Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-421/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxs “151 saylı Körpələr evi-Uşaq Baxçası”nın nümayəndəsi Zərərçəkmiş şəxs və “202 saylı Körpələr evi-Uşaq Baxçası”nın nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri Nizami küçəsi 19C məhəllə 6-da qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri və xx.xx.1981-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Xaçmaz rayonu, Xudat şəhəri, K.Zavod qəsəbəsi, ev 3, mənzil 2-də qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını talama məqsədi ilə 21 yanvar 2022-ci il tarixdə saat 21 radələrində ünvan 1 ünvanda yerləşən “151 saylı Körpələr evi-Uşaq Baxçası”nın yerləşdiyi ünvana gələrək əvvəlcədən aralarında olan razılaşmaya əsasən gələn olarsa xəbər verməsi üçün çöldə gözləmiş, Təqsirləndirilən şəxs2 isə hasarından keçmə yolu ilə bağçanın həyətinə qanunsuz daxil olaraq, üzərində gəzdirdiyi vintaçandan istifadə etməklə bağçanın birinci mərtəbəsinin plasmas pəncərəsini açıb direktor otağına daxil olaraq, həmin otaqda olan seyfin qapısını lom vasitəsi ilə sındırıb açaraq içərisində olan Zərərçəkmiş şəxs məxsus 1000 manat nağd pulu və digər seyfin içərisində olan 1 ədəd 400 manat dəyərində Canon markalı EOS 650D modelli fotoaparatı taladıqdan sonra, bağçada olan otaqlardan 1 ədəd 155 manat dəyərində Admiral markalı DVD aparatını, 1 ədəd 180 manat dəyərində gümüşü rəngli Lucky Star markalı LS-733 modelli musiqi mərkəzi səsgücləndirici və mikrofon dəstini, 1 ədəd 567,11 manat dəyərində LG markalı LCD 60 sm-lik televizoru, 1 ədəd 708,35 manat dəyərində 82 ekran Shvaki markalı televizoru, 1 ədəd 1697,27 manat dəyərində Lenovo markalı Core 3 RAM 4 GB HDD500GB 15,6 screen notebooku, bağçanın əşya anbarından 1 ədədi 51,92 manat olmaqla ümumi dəyəri 259,60 manat olan 5 ədəd uşaqlar üçün əsgər kostyumunu, 1 ədədi 31,86 manat olmaqla ümumi dəyəri 1178,82 manat olan 37 ədəd uşaq üçün yay adyalını, 1 ədədi 55,46 manat olmaqla ümumi dəyəri 1663,8 manat olan 30 ədəd uşaqlar üçün uniformanı, 1 ədəd 49,56 manat olmaqla ümumi dəyəri 991,20 manat olan 20 ədəd 5-6 yaş uşaqlar üçün əsgər kostyumunu, 1 ədədi 14,16 manat olmaqla ümumi dəyəri 424,80 manat olan 30 ədəd əl-üz dəsmalını, 1 ədədi 46,02 manat olmaqla ümumi dəyəri 1748 manat olan 38 ədəd yun ədyalı , 1 ədəd 342,20 manat dəyərində əl qurudanı, 1 ədəd 300 manat dəyərində 4x3 ölçülü xalçanı, bağçanın ərzaq anbarından 1 kq 16.57 manat olmaqla 165,70 manat dəyərində 10 kq kərə yağını, 1 kq 12 manat olmaqla 120 manat dəyərində 10 kq mal ətini, 1 kq 5.04 manat olmaqla 100.80 manat dəyərində 20 kq mal ətini, 1 litri 2.4 manat olmalqa 57.60 manat dəyərində 24 litr südü, 1 litri 1.86 manat olmaqla 14,88 manat dəyərində 8 litr qatığı, 1 kq 11.22 manat olmaqla 112.20 manat dəyərində 10 kq quru meyvəni, 1 kq 1.49 manata olmaqla 59,60 manat dəyərində 40 kq şəkər tozunu, 1 kq 19,40 manat dəyərində 1 kq çayı, 1 litri 6 manat olmaqla 90 manat dəyərində 15 litr qarğıdalı yağını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “151 saylı Körpələr evi-Uşaq Baxçası”na ümumilikdə 10956.33 manat, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1400 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qağbaqcadan əlbir olub bir qrup şəxs halında 27 yanvar 2022-ci il gecə 04 radələrində ünvan 2 ünvanında yerləşən “202 saylı Körpələr evi və Uşaq Baxçası”nın arxa tərəfindən hasardan keçmək yolu ilə baxçanın həyətinə qanunsuz daxil olub, pəncərəsini vintaçanla açmaqla inzibati binanın müxtəlif otaqlarından hər biri 120 manat olmaqla 240 manat dəyərində 2 ədəd 56 sm diaqanallı, arxa hissəsi ağ rəngli olan, sağ üst tərəfində FLATRON H3061 və arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət olan “LG” markalı televizoru, 01 ədəd 120 manat dəyərində 56 sm diaqanallı, sağ üst tərəfində HDTV monitor və sol üst hissəsində “SyncMaster T22B300” yazılmış arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət olan “Samsung” markalı televizoru, 01 ədəd 80 manat dəyərində göy rəngli, üzərində “Air Track, 1600W, TWİN chamber” yazısı olan “Samsung” markalı tozsoranı, 1 ədəd 90 manat dəyərində, qırmızı rəngli, üzərində “2400Watt” sözləri yazılmış “Samsung” markalı tozsoranı, 1 ədəd 15 manat dəyərində boz rəngli, “Sanford” markalı“SF45Cİ” modelinə məxsus ütünü, 1 ədəd 20 manat dəyərində ağ rəngli, üzərində elektron monitor olan və həmin monitorun sağ hissəsində “Who”, sol hissəsində isə alt-alta cərgə ilə “SYS mmHg, DİA mmHg, Pulsemin” yazılmış “Vivocare” markalı təzyiqölçən aparat və həmin aparatın qara rəngli parça materialdan olan qabını, 1 cüt 80 manat dəyərində qara rəngli, arxa hissəsində olan etiketin üzərində “Model NO. DMS5420V” yazılmış “LG” markalı səsgücləndiricini, hər biri 20 manat olmaqla 40 manat dəyərində üzərində“X6” yazısı olan 2 ədəd yanğınsöndürən maşını olan uşaq oyuncağını, hər biri 15 manat olmaqla 30 manat dəyərində, 2 ədəd üzərində rus dilində “Portativnıy Kompüter” yazısı olan uşaq üçün oyuncaq noutbukunu, 1 cüt 10 manat dəyərində qara rəngli 1 ədədinin üzərində “Genius” markalı yazısı və 1 ədədinin üzərində “volume” və “poWer” yazısı olan səs gücləndiricini, 1 ədəd 25 manat dəyərində qara rəngli üzərində “Design in Korea” yazısı olan “LG” markalı DVD playeri, 1 ədəd 40 manat dəyərində qara rəngli “Sinbo” markalı şirəçəkəni, 1 ədəd 25 manat dəyərində, qara rəngli, üzərində “İNTELLİGENT CLASSİCAL TRAİN” yazısı mövcud olan “RAİL KİNG” markalı qatar uşaq oyuncağını, 1 ədəd 25 manat dəyərində, qara rəngli, üzərində “Admiral AD-222” yazılmış “Admiral” markalı DVD playeri, 1 ədəd 80 manat dəyərində, qara rəngli, sol üst hissəsində “RMS 110W” və “PMPO 1800W” yazısı olan “LG” markalı səsgücləndiricini, 1 ədəd 80 manat dəyərində, boz rəngli, üst tərəfində “DVD STEREO SYSTEM SA-VK650” yazısı olan “Panasonic” markalı səs gücləndiricini, 1 ədəd 60 manat dəyərində, boz rəngli, üst tərəfində “3VCD CHANGER” yazısı olan “EUR ZASS” markalı səs gücləndiricini, 1 cüt 70 manat manat dəyərində, boz rəngli, arxa hissəsində qara rəngli etiketdə “Model No. SB- VK650” yazısı olan “Panasonic” markalı səs gücləndiricini, hər biri 0,60 manat olan 3 ədəd 1,80 manat dəyərində CD disk qabılarını, 4 ədəd 49 manat dəyərində “LG” markalı, 1 ədəd “Samsung” markalı, 1 ədəd “Admiral” markalı və 1 ədəd “Epson” markalı pultları, 1 ədəd 60 manat dəyərində qara rəngli “LG” markalı səs gücləndiricini, 1 ədəd 60 manat dəyərində qara rəngli “Samsung” markalı səs gücləndiricini, 1 ədəd 250 manat dəyərində olan boz rəngli “HP” markalı notbuku, 1 ədəd şəffaf rəngli plastik qabda yerləşən 40 manat dəyərində 200 ədəd yumurtanı, 1 ədəd 12 manat dəyərində şəffat rəngli qutuda, üzərində “Carpent TOOLS” yazısı olan uşaq oyuncaq alətini, 24 ədəd 43,20 manat dəyərində, 1 litrlik “Sevimli Dad” markalı süd məhsulunu, 1 ədəd 3 manat dəyərində ağ rəngli qutuda olan “Fairy” markalı qabyuyan şampunu, 1 ədəd 3 manat dəyərinə qırmızı rəngli qutuda olan “Gold Max” markalı şampunu, 1 ədəd 4 manat dəyərində ağ rəngli qutuda olan “Palmolive” markalı şampunu, 7 ədəd 42 manat dəyərində ağ rəngli qutuda olan “Azərçay” markalı quru çayı, 1 ədəd 6 manat dəyərində qırmızı rəngli “Tess” markalı quru çayı gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “202 saylı Körpələr evi-Uşaq Baxçası”na ümumilikdə 1704 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını talama məqsədi ilə 21 yanvar 2022-ci il tarixdə saat 21 radələrində ünvan 1 ünvanda yerləşən “151 saylı Körpələr evi-Uşaq Baxçası”nın yerləşdiyi ünvana gələrək əvvəlcədən aralarında olan razılaşmaya əsasən gələn olarsa xəbər verməsi üçün Təqsirləndirilən şəxs1 çöldə gözləmiş, Təqsirləndirilən şəxs2 isə hasarından keçmə yolu ilə bağçanın həyətinə qanunsuz daxil olaraq, üzərində gəzdirdiyi vintaçandan istifadə etməklə bağçanın birinci mərtəbəsinin plasmas pəncərəsini açıb direktor otağına daxil olaraq, həmin otaqda olan seyfin qapısını lom vasitəsi ilə sındırıb açaraq içərisində olan Zərərçəkmiş şəxs məxsus 1000 manat nağd pulu və digər seyfin içərisində olan 1 ədəd 400 manat dəyərində Canon markalı EOS 650D modelli fotoaparatı taladıqdan sonra, bağçada olan otaqlardan 1 ədəd 155 manat dəyərində Admiral markalı DVD aparatını, 1 ədəd 180 manat dəyərində gümüşü rəngli Lucky Star markalı LS-733 modelli musiqi mərkəzi səsgücləndirici və mikrofon dəstini, 1 ədəd 567,11 manat dəyərində LG markalı LCD 60 sm-lik televizoru, 1 ədəd 708,35 manat dəyərində 82 ekran Shvaki markalı televizoru, 1 ədəd 1697,27 manat dəyərində Lenovo markalı Corc 3 RAM 4 GB HDD500GB 15,6 screen notebooku, bağçanın əşya anbarından 1 ədədi 51,92 manat olmaqla ümumi dəyəri 259,60 manat olan 5 ədəd uşaqlar üçün əsgər kostyumunu, 1 ədədi 31,86 manat olmaqla ümumi dəyəri 1178,82 manat olan 37 ədəd uşaq üçün yay adyalını, 1 ədədi 55,46 manat olmaqla ümumi dəyəri 1663,8 manat olan 30 ədəd uşaqlar üçün uniformanı, 1 ədəd 49,56 manat olmaqla ümumi dəyəri 991,20 manat olan 20 ədəd 5-6 yaş uşaqlar üçün əsgər kostyumunu, 1 ədədi 14,16 manat olmaqla ümumi dəyəri 424,80 manat olan 30 ədəd əl-üz dəsmalını, 1 ədədi 46,02 manat olmaqla ümumi dəyəri 1748 manat olan 38 ədəd yun adyalı, 1 ədəd 342,20 manat dəyərində əl qurudanı, 1 ədəd 300 manat dəyərində 4x3 ölçülü xalçanı, bağçanın ərzaq anbarından 1 kq 16.57 manat olmaqla 165,70 manat dəyərində 10 kq kərə yağını, 1 kq 12 manat olmaqla 120 manat dəyərində 10 kq mal ətini, 1 kq 5.04 manat olmaqla 100.80 manat dəyərində 20 kq mal ətini, 1 litri 2.4 manat olmalqa 57.60 manat dəyərində 24 litr südü, 1 litri 1.86 manat olmaqla 14,88 manat dəyərində 8 litr qatığı, 1 kq 11.22 manat olmaqla 112.20 manat dəyərində 10 kq quru meyvəni, 1 kq 1.49 manat olmaqla 59,60 manat dəyərində 40 kq şəkər tozunu, 1 kq 19,40 manat dəyərində 1 kq çayı, 1 litri 6 manat olmaqla 90 manat dəyərində 15 litr qarğıdalı yağını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “151 saylı Körpələr evi-Uşaq Baxçası”na ümumilikdə 10956.33 manat, Zərərçəkmiş şəxs ümumilikdə 1400 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 27 yanvar 2022-ci il gecə 04 radələrində ünvan 2 ünvanında yerləşən “202 saylı Körpələr evi və Uşaq Baxçası”nın arxa tərəfindən hasardan keçmək yolu ilə bağçanın həyətinə qanunsuz daxil olub, pəncərəsini vint açanla açmaqla inzibati binanın müxtəlif otaqlarından hər biri 120 manat olmaqla 240 manat dəyərində 2 ədəd 56 sm diaqonallı, arxa hissəsi ağ rəngli olan, sağ üst tərəfində “FLATRON H3061” və arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət olan “LG” markalı televizoru, 01 ədəd 120 manat dəyərində 56 sm diaqonalı, sağ üst tərəfində “HDTV monitor” və sol üst hissəsində “SyncMaster T22B300” yazılmış arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət olan “Samsung” markalı televizoru, 01 ədəd 80 manat dəyərində göy rəngli, üzərində “Air Track, 1600W, TWİN chamber” yazısı olan “Samsung” markalı tozsoranı, 1 ədəd 90 manat dəyərində, qırmızı rəngli, üzərində “2400Watt” sözləri yazılmış “Samsung” markalı tozsoranı, 1 ədəd 15 manat dəyərində boz rəngli, “Sanford” markalı “SF45Cİ” modelinə məxsus ütünü, 1 ədəd 20 manat dəyərində ağ rəngli, üzərində elektron monitor olan və həmin monitorun sağ hissəsində “Who”, sol hissəsində isə alt-alta cərgə ilə “SYS mmHg, DİA mmHg, Pulsemin” yazılmış “Vivocare” markalı təzyiqölçən aparat və həmin aparatın qara rəngli parça materialdan olan qabını, 1 cüt 80 manat dəyərində qara rəngli, arxa hissəsində olan etiketin üzərində “Model N0. DMS5420V” yazılmış “LG” markalı səsgücləndiricini, hər biri 20 manat olmaqla 40 manat dəyərində üzərində “X6” yazısı olan 2 ədəd yanğınsöndürən maşını olan uşaq oyuncağını, hər biri 15 manat olmaqla 30 manat dəyərində 2 ədəd üzərində rus dilində “Portativnıy Kompüter” yazısı olan uşaq üçün oyuncaq noutbukunu, 1 cüt 10 manat dəyərində qara rəngli 1 ədədinin üzərində “Genius” markalı yazısı və 1 ədədinin üzərində “volume” və “poWer” yazısı olan səs gücləndiricini, 1 ədəd 25 manat dəyərində qara rəngli üzərində “Design in Korea” yazısı olan “LG” markalı DVD playeri, 1 ədəd 40 manat dəyərində qara rəngli “Sinbo” markalı şirəçəkəni, 1 ədəd 25 manat dəyərində, qara rəngli, üzərində “İNTELLİGENT CLASSİCAL TRAİN” yazısı mövcud olan “RAİL KİNG” markalı qatar uşaq oyuncağını, 1 ədəd 25 manat dəyərində, qara rəngli, üzərində “Admiral AD-222” yazılmış “Admiral” markalı DVD playeri, 1 ədəd 80 manat dəyərində, qara rəngli, sol üst hissəsində “RMS 110W” və “PMPO 1800W” yazısı olan “LG” markalı səsgücləndiricini, 1 ədəd 80 manat dəyərində, boz rəngli, üst tərəfində “DVD STEREO SYSTEM SA-VK650” yazısı olan “Panasonic” markalı səs gücləndiricini, 1 ədəd 60 manat dəyərində, boz rəngli, üst tərəfində “3VCD CHANGER” yazısı olan “EUR ZASS” markalı səs gücləndiricini, 1 cüt 70 manat dəyərində, boz rəngli, arxa hissəsində qara rəngli etiketdə “Model No. SB-VK650” yazısı olan “Panasonic” markalı səs gücləndiricini, hər biri 0,60 manat olan 3 ədəd 1,80 manat dəyərində CD disk qabılarını, 4 ədəd 49 manat dəyərində “LG” markalı, 1 ədəd “Samsung” markalı, 1 ədəd “Admiral” markalı və 1 ədəd “Epson” markalı pultları, 1 ədəd 60 manat dəyərində qara rəngli “LG” markalı səs gücləndiricini, 1 ədəd 60 manat dəyərində qara rəngli “Samsung” markalı səs gücləndiricini, 1 ədəd 250 manat dəyərində olan boz rəngli “HP” markalı notbuku, 1 ədəd şəffaf rəngli plastik qabda yerləşən 40 manat dəyərində 200 ədəd yumurtanı, 1 ədəd 12 manat dəyərində şəffaf rəngli qutuda, üzərində “Carpent TOOLS” yazısı olan uşaq oyuncaq alətini, 24 ədəd 43,20 manat dəyərində, 1 litrlik ’’Sevimli Dad" markalı süd məhsulunu, 1 ədəd 3 manat dəyərində ağ rəngli qutuda olan “Fairy” markalı qabyuyan şampunu, 1 ədəd 3 manat dəyərində qırmızı rəngli qutuda olan “Gold Max” markalı şampunu, 1 ədəd 4 manat dəyərində ağ rəngli qutuda olan “Palmolive” markalı şampunu, 7 ədəd 42 manat dəyərində ağ rəngli qutuda olan “Azərçay” markalı quru çayı, 1 ədəd 6 manat dəyərində qırmızı rəngli “Tess” markalı quru çayı gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “202 saylı Körpələr evi-Uşaq Baxçası”na ümumilikdə 1704 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2008-ci ildə soyğunçuluq cinayəti törətdiyinə görə məhkum olunmuş, həmçinin cəzaçəkmə müəssisəsində Təqsirləndirilən şəxs2 ilə orada tanış olmuşdur. 2022-ci ilin yanvar ayının sonuna yaxın olan müddətdə o, Elturandan borc istəmiş, Elturan da ona daha asan qazanc yolu olaraq oğurluq etmələrini təklif etmişdir. O da pula ehtiyacı olduğu üçün Elturanla razılaşmışdır. 21 yanvar 2022-ci il tarixdə saat 21 radələrində o, Elturanla birlikdə ünvan 3 ünvanda yerləşən 151 saylı körpələr evi uşaq bağçasının qarşısına gəlib çatdıqda həmin bağçadan oğurluq etmək qərarına gəlmişlər. Aralarında olan razılığa əsasən Elturan bağçaya daxil olacaqmış, o isə çöldə dayanaraq kiminsə gəlib-gəlmədiyini ona xəbər edəcəkmiş. Ətrafda kimsənin olmadığına və bağçanın gözətçisinin yuxuladığından əmin olduqdan sonra vaxt itirmədən Elturan bağçaya daxil olmaq üçün hasardan bağçanın həyətinə tullanaraq üzərində gəzdirdiyi vintaçanla bağçanın plastmas pəncərəsini sıxıb açaraq içəri daxil olmuşdur. O, Elturanı çöldə təxminən yarım saat gözlədikdən sonra qeyri-rəsmi yaşadığı Vüsalə ona zəng eliyərək evə gəlməyini istəmişdir. O da evdəki işinin tez bitəcəyini düşünüb yoldan keçən nömrəsini xatırlamadığı taksiyə əyləşərək yaşadığı ünvana getmişdir. Yaşadığı ünvanda olan zaman təxminən 4-5 saat sonra Elturan taksi ilə qaldığı ünvana gələrək əşyaları ona təqdim edib həmin əşyaları bağçadan oğurladığını bildirib həmin əşyaları yaşadığı evin zirzəmisinə yerləşdirmişlər. Bundan başqa o, Elturanla başqa bir bağçaya daxil olub orada olan əşyaları oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə 2022-ci ilin yanvar ayının 26-da təxminən saat 21 radələrində Əhmədli qəsəbəsində yerləşən 202 saylı bağçaya getmişlər. Onlar bağçaya çatan zaman təxminən saat 23 radələri olmuşdur. Onlar bağçanın arxa tərəfinə keçmiş və hasardan bağçanın həyətinə daxil olmuşlar. Bağçanın inzibati binasına isə Elturan əvvəlcədən özü ilə gətirdiyi vintaçanla plastik pəncərəsini açmış və onlar pəncərədən içəri daxil olmuşlar. Sonra bütün otaqları gəzib orada televizor, tozsoran, ütü və digər əşyalar oğurlayıb bağçanın arxa tərəfinə yığmışlar. Sonra isə o, aşağıda dayanmış, Elturan isə hasarın üstünə çıxmışdır. O, aşağıdan əşyaları Elturana vermiş, sonuncu da əşyaları bağçanın arxa tərəfinə qoymuşdur. Sonra Elturan bir qədər kənarda Hundai markalı avtomobillə danışmış, həmin avtomobil bağçanın arxa tərəfinə gəlmiş və onlar əşyaları avtomobilə yığmışlar. Sonra 35 manat pula avtomobilin sahibi onları birbaşa Sumqayıt şəhərinə aparmışdır. Onlar Sumqayıt şəhərində əşyaları onun yaşadığı mənzilə boşaltmışlar. Həmin gün Binəqədi rayon Polis idarəsinin əməkdaşları gəlib onu tutmuşlar və əşyaları onun yaşadığı evdən götürüb Binəqədi RPİ-nin 5-ci Polis Şöbəsinə aparmışlar. O, əldə etdiyi gəlirləri şəxsi ehtiyaclarına xərcləmişdir, bir qismi isə qaldıqları evin zirzəmisində saxlanılmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Vaqiflə 2007-ci ildə 11 saylı cəzaçəkmə müəssəsində tanış olmuşdur. Azadlığa buraxıldıqdan sonra o, Vaqiflə münasibətini davam etdirməyə başlamışdır. Maddi durumu pis vəziyyətdə olduğundan tanışı Vaqiflə belə bir qərara gəlmişlər ki, oğurluq etsinlər. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində o, Vaqiflə birlikdə ünvan 3 ünvanda yerləşən 151 saylı körpələr evi uşaq bağçasının qarşısına gəlib çatdıqda həmin bağçadan oğurluq etmək qərarına gəlmişlər. Aralarında olan razılığa əsasən o, bağçaya daxil olacaqmış, Vaqif isə çöldə dayanaraq kiminsə gəlib-gəlmədiyini ona xəbər edəcəkmiş. Ətrafda kimsənin olmadığına və bağçanın gözətçisinin yuxuladığından əmin olduqdan sonra vaxt itirmədən bağçaya daxil olmaq üçün hasardan bağçanın həyətinə tullanaraq üzərində gəzdirdiyi vintaçanla bağçanın plastmas pəncərəsini sıxıb açaraq bağçanın birinci mərtəbəsinə daxil olaraq otaqları gəzməyə başlamışdır. Bağçanın içərisində olan yanğın şitindən lomu götürüb əlində olan alışqanın fənəri ilə otaqlardan birinə yaxınlaşıb həmin otağın qapısının çərçivəsini lomla çıxarmaqla otağa daxil olmudur. Qeyd olunan otaqda olan zaman dolab və şkaflara nəzər yetirsə də 2 ədəd dəmir seyf rastına çıxmışdır. O, həmin dəmir seyflərdən birini lomla sındıraraq dəftərçənin arasında ümumilikdə 700 manat məbləğində nağd pulu götürüb cibinə qoymuşdur. Daha sonra digər açarı üzərində olan seyfin qapısını açaraq 01 ədəd Canon markalı fotoaparatı çantası ilə birlikdə götürmüşdür. O həmin otaqda bununla kifayətlənmiyib həmin otaqda dolabın üzərində olan 01 ədəd 82 diaqonal “LG” markalı plazma televizoru, həmçinin həmin otaqda olan köməkçi otağa daxil olduqda orada 1 ədəd xalçanı da götürüb otaqdan bayıra çıxmışdır. Bağçanın ikinci mərtəbəsində sinif otağının qapısının açıq olmasından istifadə edərək otağa daxil olmuş və həmin otaqda 01 ədəd LG markalı monitoru və 01 ədəd DVD-ni götürüb vaxt itirmədən bağçanın birinci mərtəbəsinə enərək anbar otağına daxil olaraq soyuducunun içərisində olan müxtəlif çəkidə toyuq, mal əti və kərə yağını, soyuducunun bayır tərəfində yerə qoyulmuş 2 ədəd bitki yağı irihəcmli sellofan torbalara doldurub həmin otaqdan çıxmışdır. Bağçadan çölə çıxanda Vaqifin çöldə olmadığını görmüşdür. Həmin vaxt o, hasardan çölə aşıb çəpərdən asılmış oğurluq əşyaları götürüb oradan uzaqlaşmışdır. Bir qədər irəli hərəkət etdikdən sonra oğurladığı əşyaları yaxınlıqdakı binanın qarşısına qoyub həmin əşyaları aparmaq üçün yoldan keçən markasını xatırlamadığı taksi çağırıb taksi sürücüsünə bu binada yaşadığını və iş yeri ilə bağlı Sumqayıt şəhərinə əşyaları aparmaq istədiyini bildirmişdir. Artıq 22 yanvar 2022-ci il saat 05 radələri olmuşdur. Oğurladığı əşyaları Vaqifin yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsi, fərdi yaşayış evinə apararaq həmin oğurladığı əşyaları və ərzaq məhsullarını Vaqifin yaşadığı evin zirzəmisinə Vaqiflə birlikdə yığmışlar. Həmin vaxt o, Vaqifə zirzəmiyə yığılan əşya və ərzaq məhsullarını Binəqədi rayonu ərazisindəki bağçadan oğurladığını bildirmişdir. Oğurladığı 82 diaqonal plazma televizoru oğurluq əməlini törətdiyi vaxtdan 2 gün keçdikdən sonra pul əldə etmək məqsədilə “Nəfəs” kimi adını bildiyi şəxsə Yasamal rayonu, 20 Yanvar dairəsinin yaxınlığında, "xxxx" QSC-nin yaxınlığında görüşüb 50 manata satmışdır. Bundan başqa o, Vaqiflə başqa bir bağçaya daxil olub orada olan əşyaları oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə 2022-ci ilin yanvar ayının 26-da təxminən saat 21 radələrində Əhmədli qəsəbəsində yerləşən 202 saylı bağçaya getmişlər. Onlar bağçaya çatan zaman təxminən saat 23 radələri olmuşdur, elə həmin vaxt bir neçə dəqiqə ətrafı müşahidə etdikdən sonra içəri daxil olmuşlar. Onlar bağçanın arxa tərəfinə keçmişlər və hasardan bağçanın həyətinə daxil olmuşlar. Bağçanın inzibati binasına isə o, əvvəlcədən özü ilə gətirdiyi vintaçanla plastik pəncərəsini açmış və onlar pəncərədən içəri daxil olmuşlar. Sonra bütün otaqları gəzib orada televizor, tozsoran, ütü və digər əşyaları, yumurta, süd məhsulu, şampun, quru çay və başqa ərzaqları oğurlayıb oradan əşyaları çıxardıb bağçanın arxa tərəfinə yığmışlar. Sonra isə Vaqif aşağıda dayanmış, o isə barının üstünə çıxmışdır. Vaqif aşağıdan əşyaları vermiş, o isə əşyaları bağçanın arxa tərəfinə qoymuşdur. Sonra bir qədər kənarda Hundai markalı avtomobillə danışmış, həmin avtomobil bağçanın arxa tərəfinə gəlmiş və onlar əşyaları avtomobilə yığmışlar. Sonra 35 manat pula avtomobilin sahibi onları birbaşa Sumqayıt şəhərinə aparmışdır. Onlar Sumqayıt şəhərində əşyaları Vaqifin yaşadığı mənzilə boşaltmışlar, həmin gün Binəqodi rayon Polis idarəsinin əməkdaşları gəlib onu tutmuşlar və əşyaları Vaqifin yaşadığım evdən götürüb Binəqədi RPİ-nin 5-ci Polis Şöbəsinə aparmışlar. O, 01 ədəd “LG” markalı plazma markalı televizoru “Nəfəs” adlı şəxsə 50 manata satmışdır. O, əldə etdiyi gəlirləri şəxsi ehtiyaclarına xərcləmişdir. O, Vaqifə 10 manat vermiş və əlavə olaraq əldə etdikləri gəlirləri yarıya bölmüşdür. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “202 saylı Körpələr evi-Uşaq Baxçası”nın nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən 151 saylı uşaq bağçasında müdirə vəzifəsində işləyir. Hadisə 2022-ci il yanvarın 26-dan 27-ə keçən gecə baş vermişdir. Yanvarın 27-si səhər zəng gəlmiş, gedib görmüşdür ki, bağça dağıdılmış, qapılar çərçivədən çıxardılmışdır. Hər şey, uşaqların palpaltarı yerə atılmış, qruplarda DVD, televizorlar, komputerlər, demək olar ki, çox şey yerində yox idi. Sutka ərzində əşyaların çoxu qaytarılmışdır. 3 televizor, 2 DVD, blender və mikser tapılmamışdır. Lakin təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan şikayətçi deyil, cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxs “151 saylı Körpələr evi-Uşaq Baxçası”nın nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən 151 saylı uşaq bağçasında müdirə vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə ona zəng gəlmişdir ki, bağçada oğurluq hadisəsi olmuşdur. Bağçaya gələrkən iş otağının qapısını sındırılmasını, otaqda olan əşyaların dağıdılmasını görmüşdür. Həmin vaxt nəyin oğurlandığını bilməmişdirlər, sonra müəyyən edilmişdir ki, anbar dağıdılmış, 4 qapı sındırılmışdır. Seyf qırılmışdır, içərisində özünə məxsus pulu götürmüşdürlər. Uşaqların paltarları, adyallar, xalça, noutbuk, anbardan ərzaq oğurlanmışdır. Oğurlanmış əşyalardan təkcə xalça və şəxsi fotoaparat qaytarılmışdır. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslərlə barışmadığını, şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai rayonunda yerləşən 202 saylı uşaq bağçasında işləyir. 2022-ci il il yanvar ayının 27də səhər 06 radələrində gözətçi zəng vuraraq bağçadan oğurluq olduğunu bildirmişdir. Gələndə görmüşdür ki, qapılar qırılmış, bağça alt-üst edilmişdir. Televizorlar, DVDlər oğurlanmış, ərzaq anbarından yağ, toyuq, ət, yumurta, süd kimi ərzaqlar götürülmüşdür. Əşyalardan DVD və televizorlar qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 151 saylı uşaq bağçasında işləyir. xx.xx.2022-ci il tarixdə müdirə onu bağçaya çağırmış, gələndə görmüşdür ki, bağça bərbad gündədir. Təsərrüfat anbarı, müdir otağı dağıdılmışdır. Hər şey yerə atılmış, seyf qırılmışdır. Qruplara girib əşyaları, uşaqların paltarlarını, formalarını götürmüşdürlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin səmimi etirafları nəzərə alınaraq şahidlər Şahid2, Şahid3 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmiş, onların ifadəsi təqsirləndirilən şəxslərin ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Xətai rayonu, M.Hadi küçəsi 157 ünvanında yerləşən uşaq bağçasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 02 ədədi əl izi Təqsirləndirilən şəxs1 sağ əlinin orta və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir (cild 1, iş vərəqi 59). İş materiallarında olan 10 fevral 2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanında yerləşən 202 saylı Körpələr evi Uşaq Bağçasında ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani göstərmişdir. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 99-106). İş materiallarında olan xx.xx.2022-ci il tarixli videoyazıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 157 ünvanında yerləşən 202 saylı Uşaq Bağçasının müşahidə kamerasından götürülmüş 01 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 157 ünvanında yerləşən 202 saylı Uşaq bağçasına qanunsuz daxil olub bağçanın ikinici mərtəbəsinə qalxması, həmin bağçadan oğurluq etdikdən sonra, oğurladıqları əşyaları “Hundai Tucson” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığdıqdan sonra oradan uzaqlaşmaları aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs1 video faylda olan şəxslərin özü və Təqsirləndirilən şəxs2 olmasını təsdiq etmişdir (cild 1, iş vərəqə 107-108). İş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı Sumqayıt şəhəri Yaşıldərə bağlar massivində nömrəsiz evə keçirilmiş, baxış istintaq hərəkəti zamanı 151 və 202 saylı Körpələr evin Uşaq Bağçasına məxsus əşyalar aşkar edilərək götürülmüş, istintaq hərəkəti çəkilmiş videogörüntü diskə köçürülərək iş materiallarına əlavə edilmişdir (Cild 1, iş vərəqə 164-166). İş materiallarında olan xx.xx.2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş 2 ədəd diaqanalı 56 sm olan “LG” markalı arxa hissəsi ağ rəngli olan sağ üst tərəfində “FLATRON H3061” və arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət televizor, 1 ədəd “Samsung” markalı diaqanalı 56sm olan, sağ üst tərəfində “HDTV monitor” və sol üst hissəsində “SyncMaster T22B300” yazılmış arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət olan televizor, 1 ədəd göy rəngli “Samsung” markalı üzərində “Air Track, 1600W, TWİN chamber” yazılmış tozsoran, 1 ədəd qırmızı rəngli “Samsung” markalı, üzərində “2400Watt” yazılmış tozsoran, 1 ədəd boz rəngli sağ hissəsində “Sanford” markalı “SF45Cİ” modelinə məxsus ütü, 1 ədəd ağ rəngli “Vivocare” markalı üzərində elektron monitor olan və həmin monitorun sağ hissəsində “Who”, sol hissəsində isə alt-alta cərgə ilə “SYS mmHg, DİA mmHg, Pulsemin” yazılmış təzyiqölçən aparaq və həmin aparatın qara rəngli parça materialdan olan qabı, 1 cüt ədəd qara rəngli “LG” markalı, arxa hissəsində olan etiketin üzərində “Model NO. DMS5420V” yazılmış səsgücləndirici, 2 ədəd üzərində “X6” yazısı olan yanğın söndürən maşını olan uşaq oyuncağı, 2 ədəd qapağının üzərində rus dilində “Portativnıy Kompüter” yazısı olan uşaq üçün oyuncaq noutbuk, 1 cüt ədəd qara rəngli 1 ədədinin üzərində “Genius” markalı yazısı olan digər 1 ədədinin üzərində “volume” və “poWer” yazısı olan səs gücləndirici, 1 ədəd qara rəngli “LG” markalı üzərində “Design in Korca” yazısı olan DVD player, 1 ədəd qara rəngli “Sinbo” markalı şirəçəkən, 1 ədəd qara rəngli “RAİL KİNG” markalı üzərində “İNTELLİGENT CLASSİCAL TRAİN” yazısı mövcud olan qatar uşaq oyuncağı, 1 ədəd “Admiral” markalı qara rəngli üzərində “Admiral AD-222” yazılmış DVD player, 1 ədəd qara rəngli “LG” markalı sol üst hissəsində “RMS 110W” və “PMPO 1800W” yazısı olan səsgücləndirici, 1 ədəd boz rəngli “Panasonic” üst tərəfində “DVD STEREO SYSTEM SA-VK650” markalı səs gücləndirici, 1 ədəd boz rəngli “EUR ZASS” markalı üst tərəfində “3VCD CHANGER” yazısı olan səs gücləndirici, 1 cüt ədəd boz rəngli “Panasonic” markalı arxa hissəsində qara rəngli etiketdə “Model No. SB-VK650” yazısı olan səs gücləndirici, 3 ədəd CD disk qabı, 4 ədəd “LG” markalı, 1 ədəd “Samsung” markalı, 1 ədəd “Admiral” markalı və 1 ədəd “Epson” markalı pultlar, 1 ədəd “LG” markalı qara rəngli səs gücləndirici, 1 ədəd qara rəngli “Samsung” markalı səs gücləndirici, 1 ədəd boz rəngli “HP” markalı notbuk, 1 ədəd şəffaf rəngli plastik qabda yerləşən 200 ədəd yumurta, 1 ədəd şəffat rəngli qutuda üzərində “Carpent TOOLS” yazısı olan uşaq oyuncaq alətləri, 24 ədəd 1 litrlik ’’Sevimli Dad” markalı süd məhsulu, 1 ədəd ağ rəngli qutuda olan “Fairy” markalı qab-yuyan şampun, 1 ədəd qırmızı rəngli qutuda olan “Gold Max” markalı şampun, 1 ədəd ağ rəngli qutuda olan “Palmolive” markalı şampun, 7 ədəd ağ rəngli qutuda olan “Azərçay” markalı quru çay, 1 ədəd qırmızı rəngli “Tess” markalı quru çay tanınmaya təqdim edilmişdir. Nümayəndə həmin əşyaların bağçaya məxsus olduğunu tanıyaraq təsdiq etmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (Cild 1, iş vərəqə 111-112). İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, həmin əşyalar 202 saylı bağçanın müdiri Nümayəndə tərəfindən təhvil alınmışdır (Cild 1, iş vərəqə 115). İş materiallarında olan 30 yanvar 2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon A.Kunanbayev küçəsində yerləşən 151 saylı Körpələr evi Uşaq Bağçasında ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, onlar hadisə yerini və oğurluq hadisəsini əyani göstərmişdir. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 36-43). İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 mart 2022-ci il tarixli, 9/946 saylı rəyində göstərilmişdir ki, fotoşəkillər əsasında ekspertizaya təqdim edilmiş 1 ədəd qara rəngli "Canon" markalı, EOS 650D model fotoaparatın dəyəri 400 manat, 1 ədəd 3x4 ölçülü, xardal/krem rəngli xalçanın dəyəri 300 manat, 1 ədəd gümüşü rəngli, Lucky Star" markalı LS-733 model musiqi mərkəzi( səsgücləndiricinin) dəyəri 180 manat qiymətləndirilmişdir (cild 2, iş vərəqə 105). İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 mart 2022-ci il tarixli, 9/1516 saylı rəyində göstərilmişdir ki, təqdim olunmuş orta bazar qiyməti ilə istifadədə olmuş, lakin təyinatı üzrə istifadəyə tam yararlı olan əşyalardan 2 ədəd diaqanalı 56 sm olan “LG” markalı arxa hissəsi ağ rəngli olan sağ üst tərəfində “FLATRON H306F” və arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət televizor 2 ədədinin dəyəri 240 manat, “Samsung” markalı diaqanalı 56 sm olan, sağ üst tərəfində “HDTV monitor” və sol üst hissəsində “SyncMaster T22B300” yazılmış arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət olan televizorun dəyəri 120 manat, 1 ədəd göy rəngli “Samsung” markalı üzərində “Air Track, 1600W, TWİN chamber” yazılmış tozsoranın dəyəri 80 manat, 1 ədəd qırmızı rəngli “Samsung” markalı, üzərində “2400Watt” yazılmış tozsoran, 1 ədəd boz rəngli sağ hissəsində “Sanford” markalı “SF45Cl” modelinə məxsus ütünün dəyəri 15 manat, 1 ədəd ağ rəngli “Vivocare” markalı üzərində elektron manitor olan və həmin manitorun sağ hissəsində “Who”, sol hissəsində isə alt-alta cərgə ilə “SYS mmHg, DİA mmHg, Pulsemin" yazılmış təzyiqölçən aparaq və həmin aparatın qara rəngli parça materialdan olan qabının birlikdə dəyəri 20 manat, 1 cüt ədəd qara rəngli “LG” markalı, arxa hissəsində olan etiketin üzərində “Model NO. DMS5420V” yazılmış səsgücləndiricinin dəyəri 80 manat, üzərində “X6” yazısı olan yanğın söndürən maşını olan 2 ədəd uşaq oyuncağının dəyəri 40 manat, 2 ədəd qapağının üzərində rus dilində “Portativnıy Komputer» yazısı olan uşaq üçün oyuncaq noutbukun dəyəri 30 manat, 1 cüt ədəd qara rəngli 1 ədədinin üzərində “Genius” markalı yazısı olan digər 1 ədədinin üzərində “volume” və “poWer” yazısı olan səs gücləndiricinin dəyəri 10 manat, 1 ədəd qara rəngli “LG” markalı üzərində “Design in Korea” yazısı olan DVD playerin dəyəri 25 manat, 1 ədəd qara rəngli “Sinbo” markalı şirəçəkənnin dəyəri 40 manat, 1 ədəd qara rəngli “RAİL KİNG” markalı üzərində “İNTELLİGENT CLASSİCAL TRAİN” yazısı mövcud olan qatar uşaq oyuncağının dəyəri 25 manat, 1 ədəd “Admiral” markalı qara rəngli üzərində “Admiral AD- 222” yazılmış DVD playerin dəyəri 25 manat, 1 ədəd qara rəngli “LG” markalı sol üst hissəsində “RMS 110W” və “PMPO 1800W” yazısı olan səsgücləndiricinin dəyəri 80 manat, 1 ədəd boz rəngli “Panasonic” üst tərəfində “DVD STEREO SYSTEM SA-VK650” markalı səs gücləndiricinin dəyəri 80 manat, 1 ədəd boz rəngli “EUR ZASS” markalı üst tərəfində “3VCD CHANGER” yazısı olan səs gücləndiricinin dəyəri 60 manat, 1 cüt ədəd boz rəngli “Panasonic” markalı arxa hissəsində qara rəngli etiketdə “Model No. SB-VK650” yazısı olan səs gücləndiricinin dəyəri 70 manat,, 3 ədəd CD disk qabı 1,80 manat, 4 ədəd “LG” markalı, 1 ədəd “Samsung” markalı, 1 ədəd “Admiral” markalı və 1 ədəd “Epson” markalı pultların dəyərləri 49 manat, 1 ədəd “LG” markalı qara rəngli səs gücləndiricinin dəyəri 60 manat, 1 ədəd qara rəngli “Samsung” markalı səs gücləndiricinin dəyəri 60 manat, 1 ədəd boz rəngli “HP” markalı notbukun dəyəri 250 manat, 1 ədəd şəffaf rəngli plastik qabda yerləşən 200 ədəd yumurtaların dəyəri 40 manat, 1 ədəd şəffat rəngli qutuda üzərində “Carpent TOOLS” yazısı olan uşaq oyuncaq alətlərin dəyəri 12 manat, 24 ədəd 1 litrlik ’’Sevimli Dad” markalı süd məhsulunun dəyəri 43,20 manat, 1 ədəd ağ rəngli qutuda olan “Fairy” markalı qab-yuyan şampunun dəyəri 3 manat, 1 ədəd qırmızı rəngli qutuda olan “Gold Max” markalı şampunun dəyəri 3 manat, 1 ədəd ağ rəngli qutuda olan “Palmolive” markalı şampunun dəyəri 4 manat, 7 ədəd ağ rəngli qutuda olan “Azərçay” markalı quru çayın dəyəri 42 manat, 1 ədəd qırmızı rəngli “Tess” markalı quru çayın dəyəri 6 manat olmaqla ümumilikdə 1704,00 manat təşkil etmişdir (cild 2, iş vərəqə 108-109). İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizanın xx.xx.2022-ci il tarixli 3/932 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a”,“b” əl-barmaq izləri, 2,3,4 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri və 5,6,7,8,9 saylı daktilolentlərin səthindəki ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs1 sağ əlinin orta barmağından və 1 saylı daktilolentin səthindəki “b” əl-barmaq izi onun sağ əlinin adsız barmağından qalmışdır. Təqdim edilmiş 2,3,4 saylı daktilolentlərin səthindəki əlbarmaq izləri Təqsirləndirilən şəxs1 daktiloxəritəyə köçürülmüş eksperimental əlbarmaqlarından qalmamışdır (cild 3, iş vərəqə 198-199). İş materiallarında olan 26 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan da görünür ki, 2 ədəd diaqanalı 56 sm olan “LG” markalı arxa hissəsi ağ rəngli olan sağ üst tərəfində “FLATRON H3061” və arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət televizor, 1 ədəd “Samsung” markalı diaqanalı 56sm olan, sağ üst tərəfində “HDTV monitor” və sol üst hissəsində “SyncMaster T22B300” yazılmış arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət olan televizor, 1 ədəd göy rəngli “Samsung” markalı üzərində “Air Track, 1600W, TWİN chamber” yazılmış tozsoran, 1 ədəd qırmızı rəngli “Samsung” markalı, üzərində “2400Watt” yazılmış tozsoran, 1 ədəd boz rəngli sağ hissəsində “Sanford” markalı “SF45Cİ” modelinə məxsus ütü, 1 ədəd ağ rəngli “Vivocare” markalı üzərində elektron monitor olan və həmin monitorun sağ hissəsində “Who”, sol hissəsində isə alt-alta cərgə ilə “SYS mmHg, DİA mmHg, Pulsemin” yazılmış təzyiqölçən aparaq və həmin aparatın qara rəngli parça materialdan olan qabı, 1 cüt ədəd qara rəngli “LG” markalı, arxa hissəsində olan etiketin üzərində “Model NO. DMS5420V” yazılmış səsgücləndirici, 2 ədəd üzərində “X6” yazısı olan yanğın söndürən maşını olan uşaq oyuncağı, 2 ədəd qapağının üzərində rus dilində “Portativnıy Kompüter” yazısı olan uşaq üçün oyuncaq noutbuk, 1 cüt ədəd qara rəngli 1 ədədinin üzərində “Genius” markalı yazısı olan digər 1 ədədinin üzərində “volume” və “poWer” yazısı olan səs gücləndirici, 1 ədəd qara rəngli “LG” markalı üzərində “Design in Korca” yazısı olan DVD player, 1 ədəd qara rəngli “Sinbo” markalı şirəçəkən, 1 ədəd qara rəngli “RAİL KİNG” markalı üzərində “İNTELLİGENT CLASSİCAL TRAİN” yazısı mövcud olan qatar uşaq oyuncağı, 1 ədəd “Admiral” markalı qara rəngli üzərində “Admiral AD-222” yazılmış DVD player, 1 ədəd qara rəngli “LG” markalı sol üst hissəsində “RMS 110W” və “PMPO 1800W” yazısı olan səsgücləndirici, 1 ədəd boz rəngli “Panasonic” üst tərəfində “DVD STEREO SYSTEM SA- VK650” markalı səs gücləndirici, 1 ədəd boz rəngli “EUR ZASS” markalı üst tərəfində “3VCD CHANGER” yazısı olan səs gücləndirici, 1 cüt ədəd boz rəngli “Panasonic” markalı arxa hissəsində qara rəngli etiketdə “Model No. SB-VK650” yazısı olan səs gücləndirici, 3 ədəd CD disk qabı, 4 ədəd “LG” markalı, 1 ədəd “Samsung” markalı, 1 ədəd “Admiral” markalı və 1 ədəd “Epson” markalı pultlar, 1 ədəd “LG” markalı qara rəngli səs gücləndirici, 1 ədəd qara rəngli “Samsung” markalı səs gücləndirici, 1 ədəd boz rəngli “HP” markalı notbuk, 1 ədəd şəffaf rəngli plastik qabda yerləşən 200 ədəd yumurta, 1 ədəd şəffat rəngli qutuda üzərində “Carpent TOOLS” yazısı olan uşaq oyuncaq alətləri, 24 ədəd 1 litrlik ’’Sevimli Dad” markalı süd məhsulu, 1 ədəd ağ rəngli qutuda olan “Fairy” markalı qab-yuyan şampun, 1 ədəd qırmızı rəngli qutuda olan “Gold Max” markalı şampun, 1 ədəd ağ rəngli qutuda olan “Palmolive” markalı şampun, 7 ədəd ağ rəngli qutuda olan “Azərçay” markalı quru çay, 1 ədəd qırmızı rəngli “Tess” markalı quru çay iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Simuzər Paşayevə təhvil verilmişdir, 1 ədəd qara rəngli “Canon” markalı, EOS 650D model fotoaparat, 1 ədəd 3x4 ölçülü, xardal/krem rəngli xalça, 1 ədəd gümüşü rəngli, "Lucky Star" markalı LS-733 model musiqi mərkəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmişdir (cild 3, iş vərəqə 209-238). İş materiallarında olan (iş vərəqi 220 cild 01) 28 yanvar 2022-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs1 28 yanvar 2022-ci il tarixdən şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 56 cild 02) 29 yanvar 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilmiş, həbsetmənin əvvəli 28 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan (iş vərəqi 202, cild 01) 28 yanvar 2022-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs2 28 yanvar 2022-ci il tarixdən şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 61, cild 02) 29 yanvar 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilmiş, həbsetmənin əvvəli 28 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 69-71). İş materiallarında olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən cəriməni tam şəkildə ödəmişdir (cild 1, iş vərəqi 72-74). İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmamışdır. İş materiallarında olan Nümayəndə ərizəsindən görünür ki, dəymiş ziyan qismən ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 2008-ci il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X3 adlı 2 azyaşlı uşağı var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin verdikləri səmimi ifadələri, zərərçəkmiş şəxslərin, şahidin məhkəmə iclasında və ibtidai istintaqda verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun səmimi etirafını, əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 28 yanvar 2022-ci il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun səmimi etirafını, əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək residiv nəzərə alınmaqla barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 28 yanvar 2022-ci il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Simuzər Paşayevə təhvil verilmiş 2 ədəd diaqanalı 56 sm olan “LG” markalı arxa hissəsi ağ rəngli olan sağ üst tərəfində “FLATRON H3061” və arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət televizor, 1 ədəd “Samsung” markalı diaqanalı 56sm olan, sağ üst tərəfində “HDTV monitor” və sol üst hissəsində “SyncMaster T22B300” yazılmış arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət olan televizor, 1 ədəd göy rəngli “Samsung” markalı üzərində “Air Track, 1600W, TWİN chamber” yazılmış tozsoran, 1 ədəd qırmızı rəngli “Samsung” markalı, üzərində “2400Watt” yazılmış tozsoran, 1 ədəd boz rəngli sağ hissəsində “Sanford” markalı “SF45Cİ” modelinə məxsus ütü, 1 ədəd ağ rəngli “Vivocare” markalı üzərində elektron monitor olan və həmin monitorun sağ hissəsində “Who”, sol hissəsində isə alt-alta cərgə ilə “SYS mmHg, DİA mmHg, Pulsemin” yazılmış təzyiqölçən aparaq və həmin aparatın qara rəngli parça materialdan olan qabı, 1 cüt ədəd qara rəngli “LG” markalı, arxa hissəsində olan etiketin üzərində “Model NO. DMS5420V” yazılmış səsgücləndirici, 2 ədəd üzərində “X6” yazısı olan yanğın söndürən maşını olan uşaq oyuncağı, 2 ədəd qapağının üzərində rus dilində “Portativnıy Kompüter” yazısı olan uşaq üçün oyuncaq noutbuk, 1 cüt ədəd qara rəngli 1 ədədinin üzərində “Genius” markalı yazısı olan digər 1 ədədinin üzərində “volume” və “poWer” yazısı olan səs gücləndirici, 1 ədəd qara rəngli “LG” markalı üzərində “Design in Korca” yazısı olan DVD player, 1 ədəd qara rəngli “Sinbo” markalı şirəçəkən, 1 ədəd qara rəngli “RAİL KİNG” markalı üzərində “İNTELLİGENT CLASSİCAL TRAİN” yazısı mövcud olan qatar uşaq oyuncağı, 1 ədəd “Admiral” markalı qara rəngli üzərində “Admiral AD-222” yazılmış DVD player, 1 ədəd qara rəngli “LG” markalı sol üst hissəsində “RMS 110W” və “PMPO 1800W” yazısı olan səsgücləndirici, 1 ədəd boz rəngli “Panasonic” üst tərəfində “DVD STEREO SYSTEM SA- VK650” markalı səs gücləndirici, 1 ədəd boz rəngli “EUR ZASS” markalı üst tərəfində “3VCD CHANGER” yazısı olan səs gücləndirici, 1 cüt ədəd boz rəngli “Panasonic” markalı arxa hissəsində qara rəngli etiketdə “Model No. SB-VK650” yazısı olan səs gücləndirici, 3 ədəd CD disk qabı, 4 ədəd “LG” markalı, 1 ədəd “Samsung” markalı, 1 ədəd “Admiral” markalı və 1 ədəd “Epson” markalı pultlar, 1 ədəd “LG” markalı qara rəngli səs gücləndirici, 1 ədəd qara rəngli “Samsung” markalı səs gücləndirici, 1 ədəd boz rəngli “HP” markalı notbuk, 1 ədəd şəffaf rəngli plastik qabda yerləşən 200 ədəd yumurta, 1 ədəd şəffat rəngli qutuda üzərində “Carpent TOOLS” yazısı olan uşaq oyuncaq alətləri, 24 ədəd 1 litrlik ’’Sevimli Dad” markalı süd məhsulu, 1 ədəd ağ rəngli qutuda olan “Fairy” markalı qab-yuyan şampun, 1 ədəd qırmızı rəngli qutuda olan “Gold Max” markalı şampun, 1 ədəd ağ rəngli qutuda olan “Palmolive” markalı şampun, 7 ədəd ağ rəngli qutuda olan “Azərçay” markalı quru çay, 1 ədəd qırmızı rəngli “Tess” markalı quru çay, Zərərçəkmiş şəxs təhvil verilmiş 1 ədəd qara rəngli “Canon” markalı, EOS 650D model fotoaparat, 1 ədəd 3x4 ölçülü, xardal/krem rəngli xalça, 1 ədəd gümüşü rəngli, "Lucky Star" markalı LS-733 model musiqi mərkəzi onların istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə məhkəmə xərci 261.11 (iki yüz altmış bir manat on bir qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 130.56 (yüz otuz manat əlli altı qəpik) manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Simuzər Paşayevə təhvil verilmiş 2 ədəd diaqanalı 56 sm olan “LG” markalı arxa hissəsi ağ rəngli olan sağ üst tərəfində “FLATRON H3061” və arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət televizor, 1 ədəd “Samsung” markalı diaqanalı 56sm olan, sağ üst tərəfində “HDTV monitor” və sol üst hissəsində “SyncMaster T22B300” yazılmış arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət olan televizor, 1 ədəd göy rəngli “Samsung” markalı üzərində “Air Track, 1600W, TWİN chamber” yazılmış tozsoran, 1 ədəd qırmızı rəngli “Samsung” markalı, üzərində “2400Watt” yazılmış tozsoran, 1 ədəd boz rəngli sağ hissəsində “Sanford” markalı “SF45Cİ” modelinə məxsus ütü, 1 ədəd ağ rəngli “Vivocare” markalı üzərində elektron monitor olan və həmin monitorun sağ hissəsində “Who”, sol hissəsində isə alt-alta cərgə ilə “SYS mmHg, DİA mmHg, Pulsemin” yazılmış təzyiqölçən aparaq və həmin aparatın qara rəngli parça materialdan olan qabı, 1 cüt ədəd qara rəngli “LG” markalı, arxa hissəsində olan etiketin üzərində “Model NO. DMS5420V” yazılmış səsgücləndirici, 2 ədəd üzərində “X6” yazısı olan yanğın söndürən maşını olan uşaq oyuncağı, 2 ədəd qapağının üzərində rus dilində “Portativnıy Kompüter” yazısı olan uşaq üçün oyuncaq noutbuk, 1 cüt ədəd qara rəngli 1 ədədinin üzərində “Genius” markalı yazısı olan digər 1 ədədinin üzərində “volume” və “poWer” yazısı olan səs gücləndirici, 1 ədəd qara rəngli “LG” markalı üzərində “Design in Korca” yazısı olan DVD player, 1 ədəd qara rəngli “Sinbo” markalı şirəçəkən, 1 ədəd qara rəngli “RAİL KİNG” markalı üzərində “İNTELLİGENT CLASSİCAL TRAİN” yazısı mövcud olan qatar uşaq oyuncağı, 1 ədəd “Admiral” markalı qara rəngli üzərində “Admiral AD-222” yazılmış DVD player, 1 ədəd qara rəngli “LG” markalı sol üst hissəsində “RMS 110W” və “PMPO 1800W” yazısı olan səsgücləndirici, 1 ədəd boz rəngli “Panasonic” üst tərəfində “DVD STEREO SYSTEM SA- VK650” markalı səs gücləndirici, 1 ədəd boz rəngli “EUR ZASS” markalı üst tərəfində “3VCD CHANGER” yazısı olan səs gücləndirici, 1 cüt ədəd boz rəngli “Panasonic” markalı arxa hissəsində qara rəngli etiketdə “Model No. SB-VK650” yazısı olan səs gücləndirici, 3 ədəd CD disk qabı, 4 ədəd “LG” markalı, 1 ədəd “Samsung” markalı, 1 ədəd “Admiral” markalı və 1 ədəd “Epson” markalı pultlar, 1 ədəd “LG” markalı qara rəngli səs gücləndirici, 1 ədəd qara rəngli “Samsung” markalı səs gücləndirici, 1 ədəd boz rəngli “HP” markalı notbuk, 1 ədəd şəffaf rəngli plastik qabda yerləşən 200 ədəd yumurta, 1 ədəd şəffat rəngli qutuda üzərində “Carpent TOOLS” yazısı olan uşaq oyuncaq alətləri, 24 ədəd 1 litrlik ’’Sevimli Dad” markalı süd məhsulu, 1 ədəd ağ rəngli qutuda olan “Fairy” markalı qab-yuyan şampun, 1 ədəd qırmızı rəngli qutuda olan “Gold Max” markalı şampun, 1 ədəd ağ rəngli qutuda olan “Palmolive” markalı şampun, 7 ədəd ağ rəngli qutuda olan “Azərçay” markalı quru çay, 1 ədəd qırmızı rəngli “Tess” markalı quru çay, Zərərçəkmiş şəxs təhvil verilmiş 1 ədəd qara rəngli “Canon” markalı, EOS 650D model fotoaparat, 1 ədəd 3x4 ölçülü, xardal/krem rəngli xalça, 1 ədəd gümüşü rəngli, "Lucky Star" markalı LS-733 model musiqi mərkəzi onların istifadəsinə verilmiş hesab edilsin. İş üzrə məhkəmə xərci 261.11 (iki yüz altmış bir manat on bir qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 130.56 (yüz otuz manat əlli altı qəpik) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-421/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-421/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver