Məhkəmə qərarları › İş №1(011)-420/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-420/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-420/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Heydər Əliyev adına X11 nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2, “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3, müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 177.2.4-cü maddələri ilə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 177.2.4-cü maddələri ilə xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4ında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3-2, 32.5, 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 neft kəmərinə münasibətdə özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə o, 2022-ci ilin iyun ayının əvvəllərindən başlayaraq strateji əhəmiyyətli dövlət obyekti hesab olunan Heydər Əliyev adına X8 “Azpetrol" QSC-yə dizel yanacağı nəql olunan DŞ-300 mm neft məhsulu boru kəmərinin Bakı şəhəri Xətai rayonu, 8 noyabr prospekti 67 ünvandakı Bəh-Bəh retoranının yaxınlığından keçən hissəsində boru kəmərini özündə olan drel alətlə deşərək həmin boru kəmərinin deşilmiş hissəsinə 40 mm ölçüdə kran qaynaq edib qrup üzvü Təqsirləndirilən şəxs2la birgə qeyd edilən krana birləşdirdikləri rezin borunu neft məhsulunu toplamaq məqsədi ilə əvvəlcədən icarəyə götürdükləri ünvan 6 ünvanda yerləşən sexin içərisinə çəkdikdən sonra, oğurlayacaqları dizel yanacağının 1 litrinin 40 qəpikdən olmaqla satışının təşkil edilməsi ilə bağlı tanışları Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılığa gəlib 16 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla neft boru kəməri ilə nəql olunan, 01 (bir) tonunun orta bazar qiyməti həmin tarixə Azərbaycan Republikası Tarif Şurasının qərarına əsasən 852 manat olmaqla, ümumilikdə dəyəri 29820 (iyirmi doqquz min səkkiz yüz iyirmi) manat təşkil etmiş 35 (otuz beş) ton dizel yanacağını müxtəlif həcm tutumlu çənlərlə yükləməklə gizli olaraq talayıb, həmin dizel yanacağının təxminən 11 ton hissəsini Təqsirləndirilən şəxs3 köməliyi ilə satışını həyata keçirməklə, zərərçəkmiş şəxs Heydər Əliyev adına X13 xeyli miqdarda yəni, ümumilikdə 29820 (iyirmi doqquz min səkkiz yüz iyirmi) manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 neft kəmərinə münasibətdə özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 2022-ci ilin iyun ayının əvvəllərindən başlayaraq strateji əhəmiyyətli dövlət obyekti hesab olunan Heydər Əliyev adına X8 "xxxx" QSC-yə dizel yanacağı nəql olunan DŞ-300 mm neft məhsulu boru kəmərinin Bakı şəhəri Xətai rayonu, 8 noyabr prospekti 67 ünvandakı Bəh-Bəh retoranının yaxınlığından keçən hissəsində boru kəmərini özündə olan drel alətlə deşərək, həmin boru kəmərinin deşilmiş hissəsinə 40 mm ölçüdə kran qaynaq edib onunla birgə qeyd edilən krana birləşdirdikləri rezin borunu neft məhsulunu toplamaq məqsədi ilə əvvəlcədən icarəyə götürdükləri ünvan 7 ünvanda yerləşən sexin içərisinə çəkdikdən sonra, oğurlayacaqları dizel yanacağının 1 litrinin 40 qəpikdən olmaqla satışının təşkil edilməsi ilə bağlı tanışları Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılığa gəlib, 16 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla neft boru kəməri ilə nəql olunan, 01 (bir) tonunun orta bazar qiyməti həmin tarixə Azərbaycan Republikası Tarif Şurasının qərarına əsasən 852 manat olmaqla, ümumilikdə dəyəri 29820 (iyirmi doqquz min səkkiz yüz iyirmi) manat təşkil etmiş 35 (otuz beş) ton dizel yanacağını müxtəlif həcm tutumlu çənlərlə yükləməklə gizli olaraq talayıb, həmin dizel yanacağının təxminən 11 ton hissəsini Təqsirləndirilən şəxs3 köməliyi ilə satışını həyata keçirməklə, zərərçəkmiş şəxs Heydər Əliyev adına X13 xeyli miqdarda yəni, ümumilikdə 29820 (iyirmi doqquz min səkkiz yüz iyirmi) manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 neft kəmərinə münasibətdə özgənin əmlakını talamasında köməkçi qismində iştirak edərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin iyun ayının əvvəllərindən başlayaraq strateji əhəmiyyətli dövlət obyekti hesab olunan Heydər Əliyev adına X8 “Azpetrol" QSC-yə dizel yanacağı nəql olunan DŞ-300 mm neft məhsulu boru kəmərinin Bakı şəhəri Xətai rayonu, 8 noyabr prospekti 67 ünvandakı Bəh-Bəh retoranının yaxınlığından keçən hissəsində boru kəmərini deşərək,həmin boru kəmərinin deşilmiş hissəsinə 40 mm ölçüdə kran qaynaq edib qeyd edilən krana birləşdirdikləri rezin borunu neft məhsulunu toplamaq məqsədi ilə əvvəlcədən icarəyə götürdükləri ünvan 7 ünvanda yerləşən sexin içərisinə çəkdikdən sonra qrup üzvləri ilə oğurlayacaqları dizel yanacağının 1 litrinin 40 qəpikdən olmaqla satışının təşkil edilməsi ilə əvvəlcədən razılığa gəlib, bu məqsədlə sonuncuların 16 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla gizli olaraq taladıqları 01 (bir) tonunun orta bazar qiyməti həmin tarixə Azərbaycan Republikası Tarif Şurasının qərarına əsasən 852 manat olmaqla, ümumilikdə dəyəri 29820 (iyirmi doqquz min səkkiz yüz iyirmi) manat təşkil etmiş 35 (otuz beş) ton dizel yanacağının təxminən 11 ton hissəsinə müştəri tapmaqla hissə-hissə satışını həyata keçirib, bunun müqabilində ümumilikdə 750 manat gəlir əldə edərək, zərərçəkmiş şəxs "Heydər Əliyev” adına X13 xeyli miqdarda, yəni ümumilikdə 29820 (iyirmi doqquz min səkkiz yüz iyirmi) manat ziyan vurmaqla törədilən oğurluq cinayətində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxslərin elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxslərin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2 və 177.2.4cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, ailəlidir, himayəsində 3 azyaşlı övladı var. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Təqsirləndirilən şəxs2 məhəllə sakini kimi tanımış, aralarında dostluq münasibətləri olmuş, 2022-ci ilin iyun ayının əvvəllərində Pərvinlə görüşlərin birində söhbətləri maddi durumlarının çətinliyi ilə bağlı olmuşdur. Belə ki, anası uzun müddət yataq xəstəsi olduğundan onun müalicəsi üçün pula ehtiyacı olmuşdur. Pərvinin də bir neçə nəfərə borcu olduğundan onun da pula ehtiyacı olmuşdur. Pul qazanmağın yollarını düşünmüş, çıxış yolu tapa bilmədiyindən yaşadıqları NZS qəsəbəsindən keçən neft boru kəmərinə müdaxilə edib yanacaq oğurlayaraq satmağı və bu üsulla da pul qazanmağı təklif etmişdir. Pərvin əvvəlcə buna tərəddüd etsə də, sonda əlacsız qaldığından təklifi ilə razılaşmış, artıq neft boru kəmərinə müdaxilə etməklə oğurluq etmək barədə fikirlərini qətiyyətləşdirdiklərindən cinayəti planlaşdırmağa başlamış, əvvəlcə NZS qəsəbəsindən keçən neft borcu kəmərləri istiqamətində gəlib borular boyunca hərəkət etməklə borulara müdaxilə etmək üçün münasib yer axtarmağa başlamış, “Bəh-Bəh” retoranının yaxınlığında, “Azərişığa” məxsus inzibati binanın arxa hissəsində qamışlıqla əhatəli yerə gəldiklərində həmin hissədən keçən neft boru kəmərlərinə müdaxilə etmək üçün münasib şərait olduğunu aşkar etmişdir. Həmin ərazi yaşayış sahəsindən və gediş-gəlişdən kənar, çətin keçilən yerdə yerləşdiyindən boruya müdaxilə etdiklərinin aşkar edilməsi bəlli olmayacaqdı. Onlar boruya həmin yerdə müdaxilə edəcəklərini qərarlaşdırdıqlarından, bunu həyata keçirmək üçün hazırlıqlar görməyə başlamış, özündə olan qidalandırıcı qurğu vasitəsi ilə işləyən drel alətdən istifadə etməklə, ilk əvvəl üzəri qırmızı rəngli boya ilə örtülü boruda kiçik dəlik açmış, borudan gələn mayenin “Dizel’' tipli yanacaq olunduğunu müəyyən etmiş, ardınca açdığı həmin dəliyə taxta keçirməklə dəliyi bağlamışdır. Dizel tipli yanacaq nəql olunan borunu müəyyən etdikləri üçün elə həmin borudan oğurluq etməyi qərarlaşdırmışdır. Borudan oğurluq etmək üçün ilk əvvəl boruya baçonka qaynaq edilməli, ardınca isə həmin baçonka üzərinə kran bərkidilməli olmuş, iş fəaliyyəti ilə əlaqədar özündə baçonka və qaynaq aparatı olmasına baxmayaraq, həmin ərazidə elektrik xətti olmadığı üçün qaynaq işi görmək onlara çətinlik yaratmış, belə olan halda, onlar ərazi yaxınlığında yerləşən evlərdən birini bir aylıq müddət ərzində kirayələməyi qərarlaşdırmış, məhz həmin evdəki elektrik xəttindən istifadə edərək, bu planlarını reallaşdırmağı fikirləşmiş, həmin ərazidə tanımadıqları şəxslərdən kirayə evlər barədə maraqlanmış, tanımadıqları bir nəfər qadın özünə aid bir otaqlı evi aylıq 110 manat pul müqabilində kirayə verdiyini dediyindən, həmin evi kirayələməyi qərarlaşdırmışlar, lakin ev onlara bir neçə saatlıq lazım olduğu üçün, həmin qadına beh qismində 10 manat pul verib, evə görə pulun qalan hissəsini ay tamamında verəcəklərini demiş, qadın razılaşdığından ondan evin açarlarını təhvil almış, həmin gün gecə saatlarında o, həmin evin elektrik xəttindən istifadə edib özündə olan qaynaq aparatı ilə 01 ədəd baçonkanı neft boru kəmərinə qaynaq etmiş, ardınca baçonkanı qaynaq etdikdən sonra baçonkanın içərisindən drel alətlə neft borusunu deşib, baçonkanın ağızlığını bağlamış, qaynaq ətrafından neft məhsulu sızdığı üçün, həmin hissəni germetika ilə möhkəmləndirmiş, sızıntı olmadığı üçün lazım olan ilkin işlərini tamamlamışlar. Bundan sonra boruya müdaxilə etdikləri hissədə, neft məhsulunu oğurlayaraq toplamaq üçün münasib şərait olmadığı üçün onlar həmin yerin yaxınlığında yerləşən sexdə anbar kirayələyib həmin neft borusundan anbara rezin boru çəkməklə, məhz oradan neft məhsulu rahat şəkildə oğurlamağı düşünmüş, bu səbəbdən Pərvinlə birgə 8 noyabr prospektində yerləşən həmin sexə gedib, sex sahibi Elxan adlı şəxslə danışıq aparıb pivə işi görmək üçün anbar kirayələmək istədiklərini demiş, Elxan adlı şəxs sexdə anbar kimi istifadə edilə biləcək yerin olduğunu deyib həmin yeri onlara aylıq olaraq 300 manat müqabilində kirayə verə biləcəyini demişdir. Onlar da etiraz etmədən 300 manat pul ödəməklə həmin yeri kirayələmiş, əməllərinin gizli qalması və aşkar edilməməsi üçün anbarın giriş qapısını qıfılla bağlayaraq getmişlər. Gecə saatlarında saat təxminən 23 radələrindən sonra sexə gəlmiş, sexdə kənar şəxsin olmamasından istifadə edərək neft boru kəmərindən sexin içərisinə rezin boru keçirməkdən ötrü sexin divarında drel vasitəsi ilə dəlik açmış, ardınca plastmas lambirin vasitəsi ilə həmin dəliyin üzərini bağlamış, bundan sonra 8 km bazarı deyilən yerə gedib oradan müvafiq kran və təxminən 40 metr uzunluğunda 25-lik rezin boru almış, ardınca aldıqları kranı neft borusuna qaynaq etdikləri baçonkaya bərkitmiş, kranın ağızlığına rezin borunu keçirmiş, həmin rezinin digər başını sexin içərisinə doğru salmış, 15 iyun 2022-ci il tarixdə onlar neft boru kəməri ilə nəql edilən dizel tipli yanacaq məhsulunu oğurlamaq üçün hazırlıq işlərini görərək tam şəkildə tamamlamışlar. Bundan sonra isə dizel tipli yanacağı satmaq üçün müştəri axtarmağa başlamış, məhəllə sakini kimi uzun müddət tanıdıqları Elnur adlı şəxsə yaxınlaşıb neft boru kəmərini deşməklə oradan dizel tipli yanacaq oğurladıqlarını və həmin yanacağın satılmasında onlara köməklik göstərəcəyi təqdirdə müəyyən qazanc verəcəklərini demiş, Elnur da pula ehtiyacı olduğunu bildirmiş və onların təklifi ilə razılaşmışdır. Həmin ərəfədə o, məhəllə sakini kimi tanıdığı Bayram adlı şəxsə yaxınlaşıb ona özündə dizel tipli yanacaq olduğunu bildirmiş, onu 40 qəpikdən satmağı təklif etmişdir. Bayram da həmin yanacağı haradan ələ etməyi ilə bağlı maraqlandıqda ehtiyyat etdiyi üçün ona bu barədə heç bir söz deməyib həmin yanacağı iş yerindən kart vasitəsi ilə ucuz qiymətə əldə etdiyini, pula ehtiyacı olduğu üçün təcili olaraq satmaq istədiyini demiş, bu təklifindən sonra Bayram ona sınaq üçün həmin yanacaqdan verməsini xahiş etmiş, o da, öz növbəsində etiraz etməmiş, 16 iyun 2022-ci il tarixdə neft boru kəmərindən təxminən 5 litr dizel yanacaq oğurlayıb bidona yığmaqla Bayrama vermiş, Bayram da öz növbəsində yanacağı avtomobilinə doldurub sınaqdan keçirdikdən sonra yanacağı almaqda razılaşmışdır. Bayramın onların cinayət törətdiyi yeri bilməməsindən ötrü o, yanacağın satışını həyata keçirmək üçün Bayrama içərisinə çən qoyulmuş avtomobil göndərməsini, avtomobili ondan təhvil alıb, içərisindəki çəni dolduqduqdan sonra ona təhvil verəcəyini demişdir. Bayram da onun təklifi ilə razılaşmış, onlar səhəri gün axşam saatlarında UPD qəsəbəsində görüşmək barədə qərarlaşmış, deyilən vaxtda Pərvinlə birgə UPD qəsəbəsinə getmiş, Bayramın şərikləri Nemət və Ruslan adlı şəxslərlə gəldiyini görmüş, həmin zaman Bayramdan özü ilə gətirdiyi “Mercedes 208” markalı avtomobili təhvil almış, Pərvinlə birgə sexə qayıtmış, avtomobilin yük hissəsini açdıqda avtomobildə bir neçə ədəd 20 litrlik bidon olduğunu aşkar etmiş, həmin gün saat 23 radələrindən başlayaraq bir neçə saat ərzində həmin bidonları 1,2 ton dizel tipli yanacaqla doldurub, təkrarən UPD qəsəbəsinə gəlmiş Bayram, Nemət və Ruslanla görüşmüşlər. Bidonlarla birgə avtomobili onlara təhvil vermiş, dizel yanacağına görə onlardan 480 manat pul almış, onların isə aldıqları yanacaqla nə etdiklərini bilməmişdir. Həmin ərəfədə tanışları Elnur da onlara müraciət etmiş, dizel tipli yanacağı almaq üçün müştəri, habelə yanacağın daşınması üçün günlük icarə haqqı 100 manat təşkil edən dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes Sprinter” markalı avtomobil tapdığını, lakin həmin avtomobildə yanacağın daşınması üçün çənə ehtiyac olduğunu bildirmişdir. Buna görə, o dizelin ilkin satışından əldə etdiyi 480 manat pul müqabilində 3 tonluq plastik çən almış, Elnurun icarə götürdüyü “Mercedes Sprinter" markalı avtomobilə yerləşdirmiş, həmin çənə dizel tipli yanacaq doldurub avtomobili Elnura təhvil vermişdir. Elnur da həmin yanacağı tanımadığı şəxsə satmış, dəqiq xatırlamadığı məbləğdə pul vermişdir. Onlar Elnurla danışıq aparıb dizel yanacağının hər satışına görə ona 150 manat pul verəcəkləri ilə razılaşmış, Elnurun vasitəsi ilə 17 iyun 2022-ci il tarixdən başlayaraq 22 iyun 2022-ci il tarixədək təxminən 11 tona yaxın dizel tipli yanacağın satışını həyata keçirmiş, dəqiq xatırlamadığı məbləğdə pul əldə etmiş, əldə etdikləri puldan ümumilikdə 750 manatını zəhmət haqqı kimi, 400 manatı isə “Mercedes Sprinter" markalı avtomobilin icarə haqqına görə Elnura vermiş, qalan pulu isə Pərvinlə aralarında bərabər şəkildə bölmüşlər. Həmin ərəfədə onlar eyni zamanda qarşılıqlı olaraq Bayram, Neymət və Ruslanla hissə-hissə olmaqla təxminən 5 tona yaxın dizel tipli yanacağın alqı-satqısını həyata keçirmiş, həmin alqı-satqıdan dəqiq xatırlamadığı məbləğdə pul əldə etmiş, həmin pulu da Pərvinlə aralarında yarı-yarıya bölmüşlər. Beləliklə də onlar Pərvinlə birgə neft kəmərinə müdaxilə etməklə oradan dizel tipli yanacağın oğurlanaraq satışından xərcləri çıxmaqla təxminən 5500 manat pul əldə etmiş və həmin pulu aralarında yarıbayarı bölmüş, 22 iyun 2022-ci il tarixdə sexdə olan zaman "Socar"ın əməkdaşları tərəfindən ərazidə axtarış işlərinin aparıldığını görmüş, həmin zaman o, dərhal, neft boru kəmərinə bağladığı rezin borunu ayırıb, çıxarmaqla sexi tərk etmiş, iz buraxmamaq məqsədilə yanacağı oğurlamaq üçün istifadə etdiyi bütün alət və avadanlıqları, yəni, qaynaq aparatı, rezin boru, drel və s. bu kimi əşyaları tullayaraq məhv etmiş, bundan sonra artıq əməllərinin ifşa olunacağını düşünüb, Pərvinlə birgə gizlənməyə başlamış, həmin ərəfədə isə oğurluq yolu ilə əldə etdiyi yanacağın satışından əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, sonda isə törətdikləri əməllə bağlı polis əməkdaşları tərəfindən yaxalanmışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, onlara vurulan ziyanın tam ödənildiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 177.2 1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, evlidir, himayəsində 2 azyaşlı övladı var, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanımış, aralarında dostluq münasibətləri olmuşdur. 2022-ci ilin iyun ayının əvvəllərində Tale ilə görüşlərin birində söhbətləri maddi durumlarının çətinliyi ilə bağlı olmuşdur. Onun bir neçə nəfərə borcu olduğundan, həmçinin Talenin anasının xəstəliyi ilə əlaqədar Talenin də pula ehtiyacı olmuş, bu səbəbdən onlar pul qazanmağın yollarını düşünmüşlər. Tale çıxış yolu kimi yaşadıqları NZS qəsəbəsindən keçən neft boru kəmərinə müdaxilə edib yanacaq oğurlayaraq satmağı və bu üsulla da pul qazanmağı təklif etmişdir. O, əvvəlcə buna tərəddüd etsə də, sonda əlacsız qaldığından təklifi ilə razılaşmış, artıq neft boru kəmərinə müdaxilə etməklə oğurluq etmək barədə fikirlərini qətiyyətləşdirdiklərindən cinayəti planlaşdırmağa başlamış, əvvəlcə NZS qəsəbəsindən keçən neft borcu kəmərləri istiqamətində gəlib borular boyunca hərəkət etməklə borulara müdaxilə etmək üçün münasib yer axtarmağa başlamış, “Bəh-Bəh” retoranının yaxınlığında, “Azərişığa” məxsus inzibati binanın arxa hissəsində qamışlıqla əhatəli yerə gəldiklərində həmin hissədən keçən neft boru kəmərlərinə müdaxilə etmək üçün münasib şərait olduğunu aşkar etmişdir. Həmin ərazi yaşayış sahəsindən və gediş-gəlişdən kənar, çətin keçilən yerdə yerləşdiyindən boruya müdaxilə etdiklərinin aşkar edilməsi bəlli olmayacaqdı. Onlar boruya həmin yerdə müdaxilə etməyi qərarlaşdırdıqlarından, bunu həyata keçirmək üçün hazırlıqlar görməyə başlamış, Tale özündə olan qidalandırıcı qurğu vasitəsi ilə işləyən drel alətdən istifadə etməklə, ilk əvvəl üzəri qırmızı rəngli boya ilə örtülü boruda kiçik dəlik açmış, borudan gələn mayenin “Dizel" tipli yanacaq olunduğunu müəyyən etmiş, ardınca Tale açdığı həmin dəliyə taxta keçirməklə dəliyi bağlamışdır. Dizel tipli yanacaq nəql olunan borunu müəyyən etdikləri üçün elə həmin borudan oğurluq etməyi qərarlaşdırmışlar. Borudan oğurluq etmək üçün ilk əvvəl boruya baçonka qaynaq edilməli, ardınca isə həmin baçonka üzərinə kran bərkidilməli olmuş, Tale usta kimi işlədiyindən özündə baçonka və qaynaq aparatı olmasına baxmayaraq, həmin ərazidə elektrik xətti olmadığı üçün qaynaq işi görmək onlara çətinlik yaratmış, belə ola halda, onlar ərazi yaxınlığında yerləşən evlərdən birini bir aylıq müddət ərzində kirayələməyi qərarlaşdırmış, məhz həmin evdəki elektrik xəttindən istifadə edərək bu planlarını reallaşdırmağı fikirləşmiş, həmin ərazidə tanımadıqları şəxslərdən kirayə evlər barədə maraqlanmış, tanımadıqları bir nəfər qadın özünə aid bir otaqlı evi aylıq 110 manat pul müqabilində kirayə verdiyini dediyindən, həmin evi kirayələməyi qərarlaşdırmışlar, lakin ev onlara bir neçə saatlıq lazım olduğu üçün, həmin qadına beh qismində 10 manat pul verib, evə görə pulun qalan hissəsini ay tamamında verəcəklərini demiş, qadın razılaşdığından ondan evin açarlarını təhvil almış, həmin gün gecə saatlarında Tale həmin evin elektrik xəttindən istifadə edib özündə olan qaynaq aparatı ilə 01 ədəd baçonkanı neft boru kəmərinə qaynaq etmiş, ardınca baçonkanı qaynaq etdikdən sonra baçonkanın içərisindən drel alətlə neft borusunu deşib, baçonkanən ağızlığını bağlamış, qaynaq ətrafından neft məhsulu sızdığı üçün həmin hissəni germetika ilə möhkəmlənirmiş, artıq sızıntı olmadığı üçün lazım olan ilkin işləri tamamlamışlar. Bundan sonra boruya müdaxilə etdikləri hissədə neft məhsulunu oğurlayaraq toplamaq üçün münasib şərait olmadığı üçün onlar həmin yerin yaxınlığında yerləşən sexdə anbar kirayələyib həmin neft borusundan anbara rezin boru çəkməklə, məhz oradan neft məhsulu rahat şəkildə oğurlamağı düşünmüş, bu səbəbdən Tale ilə birgə 8 noyabr prospektində yerləşən həmin sexə gedib sex sahibi Elxan adlı şəxslə danışıq aparıb pivə işi görmək üçün anbar kirayələmək istədiklərini demiş, Elxan adlı şəxs sexdə anbar kimi istifadə edilə biləcək yerin olduğunu deyib həmin yeri onlara aylıq olaraq 300 manat müqabilinə kirayə verə biləcəyini demişdir. Onlar da etiraz etmədən 300 manat pul ödəməklə həmin yeri kirayələmiş, əməllərinin gizli qalması və aşkar edilməməsi üçün anbarın giriş qapısını qıfılla bağlayaraq getmiş, gecə saatlarında saat təxminən 23 radələrindən sonra sexə gəlmiş, sexdə kənar şəxsin olmamasından istifadə edərək neft boru kəmərindən sexin içərisinə rezin boru keçirməkdən ötrü sexin divarında drel vasitəsi ilə dəlik açmış, ardınca plastmas lambirin vasitəsi ilə həmin dəliyin üzərini bağlamış, bundan sonra 8 km bazarı deyilən yerə gedib oradan müvafiq kran və təxminən 40 metr uzunluğunda 25-lik rezin boru almış, ardınca aldıqları kranı bir qədər əvvəl neft borusuna qaynaq etdikləri baçonkaya bərkitmiş, kranın ağızlığına rezin borunu keçirmiş, həmin rezinin digər başını sexin içərisinə doğru salmış, 15 iyun 2022-cı il tarixdə neft boru kəməri ilə nəql edilən dizel tipli yanacaq məhsulunu oğurlamaq üçün hazırlıq işlərini görərək tam şəkildə tamamlamışlar. Bundan sonra isə dizel tipli yanacağı satmaq üçün müştəri axtarmağa başlamış, məhəllə sakini kimi uzun müddət tandıqları Elnur adlı şəxsə yaxınlaşıb neft boru kəmərini deşməklə oradan dizel tipli yanacaq oğurladıqlarını və həmin yanacağın satılmasında onlara köməklik göstərəcəyi təqdirdə müəyyən qazanc verəcəklərini demiş, Elnur da pula ehtiyacı olduğunu bildirmiş və onların təklifi ilə razılaşmışdır. Həmin ərəfədə Tale məhəllə sakini kimi tanıdığı Bayram adlı şəxsə yaxınlaşıb ona özündə dizel tipli yanacaq olduğunu bildirmiş,onu 40 qəpikdən satmağı təklif etmişdir. Bayram da həmin yanacağı Talenin haradan ələ etməyi ilə bağlı maraqlandığında ehtiyyat etdiyi üçün ona bu barədə heç bir söz deməyib həmin yanacağı iş yerindən kart vasitəsi ilə ucuz qiymətə əldə etdiyini, pula ehtiyacı olduğu üçün təcili olarq satmaq istədiyini demiş, bu təklifdən sonra Bayram ona sınaq üçün həmin yanacaqdan verməsini xahiş etmiş, o da etiraz etməmiş, 16 iyun 2022-ci il tarixdə neft boru kəmərindən təxminən 5 litr dizel yanacaq oğurlayıb bidona yığmaqla Bayrama vermiş, Bayram da yanacağı avtomobilinə doldurub sınaqdan keçirdikdən sonra yanacağı almaqla razılaşmışdır. Bayramın onların cinayət törətdiyi yeri bilməməsindən ötrü onlar yanacağın satışını həyata keçirmək üçün Bayrama içərisinə çən qoyulmuş avtomobil göndərməsini, avtomobili ondan təhvil alıb, içərisindəki çəni dolduqduqdan sonra ona təhvil verəcəklərini demişlər. Bayram da onların təklifi ilə razılaşmış, onlar səhəri gün axşam saatlarında UPD qəsəbəsində görüşmək barədə qərarlaşmış, deyilən vaxtda Tale ilə birgə UPD qəsəbəsinə getmiş, Bayramın şərikləri Nemət və Ruslan adlı şəxslərlə gəldiyini görmüş, həmin zaman Bayramdan özü ilə gətirdiyi “Mercedes 208“ markalı avtomobili təhvil almış, Tale ilə birgə sexə qayıtmış, avtomobilin yük hissəsini açdıqda avtomobildə bir neçə ədəd 20 litrlik bidon olduğunu aşkar etmiş, həmin gün saat 23 radələrindən başlayaraq bir neçə saat ərzində həmin bidonları 1,2 ton dizel tipli yanacaqla doldurub təkrarən UPD qəsəbəsinə gəlmiş, Bayram, Nemət və Ruslanla görüşmüş, bidonla birgə avtomobili onlara təhvil vermiş, dizel yanacağına görə onlardan 480 manat pul almış, onların isə aldıqları yanacaqla nə etdiklərini bilməmişdir. Həmin ərəfədə tanışları Elnur da onlara müraciət etmiş, dizel tipli yacağı almaq üçün müştəri, yanacağın daşınması üçün günlük icarə haqqı 100 manat təşkil edən dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes Sprinter" markalı avtomobil tapdığını, lakin həmin avtomobildə yanacağın daşınması üçün çənə ehtiyac olduğunu bildirmişdir. Buna görə də, onlar dizelin ilkin satışından əldə etdikləri 480 manat pul müqabilində 3 tonluq plastik çən almış, Elnurun icarə götürdüyü “Mercedes Sprinter” markalı avtomobilə yerləşdirmiş, həmin çənə dizel tipli yanacaq doldurub avtomobili Elnura təhvil vermişdir. Elnur da həmin yanacağı tanımadıqları şəxsə satmış, dəqiq xatırlamadığı məbləğdə pul vermişdir. Onlar Elnurla danışıq aparıb dizel yanacağının hər satışına görə ona 150 manat pul verəcəkləri ilə razılaşmış, Elnurun vasitəsi ilə 17 iyun 2022-ci il tarixdən başlayaraq 22 iyun 2022-ci il tarixədək təxminən 11 tona yaxın dizel tipli yanacağın satışını həyata keçirmiş, dəqiq xatırlamadığı məbləğdə pul əldə etmiş, əldə etdikləri puldan ümumilikdə 750 manatını zəhmət haqqı kimi, 400 manatı isə “Mercedes Sprinter” markalı avtomobilin icarə haqqına görə Elnura vermiş, qalan pulu isə Tale ilə aralarında bərabər şəkildə bölmüşlər. Həmin ərəfədə onlar eyni zamanda qarşılıqlı olaraq Bayram, Neymət və Ruslanla hissə-hissə olmaqla təxminən 5 tona yaxın dizel tipli yanacağın alqı-satqısını həyata keçirmiş, həmin alqı-satqıdan dəqiq xatırlamadığı məbləğdə pul əldə etmiş, həmin pulu da Tale ilə aralarında yarı bölmüşlər. Beləliklə də onlar Tale ilə birgə neft kəmərinə müdaxilə etməklə oradan dizel tipli yanacağın oğurlanaraq satışından xərcləri çıxmaqla təxminən 5500 manat pul əldə etmiş, həmin pulu aralarında yarıbayarı bölmüş, 22 iyun 2022-ci il tarixdə sexdə olan zaman, “Socar"ın əməkdaşları tərəfindən ərazidə axtarış işlərinin aparıldığını görmüş, həmin zaman Tale dərhal neft boru kəmərinə bağladığı rezin borunu ayırıb çıxardıqdan sonra sexi tərk etmiş, iz buraxmamaq məqsədilə yanacağı oğurlamaq üçün istifadə etdikləri bütün alət və avadanlıqları tullayaraq məhv etmiş, bundan sonra artıq əməllərinin ifşa olunacağını düşünüb gizlənməyə başlamışlar. Həmin ərəfədə isə oğurluq yolu ilə əldə etdikləri yanacağın satışından əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, sonda isə törətdikləri əməllə bağlı polis əməkdaşları tərəfindən yaxalanmışlar. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara vurulan ziyanı tam ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, onlara vurulan ziyanın tam ödənildiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 32.5, 177.2.1, 32.5, 177.2.3-2 və 32.5, 177.2.4cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, evlidir, taksi sürücüsü işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhəllə sakinləri kimi uzun müddətdir ki, tanımış, onlarla aralarında normal münasibələr olmuş, hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2022-ci ilin iyun ayının əvvələrində Tale onunla əlaqə saxlayıb iş qurmaq istədiklərini demiş, görüşməyi təklif etmiş, görüşdüklərində isə söhbətə başlayıb pula ehtiyacı olduğu üçün Pərvinlə birgə NZS qəsəbəsindən keçən neft boru kəmərini deşməklə oradan dizel tipli yanacaq oğurladıqlarını, həmin yanacağın 1 litrinin 40 qəpikdən satmaqda onlara müştəri tapacağı halda ona müəyyən qazanc verəcəyini demişdir. O, əvvəlcə Talenin təklifindən imtina etsə də, ehtiyacı olduğundan sonradan onun təklifi ilə razılaşmışdır. Tanışı Emin adlı şəxsin fərdi qaydada yük avtomobili ilə neft məhsullarının daşınması ilə məşğul olduğunu bildiyindən onunla görüşmüş, özündə dizel tipli yanacaq olduğunu və həmin yanacağın 1 litrini 40 qəpikdən satdığını demiş, ona alması üçün təklif etmiş, Emin ondan yanacağı haradan əldə etdiyini soruşduqda isə Tale və Pərvizin ifşa olunmaması üçün tanışlarına gördükləri iş müqabilində pul əvəzinə verildiyini, onların da pula ehtiyacı olduğu üçün yanacağı ucuz qiymətə sataraq pul əldə etmək istədiklərini, Eminlə arasında olan münasibətə əsasən xeyir vermək məqsədi ilə dizel yanacağını almaq üçün məhz ona təklif etdiyini bildirmiş, lakin tanışlarının kim olduğu barədə ona heç bir məlumat verməmişdir. Eminlə bir neçə dəqiqə söhbətləşdikdən sonra o təklif ilə razılaşmış, Eminə yanacağın ona çatdırılması üçün avtomobil lazım olduğunu demiş, Emin də özündə belə bir avtomobil olmadığını, lakin tanışından günlük icarə haqqı 100 manat olmaqla “Mercedes Sprinter" markalı avtomobil təşkil edib ona verə biləcəyini bildirmiş, o da onun bu təklifini qəbul etmişdir. Bundan sonra Pərvin və Tale ilə görüşüb, onlara yanacağa görə müştəri, yanacağın daşınması üçün günlük icarə haqqı 100 manat olan avtomobil tapdığını demiş, Pərvin və Tale onun təklifi ilə razılaşdıqlarından onlardan avtomobili kirayələməyə görə 100 manat alıb, Eminlə təkrar əlaqə yaratmış, avtomobilə görə 100 manat pulu Eminə verib, ondan dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes Sprinter" markalı avtomobili icarəyə götürmüş, lakin avtomobildə yanacaq daşınması üçün müvafiq çən olmadığı üçün Tale 3 ton həcmində plastmas çən alaraq avtomobilin yük yerinə yerləşdirmiş, həmin çənə yanacaq doldurmaqdan ötrü gecə saatlarında onu 8 noyabr prospketində yerləşən sexə gətirmiş, sexə daxil olub, avtomobili oradakı boksların birinin içərisinə verdikdə Tale boksun qapısını bağlayıb boksdakı divardan keçən rezin borunun ağzını açmış, həmin rezin borudan avtomobildəki çənin içərisinə doğru dizel yanacağını doldurmağa başlamışdır. O, dizel yanacağının sexin arxasından keçən neft boru kəmərinə müdaxilə edilməklə, deşilərək boruya daxil edilmiş krandan gəlməsini müəyyən etmiş, avtomobildəki 3 tonluq çən doldurulduqdan sonra o, avtomobili idarə edib, səhər saatlarında Eminin yaşadığı NZS qəsəbəsində yerləşən evinin qarşısına gəlmiş, onunla görüşmüş, avtomobilin yük hissəsindəki çənə doldurulmuş dizel yanacağını Emilin idarə etdiyi yük avtomobilinin sisternasına doldurmuş, bundan sonra isə Emindən dizel yanacağına görə 1200 manat pul alıb, elə həmin gün Tale və Pərvinlə görüşərək aldığı pulu onlara vermiş, onlar da, zəhmət haqqı olaraq ona bunun müqabilində 150 manat pul vermişdir. O, bu formada Tale və Pərvinlə birgə faəliyyət göstərmiş, təxminən 4 gün müddət ərzində hissə-hissə olmaqla Emin adlı şəxsə təxminən 10 tondan bir qədər artıq dizel yanacağı satmış, Tale və Pərvinin oğurladıqları dizel yanacağının satışını təşkil etdiyinə görə ona əmək haqqı kimi 600 manat, avtomobilin kirayə haqqı olaraq 400 manat pul vermiş, 22 iyul 2022-ci il tarixdə növbəti dəfə Tale ilə əlaqə saxladığında o, törətdikləri əməlin ifşa olunduğunu və bunun üçün sexi tərk edərək qaçdılarını bildirmiş, bundan sonra onlarla əlaqəsi olmamış, ifşa olunduqlarını bildikdən sonra o, dərhal icarəyə götürdüyü avtomobili Eminə geri qaytarmış, avtomobilin içərisində olan 3 tonluq çəni isə 8km bazarında tanımadığı şəxsə 100 manata satmışdır. Törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara vurulan ziyanı tam ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş hüquqi şəxs Heydər Əliyev adına X15 nümayəndəsi qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Heydər Əliyev adına X8 “Azpetrol" QSC-yə dizel yanacağı nəql olunan DŞ-300 mm neft məhsulu boru kəmərinin Bakı şəhəri Xətai rayonu 8 noyabr prospekti 67 ünvandakı Bəh-Bəh retoranının yaxınlığından keçən hissəsində naməlum şəxslər tərəfindən deşilərək 40 mm ölçüdə kran qoyulduğu, kənar müdaxilə olunması faktı aşkar olunmuş, həmin faktla əlaqədar zavod tərəfindən qeyd edilən əraziyə əlavə texniki vasitələr və işçi qüvvəsi cəlb edilmiş, neft boru kəmərinə edilmiş kənar müdaxilə zamanı yaranmış fəsadlar aradan qaldırılaraq boru kəməri təmir edilmiş, baş vermiş hadisə nəticəsində neft boru kəməri ilə nəql olunan dizel tipli yanacağın itkisi 35 ton təşkil etmiş, dizel yanacağının topdan satış qiyməti Azərbaycan Republikası Tarif Şurasının qərarına əsasən tənzimlənmiş, buna nəzərən yanacağın 1 tonunun topdan satış qiyməti 852 manat təşkil etmişdir ki, zavoda dəymiş ziyanın ümumi məbləği 29820 (iyirmi doqquz mh səkkiz yüz iyirmi) manat olmuşdur. Hazırda şirkətə dəymiş zərər təqsirləndirilən şəxslərin adından Təqsirləndirilən şəxs2 atası X4 tərəfindən Heydər Əliyev adına X11 ABB Nizami filialında olan hesabına könüllü olaraq tam ödənilmişdir. Bu səbəbdən təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, etibarnamə əsasında ona məxsus “Kamaz 65115 Yük" markalı 99AX778 dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada müxtəlif növ yanacaqların daşınması ilə məşğul olur. O, X1 uzun müddət tanımış, aralarında yoldaşlıq münasibələri olmuşdur. 2022-ci ili iyun ayının ortalarında evdə olduğu zaman Elnur ona zəng edərək işi olduğunu deyib görüşmək istəmiş, görüşdükləri zaman özündə dizel tipli yanacaq olduğunu və həmin yanacağın 1 litrini 40 qəpikdən satdığını deyib yanacağı almaq üçün təklif etmiş, o da yanacağın qiyməti dəyərindən 2 dəfə ucuz olduğu üçün Elnurdan həmin dizeli haradan əldə etdiyini soruşmuş, o isə tanışlarına gördükləri iş müqabilində pul əvəzinə verildiyini, onların da pula ehtiyacı olduğu üçün yanacağı ucuz qiymətə sataraq pul əldə etmək istədiklərini demiş, aralarındakı münasibətə əsasən ona xeyir vermək məqsədi ilə həmin dizel yanacağını almaq üçün ona təklif etdiyini bildirmişdir. Elnurun bu sözlərindən sonra onun həqiqətən də yaxşılıq etmək istədiyini fikirləşmiş, yanacağın qanuni yolla əldə edilməsi ilə bağlı dediklərini həqiqət kimi qəbul edərək təklifi ilə razılaşmış, eyni zamanda mütəmadi olaraq yanacaq daşıdığından bu sahədə müəyyən qədər anlayışlı olduğu üçün dizel yanacağını 40 qəpikdən aldığı halda, onu dəyərindən bir qədər baha qiymətə sataraq pul əldə edə biləcəyini düşünmüşdür. Elnura razılığını bildirdikdən sonra o, yanacağın çatdırılması üçün avtomobil lazım olduğunu, avtomobilin təşkilində ona kömək etməsini xahiş etmişdir. Onun istifadəsində belə bir avtomobil olmadığı üçün, ona avtomobil icarəyə götürmək barədə təklif etmiş, həmin ərəfədə tanışı Xaliq adlı şəxsin “Mercedes Sprinter" markalı avtomobilini günlük 100 manatdan olmaqla icarəyə verdiyini bildiyindən, avtomobili ondan kirayələməyi təklif etmiş, Elnur da bununla bağlı məsləhətləşdikdən sonra ona məlumat verəcəyini demişdir. Həmin gün axşam saatlarında zəng edərək təklifi ilə razılaşdığını bildirmiş, avtomobilin icarəyə götürülməsində kömək etməsini xahiş etmiş, daha sonra Elnurla görüşüb avtomobilin kirayəsinə görə ondan 100 manat pul alıb Xaliqə vermiş, ondan avtomobilini icarəyə götürmüş, istifadə etmək məqsədi ilə Elnura vermiş, səhəri gün səhər saatlarında Elnur onunla əlaqə saxlayıb təxminən 3 tona yaxın dizel tipli yanacaq götürdüyünü demiş, yanacağı ona təhvil vermək üçün görüşmək istəmişdir. O da həmin yanacağı istifadəsində olan “Kamaz 65115 Yük” markalı avtomobilin çəninə doldurmaq üçün yaşadığı evə dəvət etmiş, Elnur gəldikdə onun avtomobilin yük hissəsində gətirdiyi 3 tonluq dizel tipli yanacağı təhvil almış, həmin yanacağı şlanq vasitəsi ilə özünün idarə etdiyi avtomobilin çəninə doldurmuş, daha sonra Elnura 1200 manat pul verib onunla alqı-satqını tamamlamışdır. Elnur təxminən 4 gün ərzində eyni üsulla ona əlavə olaraq təxminən 7 tondan bir qədər artıq dizel tipli yanacaq satmış, o da həmin yanacağı Elnurdan aldıqdan sonra Sanqaçal adlanan yerə gətirib həmin yanacağın 1 litrini 70 qəpikdən yol kənarında fərdi qaydada dizel yanacağının alqı-satqısı ilə məşğul olan tanımadığı şəxsə satmış, müəyyən qədər gəlir əldə etmişdir. O, Elnurun satmış olduğu dizel yanacağının cinayət yolu ilə əldə edildiyini bilməmiş, onunla yoldaşlıq münasibəti olduğu üçün onun bu cür hərəkətə yol verəcəyinə inanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, fərdi qaydada marşurut sürücüsü işləməklə ailəsini dolandırmışdır. Şahid2 onun dayısı oğludur. Şahid4 isə onun uşaqlıq dostudur. Onlarla arasında daim yaxşı münasibət olmuş, hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhəllə sakinləri kimi uzun müddətdir ki, tanımış, onlarla aralarında normal münasibələr olmuş, hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2022-ci ilin iyun ayının ortalarında Tale ona zəng edərək görüşmək istədiyini bildirmiş, o da etiraz etməmişdir. Tale ilə görüşən zaman o, özündə istənilən qədər dizel tipli yanacaq olduğunu, həmin yanacağı ona dəyərindən ucuz qiymətə, yəni 1 litrini 40 qəpikdən sata biləcəyini demişdir. O, Taledən həmin dizeli haradan əldə etdiyini soruşduqda, dizelin ona kart vasitəsi ilə verildiyini, bu səbəbdən həmin dizeli sataraq gəlir əldə etmək niyyətində olduğunu demişdir. O, əvvəlcə Talenin sözünə inanmayıb onu aldatdığını düşünmüş, ondan sınaq üçün satmağı təklif etdiyi dizel yanacağından az miqdarda verməyi təklif etmiş, Tale də etiraz etməyib həmin gün 01 bidonda təxminən 5 litr dizel yanacaq gətirib ona vermişdir. O, həmin yanacağı öz avtomobilinə töküb yoxladıqda, yanacağın tam keyfiyyətli olduğunu müəyyən etmiş, bundan sonra ondan həmin yanacağı almağa razılaşmış, səhəri gün axşam saatlarında UPD qəsəbəsində görüşmüş, dayısı oğlu Ruslan və dostu Neməti Talenin təklifi barədə məlumatlandırmış, həmin dizeli 40 qəpikdən alıb, baha qiymətlə satmaqla yaxşı qazanc əldə edə biləcəklərini demiş, Nemət və Ruslan da onun təklifi ilə razılaşmış, səhəri gün axşam saatlarında o, idarə etdiyi avtomobilə bir neçə bidon yerləşdirib Ruslan və Nemətlə birgə Tale ilə razılaşdıqları görüş yerinə yollanmışlar. UPD qəsəbəsində Tale və Pərvinlə görüşmüş, onlara avtomobili gətirdiyini deyib yanacağı götürmək üçün hara getməli olduqlarını soruşduqda, Tale avtomobildəki bidonlara dizel yükləyib avtomobili onlara təhvil verəcəklərini demiş, o da etiraz etməyib avtomobili Pərvinə vermiş və onları gözləməyə başlamışdır. Təxminən 1-2 saat sonra Pərvin avtomobili geri gətirdikdə o, bidonlardakı dizeli hesablayıb ümumi çəksinin 1,2 ton olduğunu müyyən etmiş, Ruslan və Nemətlə birgə həmin dizel müqabilində Taleyə ümumilikdə 480 manat pul vermiş, Taledən həmin dizeli aldıqdan sonra az bir hissəsini idarə etdiyi avtomobilə tökərək istifadə etmiş, digər hissəsini isə gəlir əldə etmək üçün satmaq qərarına gəlmiş, bu məqsədlə Ruslan və Nemətlə birgə Nizami rayonu ərazisindəki Ət Kombinatının içərisində fəaliyyət göstərən beton zavoda gəlmiş, orda adlarını sonradan öyrəndiyi Ağalı və Fazil adlı şəxslərə yaxınlaşaraq özlərində təxminən 1,2 tona yaxın dizel tipli yanacaq olduğu və həmin yanacağın 1 litrini 65 qəpikdən satdıqlarını demiş, həmin şəxslər yanacağı nəzərdən keçirdikdən sonra onu 65 qəpikdən almağa razılaşmış, lakin pulu dərhal deyil, yanacağın satışını həyata keçirdikdən sonra verə biləcəklərini bildirmiş, onlar da etiraz etməmiş, Taledən aldıqları təxminən 1,2 ton yanacağı onlara təhvil verib zavodu tərk etmişlər. Səhəri gün, dəqiq xatırlamır, Fazil yoxsa Ağalı ona zəng edib yanacağı satdıqlarını, yanacağa görə 780 manat pulu götürə biləcəklərini bildirmişdir. O, Ruslan və Nemətlə birgə təkrarən zavoda gəlmiş, həmin pulu götürüb öz aralarında bölmüşlər. Növbəti dəfə Tale ona zəng edib yenidən dizel yanacağı təklif etdikdə, etiraz etməyib onun təklifi ilə razılaşmış, bu dəfə yanacağı almaq üçün bidonlar deyil, avtomobilə 1 ton həcm tutumlu plastik çən alıb yerləşdirmiş, avtomobili Pərvinə təhvil vermiş, Pərvin də çəni dizel yanacağı ilə doldurub onlara təhvil vermişdir. Daha sonra o, Ruslan və Nemətlə birgə yenidən beton zavoda gəlmiş, həmin yanacağı Ağalı və Fazil adlı şəxslərə 650 manata satmış, əldə etdikləri puldan 400 manatını Taleyə vermiş, 280 manatı isə Ruslan və Nemətlə aralarında bölmüşlər. Onlar bundan sonra 2 dəfə də hər dəfəsində 1 ton olmaqla Tale və Pərvindən dizel yanacağı almış, eyni qaydada Ağalı və Fazilə satmışdır. Bundan sonra dizel yanacağı ilə bağlı Taledən təklif daxil olmadığı üçün o və ya Pəvinlə alqı-satqıları olmamışdır. O, Tale və Pərvinin onlara satdıqları dizel yanacağının oğurluq yolu ilə əldə edilməsini bilməmiş, onların dizeli kart vasitəsi ilə əldə etdiklərinə inanmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 analoji məzmunda ifadələr verməklə digər Şahid3 ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, D.Aslan küçəsində yerləşən Ət Kombinatının içərisində fəaliyyət göstərən beton zavodda fəhlə işləmiş, 2022-ci ilin iyun ayının ortalarında işlədiyi zavodda olduğu zaman sonradan adlarını öyrəndiyi Bayram, Ruslan və Nemət adlı şəxslər birgə ona yaxınlaşaraq, özlərində təxminən 1,2 tona yaxın dizel tipli yanacaq olduğu və həmin yanacağın 1 litrini 65 qəpikdən satdıqlarını demişdir. O, həmin şəxslərdən yanacağı haradan əldə etdikləri barədə soruşduqda onlar yanacağı kart vasitəsi ilə əldə etdiklərini, bu səbəbdən də, bir qədər ucuz qiymətə satdıqlarını bildirmişlər. O, yanacağı nəzərdən keçirdikdən sonra onu 65 qəpikdən almağa razılaşmış, beton zavoda mütəmadi olaraq dizel yanacağı ilə işləyən yük avtomobilləri gəldiyi üçün, dizelin 1 litrini onlara 80 qəpikdən satmaqla yanacağın hər litrindən 5 qəpik qazanc əldə etməyi fikirləşmiş, lakin pulu olmadığı üçün həmin yanacağa görə pulu dərhal deyil, yanacağın satışını həyata keçirdikdən sonra verə biləcəyini demiş, onlar da etiraz etməmişlər. Birinci dəfə təxminən 1,2 ton yanacağı ona təhvil verib getmişlər.O isə gün ərzində həmin yanacağı beton zavoda gəlmiş tanımadığı yük avtomobil sürücülərinə satmaqla 780 manat pul düzəltmiş, Bayramla əlaqə saxlayıb 780 manatı hazır etdiyini, pulu götürə biləcəklərini demiş, həmin şəxslər birlikdə zavoda gəlib pulu ondan götürmüşlər. Təxminən 1 gün sonra həmin şəxslər yenidən zavoda gəlib daha 1 ton dizel yanacağını satmağı təklif etmiş, o da eyni qaydada yanacağı onlardan təhvil almış, satışını həyata keçirdikdən sonra yanacağa görə 650 manat pul vermişdir. Bu alqı-satqıdan sonra onlar yenidən zavoda gəlmiş, təkrarən 1 ton dizel yanacağını satmaq istədiklərini demiş, lakin bu dəfə yanacağa görə müştəri tapmaqda çətinlik çəkəcəyini bildiyindən dizeli almaqdan imtina etmiş, onları ət kombinatında işləyən tanışı Fazil adlı şəxsə yönəltmiş, ona satdıqları qaydada Fazilə də 2 ton dizel yanacağı sataraq ümumilikdə 1300 manat pul götürmüşdür. Lakin bundan sonra həmin şəxslər bir daha zavoda gəlməmişlər. Ona satılmış dizel yanacağının oğurluq yolu ilə əldə edilməsini bilməmişdir. Şahid7 Bəhrəm oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Müdafiə tərəfi şahidin dəvət edilib dindirilməsini tələb etməmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən 10 ilə yaxındır ki, fərdi qaydada özünə məxsus ünvan 7 ünvanda yerləşən təxminən 6 sot əraziyə malik sexi işlədir, sexdə əsasən avtomobil təmiri üçün nəzərdə tutulmuş 01 ədəd boks, anbar kimi nəzərdə tutulmuş 06 ədəd boks mövcud olmuş, hazırda sexin yalnız 01 ədəd boksu tərəfindən icarəyə verilmiş, digər bokslar isə öz istifadəsi üçün qalmış, 2022-ci ilin iyun ayının əvvəllərində sonradan adını öyrəndiyi Pərvin və Taleh adlı şəxslər sahibi olduğu sexə gəlib, pivə işi ilə məşğul olduqlarını, iş fəaliyyətləri ilə əlaqədar müxtəlif avadanlıqların saxlanmasından ötrü sahibi olduğu sexin bokslarından birini icarəyə götürmək istədiklərini demiş, həmin zaman sexin yalnız bir ədəd boksu tərəfindən istifadəsiz olduğu üçün, danışıq aparıb, həmin boksu aylıq 300 manatdan olmaqla icarəyə götürülməsi barədə razılaşmış, bundan sonra Pərvin 300 manat pul ödəməklə həmin boksu ondan icarəyə götürmüş, lakin bununla bağlı aralarında rəsmi icarə müqaviləsi bağlanmamış, eyni zamanda, Pərvin və Taleh boksda özlərinə aid olacaq bir neçə dəyərli avadanlıq saxlanılacağı ilə əlaqədar sexin giriş qapısını qıfılla bağlamaq istədiklərini deyib, bununla bağlı icazə istəmiş, o da, buna etiraz bildirməmiş, bundan sonra Pərvin özü ilə qıfıl gətirib, boksun girişini kilidləmiş, bundan sonrakı vaxtlarda o, Pərvin və Talehi görməmiş, onların hər hansı hüquqa zidd davranışları onun diqqətini cəlb etməmiş, bununla bağlı onda hər hansı şübhə belə yaranmamış, bununla belə 27 iyun 2022-ci il tarixdə 37-ci Polis Şöbəsinə dəvət edildiyində, məlum etmiş ki, Pərvin adlı şəxs tanışı Taleh adlı şəxslə birgə onlara icarəyə verdiyi sexdən istifadə etməklə, sexin arxa hissəsində yerləşən neft boru kəmərinə müdaxilə edib, oradan sexin içərisinə doğru rezin boru çəkməklə, müxtəlif vaxtlarda neft boru kəmərindən idxal edilən dizel tipli yanacağı talayaraq müxtəlif şəxslərə satmışlar. Bundan sonra o, polis əməkdaşları ilə birgə Pərvinə icarəyə verdiyi boksa gəldiklərində orada hər hansı avadanlıq aşkar etməsələr də, boksun divarından neft boru kəmərinə doğru dəlik açılmasının şahidi olmuş, həmin şəxslərin törətdikləri cinayət barədə onun heç bir məlumatı, habelə həmin cinayətə aidiyyəti olmamışdır. Şahid8 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Müdafiə tərəfi şahidin dəvət edilib dindirilməsini tələb etməmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, X3 Mühafizə İdarəsinin polis nəfəri vəzifəsində işləyir, vəzifəsi təhkim olunmuş inzibati ərazidə yerləşən neft boru kəmərlərinin mühafizəsini həyata keçirməkdən ibarətdir. İş qafiki gündəlikdir, yəni, hər gün saat 08:00-da başlayır, həmin gün saat saat 16:00-da isə bitir. Növbə və növbənin təhvili zamanı qoruduğu əraziyə baxış keçirir, boru kəmərinin sazlığını yoxlayır, nəticə haqqında qeydlər edir, yaranmış problem və ya digər məsələlər barədə adiyyəti qurumlara məlumat verir. 21 iyun 2022-ci il tarixdə Heydər Əliyev adına X5 "xxxx" QSC-yə dizel yanacağı nəql olunan DŞ-300 mm neft məhsulu boru kəmərində təyziqin düşməsi, habelə boru kəmərində itki yaranması barədə məlumat alınmış, belə olan halda, boru kəmərinə müdaxilə edilməsi şübhəsi yarandığı üçün, həmin gündən başlayaraq xidmət etdiyi əraziyə baxış keçirir, bunun səbəbini araşdırmağa çalışmış, lakin xidməti ərazisindəki boru kəmələrinin keçdiyi hissənin əksəriyyəti qamışlıq və kol-kosla əhatəli olduğu üçün, bu halın müəyyən edilməsi mümkün olmamış, bu səbəbdən 22 iyun 2022-ci il tarixdən başlayaraq “SOCAR" ın əməkdaşları tərəfindən boru kəmərində təyziq düşməsi ehtimal edilən ərazidə təmizlik işləri görülməsinə, boru kəmərini əhatə edən hissələrin qamışlıq və kol-koslardan təmizlənməsinə başlanmış, bununla belə 27 iyun 2022-ci il tarixdə sat 08:00-da işə gəlib, növbəni təhvil alaraq xidmətə başlamış, həmin gün saat 10 radələrində təhkim edilmiş 16 saylı postda xidmət aparıb təhkim olunmuş ərazidə yerləşən neft boru kəmərlərinə nəzər saldığı zaman, Bakı şəhəri Xətai rayonu, 8 noyabr prospekti 67 ünvanda yerləşən Heydər Əliyev adına X9 məxsus, həmin zavoddan “Azpetrol" QSC-yə dizel yanacağı nəql olunan DŞ-300 mm neft məhsulu boru kəmərinin naməlum şəxslər tərəfindən deşildiyini və həmin deşilmiş hissəyə 01 ədəd kran qoyulduğu aşkar etmiş, artıq boru kəmərinə kənar müdaxilə faktını aşkar etdiyindən bu barədə dərhal idarə rəhbərliyinə, habelə müvafiq raport tərtib etməklə, ərazi aidiyyəti üzrə Xəta RPİ-nin 37-ci polis şöbəsinə məlumat vermiş, həmin məlumatından sonra Heydər Əliyev adına X8 qeyd edilən əraziyə əlavə texniki vasitələr və işçi qüvvəsi cəlb edilərək neft boru kəmərinə edilmiş kənar müdaxilə zamanı yaranmış fəsadlar aradan qaldırılaraq boru kəməri təmin edilmiş, neft boru kəmərinə kim tərəfindən, nə vaxt və hansı şəraitdə müdaxilə olunmasını bilməmiş, bu barədə heç bir məlumatı olmamışdır. Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi şahidin dəvət edilib dindirilməsini tələb etməmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, D.Aslan küçəsində yerləşən Ət Kombinatında fəhlə işləmiş, 2022-ci ilin iyun ayının ortalarında işlədiyi zavodda olduğu zaman tanışı Şahid6 onu sonradan adlarını öyrəndiyi Bayram, Ruslan və Nemət adlı şəxslərlə tanış edərək, həmin şəxslərin kart vasitəsi ilə ucuz qiymətə dizel yancağı alıb, həmin yanacağın 1 litrini 65 qəpikdən olmalqa satışını həyata keçirdiklərini, artıq 2 dəfəyə olmaqla onlardan 2,2 tona yaxın dizel alıb, satışını həyata keçirdiyini, lakin haızrki vaxtca pulu və müştərisi olmadığı üçün, onların gətirdikləri əlavə 1 ton dizel yanacağını almaqda çətinlik çəkdiyini deyib, həmin yanacağı almaq üçün ona təklif etmiş, Ət zavoduna mütəmadi olaraq dizel yanacağı işləyən avtomobilləri gəldiyi üçün, dizelin 1 litrini 65 qəpikdən olmaqla alıb, 80 qəpikdən satışını həyata keçirərək qazanc əldə etmək mükün olduğu üçün. Ağalının təklifi ilə razılaşmış, bundan sonra Bayram, Ruslan və Nemət adlı şəxslərlə danışıq aparıb, onlardan 1 ton dizel tipli yanacaq alıb, yanacağın satışını həyata keçirdikdən sonra, pulunu verəcəyini demiş, onlar da, etiraz etməyib, təxminən 1 ton yanacağı ona təhvil verib, zavodu tərk etmiş, gün ərzində o, həmin yanacağı zavoda gəlmiş tanımadığı avtomobil sürücülərinə satmaqla, 650 manat pul düzəltmiş, bundan sonra Bayramla əlaqə saxlayıb, yanacaq müqabilində 650 manatı hazır etdiyini deyib, pulu götürə biləcəklərini demiş, həmin şəxslər birgə zavoda gəlib, həmin pulu ondan təhvil almaqla getmiş,təxminən 1 gün sonra həmin şəxslər yenidən zavoda gəlib, daha 1 ton dizel yanacağını satmaq üçün təklif etmiş, bu dəfəsində də, o eyni qaydada yanacağı onlardan təhvil alıb, satışını həyata keçirdikdən sonra, bunun müqabilində onlara 650 manat pul vermiş, lakin bundan sonra həmin şəxslər bir daha zavoda gəlməmiş, hadisə ilə əlaqədar bildikləri bundan ibarət olmuş, o, Bayram və qeyriləri tərəfindən satılmış dizel yanacağının oğurluq yolu ilə əldə edilməsini bilməmiş, bu barədə tam məlumatsız olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 iyul 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə ********* №-li cinayət işi başlanılmışdır (i.v. 1); hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması haqqında 02 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə hüquqi şəxs Heydər Əliyev adına X16 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 14); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 02 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxs Heydər Əliyev adına X11 nümayəndəsi qismində tanınmışdır (i.v. 17); Neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifinə dair portal çıxarışından görünür ki, dizel yanacağının pərakəndə satış tarifi 952,0 manat təşkil edir ( i.v. 26); Şübhəli şəxsin tutulması haqqında 02 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 02 iyul 2022-ci il tarixdə, saat 14:20-də şübhəli şəxs qismində Xətai RPİ-nin inzibati binasında tutulmuşdur ( i.v. 37-38); Şübhəli şəxsin tutulması haqqında 02 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 02 iyul 2022-ci il tarixdə, saat 15:52-də şübhəli şəxs qismində Xətai RPİ-nin inzibati binasında tutulmuşdur ( i.v. 60-61); Şübhəli şəxsin tutulması haqqında 02 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 02 iyul 2022-ci il tarixdə, saat 18:15-də şübhəli şəxs qismində Xətai RPİ-nin inzibati binasında tutulmuşdur ( i.v. 83-84); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ( i.v. 116); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ( i.v. 128); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ( i.v. 140); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-357/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs3 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 02 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır ( i.v. 168-171); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-355/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 02 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır ( i.v. 172-175); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-356/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 02 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır ( i.v. 176-179); İfadənin yerində yoxlanması haqqında 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmışdır. Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək baş vermiş hadisələrin yerini göstərib, hadisələrin necə baş verməsini əyani şəkildə təsvir etmişdir. İstintaq hərəkəti zamanı çəkilən fotoşəkillər iş materiallarına əlavə edilmişdir ( i.v. 180-184); İfadənin yerində yoxlanması haqqında 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmışdır. Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək baş vermiş hadisələrin yerini göstərib, hadisələrin necə baş verməsini əyani şəkildə təsvir etmişdir. İstintaq hərəkəti zamanı çəkilən fotoşəkillər iş materiallarına əlavə edilmişdir ( i.v. 185-189); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur ( i.v. 197); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 311.2, 313, 341.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-in 62, 66.3, 66.4-cü maddələrinə əsasən 01 (bir) il müəyyən vəzifə tutma, yaxud müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə cəzası 03 aya endirilmişdir ( i.v. 198-199); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 02 (iki) il şərti sınaq müddəti tətbiq edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə təyin edilmiş sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır ( i.v. 200-201); Sübutların qiymətləndirilməsi haqqında 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 əvvəllər elan edilmiş ittihama əlavələr edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2, 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs2 əvvəllər elan edilmiş ittihama əlavələr edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3- 2, 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs3 əməllərinin Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2, 177.2.4-cü maddələrindən həmin Məcəllənin 32.5, 177.2.1, 32.5, 177.2.3-2 və 32.5, 177.2.4-cü mədələrinə tövsif edilməsi, iş üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1, 32.5, 177.2.3-2 və 32.5, 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, iş üzrə təqsirləndirilən şəxslər Şahid1, Şahid3, Şahid2, Şahid4, Şahid6 və Şahid5 barələrində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2, 177.2.4cü maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilməsi, iş üzrə Şahid1, Şahid3, Şahid2, Şahid4, Şahid6 və Şahid5 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilməsi, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 etirafedici ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında və ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolları toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilməsi, iş üzrə Şahid1, Şahid3, Şahid2, Şahid4, Şahid6 və Şahid5 barələrində Azərbaycan Respublikası CM-in 194.1-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılması, cinayət işindən bəzi istintaq sənədlərinin əsli və kserosurətinin çıxarılaraq ayrılacaq cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs1 əvvəllər törətdiyi cinayətə görə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyindən, həmin cinayətə görə məhkumluğunun residivin müəyyən edilməsi zamanı nəzərə alınmaması, iş üzrə Təqsirləndirilən şəxs3 əvvəllər törətdiyi cinayətə görə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyindən, həmin cinayətə görə məhkumluğunun residivin müəyyən edilməsi zamanı nəzərə alınmaması, iş üzrə Şahid4 soyadının cinayət işində olan materiallarda “Qahramanov” kimi deyil “Qaharmanov” kimi oxunması qərara alınmışdır ( i.v. 202-221); Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Şahid1, Şahid3, Şahid2, Şahid4, Şahid6 və Şahid5 barəsində Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış, ayrılmış cinayət işi ibtidai istintaqın davam etdirilməsindən ötrü icraata qəbul edilmişdir ( i.v. 223-224); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2, 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham yenidən elan edilmişdir ( i.v. 239); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2014-cü il təvəllüdlü Binnətli Ayan adlı, xx.xx.2018-ci il təvəllüdlü Binnətli Ayla adlı, xx.xx.2019-cu il təvəllüdlü Binnətli Zeynəb adlı övladları vardır ( i.v. 252-254); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2, 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham yenidən elan edilmişdir (i.v. 262); Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-1392 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2013-cü il təvəllüdlü, Rəsulzadə Kamal adlı övladı vardır ( i.v. 274); 2 saylı Bakı “ASAN xidmər” mərəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 05/2703/70 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2016-cı il təvəllüdlü, Rəsulzadə Nurlana adlı övladı vardır ( i.v. 275); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 03 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.5, 177.2.1, 32.5, 177.2.3-2, 32.5, 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham yenidən elan edilmişdir (i.v. 276); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2008-ci il təvəllüdlü Hüseynzadə Firuzə adlı, xx.xx.2009-cu il təvəllüdlü Hüseynzadə Dəniz adlı, xx.xx.2016-cı il təvəllüdlü Hüseynzadə Kənan adlı övladları vardır ( i.v. 287-289); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı X6 Müəssisəsinin xx.xx.2022-ci il tarixli, 17/42-728 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası ACDİÜ Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 311.2.4, 313, 341.1, 66.3, 66.4-cü maddələrinə əsasən 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2007-ci il, sonu isə xx.xx.2009-cu ildir. Məhkum Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə çəkilməmiş qalan cəzasını çəkmək üçün xx.xx.2009-cu il tarixdə 13 saylı Cəzaçəkmə Müəssisəsindən 2 saylı X6 Müəssisəsinə keçirilmiş və xx.xx.2009-cu il tarixdə cəza müddəti qurtardığına görə azad olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməllər Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmanlıq çəkməsini (CM-59.2), himayəsində 3 azyaşlı uşağının olmasını (CM 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (CM 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmanlıq çəkməsini, gənc olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2), himayəsində 2 azyaşlı uşağının olmasını (CM 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (CM 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək səmimi peşmanlıq çəkməsini, himayəsində 3 azyaşlı uşağının olmasını (CM 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (CM 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3-2, 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3-2, 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs3 CM-nin 32.5, 177.2.1, 32.5, 177.2.3-2, 32.5, 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4ında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, xüsusi müsadirə ediləcək əmlak və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 iyul 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 oğlunun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 iyul 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Xətai rayonu ünvan 9 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 oğlunun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3-2, 32.5, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 02 iyul 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı Bakı şəhəri Xətai rayonu ünvan 9 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar