Məhkəmə qərarları › İş №1(011)-422/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-422/2025

02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-422/2025 02.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Mustafayev İlkin Nizami oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-ci ildə Bakı şəhərində doğulmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0,495 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən 17 may 2025-ci il tarixdə saat 13:11-də keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 4 ünvanında saxlanılıb videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,495 qram olan ağ rəngli kristal şəkilli maddə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən X5 tanıdığı bir şəxsdən tramadol əldə etmək üçün gedərkən bükümdə ona psixotrop maddə verdikdən dərhal sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Tutularkən üzərində narkotik vasitə olmuşdur. Qeyd etmişdir ki, tramadolu əldə etmək ilə bağlı onun həkim resepti var, sadəcə olaraq həmin resept ilə ayda 1 dəfə tramadol əldə edə bilər. Ona az cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qeyd edilən maddə ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur, Belə ki, 2005-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 129.1-ci maddələri ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, 2010-cu il tarixli Səbail Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, 2012-ci il tarixli Yasamal Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, 2014-cü il tarixli Yasamal Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, 2018-ci il tarixli Səbail Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Xeyli müddət olar ki, narkotik vasitə və psixotrop maddə qəbul edir. Onun istifadəsində dostunun adına olan 055- ***-**- ** nömrədə istifadə etmiş olduğu «Samsung» markalı mobil telefon vardır. Bundan başqa üzərində bacısı Əlizadə (Zahidova) Nigar Teymur qızının adına olan “leobank” bank kartı olmuş, ona kartı istifadə üçün vermişdir. 17 may 2025-ci il tarixdə Xətai metrosunun üzərində olan zaman onun ağrıları olmasına görə tanımadığı şəxsə yaxınlaşıb ondan 20 manat bir çet psixotrop maddə olan el arasında şüşə kimi tanınan metamfetamin almışdır ki, ağrıları olmasına görə sakit bir yerə keçib qəbul etsin. Həmin psixotrop maddəni almış olduğu şəxsi o tanımamış, onda hər hansı anket məlumatı və ünsiyyət vasitəsi olmamışdır. Həmin şüşə metamfetamini alıb əynində olan qara rəngli cins şalvarın sol yan cibinə qoymuşdur ki, sonra tələbatı və sıxıntıları olan zaman qəbul etsin. 17 may 2025-cü il tarixdə saat 13 radələrində o Xətai metrosunun yaxınlığında olan İzzət Orcuov küçəsində həmin şüşəni qəbul etmək üçün kolluq hissəyə keçən zaman tanımadığı mülkü geyimdə olan 3 nəfər şəxs əllərində olan telefon ilə videoçəkiliş etməsi barədə ona məlumat verib yaxınlaşmışlar və özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqlərini göstərib şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini bildirmişlər. O özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, üzərində hər hansı bir şəxsiyyətini təsdiq edən sənədi olmadığından, üzərində şüşə deyilən maddə olmasına görə qorxub özünü şübhəli aparmışdır. Polis əməkdaşları üzərində olan qeyri-qanuni əşyanı təqdim etməsini bildirmişlər. O əynindəki qara rəngli cins şalvarın sol yan cibindən özünə bir neçə dəqiqə əvvəl almış olduğu bir ədəd sellofan olan bükümu və "Samsung" markalı mobil telefon təqdim etmişdir. Bundan başqa qara rəngli alışanı və həmin qara rəngli cins şalvarın sağ yan cibindən bacısının adına olan onun istifasində olan "Leonbank" kartını təqdim etmişdir. Xeyli müddət olar ki, şüşə deyilən metamfetamin qəbul etdiyindən həmin bükümün içərisində olan kütlənin metamfetamin olmasını və həmin bükümü bir müddət öncə aldığını, özü qəbul etmək məqsədi ilə cibinə qoymasını bildirmişdir. Həmin bükümlər onun gözü önündə açılmış, tərəzi üzərinə qoyulmaqla çəkilmişdir. Bundan sonra həmin bükümdə olan maddə qeyd edilən ünvanda onun gözü qarşısında qablaşdırılmış və möhürlənmişdir. Buna görə polis əməkdaşları onu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə gətirmişlər. Xətai RPİ-nin 37-cü polis şöbəsində inzibati binasının otaqlarının birində ona hüquqlarını izah etmişlər, həmin bükümün ondan götürülməsi ilə bağlı bir an öncə videoçəkiliş ilə olan hallara dair protokol tərtib olunmuş, bundan sonra o həmin sənədlər təhqiqatçıya təqim olunmuş və Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin inzibati binasının otaqlarının birində təhqiqatçı ona hüquqlarını izah etmiş, hüquqları izah olunmuş, polis əməkdaşları üzərində aşkar olunmuş 1 ədəd ondan aşkar olunmuş sellofan paketdə olan bükümə baxış keçirilmişdir. Həmin kütlə olan bükümün metametaminə oxşar olmasını bildirmklə ona məxsus olmasını təsdiq etmişdir. Həmin büküm onun gözü qarşısında qablaşdırılmış, möhürlənmiş, tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Bundan başqa hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət olunmuş, ona təqim olunmuşdur. Etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmiş, ona hər hansı bir təziq və təsir olmamışdır. Ona hər hansı bir təziq və təsir olmamışdır.(i.v. 75-78, 207-208) İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamış, onunla düşmənçiliyi və ədavəti olmamışdır. 17 may 2025-ci ildə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, yəni əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olur. Dərhal verilmiş əməliyyat məlumatının realizə edilmə planı işlənib hazırlanmış, o əməliyyat müvəkkilləri polis kapitanı X4 və polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, davranış xəttini müəyyən etmişlər. Təqsirləndirilən şəxs qanuna zidd əməllərinin ifşa edilməsi məqsədilə onun ətrafında müvafiq əməliyyat axtarış tədbirlərinin keçirilməsinə qərar verilmişdir. Saat 13 radələrində növbəti əməliyyat məlumatı əsasında əməliyyat qrupu Təqsirləndirilən şəxs olması ehtimal edilən Xətai rayonu, İzzət Orucov küçəsi 20 ünvanına gəlinmiş saat 13:11-də orda onların diqqətini daxil olmuş əməliyyat məlumatında zahiri əlamətləri göstərilmiş “Təqsirləndirilən şəxs”-nin əlamətləri ilə üst-üstə düşən şəxs cəlb etdiyi üçün ona dərhal telefonun videoçəkilişi ilə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək onu saxlamışlar, onunla sorğu apararaq özündən Təqsirləndirilən şəxs olub-olmamasını dəqiqləşdirmişlər. Əməliyyat məlumatı təsdiqini tapdığından ona üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofanda olan kütləni, "Samsung" markalı mobil telefonu və bundan başqa həmin şalvarın sağ yan cibindən qara rəngli alışqan və "Leobank" kartını təqdim etmişdir. Xeyli müddət olar ki, narkotik vasitə və psixatrop maddə qəbul etdiyini həmin sellofanın içərisində olan kütlənin şüşə deyilən metamfetamin olmasını, həmin bükümü Xətai metrosunun üzərində tanımadığı şəxsdən 20 manata bir çet olmaqla almaqla üzərində daşıyıb sakit bir yerə keçib özü qəbul etmək istədiyini bildirmişdir. Həmin psixotrop maddə olan büküm qeyd edilən ünvanda hər kəsin o cümlədən Təqsirləndirilən şəxs gözü qarşısında açılıb baxıldıqdan sonra yerində qablaşdırılmış, möhürlənmiş və hadisə yerində qeyd edilənləri sənədləşdirmək üçün əlverişli şərat olmadığına görə onlar onu Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə gətirmişlər. 37-ci Polis şöbəsinin xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, həmin psixotrop maddənin ondan götürülməsi ilə bağlı bir an öncə videoçəkiliş ilə olan hallara dair protokol tərtib olunmuş, iştirakçılar və o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra toplanmış material üzərindən aşkar olunmuş bükümlər ilə birlikdə 37-ci Polis şöbəsinin təhqiqatçısına təqdim olunmuş, təhqiqatçı tərəfindən onun hüquq və vəzifələrini izah olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofandakı bükülü olan kütləyə onların və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, həmin kütlənin şüşə deyilən metamfetaminə oxşar maddə olması təxmin olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olmasını və üzərindən aşkar olunmasını təsdiq etmişdir. Həmçinin ilkin saxlanan zaman göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofanda olan kütlə onlar və bütün iştirakçıların gözü qarşısında zərfə qoyulmaqla qablaşdırıb, möhürlənmiş və iştirakçılar zərflərin üzərində imza edib orada olan kütlələrin məhz Təqsirləndirilən şəxs üzərindən baxışda aşkar edilib götürüldüyünü təsdiq etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs hər hansı formada təsir göstərilməmiş, ondan başqa qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlanıdırılmış şahid Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci PŞ-nin əməliyyat müvvəkili X4 və Şahid3 gəlməmişdir. Məhkəmə istintaqı zamanı iştirak etməyən şahidlərin ifadələri elan edilmişdir. Həmin ifadələrində Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci PŞ-nin əməliyyat müvvəkilləri X4 və Şahid3 həmin şöbənin əməliyyat müvvəkili Şahid1 ifadəsində göstərdiklərinə uyğun ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); 17 may 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki 17 may 2025-ci il tarixdə, saat 13:11 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, İzzət Orucov kuçası 20 unvanının qarşısında olan zaman saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında. əşyalarında və ya bədənində olması ehtimal edilən kulli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş uzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəffav sellofana bükülmüş ağ rəngli kristalşəkilli narkotik və psixotrop maddəyə bənzər kütləni, qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu və 1 ədəd qara rəngli alışqan, həmcinin qara rəngli cins şalvarının sağ yan cibindən "LeoBank"-a məxsus 1 ədəd bank kartı taqdim etmişdir. Narkotik maddəyə bənzər kutla Çin istehsallı üzərində heç bir yazı olmayan elektron terazidə çəkildi, çəkisi 0.55 (sifir nöqtə yüzdə əlli bes) qram olması müəyyən edildi. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və tərəfimdən imzalandı və götürüldu. Daha sonra şəxsin üzəri yoxlanıldı, sonuncunun üzərində qnaunla qadağan edilmiş hər hansı bir əşya predmeta rast gelinmadi iş üzrə əhəmiyyət kəsb etdiyi uçun 1 ədəd səffay sellofana bukulmuş ağ rəngli kristalsəkilli narkotik və psixotrop maddəyə bənzər kutlə 1(bir) ədəd mobil telefon, 1 ədəd alışqan və 1 ədəd bank kartı sonuncudan götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyını bildirmişdir.(i.v. 18-19) 17 may 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılması və üzərindən əşyaların aşkar olunması zamanı lentə alınmış videogörüntü olan bir ədəd DVD-R formatlı diskə təhqiqatçı tərəfindən baxış keçirilmişdir.(i.v 23) şübhəli şəxsin tutulması haqqında 17 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2025-ci il tarixdə, saat 14:15-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 13:11-dən hesablanmışdır (i.v. 36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2025-ci il tarixli 6/1847 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ".. Təqsirləndirilən şəxs (imza) ... yazıları olan bir ədəd zərf içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,495 qram ağ rəngli, kristalşəkilli maddə - metamfetamindir. (ekspertiza xərci 80 manat) (i.v 48-50) 19 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v 64-65); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-272/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 may 2025-ci il tarixdən hesablanmışdır.(i.v 104- 108) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tələbnamədən görünür ki, xx.xx.2005-ci il tarixli Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 129.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, xx.xx.2010-cu il tarixli Səbail rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, xx.xx.2012-ci il tarixli Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, xx.xx.2024-cü il tarixli Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına, xx.xx.2018-ci il tarixli Səbail rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, xx.xx.2022-ci il tarixli Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü dəyişdirilib 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkmum olunmuşdur. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v 117-120) xx.xx.2025-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 23 iyun 2025-ci il tarixli "xxxx" 6021/25 mömrəli məktuba əlavə edilmiş, CD disk açıldıqıda «99***-***-**-**.txt», “abuneciler.xlsx”, “antenna.xlsx” və «sms detallaşması» adlarda olan fayıllara baxış keçirilmiş, baxış zamanı CD diskdə olan "antenna.xlsx" adlı fayıla keçirilən baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs Teymru oğlunun xx.xx.2025-ci il tarixdə saat 13:11-də "Baki seh Xetai ray, İzzət Orucov kuçüsində olması müəyyən edilmişdir. CD disk açıldıqıda "**********61.txt” «sms detallaşması» adında fayıla baxış keçirilərkən 99***-***- **-** (Təqsirləndirilən şəxs istifadəsində olan) mobil nömrədən ***-***-**-** nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 17:28:34-də göndərilmiş smsdə «X16 Sey Ela», «X14 Pisdi Veziyetim», **********61 (Təqsirləndirilən şəxs istifadəsində olan) mobil nömrədən ***-***- **-** nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 17:51:00-da göndərilmiş smsdə «Menem Ayan, Telim Sönüb, Yığ Bura», eyni mobil nömrələrin xx.xx.2025-ci il tarixdə saat 20:48:11-də göndərilmiş smsdə «Mene zəng eləde, Yığdım açmırsan, pisdi veziyetim, İndi oyanıram, həmin mobil nömrələrin xx.xx.2025-ci il tarixdə saat 01:01:18-də göndərilmiş smsdə «X15 verde, Tel Yoxdu, X9, Dunen» 99***-***-**-** (Təqsirləndirilən şəxs istifadəsində olan) mobil nömrədən ***-***-**-** nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 22:27:20-da göndərilmiş smsdə «Menem Ayam, Tel Ac» kimi mətnli smslər olması müəyyən olunmuşdur. İş üçün əhəmiyyət kəsb etdiyindən "xxxx" MMC-nin 6021/25 mömrəli məktuba əlavə edilmiş, CD diski sübut hesab olunmuş və saxlanması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur.(i.v 163-165) xx.xx.2025-ci il tarixli Mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində üzərində 01 ədəd "xxxx" MMC-yə məxsus ***-***-**- ** mobil nömrə olan “Samsunq” markalı mobil telefonda iş üçün əhəmiyyətli malik heç bir sübut aşkar edilməmişdir.(i.v 171) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator X1 07 iyul 2025-ci il tarixli 4005 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Norkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alının məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F 19.2 diaqnozu ilə dispanserdə qeydiyyatdadır.( i.v.196-197); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzi” X12 Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2076 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham elan olunan dövr ərzində, cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda da emosional davamsız tip şəxsiyyət pozuntusu aşar olunur. Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyyət pozuntsu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu hazırda kompensasiya mərhələsindədir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterili məcburi müalicə tədbirlərinin tətəböəiq edəiləmsinə ehtiyac yoxudur. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb, o öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarəetmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, S.T..Zahidov ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçmək ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilməsi mümükündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci, 21.3-cü və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür.(i.v 198-201) Sübutların qiymətləndirilməsi haqqında 31 iyul 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 17 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış və Xətai rayon məhkəməsi tərəfindən barəsində "həbs qətimkan tədbiri seçilmiş nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd olumuş və həmin epizod üzrə material ayrılaraq Xətai rayon prokurorulğuna göndərilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd olunması və həmin epizod üzrə material ayrılaraq Xətai rayon prokurorulğuna göndərilməsi, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təhvil verdiyi psixotrop maddə könüllü təhvil vermə kimi qiymətləndirilməməsi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halın müəyyən edildiyi nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqata təqdim edilmiş 0,495 qr metamfetamin maddi sübut hesab olunmuş və 0,445 qram metamfetamin Xətai RPİ-nin saxlancına təhvil verilməsi, "xxxx" MMC-nin 6021/25 mömrəli məktubuna əlavə edilmiş, CD disk maddi sübut hesab olunmalı və saxlanması üçün cinayət işinin materiallarına əlavə olunması, istintaq zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs "əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması və baxış keçirilməsi görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə cinayət material ayrılıb ərazi adiyyəti üzrə araşdırma davam etdirilməsi üçün Xətai RPİ-in 37-ci Polis şöbəsinə göndərilməsi, Təqsirləndirilən şəxs istifadəsində "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrədə istifadə olan "Samsung" markalı mobil telefon qorunub saxlanmaqla gələcəkdə Təqsirləndirilən şəxs özünə qaytarılması üçün qohumlarına təhvil verilməsi, Təqsirləndirilən şəxs "Opioidlərin qəbulundan yaranmış psixi və davranış" diaqonuzu ilə qeydiyyat olması Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X2 məsuliyyətini yüngülləşdirən hal olaraq nəzərə alınması və ittiham aktında əks olunması, Təqsirləndirilən şəxs öz müdafiəsinə dair dəlil gətirməmiş və törətmiş olduğu cinayət əməlini etiraf edərək qeyd edilən cinayət əməlinin törətməsini bildirib özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsini göstərmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs gətirdiyi dəlilər toplanmış mötəbər yetərsay sübutların məcmusu ilə cinayət təqibi zamanı tam təsdiq olunaraq onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, baxış protokolu, istintaqa təqdim olunmuş DVD disk və istintaq sənədləri və sübutları ilə tam təkzib edilməz qaydada sübuta yetirilmişdir.(i.v.210-218); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında protokol və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokollarda qeyd olunan xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, tramadol əldə etmək üçün getməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünün ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə təkzib edilir. Belə ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını və tutularkən üzərində olan psixotrop maddəni könüllü etiraf etməsini bildirmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psxiotrop maddə metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti azad olunduğu tarixdən 02 il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətin residivi (CM 61.1.1) vardır. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs "Opioidlərin qəbulundan yaranmış psixi və davranış” diaqonuzu ilə qeydiyyatda olması Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və əməlində cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – şəxsi axtarış və baxış keçirilməsi görüntülərini özündə əks etdirən 02 (iki) ədəd disklər iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Alyans Vəkil Bürosunun vəkili X7 müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 17 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,445 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” formatlı disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 25 (iyirmi beş) saat ərzində hüquqi yardım göstərdiyinə görə Alyans Vəkil Bürosunun vəkili X3 275 (iki yüz yetmiş beş) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar