Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-424/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhəri rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək faktiki olaraq Zərərçəkmiş şəxs məxsus olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa Əsasən Şahid4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, ev 7, üç otaqlı 8 nömrəli mənzili (yeni qaydalarla: AZ 1026, Bakı şəhəri, ünvan 3, M3, m4) guya özü üçün 120.000 manata almağa dair Zərərçəkmiş şəxs əmisi Şahid3 ilə razılığa gəlib ilkin ödəniş 50.000 manat olmaqla, qalan 70.000 manatı 6 ay müddətinə ödəyəcəyinə dair yalan vəd verdikdən sonra, Təqsirləndirilən şəxs1 həmin mənzili tanışı X3 90.000 manata almağı təklif etmiş, xx.xx.2021-ci ildə ünvan 1 ünvanda fəaliyyət göstərən 40 saylı notariat ofisində Zərərçəkmiş şəxs mənzili etibarnamə əsasında 50.000 manata Ruslan İsmayilovun arvadı X1 sonra, Təqsirləndirilən şəxs1 Şahid5 mənzilə görə xx.xx.2021-ci ilde 40 saylı notariat ofisinin qarşısında aldığı 10.000 manat, xx.xx.2021-ci ildə ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 Şahid5 vasitəsilə borclu olduğu Şahid2 verdiyi 5.000 manat və Təqsirləndirilən şəxs1 Şahid5 xx.xx.2021-ci ildə ünvan 3 ünvanın yaxınlığında aldığı 25.000 manat, ümumilikdə 40.000 manat pul vəsaitini ələ keçirdikdən sonra, həmin pul vəsaitini Təqsirləndirilən şəxs1la aralarında bölərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 40.000 (qırx min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək faktiki olaraq Zərərçəkmiş şəxs məxsus olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa Əsasən Şahid4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, ev 7, üç otaqlı 8 nömrəli mənzili (yeni qaydalarla: AZ 1026, Bakı şəhəri, ünvan 3, M3, m4) guya özü üçün 120.000 manata almağa dair Zərərçəkmiş şəxs əmisi Şahid3 ilə razılığa gəlib ilkin ödəniş 50.000 manat olmaqla, qalan 70.000 manatı 6 ay müddətinə ödəyəcəyinə dair yalan vəd verdikdən sonra, Təqsirləndirilən şəxs1 həmin mənzili tanışı X3 90.000 manata almağı təklif etmiş, xx.xx.2021-ci ildə ünvan 1 ünvanda fəaliyyət göstərən 40 saylı notariat ofisində Zərərçəkmiş şəxs mənzili etibarnamə əsasında 50.000 manata Ruslan İsmayilovun arvadı X1 sonra, Təqsirləndirilən şəxs1 Şahid5 mənzilə görə xx.xx.2021-ci ilde 40 saylı notariat ofisinin qarşısında aldığı 10.000 manat, xx.xx.2021-ci ildə ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 Şahid5 vasitəsilə borclu olduğu Şahid2 verdiyi 5.000 manat və Təqsirləndirilən şəxs1 Şahid5 xx.xx.2021-ci ildə ünvan 3 ünvanın yaxınlığında aldığı 25.000 manat, ümumilikdə 40.000 manat pul vəsaitini ələ keçirdikdən sonra, həmin pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 40.000 (qırx min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı vəsatətlə çıxış edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət cinayət işinin baxılmasına xitam verilməsini və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslanıdırılmışdır ki, həmin cinayət işi fakta görə Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən 27 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış, ibtidai istintaq Bakı şəhəri Xətai rayon Polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru X7 tərəfindən aparılmış, ittiham aktı həmin müstəntiq tərəfindən 12 iyun 2023-cü il tarixdə tərtib edilməklə, 19 iyun 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroru baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən təsdiq edilib, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, ittiham aktına dair tələblər AR CPM-nin 289-cu maddəsində tənzimlənmişdir. İttiham aktı ibtidai istintaqın yekun aktıdır. O, cinayət işi üzrə ibtidai istintaqın qurtarmasını və nəticələrini özündə əks etdirir. İttiham aktı mühüm prosessual sənəd kimi istintaq orqanının gəldiyi nəticənin səciyyəvi xüsusiyyətlərini ehtiva edir. İttiham aktının nəticəvi hisssində təqsirləndirlən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilir. Hazırki iş üzrə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxslərə verilmiş ittihamın təsvirinə əsasən Təqsirləndirilən şəxs1 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs2 faktiki olaraq Zərərçəkmiş şəxs məxsus olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Şahid4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, ev 7, üç otaqlı 8 nömrəli mənzili (yeni qaydalarla: AZ 1026, Bakı şəhəri, ünvan 3, M3, m4) guya özü üçün 120.000 manata almağa dair Zərərçəkmiş şəxs əmisi Şahid3 ilə razılığa gəlib ilkin ödəniş 50.000 manat olmaqla, qalan 70.000 manatı 6 ay müddətinə ödəyəcəyinə dair yalan vəd verdikdən sonra mənzili tanışı X4 90.000 manata almağı təklif etmiş, xx.xx.2021-ci ildə ünvan 1 ünvanda fəaliyyət göstərən 40 saylı notariat ofisində Zərərçəkmiş şəxs həmin mənzili etibarnamə əsasında 50.000 manata Şahid5 arvadı X1 sonra, Şahid5 mənzilə görə xx.xx.2021-ci ildə 40 saylı notariat ofisinin qarşısında 10.000 manat, xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanının yaxınlığında Şahid5 vasitəsi ilə borclu olduğu Şahid2 verdiyi 5.000 manat və xx.xx.2021-ci il taridə ünvan 5 ünvanının yaxınlığında 25.000 manat, ümumilikdə 40.000 manat alıb ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs2la aralarında bölərək, Zərərçəkmiş şəxs Şakir oğluna xeyli miqdar hesab edilən 40.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək faktiki olaraq Zərərçəkmiş şəxs məxsus olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Şahid4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, ev 7, üç otaqlı 8 nömrəli mənzili (yeni qaydalarla: AZ 1026, Bakı şəhəri, ünvan 3, M3, m4) guya özü üçün 120.000 manata almağa dair Zərərçəkmiş şəxs əmisi Şahid3 ilə razılığa gəlib ilkin ödəniş 50.000 manat olmaqla, qalan 70.000 manatı 6 ay müddətinə ödəyəcəyinə dair yalan vəd verdikdən sonra, Təqsirləndirilən şəxs1 həmin mənzili tanışı X5 90.000 manata almağı təklif etmiş, xx.xx.2021-ci ildə ünvan 1 ünvanda fəaliyyət göstərən 40 saylı notariat ofisində Zərərçəkmiş şəxs mənzili etibarnamə əsasında 50.000 manata Şahid5 arvadı X1 sonra, Təqsirləndirilən şəxs1 Şahid5 mənzilə görə xx.xx.2021-ci ildə 40 saylı notariat ofisinin qarşısında aldığı 10.000 manat, xx.xx.2021-ci ildə ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 Şahid5 vasitəsilə borclu olduğu Şahid2 verdiyi 5.000 manat və Təqsirləndirilən şəxs1 Şahid5 xx.xx.2021-ci ildə ünvan 3 ünvanın yaxınlığında aldığı 25.000 manat, ümumilikdə 40.000 manat pul vəsaitini ələ keçirdikdən sonra, həmin pul vəsaitini Təqsirləndirilən şəxs1la aralarında bölərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 40.000 (qırx min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 07 nömrəli Qərarının birinci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Həmin Qərarın 7-ci bəndinə göstərilir ki, nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Hazırki iş üzrə cinayətin predmeti olmuş əmlakın (Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, ev 7, üç otaqlı 8 nömrəli mənzil) qanuni sahibi Şahid4 zərərçəkmiş şəxs qismində tanınmamış, tanınmamasının səbəbləri göstərilməmiş və bu xüsusata müstəntiq tərəfindən hüquqi qiymət verilməmişdir (ona hər hansı bir ziyanın dəyib-dəyməməsi, ziyan dəyməmişdirsə müvafiq ərizəsinin alınması və sair) Həmçinin iş materiallarından görünür ki, cinayətin predmeti olan əmlakın (Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, ev 7, üç otaqlı 8 nömrəli mənzil) alqı-satqısına dair razılaşma təqsirləndirilən şəxslərlə Şahid3 arasında olmuş, həmin razılaşmaya əsasən mənzilin qiyməti 120.000 manat razılaşdırılmış, ilkin ödəniş 50.000 manat pul Şahid3 verilmiş, qalan 70.000 manatın hissə-hissə ödəilməsinə dair vəd verilmişdir. Zərərçəkmiş şəxs isə həmin əmlakı (mənzili) qanuni sahibi Şahid4 vermiş olduğu etibarnamə əsasında üçüncü şəxə satmışdır. Azərbaycan Respublikası CPM-nin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Göründüyü kimi, Zərərçəkmiş şəxs birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsasların olması ibtidai istintaq zamanı müəyyən olunmamışdır. Bundan başqa cinayət qanununun mənasına görə ictimai təhlükəli əməli törədərkən təqsirkarın istifadə etdiyi yanaşma qaydaları və metodlarının məcmusu cinayətin törədilməsi üsuludur. Dələduzluq cinayətinin üsulu kimi aldatma və etibardan sui-istifadə etmə başa düşülür. Həmçinin dələduzluq cinayəti aldadılmış və ya etibarından sui-istifadə edilmiş şəxsə qarşı törədilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın təsvirində dələduzluq cinayətinin üsulu kimi iş üzrə şahid kimi tanınan Şahid3 aldadılması, sonuncuya ilkin ödənişinin 50.000 manat olmaqla qalan 70.000 manatın hissə-hissə ödənilməsi vəd olunması qeyd olunsa da, cinayətdən zərər çəkən şəxsin Zərərçəkmiş şəxs olması və cinayətin ona qarşı törədilməsi göstərilmiş, həmçinin ziyanın məbləği yekunda 40.000 manat müəyyən olunmuşdur. Belə ki, ittihamın təsvirindən belə məlum olur ki, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 cinayətin predmeti olan əmlakın güya özləri üçün 120.000 manata almarına dair Şahid3la razılığa gələrək, ilkin ödəniş kimi 50.000 manat, qalan 70.000 manatın isə 06 ay müddətinə ödəyəcəklərinə dair sonuncuya yalan vəd verib aldatmaqla, həmin mənzili mülkiyyətçisi adından verilmiş etibarnamə əsasında Zərərçəkmiş şəxs tərəfindən 90.000 manata başqa şəxsə satılmasına nail olub sonuncuya 40.000 manat ziyan vurmuşlar. Göründüyü kimi ittihamın təsvirində yalan vəd verilib aldadılan şəxs Şahid3 olsa da, zərər çəkən şəxs Zərərçəkmiş şəxs göstərilmiş, həmçinin 70.000 manatın ödənilməsi vəd olunsa da, lakin yekunda ziyan 40.000 manat olmuşdur. Qeyd olunanlara əsasən müəyyən olunur ki, cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsində CPM-nin 289.4-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi göstərildiyi halda, ittihamın təsviri həmin maddənin nəzərdə tutduğu dispozisiyaya tam uyğun göstərilməmiş, CPM-nin 289.3.1-ci maddəsinə əsasən, əməlin həmin maddə üzrə tövsif edilməsi üçün qanun normasının ifadə etdiyi tərkib əlamətlərinin mövcudluğunu nəzərdə tutan cinayətin törədilmə üsulu və kimə qarşı törədilməsi aydın əks olunmamışdır. Göstərilənlərdən əlavə ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiələri üçün gətirdikləri dəlillərin nədən ibarət olması aydınlaşdırılmamış yalnız təqsirlərini etiraf etməmələri öz müdafiələri üçün gətirdiyi dəlil kimi göstərilmişdir. Qeyd olunanlar isə, bilavasitə ittihamın mahiyyətinə təsir edən əlamətlər olduğundan Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinin ifadə etdiyi mənada “məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntudur” və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının tam aydın olmaması və ya tam dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxslərin müdafiə hüquqlarını da pozur. Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən, “təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)” kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 299.3-cü maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələlərə baxılır. Hazırkı cinayət işinin öyrənilməsi zamanı isə iş üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-nin sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsinə dair tələblərinin pozulması müəyyən olunmuşdur ki, həmin pozuntular məhkəmənin hazırlıq iclasının nəticələrinə dair iş üzrə məhkəmə baxışının təyin edilməsini mümkünsüz edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 85.2.1-ci maddəsinə əsasən, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək, həmin Məcəllənin 85.2.14-cü maddəsinə əsasən isə bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək müstəntiqin vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Göründüyü kimi, cinayət-prosessual qanunvericilik cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını, toplanmış sübutların eyni qaydada yoxlanılmasını, birbiri ilə müqayisə edilib təhlil olunmasını və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün sübutların qanunu rəhbər tutub öz daxili inamına uyğun düzgün qiymətləndirilməsinin həyata keçirilməsini müstəntiqin vəzifəsi kimi müəyyən etmişdir. Bu vəzifə törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxılması və cinayət işi üzrə ilkin araşdırmanın başlamasından iş üzrə yekun qərarın qəbul edilməsi, ittiham aktının tərtib edilib işin aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsinədək olan müddətdə müstəntiqin əsas tutmalı olduğu qanuni tələbdir. Lakin hazırkı cinayət işinin öyrənilməsi zamanı iş üzrə ibtidai istintaq aparan müstəntiq tərəfindən qeyd edilən tələblərə tam riayət olunmadığı müəyyən olunmuşdur. Beləliklə, cinayət işi üzrə məhkəməyədək icraat zamanı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair iş üzrə məhkəmə baxışının təyin edilməsini mümkünsüz edən təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, təqsirləndirilən şəxs qismində cəlb etmə, ittiham aktının tərtibi, sübutların yoxlanılması və qiymətləndirilməsinə dair CPM-nin tələblərinin kobud pozuntularına yol verilmişdir. Bu isə Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsinin tələblərinə əsasən, məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini zəruri edir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatətinə münasibət bildirən zərərçəkmiş şəxs vəsatətinin həlli ilə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxslər və müdafiəçilər vəsatətin təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materillarına əsasən hesab edir ki, dövlət itithamçısının vəsatəti tam əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməli və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; təqsirləndirilən şəxsi səciyyələndirən hallar; zərər çəkmiş şəxsi səciyyələndirən hallar; təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilir. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Bundan əlavə, CPM-nin 306.1-ci və 306.2-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. 306.2.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər biri barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər birinə 15 (on beş) saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300.1.5, 303.3.1, 303.3.5 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər birinə 15 (on beş) saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-424/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-424/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver