlamış, onun maşınının üzərinə ayağını qoymuş və bunun da şəklini çəkmişdir. Daha sonra bu şəkli başqa sakinlərə göndərərək “o kimdir ki, mənə nəsə etsin” ifadəsini işlətmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 müxtəlif vaxtlarda onun işə gəldiyi və getdiyi vaxtlarda əlindəki telefonla çəkiliş aparmışdır. O, baş vermiş hadisə nəticəsində xəsarət almışdır. O, daha sonra 4 dəfə narkoz qəbul etmiş və bunun nəticəsində yaddaşında müəyyən problemlər yaranmışdır. Söhbət bina sakinlərinə mənzillərinə görə çıxarış almalarından başlamışdır. Həmin çıxarışları dövlət verir və onlar Arxiterktura Komitəsinə bunu etməsi üçün müraciət etmişlər. Sadəcə orada olan bəzi dəyişikliklərə görə çıxarışların alınması prosesi uzanmışdır. Amma son nəticə olaraq həmin çıxarışlar alınacaqdır. Mənzillərin çıxarışlarının alınmaması oun üçün hər hansı bir üstünlük təşkil etmir. O, dəfələrlə bina sakinlərini yığıb, binanı özlərinin idarə etmələrini istəmişdir. Bədənindəki xəsarətləri də Təqsirləndirilən şəxs1 ona endirdiyi zərbələr nəticəsində almışdır. O, binanın həyətinə təxminən saat 15:00 radələrində gəlmişdir. Nəqliyyat vasitəsindən düşdükdən sonra media işçilərinin də həyətdə çəkiliş apardıqlarını görmüş və ofisinə getmişdir. Media əməkdaşları çəkiliş üçün həmin otağa gəlmişlər və o, onlarla otağında söhbət etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, o, evə getmək üçün ofisdən çıxıb avtomobilinə yaxınlaşan zaman təqsirləndirilən şəxslər ona yaxınlaşmışlar. O, qaraja tərəf gedən zaman təqsirləndirilən şəxslər onu söhbət üçün kənara çəkmişlər. Onu kənara çəkdiklərini həyətdə olan şəxslər görmüşlər. Hadisə baş verən ərəfələrdə ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsi ilə onun şəkillərini və videolarını hadisə baş verdikdən sonrakı müddət ərzində çəkmişdir. O, təqsirləndirilən şəxslərə qarşı düşmənçilik hissləri bəsləmir. Əgər onlar hadisədən sonraki müddət ərzində ondan üzr istəsələrdi, o, onları bağışlamağa hazır idi. Hadisə zamanı yanlarında kənar şəxslər olmamışdır. Orada yalnız üç nəfər olmuşdur. Orxan başına yumruq zərbəsi endirmişdir, Elçin isə yaxasından tutmuşdur. O, həmin xəsarətləri Təqsirləndirilən şəxs1 onu vurması nəticəsində almışdır. Hadisə günü binanın həyətinə gələn zaman bina sakinlərinin orada toplaşdıqlarını görmüşdür, lakin o, orada olan bina sakinlərinə yaxınlaşmamışdır. Bina sakinləri komendantın otağının qabağında yığılmışdılar və həmin otaq çöldə yerləşir. O, komendantın otağında media işçilərinə müsahibə vermişdir. Daha sonra həmin otaqdan çıxıb maşınını saxladığı qaraja tərəf hərəkət etməyə başlamış və həmin ərəfələrdə yığışan sakinlərin oradan uzaqlaşdıqlarını görmüşdür. Təqsirləndirilən şəxslər onun arxasınca gəldikləri zaman söyüş söymüşlərdir. Komendantın buna şahidlik edib-etməməsini dəqiq bilmir. Onun maşını tərəfə getdiyini və təqsirləndirilən şəxslərin arxasınca gəlmələrini gördüyünü düşünür. O, “102”-yə zəng vurduqdan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və təqsirləndirilən şəxsləri 34-cü Polis Şöbəsinə aparmışlar. Həmin polis əməkdaşlarından başqa orada növbətçi çevik polis alayının əməkdaşları da onlara yaxınlaşmışdırlar. O, hadisə baş verdikdən sonra ora gələn polis əməkdaşlarına yaxınlaşmış və daha sonra isə binanın komendantının avtomobili ilə 34-cü Polis Şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün o, öz otağında oturmuşdur. Zərərçəkmiş şəxs onun yanına gəlmiş və bir müddət sonra otaqdan çıxmışdır. Təxminən 15 dəqiqədən sonra çöldən Zərərçəkmiş şəxs səsinin gəldiyini eşitmiş və qapını açıb çölə çıxmışdır. Zərərçəkmiş şəxs onun otağının yanında saxladığı avtomobilə tərəf gəlmiş, onu döydüklərini və onunla birlikdə bölməyə getməyini demişdir. Hadisə günü binanın həyətində bina sakinləri olmuşdurlar. Lakin onlar tərəfindən hər hansı bir narazılığın və ya etirazın olduğunu görməmişdir. O, həmin müddət ərzində öz otağında olmuşdur. Zərərçəkmiş şəxs ona yaxınlaşdıqda onun üzərində hər hansı bir xəsarət izinin olub-olmamasına fikir verməmişdir və Zərərçəkmiş şəxs kimin tərəfindən döyülməsini soruşmamışdır. Onun Zərərçəkmiş şəxsla hər hansı bir qohumluq əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs otağı ilə onun otağı arasında müəyyən məsafə vardır. Zərərçəkmiş şəxs həmin mənzil-tikinti kooperativinin rəhbəridir və o, onun tabeçiliyində binanın komendantı qismində fəaliyyət göstərir. Zərərçəkmiş şəxs media əməkdaşlarına müsahibə verməsini dəqiq xatırlamır. Bina sakinləri mənzillərin çıxarışlarını almamışdırlar. O, MTK-nın satış şöbəsində çalışmadığı üçün mənzillərin hansı qaydada satışa çıxarıldığı barədə məlumatlı deyil. Hadisə baş verdikdən bir neçə gün sonra Zərərçəkmiş şəxs ağrıdığını bildirərək işə gəlməmişdir. Kommunal haqqlara görə edilən ödənişləri o, yığır və hal-hazırda binada kommunal haqq məbləği 30 qəpik olaraq müəyyən edilmişdir. 1-2 bina sakini 40 qəpik ödəniş edir. Yığılan kommunal haqq binanın saxlanılması üçün zəruri olan ehtiyacları ödəmir. Kommunal haqqın qaldırılması barədə məlumatlı idi, lakin həmin məsələnin ona aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs1 həmin gün həyətdə olan bina sakinlərinin arasında olub-olmamasını dəqiq xatırlamır. Polis əməkdaşları binanın həyətinə gəldikləri zaman o, Zərərçəkmiş şəxs polis bölməsinə aparmışdır. Həmin gün binanın həyətində 3-5 nəfər bina sakini toplaşmışdı. Zərərçəkmiş şəxs onun maşınına tərəf gəldikdə onun yanında heç kim yox idi. Zərərçəkmiş şəxs hadisə baş verdikdən sonra ona dediyi tək şey hadisənin qarajda baş verməsi idi. O, ona onu vuran şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını maşında olarkən demişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rauf İsmaylovun arxası ilə qaraja getməyini və daha sonra qarajdan çıxmalarını görməmişdir. Zərərçəkmiş şəxs xəstəxanaya apararkən üzərində hər hans bir xəsarətin olub olmamasını görməmişdir, xatırlamır. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 14:30 radələrində komendant işlədiyi "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 41A ünvanda yerləşən binanın həyət hissəsindəki otağında olan zaman bina sakinlərinin mənzillərinə aid çıxarışlarının verilmədiyi və kommunal xidmət haqqının artırılmasından narazı olduğu üçün binanın həyətinə toplaşmalarını və narazılıq etmələrini görmüş, həmin zaman həmçinin həyətə media işçiləri və FHN əməkdaşlarının da gəlmələrinin şahidi olmuş, təxminən bir az vaxt keçdikdən sonra binanın sədri olan Zərərçəkmiş şəxs avtomobili ilə binaya daxil olub, avtomobili qarajda saxlayaraq sakinlərə yaxınlaşmış, sakinlərlə qulaq asıb narazılıqları eşitdikdən sonra onlara müvafiq izah vermiş, bundan sonra isə onlardan kənarlaşıb binadakı ofisinə doğru getmiş, bir neçə dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs ofisindən çıxaraq, qaraja doğru hərəkətə başlamış, həmin zaman sakinlərdən Elçin və Orxan da Zərərçəkmiş şəxs arxası ilə qaraja daxil olmuşlar, təxminən 15 dəqiqə sonra ilk əvvəl Orxan və Elçin, onların arxası ilə Zərərçəkmiş şəxs qarajdan çıxmış, Zərərçəkmiş şəxs qarajdan çıxan kimi halsız vəziyyətdə ona yaxınlaşıb, Elçin və Orxan tərəfindən döyüldüyünü deyərək, polis çağırmasını istəmiş, həmin ərəfədə həyətə polis avtomobili gəldiyindən, Zərərçəkmiş şəxs ondan kənarlaşıb, polis əməkdaşlarına yaxınlaşaraq hadisə barədə məlumat vermiş, Bundan sonra Elçin, Orxan və Zərərçəkmiş şəxs araşdırma zərurəti ilə bağlı 34-cü PŞ-nə dəvət edilmişlər. Verilmiş suallara cavab olaraq Şahid1 ibtidai istintaq zamanı göstərilən məzmunda ifadə vermədiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisənin təfərrüatlarını olduğu kimi göstərdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, hadisə baş verən binada yerləşən idman zalında çalışır. Hadisə günü siqaret çəkmək üçün zaldan çölə çıxdıqda, Zərərçəkmiş şəxsla bina sakinlərinin mənzillərin çıxarışlarının alınması ilə bağlı söhbət etdiklərini görmüşdür. Onların aralarında bu məsələ ilə bağlı müəyyən problemlər yaranmışdır. Daha sonra isə müştəri onu çağırdığından, zala geri qayıtmışdır. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rauf İsmaylovun arxası ilə qaraja getməyini və daha sonra qarajdan çıxmalarını görməmişdir. Zərərçəkmiş şəxs üzərində hər hansı bir xəsarətin olub olmamasını görməmişdir. Bundan başqa hər hansı bir hadisəyə şahidlik etməmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, o, həmin gün binanın navesinin altında dayanıb söhbət etdiklərini görmüşdür. Kiməsə qarşı fiziki zor tətbiq edildiyini görməmişdir. Daha sonra zaldan çıxdıqda Zərərçəkmiş şəxs post-patrul xidmətinin əməkdaşlarına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona qarşı fiziki zorun tətbiq edilməsi barədə şikayət etdiyini görmüşdür. Zərərçəkmiş şəxs üzərində hər hansı xəsarət izi yox idi. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs hər hansı fiziki təzyiqin göstərilməsinin şahidi olmamışdır. Hadisə günü bina sakinləri çıxarışlarla və yerlə bağlı narazılıqlarını bildirirdilər. Zərərçəkmiş şəxs hər gün binada yerləşən ofisinə gəlmiş və hadisə günü Zərərçəkmiş şəxs üzərində hər hansı qaraltı izi yox idi. Bina sakinləri layihədə giriş-çıxış üçün mənfi birinci mərtəbənin nəzərdə tutulduğunu, lakin istifadəyə verilməməsi ilə bağlı şikayət edirdilər. Həmin ərazidə idman zalı açılmışdır. Bina sakinləri mənfi birinci mərtəbənin istifadəyə veriləcəyi təqdirdə daha rahat hərəkət edə biləcəklərini bildirirmişlər. Eyni zamanda çıxarışların gec verilməsi də narazılıq yaradan digər məsələ idi. Kommunal haqqın qaldırılması ilə bağlı yaranan narazılıq haqqında hər hansı məlumatı yoxdur. Onlar qarajın yaxınlığında dayanan zaman Zərərçəkmiş şəxs yanında onun oğlu və digər şəxslər də var idilər. Girişə nəzərən idman zalı sol tərəfdə yerləşir. O, zaldan çıxanda təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və onun oğlu, eləcə də digər bina sakinləri dayanmışdılar və onların arasında sözlü mübahisə gedirdi. Media işçiləri və FHN-nin əməkdaşlarını polislər gələn ərəfədə görmüşdür. O, həmin mübahisəyə təxminən 5-10 dəqiqə qədər şahidlik etmişdir. Daha sonra müştəri onu çağırdığından, zala geri dönmüşdür. Təxminən 30 dəqiqə qədər sonra həyətə çıxdıqda Zərərçəkmiş şəxs polis əməkdaşlarına döyülməsi ilə əlaqədar şikayət etdiyini və həmin post-patrul xidmətinin əməkdaşlarının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 apardıqlarını görmüşdür. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, artıq uzun müddətdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 41A ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən idman zalını icarə əsasında işlədir. xx.xx.2022-ci il tarixdə təxminən saat 14:30 radələrində idman zalında olduğu zaman, binanın həyət hissəsində bina sakinlərinin toplaşdığını görmüşdür. Zaldan çıxıb nə baş verdiyi ilə maraqlandıqda, sakinlərin mənzillərinə aid çıxarışların verilməməsi və kommunal xidmət haqqının artırılmasından narazı olduqları üçün toplaşmalarını məlum etmişdir. Həmin zaman həyətdə sakinlərdən əlavə media işçiləri və FHN-nin əməkdaşları da olmasına diqqət etmişdir. Təxminən bir az vaxt keçdikdən sonra binanın sədri olan Zərərçəkmiş şəxs avtomobili ilə binaya daxil olub, avtomobili qarajda saxlayaraq sakinlərə yaxınlaşmışdır. Sakinlərə qulaq asıb narazılıqlarını eşitdikdən sonra onlara müvafiq izah vermişdir. Bundan sonra isə onlardan kənarlaşıb binadakı ofisinə doğru getmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs ofisindən çıxaraq, qaraja doğru hərəkətə başlamışdır. Həmin zaman sakinlərdən Elçin və Orxan da Zərərçəkmiş şəxs arxası ilə qaraja daxil olmuşlar. Təxminən 15 dəqiqə sonra ilk əvvəl Orxan və Elçin, onların arxası ilə Zərərçəkmiş şəxs qarajdan çıxmışdır. Zərərçəkmiş şəxs qarajdan çıxan kimi komendantın otağına yaxınlaşmış, həmin ərəfədə həyətə polis avtomobili gəldiyindən, Rauf komendantın otağından çıxıb, polis əməkdaşlarına yaxınlaşaraq, Elçin və Orxan tərəfindən döyülməsi barədə məlumat verib, ona köməklik etmələrini xahiş etmişdir. Bundan sonra Elçin, Orxan və Zərərçəkmiş şəxs araşdırma zərurəti ilə bağlı 34-cü PŞ-də dəvət edilmişlər. O, həmin şəxslərin Zərərçəkmiş şəxs döymələrini görməmişdir. Verilmiş suallara cavab olaraq Şahid2 ibtidai istintaq zamanı göstərilən məzmunda ifadə vermədiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisənin təfərrüatlarını olduğu kimi göstərdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, X23 Alayının polis nəfəri vəzifəsində çalışır. Hadisə baş verən gün təhkim olunduğu inzibati ərazi üzrə 24-31 çağırışlı avtopatrulla xidmətdə olduğu zaman Məhəmməd Hadi küçəsində yerləşən binanın həyətində çoxsaylı vətəndaşların yığışdığını görüb, həmin ünvana yaxınlaşmışlar. X16 Nazirliyinin işçilərinin də olduqlarını görərək ilk olaraq onlar da FHNnin işçilərinə yaxınlaşmışlar. Daha sonra isə kütlənin toplaşdığı yerə tərəf getmişlər. Orada nə baş verdiyini soruşduqda, Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq vətəndaşların onun qabağını kəsdiklərini, onu söydüklərini və döydüklərini bildirmişdir. O, ona qarşı bu hərəkətləri edənlərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu göstərmək üçün əli ilə onlara tərəf işarə etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 da onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs barəsində şikayətçi olduğunu demişdir. Şikayətin yerində həll edilə bilinməyəcəyini görüb, onları xidmət apardıqları avtomobil vasitəsi ilə polis bölməsinə izahat vermələri üçün dəvət etmişlər. Hadisə yerində bina sakinlərinin hansı səbəbdən toplaşdıqlarını aydınlaşdıra bilmədiklərindən onları polis bölməsinə dəvət etmişlər. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, onlar kiminsə döyüldüyünə şahidlik etməmişlər. Vətəndaş Zərərçəkmiş şəxs həyətdə olan zaman onlara yaxınlaşaraq bu barədə məlumat vermişdir. Xidməti avtomobildə çoxsaylı vətəndaşları yerləşdirməyə şərait olmadığı üçün, onlar Zərərçəkmiş şəxs onu döydüklərini iddia etdiyi Təqsirləndirilən şəxs1 və Elçin İsmayılovu xidməti avtomobilə əyləşdirmişlər. Bir əməkdaşları isə Zərərçəkmiş şəxs müşayiət etməklə onun avtomobili ilə polis bölməsinə yollanmışdır. Zərərçəkmiş şəxs onlara yaxınlaşan zaman üzərində xəsarət izlərinin olmasını görməmişdir. Xidməti avtomobildə gedən zaman təqsirləndirilən şəxslər bina ilə bağlı şikayətlərinin olduğunu və FHN əməkdaşlarını da binanın həyətinə onların çağırdıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 könüllü şəkildə xidməti avtomobilə əyləşmişlər, hər hansı bir müqavimət göstərməmişlər. Hadisə baş verən ərazi onların təhkim olunduğu inzibati ərazidir. Lakin onlar orada olan zaman kiminsə “102”-yə zəng etməsi barədə də eşitmişlər. Onunla birlikdə həmin əraziyə təhkim olunmuş əməkdaş Şahid4dur. Hadisə baş verən ərazidə səs-küy olduğunu və çoxsaylı vətəndaşların toplaşdığına şahidlik etmişlər. Konkret olaraq hadisənin şahidi olmamışlar. Təqsirləndirilən şəxsləri xidməti avtomobil vasitəsi ilə polis bölməsinə aparan zaman, onlar tərəfindən döyülmə və ya digər buna bənzər hal haqqında söhbətləri olmamışdır. Onlar üzərlərinə olan mobil telefon vasitəsi ilə kiminləsə əlaqə saxlayaraq bölməyə gəlməsini istəmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Şahid4 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Həmçinin onun barəsində məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə məcburi gətirilmə qərarı qəbul edilərək icrası Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilmişdir. Lakin Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda Şahid4 yerinin müəyyən edilməsinin mümkün olmaması qeyd edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, o, hazırda X23 Alayının 3-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantı rütbəsindədir. 19 aprel 2022-ci il tarixdə polis serjantı Şahid3la birgə təhkim olunmuş inzibati ərazi üzrə AP 24-31 çağırılışlı avtopatrulla xidmətdə olduqları zaman, saat 17 radələrində ünvan 6 ünvanda yerləşən binanın həyətinə çoxsaylı vətəndaşların toplaşdığını görüb, həmin ünvana yaxınlaşmışlar. Bu zaman sonradan adını öyrəndikləri Zərərçəkmiş şəxs onlara yaxınlaşıb, 2 nəfər vətəndaşın onun qarşısını kəsərək əl-qol hərəkətləri atdığını deyib, ona köməklik etmələrini xahiş etmişdir. Onlar Zərərçəkmiş şəxs ona qarşı qanunsuzluqlar etmiş şəxslərin kimlikləri barədə maraqlandıqda, o, sonradan adlarını öyrəndikləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 işarə edib, ona qarşı məhz həmin şəxslərin qanunsuzluqlar etdiyini bildirmişdir. Bu barədə məlumat aldıqdan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 araşdırma zərurəti ilə əlaqədar 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Həmçinin şikayətçi Rauf İsmaylova da müraciəti ilə əlaqədar şöbəyə yaxınlaşmasını xahiş etmişlər. Şöbəyə gəldikdə hadisə ilə əlaqədar raport tərtib etməklə, şöbə rəhbərliyinə məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı binanın sakinləri kimi tanımış, aralarında heç bir ədavət olmamışdır. 19 aprel 2022-ci il tarixdə saat 15 radələrində özünə məxsus “KİA Rio” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə hadisə baş verən binanın həyətinə getmişdir. Həmin gün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binanın təxliyyə giriş-çıxışları ilə bağlı araşdırma aparırdılar. O, əvvəllər həmin MTK-nın icraçı direktoru vəzifəsində çalışmış və bu səbəbdən də binanın layihəsindən xəbərdar olmuşdur. FHN əməkdaşlarına binanın layihəsini təqdim etmiş və həmin ərəfədə bina sakinləri həyətə yığışmışdılar. Orada “ARB” telekanalının işçiləri də olmuşlar və sakinlər onlara müsahibə vermişlər. Həmin vaxt atası komendantın otağında idi. Bütün bunlar təxminən saat 16:00 radələrində baş vermişdir. FHN əməkdaşlarına binanın layihəsini təqdim etdikdən sonra, onlarla birlikdə binanın girişçıxışlarını göstərmək üçün hərəkət etmişdir. Bina sakinləri həyətin arxa hissəsində dayanmışlar, o isə həmin vaxt binanın ön hissəsinə keçmişdir. Oradan qayıdan zaman binanın həmin ərazidə çevik polis alayının əməkdaşlarının olduqlarını görmüşdür. Elə bu zaman atası ona yaxınlaşmış, o isə ondan nə baş verdiyini soruşduqda, sonuncu Orxanla Elçinin onu içəridə təhqir etdiklərini, Elçinin onu tutduğunu, Orxanın isə ona zərbələr endirdiyini və buna görə də həyətə polis əməkdaşlarının çağırıldığını, 34-cü Polis Şöbəsinə gedəcəklərini bildirmişdir. Daha sonra Orxanla Elçini polis maşınında aparmışlar, atası isə yanında polis əməkdaşı ilə polis şöbəsinə yollanmışdır. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hadisə baş verən gün bina sakinləri kommunal haqqın qalxması və binadaki mənzillərin çıxarışlarının alınmaması ilə bağlı narazılıqlarını bildirirdilər. O, həyətə çatan zaman orada bina sakinlərinin həyətdə toplaşdıqlarını və müsahibə verdiklərini görmüşdür. Həmin müsahibə verən sakinlərin içində Təqsirləndirilən şəxs1 da var idi. O, bina sakinlərinin toplaşdıqlarını hadisə baş verməmişdən əvvəl görmüşdür. O, FHN-nin işçiləri ilə binanın həyətinə qayıdan zaman polis maşınlarını görmüş və atası ona yaxınlaşaraq üzündən və çiynindən vurulduğunu bildirmişdir. Həmin vaxt atasının üzərində qızartılar və qaraltılar var idi. Hadisə baş verməmişdən bir qədər əvvəl, o, əməliyyat keçirmişdi və həmin izlər bu səbəbdən də yaranmış ola bilərdi. Bundan əlavə onun axsadığını da görmüşdür. Atası polis şöbəsinə komendantın avtomobilinə əyləşib getmişdir. Hadisə baş verən yer binanın kotlovanı olduğundan ora toz-torpaqlıdır. Zərərçəkmiş şəxs şalvarının toz-torpaq olduğunu görmüşdür. O, həmin MTK-da işləmədiyindən hadisədən sonraki günlərdə Zərərçəkmiş şəxs işə gəlib-gəlmədiyi haqqında məlumatlı deyil. O, qarajda olan hadisəyə şahidlik etməmişdir. O, hadisə baş verən zaman FHN əməkdaşları ilə birlikdə olmuşdur. O, binanın həyətinə gəldikdə Zərərçəkmiş şəxs bina sakinləri ilə birlikdə dayanmışdı. Həmin sakinlərin arasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da var idi. Zərərçəkmiş şəxs bina sakinləri ilə söhbət etmirdi. O, oradan uzaqlaşaraq komendantın otağına getmişdir. Bina sakinləri komendantın otağından təxminən 5-10 metrlik məsafədə dayanıb müsahibə vermişlər. Hadisə yeri ilə komendantın otağı arasında təxminən 40-50 metrlik məsafə vardır və komendantın otağında hadisə baş verən yeri görmək mümkün deyildir Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, hadisə zamanı birbaşa Təqsirləndirilən şəxs1 yanında olmuşdur. Orada onlar Zərərçəkmiş şəxs, onun oğlu Fərid, Elçin, FHN-nin işçiləri ilə birlikdə bir dairə şəklində dayanmışlar. Digər bina sakinləri isə onların arxalarında dayanmışlar. Hadisənin birbaşa cərəyan etdiyi yer mənfi birinci mərtəbə hesab edilən, hal-hazırda şüşələnmiş, lakin hadisə vaxtı boş olan və avtomobillərin saxlanıldığı ərazidir. Onlar da FHN-nin əməkdaşlarına həmin ərazinin obyekt kimi istifadə olunmasına etiraz etdiklərini bildirmişlər. Bununla bağlı olaraq əvvəlcədən planlaşdırılmış şəkildə Zərərçəkmiş şəxs oğlu Fərid adlı şəxs ilk olaraq Elçinə sataşmış və ona “atamla danışırsan, əlini cibindən çıxart” demişdir. Halbuki həmin gün hava soyuq olduğundan Elçin əllərini cibinə qoymuşdu. Elçin də əllərini cibindən çıxartmış, lakin Fərid təhqiredici ifadələrdən istifadə etməyə davam etmişdir. Hadisə zamanı onlar hər iki təqsirləndirilən şəxsə qarşı zor tətbiq istifadə etmək istəmişlər. Amma təqsirləndirilən şəxslər hər hansı bir şəkildə onlarla təmasda olmamışlar. Onlar da məqsədlərini başa düşüb, hadisə yerindən uzaqlaşmışlar. O, Təqsirləndirilən şəxs1 qolundan tutaraq oradan kənarlaşdırmış, digər rəhmətə getmiş idman zalında çalışan şəxs isə Elçini uzaqlaşdırmışdır. Daha sonra sakitçilik yaranmış, media əməkdaşları çəkiliş aparmağa, FHN-nin əməkdaşları isə binanın layihəsinin çatdırılmasını gözləməyə başlamışlar. Bir qədər sonra binanın həyətinə post patrul xidmətinin avtomobili daxil olmuşdur. Zərərçəkmiş şəxs post patrul xidməti avtomobilinin doqquzmərtəbəli binanın yanından dönüb binanın həyətinə tərəf gəldiyini görən zaman, komendantın otağından çıxaraq “sən idin məni vuran?” deyərək Təqsirləndirilən şəxs1 üstünə gəlmişdir. Əvvəlcədən planlaşdırılmış şəkildə təqsirləndirilən şəxsləri sorğusuz-sualsız polis bölməsinə aparmışlar. O da öz övladı ilə birlikdə həmin avtomobilə əyləşmişdir. Orada olan yaşlı bir qonşularının da qolundan tutub Zərərçəkmiş şəxs “sən də getmək istəyirsən bölməyə, səni də tutdurum?” deyə soruşmuşdur. Daha sonra həmin şəxs yaşlı adam olduğundan ona qarşı şikayətçi olmamış, lakin hər iki təqsirləndirilən şəxsin üzərinə getmişdir. Təqsirləndirilən şəxs1 bir neçə dəfə qonşuları toplayaraq şikayət ərizələrinin yazılmasına sövq etmişdir. O, Zərərçəkmiş şəxsla hadisədən sonra danışdıqda, o, Təqsirləndirilən şəxs1 tutduracağını demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 kənarlaşdırmasında məqsədi sonuncunun onun işlərinə burnunu soxmaması və Zərərçəkmiş şəxs rahat şəkildə bina sakinlərinin narazılığını yaradan xoşagəlməz əməlləri etməsinə maneə olmamasından ibarətdir. Zərərçəkmiş şəxs “mən Orxanı tutdurmamış, ondan əl çəkən deyiləm” demişdir. Hadisə günü zərərçəkmiş və təqsirləndirilən şəxslər arasında hər hansı təmas və ya dava olmamışdır. Onlar şikayət ərizələrini binanın həyətində toplaşaraq imzalamışlar, lakin həmin ərizələrin sürətlərini Təqsirləndirilən şəxs1 çıxarmışdır. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs1 hər kəsi şikayət etməyə sövq etdiyini düşünmüş və onu kənarlaşdırmaq üçün plan qurmuşdur. O, hər iki təqsirləndirilən şəxsə qarşı ədalətsizlik edildiyindən onları müdafiə etmək məqsədi ilə post patrul xidmətinin xidməti avtomobilinə əyləşərək polis şöbəsinə yollanmışdır. Onu əyləşməyə heç kim məcbur etməmişdir. Hadisə baş verən gün Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 hər hansı ictimai qaydalara zidd olan hərəkət etməmişdirlər. Hadisə günü onlar qaraja zərərçəkmiş şəxsin arxası ilə düşməmişdlər. Hadisəyə əvvəldən sona qədər şahidlik etmişdir və bütün hadisə iştirakçıları onun yanında olmuşlar, heç kim qarajda Zərərçəkmiş şəxs döyməmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etməmişdir, eləcə də onun ünvanına söyüş söyməmişdir. Söyüş söyənlər Zərərçəkmiş şəxs, onun oğlu Fərid və Fəridin yanında olan dostu olmuşlar. O, Təqsirləndirilən şəxs1 yaxşı insan və qonşu kimi xarakterizə edə bilər. O, atasız böyümüş bir şəxs olaraq öz qüvvəsi ilə Tibb Universitetini bitirmiş, həqiqi hərbi xidmət keçmişdir. Müharibə zamanı bir sıra şəhid ailələrinin üzvlərini pulsuz müalicə etmişdir. Onu tanıdığı müddətdən bəri tərəfindən hər hansı ictimai qaydalara zidd olan hərəkətlərin edilməsinin şahidi olmamışdır. Onlar bina sakinləri olaraq media işçilərini və FHN-nin işçilərini oraya çağırmışlar. Onların əsas narazılıqları binanın mənfi birinci mərtəbəsinin obyektə çevrilərək, onların istifadəsindən çıxması olmuşdur. Zərərçəkmiş şəxs çıxarışların verilməsi üçün hər bir bina sakinindən 3000 manat pul almışdır. Lakin onlar 5 ildir ki, çıxarışların verilməsini gözləyirlər və bundan da narazıdırlar. İnternet saytlarında “Zərərçəkmiş şəxs” və ya “Ressan MTK” yazıb axtarış edilsə, onun tərəfindən edilən bütün qanunsuzluqlar haqqında məlumat əldə oluna bilər. Aldıqları məlumata görə həmin MTK-nın dövlətə külli miqdarda vergi borcu olduğundan, onlara çıxarış verilməsindən imtina edilir. Hadisə zamanı Zərərçəkmiş şəxs avtomobili qarajda olmuşdur. Həmin qaraj hadisə baş verən yerdən 200 metrlik məsafədə yerləşir. Zərərçəkmiş şəxs binanın həyətində avtomobillərin saxlanılması üçün nəqliyyat vasitəsini saxlamaq istəyən şəxslərdən 30 manatdan pul yığır. Halbuki, bunun üçün hər hansı bir əsas yoxdur. Həmin ərazi binanın həyətini əhatə edir və orada hər bir bina sakini avtomobilini pulsuz saxlaya bilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da avtomobillərini saxlamaq üçün 30 manat vermədiklərindən, Zərərçəkmiş şəxs onları qaralamışdır. O, qarajın daxilində olarkən yanında təqsirləndirilən şəxslər, Zərərçəkmiş şəxs, onun oğlu Fərid, rəhmətə getmiş idman zalında çalışan Əli adlı şəxs, Fəridin yaxın dostu, iki FHN-nin əməkdaşları olmuşlar. Hal-hazırda onlar kommunal haqqları 30 qəpikdən ödəyirlər, lakin Zərərçəkmiş şəxs aldada bildiyi şəxslərdən 40 qəpikdən kommunal haqqı yığır. Kommunal haqqının məbləğinin qaldırılması barədə hər hansı iclas keçirilməmişdir. Sadəcə kommunal haqqının qaldırılması barədə binanın divarına elan yapışdırılmışdır. Zərərçəkmiş şəxs onlara bina ilə bağlı bildirdikləri hər bir irada kobud şəkildə cavab vermiş və “xoşunuz gəlmirsə, satın gedin” demişdir. Onlar uşaqlar üçün oyun meydançası düzəltmişlər, lakin daha sonra Zərərçəkmiş şəxs təkidi ilə oranı sökmək məcburiyyətində qalmışlar. Halhazırda binanın həyətində uşaqların oynaması üçün nəzərdə tutulmuş hər hansı bir yer yoxdur. Hadisə zamanı həyətdə olarkən Zərərçəkmiş şəxs üzərində hər hansı xəsarət izi olmamışdır. O, dəqiq xatırlamadığı bir şəxsdən Zərərçəkmiş şəxs 34-cü Polis Şöbəsinə gedən zaman komendant Mövsümün avtomobilində özünə xəsarət yetirməsini eşitmişdir. O da onun özünə avtomobildə olarkən xəsarət yetirdiyini düşünür. O, hadisədən sonraki günlərdə Zərərçəkmiş şəxs hər gün olduğu kimi saat 08:00 radələrində işə gəldiyini görmüşdür. Hadisə təxminən saat 16:00 radələrində baş vermişdir. Onlar FHN-nin əməkdaşları ilə birlikdə liftin qabağından olan girişdən düşüb oranı binanın ön tərəfini göstərmişlər, daha sonra isə arxa tərəfə fırlanmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs gözdən kənar yerdə dayanıb siqaret çəkmişdir. Onlar da FHN-nin əməkdaşları ilə birlikdə onun yanına söhbət etmək üçün getmişlər və ona nələrdən narazı olduqlarını demişlər. Elə bunu görən Zərərçəkmiş şəxs oğlu Fərid Elçinin zəif olduğunu düşünüb onu təhqir etməyə başlamışdır. Həmin şəxs elə ifadələrdən istifadə etmişdir ki, o, onları məhkəmə iclasında deməkdən utanır. Əli adlı şəxs Elçini qolundan tutaraq oradan kənarlaşdırmış, o isə Təqsirləndirilən şəxs1 oradan uzaqlaşdırmışdır. Onların məqsədləri davanın qarşısını almaqdan ibarət idi. Komendantın otağında media əməkdaşları tərəfindən aparılan çəkilişdə də iştirak etmişdir. Hadisənin əvvəlindən sonuna kimi bütün baş verənlərin şahidi olmuşdur. Hadisə polis şöbəsində bitmişdir. Hadisə baş verdikdən sonra polis şöbəsində olmuşdur və orada ifadə də vermişdir. Bir neçə dəfə Təqsirləndirilən şəxs1la birlikdə onu Zərərçəkmiş şəxs ilə barışdırmaq üçün getmişdir. Lakin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs barışmaq niyyəti olmadığını anlayıb çıxıb getmişdir. Daha sonra özü ilə danışdığı zaman Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs1 haqqında “ondan əl çəkməyəcəm, bu etdiklərim gələcəkdə belə şeylər etməməniz üçün hamınıza dərs olsun, kimin səsi çıxsa, həmin şəxs tutula bilər” demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, onlar həmin binanın sakinləri olaraq binada yaranmış bir sıra problemdən narazı olmuşlar və bu barədə öz şikayətlərini bildirmişlər. Həmin binada yaşayan şəxslərin bir çoxu dövlət işində çalışan ali təhsilli insanlardılar. Onlar tərəfindən hər hansı ictimai qaydaları pozacaq hərəkətlərin edilməsi mümkün deyildir. Onlar orada mədəni şəkildə toplaşmışlar. Onlar Zərərçəkmiş şəxs bina ilə bağlı narazı olduqları məqamlarla əlaqədar olaraq iradlarını bildirmişlər. Hadisə günü polis əməkdaşları binanın həyətinə gələn zaman Zərərçəkmiş şəxs üzərində fiziki zorun tətbiqi ilə əlaqədar olan hər hansı xəsarət izi olmamışdır. Onlar bina sakinləri olaraq çıxarışların verilməməsinin səbəbini bilmirlər. O, hər hansı bir münaqişə görməmişdir. Hadisənin əvvəlindən sonuna qədər orada olmuşdur. Zərərçəkmiş şəxs oğlu Fərid bir neçə dəfə Təqsirləndirilən şəxs1 münaqişəyə çəkmək üçün təhrik etmişdir. Təqsirləndirilən şəxs1 isə mədəni şəkildə ona heç bir cavab verməmişdir. Qeyd edilən bütün ictimai qaydaları pozan hərəkətləri zərərçəkmiş şəxs və onun tərəfində olan insanlar etmişlər. Hal-hazırda onlardan kommunal haqqa görə 40 qəpik tələb etsələr də, onlar 30 qəpik ödəyirlər. Hadisədən əvvəl onlardan 40 qəpik alacaqlarını bildirmişlər və onlar da bundan narazı olmuşlar. Eləcə də Zərərçəkmiş şəxs binanın axırıncı mərtəbələrində yerləşən mənzillərin eyvanlarını mətbəx etməyə icazə vermişdir və bu səbəbdən də yuxarıdan həyətə kanalizasiya suları tökülür. Onlar yazılı şəkildə bir neçə yerə şikayət etmişlər və bu məsələ ilə bağlı prezidentin köməkçisinin qəbulunda belə olmuşlar, lakin nəticə əldə edə bilməmişlər. Onlar FHN-nin əməkdaşları ilə birlikdə həyətdə toplaşmışlar və Zərərçəkmiş şəxs onlar toplaşdıqdan 15-20 dəqiqə sonra gəlmişdir. Daha sonra, o, komendantın otağında FHN-nin əməkdaşı ilə söhbət etməyə başlamışdır. Onların gözləmədikləri halda Zərərçəkmiş şəxs həmin otaqdan çıxaraq təqsirləndirilən şəxslərin üstünə gəlməyə başlamış və sonuncuların onu vurduqlarını iddia etmişdir. Zərərçəkmiş şəxs həyətə gələrək avtomobilini adətən saxladığı yerdə saxlamış və onlardan hansı səbəbdən toplaşdıqlarını soruşmuşdur. Onlar Zərərçəkmiş şəxs mənfi birinci mərtəbənin həqiqətən də onlar üçün nəzərdə tutulmadığını təsdiq edəcək sənəd təqdim etməsini istəmişlər. Zərərçəkmiş şəxs isə binanın layihəsində mənfi birinci mərtəbənin bina sakinləri üçün nəzərdə tutulmasının onlara etdiyi artıq hörmət olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs oğlu binanın layihəsi olduğunu iddia etdiyi bir vərəq gətirmişdir. Zərərçəkmiş şəxs otaqdan çıxaraq Elçinin üzərinə gəlib sonuncunun onu vurmaq istədiyini demiş və aralarında 10 saniyə fərq olmamışdır ki, polis əməkdaşları Orxan və Elçini maşına əyləşdirib aparmışlar. Ondan başqa hadisə yerində təqsirləndirilən şəxslər, qonşuları Talehin anası və Səxavətin həyat yoldaşı olmuşlar. FHN-nin işçiləri də orada idilər. İlk olaraq onlar onların haqlı olduqlarını və Zərərçəkmiş şəxs etdiklərinin qanunsuz olduğunu bildirmişlər. Təxminən 20 dəqiqə sonra isə otaqdan çıxaraq bu məsələni araşdıracaqlarını bildirmişlər. Hal-hazırda da onlar tərəfindən bu məsələ ilə bağlı onlara hər hansı dəqiq məlumat verilməmişdir. Onlar hələ də qanuni olaraq həmin girişçıxışın bina sakinləri üçün nəzərdə tutulub-tutulmamasını bilmirlər. Hadisə baş verən gün Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 hər hansı ictimai qaydalara zidd olan hərəkət etməmişdirlər. Hadisə günü onlar qaraja zərərçəkmiş şəxsin arxası ilə düşməmişdlər. Hadisəyə əvvəldən sona qədər şahidlik etmişdir və bütün hadisə iştirakçıları onun yanında olmuşlar, heç kim qarajda Zərərçəkmiş şəxs döyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, hadisə təxminən saat 15:00 radələrində, bəlkə bir az ondan gec baş vermişdir. Həmin gün bina sakinləri olaraq həyətdə toplaşmaq qərarına gəlmişlər. O da işdən icazə alaraq binanın həyətinə gəlmişdir. Onların hamısını narahat edən problemlərlə bağlı iradlarını bildirmək üçün onlarla danışmaq istəmişlər. Onlar bundan əvvəl də MTK-nın rəhbəri ilə mədəni formada danışmağa çalışmışlar. Əsas narahatçılıq səbəbi oyun meydançasının yerində qanunsuz şəkildə dayanacağın düzəldilməsi və buna görə də uşaqların oynamaq üçün yerlərinin olmaması olmuşdur. Eləcə də mənzillərə görə çıxarışların verilməməsindən şikayətçi olmuşlar. Zərərçəkmiş şəxsla görüşməyə təxminən 30 nəfərə yaxın bina sakinləri getmişlər. Zərərçəkmiş şəxs isə hər kəsin içində bina sakinlərinin ünvanına nalayiq ifadələrdən istifadə etməyə başlamış və onlara “mən sizə uşaq saxlayanam, xoşunuza gəlmirsə, satın gedin” demişdir. Hadisə günü qaraj adlandırdıqları yerdə hər hansı mübahisə baş verməmişdir. Həmin yer açıqdır və blokun birinci mərtəbəsidir. Yəni düşünüldüyü kimi zirzəmidə və ya binanın aşağısında yerləşmir. FHN-nin əməkdaşı onlarla bərabər yavaş-yavaş binanın zirzəmisini gəzib, gəlib binanın ön hissəsində olan girişinə çıxmışdır. O, media əməkdaşlarının gəldiyini görüb onlar tərəfə yollanmışdır. Orada isə FHN-nin əməkdaşları da var idilər. Çəkiliş qrupu yığılana yaxın həyətə post patrul xidmətinin avtomobili daxil olmuşdur. Post partrul maşınının əməkdaşları pis davranış göstərək “bunları içəri basın” demişlər, o isə onlara bina sakinləri olduqlarını və cinayətkar olmadıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs post patrul xidmətinin avtomobilini gördükdə komendantın otağından çölə çıxmışdır. Hadisə baş verən gün Zərərçəkmiş şəxs üzərində hər hansı xəsarət izi olmamışdır. Hadisə baş verən gün Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 hər hansı ictimai qaydalara zidd olan hərəkət etməmişdirlər. Hadisə günü onlar qaraja zərərçəkmiş şəxsin arxası ilə düşməmişdlər. Hadisəyə əvvəldən sona qədər şahidlik etmişdir və bütün hadisə iştirakçıları onun yanında olmuşlar, heç kim qarajda Zərərçəkmiş şəxs döyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, hadisə təxminən saat 16:00 radələrində baş vermişdir. Həmin gün bina sakinləri olaraq FHN-nin əməkdaşlarına zəng vuraraq həyətə çağırmışlar. Zərərçəkmiş şəxs oraya ARB telekanalının işçiləri gəlməzdən 5-10 dəqiqə əvvəl gəlmişdir. O, avtomobilini onların qaraj adlandırdıqları yerdə saxlamışdır. Həmin vaxt Orxan və Elçin FHN-nin işçilərinə qarajın bağlanmasını göstərmişlər. Zərərçəkmiş şəxs onların yanına gəlmiş, onun oğlu Şahid5 isə binanın həyətində yerləşən idman zalından çıxaraq nalayiq ifadələrdən istifadə etməyə başlamışdır. Həyətdə olan bina sakinlərinin arasında qadınlar da olmuşlar. Sonra isə onlara yüksək səslə hansı səbəbdən FHN-nin işçilərini çağırdıqlarını soruşmuşdur. Orxan media əməkdaşlarına müsahibə vermiş və sonra onlar Zərərçəkmiş şəxs binanın layihəsini tələb etməyə başlamışlar. Hamısı birlikdə dayanıb binanın layihəsinin gətirilməsini gözləyən zaman Rauf komendantın otağından çıxaraq təqsirləndirilən şəxslər Orxan və Elçinin üzərinə gəlməyə başlamışdır. Zərərçəkmiş şəxs Orxan və Elçinin FHNnin əməkdaşlarına binanın həyətini göstərdiklərini görüb onları hədəf olaraq seçmişdir. Zərərçəkmiş şəxs guya onun da nalayiq ifadələrdən istifadə etməyini iddia etmiş və onu da polisə şikayət etmişdir. O, hadisə baş verən gün digər 40 nəfər sakindən bir metr belə aralıqda dayanmamışdır. Sahə inspektoruna verdiyi izahatında da Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələrdən istifadə etmədiyini qeyd etmişdir. Qarajla komendantın otağının arasında təxminən 20 metrlik məsafə vardır. Bina sakinləri sayğaclar və çıxarışlar üçün pul ödəmişlər, lakin mənzillərin çıxarışları hələ də alınmamışdır. Bina sakinlərinin yarısı kommunal haqqı 40 qəpikdən, digər yarısı isə 30 qəpikdən ödəyirlər. Kommunal haqqı MTK rəhbərliyi tərəfindən özbaşına qaldırılmışdır, bu barədə bina sakinləri ilə hər hansı iclas təşkil edilməmişdir. Hadisə baş verən gün Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 hər hansı ictimai qaydalara zidd olan hərəkət etməmişdirlər. Hadisə günü onlar qaraja zərərçəkmiş şəxsin arxası ilə düşməmişdlər. Hadisəyə əvvəldən sona qədər şahidlik etmişdir və bütün hadisə iştirakçıları onun yanında olmuşlar, heç kim qarajda Zərərçəkmiş şəxs döyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, onlar hadisə baş verən gün ilk olaraq sakinlərlə söhbət edərək, onlardan müsahibə almışlar. Bina sakinlərinin əsas şikayəti uşaqlar üçün meydança kimi nəzərdə tutulmuş ərazinin hasarlanması və təyinatı üzrə istifadə olunmamasından ibarət olmuşdur. Bina sakinləri bununla əlaqədar olaraq MTK-nın rəhbərliyinə müraciət etdiklərini, lakin məsələnin həllini tapmadığını bildirmişlər. Həmin ərəfədə orada bir az gərginlik yaranmışdır. Onlar MTK rəhbərliyindən də müsahibə almışlar. Onlar oradan çıxıb maşına əyləşmək istədikdə gərginlik səviyyəsi artmış, yumruqlar havada oynamışlar və polis əməkdaşları oraya gəlmişlər. Həmin vaxt onlar kiminsə döyülməsinin şahidi olmamışlar. Yaranan gərginliyə polis əməkdaşları tərəfindən son qoyulmuşdur. Polis əməkdaşları müdaxilə etmişlər və bu səbəbdən də mübahisə şiddətli hal almamışdır. MTK rəhbərinin yanında olan şəxslər həmin binanın həyətində olan fitnes zalında çalışan müəllimlər idilər və onların onun yanında dayanmaları bir növ “gövdə göstərisi” sayıla bilərdi. Onlar orada olduqları müddətdə müəyyən mübahisə və gərginlik var idi. Polis əməkdaşları həmin gərginliyin artdığı anda binanın həyətinə gəlmişlər. Onlardan başqa orada FHN-nin əməkdaşları da var idilər. Texnikalarını yığıb binanın həyətindən getməyə hazırlaşdıqlarından, polisin müdaxilə etməsi anı onların kameraları vasitəsilə qeydə alınmamışdır. Münaqişə binanın qabağında baş vermişdir. Orada MTK-nın rəhbərinin ofisi kimi sayıla biləcək bir obyekt vardır. Bu obyekt komendant otağı idi və binanın həyətində fitnes zalı da var idi. MTK-nın rəhbəri orada olan bina sakinlərini həmin fitnes zalında olan idmançılarla qorxutmuşdur. Həmin gün bina sakinləri çıxarışların verilməsi, binanın həyətində avtomobillərini saxlamaq üçün yerin olmaması, uşaq meydançasının təyinat üzrə istifadə olunmaması kimi məsələlərdən şikayət etmişlər. Kommunal ödənişlərin məbləğinin qaldırılması barədə şikayətin olub-olmamasını xatırlamır. Hadisə zamanı hər iki tərəfin də gərgin olduğu görünürdü, lakin kiminsə döyülməsinə şahidlik etməmişdir. Bina sakinləri gərgin olduqlarından, MTK-nın rəhbəri olan yaşlı bir adamı yanında idmançılar saxlayırdılar. MTK-nın rəhbərinin adını xatırlamır, lakin xatırladığı qədəri ilə balaca boy və eynəkli bir şəxs idi. Təqsirləndirilən şəxslər həmin binanın sakinləri idilər. Təqsirləndirilən şəxs1 müsahibə də almışdır. Müsahibə aldığı şəxslərlə öncədən tanış olmur. Təqsirləndirilən şəxs1 normal şəkildə müsahibə vermiş və ondan başqa bir qadın da müsahibə vermişdir. Təqsirləndirilən şəxs1 tərəfindən aqressiv davranış nümayiş etdirdiyinin şahidi olmamışdır. Bina sakinlərinin gərginləşməsinə səbəb məhz MTK rəhbərinin yanında idmançılarla və FHN-nin əməkdaşları ilə gəzməsi olmuşdur. MTK rəhbəri və onun yanında olan şəxslər bir növ bina sakinlərini qorxutmağa çalışırdılar. Onlar həmin binanın həyətinə getdikdə orada olan bina sakinləri onları normal şəkildə qarşımışlar və onlara müsahibələr vermişlər. Bina sakinlərinin gərginlik yaratmaq kimi bir məqsədləri olmadığını düşünür. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, kiminsə döyüldüyünü görməmişdir. Eləcə də kiminsə tərəfindən başqa şəxslərə qarşı zor tətbiq edildiyinin şahidi olmamışdır. O, hadisə günü bir neçə saat binanın həyətində olmuşdur. Hadisə baş verdiyi gündən sonra orada olmamışdır. O, polis əməkdaşları təqsirləndirilən şəxsləri apardıqdan sonra bina sakinlərindən müsahibə alıb-almadığını dəqiq xatırlamır. Bəlkə də həmin gün etdikləri çəkilişə baxsa, bunu yadına sala bilər. Onun xatırladığı qədəri ilə o, binanın həyətinə polis əməkdaşları gəlməmişdən əvvəl müsahibə almışdır. Kiminsə üzərində xəsarət izlərinin olduğunu görməmişdir. MTK-nın rəhbərinin yanında bir çox idmançıya bənzəyən şəxslər olduqlarından kiminsə ona yaxınlaşıb xəsarət yetirmədiyindən əmindir. Hətta onun yanında idmançılar olmasa belə onun kiminsə tərəfindən döyülməsinin mümkün olduğunu düşünmür. Onun kiminsə tərəfindən döyülməsindən çox döyməsinin mümkün olduğunu düşünür. Digər əməkdaş operator olduğundan və çəkiliş bitdikdən sonra avadanlıqların yığılması ilə məşğul olduğundan, avtomobilə ondan sonra əyləşmişdir. O isə ondan əvvəl maşına əyləşdiyindən hər hansı fiziki zor tətbiqinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, onlar Namiq adlı şəxsin dəvəti ilə hadisə baş verən binanın həyətinə getmişlər. Bina sakinləri MTK-nın rəhbərliyinindən şikayətçi idilər və bu səbəbdən də onlardan orada çəkiliş aparmaqlarını istəmişlər. O və onunla birlikdə olan müxbir bina sakinlərindən müsahibələr almışlar. Binanın arxa hissəsində çəkiliş aparan zaman digər tərəfdən səslərin gəldiyini eşitmişlər. Daha sonra həmin yerə yaxınlaşdıqda polis əməkdaşlarının təqsirləndirilən şəxslərdən birinin polis maşınına əyləşdirildiyini, digərinin isə özünün könüllü şəkildə avtomobilə əyləşdiyini görmüşdür. Təqsirləndirilən şəxs1 hadisə baş verən gün müsahibə vermişdir. Zərərçəkmiş şəxs üzərində hər hansı xəsarət izi olmamışdır. Zərərçəkmiş şəxs hadisə baş verən gün verdiyi müsahibənin videogörüntüləri vardır. Hadisə baş verən gün polis əməkdaşlarının təqsirləndirilən şəxslərə zor tətbiq etmələrinin şahidi olmamışdır. Polis əməkdaşları təqsirləndirilən şəxsləri apardıqdan sonra Zərərçəkmiş şəxs onları öz ofisinə müsahibə verməsi üçün dəvət etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hadisə günü Zərərçəkmiş şəxs üzərində onun döyülməsinə dəlalət edəcək hər hansı xəsarət izi yox idi. Hadisə günü binanın həyətindən səs-küy gəldiyinə və qışqırıq səslərinin eşidildiyinə şahidlik etmişdir. Bina sakinləri ilə MTK-nın rəhbərliyi arasında olan mübahisə çıxarışların alınmaması ilə bağlı olmuşdur. Hadisə baş verən gün Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs mübahisə etdiklərini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, onlar bina sakinlərinin dəvəti ilə MTK-nın həyətinə baxış keçirmək üçün getmişlər. Həmin vaxt binanın həyətində hər hansı münaqişənin baş verdiyinə şahidlik etməmişdir. Dəqiq xatırlamadıqları şəxslər təqsirləndirilən şəxsləri göstərib onlardan şikayətçi olduqlarını bildirmişlər. Həmin şəxsləri polis bölməsinə aparmalarının səbəbi guya onların ajiotaj yaratmaları idi, lakin onlar hadisə günü binanın həyətinə rəsmi müraciət əsasında getmişlər. O, bina sakinləri ilə birlikdə binanın qarajına daxil olmuşdur. Orada Zərərçəkmiş şəxsla təqsirləndirilən şəxslər arasında mübahisə yaranmışdır. Həmin vaxt qarajın daxilində o, digər FHN-nin əməkdaşı, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs olmuşlar. Qarajın daxilində hər hansı dava olsa idi, onu çöldən müşahidə etmək mümkün olardı. Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs arasında mübahisənin yaranmasına səbəb bütün bina sakinlərinin mənzillərə görə çıxarışlarının alınmasının gecikdirilməsi olmuşdur. MTK-nın rəhbərliyi isə kommunal haqqı ödənişlərinin edilməməsindən gileylənmişdir. O, Zərərçəkmiş şəxs 2017-ci ildən bəri tanıyır, Təqsirləndirilən şəxs1la isə şikayətləri əsasında binanın həyətinə getdiyi zaman tanış olmuşdur. Hadisə baş verən gün Zərərçəkmiş şəxs üzərində hər hansı xəsarət izi görməmişdir və ya onun döyüldüyünü hiss etməmişdir. Onlara rəsmi şəkildə bina sakinləri tərəfindən verilmiş şikayət mənzillərə görə çıxarışların təqdim olunmaması, eləcə də binanın birinci mərtəbəsi, yəni zirzəmi sahəsində aparılan qeyri-qanuni işlərlə bağlı olmuşdur. Polis əməkdaşları təqsirləndirilən şəxsləri avtomobilə əyləşdirib apardıqdan sonra, o da iş yoldaşı ilə bərabər öz avtomobillərinə tərəf hərəkət etməyə başlamışlar. Bu zaman Zərərçəkmiş şəxs özünə məxsus olduğunu düşündüyü avtomobilinə əyləşmiş və oradan uzaqlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs üzərində hər hansı xəsarət izi yox idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, onlar hadisə baş verən gün binanı yoxlamışlar, təqsirləndirilən şəxslər isə binanın layihəsinə baxmışlar. Sonra isə birdən səs-küy eşitmiş və səs gələn yerə yaxınlaşmışdır. Zərərçəkmiş şəxs öz avtomobilinə əyləşmiş və post-patrul xidmətinin avtomobilinin arxasınca getmişdir. Onun avtomobili başqa şəxs tərəfindən idarə edilmiş, Zərərçəkmiş şəxs isə həmin şəxsin yanında əyləşmişdir. Bina sakinlərinin əsas şikayətləri mənzillərə görə çıxarışların alınmamasından ibarət olmuşdur. Eləcə də binanın təxliyyə yolu ilə əlaqədar olan şikayətlərini onlar araşdırmışlar və onlar öz əksini tapmamışlar. Həmin yer təxliyyə yolu hesab edilməmişdir. O, Təqsirləndirilən şəxs1 hadisə günü tanımışdır. MTK-nın rəhbəri Zərərçəkmiş şəxs isə həmin binanın həyətinə tez-tez getdiyindən, hadisədən əvvəl də tanımışdır. Həmin şəxslərin hər hansı biri ilə dostluq münasibətləri yoxdur. Çəkiliş qrupu binanın həyətinə gəldiyi zaman Təqsirləndirilən şəxs1 ondan aralanmışdır. O, sonra təxminən 10-15 dəqiqə qədər binanın həyətində olmuş və Zərərçəkmiş şəxs da avtomobilə əyləşərək oradan getdiyini görmüşdür. Həmin ərəfədə Zərərçəkmiş şəxs üzərində hər hansı xəsarət izi olmamışdır. O, onun döyüldüyünü hiss etməmişdir. Zərərçəkmiş şəxs paltarının üzərində hər hansı qan ləkəsi olmamışdır. Hadisə baş verən gün Təqsirləndirilən şəxs1 kimisə söydüyünü və ya vurduğunu görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 05 may 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 1-2); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanda yerləşən binanın qaraj hissəsinə baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 7-8); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X20 20 aprel 2022-ci il tarixli 403 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın sol gicgah-alın nahiyyəsinin və sağ bazunun qançırları, sol bazunun yumşaq toxumasının hematoması müəyyən edilmişdir. Xəsarət bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün-özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 20-21); cinayət işinin icraata qəbul edilməsi haqqında 10 may 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 29); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 may 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 32- 33); 16 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 92-94); 18 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 95-97); diskə baxış keçirilməsi haqqında 23 iyun 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-yə məxsus binanın həyətində sakinlərin toplaşmasını əks etdirən 01 ədəd “DVD-R” formatlı diskdə olan birinci video fayla baxış zamanı bina sakinlərinin binanın həyətində toplaşması, həmçinin Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 da orada olması, heç bir mübahisə və dava dalaşın olmaması, bununla birlikdə FHN-nn əməkdaşlarının da orada olması öz əksini tapmışdır. 01 ədəd “DVD-R” formatlı diskdə olan ikinci video fayla baxış zamanı Təqsirləndirilən şəxs1 tərəfindən çəkiliş aparılması, binanın həyətinin görüntülərini çəkən zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 hədələməsi görüntüləri öz əksini tapmışdır (i.v. 100); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 103); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 104); ifadənin yerində yoxlanılması haqqında 14 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisənin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 145-148); sübutların qiymətləndirilməsi haqqında 15 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmiş, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir, iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid5, Şahid3, Şahid4 ifadələri, üzləşdirmədə dindirmə protokolları, “hadisə yerinə baxış keçirmə” haqqında, “ifadənin yerində yoxlanılması” haqqında protokollar, məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2022-ci il tarixli, 403 saylı rəy sübut növü kimi qiymətləndirilmişlər, iş üzrə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmişdir (i.v. 153-166); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 176-177); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 187-189); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 198-199); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 209-211). 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 118491 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası isə X9r (i.v. 208); Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin izahat və ifadələrinin, ekspertiza rəyinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləri sübuta yetirilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 19 aprel 2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəblərini, baş vermə yerini, şəraitini və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, "xxxx" MTK-nın sədri və Zərərçəkmiş şəxs tərəfindən bina sakinləri ilə bağlanmış alqı-satqı müqaviləsində hər mənzilin kvadrat metri üçün kommunal haqqının 0,30 qəpik nəzərdə tutulmasına baxmayaraq Zərərçəkmiş şəxs tərəfindən qiymətlər bina sakinləri ilə razılaşdırılmadan 0,10 qəpik artırılaraq 0,40 qəpiyə qaldırılmış, həmçinin mənzillərə dair çıxarışların verilməsi üçün müvafiq məbləğdə ödənişin edilməsinə baxmayaraq sözügedən çıxarışlar verilməmiş və qeyd olunan hallar əsaslı olaraq sakinlərin narazıçılığına gətirib çıxartmışdır. Bundan sonra bina sakinləri tərəfindən göstərilən problemlərin həlli məqsədilə FHN-nin və “ARB” kanalının əməkdaşları 19 aprel 2022-ci il tarixdə həmin əraziyə baxış keçirilməsi və çəkilişin aparılması üçün cəlb edilmişlər. FHN-nin və media işçilərinin çağırılması ilə razılaşmayan və buna hiddətlənən Zərərçəkmiş şəxs ilə bina sakinləri arasında mübahisə baş vermiş, polis əməkdaşları isə həmin binaya yaxınlaşdıqda Zərərçəkmiş şəxs heç bir əsas olmadan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən döyüldüyünü bildirərək şikayət etmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətlərinin olduğu, o cümlədən zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmələri müəyyən olunmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Lakin hazırkı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizliyin törədilməsi, Zərərçəkmiş şəxs sağlamlığına məhz həmin şəxslər tərəfindən qəsdən hər hansı bir xəsarətin yetirilməsi öz təsdiqini tapmır. Cinayət işinin qeyd olunan obyektiv halları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri ilə yanaşı, şahidlərin ifadələri və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM- 126.6.). Məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın əsasını təşkil edən Zərərçəkmiş şəxs barəsində verilmiş tibbi ekspert rəyində müəyyən edilən xəsarətlərin təhqiqatçının “məhkəmə-tibbi ekspertizası təyin etmək barədə” xx.xx.2022-ci il tarixli qərarında göstərilən törənmə müddətində əmələ gəlməsi göstərilsə də, ilk növbədə qərarda göstərilən şəraitin, yəni Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən döyülməsi hadisəsinin baş verib-verməməsi aydınlaşdırılmalıdır. Çünki, “məhkəmə-tibbi ekspertizası təyin etmək barədə” xx.xx.2022-ci il tarixli qərarın heç bir preyudisial əhəmiyyəti yoxdur, həmin qərarda ümumiyyətlə hadisənin baş vermə mexanizmi və şəraiti göstərilməmişdir. Həmin rəy yalnız rəydə sadalanan xəsarətləri təqsirli olaraq yetirən şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi götürülə bilər. Lakin, hazırkı ittiham üzrə zərərçəkən Zərərçəkmiş şəxs xəsarətlərin nə vaxt yetirilməsi və kim tərəfindən yetirilməsi mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs məhz həmin tarixdə və şəraitdə xəsarətlərin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər, ümumiyyətlə buna dair sübut toplanılmamış, toplanılmış sübutlar isə xəsarətlərin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən yetirilməsini təkzib etmişdir. Eləcə də toplanmış sübutların məcmusu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə hesab edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxslərin ziyanına, onların vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Ziddiyyətli və şübhəli məqamlar onların xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutları toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Həmçinin, məhkəmə qeyd etməlidir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin tərkibini yaradan hərəkətlərə yol vermələrinin şahidlər Şahid1, Şahid2, Şahid5, Şahid3 və Şahid4 ifadələri ilə təsdiqlənməsi əsas gətirilsə də, şahidlərin ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında verdikləri ifadələri arasında işin həlli üçün mühüm əhəmiyyət kəsb edən ziddiyətlərin mövcud olması müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş və ünvan 4 ünvanda yerləşən binanın komendantı vəzifəsində çalışan Şahid1 sorğu-sual zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq bildirmişdir ki, 19 aprel 2022-ci il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs arxası ilə təqsirləndirilən şəxslərin də həmin binanın həyətində yerləşən qaraja daxil olmasını, daha sonra isə təqsirləndirilən şəxslərin, sonra isə Zərərçəkmiş şəxs qarajdan çıxmasını ümumiyyətlə görməmiş, ehtimal edilən hadisə baş verdikdən sonra Zərərçəkmiş şəxs onun avtomobilinə əyləşərək 34-cü Polis Şöbəsinə getmələrini və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la bərabər onu vurmalarını demişdir, lakin həmin vaxt Zərərçəkmiş şəxs üzərində hər hansı bir xəsarət izinin olmasını xatırlamır. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş və ünvan 4 ünvanda yerləşən binanın həyətində olan idman zalında çalışan Şahid2 sorğu-sual zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq bildirmişdir ki, o, həmin gün kiməsə qarşı fiziki zor tətbiq edildiyini görməmişdir. Daha sonra zaldan çıxdıqda Zərərçəkmiş şəxs postpatrul xidmətinin əməkdaşlarına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona qarşı fiziki zorun tətbiq edilməsi barədə şikayət etdiyini görmüşdür. Zərərçəkmiş şəxs üzərində hər hansı xəsarət izi olmamışdır və o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs hər hansı fiziki təzyiqin göstərilməsinin, həmçinin birlikdə qarajdan çıxmalarının şahidi olmamışdır. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin doğma oğlu Şahid5 ifadəsində bildirmişdir ki, hadisə günü atası ona yaxınlaşaraq Orxan və Elçin tərəfindən üzündən və çiynindən vurulduğunu bildirmişdir. Həmin vaxt atasının üzərində qızartılar və qaraltılar olmuşdur, lakin hadisə baş verməmişdən bir qədər əvvəl, o, əməliyyat keçirmişdir və həmin izlər bu səbəbdən də yaranmış ola bilər. Bundan əlavə hadisə baş verən yer binanın kotlovanı olan hissəsi olduğundan ora toz-torpaqlıdır və ola bilsin ki, atasının şalvarını bu səbəbdən toz-torpaqlı görmüşdür. Bundan əlavə məhkəmə iclasında ifadə vermiş Şahid3 da öz ifadəsində hadisədən həmən sonra zərərçəkmiş şəxsin üzərində hər hansı bir xəsarətin və ya paltarının toz-torpaq olmasını görməmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş və dindirilmiş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları X3 və X6 hər biri ayrı-ayrılıqda ifadə verərək hadisə baş verən ərəfədə Zərərçəkmiş şəxs üzərində hər hansı xəsarət izinin olmadığını, onun döyüldüyünü hiss etmədiklərini, Zərərçəkmiş şəxs paltarının üzərində hər hansı qan ləkəsi olmadığını, qarajın daxilində olan zaman Təqsirləndirilən şəxs1 kimisə söydüyünü və ya vurduğunu görmədiklərini bildirmişlər. Bundan əlavə, məhkəmə iclasına şahid qismində dəvət edilmiş və dindirilmiş media işçiləri Şahid6 və Şahid7, həmçinin baş vermiş hadisəyə başdan sona qədər şahidlik etmiş X13, X4 və X8 hər biri ayrı-ayrılıqda hadisə günü Zərərçəkmiş şəxs üzərində xəsarət izlərinin olmadığını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ehtimal edilən hadisənin törədilməsi zamanı onların yanında olduqlarını, təqsirləndirilən şəxslərin qaraja düşmədiklərini və onlar tərəfindən sonuncuya qarşı fiziki zor tətbiq olunmadığını bir daha vurğulamışlar. Beləliklə, təqsirləndirilən şəxslər və hadisənin bilavasitə şahidi olmuş şəxslərin ifadələrini dinləyərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ititihamın əsasını yalnız Zərərçəkmiş şəxs ifadəsi təşkil etmişdir ki, hazırki vəziyyətdə məhkəmə iclasına dəvət edilmiş və dindirilmiş şahidlərin ifadələri ilə zərərçəkmiş şəxsin ifadəsi istisna olmaqla təqsirləndirilən şəxslərin ifadələri tam təsdiq olunur və üst-üstə düşür. Zərərçəkmiş şəxsin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. Nəzərə çatdırılmalıdır ki, tərəflərin çıxışlarından da məlum olduğu kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları binanın məxsus olduğu "xxxx" MTK-nın təsisçisi olmuş və nəinki onlarla, ümumiyyətlə həmin binada yaşayan sakinlərin əksəriyyəti ilə yaşadıqları mənzillərə çıxarışın verilməməsi və kommunal xidmətlərin məbləğlərinin əsassız artırılması səbəbindən mübahisələri olmuş, həmçinin zərərçəkmiş şəxsin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyətlər olmuş və o, hadisənin müəyyən vaxtlarını xatırlamayaraq fərqli ifadələr vermişdir. İfadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Zərərçəkmişin bəzən özlərinin leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları daha ağırlıqlıdır. Belə ki, zərərçəkmişin təqsirləndirilənlə prosesdə qarşı tərəf olması, aralarında davam edən mübahisələri və mənafelər toqquşması olması tərəfsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməli mənfəət təmini kimi səbəblərlə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Beləliklə də, zərərçəkmiş şəxsin ifadəsi artıq mövcud olan digər sübutlarla uzlaşmayana qədər həqiqətdən uzaq qəbul edilməlidir. Keçərliliyi mübahisələndirilən və ya təsdiq edilməmiş ifadələr varsa, ortada qaranlıq bir nöqtə olduğu söylənilə bilər. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq məhrumetmə hökmü qurula bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimalı qənatə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Yüksək də olsa ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə dayalı olan hökm vermək anlamına gələr. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən əməli törətmələrinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Ona görə də belə bir vəziyyətdə istintaq orqanı tərəfindən “alınmış”, məhkəmə istintaqı zamanı isə elə həmin şəxslərin özləri tərəfindən təkzib edilmiş ifadələr ittihamın əsasını təşkil edə bilməz və bu ifadə digər sübutlarla təsdiq edilməyərək tamamlanmır. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların birbiri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün zərərçəkənlə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri arasındakı zidiyyətlər, ekspert rəyində göstərilən xəsarətlərin ittiham aktında göstərilən şəraitdə baş verməsini təsdiq edən Zərərçəkmiş şəxs ziddiyyətli ifadəsindən başqa digər sübutların mövcud olmaması, beləliklə, həmin xəsarətlərin hansı şəraitdə əmələ gəlməsi hazırkı material üzrə şübhəli məqamlar olduğundan, bu məqamlara aydınlıq gətirən sübutlar mövcud olmadığından, xəsarətlərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən yetirilməsini təsdiq edən sübutlar kifayət etmir və onlara qarşı irəli sürülmüş ittihamda onların təqsirlərini təsdiq edən kifayət qədər mötəbər sübutlar mövcud deyildir. CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki, CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X15 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılmasıəsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmələri üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirlilikləri sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 221.2.1ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 41, 42, 344-347, 349-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar