Məhkəmə qərarları › İş №1(011)-427/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-427/2022

14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-427/2022 14.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Naxçıvan MR-nın ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,408 qram çəkidə psixotrop maddə olan metamfetamini və 0,158 qram çəkidə narkotik maddə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 06 may 2022ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsi 2 saylı ünvanda psixotrop və narkotik maddələr qəbul etməkdə şübhəli şəxs qismində saxlanılıb ünvan 3 ünvanda yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofanın içərisində olan bükümdə, ümumi təmiz çəkisi 0,408 qram ağ rəngli, kristallşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş, ümumi təmiz çəkisi 0,158 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə il əvvəl Bakı şəhərinə işləməyə gəlmişdir. Bir müddətdir ki, narkotik vasitədən istifadə etmiş və istifadə etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhərində tanımadığı İran İslam Respublikası vətəndaşından ümumilikdə 80 manata özü istifadə etmək məqsədi ilə metamfetamin və xanım dostuna vermək üçün narkotik maddə heroin alıb üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında ünvan 5 ünvanının qarşısında olan zaman iki nəfər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Onlar bildrmişlərki, o özünü şübhəli apardığı üçün ona yaxnlaşmışlar. Ondan psixotrop maddə və narkotik vasitədən istifadə edib-etməməyini soruşmuşlar. O səmimi olaraq üzərində metamfetamin və heroin olduğunu bildirmişdir. Polis əməkdaşları onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. O etiraz etməmiş və onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuşdur. Onun hüquqularını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Daha sonra videoçəkiliş edilərək polis əməkdaşları və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunsuz əşyaları varsa təqdim etməyi bildirdikdə, əynindəki şalvarının cibindən 01 ədəd bükümdə metamfetamini və 01 ədəd bükümdə heroini çıxardıb təqdim etmişdir. Həmçinin o bildirmişdir ki, aldığı narkotik heroinin və metamfetaminin bir hissəsini istifadə etmişdir. Əlavə olaraq dindirilən zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitəni və psixotrop maddəni öz şəxsi istifadəsi üçün alaraq üzərində daşımış, lakin həmin maddələri heç vaxt başqa şəxslərə satmamışdır və ümumiyyətlə bu niyyətdə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin işləyir. 06 may 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə, Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, onları daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Məlumatı araşdırmaq üçün sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 14:30 radələrində Şahid2 ilə birlikdə məlumat əsasında ünvan 6 ünvanda xarici əlamətlərindən Təqsirləndirilən şəxs müyyən etmiuşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Polis Şöbəsində təhqiqatçı tərəfindən vəkil dəvət olunmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış və götürmə hərəkətləri keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının arxa sol cibindən 7 manat pulu, həmin şalvarının sağ yan cibindən 01 ədəd «Samsunq S3» markalı mobil telefon aparatını və həmin cibindən iki ədəd sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli maddəni və digərinin içərisində ağ rəngli kristall halında maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələr heroin və metamfetamindir. O həmin maddələri Sumqayıt şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 80 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrin ümumi çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzi ilə çəkilən zaman 01 ədəd tünd qəhvəyi rəngli, toz şəkilli spesifik iyə malik maddənin ümumi çəkisi 0,28 qram, digər ağ rəngli kristal halında olan maddənin isə 0,51 qram çəkidə olması müəyyən edilmişdir. Həmin maddələr qablaşdırılmış və möhürlənmişdir. Sonra protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 06 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 06 may 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının arxa sol cibindən 7 manat pulu, həmin şalvarının sağ yan cibindən “Samsung S3” markalı mobil telefon aparatını və 02 ədəd sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddəni və digərinin içərisində ağ rəngli kristal halında maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nədən ibarət olması, nə vaxt və kimdən alması soruşulduqda, sonuncu həmin bükümdəki kütlənin heroin olduğunu, digərinin isə metamfetamin olmasını, həmin bükümləri iki gün öncə Sumqayıt şəhərində heç bir anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr elektron tərəzi vasitəsilə çəkilmiş, qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik maddənin çəkisinin 0,28 qram və ağ rəngli kristal halında olan maddənin isə 0,51 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 153 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 33-35); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2022-ci il tarixli, 6/2641 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №-153” möhür əksi, “..Təqsirləndirilən şəxs...” və s. Yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,408 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,158 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı 1), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir (i.v. 40-43); diskə baxış keçirilməsi haqqında 08 may 2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 06 may 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 56-57); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (i.v. 58-59); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 08 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmişdir (i.v. 72-73); qətimkan tədbirinin seçilməsi haqqında 08 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 74-75); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunub-olunmaması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 85); təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun tutularaq istintaq orqanına təhvil verilməsi qərara alınmışdır (i.v. 89-90); axtarışda olan şəxsin tutulması haqqında 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:30 radələrində saxlanılaraq 37-ci PŞ-nə gətirilmişdir (i.v. 101); qətimkan tədbirinin seçilməsi haqqında 23 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 106-107); maddi sübutun tanınması haqqında 24 iyul 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd bükümdə təmiz çəkisi 0.408 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, ümumi təmiz çəkisi 0.158 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.358 qram psixotrop maddə metamfetamin və 0.108 qram narkotik maddə heroin saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (i.v. 110); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsinin xx.xx.2022-ci il tarixli 4020 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 111-112); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 24 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2641 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4020 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişlər, 01 ədəd bükümdə 0.408 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.358 qram psixotrop maddə metamfetaminin və 01 ədəd bükümdə 0.158 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.108 qram narkotik maddə heroinin Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 113-118); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-427/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və tutularaq Bakı İstintaq Təcridxanasına verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 17 oktyabr 2022-ci il tarixli xx/xx-7310 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir; Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 10875721 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.2015-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, atası Təqsirləndirilən şəxs, anası Vüsalə Əliyevadır. Məhkəmə istintaqı zamanı 1 ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının arxa sol cibindən 7 manat pulu, həmin şalvarının sağ yan cibindən “Samsung S3” markalı mobil telefon aparatını və 02 ədəd sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddəni və digərinin içərisində ağ rəngli kristal halında maddəni çıxarıb təqdim edir, Təqsirləndirilən şəxs həmin maddənin nədən ibarət olması soruşulduqda sonuncu həmin bükümdəki maddələrin heroin və metamfetamin olmasını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0.408 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.158 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: - tutulduğu və həbsdə saxlanıldığı müddət; - ev dustaqlığında saxlanıldığı müddət; - məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; - Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, üzərində qanunlav dövriyyəsi qadağan olunmuş iki növ yəni narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, onların miqdarlarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 06 may 2022-ci il tarixdən 08 may 2022-ci il tarixədək və 23 iyul 2022-ci il tarixdə həbsdə saxlanıldığı 03 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.408 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.358 qram psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.158 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.108 qram narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdən 08 may 2022-ci il tarixədək və 23 iyul 2022-ci il tarixdə həbsdə saxlanıldığı 03 (üç) gün müddət ona təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.408 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.358 qram psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.158 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.108 qram narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar