Məhkəmə qərarları › İş №1(011)-422/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-422/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-422/2024 03.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, Ağstafa rayonu, Ağstafa şəhəri, X3 küçəsi, ev 17 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,269 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz döviyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 26 aprel 2024-cü il tarixdə, saat 18:20-də Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsi 31 saylı ünvanın yaxınlığında saxlanılıb ünvan 37-ci PŞ-nin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanda siqaretin qızılı rəngli kağızı bükümündə təmiz çəkisi 0.269 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 aprel 2024-cü il tarixdə yaşadığı evin qapısında duran zaman polis əməkdaşları ona yaxınlaşmışlar və onu avtomobilə əyləşdirərək Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nə aparmışlar. Həmin vaxt onun üzərində heç bir qanunsuz maddə olmamışdır, belə ki narkotik vasitəni cibinə qoyub qapının ağzında gəzməsi ağlabatan hesab edilə bilməz. 4 nəfər polis əməkdaşı onu avtomobilə əyləşdirdikdən sonra telefonunu əlindən almışlar və ona heç bir sual verməmişlər. O, 26 aprel 2024-cü il tarixdə, günorta saat 2 radələrində tutulmuşdur. Daha sonra axşam saat 11 radələrində qohumları onu görmək üçün Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nə gəlmişlər. O, onlara məlumat vermişdir ki, üzərində heç nə yoxdur onu şərləyəcəklər. Gecə saat təxminən 12-də polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitəni qəbul etməsini və üzərində daşımasını etiraf etməsini bildirmişdir. Lakin o, törətmədiyi əməli etiraf etməyəcəyini bildirmişdir. Daha sonra səhər saat 6 radələrində Nemət və Teymur onun saxlanıldığı yerə gələrək dubinkaya bənzər əşya və skoç çıxarıb onun əllərini bağlayaraq onu söymüşlər. O, cəzaçəkmə müəssisəsindən təzə çıxdığını və narkotik vasitə daşımadığı bildirsə də, polis əməkdaşları bir neçə saat ona qarşı fiziki güc tətbiq etmişlər və ayaqlarının altından vurmuşlar. Hətta bir neçə dəfə çəkiliş etməyə çalışsalar da o, əməlini etiraf etməmişdir. Lakin daha sonra döyülməyə artıq dözə bilmədiyindən törətmədiyi əməli etiraf etmək məcburiyyətində qalmışdır. Bundan sonra üzərində videoçəkiliş aparılmış və kibrit qutusu boyunda maddə tərəzinin üzərinə qoyularaq ölçülmüşdür. Həmçinin, polis əməkdaşları ona demişlər ki, əməlini etiraf etməsə onu daha ağır maddə ilə prokurorluğa təhvil verəcəklər və onunla orada belə rəftar olunmayacaq. O, içəridən təzə çıxdığı üçün qeydiyyatda olduğundan onu tutmuşlar. Polislər onu qonşuların şikayətlərinə əsasən tutduqlarını desələr də, həmin qonşuların adlarınə ona deməmişlər, halbuki onun qonşularla heç bir ədavəti yoxdur. O, polis şöbəsində olan zaman bacısı onun yanına gəlmiş və o, ona bildirmişdir ki, üzərində heç nə yoxdur müvafiq qurumlara bu barədə xəbər versin. Müvəqqəti saxlama yerində olan zaman belə o, müdafiəçi ilə təmin olunmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilən zaman, həmçinin müstəntiqə də sözügedən əməlim törətmədiyini bildirmişdir. Bundan əlavə, ittiham aktında qeyd edilmişdir ki, guya o, Nizami rayonu ərazisində bir nəfər şəxsə yaxınlaşaraq narkomana bənzədiyini demiş və varsa ona 10 manat müqabilində narkotik vasitə satmasını istəmişdir, qeyd olunan hal özü-özlüyündə gülüncdür və kiməsə yaxınlaşıb belə bir sual vermək mümkün deyil. Beləliklə o, göstərilənlərə əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etdiyinə və başqa cinayət törətdiyinə görə dəfələrlə məhkum olunmuş və sonuncu dəfə 2023-cü ilin ortalarında azadlığa buraxılmış, azadlığa çıxdıqdan sonra yenə də Bakı şəhərinin müxtəlif ərazilərindən tanımadığı şəxslərdən narkotik vasitələrin müxtəlif növlərindən alıb istifadə etmişdir. 26 aprel 2024-cü il tarixdə günorta vaxtı Bakı metropoliteninin «Nizami» stansiyasının yaxınlığında olan zaman narkotik vasitələrdən istifadə edən şəxsə oxşayan bir nəfərə yaxınlaşıb narkotik vasitəsi olub-olmadığını soruşduqda bir bükümdə heroininin olduğunu və 10 manata sata biləcəyini demiş, sonra həmin tanımadığı şəxsə 10 manat verib şəffaf sellofanda bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş heroini alıb əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoymuş və ağrıları olduqda istifadə etmək istəmiş, həmin gün saat 18:20də yaşadığı ünvana yaxın olan ünvan 4ğu vaxt mülki geyimli şəxslər yaxınlaşıb polis əməkdaşları olduqlarını və özünü təqdim etməsini bildirmişlər, özünü təqdim etdikdən sonra narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilindiyi üçün razılığı ilə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə aparılmış, şöbədə polis əməkdaşları tərəfindən vəkillə təmin olunduqdan sonra videoçəkilişlə üzərinə axtarış aparılmış, həmin vaxt üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim olunması təklif olunmuş, bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı narkotik vasitəni çıxarıb masanın üzərinə qoymuş, həmin maddənin nə olması soruşulduqda «kakos» kimi tanıdığı narkotik vasitə olan heroin olmasını, şəxsi istifadəsi üçün metronun «Nizami» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata almasını və üzərində saxlamasını bildirmişdir. Sonra həmin maddə bükümü ilə birlikdə tərəzidə çəkilərək 0.36 qram olması müəyyən edilmiş, daha sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra onun və polis mayoru Şahid2 Mədət oğlunun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 26 aprel 2024-cü il tarixdə, saat 18:20-də tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsi 31 ünvanın yaxınlığında saxlanılmış və Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edilmişdir. Şöbədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş, bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofanın içərisində 01 ədəd qızılı falqaya bükülmüş içərisində spesifik iyə malik, tünd qəhvəyi rəngli maddəni çıxardıb təqdim etmiş və həmin bükümün içərisində heroin olmasını, şəxsi istifadəsi üçün metronun Nizami stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata almasını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, onun üzərindən aşkar edilmiş 01 büküm narkotik vasitə olan heroin elektron tərəzidə çəkilib kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, sonra bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunaraq şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk protokola əlavə edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs tərəflərindən şübhəli şəxs kimi saxlanılarkən və 37-ci PŞ-nə aparılarkən ona hər hansı bir formada fiziki və ya psixi güc tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Mədət oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlayıb daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə şöbənin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən şöbə rəisinə məruzə olunmuş, sonra Şahid1 rəhbərliyi və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 26 aprel 2024-cü il tarixdə, saat 18:20-də tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsi 31 ünvanın yaxınlığında saxlanılmış və onun paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədilə onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər, şöbədə Təqsirləndirilən şəxs saxlanılması barədə rəhbərliyə raportla məruzə olunmuş və o, şöbənin təhqiqatçısı, polis kapitanı Neman Rufullayevə təhvil verilmişdir. Daha sonra təhqiqatçı Neman Rufullayev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq ona hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş, bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları çıxarıb masanın üzərinə qoymaq təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofanın içərisində 01 ədəd qızılı falqaya bükülmüş içərisində spesifik iyə malik, tünd qəhvəyi rəngli maddəni çıxardıb təqdim etmiş və həmin bükümün içərisindəki maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olmasını, şəxsi istifadəsi üçün metronun Nizami stansiyasının yaxınlığında tanımadığı və heç bir anket məlumatını bilmədiyi şəxsdən 10 manata almasını bildirmiş, sonra videoçəkiliş zamanı təhqiqatçı Təqsirləndirilən şəxs başqa harada hər hansı qanunsuz əşya saxlayıbsaxlamadığını soruşduqda başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, onun üzərindən aşkar edilmiş 01 büküm tərəzidə çəkilib kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, sonra iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 26 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 18); şəxsi axtarış və götürmə aparılması haqqında 26 aprel 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofanın içərisində 1 ədəd qızılı folqaya bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin şəffaf sellofanın içərisində 1 ədəd qızılı folqaya bükülmüş bükümün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin kakos adı ilə tanınan maddə olan “heroin” olmasını bildirmişdir. Həmin 1 ədəd qızılı rəngli folqaya bükülmüş büküm açıldıqda, içərisində tünd qəhvəyi rəngdə olan, spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddə tərəfindən elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,36 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Nizami metrosu kimi tanıdığı ərazidən heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata almış və özü istifadə etmək üçün 1 büküm edərək üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 28-30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2024-cü il tarixli, 3-16/16/2-6/2313 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №153”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.269 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (i.v. 48-51); şübhəli şəxsin dindirilməsi haqqında 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, 26 aprel 2024-cü il tarixdə günorta vaxtı Bakı metropoliteninin «Nizami» stansiyasının yaxınlığında tanımadığı şəxsə 10 manat verib şəffaf sellofanda bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş heroini alıb əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoyduğunu, ağrıları olduqda istifadə etmək istədiyini, həmin gün saat 18:20-də yaşadığı ünvana yaxın olan ünvan 4ğu vaxt mülki geyimli polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, sonra narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilindiyi üçün öz razılığı ilə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə aparıldığını, şöbədə polis əməkdaşları tərəfindən vəkillə təmin olunduqdan sonra videoçəkilişlə üzərinə axtarış aparıldığını, həmin vaxt əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı narkotik vasitəni çıxarıb masanın üzərinə qoyduğunu, həmin maddənin nə olması soruşulduqda «kakos» kimi tanıdığı narkotik vasitə olan heroin olmasını, şəxsi istifadəsi üçün metronun «Nizami» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata almasını və üzərində saxlamasını etiraf etmiş və “ifadəmə başqa əlavəm yoxdur, oxudum, sözlərimlə düzgün yazılıb, imzamla təsdiq edirəm” qeyd edərək həmin protokolu imzalamışdır (i.v. 57-59); diskə baxış keçirilməsi haqqında 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 26 aprel 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 60); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 61-62); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 28 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, 26 aprel 2024-cü il tarixdə günorta vaxtı Bakı metropoliteninin «Nizami» stansiyasının yaxınlığında tanımadığı şəxsə 10 manat verib şəffaf sellofanda bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş heroini alıb əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoyduğunu, ağrıları olduqda istifadə etmək istədiyini, həmin gün saat 18:20-də yaşadığı ünvana yaxın olan ünvan 4ğu vaxt mülki geyimli polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, sonra narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilindiyi üçün öz razılığı ilə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə aparıldığını, şöbədə polis əməkdaşları tərəfindən vəkillə təmin olunduqdan sonra videoçəkilişlə üzərinə axtarış aparıldığını, həmin vaxt əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı narkotik vasitəni çıxarıb masanın üzərinə qoyduğunu, həmin maddənin nə olması soruşulduqda «kakos» kimi tanıdığı narkotik vasitə olan heroin olmasını, şəxsi istifadəsi üçün metronun «Nizami» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata almasını və üzərində saxlamasını etiraf etmiş və “ifadəmi oxudum, mənim sözlərimlə düz yazılıb, əlaəvm yoxdur və doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək həmin protokolu imzalamışdır (i.v. 70-71); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-322/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 80-82); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 32, 320.1, 320.2 və 320-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Ağstafa Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 132, 32, 320.1, 320.2 və 310-cu maddələri ilə təqsirli bilinərək CM-nin 67-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə aylıq gəlirinin 20% dövlət nəfinə tutulmaqla 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilmişdir; barəsində Xətai RPİ-nin İŞ-də CM-nin 128-ci maddəsi ilə istintaq olunan cinayət işinin icraatına xx.xx.2019-cu il tarixdə CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən CM-nin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən xitam verilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 87-90); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin xx.xx.2024-cü il tarixli, 3944 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 105-106); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 02 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.269 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.219 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, 01 ədəd DVD-R disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır (i.v. 107-113); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Sorğu zamanı həbs olunarkən xəsarət almadığını bildirmişdir. İlkin tibbi müayinə zamanı onun bədənində xəsarət aşkar edilməmiş, alın, sağ almacıq nahiyəsində, sol saidin ön və arxa səthlərində, qarının ön divarında, sağ qalça nahiyəsində, sol baldırın ön səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofanın içərisində 1 ədəd qızılı folqaya bükülmüş bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs həmin şəffaf sellofanın içərisində 1 ədəd qızılı folqaya bükülmüş bükümün içərisində nə olması, nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin kakos adı ilə tanınan maddə olan “heroin” olmasını, xx.xx.2024-cü il tarixdə Nizami metrosu kimi tanıdığı ərazidən heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata aldığını və özü istifadə etmək üçün 1 büküm edərək üzərində saxladığını bildirir. Həmin 1 ədəd qızılı rəngli folqaya bükülmüş büküm açıldıqda, içərisində tünd qəhvəyi rəngdə olan kütlə aşkar edilir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilir və həmin kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 0,36 qram olması müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 narkotik vasitənin İ.N.Əlizadəyə məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 26 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofanın içərisində 01 ədəd qızılı falqaya bükülmüş içərisində spesifik iyə malik, tünd qəhvəyi rəngli maddəni çıxardıb təqdim etmiş və həmin bükümün içərisində heroin olmasını, şəxsi istifadəsi üçün metronun Nizami stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata almasını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, onun üzərindən aşkar edilmiş 01 büküm narkotik vasitə olan heroin elektron tərəzidə çəkilib kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, sonra bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunaraq şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk protokola əlavə edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs tərəflərindən şübhəli şəxs kimi saxlanılarkən və 37-ci PŞ-nə aparılarkən ona hər hansı bir formada fiziki və ya psixi güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid2 Mədət oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 26 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qeyriqanuni əşyaları çıxarıb masanın üzərinə qoymaq təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofanın içərisində 01 ədəd qızılı falqaya bükülmüş içərisində spesifik iyə malik, tünd qəhvəyi rəngli maddəni çıxardıb təqdim etmiş və həmin bükümün içərisindəki maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olmasını, şəxsi istifadəsi üçün metronun Nizami stansiyasının yaxınlığında tanımadığı və heç bir anket məlumatını bilmədiyi şəxsdən 10 manata almasını bildirmiş, sonra videoçəkiliş zamanı təhqiqatçı Təqsirləndirilən şəxs başqa harada hər hansı qanunsuz əşya saxlayıb- saxlamadığını soruşduqda başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, onun üzərindən aşkar edilmiş 01 büküm tərəzidə çəkilib kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, sonra iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, 26 aprel 2024-cü il tarixdə üzərində narkotik vasitə olmamışdır, lakin Polis Şöbəsində olan zaman polis əməkdaşları ona psixi və fiziki təzyiq göstərək narkotik vasitəni qanunsuz olaraq üzərində daşımasını etiraf etməsini bildirmişlər və o da məcbur qalıb törətmədiyi əməli etiraf etmişdir. Lakin məhkəmə bu faktla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs bədənində tutularkən hər hansı bir xəsarət izinin olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına sorğu məktubu göndərilmiş və xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs sorğu zamanı həbs olunarkən xəsarət almadığını bildirmişdir. İlkin tibbi müayinə zamanı onun bədənində xəsarət aşkar edilməmiş, alın, sağ almacıq nahiyəsində, sol saidin ön və arxa səthlərində, qarının ön divarında, sağ qalça nahiyəsində, sol baldırın ön səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalaraq ifadə verməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.269 qram olan narkotik vasitə - heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Belə ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2005ci il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən ödənildiyindən, həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan CM-nin 18.4.3 və 18.4.4-cü maddələrinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını xx.xx.2023-cü il tarixdə çəkib qurtarmasına baxmayaraq, azad edildiyi vaxtdan 02 il keçmədən hazırki cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, cinayətin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 26 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.269 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.219 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.269 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.219 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar