Məhkəmə qərarları › İş №1(011)-424/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-424/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-424/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X1, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1997-ci ildə Qax rayonu, Qaxbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, milliyyətcə gürcü, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qax rayonu, Qax İngiloy kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, bilə-bilə hüquq verən saxta sürücülük vəsiqəsindən təkrar istifadə etmişdir. Bele ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan yer, vaxt və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş. eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının "B, B1, C, C1" kateqoriyalı 95 11 988449 nömrəli sürücülük vəsiqəsini istintaqa məlum olmayan yer, vaxt və şəraitdə əldə etmiş, Azərbaycan Respublikasının original sürücülük vəsiqəsinı almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 17 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X3 şəhəri, Zərifə Əliyeva küçəsi 104 ünvanında fəaliyyət göstərən Şəki "ASAN xidmət" mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının "BC507196 " nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə əldə etdiyi Azərbaycan Respublikasının "BC507196" nömrəli sürücülük vəsiqəsinin 1 illik etibarlılıq müddəti bitdiyi üçün həmin vəsiqəni dəyişdirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan yer, vaxt və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının "B, B1, C, C1" kateqoriyalı 95 11 988449 nömrəli sürücülük vəsiqəsini və həmin saxta sürücülük vəsiqəsini təqdim etməklə 17 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X3 şəhəri, Zərifə Əliyeva küçəsi 104 ünvanında fəaliyyət göstərən Şəki "ASAN xidmət" mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsindən əldə etdiyi Azərbaycan Respublikasının "BC507196" nömrəli sürücülük vəsiqəsini 29 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında fəaliyyət göstərən ünvan 5 Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən peşman olmasını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bildiyindən və onun törətdiyi cinayət əməli iş materialları ilə tam təsdiq edildiyindən, məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddəsi ilə ********* cinayət işi başlanmışdır (i.v. 1); Sənədlərin məhkəmə texniki ekspertizasının 22 aprel 2024-cü il tarixli 5/471 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına 95 11 988449 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına 95 11 988 449 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan "SDU ultra" məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir.(i.v 32-35) (ekspertiza xərci 70 manat) 06 may 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Nuqzariyeva saxta sənəddən istifadə etməsi faktı müəyyən edilmişdir.(i.v37) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i.v 47); 30 may 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Nuqzariyevanın barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət təqibində CPM-in 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilməsi, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrindən həmin məcəllənin 320.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır.(i.v 55-56) 31 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır (i.v 70-71) 31 may 2024-cü il tarixli qətimkan tədbirinin seçiməsi haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v 94-95) 04 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, VMAS sonuncu barədə olan məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə C00723721 nömrəli ümumvətəndaş pasportu ilə X5 buraxılış məntəqəsindən Gürcüstan Respublikası istiqamətində getmiş və həmin pasportla xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasına geri qayıtması faktı müəyyən edilmişdir.(i.v 101) Sübutların qiymətləndirilməsi haqqında 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan, Rusiya Federasiyasının Çeçenistan Respublikasının Qroznı şəhərində yaşamış, saxta sənədi hazırlayan və həmin saxta sənədi Təqsirləndirilən şəxs satan şəxsin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ayrıca icraata Azərbaycan Respublikası 320.1-ci maddəsi ilə cinayət işinin ayrılması, ayrıca icraata ayrılmış cinayət işinə ********* nömrəsi verilməsi və ibtidai istintaq aparılması üçün icraata qəbul edilməsi, ********* nömrəli cinayət işindən ayrılmış sənədlərin siyahısı hər iki cinayət işinə əlavə edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır.(i.v 111-121) 14 iyun 2024-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan, Rusiya Federasiyasının Çeçenistan Respublikasının Qrozni şəhərində yaşamış, saxta sənədi hazırlayan və həmin saxta sənədi Təqsirləndirilən şəxs satan şəxsin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə ayrıca icraata Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə cinayət işi ayrılması, ayrıca icraata ayrılmış cinayət işinə ********* nömrəsi verilsin və ibtidai istintaq aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır.(i.v 123-124) Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində bilə-bilə hüquq verən saxta sürücülük vəsiqəsindən təkrar istifadə etmə cinayətinin tərkib əlamətlərinin mövcud olması tam olaraq sübuta yetirilmiş təqsirləndirilən şəxsin istinad etdiyi hallar iş üzrə toplanmış sübutlarla təkzib olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma—üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli qanununun 35-ci maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Qanunun 35-1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ- Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Bu Qanunun 35-1-ci maddəsinin İ və İİ hissələrində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır. "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında" Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "04" avqust 2012-ci il tarixli Q16-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 6.1.7-ci bəndine əsasən, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslardan biri sayılır. Həmin Təlimatın 6.10-1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Təlimatın 6.1- 6.3-1-ci bəndlərində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi mütləq qatdada müvafiq quruma təqdim edilməlidir. Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulur. Hazırki cinayət işindən görünür ki, sənədi şəxsiyyəti istintaqa məlum olmayan şəxs saxtalaşdırmaqla hazırlamışdır. Digər rəsmi sənəd dedikdə, hər hansı hüquqi faktın mövcüdluğunu təsdiq edən hüquqi əhəmiyyətli sənədlər nəzərdə tutulur. Rəsmi sənədlər hüquqi əhəmiyyətə malik olan, yəni müəyyən hüquqi faktların mövcüdluğunu təsdiq edən, hüquqi nəticələr doğuran, hüquqların həyata keçirilməsi və vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər və imtiyazlar nəzərdə tutan sənədlərdir. Rəsmi sənədlərin verilmə mənbəyi səlahiyyətli dövlət orqanları, vəzifəli şəxslər, eləcə də təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər ola bilər. Saxtalaşdırma dedikdə, hüquq verən və ya vəzifədən azad edən məzmunu tamamilə saxta olan sənədin hazırlanması, saxta olmayan sənədin mətninə yalan məlumatların daxil edilməsi və ya boş blankın belə məlumatlarla doldurulması, yaxud saxta olmayan sənədin mətninə düzəlişlərin edilməsi və s kimi qanunsuz hərəkətlərin edilməsi yolu ilə dəyişdirilməsi başa düşülür. Satma dedikdə, hüquq verən və ya vəzifədən azad edən saxta vəsiqələrin və ya digər saxta rəsmi sənədləri əvəzli və ya əvəzsiz əsaslarla verilməsi nəzərdə tutulur. (satmaqla, ödəmə vasitəsi kimi istifadə etməklə, dəyişməklə, bağışlamaqla, müvəqqəti əvəzli və ya əvəzsiz istifadəyə verməklə və s.). Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama dedikdə belə vəsiqə və ya digər rəsmi sənədləri hazırlama hüququ olmayan şəxs tərəfindən onları hazırlama başa düşülür Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olması və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi (CM 59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hal, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, əməli törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzası təyin olunmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut qismində tanınmış Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2018-ci il tarixli "95 11 988449" nömrəli sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli "BC507196" nömrəli sürücülük vəsiqəsi, onun şahid qismində əlavə ifadəsinin videoçəkilişi olan 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs Nuqzariyevanın məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Nuqzariyevanın Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2018-ci il tarixli "95 11 988449" nömrəli sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli "BC507196" nömrəli sürücülük vəsiqəsi, onun şahid qismində əlavə ifadəsinin videoçəkilişi olan 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar