Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-426/2023 26.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1969-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında faktiki yaşayan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yekun protokola əsasən, Təqsirləndirilən şəxs aralarında yaranmış münaqişə zamanı qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən 21 saylı evin 136 saylı mənzilinin qonaq otağında sonuncuya əvvəllər borc qismində verdiyi 18.000 manat məbləğində pulu geri qaytarmamasını irad bildirməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı qəsdən əl zərbələri ilə onun baş və bədəninin müxtəlif nahiyələrinə vurmaqla döyərək ona başın sağ təpəgicgah nahiyyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, sol saidin sıyrıqları ilə nəticələnən bədən xəsarətləri yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək bildirmişdir ki, Zərərçəkmiş şəxs 20 ildən çoxdur ki, Lənkəran şəhərindən tanıyır. Təxminən 7 ildir ki, Səltənət ondan borca pul alır və vaxtında ödəyir. Sonuncu dəfə 10 gün bundan əvvəl ondan 3.000 manat pul almış və beləliklə borcu 18.000 manata çatmışdır. Hər gün Səltənət onun kart hesabına 25 manat pul göndərirdi. Səltənət xx.xx.2023-cü il tarixdə günorta saatlarında ona zəng edərək onunla danışmaq istədiyini bildirmiş və onu yaşadığı mənzilə dəvət etmiş, Gülnarə də ora getmişdir. Mənzilin qonaq otağında ikisi arasında gedən söhbət zamanı Səltənət ona borcunu qaytara bilmədiyini, vəkil tutacağını və vəkili ilə onunla söhbət edəcəyini bildirmişdir. O da bu sözdən çox əsəbiləşmiş, qonaq otağının divanının üstündə əyləşdikləri vaxt onun saçından tutub başından və bədəninin müxtəlif nahiyələrindən əlləriylə vurmağa başlamışdır. Səltənət ayağa qalxıb kənara çəkilmiş, Səltənətin onunla razılığa gəlməyəcəyini görüb ordan çıxıb getmişdir. Aralarındakı mübahisə 10-15 dəqiqə ərzində, onun Səltənəti vurması isə 1-2 dəqiqə ərzində baş vermişdir. O, Səltənəti döydüyü vaxt mənzildə ikisindən başqa heç kim olmamışdır. Mübahisə zamanı Səltənəti vursa da, ona xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2015-ci ildən bəri həmyerlisi kimi tanıyır. Aralarında münasibət normal olmuşdur, belə ki, o, Gülnarədən hissə-hissə olmaqla 18.000 manat borc pul almışdır. 16 iyun 2023-cü il tarixdə günorta saatlarında Gülnarəyə zəng edərək ona olan borcunu ödəyə bilmədiyini, onlara gələrək bu mövzu barədə danışmalı olduqlarını bildirmişdir. Belə olduğu halda təxminən saat 20:00 radələrində Gülnarə onun yaşadığı Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 21, birinci mərtəbədə yerləşən 136 saylı mənzilə gəlmiş və onlar qonaq otağında söhbət etməyə başlamışdırlar. Ona ayda 750 manat verə biləcəyini bildirmiş, Gülnarə isə iyun ayının 20-nə kimi 18.000 manatını qaytarmağını tələb etmişdir. Zərərçəkmiş şəxs də belə olduğu halda vəkillə danışdığını, görüşüb birlikdə söhbət etmələrini bildirmişdir. Gülnarə bu dediyindən sonra əsəbləşmiş və onun saçından tutaraq başından və bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. O, Gülnarənin əlindən çıxmaq üçün ayağa qalxmış və kənara çəkilmiş, Gülnarə isə onu nalayiq sözlərlə təhqir etməkdə davam etmiş və bir neçə dəqiqə sonra çıxıb getmişdir. Aralarındakı mübahisə 10-15 dəqiqə, Gülnarənin onu vurmağı isə 1-2 dəqiqə ərzində baş vermişdir. Hadisə zamanı yanlarında heç kim olmamış, sadəcə balaca qızı otaqda ağlayırmış. Gülnarə getdikdən sonra DİN-in 102 Xidmətinə hadisə barəsində məlumat vermişdir. Uşaqları üçün evində quraşdırdığı kameralara həmin hadisə qeydə alınmış, tərəfindən iş materiallarına əlavə edilmişdir. Həmçinin bildirmişdir ki, videogörüntüdə endirilən zərbələrdən başqa, ona başqa xəsarətlər yetirilməmişdir. Hal-hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ona qarşı şikayətçidir. Odur ki, onun qanuna müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş Əliyev Orxan bildirmişdir ki, ekspertiza rəyi videogörüntülər əsasında verilə bilməz. Xəsarətlə bağlı rəy canlı şəxsin tədqiqi ilə keçirilə bilər. Rəydə sağ ya sol sözləri bəzən texniki olaraq yalnış qeyd edilə bilər. Hazırki iş üzrə də təqdim edilmiş videogörüntülərdən də görünür ki, sağ tərəfdən də zərbə dəyir və həmin zərbə ilə xəsarət yaranması mümkündür. O vermiş olduğu rəyin doğruluğunu təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı Qabil Hüseynovun məhkəməyədək sadələşdirilmiş icraat açılması barədə titul vərəqindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs şikayəti əsasında Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır (i.v. 1); Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai RPİ 36-cı PB-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, həmin tarixdə yaşadığı mənzildə Təqsirləndirilən şəxs tərəfindən döyülmüş, bu səbəbdən sonuncu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir.(i.v 5) 17 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən 22 mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki 136 saylı mənzilə baxış keçirilmiş, baxış zamanı sübut əhəmiyyəti kəsb edən hər hansı maddi sübut aşkar edilməmişdir.(i.v.10-12) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 680 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın sağ təpə-gicgah nahiyyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, sol saidin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.(i.v 15-16) Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 21) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər X3 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 3984 saylı məktubundan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. (i.v.45) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X2 Şəxsinin xx.xx.2023-cü il tarixli, 8594 saylı məktubundan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd edilən xəstəxanada müalicədə olmamışdır. (i.v.46) DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v 47) "xxxx" MTK-nın sədri tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2005-ci ildən "xxxx" MTK-nın inşa etdiyi binada yaşayır. Yaşadığı dövr ərzində qonşular ilə arasında heç bir konflikt yaşanmamış, mehribançılığı və nümunəvi davranışı ilə ətrafında olan insanların hörmətini qazanmışdır. (i.v.48) 22 iyun 2023-cü il tarixli sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi və cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətlərinin yaranamadığını nəzərə alaraq material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, vətəndaş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq yüngül bədən xəsarəti yetirməsi faktı iş materialları ilə tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılmasının davam etdirilməsi, vətəndaş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyi X4 Xətai rayon Şöbəsinin canlı şəxsin xx.xx.2023-cü il tarixli, 680 saylı ekspertiza rəyinin, xx.xx.2023-cü il tarixli baxış protokolunun sübut növü kimi qiymətləndirilməsi və qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır.(i.v 50-51) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 461/MEŞ saylı, xx.xx.2023-cü il tarixli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın sağ təpə-gicgah nahiyyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, sol saidin sıyrıqları müəyyən edildi. Ayrı-ayrılıqda dərəcəsinə görə başın sağ təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol saidin sıyrıqları sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Müdafiə tərəfindən təqdim edilmiş CD diskdə olan görüntülərin dayandırılmış 2760 ədəd kadrlardan görünür ki, Zərərçəkmiş şəxs başın sağ təpə-gicgah nahiyəsinə hər hansısa bir xəsarətin yetirilməsi müəyyən edilmir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xəsarət yetirməsini əks etdirən videogörüntülər tədqiq edilmiş, videogörüntünün əks olunduğu diskə baxış keçirilərkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saçını yolması və onun başının sol təpə-gicgah hissəsindən bir neçə dəfə vurması halı öz təsdiqini tapsa da, ekpertiza rəyindən də, göründüyü kimi həmin xəsarətlər dərəcəsi təyin olunmayan xəsarətlər növünə aid edilmişdir. Həmçinin zərərçəkmiş şəxsin ifadəsində bildirdiyi və ekspert rəylərində qeyd edildiyi kimi sağ təpə-gicgah nahiyəsindən zərərçəkmiş şəxsə hər-hansı bir xəsarətin yetirilməsi öz təsdiqini tapmır. Yəni, videogörüntülərə baxış keçirilərkən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə onun başının sol tərəfindən xəsarətlər yetirməsi müəyyən edilmişdir ki, həmin xəsarətlər də, dərəcəsi təyin edilməyən xəsarətlər növünə aid edilmişdir. Halbuki, iş üzrə həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza rəylərindən görünür ki, Zərərçəkmiş şəxs başın sağ təpə-gicgah nahiyyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, sol saidin sıyrıqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, keçirilmiş ekspertizalar nəticəsində verilmiş hər iki ekpert rəyində xəsarətin sağ tərəfdən dəyməsi qeyd edilsə də, qeyd edilən xüsusat zərərçəkmiş şəxsin məhkəmə iclas zalında təqdim etdiyi videogörüntülər və həmin görüntülərin kəsilmiş frqamentləri ilə ziddiyət təşkil edir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq olunmuş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmasını əks etdirən videogörüntü ilə iş üzrə təyin edilmiş ekspert rəyləri arasında ziddiyyət mövcuddur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qanundan da göründüyü kimi, məhkəmənin qiymətləndirmə predmetinə həm istintaq, həm də məhkəmə araşdırması zamanı toplanmış sübutlar daxildir. Yuxarıda sadalanan faktlardan açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham və əsaslandığı işin faktiki halları tamamilə şübhə və anlaşılmazlıqlardan ibarətdir və bu şübhələri aradan qaldırmaq üçün ittiham tərəfinin heç bir sübutu mövcud deyil. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. “Yanoseviç İsveçə qarşı” məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi bildirdi ki, sübutetmə yükü ittiham tərəfin üzərinə düşür və hər bir halda şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilmir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə onun əməlində cinayət tərkibi olmadığından bəraət verilməli, Zərərçəkmiş şəxs döyülməsi faktı ilə bağlı inzibati qaydada araşdırmanın aparılması üçün materiallar Bakı şəhəri Xətai rayon prokurorluğuna məlumat verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; 350.2-ci bəndinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 356.5-ci bəndinə görə bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs döyülməsi faktı ilə bağlı inzibati qaydada araşdırmanın aparılması üçün materiallar Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-426/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-426/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver