Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-427/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Səbail rayonu A.Abbaszadə küçəsi inzibati binada qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan –Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,229 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək üstündə saxlamaqla daşımış, 23 fevral 2024-cü il tarixində saat 10:10 radələrində Səbail RPİ-nin 39-cu Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Səbail rayonu, Səməd Vurğun küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən “Adore” mağazasının qarşısında saxlanılıb ünvan 1 ünvanda yerləşən Səbail RPİ-nin 39-cu Polis bölməsinə gətirilərək videoçəkilişlə müdafiəçinin iştirakı ilə əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli falqa bükümündə təmiz çəkisi 0,229 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,503 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Səbail RPİ-ni 39-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 19 mart 2024-cü il tarixdə saat 17:50-də ünvan 3 ünvanda yerləşən “Vapiano” adlı restoranın qarşısında saxlanılıb ünvan 1 ünvanında yerləşən Səbail RPİ-nin 39-cu PB-nə gətirilərək videoçəkilişdən istifadə etməklə müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 0,503 qram olan ağ rəngli kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqla müəyyən edilməyən vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,473 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməiyyat tədbirləri nəticəsində 24 aprel 2024-cü il tarixdə saat 15:00-də ünvan 5 ünvanın yaxınlığında saxlanılıb, ünvan 6İ-nin 34-cü PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi-axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,473 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özünün etirafı, şahid ifadələri, üzərinə şəxsi axtarış keçirilməsi, diskə baxış protokolları, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri, maddi sübutlar, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadələri təsdiq etdiyini, əməllərdən peşman olduğunu, ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 23 fevral 2024-cü il tarixdə saat 10:10 radələrində Səbail RPİ-nin 39-cu PB-də sahə inspektoru polis leytenantı Şahid2 ilə Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun və Nizami küçələrinin kəsişməsində yerləşən «Adore» mağazasının qarşısında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsində özünü şübhəli aparması ilə bağlı yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib saxlama səbini izah edib ünvan 8 ünvanda yerləşən Səbail RPİ-nin 39-cu PBnə dəvət edərək gətirmişlər. Polis bölməsində olan zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, bölməyə 3 saylı vəkil bürosundan dəvət olunmuş müdafiəçinin, onun və Səbail RPİ-nin 39-cu PB-nin polis sahə inspektoru polis leytenantı Şahid2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən baş təhqiqatçı Azər Quliyev şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilmiş, daha sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif olunmuşdur. Bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən çıxardığı 01 ədəd gümüşü rəngli falqanı masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd gümüşü rəngli falqa açıldıqda içərisində kakos kimi tanıdığı narkotik vasitənin büküldüyü 01 ədəd ağ rəngli kağız, içərisində şüşə kimi tanıdığı psixotrop maddənin büküldüyü 01 ədəd qızılı rəngli falqa aşkar edilmişdir. Aşkar edilmiş bükümləri xx.xx.2024-cü il tarixdə saat 09:52 radələrində Səbail rayonu, Azərbaycan prospekti 2 ünvanında yerləşən dayanacaqda olan “milli.ön” ödəniş terminalı ilə “M10” elektron ödəniş sisteminin (+994) 55 ***-**-** hesabına 20 (iyirmi) manat pul ödəniş edərək almışdır. Təqdim olunan kütlənin zərfə qoyularaq möhürlənməsini və zərfin üzərinin imzalanmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu PB-də sahə inspektoru polis leytenantı Şahid2 Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin X1 cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid6 ifadəsində göstərmişdir ki, 19 mart 2024-cü il tarixdə saat 17:50-da Səbail RPİ-nin X4 və 39-cu Polis Bölməsinə “Fuad” adlı şəxsin Bakı şəhəri Səbail rayonu İçəri Şəhərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etibarlı mənbədən daxil olmuş məlumat əsasında əməliyyat tədbiri qurulub ünvan 11 ünvanda yerləşən “ Vapiano” restoranının qarşısında zahiri əlamətlərinə görə məlumatda qeyd olunan “Fuad” adlı şəxsə bənzəyən bir nəfər şəxsin piyada hərəkət etdiyini müəyyən edib yaxınlaşıb özlərini təqdim edib və özünü təqdim etmsini təklif etdikdə özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsi Səbail RPİ-nin 39-cu PB-nə dəvət edib gətirdikdən sonra onun xx xxxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər dəfələrlə məhkum olunmuş, ünvan 12 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmasından sonra hüquqlarını müdafiə etməsindən ötrü dəvət edilmiş müdafiəçinin, onun və Səbail RPİ-nin 39-cu Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid5 iştirakı ilə videoçəkilişlə Fuad Kərimovun üzərinə şəxsi axtarış və götürmə aparılma üzərindən hər hansı bir qanunsuz əşyanın olub-olmaması barədə sorğu-sual edilib əgər varsa, masanın üzərinə qoyub təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq, masanın üzərinə qoyub içərisində şüşə kimi tanıdığı psixotrop maddə olduğunu, bir neçə saat əvvəl Səbail rayonu «Malakan bağı» kimi tanınan parkın yaxınlığında şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 (on) manata alaraq, üzərində saxlayıb daşıdığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması davam etdirildikdə üzərindən qeyriqanuni heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütlə təhqiqatçı tərəfindən götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılıb DİN-in “Zərflər üçün” 49 saylı möhürü ilə möhürlənmişdir. İştirakçılar tərəfindən zərfin üzəri və tərtib edilmiş protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid5 Səbail RPİ-nin X1 cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid3 Etibar oğlu ifadəsində göstərmişdir ki, ünvan 13 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatla əlaqədar 24 aprel 2024-cü il tarixdə saat 15:00-da Xətai RPİ-nin 34-cü PŞ-nin polis sahə inspektoru polis baş leytenantı Şahid4 ilə birlikdə ünvan 14 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib saxlama səbəbini izah edib ünvan 6İ-nin 34-cü PŞ-nə dəvət edərək gətirmişlər. Polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, polis şöbəsinə dəvət olunmuş 13 saylı vəkil bürosunun müdafiəçisinin, onun və Xətai RPİ-nin 34-cü PŞ-nin polis sahə inspektoru polis baş leytenantı Şahid4 və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən baş təhqiqatçı Fərid Abbasov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif olunmuşdur. Baş təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən çıxardığı 01 ədəd şəffaf sellafon bükümü masanın üzərinə qoyaraq içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan bükümü 24 aprel saat 14:00-da metronun “Neftçilər” stansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən 10 manat nağd pul müqabilində aldığını bildirmişdir. Bundan sonra təqdim olunan büküm elektron tərəzi vasitəsi ilə çəkildikdə 0,59 qram çəkidə olması müəyyən edilmişdir. Təqdim olunan kütlənin zərfə qoyularaq möhürlənməsini və zərfin üzərinin imzalanmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin polis sahə inspektoru polis baş leytenantı Şahid4 ifadəsində Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid3 Etibar oğlu ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə ********* cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild İ i.v. 1); şübhəli şəxsin tutulması haqqında 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə, saat 15:50-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 15:00dan hesablanmışdır ( cild İ i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nın əməliyyat müvəkkili Şahid3, Xətai RPİ-nin 34-cü PŞ-in sahə rəisi Şahid4, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X8 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 bükümdə şəffaf rəngli sellofan torbaya bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə, çıxararaq təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəfimdən baxış keçirildi, lakin üzərindən başqa heç bir əşya aşkar olunmadı. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirdi ki, əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxan, 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş, tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddə "kokos", adlanan narkotik vasitədir..(İ cild, i.v. 30-31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2258 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №152 dairəvi möhür əksləri olan, “...2) Təqsirləndirilən şəxs “imza” ...” ad, soyad, ata adı və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,473 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild İ i.v 40-44) (ekspertiza xərci 65 manat)(qalıq qalıb 0,423 qram) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin tarixdə, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ i.v. 51-52); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-318/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 aprel 2024-cü il tarixdən hesablanmışdır.( cild İ i.v75-78) 16 may 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ********* №altında istintaqı davam etdirilmişdir.( cild İ i.v.91-92) 23 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə, saat 10:50-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 10:10dan hesablanmışdır (cild İ i.v. 122); 23 fevral 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Səbail RPİ-nin 39-cu PŞ-nın əməliyyat müvəkkili Şahid1, Səbail RPİ-nin 39-cu PŞ-nın sahə rəisi Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Redmi Note 9” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əyninə geyindiyi tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü falqanı təqdim edərək bildirdi ki, təqdim etdiyi bir ədəd gümüşü falqanın içərisində əlavə olaraq bir ədəd qızılı və bir ədəd gümüşü falqa vardır. Gümüş falqanın içərisində qəhvəyi rəngdə tozvari narkotik maddə heroin, qızılı falqanın içərisində isə ağ kristalvari şüşə, yəni patıdır. Həmin narkotik maddələri xx.xx.2024-cü il tarixində səhər saatlarında Tarqovi ərazisində, yaşayış sahələrinin birində İşıq yuvasının üzərindən götürmüş, öz istifadəsi üçün üzərində saxlamışdır Həmin narkotiki Fuad adlı şəxsdən 20 manata almış, Səbail rayonu, Sabir bağındakı MilliÖn aparatndan həmin şəxsin istifadəsində olan M10 hesabına atmışdır.Daimi olaraq narkotik maddə istifadəçisidir. Həmçinin əyninə geydiyi tünd göy rəngli qış gödəkçəsinə baxış keçirilmiş gödəkçənin sağ yan cibindən ödəniş olunması ilə bağlı bir ədəd qəbz cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Əlavə olaraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddələr olan bir ədəd qızılı və bir ədəd gümüşü falqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 49 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. Habelə şübhəli şəxs Təqsirləndirilən şəxs onu bölməyə gətirilən zaman hər-hansı bir zora və ya təhqirə məruz qalması soruşulduqda o, heç bir zora məruz qalmadığını, təhqir olunmadığını və bu barədə heç kimdən şikayətinin və ya tələbinin olmadığını bildirdi. Habelə o, aparılmış şəxsi axtarışdan da şikayətinin olmadığını və bunu da imzası ilə təsdiq etdiyini qeyd etdi ( cild İ i.v 132-133) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1086 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 49” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,123 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,229 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir(qalıq 0,179 qram)(ekspertiza xərci 65 manat) (cild İ i.v141-145) 24 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(saat 11:30)( cild İ i.v190) 27 mart 2024-cü il tarixli maddi sübut kimi tanınma və saxlanc verilmə haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,123 qr tədqiqata sərf edildi 0,03, qalıq 0,120 qr olan narkotik vasitə heroin, ilkin xalis çəkisi 0,299 qr tədqiqata sərf edildi 0,05, qalıq 0,179 qr psixotrop maddə metamfetamin maddi sübut kimitanınmışdır.( cild İ i.v 206) 17 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(009)-58/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 01 gün tutulması nəzərə alınmaqla, üzərində 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir(cild İ i.v 216-217) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 2393 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür.( cild İ i.v 224-225) 03 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir.(cild İİ i.v 2) 14 iyun 2024-cü il tarixli cinayət işinin qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi icraatda olan ********* № li cinayət işi ilə birləşdirilməsi və ********* nömrə altında istintaqı davam etdirilmişdir. (cild İİ i.v10) 19 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdə, saat 18:50-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 17:50-dən hesablanmışdır (cild İİ i.v38-39) 19 mart 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Səbail RPİ-nin 39-cu PŞ-nın əməliyyat müvəkkili Şahid5, Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid6, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Redmi Note 9” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan göy rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim edərək, qeyd olunan bükümün içərisində şüşə kimi tanıdığı maddə olduğunu bildirdi. Həmin narkotik maddəni tanımadığı şəxsdən 10 (on) manat ödəməklə Səbail rayonu, Malakan bağı yaxınlığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzərmaddələr olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən kağız zərfdə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 49 saylı möhürü ilə möhürlənərək götürüldü. Habelə şübhəli şəxs Təqsirləndirilən şəxs onu bölməyə gətirilən zaman hər-hansı bir zora və ya təhqirə məruz qalması soruşulduqda o, heç bir zora məruz qalmadığını, təhqir olunmadığını və bu barədə heç kimdən şikayətinin və ya tələbinin olmadığını bildirdi. Habelə o, aparılmış şəxsi axtarışdan da şikayətinin olmadığını və bunu da imzası ilə təsdiq etdiyini qeyd etdi..(cild İİ i.v48-49) Məhkəmə kimyəvi ekspertizasının 20 mart 2024-cü il tarixli 3-16-16/2-6/1614 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №49 dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir bükümdə təmiz çəkisi 0,503 qram olan ağ kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.(qalıq 0,453 qram)(cild İİ i.v 64-66) (ekspertiza xərci 65 manat) 21 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulan ittiham elan edilmişdir. .(cild İİ i.v 78-79) 21 mart 2024-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İİ i.v 92-93) 01 aprel 2024-cü il tarixli əşyanın cinayət işi üzrə maddi sübut kimi tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 0,503 qr olan psixotrop maddə metamfetaminin cinayət işi üzrə maddi sübut kimitanınması qərara alınmışdır(cild İİ i.v100) 25 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir .(cild İİ i.v142-143) Sübutların qiymətləndirilməsi haqqında 26 iyun 2024-cü il tarixli qərardan görünür ki,iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən elan edlmiş ittihamın qüvvəsində saxlanılması, Məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 fevral 2024-cü il tarixli 6/1086 № rəyi sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi, məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 mart 2024cü il tarixli 6/1614 № rəyi sübut əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi, məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 aprel 2024-cü il tarixli 6/2258 № rəyi sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi, məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 aprel 2024-cü il tarixli 6/2393 № rəyi sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin miqdarı ekspert rəyi üzrə 0,229 qr hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə aşkar edillərək götürülmüş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,299 qr maddi sübut kimi tanınması, qalıq qalmış 0,179 qr psixotrop maddə metamfetamin saxlanması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdə aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin miqdarı ekspert rəyi üzrə 0,503 qr hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdə aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin miqdarı ekspert rəyi 0,503 qr maddi sübut kimi tanınması və qalıq qalmış 0,453 qr psixotrop maddə metamfetaminin saxlanması Xətai RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə aşkar edilərək götürülmüş narkotik vasitə heroinin miqdarı eskpert rəyi üzrə 0,473 qr hesab edilməsi, Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə aşkar edilərək götürülmüş narkoik vasitə heroinin miqdarı ekspert rəyi üzrə 0,473 qr maddi sübut kimi tanınması və qalıq qalmış 0,453 qr narkotik vasitə heroin saxlanması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 03 ədəd DVD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən “Fuad” adlı şəxsin ,X5 adına olan 055-95-85-69 mobil nömrə altında qeydiyyatdan keçmiş M10 proqramı vasitəsilə Milliön ödəmə terminaıldan 20 manat pul köcürülməsi ilə bağlı araşdırmanın davam etdirilməsi üçün cinayət işindən material ayrılması, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,123 qr kustar üsulla hazırlanmış narkotik vasitə heroinin miqdarı cinayət tərkibi yaratmadığından bu xüsusat üzrə cinayət təqibinə xitam verilməsi, barəsində inzibati icraat başlanması məsələsinə baxılması üçün materialın surəti Xətai rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs təkrar cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyətini ağırlaşdıran hal nəzərə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyyətini yüngülləşdirən hal müəyyən edilmədiyi nəzərə alınması, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işimdən material ayrılmaqla icraata qəbul edilməməsi və qərarın surəti əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsində ötrü Səbail RPİ-nin 39-cu PB-nə və Xətai RPİ-nin 34-cü PŞ-nə göndərilməsi qərara alınmışdır.(cild İİ i.v149-163) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən tutuldğu 02 gün müddət 01 günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməsinə dair protokollarda qeyd olunan xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər;. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olması(CM59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs təkrar cinayət törətməsi(CM61.1.1) onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimim qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların və əməlində cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza hazırkı hökm ilə təyin edilmiş azadlqıdan məhrum etmə cəzası ilə qismən toplanmalı və qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində azadlıqdan məhrum etmə cəzası saxlanmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – şəxsi axtarış və baxış keçirilməsi görüntürlərini özündə əks etdirən 03 (üç) ədəd disk, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsini xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01(bir) il 06(altı)ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01(bir) günə iki gün hesablanmaqla hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 06 (altı) gün müddət müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08(səkkiz) ay 24(iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 24 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan 0,093 qram narkotik vasitə heroin, 0,179 qram psixotrop maddə metamfetamin və 0,453 qram psixotrop maddə metamfetamin , Xətai RPİ-nin saxlanc yerində saxlanılan qalıq qalmış 0,423 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 195 (yüz doxsan beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-427/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-427/2024
25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver