Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-421/2025 25.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxx 1990-cı ildə Abşeron Rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkumluğu olmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0,748 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitənin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən 29 may 2025-ci il tarixdə saat 20:02-də keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 3 ünvanında saxlanılıb videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,748 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 29 may 2025-ci il tarixdə gündüz saatlarında yaşadığı ünvanın yaxınlığında hərəkət edən zaman üzdən tanıdığı adını bilmədiyi bir nəfər şəxs yaxınlaşıb narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, o, istifadə etdiyini bildirdiyi zaman həmin şəxs narkotik vasitə sata biləcəyini söyləmişdir. Nə cür əldə edə biləcəyini soruşduqda o, həmin şəxs Hövsan qəsəbəsinə gedib oradan ala biləcəyini bildirmişdir. Hövsan qəsəbəsində həmin şəxsin söylədiyi, lakin xatırlamadığı ünvana yaxınlaşmış və orada yerə qoyulmuş narkotik vasitəni götürüb, həmin yerə 50 manat pul qoymaqla "metamfetamin" kimi tanıdığı narkotik vasitəni şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. 29 may 2025-ci il tarixdə axşam saatlarında Xətai rayonu, Zərifə parkının yaxınlığında avtobusdan enib yaşadığı ünvana getmək üçün piyada hərəkətə başlamış, saat 20:02-də ünvan 5nında olan zaman üç nəfər mülki geyimli şəxs onu saxlayıb telefonla videoçəkiliş edərək özlərini təqdim edib üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək içərisində "metamfetamin" kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Təqdim etdiyi büküm elektron tərəzidə çəkildikdə 0,81 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib İmzalanmış, daha sonra Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət edilərək gətirilib üzərindən aşkar edilmiş narkotik vasitə təhqiqatçıya təhvil verilmişdir. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən videogörüntüyə mobil telefonda baxış keçirildikdən sonra polis şöbəsinə hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş vəkilin İştirakı ilə şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunub Xətai RPİ-nin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Əməlindən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 29 may 2025-ci il tarixdə saat 20:02də Xətai RPİ-nin 36-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı X11 və Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru polis leytenantı Şahid3 ilə birlikdə ünvan 5nın yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah edərək üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişdirlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə ağ rəngdə psixotrop maddə metamfetaminə bənzər maddə çıxarıb təqdim edərək içərisində “metamfetamin" kimi tanıdığı narkotik olmasını bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə ağ rəngdə maddənin elektron tərəzidə çəkisi büküm ilə birlikdə 0.81 (sıfır tam yüzdə səksən bir) qram olması müəyyən edilib kağız zərfdə qablaşdırılıb üzəri imzalanıb möhürlənərək götürülmüşdür. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümü Hövsan qəsəbəsi ərazisində tanımadığı şəxsin vasitəsilə şəxsi istifadəsi üçün 50 (əlli) manata aldığını, saxlanılan zaman ona qarşı zor tətbiq edilmədiyini bildirmiş, videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət edərək üzərindən aşkar edilmiş bükümü şöbənin təhqiqatçısı polis mayoru X7 təqdim etmişdirlər. X8 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış zərfin içərisindəki kütləyə, həmçinin sonuncunun üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən videogörüntüyə mobil telefcnda baxış keçirilmiş və təhqiqatçı tərəfindən kütlə yenidən qablaşdırılmışdır. Videoçəkiliş btdikdən sonra Təqsirləndirilən şəxs polis şöbəsinə hüquqları müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulması haqqında protokol tərtib olunaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsləri elan olunmuş şahid Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili Şahid1 və Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru Şahid3 ifadələri Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 30 may 2025-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmiş və istintaqı aparılmışdır; (i.v.1) - İş materiallarında olan 01 ədəd DVD-R diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Xətai RPİ-nin 36-cı PŞ- nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, əməliyyat müvəkkili polis leytenantı Şahid2, videoçəkiliş aparan Xətai RPİ-nin 36cı PŞ-nin sahə inspektoru polis leytenantı Şahid3dur. Əynində qara rəngli şalvar və qara rəngli qolsuz gödəkcə olan şəxs Təqsirləndirilən şəxsdur. Əməliyyat müvəkkili Şahid1, Təqsirləndirilən şəxs anket məlumatlarını öyrənib hüquqlarını izah etdikdən sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa onu təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək İçərisində "metamfetamin" kimi tanıdığı narkotik vasitənin olmasını və həmin bükümü Hövsan ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata almasını bildirir. Bunun ardınca Şahid1 tərəfindən şəxsi mobil telefonunda saatın 20:04 olduğu çəkilişə təqdim olunur, Təqsirləndirilən şəxs tərəfindən təqdim olunan bir ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkildə büküm ilə birlikdə 0,81 qram olması müəyyən edilərək bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib bunun səbəbi Təqsirləndirilən şəxs izah olunmaqla iştirakçılar tərəfindən imzalanır. (i.v.11) -İş materiallarında olan digər 01 ədəd DVD-R diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 29 may 2025-ci il tarixdə ünvan 8 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PŞ-nin inzibati binasının dəhlizində süni işıqlanma şəraitində qeydə alınır. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə dəhlizin sol tərəf istiqamətində hərəkət edir, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb qablaşlaşdırılmış zərf isə Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı polis mayoru X6 əyləşdiyi otağa gətirilib təhvil verilir. X5 sol tərəfində ayaq üstdə dayanmış Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, videoçəkiliş aparan Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru polis leytenantı Şahid3dur. Video çəkilişin davamında X8 tərəfindən qablaşdırılmış zərfə və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən videogörüntüyə bir ədəd mobil telefonda baxış keçirib, bir ədəd şəffaf sellofan bükümü elektron tərəzidə çəkərək büküm ilə birlikdə 0,79 qram olmasını, bunun ardınca həmin bükümü kağız zərfdə videoçəkilişin yekunlaşdığını bildirir.(i.v.17) - 29 may 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə saat 20:02-də tutulmuşdur. (i.v.27) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2029 nömrəli 30 may 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №151” dairəvi möhür əksi olan, “Şahid1 “imza”; Şahid2“imza”; Təqsirləndirilən şəxs “imza” “Şahid3 “imza”; yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,748 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 0,748 qram, tədqiqata sərf edildi – 0,040 qram, qalıq – 0,708 qram; (i.v.40-42) - İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs bir uşağı var: xx.xx.2016-cı il təvəllüdlü X9. (i.v.53-54) - İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasındakı nikah xx.xx.2023-cü ildə pozulmuşdur. (i.v.55) - 31 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (i.v.60-61) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2025-ci il tarixli, 4(011)-299/2025 saylı qərarındən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.93-94) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 alınmış 04 iyun 2025-ci il tarixli, 3-28-29/2-5572/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (i..v.113) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 alınmış 09 iyun 2025-ci il tarixli, 1/2935 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün 2 nömrəli X2 müraciət etməmişdir. (i.v.114) - Bakı şəhər MKTD 3 saylı XTKTB 143 saylı İstismar Sahəsi № 433, 11 iyun 2025ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Xətai rayonu, keçid 830, ev 35, mənzil 173-də qeydiyyatdadır və yaşayır. (i.v.116) - Bakı şəhər MKTD 3 saylı XTKTB 143 saylı İstismar Sahəsi 11 iyun 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Xətai rayonu, keçid 830, ev 35, mənzil 173dür. Yaşadığı müddət ərzində onun barəsində sakinlər, inzibati orqanlar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. (i.v.117) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 iyun 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v.118-119) -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-426/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdən 11 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, ona 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v.120-126) - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə sonuncu dəfə saat 19:34-də Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 2829/2830 məhəllə, bina 1K-da olmuşdur. (i.v.128- 132) - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Xətai RPİyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs izlənməsi mümkün olmadığından coğrafi yerdəyişməsinə dair məlumatın təqdim edilməsi imkan xaricində olmuşdur. (i.v.133) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi ambulator məcburi-narkolojinin xx.xx.2025-ci il tarixli, № 3273 tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v.134-135) - 05 avqust 2025-ci cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X4 aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin təmiz çəkisi məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərildiyi 0,748 qram hesab edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,748 qram maddi sübut kimi tanınsın və qalıq qalmış 0,708 qram psixotrop maddə metamfetamin saxlanması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v.155-159) - Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin 1(011)-426/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin 1(011)-426/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü, hökmün icrası barədə xx.xx.2024- cü il tarixli göstərişi xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Qeyd edək ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyatdan alınmış və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Bildiririk ki, Xətai Rayon Məhkəməsinin 4(011)-299/2025 saylı xx.xx.2025ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Bu səbəbdən məhkum Təqsirləndirilən şəxs cəza müddətinin axımı xx.xx.2025-ci il tarixdən dayandırılmışdır. Xətai Rayon Məhkəməsinin 1(011)-426/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə 06 ay 02 gün hissəsi məhkum tərəfindən çəkilmiş, 01 il 05 ay 24 gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz çəkisi 0,748 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-426/2024 saylı hökmü çıxarıldıqdan sonra hazırkı cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini və həmin hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmədiyini nəzərə alaraq hesab edir ki, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini səciyyələndirən digər halları nəzərə, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-426/2024 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il, 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun iki gün azadlığın məhdudlaşdırılmasının bir gün azadlıqdan məhrum etməyə bərabər 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası kimi hesablanmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli– 29 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,708 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş iki ədəd və "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Alyans” vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saat iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı (28 aprel 2025-ci il tarixli dəyişikliklə) ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-426/2024 saylı, 04 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddəti kimi hesablanmaqla hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 29 may 2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,708 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - üç ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə “Alyans” vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 275 (iki yüz yetmiş beş) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-421/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-421/2025
25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver