Məhkəmə qərarları › İş №1(011)-42/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-42/2024

23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-42/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, X1 dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi- Xətai Rayon İcra Hakimiyyəti YYÇİ və HMK böyük məsləhətçisi Qanuni nümayəndə, zərər çəkmiş şəxsin hüquqi varisi X8, müdafiəçi 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1974-cü ildə Biləsuvar rayonu, İsmətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, X6 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **- EC-*** dövlət qeydiyyat nişanlı etibarnamə əsasında avtomobili xx.xx.2023-cü il tarixdə saat 09:57-də Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi ilə 8 noyabr prospekti istiqamətində saatda 25-30 km/saatda sürətlə idarə edərək Fəzail Bayramov küçəsi ilə Sabit Orucov küçəsinin kəsişdiyi yolayırıcına daxil olub “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən dayanmadan yolayırıcına daxil olaraq baş yolla hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməyərək hərəkət üçün təhlükə yaratmamaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu yol hərəkəti qaydalarına riayət etməyərək Sabit Orucov küçəsi 19 saylı ünvanın yaxınlığında İzzət Orucov küçəsi istiqamətində hərəkətdə olan Şahid2 etibarnamə əsasında idarə etdiyi “Ford Explorer” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bu zaman onun idarə etdiyi “Toyota Prius” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuş X4 ehtiyatsızlıqdan qapalı kəllə beyin travması, subaraxnoidal qansızma, başın sol alın-təpə nahiyələrində hematoma və dərialtı qansızmalar, sol alın, almacıq və sol göz ətrafı nahiyələrdə dərialtı hematoma, baş beynin əzilməsi və ödemi, baş beyin maddəsinə, qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar, hər iki göz orbitası və gözaltı nahiyədə hematomalar, hər iki göz almasının ağlı qişasında qansızmalar, dalağın hetorogen hematoması, çanaqda sərbəst maye, sol diz oynağı nahiyəsinin yumşaq toxumasının əzilməsi, hematoması, başın sol alın-təpə, başın sol alın nahiyəsindən sol göz orbitası, sol gözaltı, sol sifət və sol boyun nahiyələrini əhatə edən sahələrdə, sağ göz orbitası və gözaltı nahiyədə və sağ diz oynağı nahiyəsində şişkinli qançırlar, sağ əl, boyun nahiyəsinin sağ yan səthi, sol said, qarın nahiyəsinin sağ və sol yan səthləri, sol diz oynağı, hər iki baldır və sol ayaq pəncəsi nahiyələrində qançırları həyati olmaqla, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə birbaşa səbəbli əlaqə olaraq 09 may 2023-cü il tarixdə M.S.Hüseynovanın başın küt travması nəticəsində yaranmış beyin toxumasının əzilməsi və baş beyin maddəsinin ödemi ilə qeyd olunan baş beynin yumşaq qisasına, beyin toxumasına və beyin mədəciklərinə qansızması ilə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi və ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti, zərərçəkmiş şəxsin ifadəsi və ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti, hadisə yerinə, DVD disklərə və avtomobilə baxış protokolları, məhkəmə tibb, məhkəmə yol nəqliyyat hadisəsi ekspertiza rəyləri və iş üzrə toplanmış digər istintaq sənədləri ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ittiham olunan əməldə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olsa da ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamış, evlidir, 4 övladı var. “Toyota Prius” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili 2023-cü ilin may ayının əvvəlindən taksi fəaliyyəti ilə məşğul olmaq üçün etibarnamə ilə gündəlik icarə əsasında idarə edirmiş. xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu “Yeganə” şadlıq sarayı yaxınlığından bir oğlan və bir qadın olmaqla iki nəfər sərnişin götürmüş, oğlan qabaq sərnişin oturacağında əyləşmiş, qadın isə arxa sağ sərnişin oturacağında oturmuş, saat 10 radələrində Xətai rayonu, Xocalı prospekti istiqamətindən F.Bayramov küçəsinə daxil olmuş və 8 noyabr prospekti istiqamətində hərəkətini davam etdirirmiş, bu zaman Xətai rayon prokurorluğunun qarşısında olan “Stop” nişanı görmüş və hərəkət surətini 40-50 km/saat-dan 25-30 km saat surətə endirmiş, lakin sağ tərəfdən yəni S.Orucov küçəsindən gələn nəqliyyat vasitəsini görmədiyindən yolayrıcına daxil olmuş, o orta zolaqda olan zaman sağdan gələn “Ford” markalı avtomobilin ön hissəsi onun avtomobilinin sağ orta hissəsinə dəymiş, nəticədə o yolayrıcına daxil olmaq üçün 8 noyabr prospekti istiqamətindən gələrək dayanmış “Mistubishi Lancher” markalı avtomobilin qabaq sol hissəsinə dəyərək dayanmışdır. Hadisədən dərhal sonra o və digər avtomobildə olan sürücülər avtomobildən düşmüş, sürücülərdən biri bu barədə təcili tibbi yardıma və polisə məlumat vermişdir. Daha sonra təcili tibbi yardım avtomobili hadisə yerinə yaxınlaşmış və avtomobildə arxa oturacaqda əyləşən qadın xəsarət aldığından onu xəstəxanaya aparmışlar, ardınca hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisəni sənədləşdirmişlər. Daha sonra o, Xətai RPİ-nə dəvət olunmuş və ona avtomobilində sərnişin qismində olmuş X4 xx.xx.2023-cü il tarixdə vəfat etməsi məlum olmuşdur, əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisinə barışmaq məqsədi ilə 10.000 manat pul ödəmək istəsə də, lakin maddi imkanı olmadığı üçün ödəniş edə bilmir. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, mərhum X3 anasıdır. Mərhum anası Marina Hüseynova ilə birlikdə ünvan 3 ünvanında yaşayıblar, atası X9 isə 2021-ci ilin aprel ayında vəfat etmişdir. 07 may 2023-cü il tarixdə yaşadıqları ünvanın yaxınlığından anası Marina Hüseynova ilə olan zaman “Uber” tətbiqi vasitəsi ilə ünvan 4 ünvanına taksi sifariş etmişlər və sifariş əsasında “Toyota Prius” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş, o ön sərnişin oturacağında əyləşmiş, anası isə arxa sağ sərnişin oturacağında əyləşmişdir. Həmin tarixdə saat 10 radələrində Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi ilə hərəkətdə olan zaman Xətai rayon prokurorluğunun binasının qarşısında “Toyota Prius” markalı avtomobil gözləmədən yol ayrıcına daxil olmuş və anidən sağ tərəfdən gələn “Ford Exploler” markalı 99SH292 dövlət qeydiyyat nişanlı avtomobil əyləşdikləri avtomobili sağ tərəfdən vurmuş, ardınca avtomobil yolun kənarında dayanmış digər “Mitsubishi Lancer” markalı avtomobilə dəyərək dayamışdır. Sonradan onlar avtomobildən düşmüş,anası baş nahiyəsini tutaraq xəsarət almasını bildirmiş və dərhal orada olan sürücülərdən biri DİN-in 102 xidmətinə və təcili tibbi yardıma bu barədə məlumat vermişlər, ardınca təcili tibbi yardım avtomobili gəlmiş və anası Marina ilə onlar X17 getmişlər, anası müayinə olunduqdan sonra həkimlər Marinaya qalıb müalicə almalı olmasını bildirmişlər, lakin Marina qalmaqdan imtina etmiş və onlar yaşadıqları ünvana qayıtmışlar. 09 may 2023-cü il tarixdə saat 20 radələrində anası Marina ilə birlikdə yaşadığıqları ünvanda olarkən o, öz otağında uzanmış, anası isə digər otaqda olmuş və o anidən anasından xırıltılı səs gəlməsini eşitmiş, buna görə də ona yaxınlaşmış və dərhal təcili tibbi yardıma bu barədə məlumat vermişdir. Təxminən 15 dəqiqə sonra təcili tibbi yardım əməkdaşları mənzilə yaxınlaşmışlar, tibb işçiləri gəlib anasını müayinə etdikdə artıq anasının vəfat etməsini ona bildirmişlər. Təqsirləndirilən şəxsdən vurulmuş zərərin əvəzi olaraq 10.000 manat pul tələb etsə də, ona heç bir ödəniş edilməmişdir.0 Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi ilə etibarnamə əsasında idarə etdiyi "Ford Explorer" markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə baş yolda İ.Orucov küçəsi istiqamətində hərəkətdə olan zaman Bakı şəhəri, Xətai rayon prokurorluğunun yanına çatdıqda anidən F.Bayramov küçəsindən "Toyota Prius" markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcına daxil olmuş, o əyləcdən istifadə etsə də qəzanın qarşısını ala bilməmiş və avtomobilinin qabaq tərəfinin "Toyota Prius" markalı avtomobilin sağ orta hissəsinə dəyməsi nəticəsində toqquşma baş vermiş, daha sonra "Toyota Prius" markalı avtomobil 8 noyabr prospekti istiqamətindən gələrək yolayrıcına daxil olmaq üçün dayanmış "Mitsubishi" markalı 99RV125 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə dəyərək dayanmışdır. Həmin vaxt avtomobildə oğlu Şahid3 var imiş və onlar dərhal avtomobildən düşmüşlər, ardınca "Toyota Prius" markalı avtomobildə sərnişin qismində əyləşən qadının xəsarət almasını görmüş və bu barədə təcili tibbi yardıma və DİN-in 102 xidmətinə məlumat vermişdir. Daha sonra tibb işçiləri və polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 09 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işinin başlanılması qərara alınmışdır. (i.v. 1); xx.xx.2023-cü il tarixli Yol-nəqliyayt hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və iş materillarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs və hal şahidləri Aydın Əzimov və Həsən Cəlilovun iştirakları ilə hadisənin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, F.Bayramov və Sabit Orucov küçələrinin kəsişməsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verən zaman hava günəşli və aydın olmuş, temperatur 17 C olmuş, örtük üfüqi, quru olmuşdur(i.v 8-16) Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AC466972 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx.xx.1974-cü ildə Biləsuvar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə B C kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, vəsiqə xx.xx.2029-cu il tarixədək etibarlıdır (i.v.20); xx.xx.2023-cü il tarixli, 2/11560 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müayinədən keçərkən onda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır.(i.v 21) 10 may 2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında qərardan görünür ki, X11 zərər çəkmiş şəxs X4 hüquqi varisi kimi tanınmışdır. (i.v. 60); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 10 may 2023-cü il tarixli 45 nömrəli rəyindən görünür ki, Mərhum X4 meyitinin məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə qeyd olunanlara əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb va ekspertiza qarşısına qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1.X4 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: qapalı kəllə beyin travması, subaraxnoidal qansızma, başın sol alın-təpə nahiyələrində hematoma və dərialtı qansızmalar, sol alın, almacıq və sol göz ətrafı nahiyələrdə dərialtı hematoma, baş beynin əzilməsi və ödemi, baş beyin maddəsinə, qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar, hər iki göz orbitası və gözaltı nahiyədə hematomalar, hər iki göz almasının ağlı qişasında qansızmalar, dalağın hetorogen hematoması, çanaqda sərbəst maye, sol diz oynağı nahiyəsinin yumşaq toxumasının əzilməsi, hematoması, başın sol alın-təpə, başın sol alın nahiyəsindən sol göz orbitası, sol gözaltı, sol sifət və sol boyun nahiyələrini əhatə edən sahələrdə, sağ göz orbitası və gözaltı nahiyədə və sağ diz oynağı nahiyəsində şişkinli qançırlar, sağ əl, boyun nahiyəsinin sağ yan səthi, sol said, qarın nahiyəsinin sağ və sol yan səthləri, sol diz oynağı, hər iki baldır və sol ayaq pəncəsi nahiyələrində qançırlar. Qeyd olunan xəsarətlər həyati olub , törənmə müddəti vətəndaş X5 X15 tibbi yardım göstərildikdən bir qədər əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni sərnişin qismində yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər.

2. X4 ölümünə səbəb başın küt travması nəticəsində yaranmış baş beyin maddəsinin ödemi ilə qeyd olunan baş beynin yumşaq qişasına, beyin toxumasına və beyin mədəciklərinə qansızmalar olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 11-14 saat əvvələ uyğun gəlir.

3. M.S.Hüseynovanın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenotiozin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i.v 91-91) xx.xx.2023-cü il tarixli 8/1703 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (128 manat) (i.v.100-103) 30 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v.111-112) 30 iyun 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.134-135) xx.xx.2023-cü il tarixli,55-1-1341-1223 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2029-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 466972 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 147) 01.06.203-cü il tarixli Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 149) 10 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci olunmuş ittihama əlavələr edilməsi zərurəti yaranmadığı üçün həmin ittiham maddəsi ilə elan dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yeгə getməmək haqqında iltizam" qismində qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu təsdiq edildiyindən zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 və şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 45 saylı rəyi, xx.xx.2023-cü il tarixli 8/1703 saylı məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyi, hadisə yerinə baxış protokolu iş üzrə sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Vakil oğlunun idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi "Toyota Prius" markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınması və saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınması qərara alınmışdır.(i.v 150-157) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və əməlindən peşmançılıq çəkməsini(59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində həbs qismində qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), cəza çəkməsinin əvvəli hökmün tarixindən hesablanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona 02(iki) il, 06(altı) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05(beş) il, 02(iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar