Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-426/2022 15.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Qəbələ rayonu Zarağan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanıdığı X2 Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən xidmətində işə düzəlmək üçün həkim komissiyasından keçə bilməməsini bildikdən sonra özünün əlaqələrindən istifadə edərək sonuncuni işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 12 noyabr 2021-ci il tarixdə saat 16:50 dəqiqədə sonuncunun bacısı Şahid1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Qafqaz küçəsində yerləşən “Uluxanlı” adlı marketdə olan “eManat” ödəmə terminalı vasitəsilə Şahid2 məxsus "xxxx" ASC tərəfindən 4169 7413 9057 1261 nömrəli bank kartına köçürülmüş 2.020 manat pul vəsaitini alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 2.020 (iki min iyirmi) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, qonşu kənddə yaşayan şəxs kimi tanımışdır. 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs ilə idarə etdiyi nəqliyyat vasitəsi ilə gedərkən sonuncu işsiz olduğunu və Fövqaladə Hallar Nazirliyinin həkim komissiyasından keçə bilmədiyi üçün işə düzələ bilmədiyini bildirmişdir. X5 Nazirliyinin həkim komissiyasında adını bilmədiyi qiyabi tanıdığı şəxsin olduğunu və buna görə də sonuncunu işə düzəldə biləcəyini demişdir. 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs hərbi biletini, xasiyətnaməsini və baş əsgər biletini götürmüşdür. Zərərçəkmiş şəxs işə düzəltməyə kömək etmək üçün 2.020 manat pul istəmişdir. Zərərçəkmiş şəxs də üzərində pulunun olmadığını, lakin bacısı Azadə İsrəfılliyə müraciət edəcəyini bildirmişdir. Həmin vaxt hesab kartı olmadığına görə yanında olan Qəbələ rayon Mirzəbəyli kənd sakini əvvəldən tanıdığı və tanışı Şahid2 "xxxx" kart hesabını Zərərçəkmiş şəxs bacısı Şahid1 göndərmişdir ki, 2.020 manat lazım olan pulu kart hesabına göndərsin. 2021-ci ilin noyabr ayının 12-də 2.020 manat pul Şahid2 hesabına göndərilmişdir. Həmin pulu götürmüş, lakin Zərərçəkmiş şəxs kömək edə, yəni sonuncunu işə düzəldə bilməmiş və pulu olmadığı üçün pulunu geri qaytara bilməmişdir. Bu barədə Zərərçəkmiş şəxs də bildirmişdir ki, pulunu qısa müddətdə geri qaytaracaq. Daha sonra əməlindən peşman olduğunu, ilk məhkumluğunu, dəymiş ziyanın tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Qəbələ rayonunda yerləşən “Luna” park əyləncə mərkəzində mühafizəçi kimi işləyir. Təqsirləndirilən şəxs uzun illərdir ki, Qəbələ rayon sakini olaraq tanımışdır. Valeh rayonda taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Belə ki, Bakı-Qəbələ arası sürücü kimi fəaliyyət göstərərək onu və ailəsini Bakıya aparıb-gətirmişdir. 2017-ci ildə ilk dəfə olaraq rayonda Fövqaladə Hallar Nazirliyinə işə qəbul üçün seçimlər etmişlər. Hərbi sistemə həvəsli olduğundan, həm də gördüyü işdən əmək haqqı çox olduğuna görə həmin orqana işə düzəlmək istəmişdir. Bakı şəhərinə qeydiyyatdan keçmək üçün getmişdir. Bakıya Təqsirləndirilən şəxs ilə birlikdə getmişdir. Yolda söhbət zamanı Təqsirləndirilən şəxs Fövqaladə Hallara Nazirliyinin yanğınsöndürmə xidmətinə daxil olmaq istədiyini bilmişdir. Valeh xalası oğlunun Fövqaladə Hallaı Nazirliyində işlədiyini və 3-4 nəfər şəxsi işə düzəltdiyini bildirmişdir. Təqsirləndirilən şəxs inanaraq bu barədə köməklik göstərməsini xahiş etmişdir. 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs bacısı X3 zəng edərək qardaşı ilə işi olduğunu və onunla əlaqə saxlamasını bildirmişdir. Bu söhbətdən sonra Təqsirləndirilən şəxsla əlaqə saxlamışdır. X8 Nazirliyinin Qəbələ rayonunda yerləşən yanğınsöndürmə xidmətində boş yer olduğunu və ora işə düzəldəcəyini demişdir. Həmin günün günorta saat 03 radələrində Təqsirləndirilən şəxsla görüşmüşdür. Valehə şəxsiyyət vəsiqəsinin surətini, hərbi biletin əslini, baş atıcı, baş əsgər vəzifəsinin sənədinin əslini və xasiyyətnamənin surətini vermişdir. Bacısı ilə əlaqə saxlayaraq bildirmişdir ki, 2.000 manat təcili lazımdır və bir nəfər şəxs onları gözləyir. Bacısı da öz qızıllarını lombardda girov qoyub, 2.000 manat pul götürmüşdür. Təqsirləndirilən şəxs bacısı Azadə İsrafilovaya ***- ***-**-** nömrəsindən ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. 12 noyabr 2021-ci il tarixdə saat 16:50 dəqiqədə bacısı Azadə Valehin göndərdiyi “4169 7413 9057 1261” saylı "xxxx" hesabına 2.020 manat məbləğində pulu yükləyərək qəbzin surətini “WhatsApp” proqramı vasitəsi ilə göndərmişdir. Daha sonra Valeh əlaqə saxlayaraq işə düzəldəcəyini söz verərək əmin etmişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq işin nə yerdə qaldığını soruşmuşdur. Valeh də narahat olmamağı və işə düzəldəcəyini vəd vermiş, düzəlməyəcəyi halda pulu qaytaracağını söz vermişdir. 30 aprel 2022-ci il tarixində Valeh Mirzəmmodovun aldatdığını, işə düzəltmədiyini və pulu qaytarmadığını gördükdə Qəbələ RPŞ-nə şikayət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə vermişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edərək tədqiq edilmiş, Təqsirləndirilən şəxs ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Təqsirləndirilən şəxs ifadələrinə oxşar olmuşdur. Elan edilmiş ifadələr heç bir ziddiyyət təşkil etməmişdir. Bununla da cinayət işinin yuxarıda sadalanan xüsusatları bir daha öz təsdiqini tapmışdır. İş vərəqi 9-da olan “eManat” ödəmə terminalının 12 noyabr 2021-ci il tarixli qəbzindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Qafqaz küçəsində yerləşən “Uluxanlı” adlı marketdən Şahid2 4169 7413 9057 1261 nömrəli "xxxx" kartına 2.020 manat pul köçürülmüşdür. Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 02 avqust 2022-ci il tarixdə "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işində olan “eManat” ödəmə terminalının 12 noyabr 2021-ci il tarixli qəbzi maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş 2020 manat ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətinin üsulu kimi aldatma və etibardan sui-istifadədən istifadə etmiş, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək zərərçəkmiş şəxslərin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətinin törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanın ümumi məbləği 2020 (iki min iyirmi) manat olmuşdur. Təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin aşağıda sadalanan müddəalarına görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən ləğv edilməlidir. İş üzrə maddi sübut – “eManat” ödəmə terminalının 12 noyabr 2021-ci il tarixli qəbzin surəti iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – “eManat” ödəmə terminalının 12 noyabr 2021-ci il tarixli qəbzin surəti iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-426/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-426/2022
15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver