Məhkəmə qərarları › İş №1(011)-420/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-420/2023

24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-420/2023 24.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 iştirakları ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Nazlı Vaqif qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 ilə həyat yoldaşı X6 xasiyyətləri uyğun gəlmədiyi üçün Nazlı Quliyeva "nikahın pozulması tələbinə dair" Suraxanı rayon məhkəməsində iddia qaldırmışdır. Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. 2022-ci ildə X9 oğlumun Səbail rayonu H.Z. Tağıyev 19 ünvanda yerləşən (İtalyan mətbəxi) "Tratoriya" restoranına gələrək onu vəşicəsinə döyərək ona ciddi bədən xəsarətləri yetirmişdir. Şikayət Səbail rayon Pİ-də araşdırılmış və baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Lakin məhkəmədə humanistlik edərək barışıq ərizəsi verdiyimiz üçün işə xitam verilmişdir. X9 bizə qarşı daha da aqressiv münasibal baslayarak biza hada qorxular gəlməyə başladı. Bela ki, Nazlı oğlumun iş yerimə gələrək iş yoldaşlarının yanında onu təhqir etmiş. nalayiq sözlərlə şərəf və ləyaqətinə toxunan ifadələr işlətməklə yanaşı onu ölümlə təhdid etmişdir. Oğluma qarşı edilən bu hərəkətə görə aidiyyatı üzrə hüquq mühafizə orqanlarına rəsmi şikayət ərizəsi ilə müraciət etmişlər. X9 2022-ci ilin noyabr ayında həyat yoldaşına və oğluna qarşı xüsusi ittiham qaydasında Xətai rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Xüsusi ittiham ərizəsində X9 həqiqətə uyğun olmayan yalan, şər və böhtanlar yazaraq onları şərləməyə çalışmışdır. Belə ki, onun şər və böhtanları həqiqətə yuğun olmayan sözləri məhkəmə tərəfindən müəyyənləşdirilərək şikayət ərizəsi icraata qəbul edilməmişdir. Bundan əlavə guya oğlum Nurlan Məhərrəmovun öz qızına ve bacisi qizin təcavüz etməsi barədə yalan məlumat verərək hüquq mühafizə orqanlarına şikayət etmişdir. Belə ki, Xətai rayon Pi-nin İstintaq şöbəsi tərəfindən şikayət araşdırılmış, şikayət böhtan xarakterli olduğu müəyyən edilməklə iş üzrə xx.xx.2022-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərar qəbul edilmişdir. X9 ailə üzvlərimizə qarşı yenidən heç bir asası olmayan şər və böhtan xarakterli iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir. O hər dəfə bizə şər və böhtanlar atdığı üçün ciddi psixoloji əsəb gərginliyi və stress keçiririk. Artıq həyat yoldaşım şəkərli diabet xəstəliyinə düçar olub. X9 dayanmadan bütün hüquq mühafizə orqanlarına, məhkəmələrə şər və böhtan xarakterli şikayət ərizələri ilə müraciətlər edərək bizi ciddi narahat edir. Onun şər və böhtanlarının heç bir hüquqi əsası yoxdur. O. bilərəkdən bizə şərlər ataraq bizi narahat edir. Onun bu əməllərinə heç bir hüquqi qiymət verilmir. Hüquqları X11 tərəfindən kobud surətdə pozulduğu üçün məcburiyyət qarşısında qalaraq hüquq mühafizə orqanlarına şikayətlər etmişlər. Onu da bildirim ki. Nazlı Quliyeva 261 saylı Litseydə müəllimə işləyir. O, müəllimə adına yaraşmayan hərəkətlər edərək bizə müxtəlif şər və böhtanlar atır hüquqlarımızı kobud suratda pozur. Onun işi tədris deyil, yalnız böhtan xarakterli şikayət ərizələri ilə məhkəmələrə və polis idarələrinə şikayət etməkdən ibarətdir. Xüsusi ila qeyd edirəm ki, xx.xx.2023-cü il tarixdə Xətai rayon məhkəməsində "əmlak bölgüsü” ilə bağlı keçirilon proses başa çatdıqdan sonra Nazli va onun valideyinləri moni vasicosina döyərək mənə ciddi bədən xəsarətləri yetirdiyi üçün bu barada Xətai rayon 34ch PB-nə va DİN-nin 102 qaynar xəttinə müraciət etmişəm. Aldığı xəsarətlə əlaqədar Tibb müəssisəsina müraciət edib evə geri döndükdə saat 19 radələrində nəvələrimin pilləkənlərin üzərində əyləşməsini, mənzilin giriş qapısının isə çöl hissədən zədələnməsini va defarmasiyaya uğraması nəticəsində yararsız hala salınmasını aşkar etmşdir. Hadisə nəticəsində X12 qizi yaşadığı mənzilin giriş qapısını sindirması ilə ümumilikdə ona 800 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin vaxtı Nazlı ictimai yerdə onları və qonşuları nalayiq küçə söyüşləri ilə təhqir etməklə şərəf və ləyaqətlərini alçatmışdır. Bundan əlava Nazıi votsap sosial şəbəkəsində qrup yaradaraq qohumlarımın əlaqə nömrələrini həmin qrupa əlavə edib mənim və ailə üzvlərim barəsində həqiqətə uyğun olmayan sasli və yazılı ismarıclar yazmaqla bizi təhqir etmişdir. (***-***-**-** nömrə ilə 40- 50 nəfərə göndərilib, "Nəslin adını ucaldanlar"qrupun adı) Bütün bu faktları qohumlarım və qonşularım təstiq edə bilər. Nazlının bu qanunsuz hərəkətlərindən Xətai rayon Pl-nin 35-ci PB-nə rasmi qaydada şikayət ərizəsi ilə müraciət etdim. Şikayətim Xətai rayon 35-ci PB-da araşdırılmış va xx.xx.2023-cü il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edilmişdir. Mənə vurulmuş maddi ziyana görə X6 barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surəti ərazi aidiyyatı üzrə sahə inspektoruna göndərilmişdir. Onu da bildirim ki, Nazlı günün müxtəlif vaxtlarında yaşadığımız evin qarşısına gələrək bizi nalayiq sözlərlə təhqir edir, qonşuları isə ciddi narahat edir. Bildirir ki, heç bir əsas olmadan şər və böhtan xarakterli şikayət ərizəsi ila keçmiş gǝlni X9 xüsusi ittiham qaydasında məndən, oğlumdan və həyat yoldaşımdan Xətai rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. 12 iyun 2023-cü il tarixdə təxminən saat 16:15 radələrində oğlum X4 Bakı şəhəri Xətai rayon məhkəməsinin inzibati binasına daxil olaraq pilləkənlərin qarşısında mənimlə qarşılaşdı. Birlikdə pilləkanla yuxarı qalxan zaman Nazlı Quliyeva oğluma "səni yenidən məhkəməyə verəcəm" deyərək aşağı düşdü. Biz isə pilləkanlarla yuxarı qalıxdıq. Bir müddət sonra aşağıdan qisqiriq saslari eşidilməyə başladı. Bundan sonra Nazlı Quliyeva Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə şikayət etmişdir. Hazırda şikayət Xətai rayon Polis İdarsinin 34-cü Polis Bölməsində araşdırılır. (təhqiqatçı polis leytenantı Anar İbadov) Göstərilənlərə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və ona dəymiş mənəvi zərər görə 20.000 manat məbləğində mənəvi təzminatın alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayəti tam müdafiə edərək məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 şikayətdə qeyd edilənlərlə razı olmadığını, şikayətin məhkəmənin icraatına qəbul edilməsinə etiraz etdiyini bildirmiş və şikayətin məhkəmənin icraatına qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyrimümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əsk olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Bundan əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin məcəllənin 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Sözü gedən məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin məcəllənin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin məcəllənin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Belə ki, X5 xüsusi ittiham qaydasında məhkəməyə vermiş olduğu şikayət ərizəsində X6 müxtəlif dövlət orqanlarına vermiş olduğu müxtəlif yalan müraciət və şikayətlərlə ona böhtan atmış, bu səbəbdən də xüsusi ittiham qaydasında müvafiq şikayət ərizəsi ilə məhkəməyə müraciət etdiyini göstərmiş, bununla da xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən cinayət təqibi başlanaraq onun cinayət məsuliyyətinə cəlb edilməsi haqqında ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ümumiyyətlə xüsusi ittiham qaydasında verilmiş şikayətdə X6 şikayətçi X3 məhz hansı kütləvi informasiya vasitələrində böhtan atmasını göstərməmiş, müvafiq məlumatlara dair kütləvi çıxışlarının nələr olduğunu qeyd etməmişdir. Belə ki, xüsusi ittihamçı böhtan və təhqir xarakterli məlumatların X6 məhkəməyə verdiyi iddia ərizəsində və polis idarəsinə ünvanlamış olduğu ərizədə yazıldığını qeyd etsə də, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunmasının kütləvi şəkildə yayılması sayılmadığını və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsinin istisna edildiyini, qanunvericiliyin mülki məsuliyyətə səbəb olan böhtanla (təhqirlə) cinayət məsuliyyəti yaradan böhtanı (təhqiri) bir-birindən fərqləndirmək üçün cinayətin edilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-in 147-ci və 148-ci maddələrinə daxil etməsini, CM-in 147-ci və 148-ci maddələrinə görə yalnız kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində ləkələyici və ya nüfuzdan salan məlumatların yayılmasının cinayət məsuliyyətinə səbəb olmasını nəzərə almamışdır. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar