Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-425/2023 25.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci il tarixdə, Naxçıvan MR. Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 16 noyabr 2022-ci il tarixdə saat 06:45-də Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 10 nömrəli evin 405 nömrəli mənzilinin giriş qapısının qarşısında olan pilləkən meydançasında olan binanın dəmir borusuna zəncirlə bağlanmış Zərərçəkmiş şəxs2 məxsus Almaniya Federativ Respublikası istehsalı 1200 manat dəyərində velosipedi, özü ilə gətirdiyi kəsici alətlə boruya bağlanmış zənciri kəsməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1200 (bir min iki yüz) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,062 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 15 fevral 2023-cü il tarixdə saat 09:00-da Sabunçu RPl-nin 13-cü PB-nin əməkdaşları tərəfindən xidməti ərazidə gəzinti zamanı özünü şübhəli apardığı üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Qaraxan MTK-nın qarşısında saxlanılaraq Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasına gətirilərək xidməti otaqların birində, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1.062 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı X2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə birgə icraçı olaraq 12 mart 2023-cü il tarixdə saat 08 radələrində ünvan 4 ünvanın 54-cü mənzilin giriş qapısının qarşısında olan pilləkən meydançasında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 200 manat dəyərində, qara rəngli, dəyişən sürətli, yeniyetmələr üçün nəzərdə tutulmuş "Start Light" markalı velosipedi və 01 ədəd 350 manat dəyərində, qara rəngli, dəyişən sürətli, yeniyetmələr üçün nəzərdə tutulmuş "Kross Evado 3.0” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 550 (beş yüz əlli) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək qeyd etmişdirmişdir ki. Naxçıvan MR. ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6si ilə birlikdə yaşamışdır. Halhazırda rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə 2021 -ci ilin fevral ayında həbsdən azad olunmuş, cəzanın qalan hissəsi isə şərti olaraq azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. Bundan başqa ifadəsində qeyd etmişdir ki, 15 fevral 2023-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 25 manat ödəməklə narkotik vasitə heroin əldə etmişdir. Necə almışsa elə də saxlamışdır ki, bir yerdə qalsın istifadə etsin. Həmin narkotik vasitə olan heroini üzərində gəzdirmiş, həmin gün saat 09 radələrində Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Qaraxan MTK"-nın qarşısından keçən zaman iki nəfər polis əməkdaşları onu saxlamış və anket məlumatlarını təsdiq etmək üçün sənəd istəmiş, o özünü şübhəli apardığı üçün onlar onu 13-cü polis bölməsinə dəvət etmişlər. Orada dəvət olunmuş vəkilin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra hüquq və vəzifələri izah olunduqdan sonra onun üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılması barədə xəbərdar edilmişdir. Keçirilən şəxsi axtarış videoçəkilişlə aparılmış və o bu zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı ağ rəngli sellofan torbanı təqdim etmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi qurudulmuş marixuana qablaşdırılmış, DİNin 160 saylı möhürü ilə möhürlənmiş, zərfə qoyulmuş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi cinayət əməli ilə əlaqədar onu ilkin olaraq Sabunçu RPl-nin əməkdaşları tərəfindən tutulsa da, sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan sonra o. təxminən 2023-cü ilin fevral ayının ortalarında X3 ilə Sabunçu bazarında tanış olmuşdur. Həmin şəxs də əvvəllər məhkum olunmuşdur. Onunla tanış olduqdan sonra müxtəlif binaların həyətində olan zibil qutularından köhnə zibil kimi atılmış paltarları yığaraq aparıb Sabunçu bazarında satmaqla özlərinə gəlir əldə etmişlər. Onlar xx.xx.2023-cü il tarixdə Süleyman ilə görüşərək yenə müxtəlif ünvanlarda məhəllələri gəzib zibil qutularını axtarmaq məqsədi ilə bir neçə ünvana yollanmışlar. Lakin həmin gün heç bir zibil qutusundan köhnə paltar tapa bilməmişlər. Bu minvalla hərəkət edərək ünvan 7 ünvanına çatmışlar. Həmin binanın həyətində olan zaman binanın bütün bloklarının qapısının açıq vəziyyətdə olduğunu görmüşlər. Süleyman ilə söhbət edərək binanın bloklarını gəzib sahibsiz vəziyyətdə olan velosiped tapa biləcəyi təqdirdə gizli şəkildə oğurlamaq barədə razılaşmışlar. Bundan sonra təsadüfi bloklardan birinə daxil olaraq lift vasitəsi ilə sonuncu mərtəbə olan 15-ci mərtəbəyə qalxmışlar. Lifdən çıxdıqdan sonra 02 ədəd velosipedin yaşayış mənzillərinin birinin giriş qapısının yanında olan boruya qıfıl ilə bağlandığını görmüşlər. Daha sonra o, həmin qıfılı ehmalca özünə tərəf çəkmişdir. Bu zaman ətrafda heç kimin onları görmədiyi məlum idi. Dərhal velosipedlər borudan ayrılmış, daha sonra velosipedin birini o, digərini isə Süleyman götürmüş, onlar lift vasitəsi ilə qarajların olduğu ən aşağı mərtəbəyə enmişlər. Buna səbəb isə onun liftin mərtəbələrini göstərən u1”-ci mərtəbə əvəzinə “-T-ci mərtəbənin düyməsini sıxmağı olmuşdur. Velosipedlərdən biri tünd mavi rəngli “Kross" markalı velosipedi idi. Digəri isə qara rəngli, nisbətən böyük ölçüdə idi və markası ona məlum deyildi. “Kross” markalı velosipedi o götürmüşdür. Onlar qaraja endikdən sonra orada da heç kim olmamış və onları heç kim görməmişdir. Bundan sonra onlar Süleyman ilə özləri ilə götürdüyü velosipedlər ilə birlikdə Sabunçu rayonu istiqamətinə yollanmışlar. Orada onlar görüşərək öz ünvanlarına yollanmışlar. O, oğurladığı velosipedi bir neçə gün ev ünvanında saxlayıb, əgər hər hansı problem yaranmazsa onu təxminən 10 gün sonra Sabunçu bazarına aparıb orada satmaq qərarına gəlmişdir. Lakin 16 noyabr 2022-ci il tarixdə Nizami rayonu, Özbəkistan küçəsində yerləşən yeni tikili binadan oğurlanmış velosipedi isə o oğurlamadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu Sabunçu rayonu ərazisində saxlayaraq özlərini təqdim edərək, bundan sonra ona oğurluq hadisəsi törətməkdə şübhəli olduğu üçün onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. PŞ-də olarkən o, törətdiyi oğurluğu səmimi olaraq etiraf etmişdir. Bundan sonra isə onun izahatı alınmışdır. Onlar aralarında olan razılıqla oğurluq etmişlər. Binanın blokuna daxil olmaqda niyyətləri də məhz oğurluq yolu ilə velosiped taparaq götürmək olmuşdur. O, X3 ilə birlikdə oğurluq cinayətini xx.xx.2023-cü ildə səhər saat 8 radələrində törətmişlər. Hazırda əməlindən peşmandır. Zərər çəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəmiş və onlarla barışıq əldə etmişdir. Zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə bazar günü olduğu üçün səhərin erkən saatlarını evdə keçirmişdir. Həmin tarixdə səhər saatlarında evdən çölə çıxmaq istədikdə qapını açarkən sol tərəfdə dəmir kilid ilə bağladığı özünə məxsus 02 ədəd velosipedin yerində olmadığını görmüşdür. Kilid isə həmin yerdən təxminən 10 metr irəlidə yerdə olmuşdur. Hər iki velosiped onun özünə məxsus olmuşdur. Həmin velosipedlərdən biri "Kross" markalı, tünd mavi rəngli olan velosipedi 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Velesport" mağazasından 550 manata almışdır. Təxminən 6 il müddətdir ki, həmin velosipedi istifadə etmişdir. Digər velosiped Start markalı, qara rəngli üzərində tünd mavi yazı əks olunmuş velosipedi 2022-ci ilin dekabr ayında 400 manata həmçinin ‘‘Velosport" mağazasında almışdır. Hər iki velosipedi idman etmək məqsədi ilə işdən ayırdığı vaxtlarda istifadə etmişdir. Həmin velosipedləri mütəmadi özünə məxsus yaşayış evinin giriş qapısının sol tərəfində saxlamışdır. xx.xx.2023-cü il tarixdə velosipedlərin yerində olmamasını aşkar etdikdə oğurluq hadisəsinin baş verməsini başa düşdüyündən bu barədə polisə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlmiş və onun ərizə və izahatı alınmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 950 manat maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş maddi ziyan tam ödənilmişdir və o, təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaqa verdiyi ifadəyə heç bir əlavəsinin olmadığını, ona dəymiş zərərin ödənilmədiyini və məhkəmə iclasının iştırakı olmadan keçirilməsinə etirazı olmadığını bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan olunmuş ibtitai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, 2020-ci ilin yay aylarında o özü üçün sürməkdən ötrü 1200 manata Gürcüstandan bir ədəd velosiped gətirmişdir. Həmin velosiped Almaniya istehsalı olmuşdur. Velosipedi aldıqdan sonra o, onu çox az sürmüş və zəncirlə bağlayaraq yaşadığı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ev 10 yaşayış binasında 13-cü mərtəbədə yerləşən 405 saylı mənzilin giriş qapısının qarşısında saxlamışdır. 16 noyabr 2022-ci il tarixdə saat təxminən 08:45-də mənzildən çıxıb işə getmək istəyəndə görmüşdür ki, velosipedin zənciri kəsilmiş və velosiped oğurlanmışdır. Kim tərəfindən oğurlanmasını bilmir. Bir neçə saat sonra o Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra ünvana Nizami RPl-nin 25-ci polis şöbəsinin əməkdaşları hadisə yerinə yaxınlaşmış və müvafiq sənədləşmə işləri aparmışlar. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 15 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ********** saylı cinayət işi başlanılmışdır.14 aprel 2023-cü il tarixli qərarla həmin cinayət işi xx.xx.2022-ci il tarixdə başlanılmış ********* saylı cinayət işi ilə birləşdirilmiş və CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ********** nömrəsi altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərarla həmin cinayət işi xx.xx.2023-cü il tarixdə başlanılmış ********* saylı cinayət işi ilə birləşdirilmiş və CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə ********** nömrəsi altında davam etdirilmişdir. 08 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. Şübhəli şəxsin tutulması barədə 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09:00-da tutulmuşdur. 16 fevral 2023-cü il tarixdə Sabunçu Rayon prokurorunun qərarı ilə MSY-dən azad edilmişdir. Şəxsi axtarış və götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, sözügedən istintaq hərəkəti aparılarkən Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin təhqiqatçısı polis mayoru X4, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X5, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X9, şübhəli şəxs Təqsirləndirilən şəxs və şübhəli şəxsin müdafiəçisi X6 iştirak etmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli maddə olan 01 ədəd bükümü təqdim edərək bükümün içərisindəki maddənin heroin olmasını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə 25 manat müqabilində adını və ünvanını dəqiq bilmədiyi şəxsdən almasını qeyd etmişdir. Təhqiqatçı bükümü bir ədəd zərfdə qablaşdırmış və müvafiq möhürlə möhürlənmişdir. Diskə baxış keçirilməsi haqqında protokola görə 16 noyabr 2022-ci il tarixdə Nizami rayonu, Özbəkistan küçəsində yerləşən yeni tikili binadan oğurlanmış velosipedin oğurlanmasını əks etdirən diskdə olan həmin tarixdə saat 06:44:10-dan 06:50:29 qədər olan intervalı əhatə edən videogörüntülərdən müəyyən edilmişdir ki, saat 06:44:10-dan 06:49:40 aralığında 30-35 yaşlı, boyu 175-178 sm olan arıq bədən quruluşuna malik kişi Nizami rayonu, Özbəkistan küçə 10 ünvanında yerləşən yeni binanın 5-ci blokunun 7-ci mərtəbəsində olan velosipedə yaxınlaşır, əlində olan alətlə velosipedin qoruyucu zəncirini kəsir, sonra velosipedi qanunsuz olaraq götürüb gedir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/930 nömrəli 15 fevral 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən” sözləri olan, bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi: 1,062 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-202/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Daha sonra həmin məhkəmənin 4(011)-386/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həbsin müddəti 20 gün olmaqla ümumilikdə 3 ay 20 günədək uzadılmışdır. Cinayət işi materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyun 2023cü il tarixli, 9/3195 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş velosipedlərin istifadədə olması nəzərə alınmaqla orta bazar qiymətilə ümumi dəyəri təxminən 550,00 manat müəyyən edilir. O cümlədən 01 ədəd “Star Light” markalı, qara rəngli, dəyişən sürətli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped - 200,00 manat; 01 ədəd Kross Evado 3.0" markalı, qara rəngli, dəyişən sürətli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped - 350,00 manat müəyyən edilir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3169 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkotik vasitələrdən istifadə etmənin xarakterik əlamətləri və absistensiya əlamətləri aşkar olunmur. Narkotik vasitələrdən psixi və fiziki asılılıq yoxdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olmaqla və təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə oğurluq edərək Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-82/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 28 dekabr 2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 5-ci bəndinə əsasən təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 01 il müddətinə azaldılmış, xx.xx.20223-ci il tarixdə cəza müddəti başa çatmışdır. Ona Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-82/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzası residiv yaratmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, cinayətlərin residivinin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının CM-nin 8 və 9-cu maddələrinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı, cinayət törətmiş şəxsə cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşımamalıdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrubəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması, yəni oğurluq kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və yaxud onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir(7-ci bənd); Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun həbsdə saxlanıldıqları müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində Xətai Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla qətimkan tədbiri kimi 03 ay müddətinə seçilmiş, daha sonra isə 03 ay 20 gün müddətə uzadılmış həbsin müddəti təyin olunan cəza müddətinə hesablanmalı, eləcə də 15-16 fevral 2023-cü il tarixlərdə tutulduğu 2 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmadığı üçün yalnız ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan – şəxsi axtarış və götürmə keçirilməsinin və oğurluq hadisəsinin yerinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 1,012 qram çəkidə kustar üsulla alınmış narkotik vasitə olan heroin məhv edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 131 (bir yüz otuz bir) manat təşkil etməklə dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cəzaların qismən toplanması yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə olmaqla 2 (iki) gün həbsdə saxlama müddəti təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,012 qram çəkidə kustar üsulla alınmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – 01 ədəd Star Light markalı qara rəngli velosiped və 01 ədəd Kross Evado 3.0 markalı qara velosiped Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq və məhkəmə-narkoloji ekspertiza tədqiqatlarının ümumi dəyəri 131 (yüz otuz bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-425/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-425/2023
25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver