Məhkəmə qərarları › İş №1(011)-428/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-428/2024

26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-428/2024 26.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 və onun nümayəndəsi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X19 iştirakları ilə, X5 və X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələri haqqında X8 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 Pərvanə Qurban qızının və X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan və X19 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, Laçın rayon X6 direktoru vəzifəsində işləyir. İşlədiyi müddətdə işinə məsuliyyətli və peşəkar yanaşmışdır. Elm və Təhsil Nazirliyi tərəfindən 2018-ci ildə Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə təltif edilmişdir. Cəmiyyət və kollektiv arasında yüksək nüfuza və hörmətə malikdir. Yüzlərlə şagirdlərin əl əmək bacarıqlarının inkişaf etdirilməsi və müxtəlif əl işlərinin sərgilərdə nümayiş etdirilməsinə nail olmuşdur. Lakin, rəhbərlik etdiyi Laçın rayon X6 dərnək rəhbəri X14 və onun ailə üzvləri tərəfindən müxtəlif vaxtlarda böhtan və təhqirlərə məruz qalmışdır. Laçın rayon X6 dərnək rəhbəri X14 əmək intizamını pozduğu üçün 04 iyun 2022-ci il tarixdə tərəfindən xəbərdarlıq edilmişdir. Laçın rayon X12 2022-2023-cü il dərs ilində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti yoxladığı üçün əmək intizamını daha da gücləndirmək məqsədilə bir sıra təbdirlər həyata keçirmişdir. Bu zaman Laçın rayon X6 dərnək rəhbəri X5 əmək intizamını pozduğu bir daha aşkar edilmişdir. 17 mart 2023-cü il tarixdə keçirilən Pedoqoji İclasda qəbul edilən qərara əsasən X9 intizam tənbehi qismində töhmət verilmişdir. İntizam tənbehindən nəticə çıxarmadığı üçün 18 iyun 2023-cü il tarixdə X5 əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilmişdir. Daha sonra Mediasiya zamanı barışıq əldə edilmiş və X14 öz işinə bərpa edilmişdir. X2 ona və kollektivin ayrı-ayrı üzvlərinə qarşı böhtan və təhqirlərinə son qoymamışdır. Belə ki, 17 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X6 15 nəfər kollektiv üzvü və 4 nəfər online olmaqla 19 nəfərdən ibarət X33 keçirilmişdir. Şura iclası keçirilən zaman müzakirə edilən məsələlərdən biridə əmək intizamına əməl edilməsi məsələsi idi. Əmək intizamını pozduğu üçün Laçın rayon X6 dərnək rəhbəri X9 17 mart 2023-cü il tarixdə X25 İclasında töhmət elan edilmişdir. Töhmət elan edildikdən sonra X14 yerindən icazəsiz qalxaraq bütün kollektivi müxtəlif sözlərlə təhqir edərək şəxsən onun və kollektivin digər üzvlərinin hər birinin üzünə tüpürmüşdür. Bundan başqa Laçın rayon X6 dərnək rəhbəri X14 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 24 may 2023-cü il tarixdə ərizə yazmışdır. Həmin ərizədə qeyd etmişdir ki, yazıb Sizə bildirirəm ki, Laçın rayon X7 baş verən özbaşınalıq, qanunsuzluq, rüşvətxorluq, müəllimlərə qarşı qərəzli mövqe heç bir çərçivəyə sığmır. Belə ki, əlaqəli şəkildə dəmək daxili və xarici qanunsuz idarəetmə metodu, səsli və səssiz görüntülərlə şantaj cəhdləri, aylıq müəllimlərdən pul yığmaq, vahimə ilə kollektivə təsir etmə, müəllimlik adına yaraşmayan danışıq tərzi, nəzakətsiz, psixoloji problemli, qeyri-vətənpərvər mərkəzin rəhbəri - Zəravənd Quliyev, “özündən vakant ştatlar yaradaraq aylıq əmək haqqlarını mənimsəyir, bəzi işçilərlə bölür”. Laçın rayon X6 dərnək rəhbəri X14 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinə yazılmış 06 iyul 2023-cü il tarixli müraciətinə cavabda qeyd edilir ki, “Müraciətinizlə əlaqədar Xidmətin Bakı şəhər İdarəsinə verdiyiniz izahatınızda Sizdən tələb edilən məbləği vermədiyinizə görə əmək müqavilənizə xitam verildiyi və son haqq-hesabınızın ödənilmədiyini qeyd etmisiniz”. Yuxarıda qeyd edilən faktlarla bağlı 20 oktyabr 2023-cü il tarixdə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək Laçın rayon X6 dərnək rəhbəri X5 onu təhqir etməsi və ona müxtəlif böhtanlar atması barədə məlumat vermişdir. Xətai rayon Polis İdarəsinin 34cü Polis Şöbəsində aparılan araşdırma zamanı X14 ona böhtan atması faktını təsdiq edən izahat vermişdir. Belə ki, X14 izahatında qeyd etmişdir ki, onun işdən çıxarılmasına səbəb Zəravənd Quliyevin rüşvət tələb etməsi olmuşdur. Həmçinin onun müəllim kollektivindən pul yığmağını, nəzakətsiz olmağını, səsli və səssiz görüntülərlə şantaj etməyini qeyd etmişdir. Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi tərəfindən 20 oktyabr 2023-cü il tarixdə Laçın rayon X6 dərnək rəhbəri X5 onu təhqir etməsi və ona müxtəlif böhtanlar atması barədə məlumatı araşdırılmış və müraciətdə göstərilən xüsusatların DİO-nun araşdırma predmetinə aid olmadığı üçün xüsusi ittiham qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilərək 12 dekabr 2023-cii il tarxdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Laçın rayon X6 dərnək rəhbəri X5 oğlu X31 21 iyun 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X13 gələrək anasının əmək kitabçasını ondan tələb etdikdə o, həmin kitabçanı yalnız onun anasına verə biləcəyini demişdir ki, ona böhtan ataraq bildirmişdir ki, “50 manatdan 100 manatdan alıb camaatı aylığa saxlıyırsan. Mənim üçün kişi olub”. Bu sözləri ona deyərkən onun yanında Laçın rayon X6 dərnək rəhbəri Şahid3 və Laçın rayon X6 şöbə müdiri Şahid6 olmuşlar və onlarda X19 ona böhtan atması faktını təsdiq edə bilərlər. X19 ona böhtan atması barədə videogorüntüləri ərizəsinə əlavə edir. Həmçinin Laçın rayon X6 dərnək rəhbəri X5 əri X27 29 sentyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X13 gələrək onunla mübahisə yaratmış və məktəbi pozğunxana adlandıraraq onu və bütün məktəb kollektivi təhqir etmişdir. Bu sözləri ona deməklə onu təhqir edərkən onun yanında Laçın rayon Uşaq-Gənclər inkişaf X3 sədri Şahid7 və mərkəzin şöbə müdiri Şahid6 olmuşlar və onlarda X16 onu təhqir etməsi faktını təsdiq edə bilərlər. X16 onu təhqir etməsi barədə videogorüntüləri ərizəsinə əlavə edir. Əlavə olaraq onuda bildirir ki, tərəfindən “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi müraciət edilərək Hüquqi Yardımın göstərilməsi barədə Müqavilə bağlanılmışdır. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə sorğu verilərək onun ərizəsinin, ərizəyə əlavə olunmuş sənədlərin, X5 izahatının və izahatları alınmış digər dərnək rəhbərlərinin və işçilərin izahatlarının təsdiq edilmiş surətlərinin təqdim edilməsi xahiş edilmişdir. Lakin, bu günə kimi sorğuya cavab verilmədiyi üçün sorğuda ilə tələb edilən sübutları məhkəməyə təqdim edə bilmir. Odur ki, məhkəmə tərəfindən Xəlai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə sorğu verilərək X8 ərizəsinin, ərizəyə əlavə olunmuş sənədlərin, X5 izahatının və izahatları alınmış digər dərnək rəhbərlərinin və işçilərin izahatlarının təsdiq edilmiş surətlərinin təqdim edilməsi zərurəti vardır. Yuxarıda qeyd edilən və X14 tərəfindən ona ünvanlanan, sənədlərdə əksini tapan bu sözlər (rüşvətxor, səsli və səssiz görüntülərlə şantaj cəhdləri, aylıq müəllimlərdən pul yığmaq, vahimə ilə kollektivə təsir etmə, müəllimlik adına yaraşmayan danışıq tərzi, nəzakətsiz, psixoloji problemli, qeyri-vətənpərvər, özündən vakant ştatlar yaradaraq aylıq əmək haqqlarını mənimsəyir, bəzi işçilərlə bölür) və onun üzünə tüpürməsi faktı onun şərəf və ləyaqətini alçaltmaq üçün planlı şəkildə icra edilən təhqir və böhtan cinayətlərinin tərkib elementləridir. Həmçinin Laçın rayon X6 dərnək rəhbəri X5 oğlu X19 ona ünvanlanan, videoda əksini tapan bu sözlər “50 manatdan 100 manatdan alıb camaatı aylığa saxlıyırsan. Mənim üçün kişi olub” deməklə ona böhtan atmış və onu Rüşvət alma (passiv rüşvətxorluq)-da ittiham etməklə şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda səsləndirməklə AR CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan əməlləri törətmişdir. Yuxarıda qeyd edilən şəxslərlə yanaşı X27 məktəbi pozğunxana adlandıraraq onu və bütün məktəb kollektivini təhqir etməklə AR CM-nin 148ci maddəsində nəzərdə tutulan əməlləri törətmişdir. Belə ki, Laçın rayon X6 dərnək rəhbəri X5 və X16 təhqirləri və X19 ona böhtan atması nəticəsində kollektivdə olan nüfuzuna ciddi xələl gəlmiş, onun psixoloji-emosional vəziyyəti gərginləşmiş, davam edən təhqirlər fondunda əsəbləri pozulmuş və ona atılan böhtanlar və şəxsinə qarşı yönəlmiş təhqirlər onun iş kollektivindəki əmək fəaliyyətinin məhsuldarlığını azaltmışdır. X5 təhqirləri nəticəsində ona 10.000 (on min) manat, X16 təhqirləri nəticəsində ona 5000 (beş min) manat və X19 ona böhtan atması nəticəsində ona 15.000 (on beş) min manat miqdarında mənəvi ziyan dəymişdir. Laçın rayon X6 dərnək rəhbəri X5 və onun əri X16 təhqirləri və X19 ona böhtan atması nəticəsində pozulmuş hüquqlarını bərpa etmək üçün 05 mart 2024-cü il tarixdə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi ilə 215 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlayaraq ********** nömrəli VÖEN ilə fəaliyyət göstərən “Femida” vəkil bürosunun hesabına 800 (səkkiz yüz) manat məbləğində pul ödəmişdir. Bununla da ona 800 (səkkiz yüz) manat miqdarında da maddi ziyan dəymişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət məsuliyyəti yaradır. Belə ki, 17 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X6 15 nəfər kollektiv üzvü və 4 nəfər Online olmaqla keçirilən X30 əmək intizamını pozduğu üçün Laçın rayon X6 dərnək rəhbəri X9 töhmət elan edildikdən sonra yerindən icazəsiz qalxaraq bütün kollektivi müxtəlif sözlərlə təhqir edərək şəxsən onun üzünə tüpürməsi ilə 4 nəfər Online olmaqla 19 nəfər kollektiv üzvünün qarşısında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Onu və bütün kollektivi təhqir edərək onun üzünə və kollektivin digər üzvlərinin üzünə tüpürməsi faktını kollektivin üzvləri Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 şahid qismində təsdiq edə bilərlər. Laçın rayon X6 dərnək rəhbəri X5 təhqirləri nəticəsində kollektivdə olan nüfuzuna ciddi xələl gəlmiş, onun psixoloji-emosional vəziyyəti gərginləşmiş, davam edən təhqirlər fonunda əsəbləri pozulmuş və ona atılan böhtanlar və şəxsinə qarşı yönəlmiş təhqirlər onun iş kollektivindəki əmək fəaliyyətinin məhsuldarlığını azaltmışdır. X5 təhqirləri nəticəsində ona 10.000 (on min) manat miqdarında mənəvi ziyan və hüquqlarını bərpa etmək üçün vəkil xidmətinə ödədiyi 800 (səkkiz yüz) manat miqdarında maddi ziyan dəymişdir. X4 məktəbi pozğunxana adlandıraraq onu və bütün məktəb kollektivi təhqir etməklə AR CM-nin 148-ci maddəsində nəzirdə tutulan əməlləri törətmişdir. Laçın rayon X6 dəmək rəhbəri X5 17 mart 2023-cii il tarixdə törətdiyi əmələ nəzər yetirdikdə görünür ki, təhqir cinayətinin subyekti X10r. Həmin cinayətin obyekti isə onun şərəfi, ləyaqəti və işgüzar nüfuzudur. Subyektiv cəhəti isə qəsdlə xarakterizə olunmuşdur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Obyektiv cəhəti isə kütləvi çıxışda şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. Laçın rayon X6 dərnək rəhbəri X5 əri X16 29 sentyabr 2023-cü il tarixdə törətdiyi əmələ nəzər yetirdikdə görünür ki, təhqir cinayətinin subyekti X20r. Həmin cinayətin obyekti isə onun şərəfi, ləyaqəti və işgüzar nüfuzudur. Subyektiv cəhəti isə qəsdlə xarakterizə olunmuşdur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Obyektiv cəhəti isə kütləvi çıxışda şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. Həmçinin Laçın rayon X6 dərnək rəhbəri X5 oğlu X19 21 iyun 2023-cü iİ tarixdə törətdiyi əmələ nəzər yetirdikdə görünür ki, təhqir cinayətinin subyekti X23r. Həmin cinayətin obyekti isə onun şərəfi, ləyaqəti və işgüzar nüfuzudur. Subyektiv cəhəti isə qəsdlə xarakterizə olunmuşdur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Obyektiv cəhəti isə kütləvi çıxışda yalan olduğunu bilə-bilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymasıdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 və onun nümayəndəsi Müdafiəçi şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X27 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X31 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və onun nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsləri dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair qeyd olunmuş tələblərə riayət olunmadan məhkəməyə müraciət olunmuşdur. Belə ki, şikayət ərizəsində X5 təhqirləri nəticəsində ona 10.000 (on min) manat, X16 təhqirləri nəticəsində ona 5000 (beş min) manat və X19 ona böhtan atması nəticəsində ona 15.000 (on beş) min manat miqdarında mənəvi ziyan dəyməsi, həmçinin Laçın rayon X6 dərnək rəhbəri X5 və onun əri X16 təhqirləri və X19 ona böhtan atması nəticəsində pozulmuş hüquqlarını bərpa etmək üçün 05 mart 2024-cü il tarixdə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi ilə 215 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlayaraq ********** nömrəli VÖEN ilə fəaliyyət göstərən “Femida” vəkil bürosunun hesabına 800 (səkkiz yüz) manat məbləğində pul ödəməsi və bununla da ona 800 (səkkiz yüz) manat miqdarında da maddi ziyan dəyməsi qeyd edilsə də, şikayətin xahiş hissəsində həmin məbləğlərin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin tutulub-tutulmasına dair tələb öz əksini tapmamışdır. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-cü maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 və X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələri haqqında X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar