Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-423/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – “Mizəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs Şahid1 idarə etmək barədə etibarnamə əsasında icarəyə götürdüyü “Toyota Prius minik” markalı, **- OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili hüququ olmadığı halda satacağına dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 29 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 93 ünvanında yerləşən kişi salonunda 2.000 manat, sonuncu dəfə 30 sentyabr 2021-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında mobil tətbiq vasitəsi ilə ona məxsus olan 4169-7385-2484- 8045 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kart hesabına köçürdüyü 200 manat olmaqla, ümumilikdə 2.200 manat məbləğində pulunu ələ keçirərək Zərərçəkmiş şəxs cəmi 2.200 manat ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2018-ci ildən bəri ortaq getdikləri Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 93 ünvanında yerləşən kişi salonundan tanışdır, orada onunla bir neçə dəfə qarşılaşmışdır. 2021-ci ilin sentyabr ayının ortalarında həmin kişi salonunda olarkən Zərərçəkmiş şəxs avtomobil almaq istəməsi barədə söhbət etdiyini, taksi sürücüsü kimi işləmək üçün münasib qiymətə avtomobil almaq istədiyini, lakin pulunun az olduğunu eşitmişdir. O, Nicata pulu az olduğu üçün hissə-hissə qaytarması şərti ilə borca pul verə biləcəyini, ondan faiz almayacağını demiş, Nicat isə ondan həmin vaxtlar idarə etdiyi “Toyota Prius” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmağını istəmişdir. O isə Nicata avtomobilin özünə aid olmadığını, avtomobilin əsl sahibi olan Şahid1 sürmək üçün verdiyi etibarnamə əsasında idarə etdiyini deməmiş, Nicatın ona məxsus olduğunu fikirləşdiyi "Toyota Prius" markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Nicata satmaq barədə salonda razılaşmışdır. Aralarındakı razılığa əsasən Nicat ona 2200 manat məbləğində ilkin ödəniş üçün pul verməli, qalan məbləği isə hər ay 500 manat olmaqla 24 ay müddətində ödəməli idi. Bundan təxminən üç gün sonra, yəni 29 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Nicatla əvvəl danışdıqları Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 93 ünvanında yerləşən kişi salonunda görüşmüş, orada Nicat ona 2000 manat məbləğində pulu əlbəəl formada vermiş, ilkin ödəniş üçün qalan 200 manat məbləğində pulu isə 30 sentyabr 2021-ci il tarixində axşam saatlarında öz bank hesabından ona məxsus 4169-7385-2484-8045 saylı "xxxx" ASC-ə aid karta köçürmüşdür. Bundan sonra Nicat avtomobillə qəza keçirərək onun bəzi detallarını zədələmiş, avtomobillə bir neçə dəfə qayda pozuntusu törətdiyi üçün cərimə olunmuşdur. Sonrakı aylar isə Nicat avtomobil üçün ödəməli olduğu aylıq 500 manat pulu ona ödəməmişdir. Buna görə də, avtomobilin əsl sahibi Şahid1 avtomobil üçün hər hansı ödəniş etməməyi səbəbi ilə ondan avtomobilini geri tələb etmişdir. O, Fuaddan bir müddət vaxt istəsə də, 2021-ci ilin noyabr ayının əvvəllərində məcbur qalaraq onunla “Koroğlu” metrostansiyasının yanında görüşüb “Toyota Prius” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Fuada qaytarmışdır. Zərərçəkmiş şəxs isə ilkin ödəniş üçün verdiyi pulu geri tələb etsə də, maddi imkanı yaxşı olmadığı üçün həmin pulu qaytara bilməmiş, Nicat da polisə şikayət etmişdir. Əməlindən səmimi peşmandır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, tikinti sahəsində fəhlə kimi işləmişdir. 2021-ci ilin sentyabr ayında taksi fəaliyyəti ilə məşğul olmaq üçün münasib qiymətə avtomobil axtarmışdır. Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 93 ünvanında yerləşən çox vaxt getdiyi kişi salonunda olarkən bir neçə nəfərlə söhbət edən zaman avtomobil almaq istədiyini, lakin pulunun kifayət qədər olmadığını, 4000 manat məbləğində pulunun olduğunu demişdir. Həmin vaxt salonda olan Təqsirləndirilən şəxs da söhbətə qoşulmuş, avtomobil almaq üçün çatmayan məbləği aybaay ödəmək şərti ilə ona borca verə biləcəyini, faiz hesablanmayacağını bildirmişdir. Daha sonra özünün idarə etdiyi “Toyota Prius” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq fikri olduğunu və alıcı axtardığını demişdir. Buna görə də o, Söhmənə onun idarə etdiyi avtomobili almağı, ödənişi isə ona hissə-hissə ödəməyi təklif etmiş, Söhmən isə avtomobili 8500 manat müqabilində təxminən 6 ay əvvəl aldığını, avtomobilin özünə aid olduğunu, onun saz vəziyyətdə olduğunu bildirmiş, ilkin ödəniş edəcəyi halda “Toyota Prius" markalı avtomobili pulun qalan hissəsini də hər ay hissə-hissə ödəmək şərtilə ona sata biləcəyini demiş, əvvəldən onda 4000 manat pul olduğunu eşitdiyi üçün həmin məbləği ilkin ödəniş olaraq istəmiş, qalan məbləği aylara bölərək ödəyə biləcəyini demişdir. Özündə olan pulun müəyyən hissəsini başqa məqsədlə istifadə etməli olduğunu, ona ancaq 2200 manat məbləğində pul verə biləcəyini demiş, ilkin ödəniş olaraq 2200 manat vermək, 20 ay ərzində isə hər ay 500 manat məbləğində olmaqla qalan ödənişi etmək barədə razılaşmışlar. Söhmən 3 gün sonra avtomobili ona verəcəyini, ilkin ödənişi də həmin vaxt alacağını demişdir. Təqribən 3 gün sonra, yəni 29 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Söhmənlə əvvəl danışdıqları Xətai rayonu, Məzahir Rüstəmov küçəsində yerləşən kişi salonunda görüşərək ona 2000 manat məbləğində pul verib ilkin ödəniş üçün danışdıqları qalan 200 manat məbləğində pulu isə kart hesabına köçürəcəyini demişdir. Bundan sonra Söhmən avtomobili ona vermiş, etibarnaməni isə elektron formada onun adına verəcəyini bildirmişdir. Səhəri gün, yəni 30 sentyabr 2021-ci il tarixində saat 21:59 dəqiqədə Xətai rayonunda yaşadığı evdə olarkən telefonunda olan mobil tətbiq vasitəsi ilə öz "xxxx" ASC-ə aid 4169-7385-1932-3780 saylı debet kartından nəzərdə tutulan 200 manat pulu Təqsirləndirilən şəxs 4169-7385-2484- 8045 saylı "xxxx" ASC-ə aid kartına köçürmüş, Söhmən isə həmin pulu da götürdüyünü bildirmişdir. Bundan sonra avtomobil bir müddət özündə qalmış, lakin Söhmən vəd etdiyi kimi ona etibarnamə verməmişdir. Söhməndən dəfələrlə etibarnaməni verməyini istəsə də, Söhmən hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Təxminən iki həftə sonra “Toyota Prius” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əsl sahibi olan Şahid1 vasitəsi ilə həmin avtomobilin Söhmənə aid olmadığını öyrənmiş, bundan sonra Söhməndən onu aldatmasının səbəbini soruşduqda Söhmən avtomobili özünün də icarəyə götürdüyünü etiraf etmiş, avtomobili sahibinə qaytarmalı olduğunu deyib ondan geri istəmişdir. O da Söhməndən pulunu geri tələb etsə də, o həmin vaxtı pulu verə bilməyəcəyini demişdir. Noyabr ayının əvvəllərində Söhmən ona zəng edərək avtomobili istəmiş, o isə avtomobil ona aid olmadığından ondan alınacağını bildiyi üçün avtomobili Söhmənə vermək istəməmişdir. Söhmən isə avtomobili ondan kiminsə ala ailməyəcəyini demiş, hətta onunla telefon vasitəsi ilə görüntülü danışarkən ona tapança göstərərək hamısı ilə həmin silah sayəsində bacaracağını bildirmişdir. Həmin danışıq olan gecə Söhmən avtomobili ondan götürüb sahibinə geri qaytarmışdır. Söhmənin aldadaraq ondan aldığı 2200 nanat məbləğində pulu isə tez vaxtda qaytaracağını desə də, qaytarmamışdır. Buna görə də 15 noyabr 2021-ci il tarixdə DİN-nin “102” xidməti-zəng mərkəzi siteminə aldadılmağı barədə məlumat vermişdir. Ona dəyən ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, təqsirləndiriən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən bəri fərdi olaraq saç ustası kimi işləyir. 2015-ci ildən sonra ünvan 3 ünvanında yerləşən kişi salonunda işləmişdir. Orada işlədiyi müddətdən yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs onun müştərisi olmuş, mütəmadi olaraq saçı ilə əlaqədar, bəzən isə söhbət etmək üçün onun işlədiyi yerə gəlmişdir. Təqsirləndirilən şəxs isə təxminən üç ildir ki, işlədiyi yerə gəlmiş, onu müştəri kimi tanımışdır. 2021-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxsla kişi salonunda söhbət edərkən az da olsa pulu olduğunu, taksi kimi işləmək məqsədi ilə hissə-hissə ödəməklə avtomobil almaq istədiyini demişdir. Söhbət əsnasında salonda yanlarında olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobil almağı üçün maddi yardım edə biləcəyini, söhbətin davamında isə öz idarə etdiyi “Toyota Prius” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili hissəhissə ödəniş etməsi şərti ilə Nicata sata biləcəyini demişdir. Bundan sonra Söhmən və Nicat avtomobili almaq barədə öz aralarında danışmışlar. Həmin danışıq olan gündən təxminən 3 gün sonra Nicatla Söhmən yenə işlədiyi kişi salonunda görüşmüş, bu vaxt Nicat Söhmənə onun yanında 2000 manat məbləğində pulu əlbəəl vermiş, qalan 200 manat məbləğində pulu isə bank hesabına köçürəcəyini demişdir. Söhmən pulu aldıqdan sonra etibarnaməni Nicata elektron qaydada verəcəyini bildirmişdir. Bundan bir müddət sonra Söhmən və Nicat müştəri kimi bir neçə dəfə yanına gəlmişdir. Lakin sonradan Söhmənin Nicata satdığı "Toyota Prius” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə aid olmadığını, Nicatı aldadaraq ümumilikdə 2200 manat məbləğində pulunu aldığını öyrənmişdir. Bunu ona Nicatdan savayı Söhmənin özü də etiraf etmişdir. Həmin vaxtdan sonra Söhmən yanına gəlmədiyi üçün ümumiyyətlə onu bir daha görməmişdir. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2021-ci ilin mart ayında X2 “Toyota Prius” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 14000 manat qarşılığında almışdır. Həmin avtomobilin qeydiyyat şəhadətnaməsində X1 adı olsa da, Elman Cəfərova məxsus olmuşdur və özü Elman Cəfərovdan həmin avtomobili pulunu tam formada ödəməklə almışdı. Elman Cəfərov ona avtomobili idarə etmək üçün etibarnamə vermiş, onu aldıqdan sonra bir müddət sürsə də, icarəyə verməyi fikirləşmişdir. Bunun üçün internet saytında elan yerləşdirmiş, 2021-ci ilin iyul ayının sonlarında həmin elan əsasında əvvəl tanımadığı Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq avtomobili icarəyə götürmək istədiyini demişdir. Beləliklə ona 36 ay ərzində gündəlik 25 manat ödəmək şərti ilə özünə məxsus “Toyota Prius” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə vermişdir. Həmin avtomobil özünə məxsus olsa da, işlərinin çoxluğu ilə əlaqədar imkan tapa bilmədikləri üçün onu öz adına keçirə bilməmişdir. Buna görə də, özü etibarnamə verə bilmədiyi üçün həmin vaxt rəsmi qaydada avtomobilə dair sərəncam vermək hüququ olan X4 etibarnamə verməyini xahiş etmiş, beləliklə, Elman Cəfərov 02 avqust 2021-ci il tarixində 6 saylı notariat ofisində Təqsirləndirilən şəxs avtomobili idarə etmək hüququ verən etibarnamə vermişdir. Bundan sonra Söhmən ona avqust ayında, avtomobil üçün ilkin ödəniş olaraq 700 manat məbləğində pul vermiş, lakin bundan sonra o, hər hansı ödəniş etməmişdir. Özü dəfələrlə Söhmənə zəng etməyinə baxmayaraq, onunla hər dəfə əlaqə saxlaya bilməmiş, zənglərinə cavab verdiyi vaxtlarda isə hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu ödəyəcəyini demişdir. Hətta həmin müddətdə ona avtomobillə sürət həddinin aşması barədə bildiriş gəlmiş və həmin bildirişdə olan fotoşəkildən avtomobili Söhmənin yox, başqa tanımadığı sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi biri tərəfindən idarə edildiyini görmüşdür. Bunu Söhməndən soruşduqda isə o, avtomobili bir saatlıq öz işləri ilə əlaqədar iş yoldaşına müvəqqəti verdiyini demişdir. Bundan sonra Söhmən pulu gecikdirməyə və ümumiyyətlə ödəməməyə davam etmiş, özü isə ona verdiyi etibarnaməni də ləğv etməklə ondan avtomobili geri qaytarmasını tələb etmişdir. Söhmən isə onun sözlərinə məhəl qoymayaraq öz bildiyi kimi davranmışdır. Ancaq 2021-ci ilin noyabr ayının əvvəllərində onunla ‘‘Koroğlu" metrostansiyasının yanında görüş zamanı aralarında mübahisə yaranmış və orada avtomobili Söhməndən geri götürmüşdür. Avtomobili Söhməndən götürdükdən sonra onu başqa bir nəfər şəxsə satmışdır. Təqribən 2022-ci ilin aprel ayında isə Nicatın Söhməni polisə şikayət etdiyini, belə ki, Söhmənir ona mənə məxsus “Toyota Prius" markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili öz avtomobili kimi təqdim edərək satdığını, ilkin ödəniş kimi Nicatdan 2200 manat məbləğində pul aldığını öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 25 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin 34-cü PŞ-də toplanmış 2147/21 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır ( i.v. 1); Xətai RPİ-nin 34-cü PŞ-yə ünvanlanan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs “Toyota Prius” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili səlahiyyəti olmadan ona satmaq adı ilə vermiş, həmin avtomobilə görə ilkin ödəniş olaraq 2200 manat məbləğində pulunu aldadaraq ələ keçirmişdir. ( i.v. 6); Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 noyabr 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (i.v. 14-17); Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunub materialın əlavə yoxlamaya qaytarılması barədə 21 aprel 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin 34-cü PŞ-də toplanmış material üzrə təhqiqatçı, polis baş leytenantı İsaq Həsənovun qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə 25 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün RPİ-nin TŞ-yə göndərilmişdir ( i.v 22-23); Cinayət işinin icraata qəbul edilməsi haqqında 30 may 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş və istintaqın davam etdirilməsi qərara alınmışdır ( i.v. 29); Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 04 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 42-43); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur ( i.v. 75); Şübhəli şəxsin tutulması haqqında 22 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli olduğundan həmin tarixdə, saat 15:30-da Xətai RPİnin İŞ-də şübhəli şəxs qismində tutulmuşdur ( i.v. 94-95); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 112); 24 iyul 2022-ci il tarixli dindirmə protokolundan görünür ki, təqsirləndirilən şəxsin dindirilməsi istintaq hərəkəti saat 12:00-dan başlamış və 13:10-dək davam etmiş və o, həmin tarixdə saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir ( i.v. 124-128); “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, “Toyota Prius” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs etibarnamə əsasında verilmişdir ( i.v. 135); Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş xx.xx.2022-ci il tarixli, 34 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs M.Davud küçəsi ev 31A ünvanında yaşayır (i.v. 140); Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 2 saylı Mənzil Kommunal-İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 63 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda ünvan 6 ünvanında qeydiyyatdadır və yaşayır. Təqsirləndirilən şəxs özünü ailədə, yaşadığı məhəllədə nümunəvi aparmaqla qonşularla yaxşı münasibət saxlayır və məhəllədaxili tədbirlərdə fəal iştirak edir. Təqsirləndirilən şəxs haqqında 2 saylı MKİS-ə yazılı və ya şifahi şəkildə heç bir şikayət daxil olmamışdır ( i.v. 141); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Qarayeva Firuzə adlı, xx.xx.2013-cü il təvəllüdlü Qarayeva Pəri adlı övladları vardır ( i.v. 142-143); Sübutların qiymətləndirilməsi barədə 30 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmaqla dəyişdirilmədən qüvvəsində saxlanması, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 ifadələri, diskə baxış keçirilməsi və üzləşdirmə protokolları, həmçinin iş üzrə toplanmış digər sənədlərin iş üzrə sübut kimi qiymətləndirilməsi, işdə olan 01 ədəd DVD-R formatlı diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi, Bakı şəhəri 6 saylı notariat ofisinin təqdim etdiyi çıxarışın sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin tərkib əlaməti yaranmadığı üçün barəsində həmin maddələr ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır ( i.v. 146-153); İş materiallarına əlavə edilmiş “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Məmmədova Firuzə adlı, xx.xx.2013-cü il təvəllüdlü Məmmədova Pəri adlı və 10.12.018-ci il təvəllüdlü Qarayeva Məryəm adlı 3 azyaşlı uşağı vardır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində üç azyaşlı övladının olmasını (CM-59.1.4), törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-423/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-423/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver