Məhkəmə qərarları › İş №1(011)-422/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-422/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-422/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Füzuli rayou, Kürdmahmudlu kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir uşağı olan, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadıqdan məhrum edilmiş, xx.xx.2022-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad olunmuş, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 4-də yerləşən Bakı Neft-Energetika Kollecinin yataqxanasında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində bacısı X1 faktiki nikah münasibətində olduğu Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə münasibətinin əsassız olaraq soyuq olmasını sonuncuya irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əl zərbəsi ilə onun baş nahiyəsinə vurmaqla döyərək, sol göz ətrafı nahiyənin dərialtı hematoması, sol göz almasının qansızması, alt dodağın qansızması kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində yeznəsi Murad onu yaşadığı Xətai rayonu, P.Həşimov küçəsi 18 ünvanına çağırmışdır. Muradın mütəmadi spirtli içki qəbul etməsi səbəbindən evlərində bacısı ilə mütəmadi mübaisələri olmuşdur. Murad gilə gədikdən sonra bir az söhbət etmişlər sonra bacısı ilə Muradın arasında olan soyuq münasibətə görə Muradla arasında mübahisə yaranmışdır. Mübahisə əsnasında o əsəbiləşərək Murada yaxınlaşıb onu əli ilə vuraraq döymüşdür. Sonra evi tərk edib getmişdir. Etdiyi əməlin məsuliyyətini dərk etdiyini, əməlindən peşman olduğunu ,yeni doğulmuş uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində qaynı Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvana çağırmışdır ki, bacısını başa salsın və evlərində olan münaqişəyə son qoyulsun .Həmin gün sadəcə pivə içmişdir.Məhəbbət gəldikdən sonra ona bacısından şikayətlənməyə başlamış və bu minvalda aralarında mübaisə başlamışdır. Mübahisə əsnasında Məhəbbət ona yaxınlaşıb sağ əli ilə baş nahiyəsindən bir zərbə vuraraq otağı tərk etmişdir. Sol gözündən və alt dodaq nahiyəsindən ağrılı xəsarət aldığı üçün polisə müraciət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs bu hərəkətlərinə görə bağışlamadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X5 Şəxsi Xətai rayon Şöbəsinin verdiyi 16 iyun 2023-cü il tarixli 663 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözətrafı nahiyənin dərialtı hematoması, sol göz almasının qasızması, alt dodağın qansızması müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilərək 08 il müddətinə azadıqdan məhrum edilmişdir. xx.xx.2022-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 02 iyun 2023-cü il təvəllüdlü X4 adlı bir azyaşlı övladı var. İş materiallarında olan Bakı Neft-Energetika Kollecinin yataqxanasının komendantı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əliyev X2 rayonundan məcburi köçkün kimi 1992-ci ildən Bakıxanov qəsəbəsi R.Qəmbərov 4 ünvanında yerləşən Bakı-Neft-Energetika Kollecinin yataqxanasında məskunlaşmışdır. Füzuli rayonunda sürücülük kursunu bitirmişdir. 2015-2022-ci illərdə həbs olunmuşdur. Halhazırda sürücülüklə məşğuldur. Yataqxanada yaşadığı müddətdə özünü bir vətəndaş kimi tərbiyəli və məsuliyyətli aparmışdır. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirilmjişdir. Onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs bir azyaşlı uşağının olmasını, törətdiyi əməldən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yüngülləşdirici halları və işin digər hallarını nəzərə alır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə islah etmək mümkündür. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat cərimə cəzasına məhkum edilsin. Hökmdən, elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar