Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-429/2022 29.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1, müdafiəçisi- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, müdafiəçisi- Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü ildə Tovuz rayonu, Düz Qırıqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1993-cü ildə Masallı rayonu, Kubin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, Masallı rayonu, Kubin kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evin hasarından həyətə keçərək evin giriş qapısının açıq olmasından istifadə edib qanunsuz daxil olaraq, evin yataq otağında geyim əşyalarının saxanılması üçün nəzərdə tutulan dolabda geyim əşyaların içərisində gizlədilmiş saxlanc yeri hesab edilən mücrünün içərisindən 01 ədəd 219 manat dəyərində 2,74 qram çəkidə üzərindəki qaşları qiymətli qaş olmayan 585 əyarlı qızıl üzük, 01 dəst 216 manat dəyərində 2,70 qram çəkidə üzərindəki qaşları qiymətli qaş olmayan 585 əyarlı qızıl sırğa, 01 ədəd 216 manat dəyərində Rusiya istehsalı 2,70 qram çəkidə 585 əyarlı qızıl üzük, 01 ədəd 800 manat dəyərində Rusiya istehsalı 10 qram çəkidə qızıl qadın üzüyü, 01 ədəd 280 manat dəyərində Rusiya istehsalı 3,5 qram çəkidə 585 əyarlı qızıl qadın üzüyü, 01 ədəd Rusiya istehsalı 22 qram çəkidə 585 əyarlı qızıl bilərzik (qolbağı), 01 ədəd 2560 manat dəyərində Rusiya istehsalı 32 qram çəkidə 585 əyarlı tros sep-boyunbağı, 01 dəst 3000 manat dəyərində Rusiya istehsalı 585 əyarlı qızıl bilərzik (qolbağı) və qızıl boyunbağı, 01 ədəd 1000 manat dəyərində Rusiya istehsalı 10 qram çəkidə brilyant qaşlı kaltso qızıl üzük və 01 ədəd 1800 manat dəyərində üzərində “Nərmin” yazılı klon olan qızıl boyunbağını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 11871 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə ünvan 1 ünvanda yerləşən avtoyuma məntəqəsinə gələrək rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs2 avtoyuma məntəqəsinin qarşısında dayanıb gələn olacağı halda xəbər vermək üçün gözləmiş, Təqsirləndirilən şəxs1 isə avtomobilin baqaj hissəsində olan təkər açar vasitəsilə avtoyuma məntəqəsinin giriş hissəsinin kilidinin sındırılması yolu ilə qanunsuz daxil olmuş və orada olan 01 ədəd 450 manat dəyərində “OMAX” markalı, 603 WDM model kimyəvi təmizləmə aparatını, 01 ədəd 20 manat dəyərində “King Roy” markalı açar dəstini, 01 ədəd 20 manat dəyərində “YATO” markalı açar dəstini və 01 ədəd 50 manat dəyərində “Changlu Tools” markalı açar dəstini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 540 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə, 28 may 2022-ci il tarixdə idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə ünvan 1 ünvanda yerləşən avtoyuma məntəqəsinə gələrək rolların rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə o, avtuyuma məntəqəsinin qarşısnda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs1 avtomobilin baqaj hissəsində olan təkər açar vasitəsilə avtoyuma məntəqəsinin giriş hissəsinin kilidinin sındırılması yolu ilə qanunsuz daxil olmuş və orada olan 450 manat dəyərində “OMAX” markalı, 603 WDM model kimyəvi təmizləmə aparatını, 20 manat dəyərində “King Roy” markalı açart dəstini, 20 manat dəyərində “YATO” markalı açar dəstini və 50 manat dəyərində “Chaglu Tools” markalı açar dəstini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 540 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxslərin təhqiqat zamanı izahatları, ibtidai araşdırma zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyatda olmaqla yaşayr. Evlidir və himayəsində 1 azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X31 vardır. X1 yaşadığı evdən qızıl-zinət əşyalarını oğurladığı gündən bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixində saat təxminən 16 radələrində ona məxsus, şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə həmkəndlisi, eyni zamanda bibisioğlu Şahid3 həmin vaxt istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrədən zəng edərək bildirmişdir ki, Tovuz rayonu Düz Qırıqlı kənd ərazisində yaşayan istədiyi qızın atası Cəmil adlı şəxs və digər ailə üzvləri yaşadıqları evdə deyillər və evdə hal-hazırda hər hansı bir şəxs yoxdur. Həmin zaman o, maddi cəhətdən problemləri olduğundan şəxsi tələbatarını ödəyə bilməmişdir. Bununla da, həmin ünvanda heç kəsin olmadığı qənaətinə gələrək qeyd olunan ünvandan oğurluq edərək pul əldə edə biləcəyini fikirləşmişdir. xx.xx.2022-ci il tarixdə o, Tovuz rayonu Düz Qırıqlı kənd ərazisində yerləşən bibisioğlu Şahid3 yaşadığı evdə olmuşdur. Belə ki, o, atası X20 ilə aralarında son vaxtlar yaranmış mövcud ailədaxili problemlər səbəbindən bir müddətdir bibisioğlu Şahid3 yaşadığı evdə yaşamışdır. Şahid3 həmçinin atası X20 ilə birlikdə əvvəllər yaşadığı, Tovuz rayonu Düz Qırıqlı kənd ərazisində yerləşən evdə yaşamışdır. Bu zaman qeyd etdiyi yaşayış evində onunla yanaşı Təhməzin qardaşı X24 və onun həyat yoldaşı Mehdiyeva Sevinc olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, bibisioğlu Şahid3 yaşadığı evdən tək çıxaraq Tovuz rayonu Düz Qırıqlı kənd ərazisində yerləşən “Yuxarıkı” məktəb olaraq adlandırılan məktəbin olduğu istiqamətinə piyada hərəkətdə olmuşdur. xx.xx.2022-ci il tarixində saat 11 radələrində o, yenidən Tovuz rayonu Düz Qırıqlı kənd ərazisində yerləşən, bibisioğlu Şahid3 yaşadığı evə geri qayıtmışdır. Artıq günorta radələrində o, artıq Zərərçəkmiş şəxs2 evinə daxil olaraq oğurluq etmək üçün əlverişli vaxtın olduğuna əmin olmuşdur. Bu minvalla, Zərərçəkmiş şəxs2 yaşadığı evə tərəf yola düşmüşdür. Zərərçəkmiş şəxs2 yaşadığı evin məhlə, yəni evin həyətyanı sahəsində hər hansı bir hasar olmadığı üçün həmin sahəyə və daha sonra isə evin həyətinə asanlıqla daxil olmaq olur. Həmin evə çatdıqda ətrafda hər hansı bir şəxs olmamışdır. Daha sonra o, ətrafda onu hər hansı bir şəxsin görmədiyinə əmin olduqdan sonra Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə həyətyanı sahədən rahatlıqla daxil olmuşdur. Daha sonra o, yaşayış evinin giriş qapısından sol tərəf istiqamətdə yerləşən birmərtəbəli evin giriş qapısına yaxınlaşmışdır. Bu zaman qapının açıq olduğunu görüb evin içərisinə daxil olmuşdur. O, evdə olarkən hər hansı bir şəxs olmamışdır. Evin içərisinə daxil olduqdan sonra sağdan birinci otağa, yəni yataq otağına daxil olmuşdur. Daha sonra qızıl-zinət əşyalarını axtarmaq məqsədilə otaqda yerləşən yataqların altına, geyim əşyaları üçün nəzərdə tutulmuş dolabın içərisinə baxmışdır. Bu zaman o, otağın giriş qapısından sağ tərəfdə yerləşən şkafdan (dolab) bir ədəd qara rəngli, dördkünc qutu tapmışdır. Bu zaman o, həmin qutunun içərisinə baxmış və həmin qutuda müxtəlif forma və şəkillərdə ümumilikdə təxmini çəkiləri 40 (qırx) qram olan qızıl-zinət əşyalarının olmasını aşkar etmişdir. O, həmin qızıllardan bir ədəd bilərziy, 3 (üç) ədəd qızıl üzüyü xatırlayır. Digər qızıl-zinət əşyaları bir-birinin içərisində olduğu üçün onları tam dəqiq xatırlamır. O, qutuda olan bütün qızıl-zinət əşyalarını götürərək geyinmiş olduğu şalvarın cibinə yerləşdirmişdir. Daha sonra o, həmin yaşayış evinə daxil olduğu yol ilə də geri qayıtmışdır. Bu zaman onu hər hansı bir şəxs görməmişdir. O, oğurladığı qızıl-zinət əşyaları ilə evdən çıxarkən yolboyu qərara gəlmişdir ki, qızıl-zinət əşyalarını satsın və pul əldə etsin. Bunun üçün şəxsiyyət vəsiqəsi lazım olduğu üçün o, sata bilməyəcəyini bilmişdir. onun həmin vaxt şəxsiyyət vəsiqəsi yox idi. Nəhayət qərara gəlmişdir ki, yaşadığı kənddən hər hansı bir şəxsin vəsiqəsi ilə həmin qızılları satsın. Bundan sonra o, Tovuz rayonu Düz Qırıqlı kəndinin mərkəzinə getmişdir. Bu zaman “Favorit” marketin qarşısında qonşusu Şahid1 görmüşdür. O, həmin vaxt Coşquna yaxınlaşaraq bildirmişdir ki, təcili pula ehtiyyacı var və cibindən çıxararaq göstərdiyi bir ədəd qızıl üzük və bir dəst qızıl sırğanı təcili satmaq istədiyini və şəxsiyyət vəsiqənin olmadığı üçün sata bilmədiyini demişdir. O, Coşqundan xahiş etmişdir ki, özünə məxsus şəxsiyyət vəsiqəsi ilə həmin qızılları Tovuz rayonu Əyyublu kənd ərazisində yaşayan Ceyhun adlı şəxsə satsın, həmçinin bildirmişdir ki, razılaşsa ona 30 (otuz) manat pul verəcəkdir. O, Coşquna həmin qızılların Bakı şəhərində yaşayan bir nəfər yaxın tanışının göndərdiyini demişdir. Şahid1 həmin qızıl-zinət əşyalarının oğurluq əşyalar olduğunu bilməmişdir. Şahid1 onunla razılaşmış və onlar daha sonra birlikdə “Favorit” marketin qarşısından təxminən 100 (yüz) metr irəlidə həmkəndlisi, Nicat adlı şəxsin idarə etdiyi ,“VAZ- 21011” minik markalı, ağ rəngli taksi avtomobilinə yaxınlaşmışlar. Bu zaman o, Nicatdan onları Tovuz rayonu Əyyublu kəndinə aparmağını xahiş etmişdir. O, Nicata 5 (beş) manat verəcəyini bildirmiş və Nicat onunıa razılaşdıqdan sonra birlikdə Tovuz rayonu Düz Qırıqlı kənd istiqamətindən üzü Tovuz rayonu Əyyublu kəndinə doğru hərəkətdə olmuşlar. Saat təxminən 14 radələrində onlar Tovuz rayonu Əyyublu kəndində yerləşən Ceyhun adlı şəxsin yaşadığı evə çatmışlar. Bu zaman o, bir ədəd qızıl üzüyü və bir dəst qızıl sırğanı Coşquna vermişdir. Coşqun qızılları götürüb Nicatla birlikdə avtomobildən düşmüşlər. O isə avtomobildə gözləmişdir. Təxminən 5 (beş) dəqiqə sonra geri qayıtmışlar. Bu zaman Coşqun ona xatırladığı qədərilə 375 (üç yüz yetmiş beş) manat məbləğində pul vermişdir. Daha sonra o, həmin puldan Nicata adlı şəxsə 25 (iyirmi beş) manat, Şahid1 isə 30 manat məbləğində pul vermişdir. Həmçinin Nicata pul verdikdə ondan xahiş etmişdir ki, onu Tovuz şəhərinə aparsın, Nicat da onunla razılaşmışdır. Daha sonra onlar birlikdə üzü Tovuz şəhəri istiqamətində hərəkətə başlamışlar. Onlar avtomobil ilə üzü Tovuz şəhərinə doğru gələrkən cibində olan digər qızılların hər birini ovcunda Nicat və Şahid1 göstərək onlardan həmin qızılları rayonda hər hansı bir yerdə satmağı mümkün olub-olmadığını soruşmuşdur. Bu zaman digərləri ondan bu qədər qızılları haradan əldə etdiyini soruşduqda bildirmişdir ki, Bakı şəhərində yaşayan bir nəfər yaxın tanışı göndərmişdir. Daha sonra onlar Tovuz şəhərinə daxil olduqda Nicata demişdir ki, onu “Bazar” tərəfdə yerləşən qızıl mağazalarının olduğu yerə aparsın. Nicat onunla razılaşdıqdan sonra onlar bazarın yaxınlığında yerləşən qızıl mağazasının qarşısında avtomobildən düşmüş və birlikdə mağazaya daxil olmuşlar. Bu zaman mağazada o, bütün qızılların qiymətini müəyyən etmək üçün onları satıcıya təqdim etmişdir. Daha sonra həmin qızıl-zinət əşyalarının çəkisini müəyyən etdikdən sonra bütün qızıl-zinət əşyalarının müqabilində 2000 (iki min) manat məbləğində pul təklif etmişlər. O, həmin qızılların ümumilikdə çəkisini dəqiq xatırlamır. Xatırladığı qədər birlikdə bütün qızılların çəkisi 30 (otuz) qramdan artıq idi. Daha sonra Şahid1 vəsiqəsini istədikdə Coşqun bu qədər qızıla vəsiqə verə bilməyəcəyini bildirmişdir. Onlar mağazanın qarşısında olarkən o, həmin vaxt Mehdiyev Tariyelin atası olan Mehdiyev Nizamini görmüşdür. Bu zaman Nicata onu Tovuz rayonu avtovağzalına aparmasını xahiş etmişdir. Nicat onu avtovağzalda düşürmüşdür. Daha sonra isə Şahid1 ilə birlikdə “VAZ-21011” minik markalı avtomobil ilə avtovağzaldan uzaqlaşıb getmişlər. O daha sonra avtovağzalda tanıdığı bir nəfər şəxsi görmüşdür. Həmin şəxs ilə Tovuz RPŞ-nin Qovlar PB-də müvəqqəti saxlama yerində təxminən 3-4 ay əvvəl olarkən tanış olmuşdur. O daha sonra həmin şəxsə yaxınlaşaraq bildirmişdir ki, təcili pula ehtiyyacı yarandığı üçün qızıl-zinət əşyaları satır. Ona köməklik göstərəcəyi halda müəyyən məbləğdə pul verəcəyini bildirmişdir. Bu zaman həmin şəxs qızılzinət alqı-satqısı ilə məşğul olan bir nəfər tanışının oduğunu bildirmiş və daha sonra onun yanında mobil telefonla həmin şəxsə zəng edərək qızıl alıb-almadığını soruşmuşdur. Telefonda danışdığı həmin şəxs qızıl aldığını bildirmişdir. Daha sonra onlar birlikdə sonuncunun idarə etdiyi “Xəzər” minik markalı, ağ rəngli avtomobil ilə Gəncə şəhəri istiqamətində hərəkət etmişlər. Onlar avtomobildə olan zaman o, cibindən qızıl-zinət əşyalarını çıxararaq göstərmişdir. Həmçinin qeyd etmişdir ki, avtomobildə o və həmin şəxsdən başqa hər hansı bir şəxs olmamışdır. Saat təxminən 17 radələrində onlar Gəncə şəhəri ərazisinə daxil olmuşlar. Bu zaman avtomobili idarə edən adını xatırlamadığı şəxs bir nəfər şəxsə zəng etmiş, daha sonra onlar həmin şəxslə Gəncə şəhəri ərazisində, Yeni Gəncə adlı yerdə yerləşən avtomobil sexinə getmişlər. Qeyd etmişdir ki, bildiyi qədərilə həmin şəxs avtomobil təmiri ustası olaraq işləmişdir. Daha sonra orada həmin usta olaraq işləyən şəxs bir nəfər şəxsə zəng edərək qızıl satmaq istədiyini bildirmişdir. Onlar bir neçə dəqiqə sonra həmin sexin yerləşdiyi ərazidən birlikdə “Xəzər” minik markalı avtomobil ilə qızıl alan şəxs ilə görüşmək üçün getmişlər. O, Gəncə şəhəri ərazisini yaxşı tanımadığı üçün həmin şəxs ilə Gəncə şəhərinin hansı hissəsində görüşdüyünü bilməmişdir. Daha sonra avtomobildə həmin şəxs özü ilə gətirdiyi elektron tərəzidə həmin qızılların çəkisini ölçərək ümumilikdə ona 1700 (min yeddi yüz) manat məbləğində pul vermişdir. Bu zaman ətrafda hər hansı bir şəxs olmamış və o, həmin qızılların oğurluq olmaları barəsində onlara heç bir məlumat verməmişdir. O, həmin puldan 70 (yetmiş) manat məbləğində tanımadığı, avtomobili ilə Gəncə şəhərinə getdiyi şəxsə vermişdir. 200 (iki yüz) manat məbləğində isə usta olaraq işləyən şəxsə vermişdir. Daha sonra o, pulu götürdükdən sonra Gəncə şəhərindən taksi avtomobili ilə Tovuz rayonu Düz Qırıqlı kəndinə, oradan isə Bakı şəhərinə getmişdir. Bakı şəhərində oğurluq yolu ilə əldə etdiyi pulu şəxsi tələbatlarını, yəni yemək və siqaret almaq üçün, o cümlədən qaldığı evlərin kirayə haqqlarını ödəmək üçün istifadə etmişdir. Həm də Bakı şəhəri o məqsədlə gəlmişdir ki, özü üçün iş tapsın və işləməklə ailəsini və özünü dolandırsın. Bundan başqa, 2022-ci ilin aprel ayında Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəlməkdə məqsədi özünə iş tapsın və işləməklə ailəsinə baxsın. Bu minvalla ünvan 1 ünvanda yerləşən avtoyuma məntəqəsində işə başlamışdır. Həmin yerdə onun işi avtomobilləri yuyub təmizləmək olmuşdur. Avtoyuma məntəqəsində işlədiyi müddət ərzində həm də, həmin avtoyuma məntəqəsində gecələyirmiş. Qeyd olunan avtoyuma məntəqəsində təxminən 1 ay müddətinə işlədikdən sonra yaşadığı Tovuz rayonu, Düz Qırıqlı kəndinə getməli olduğundan işdən çıxaraq yaşadığı kəndə qayıtmışdır. 2022-ci ilin 20 may tarixində yaşadığı Tovuz rayonu, Düz Qırıqlı kəndindən Bakı şəhərinə yenidən işləmək üçün gəlmişdir. 27 may 2022-ci il tarixdə günorta radələrində Bakı şəhəri, Yasamal rayonunda “Ətçilər” adlanan küçənin yaxınığında olarkən, “Toyota Prius” markalı taksi avtomobilinin qarşından keçdiyini görmüşdür. Həmin zaman o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “20 Yanvar” metrostansiyasına getməli imiş. Həmin taksini əli ilə saxlamış və taksiyə əyləşmişdir. Taksiyə əyləşdikdən sonra taksi sürücüsündən onu “20 Yanvar” metrosuna aparmasını istəmişdir. Taksi sürücüsü ilə 5 manat məbləğində razılıq əldə etdikdən sonra yola düşmüşlər. Yolda olan zaman taksi sürücüsü ilə söhbətləşmiş və söhbət əsnasında aralarında münasibət yaranmışdır. Taksi sürücsünün adının Cavidan olduğunu öryənmişdir. Bundan sonra Cavidan onu “20 Yanvar” metrostansiyasında düşürmüş və tanışı olan bir şəxslə görüşdükdən sonra Cavidan ilə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Ətçilər” adlanan küçəyə geri qayıtmışdır. Qeyd olunan yerdə o, taksidən düşən zaman yemək yeməyə getdiyini Cavidana bildirmiş və Cavidanı da birlikdə yemək yeməyi təklif etmişdir. Cavidan da onun təklifi qəbul etmiş və onlar birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Ətçilər” adlı küçədə kafelərdən birində əyləşərək yemək yemişlər. Birlikdə yemək yeyən zaman Cavidana halhazırda gecələməyə evinin olmadığını bildirərək, kirayə ev axtardığını bildirmişdir. Bundan sonra Cavidan onu qardaşı ilə birlikdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki evinə qonaq dəvət etmişdir. O da Cavidanla razılaşmış və onlar birlikdə Cavidanın yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə Cavidanın idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə getmişlər. Cavidanın yaşadığı ünvana təxminən 22 radələrində çatmışlar. Cavidanın yaşadığı mənzildə olan zaman Cavidan ona idarə etdiyi “Toyota Prius” markalı avtomobiinin aylıq kirayəsinin vaxtı olduğunu və oğurluq edərək pul əldə edib həmin avtomobilin kirayəsini ödəməyin lazım olduğunu bildirmişdir. O da Cavidanla razılaşmış və təklif etmişdir ki, əvvəllər işlədiyi ünvan 2 ünvanda yerləşən avtoyuma məntəqəsindən oğurluq etsinlər. Bundan sonra 28 may 2022-ci il tarixdə saat təxminən 04 radələrində Cavidan və o, Cavidanın idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə Cavidanın yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsindən çıxaraq, ünvan 1 ünvanda yerləşən avtoyuma məntəqəsinin qarşısına gəlmişlər. Onuda qeyd etmişdir ki, onlar yolda olan zaman aralarında razılığa gəlmişlər ki, o, həmin avtoyuma məntəqəsinə qanunsuz daxil olaraq oğurluq edəcək, oğurluq yolu ilə əldə etdikləri əşyaları birlikdə sataraq və əldə etdikləri pulun 50 manatın Cavidan ona verəcək, yerdə qalan pulu isə Cavidan özünə və idarə etdiyi avtomobilin kirayəsinə verəcəkdir. Avtoyuma məntəqəsinin qarşısına gəldikdə saat artıq 04:30 radələri olardı. Cavidan avtomobili avtoyuma məntəqəsinin qarşısında saxlamış və o, düşərək avtoyuma məntəqəsinin giriş hissəsinə nəzər yetirmişdir. Avtoyuma məntəqəsinin giriş hissəsinin kilid vasitəsi ilə kilidləndiyini görmüşdür. Bunun ardınca avtomobilə qayıdıb, Cavidandan həmin kilidi qıra bilməyi üçün ona hər hansı bir əşya verməsini istəmişdir. Cavidan ona avtmobilin baqaj hissəsində avtomobil üçün təkər açarının olduğunu və onun vasitəsi ilə kildi qıra biləcəyini demişdir. Bundan sonra o, avtomobilin baqaj hissəsindən həmin təkər açarını götürərək, avtoyuma məntəqəsinin giriş hissəsinin kilidini vuraraq qırmağa başlamışdır. Təxminən 5 dəqiqə kildi yerinə vurduqdan sonra kilid yeri qırılmış və o, avtoyuma məntəqəsinə daxil olub, ilkin olaraq içəridə ön hissədə olan 3 (üç) açar dəstini götürüb, avtoyuma məntəqəsinin qarşısında Cavıdanın saxladığı və idarə etdiyi “Toyota Prius” markalı avtmobilin baqajına qoymuşdur. Bundan sonra o, Cavidana demişdir ki, avtomobili avtyuma məntəqəsinin arxa hissəsinə sürməyini istəmişdir. Çünki avtoyuma məntəqəsinin giriş hissəsinin yuxarı hissəsində videomüşahidə kamerası var idi. Cavidan onunla razılaşmış və avtomobili avtoyuma məntəqəsinin arxa hissəsinə sürmüşdür. O, yenidən avtoyuma məntəqəsinə daxil olub, ön hissədə olan kimyəvi təmizləmə aparatını götürərək, avtoyuma məntəqəsinin giriş hissəsini bağlayıb, avtoyuma məntəqəsinin arxasında Cavidanın avtomobili saxladığı yerə getmiş və qurutəmizləmə aparatınıda avtomobilin baqaj hissəsinə qoymuşdur. Ardınca o da avtomobilə əyləşmiş və Cavidana demişdir ki, oğurluq yolu ilə əldə etdikəri əşyaları Sumqayıt şəhərinə gedərək satsınlar. Cavidanda onunla razılaşmışdır. Onlar birlikdə Sumqayıta şəhərinə getmişlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 08 radələrində Sumqayıt şəhərinə çatmışlar. Onu da qeyd etmişdir ki, o, Sumqayıt şəhərini yaxşı tanımır. Sumqayıt şəhərində yolun kənarında bir avtoyuma məntəqəsi görmüşlər və həmin avtoyuma məntəqəsinın qarşısında saxlayıb, oğurluq yolu ilə əldə etdikləri əşyaları satmaq istəmişlər. Avtoyuma məntəqəsində işləyən şəxslər Cavidanın əlaqə nömrəsini götürmüş və lazım olduqda tanışlarına Cavidanın nömrəsini verəcəklərini və istəsələr həmin əşyaları alacaqlarını bildirmişlər. Onlar həmin şəxslərə əşyaları oğurluq yolu ilə əldə etdiklərini deməmişlər. Bundan sonra yolun kənarında adını təkər doldurma məntəqəsini görmüşlər və həmin təkər doldurma məntəqəsinə yaxınlaşmışlar və oğurluq yolu ilə əldə etdikləri 3 ədəd acar dəstini satmağı təklif etmişlər. Avtoservisdə işləyən şəxs onlarla həmin 3 ədəd açar dəstini 40 manat məbləğində nağd pula razılıq əldə etdikdən sonra həmin şəxsə açar dəstlərini satmışlar. Həmin 40 manat məbləğində pul ilə avtombilə benzin vurmuşlar və özləri üçün siqaret və sular almışlar. Bundan təxminən 30 dəqiqə sonra Cavidanın istifadəsində olan mobil telefona zəng gəlmiş, o, mobil telefona gələn zəngi götürmüş və zəng edən şəxs kimyəvi təmizləmə aparatını almaq istəyən şəxsin olduğunu bildirmiş və həmin şəxsin mobil nömrəsini onlara göndərmişdir ki, kimyəvi təmizləmə aparatının şəkillərini həmin şəxsə atsınlar. Onar da bu minvalla həmin şəxsə kimyəvi təmizləmə aparatının şəkillərini atmışlar və həmin şəxslə əlaqə saxlayıb görəşərək kimyəvi təmizləmə aparatını satmağı təklif etmişlər. Ardınca həmin şəxslə onlar Sumqayıt şəhər İcra Hakiiyyətinin qarşısında görüş təklif etmişlər və görüşmüşlər. Daha sonra həmin şəxslə birlikdə işlədiyi kimyəvi təmizləmə aparatlarının təmiri məntəqəsinə getmişlər. Həmin şəxs kimyəvi təmizləmə aparatına baxdıqdan sonra işlənmiş və köhnə olmasını bildirmiş və qiymətini soruşmuşdur. Onlar ilkin olaraq 200 manata satmaq istədiklərini bildirsələr də, həmin şəxs köhnə olduğundan 170 manat verə biləcəyini bildirmişdir. Onlar də razılaşmışlar. Və oğurluq yolu ilə əldə etdikləri kimyəvi təmizləmə aparatını 170 manat məbləğinə satmışlar. Qurutəmizləmə aparatını onlardan alan şəxs 170 manat dəyərində pulu Cavidana məxsus “Leo Bank” kartına onlayn şəkildə ilk öncə 150 manat, daha sonra isə 20 manatı göndərmişdir. Bundan sonra onlar birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Memar Əcəmi” metrostansiyasına getmişlər və orada Cavidana məxsus “Leo Bank” kartına göndərilmiş 170 manat məbləğində pulu çıxartmışlar və əvvəlcədən razılaşdıqları kimi 50 manat məbləğini ona vermişdir. Qalan puldan isə 50 manatın maşının kirayəsinə verəcəyini bildirmiş və qalan 70 manat pulu isə özünə götürmüşdür. Həmin yerdən onlar ayrılmışlar. O, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında günlük evlərə getmiş və orada 3 manat verməklə günlük qalmağa razılaşmışdır. Bundan başqa qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə Tovuz rayonu, Düz qırıqlı kəndində o, Zərərçəkmiş şəxs2 yaşadığı mənzildən oğurluq edən zaman tək olmuşdur. Lakin o, ilkin ifadəsi zamanı bibisi oğlu Şahid3 ilə oğurluq etdiyini bildirmişdir. Çünki Şahid3 ilə aralarında əvvəllər mübahisə olmuş və həmin şəxsdən acıq çıxmaq istəyi üçün belə ifadə vermişdir. Ancaq oğurluğu o, tək etmiş və bundan heç kəsin xəbəri olmamışdır. xx.xx.2022-ci il tarixdə onu heç kəs görməmişdir. Çünki o, həmin evə qanunsuz olaraq daxil olan zaman onu heç kəs görməmişdir. O, oğurluq yolu əldə etdiyi qızıl-zinət əşyalarını satdığı şəxslər həmin qızılzinət əşyalarını oğurluq yolu əldə etdiyini bilməmiş və həmin qızıl-zinət əşyalarını sataraq əldə etdiyi pulu şəxsi tələbatlarını ödəmək üçün istifadə etmişdir. Onu da qeyd etmişdir ki, o, qızıl-zinət əyalarını ilkin satdığı 01 ədəd qızıl üzük və 01 dəst qızıl sırğa istisna olmaqla, digər qızıl-zinət əşyalarını tanımadığı şəxsə satmışdır. O, oğurluq yolu ilə əldə etdiyi qızılzinət əşyalarının ümumi qramı dəqiq bilməsə də, həmin oğurluq yolu əldə etdiyi qızıl-zinət əşyalarının qiyməti ekspertizanın rəyinə uyğun gəlir. Və o, ekspertizanın rəyi ilə razıdır. O, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən avtoyuma məntəqəsində oğurluğu Cavidan adlı şəxslə qabaqcadan razılaşmış halda oğurluq etməyə getmişdir. Onların razılığına əsasən qeyd olunan ünvana Cavidanın idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə gedəcək və o, avtoyuma məntəqəsinə qanunsuz daxil olacaqdır. Avtoyuma məntəqəsinə daxil olduqdan sonra oğurluq edib oğurluq yolu ilə əldə etdikləri əşyaları Cavidanla birlikdə satacaqdılar. Bundan sonra əldə olunan pulun 50 manatını Cavidan ona verəcəkdir. Yerdə qalan pulu isə Cavidan avtomobilin kirayəsinə və özü üçün götürəcəkdir. Bu minvallada oğurluq hadisəsi baş vermişdir. Oğurluqdan əldə edilmiş 3 açar dəstini 40 manat məbləğində satmışlar və həmin pul ilə avtomobilə benzin və özləri üçün siqaret və sular almışlar. Bundan sonra oğurluq yolu ilə əldə etdikləri quru təmizləmə aparatını 170 manat məbləğində satmışlar və həmin pulun 50 manatın Cavidan ona vermiş, yerdə qalan pulu isə avtomobilin kirayəsi və Cavidan özü üçün götürmüşdür. Oğurluq edəcəklərini ondan və Cavindandan başqa heç kəs bilməmişdir. Onlar həmin əşyaları satarkən oğurluq yolu ilə əldə etmələri barədə bildirməmişlər, sadəcə olaraq özlərinə məxsus olmasını və ehtiyacları olduğundan satdıqlarını bildirmişlər. Törətdiyi əməllərdən səmimi peşmandır. Ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 1 il müddətidir ki, müxtəlif avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olur. Həyat yoldaşı vəfat etdiyindən hal-hazırda subay olsa da, himayəsində 1 azyaşlı övladı vardır. İşi ilə əlaqədar Bakı şəhərində, hətta Azərbaycan Respublikasının rayonlarına taksi proqramı olan “Bolt”-a qoşularaq qəbul etdiyi sifarişlərlə müştəriləri qəbul edərək, həmin müştəriləri qeyd etdikləri ünvanlara çatdırır. 27 may 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal “Ətçilər” adlanan küçədə etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yolun kənarında tanımadığı, lakin sonradan adının Hünər olduğunu bildiyi şəxs onu saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 20 Yanvar metrosuna getmək istədiyini ona bildirmişdir. O da onu qeyd olunan ünvana aparmışdır. Həmin ünvanda Hünər düşdükdən sonra geri qayıtmasını gözləmiş və bir qədər sonra yenidən Hünər gəlib avtomobilə əyləşmişdir. Bundan Hünər yenidən Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Ətçilər” adlanan yerə qayıtmaq istədiyini bildirmiş və onlar birlikdə yenidən “Ətçilər” adlanan küçəyə geri qayıtmışlar. Qeyd olunan yerdə adını xatırlamadığı kafelərin birində Hünər avtomobildən düşərək, yemək üçün bir qədər Hünəri gözləməyini istəmiş və bundan başqa yeməyə onu da təklif etmişdir. Ardınca o, yemək yeməsə də, Hünər yemək yedikdən sonra onun idarə etdiyi avtomobilə əyləşmiş və söhbətləşən zaman ona bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində moykada avtomobilləri yumaqla məşğul olmuşdur, lakin hal-hazırda işsizdir və qalmağa yeri yoxdur. O da bu zaman Hünərə bildirmişdir ki, qardaşı Ceyhun adlı şəxs Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində kirayə qalır və əgər istəyirsə Hünəri qardaşının qaldığı ünvana aparsın və kirayə haqqını bölüşməklə qardaşı ilə birlikdə yaşaya bilər. Bu minvalla onlar qardaşı Ceyhunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən kirayə yaşadığı evə getmişlər. Həmin zaman o, yenidən işləməli olduğu üçün yenidən idarə etdiyi avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmağa getmişdir. Lakin Hünər qardaşının kirayə yaşadığı evdə yataraq istirahət etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 02 radələrində ona zəng vuraraq bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində tanışı olan şəxsdən pul götürməlidir və onu çağırmışdır ki, Hünəri həmin ünvana aparsın. Bu minvalla xx.xx.2022-ci il tarixdə təxminən saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsindən etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hünəri götürüb, Hünərin istəyi əsasında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə getmişlər. Lakin Əhmədli qəsəbəsində olan zaman Hünər mobil telefonu ilə kiməsə zəng etmək istəsə də, onun zənglərinə cavab verən olmamışdır. Bundan sonra Hünər ona bildirmişdir ki, yaxınlıqda, yəni Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində əvvəllər işlədiyi moykada Hünərə məxsus kimyəvi təmizləmə aparatı və açar dəstləri vardır və onu götürməlidir. Bundan sonra o, Bakı şəhəri, Gəncə prospektində yerləşən avtoyuma məntəqəsinin qarşısına sürmüşdür. Bunun ardınca Hünər avtomobildən düşmüş və avtoyuma məntəqəsinin dediyinə görə açarlarını axtarmağa başlamışdır. Lakin o, ilkin olaraq avtoyuma məntəqəsindən bir qədər aralıda saxladığından Hünəri dəqiqliklə nə etdiyini görməmişdir. Daha sonra təpiklə aytoyuma məntəqəsinin qapısına vurmuşdur. Bundan sonra o, Hünəri çağıraraq bildirmişdir ki, əgər oğurluq niyyəti varsa o, işini bilsin. Lakin Hünər demişdir ki, özünə məxsus əşyarları götürməli və həmin əşyaları sataraq yemək və evin kirayəsini ödəmək üçün istifadə etməlidir. Bundan sonra avtoyuma məntəqəsini sağ yan tərəfində keçərək oradan dəqiq görə bilmədiyi bir əşya götürmüşdür. Bundan sonra Hünər yenidən avtoyuma məntəqəsinin qapısını təpiklə vurduqda, o, yenidən Hünəri çağıraraq, yenədə nə etmək istədiyi soruşmuşdur. Hünər isə cavabında avtoyuma məntəqəsinin kilidinin açarlarını tapa bilmədiyini bildirmişdir. Bundan sonra yenədə Hünər avtoyuma məntəqəsinə yaxınlaşmış və bir qədər cəhdlər etdikdən sonra qapını açmağa nail olmuşdur. Avtoyuma məntəqəsinı daxil olduqdan təxminən 5 dəqiqə sonra onu çağırmışdır ki, avtomobili avtoyuma məntəqəsinin qarşısına sürsün. O da arxa-arxaya sürərək avtomobili avtoyuma məntəqəsinin qarşısına sürmüşdür. Bundan sonra Hünər avtoyuma məntəqəsindən götürdüyü 3 ədəd açar dəstini idarə etdiyi avtomobilin baqaj hissəsinə qoymuşdur. Bundan sonra ona bildirmişdir ki, avtomobili avtoyuma məntəqəsinin arxa hissəsinə versin və avtoyuma məntəqəsində olan kimyəvi təmizləmə aparatı ağır olduğundan arxa tərəfə rahat apara biləcəkdir. O da Hünərin dediyi formada avtomobili avoyuma məntəqəsinin arxa hissəsinə vermişdir və Hünər avtoyuma məntəqəsindən götürdüyü kimyəvi təmizləmə aparatını götürərək avtomobilin yanına gətirmiş və avtomobilin baqaj hissəsinə qoymuşdur. Bundan sonra ona bildirmişdir ki, birlikdə Sumqayıt şəhərinə getsinlər. Həmin yerdə avtoyuma məntəqəsindən götürdüyü açar dəstlərini və kimyəvi təmizləmə aparatını sataraq pul əldə etsin və həmin pulla kirayə haqqını və tələbatlarını ödmək üçün istifadə etsin. xx.xx.2022-ci il tarixdə təxminən saat 08 radələrində artıq onlar Sumqayıt şəhərində olmuşlar. Sumqayıt şəhərində tanımadığı bir avtoyuma məntəqəsinin qarşısında Hünər avtomobili saxlamağını istəmiş və avtomobildən düşərək avtoyuma məntəqəsinəda daxil olmuş və bir qədər sonra yenidən avtomobilə geri qayıtmışdır. Bundan sonra Sumqayıt şəhərində hərəkətdə olan zaman yolun kənarında bir təkər doldurma məntəqəsini görmüş və Hünər bildirmişdir ki, avtomobili saxlasın və Hünər həmin təkər doldurma məntəqəsinə daxil olaraq götürdüyü açar dəstlərini sata bilsin. Ardınca avtomobili o, saxlamış və Hünər avtomobildən düşərək təkər doldurma məntəqəsinə daxil olmuşdur. Bundan sonra Hünər yenidən geri qayıtmış və bildirmişdir ki, o, yaxınlığıqda olan digər təkər doldurma məntəqisinə gedərək açar dəstlərini orada satmağı təklif etmişdir. O da avtomobildə Hünəri gözləyəcəyini bildirmişdir. Bunun ardınca Hünərin daxil olduğu birinci təkər doldurma məntəqəsində işləyən şəxs avtomobilə yaxınlaşmış və ondan Hünərin nəyə görə açar dəstlərini satmaq istədiyini soruşmuşdur. O da cavabında bildirmişdir ki, Hünərin ehtiyacı olduğundan satmaq istəyir və bu barədə Hünərə yaxınlaşsın. Bundan sonra Hünər geri qayıtmış, həmin şəxslə 40 manata razılaşmaqla açar dəstlərini təkər doldurma məntəqəsində işləyən şəxsə satmışdır. Bunun ardınca həmin Hünərin əldə etdiyi 40 manat pulu ona verməsə də, həmin pulla avtomobilə benzin vurmuş, bundan başqa birgə istifadə üçün siqaret və sular almışdır. Bundan sonra Hünər başqa bir avtoyuma məntəqəsinə daxil olmuş və kimyəvi təmizləmə aparatı satmaq istədiyini bildirmiş və mobil telefonu işlək olmadığından onun nömrəsin avtoyuma məntəqsində olan şəxslərə vermişdir ki, almaq istəyən olsa ona zəng etsinlər və o da Hünərə bu barədə bildirsin. Bundan sonra onun mobil nömrəsinə tanımadığı bir şəxs zəng etmiş və kimyəvi təmizləmə aparatını almaq istədiyini bildirmiş və o da mobil telefonu Hünərə vermişdir ki, Hünərdə danışaraq razılaşmışlar. Bunun ardınca həmin şəxs ona “vvhatsapp” internet tətbiqi vasitəsi ilə Sumqayıt şəhərinin İca Hakimiyyətinin yaxınlığının yerləşdiyi yeri göndərmiş və o həmin şəxsin göndərdiyi yerə sürmüşdür. Qeyd olunan yerə getmiş və həmin şəxslər görüşmüşlər. Həmin şəxs işlədiyi yeri onlara göstərmişdir ki, oraya gedərək kimyəvi təmizləmə aparatının vəziyyətinə baxsın və istəsə həmin kimyəvi təmizləmə aparatını alsın. Bundan sonra həmin şəxsin göstərməsi əsasında işlədiyi yerə sürmüşdür. Və həmin yerdə kimyəvi təmizləmə aparatını həmin şəxsin işlədiyi müəssisəyə aparmışlar və həmin şəxs aparata baxdıqdan sonra köhnə vəziyyətdə olmasını bildirərək 170 manata ala biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxs Hünərdən bank kartının olmasını soruşmuşdur ki, bank kartı vasitəsi ilə göndərsin. Hünərin bank kartı olmadığından hal-hazırda xatırlamadığı ona məxsus “Leo Bank” bank kartını verə biləcəyini Hünərə bildirmişdir. Hünər də razılaşmış və həmin şəxs ona məxsus bank kartına 150 manat pul atmışdır. Sonradan isə Hünərə 20 manatıda göndərəcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə Bakı şəhərində yerləşən “Memar Əcəmi” metrostansiyasına getmişlər. Həmin yerdə o, bank kartına gələn 150 manat pulu çıxarıb Hünərə vermişdir. Həmin puldan Hünər ona 47 manat məbləğində pulu vermişdir ki, həmin pul onun taksi kimi onu gəzdirməyinin haqqıdır. Ardınca o, Hünəri Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Qismət” şadlıq sarayının qarşısında düşürmüşdür. Çünki Hünər həmin ünvanda düşmək istədiyini bildirmişdir. Bundan başqa qeyd etmişdir ki, o, ünvan 1 ünvanda yerləşən avtoyuma məntəqəsində Hünərin oğurluq etmək niyyətinin olduğunu bilməmişdir. Hünər həmin ünvanda yerləşən avtoyuma məntəqəsindən özünə məxsus açar dəstlərini və kimyəvi təmizləmə aparatını götürərək satıb, əldə etdiyi pulla tələbatlarını və kirayə pulunu vermək istədiyini bildrimişdir. Bu minvalla o, Hünərə köməklik etmək niyyətində olmuşdur. O, Təqsirləndirilən şəxs1 avtoyuma məntəqəsinin kilid yerini açmaq üçün cəhd edən zaman necə açmasını dəqiq görməmişdir. Çünki o, avtomobili avtoyuma məntəqəsindən bir qədər qabaqda saxlamışdır. Sadəcə olaraq bir neçə dəfə Hünər təpiklə avtoyuma məntəqəsinin qapısına vurmasını görmüşdür. Hünər açar dəstlərini götürdükdən sonra onu çağırmış və o, avtomobili avtoyuma məntəqisinin qarşısına gətirmişdir. Ona məxsus “Leo Bank”-a aid bank kartı hal-hazırda istifadə müddəti bitdiyindən, istifadə edə bilmədiyi üçün haraya qoyduğunu xatırlamır. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olsa da, ünvan 5ləsi ilə birlikdə yaşayır. Evlidir. Məhkum olunmamışdır. ünvan 1 ünvanda yerləşən avtoyuma məntəqəsini 12 il müddətidir ki, icarə əsasında işlədir. Hər gün saat 08 radələrində həmin avtoyuma məntəqəsini açaraq işə başlayır və hər gün saat 24 radələrində bağlayır. 2022-ci ilin aprel ayında “Lalafo” mobil tətbiqində icarəyə işlətdiyi avtoyuma məntəqəsinə işçi tələb etməyi barədə elan qoymuşdur. Təxminən 2022-ci ilin may ayının əvvələrində Təqsirləndirilən şəxs1 onun istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayaraq, icarə əsasında işlətdiyi avtoyuma məntəqəsinə işləmək istəməsi barədə bildirmişdir. O da həmin şəxsi işlə təmin etmişdir. Təxminən 1 həftə işlədikdən sonra Hünər işdən çıxmışdır. 28 may 2022-ci il tarixdə təxminən saat 08 radələrində icarə əsasında işlətdiyi ünvan 1 ünvanda yerləşən avtoyuma məntəqəsinə gələrək, avtoyuma məntəqəsini açmaq istədikdə avtoyuma məntəqəsinin giriş hissəsinin kilidi qırılmasını aşkar etmişdir. Bu zaman başa düşmüşdür ki, avtoyuma məntəqəsində oğurluq hadisəsi baş vermişdir. Ardınca avtoyuma məntəqəsinə daxil olaraq alətləri yoxlamağa başlamışdır. Bu zaman ona məxsus avtoyuma məntəqəsinin sol küncündə olan kimyəvi təmizləmə aparatı və avtoyuma məntəqəsinin sağ küncündə olan vitrində 3 açar dəstinin oğurlandığını aşkar etmişdir. İcarə əsasında işlətdiyi avtoyuma məntəqəsinin videomüşahidə aparatına baxış keçirdikdə təxminən 1 ay bundan qabaq onun yanında işləyən Təqsirləndirilən şəxs1 oğurluq etməsini anlamışdır. Bundan sonra dərhal ərazinin Polis Bölməsi olan 36-cı Polis Bölməsinə yaxınlaşaraq baş vermiş cinayət hadisəsi ilə bağlı müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona məxsus 700 manat dəyərində kimyəvi təmizləmə aparatı və hər bir dəstin qiyməti 100 manat olmaqla ümumi dəyəri 300 manat olan 3 açar dəsti oğurlanaraq ümumilikdə ona 1000 (min) manat dəyərində maddi ziyan dəymişdir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş zərər ödənilmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixində Tovuz rayonu Düz Qırıqlı kənd ərazisində yerləşən yaşadığı evdən ona və ailə üzvlərinə məxsus qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı bildirmişdir ki, oğurluq hadisəsinin baş verdiyi gün, yəni xx.xx.2022-ci il tarixində saat təxminən 11 radələrində o, ailə üzvləri olan həyat yoldaşı X25, gəlini X15 və nəvəsi X14 ilə birlikdə yaşadığı evdən çıxaraq Tovuz rayonu Abulbəyli kənd ərazisində yerləşən “Şah əsəri” şadlıq evində toy məclisində iştirak etmək üçün getmişlər. Onlar evdən çıxarkən yaşadığı evin həyətinin giriş qapısını qıfıl ilə bağlayıb evdən çıxmışlar. Həmçinin qeyd etmişdir ki, yaşadığı evin otaqlarının qapılarını kilidləməmişdir. Yaşadığı evin yataq otağında geyim əşyaları üçün nəzərdə tutulmuş əşya dolabında (şkafda) geyim əşyalarının arasında gizlədilmiş formada bir ədəd mücrü olmuşdur. Həmin qeyd etdiyi mücrüdə o, özünə və ailə üzvlərin məxsus olan qızıl-zinət əşyalarını saxlayır idi. O, yaşadığı evdən çıxarkən içərisində mücrü olan dolabın qapısını açarla kilidləyərək bağlamışdır. Qıfılın açarlarını isə həmin dolabın üzərində olan sənədlərin arasında gizlətmişdir. Mücrünün qıfılını itirdikləri üçün mücrünün kilidi olmamışdır, yəni açıq formada olmuşdur. Mücrünün içərisində gəlini X5 məxsus olan bir dəst nazik formalı, üzərində birilliant qaşı olan qızıl bilərziy (qolbağı) və üzərində birilliant qaşı olan, nazik kale qızıl sep (boyunbağı), 2 (iki) ədəd sadə qaşlı, Rusiya istehsalı olan üzük, 1 (bir) ədəd 10 (on) qram çəkiyə malik, Rusiya istehsalı olan, birilliant qaşlı kaliso üzük, ona məxsus olan 1 (bir) ədəd kənarları torşəkilli, sadə qaşlı, Rusiya istehsalı olan, 10 (on) qram çəkiyə malik qızıl üzük (əvvəllər tarakan adlandırılırdı,formasına görə), bir ədəd sadə, Rusiya istehsalı olan, təxmini çəkisi 3.5 qram olan qızıl üzük, nəvəsi X4 məxsus olan 1 (bir) ədəd 22 (iyirmi iki) qram çəkiyə malik, sadə üzərində qaşı olmayan, Rusiya istehsalı olan qızıl bilərziy (qolbağı), bir ədəd üzərində “Nərmin” yazılı klonu olan, Rusiya istehsalı, qızıl sep (boyunbağı) və bir cüt uşaq üçün olan, təxmini çəkisi 3 (üç) qram olan, Rusiya istehsalı, qızıl sırğa və digər nəvəsi X6 məxsus bir ədəd 32 (otuz iki) qram çəkidə, Rusiya istehsalı olan, tros sep (boyunbağı) olmuşdur. Onlar evdən çıxarkən yaşadığı evdə hər hansı bir şəxs olmamışdır. Onlar şadlıq evinə getməzdən əvvəl Tovuz rayonu Aşağı Öysüzlü kənd ərazisində yerləşən qızı X2 yaşadığı evə getmişlər. Bu zaman gəlini X15 həmin evdə qalmış, o və həyat yoldaşı isə birlikdə Tovuz rayonu Abulbəyli kənd ərazisində yerləşən şadlıq evinə getmişlər. Həmin gün saat 19 radələrində o, həyat yoldaşı Mehdiyev Nizami ilə birlikdə Tovuz rayonu Aşağı Öysüzlü kənd ərazisində qızı X2 yaşadığı evə getmişlər. Bu zaman o, həmin evdə qalmış, gəlini Mehdiyeva Günay və həyat yoldaşı X44 rayonu Düz Qırıqlı kənd ərazisində yerləşən yaşadıqları evə qayıtmışdırlar. Daha sonra gəlini və həyat yoldaşının getmələrindən təxminən 30 (otuz) dəqiqə sonra o, özünə məxsus mobil telefon ilə gəlininin istifadəsində olan mobil telefona vatsap proqramı ilə zəng edərək yaşadıqları evə çatıb-çatmadıqlarını maraqlanmışdır. Bu zaman gəlini X15 ona yaşadıqları evdə mücrüdə saxladıqları qızılların onun götürüb-götürmədiyini soruşmuşdur. O, gəlininə həmin qızılları götürmədiyini bildirmişdir. Bu an gəlini bildirmişdir ki, mücrüdə olan qızıl-zinət əşyaları yerində deyil. O, dərhal telefon danışığını yekunlaşdırıb Tovuz rayonu Aşağı Öysüzlü kənd ərazisindən taksi avtomobili ilə yaşadığı Tovuz rayonu Düz Qırıqlı kəndinə getmişdir. O, yaşadığı evə çatdıqda polis əməkdaşlarının yaşadığı evdə olduğunu görmüşdür. O, oğurluq barəsində gəlinindən soruşduqda ona bildirmişdir ki, yaşadığı evə daxil olan zaman mücrünün olduğu yataq otağında geyim əşyalarının olduğu dolabın (şkafın) qapısının açıq olduğunu görmüş, bu zaman dolabdakı mücrüyə baxarkən mücrünün açıq vəziyyətdə dolabın içərisində olmuşdur. Bu zaman mücrüdə qızıl-zinət əşyalarının olub-olmadığını yoxlayan zaman görmüşdür ki, qızıl-zinət əşyaları yerində deyil. Həmçinin qeyd etmişdir ki, yaşadığı evdə digər əşyalara toxunulmamış və hər hansı bir əşya götürülməmişdir. Tovuz rayonu Düz Qırıqlı kənd ərazisində yerləşən yaşadığı evdən xx.xx.2022-ci il tarixində baş vermiş oğurluq hadisəsi zamanı, yəni onlar evdə olmayan zaman yaşadığı evə hər hansı bir şəxsin daxil olub-olmadığı barəsində hər hansı bir şəxs ona məlumat bildirməmişdi. Ona oğurluq hadisəsi nəticəsində təxminən 8000 (səkkiz min) manat məbləğində maddi ziyan dəymişdir. O, yaşadığı evdən xx.xx.2022-ci il tarixində ona və ailə üzvlərimə məxsus qızıl-zinət əşyalarının oğurlanmasında həmkəndli, Təqsirləndirilən şəxs1 şübhələnir. Oğurluq ərəfələrində Təqsirləndirilən şəxs1 həyat yoldaşının qardaşı övladları ilə yaşadığı evə bitişik torpaq sahəsi ilə kənd ərazisindən keçən avtomobil yoluna kəsə yolla gedib-gəlmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 onun uzaq qohumu sayılır. həyat yoldaşının qardaşının həyat yoldaşının yəni, eltimin qardaşı oğludur. Buna görə də əvvəllər bir neçə dəfə qayınım övladları ilə bir yerdə yaşadığı evdə olmuşdur. Hal-hazırda ona dəymiş zərər ödənilmədiyi üçün Təqsirləndirilən şəxs1 şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Düz Qırıqlı kənd sakini Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Hünər onun həmkəndlisi, eyni zamanda onun doğma dayıoğlusudur. Onun Hünərlə şəxsi münasibətləri əvvəllər normal olub. O, oğurluq hadisəsinin baş verdiyi gün, yəni xx.xx.2022ci il tarixində saat təxminən 11 radələrində Tovuz rayonu Düz Qırıqlı kənd ərazisində yerləşən Hünərin atası, onun isə dayısı olan X7 yaşadığı evdə olmuşdur. Həmin vaxt o, yatmışdır. O daha sonra 11-12 radələrində isə yuxudan oyanmışdır. Bu zaman dayısı Məmmədov Mübariz, dayısının qonşusu Akor adlı şəxs, dayısının dostu olan Düz Qırıqlı kənd sakini Məmmədov Etibar adlı şəxs olmuşdur. O, yuxudan oyandıqdan sonra dayısı Məmmədov Mübariz ona bir ədəd 100 (yüz) manatlıq pul əskinzı verərək ondan xahiş etmişdir ki, yaşadığı kənd ərazisində fəaliyyət göstərən qəssab dükanlarına olan borcunu ödəsin, həmçinin qalan pul ilə bir ədəd araq, çörək və digər ərzaq məhsullar alsın. Bu zaman onların yanında dayısının qonşusu Akor adlı şəxs, dayısının dostu olan Düz Qırıqlı kənd sakini Məmmədov Etibar adlı şəxs olmuşdur. Daha sonra o, pulu götürərək getmişdir. Bu zaman Tovuz rayonu Düz Qırıqlı kənd ərazisində “Qışlaq” deyilən ərazidə Veteran Sakitin oğlu olaraq tanınan Ömər adlı şəxs ilə rastlaşmışdır. Bu zaman o, Ömərdən xahiş etmişdir ki, onu kəndin başı olaraq bildiyi mərkəzə aparsın. Qeyd etmişdir ki, bu zaman Ömər “VAZ-2107” minik markalı, qara rəngli, xatırladığı qədər “417” qeydiyyat nömrə nişanlı avtomobili idarə etmişdir. Ömər onun xahişinə uyğun olaraq onu kəndin mərkəzinə aparmışdır. Bu zaman avtomobildə o və Ömərdən başqa təxminən 16-17 yaşlarında həmkəndliləri, Nihad və Ayxan adlı şəxslər də olmuşdur. Onlar saat təxminən 12-13 radələrində kəndin mərkəzinə çatmışlar. Bu zaman o, avtomobildən düşmüşdür. Ömər adlı şəxs təxminən 10 dəqiqə sonra gəlib onu buradan götürəcəyini bildirmişdir. O daha sonra İsmeyl adlı qəssabın ət mağazasına daxil olmuşdur. Bu zaman İsmeyl adlı şəxs orada yox idi. O, xatırladığı qədər 50 (əlli) manata yaxın məbləğdə pulu həmin mağazada işləyən Fərid şəxsə verərək dayısının borcunun ödənişini etmişdir. Fərid adlı şəxs bildiyi qədərilə İsmeyl adlı qəssabın qohumudur. Daha sonra küçədə təxminən 10 (on) dəqiqə gözlədikdən sonra Ömər adlı şəxs gələrək onu avtomobilinə əyləşdirmişdir. Bu zaman da avtomobildə həmkəndliləri, Nihad və Ayxan adlı şəxslər də olmuşdurlar. O, Ömərdən xahiş etmişdir ki, onu dayısı Məmmədov Mübarizin yaşadığı evə aparsın. Onlar geri qayıdarkən yolüstü həmkəndli Cəfər adlı şəxsə məxsus ərzaq mağzasına daxil olmuşlar. O, mağazadan bir ədəd üzərində şir şəkli olan 1 (bir) litrlik araq və xatırladığı qədərilə iki ədəd çörək alıb təxminən 10 (on) manata yaxın pul ödəyib yenidən avtomobilə qayıtmışdır. Birlikdə dayısı Məmmədov Mübarizin yaşadığı evə qayıtmışlar. O, avtomobildən düşmüş və Ömər adlı şəxsə 3 (üç) manat məbləğində pul vermişdir. O, evə daxil olmuşdur. Ömər isə evin qarşısından uzaqlaşıb getmişdir. O, evə daxil olarkən evdə dayısı və dayısının qonşusu Akor adlı şəxs, dayısının dostu olan Düz Qırıqlı kənd sakini Məmmədov Etibar adlı şəxs olmuşdur. Bu zaman saat təxminən 13:30 radələri olardı. Bu zaman dayısı ondan yenidən mağazaya gedərək ət almağı xahiş etmişdir. O, Ömər adlı şəxsə alarkən öz adına olan, ***- ***-**-** saylı mobil nömrədən zəng edərək onu dayısı Məmmədov Mübarizin yaşadığı evin qarşısından Düz Qırıqlı kənd ərazisində yerləşən İsmeyl adlı qəssabın mağazasına aparmağını xahiş etmişdir. Təxminən 10 dəqiqə sonra Ömər adlı şəxs idarə etdiyi avtomobili ilə gələrək onu evin qarşısından götürmüş və birlikdə Düz Qırıqlı kənd ərazisində yerləşən İsmeyl adlı qəssabın mağazasına getmişlər. Mağazanın qarşısında o, avtomobildən düşərək mağazaya daxil olmuşdur. Bu zaman İsmeyl adlı şəxs özü orada idi. O, həmin şəxsdən 4 (dörd) kq. ət almışdır. Bu zaman 52 (əlli iki) manat məbləğində pul etmişdir. O, İsmeyl adlı şəxsə pulunu sonra verəcəyini bildirmiş və əti götürüb avtomobilə yaxınlaşmışdır. O, avtomobilə əyləşməmişdən qabaq dayısıoğlu Təqsirləndirilən şəxs1 onu səsləmişdir. O, Hünərin çağırışına saymazyana əlilə jest etmişdir. Bu zaman Ömər adlı şəxs də Hünəri görmüşdür. Daha sonra Hünər avtomobilə doğru yaxınlaşmışdır. O, əlində olan əti avtomobilə yerləşdirmiş və avtomobildən təxminən 4-5 metr aralıda Hünərlə söhpət etmişlər. Bu zaman ətrafda hər hansı bir şəxs olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tək idi. Ömər adlı şəxs isə avtomobildə olmuşdur. Hünər söhpət əsnasında ondan özünə məxsus şəxsiyyət vəsiqəsini istəmişdir. Həmçinin bildirmişdir ki, Rusiya Federasiyasından pul göndərəcəklər, onun vəsiqəsi ilə pulu çəkdikdən sonra ona əvvəldən 60 manat məbləğində olan borcunu da verəcəkdir. Bu zaman o, Hünərin ünvanına nalayiq ifadələr işlədərək ona vəsiqəsini verməyəcəyini bildirmişdir. Daha sonra avtomobilə əyləşib dayısı Məmmədov Mübarizin yaşadığı evə doğru getmişlər. Onlar geri qayıdarkən yolüstü yenidən həmkəndli Cəfər adlı şəxsə məxsus ərzaq mağzasına daxil olmuşlar. O, mağazadan bir ədəd üzərində şir şəkli olan 1 (bir) litrlik araq alıb avtomobilə geri qayıtmışdır. Daha sonra evin qarşısında Ömər adlı şəxsə 3 manat məbləğində pul vermişdir. Daha sonra onlar birlikdə dayısı Məmmədov Mübarizin yaşadığı evdə kabab bişirib özləri üçün yeyib içmişlər. Bu zaman həmin evdə dayısı və dayısının qonşusu Akor adlı şəxs, dayısının dostu olan Düz Qırıqlı kənd sakini Məmmədov Etibar adlı şəxs olmuşdur. Daha sonra saat təxminən 15 radələrində Akor adlı şəxsin həyat yoldaşı Afət adlı qadın da onların olduğu evə gəlmişdir. Daha sonra isə dayısının digər qonşusu Mehri adlı qadın da həmin evə gəlmişdir. Dayısının istəyinə uyğun olaraq o, evlərinə gedərək dəvət etmişdir. Daha sonra saat təxminən 17 radələrində qardaşı X24 həmin vaxt ona məxsus ***-***-**-** saylı mobil nömrəmə zəng edərək bildirmişdir ki, Tovuz rayonu Əyyublu kənd sakini Mayıs adlı şəxs qonaq gəlib və birlikdə Tovuz rayonu Düz Qırıqlı kənd ərazisində yerləşən “Petirin kafesi” olaraq tanıdığı kafeyə gedib çay içsinlər. O, qardaşı ilə razılaşmışdır. Daha sonra yenidən Ömər adlı şəxsə zəng edərək bildirmişdir ki, onu dayısı Mübarizin yaşadığı evin qarşısından Düz Qırıqlı kənd ərazisində yerləşən “Petirin kafesi” olaraq tanınan kafeyə aparsın. Təxminən on dəqiqə sonra Ömər adlı şəxs idarə etdiyi “VAZ-2107” minik markalı avtomobil ilə gələrək onu evin qarşısında gəlmişdir. Bu zaman Ömər tək olmuşdur. Onlar birlikdə evin qarşısından “Petirin kafesi” olaraq tanınan kafenin yerləşdiyi əraziyə getmişdir. Bu zaman o, Ömərə 2 (iki) manat məbləğində pul verərək avtomobildən düşmüş və kafeyə daxil olmuşdur. Bu zaman kafenin giriş qapısı ilə üzbəüz kabinetə daxil olmuşlar. Həmin kabinetdə o, qardaşı Mehdiyev Xəyalı, Tovuz rayonu Əyyublu kənd sakini Mayıs adlı şəxsi və həmkəndlisi Elməddin adlı şəxsi görmüşdür. Bu zaman Elməddin adlı şəxs bakalda pivə içmişdir. Qardaşı və Mayıs adlı şəxs isə çay içmişdirlər. O, əyləşdikdən sonra özü üçün də bir bakal pivə sifariş vermişdir. Bu zaman saat təxminən 17:30 radələri olardı. Daha sonra təxminən 40 (qırx) dəqiqə sonra qardaşı və Mayıs adlı şəxs onların əyləşdikləri kabinetdən çıxaraq kafedən uzaqlaşmışlar. O və Elməddin adlı həmkəndlisi isə bir qədər də kafedə əyləşmişlər. Təxminən (bir) saat həmin kafedə oturub söhpət etdikdən sonra təxminən saat 19 radələrində o, xatırladığı qədərilə 6-7 manat məbləğində pulu stolun üzərinə qoyub kafedən çıxmışdır. Elməddin isə kafedə qalmışdır. Daha sonra o, kafedən çıxaraq üzü yaşadığı Düz Qırıqlı kəndinə doğru piyada “Favorit yolu” olaraq tanıdıqları yol ilə hərəkətdə olmuşdur. Bu zaman “Favorit” marketə çatmamış həmkəndlisi Murad adlı qazi ilə rastlaşmışdır. Bu zaman Murad ona pivə içməyi təklif etmişdir. O, öz növbəsində pulumun olmadığını bildirmişdir. Murad ona gedib nisiyə pivə alıb içməyi demişdir, pulunu isə sonra pul olanda verməyi bildirmişdir. O, Muradla razılaşmış və qərarlaşdırmışlar ki, “Elvinin yanı və ya patval olaraq tanıdıqları kafeyə getsinlər. Onlar həmin kafeyə çatanda orada işləyən ofisiant işçiyə xahiş etmişər ki, onlara nisyə bir neçə bakal pivə versin. Adını xatırlamadığı və özünü tanımadığı həmin ofisiant nisyə pivə verə bilməyəciyini bildirmişdir. Bu zaman o, kafenin sahibi olan, həmkəndlisi Elvin adlı şəxsə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən zəng edərək xahiş etmişdir ki, ona 15 (on beş) manatlıq pivə versin, pulunu sonra verəcəkdir. Elvin onunla razılaşmışdır. Daha sonra o, Murad adlı qazi ilə kafedə əyləşmişlər. Onlar həmin kafedə Muradla hərəmizə 4-5 bakal pivə içdikdən sonra qərara gəlmişlər ki, “Petinin kafesi” nə getsinlər. Daha sonra o, pivənin hesabını istədikdə ofisiant oğlan bildirmişdir ki, ümumi 12 manat məbləğində pul təşkil etmişdir. O, bu zaman həmin ofisiant oğlandan Elvinin 15 manat verəcəyini bildirərək əlavə də ondan 3 (üç) manat pul almışdır. Daha sonra Muradla birlikdə “Petinin kafesi” nə getmişlər. Həmin kafeyə hansı radələrdə getdiyi həmin vaxt sərxoş olduğu üçün xatırlamır. Daha sonra xatırladığı qədər onlar həmin kafedə olarkən əmimoğlu, həmçinin həmkəndlisi X16 ona məxsus mobil nömrəyə zəng edərək bildirmişdir ki, qardaşı Xəyalı polis əməkdaşları tutub. Həmçinin qeyd etmişdir ki, onu Tovuz rayonu Düz Qırıqlı kənd ərazisində yerləşən yaşadıqları evdən xx.xx.2022-ci il tarixində qızıl-ziynət əşyalarını oğurlamaqda şübhəli olduğu üçün tutublar. Daha sonra o, kafedən çıxaraq Mehdiyev Tariyelin yaşadığı evə doğru getdmişir. Bu zaman orada polis əməkdaşlarının olduğunu görmüşdür. Təxminən 3 (üç) ay əvvəl Təqsirləndirilən şəxs1 atası Məmmədov Mübariz ilə mübahisə edərək yaşadığı evdən çıxıb getmişdir. Həmin vaxtdan dayısının istəyinə olaraq o, adətən dayısının yaşadığı evdə yaşayırmış. xx.xx.2022-ci il tarixində saat təxminən 11-12 radələrində o, Tovuz rayonu Düz Qırıqlı kənd ərazisində yerləşən yaşadığı evdə olarkən dayısıoğlu Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Tovuz rayonu Düz Qırıqlı kəndində, Yuxarıki məktəbin yaxınlığında yaşayan istədiyi qızdan ailə üzvləri evdə olmayan zaman qızıl-zinət əşyasını götürmək lazım olduğunu demişdir. Həmçinin bildirmişdir ki, birlikdə getdikdən sonra istədiyi qızın yaşadığı küçədə heç kəs olmasa o, gedib qızılı istədiyi qızdan götürəcəkdir. Qeyd etmişdir ki, o, istədiyi qızdan borc olaraq müalicə olunmağı üçün pul istəmişdir. Buna görə də həmin qız ona borc olaraq pul və bir ədəd qızıl bilərzik verəcəyini söz vermiş və bildirmişdir ki, xx.xx.2022-ci il tarixində valideynləri evdə olmayacaq bu zaman gedib qızıl və bir ədəd qızıl bilərziyi götürsün. Həmçinin ona demişdir ki, həmin qız özü də valideynləri ilə birlikdə getmək məcburiyyətində qaldığı halda qızıl bilərziyi və 8000 (səkkiz min) rubl məbləğində pulu evin həyətyanı sahəsinə gizlədəcəkdir. O, Hünərlə bu barədə açıq danışmadır. Daha sonra yaşadığı evdən dayısının yaşadığı evə getmişdir. O, saat 13 radələrində özünə məxsus ***-***-**-** saylı mobil nömrədən Hünərin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək zarafatyana bildirmişdir ki, xəbər edəndə qayınatası Cəmil adlı şəxsin yaşadığı evə gedə bilərsənmi? Bu zaman Hünər ona bildirmişdir ki, nə qədər qızıl olacaq. O isə zarafatyana demişdir ki, 2-3 kq qızıl olacaqdır. Hünər ona yuxarıkı məktəbin yanında olduğunu bildirərək gəldiyini bildirmişdir. Daha sonra o, dayısı evinə çatanda Hünər na zəng edərəki soruşmuşdur ki, gəlmirsənmi, o, bu zaman Hünərə cavab olaraq bildirmişdir ki, artıq istədiyi qızın valideynləri yaşadıqları evə gəlmişdir. Onun həmin gün yəni oğurluq hadisəsinin baş verdiyi tarixdə ümumiyyətlə Təqsirləndirilən şəxs1lə hər hansı bir telefon danışığı olmamışdır. xx.xx.2022-ci il tarixində saat təxminən 21 radələrində o, Təqsirləndirilən şəxs1 xalası X8 mobil telefonunu oğurladığı üçün Hünəri döyərək Hünərə fiziki zor tətbiq etmişdir. Bu zaman onların yanında qohumu Mübariz oğlu Murad adlı qazi də olmuşdur. Buna görə də düşünür ki, Təqsirləndirilən şəxs1 ondan həmin məsələyə görə əvəz çıxaraq ona böhtan atır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahidlər Şahid4, Şahid5, gəlməmiş, şahidlər Şahid1 və Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı vermiş olduğu ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə Şahid4 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Sumqayıt şəhərində yerləşən “Osmanlı Makina” adlı avtoyuma məntəqəsi avandanlıqlarının təmiri məntəqəsində usta kimi təxminən 2 il müddətidir ki, işləyir. O, təmir məntəqəsində səhər saat 10 radələrində işə gəlir və axşam saat təxminən 19 radələrində işdən çıxaraq yaşadığı ünvana getmişdir. Sumqayıt şəhərində yerləşən avtoyuma məntəqələrinin çoxunun avadanlıqlarını işlədiyi müəssisənin ustaları və o təmir edir. Buna görə də, Sumqayıt şəhərində olan avtoyuma məntəqələrində işləyən şəxslərin demək olar ki, çoxunda onların nömrələri vardır. 28 may 2022-ci il tarixdə saat təxminən 08:30 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Sumqayıt şəhərində avtoyuma məntəqələrində işləyən şəxslərdən biri zəng vuraraq, bir şəxsin kimyəvi təmizləmə aparatı ucuz qiymətə satdığını bildirmişdir. O da həmin şəxsə həmin kimyəvi təmizləmə aparatını satan şəxsə onun mobil nömrəsini verməsini və həmin aparatının şəkillərini atmasını söyləmişdir. Bundan təxminən 10 dəqiqə sonra tanımadığı şəxsin mobil nömrəsi ilə onun istifadəsin də olan mobil nömrəyə “vvhatsap” internet tətbiqi vasitəsi ilə kimyəvi təmizləmə aparatının şəkillərini göndərmişdir. Bundan sonra həmin şəxs ona zəng vuraraq israr etmişdir ki, əvəllər avtoyuma məntəqəsi işlətdiyini bildirib, hal-hazırda avtoyuma məntəqəsində işlətdiyi avadanlığı ehtiyacına görə satdığını bildirmişdir. O da həmin şəxslə razılaşıb, işlədiyi yerin ünvanını həmin şəxslərə başa salmışdır ki, gəlsinlər və o, baxaraq həmin avadanlığı alsın. Lakin həmin şəxs onun iş yerini tanımadığından onlara Sumqayıt İcra Hakimiyyətinin yanına gəlməsini istəmiş və oradan da işlədiyi yerə getməyi söyləmişdir. Həmin şəxslərdə onunla razılaşmış və o, yaşadğı ünvandan çıxaraq Sumqayıt şəhəri İcra Hakimiyyətinin yanına getmişdir. Qeyd olunan ünvana çatdıqda “Toyota Prius” markalı avtomobildə 2 nəfər kişi cinsindən olan şəxsləri görmüşdür. Həmin avtomobildə qabaqda sükan arxasında əyləşən şəxs saqqalsız və arxa oturacaqda oturan şəxs isə saqqallı idi. O da avtomobilin qabaq sağ oturacağında əyləşmiş və işlədiyi “Osmanlı Makina” təmir məntəqəsinə sürməsini istəmişdir. Onlar birikdə onun iş yerinə getmişlər. Həmin şəxsləri əvvəllər tanımamışdır. Həmin şəxslərdən avtomobili idarə edən saqqqalsız və avtomobildə arxa oturacaqda oturan şəxs saqqallı idi. İş yerində olan zaman o, həmin şəxslərə ona satmaq istədiyi kimyəvi təmizləmə aparatı baxdıqda, köhnə vəziyyətdə olduğunu bildirmişdir. Həmin şəxslərdən saqqallı olan icarəyə avtomobil götürdüyünü bildirərək, icarəyə verəcəyi pulu geçirdiyini və sonuncuya məxsus kimyəvi təmizləmə aparatını satmaq istədiyi bildirmişdir. Onun yanında olan saqqalsız olan şəxsdə saqqallı olan şəxsin dediklərini təsdiq etmişdir. Bundan sonra həmin şəxslər aparatı 200 manat dəyərində satmaq istədiklərini bildirmişlər. O isə köhnə vəziyyətdə olduğunu bildirərək, 170 manata ala biləcəyini bildirmişdir. Həmin şəxslərdə onunla razılaşmışdır. Bundan sonra o, üzərində nağd pul olmadığını və onlayn şəkildə bank kartına göndərə biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxslər ona özlərinə məxsus “Leo Bank”-a məxsus bank kartını vermiş və onda özünə məxsus “Kapital” bank kartnın mobil telefonunda olan tətbiqi vasitəsilə həmin şəxslərin ona verdiyi bank hesabına 150 manat göndərmişdir. Ardınca onlar sağollaşıb getmişlər. Yerdə qalan 20 manat məbləğində pulu isə xatırlamadığı dükanlardan birində post terminal vasitəsi ilə göndərmişdir. Həmin şəxs ona 1 ədəd kimyəvi təmizləmə aparatını satarkən, həmin aparatın oğurluq yolu ilə əldə etməsi barədə məlumat verməmişdir.(cild1, i.v 70-72) Məhkəmə Şahid5 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təxminən 10 il müddətidir ki, Sumqayıt şəhərində yerləşən Sumqayıt avtovağzalının yaxınlığındakı təkər təmiri məntəqəsində təmirçi kimi işləyir. O, işlədiyi təkər təmiri məntəqəsini hər gün saat axşam 20 radələrində işi yerini digər işçidən təhvil alır və səhər saat 08 radələrində isə təhvil verərək yaşadığı ünvana gedir. 28 may 2022-ci il tarixdə saat təxminən 08 radələrində işlədiyi təkər təmiri məntəqəsində olarkən, 2 nəfər tanımadığı kişi cinsindən olan 2 nəfər şəxs “Toyota Prius” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil ilə gələrək onun işlədiyi təkər təmiri məntəqəsinin yaxınlığında saxlamışlar. Daha sonra həmin şəxslərdən avtomobilin qabaq sağ tərəfində əyləşən saqqalı şəxs onun işlədiyi təkər təmiri məntəqəsinə yaxınlaşaraq bir ədəd kimyəvi təmizləmə aparatı və üç açar dəsti satdığını bildirmişdir. O, ehtiyacı olmadığını bildirərək almaq istəmədiyini bildirmişdir. Bundan sonra ona yaxınlaşan həmin şəxs yenidən ona yaxınlaşıb həmin əşyalara satmaq barədə israr etmişdir. Lakin o, yenədə almaq istəməmişdir. Bundan sonra o, onların əyləşdiyi “Toyota Prius” markalı avtomobilə yaxınlaşıb, avtomobilin sükan arxasında əyləşən şəxsə, yəni ona birinci yaxınlaşan saqqallı şəxsə deyil, onunla birlikdə gələn digər şəxsə yaxınlaşıb hansı əşyaları satmaq istədiklərini soruşmuşdur. Sükan arxasında əyləşən şəxs isə ona pula ehtiyacı olduqlarını söyləmişdir. Bu zaman o, həmin şəxsə köməklik etmək məqsədi ilə almaq istədiyini bildirmiş və ona satmaq istədiyi əşyaları göstərməsini təklif etmişdir. Həmin şəxsdə həmin əşyaları göstərmək üçün onu avtomobilə aparmışdır. Avtomobildə üç açar dəstini ona göstərmiş və 70 manat məbləğində satdığını bildirmişdir. O da həmin şəxsə 40 manat məbləğində pul verərək ala biləcəyini bildirmişdir. Həmin şəxs də onunla razılaşmışdır. O, həmin şəxsə 40 manat vermiş və 3 ədəd açar dəstini sonuncu şəxsdən almışdır. Bundan sonra onu Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə dəvət edib şifahi söhbətləşən zaman həmin əşyaların oğurluq olması barədə ona bildirildikdə, o könüllü surətdə aldığı 3 ədəd açar dəstini polis orqanına könüllü surətdə təhvil vermişdir. Həmin şəxs ona 3 ədəd açar dəstini satarkən, həmin açar dəstlərinin oğurluq yolu ilə əldə etməsi barədə məlumat verməmişdir. Belə ki, “Toyota Prius” markalı avtomobil ilə ona yaxınlaşan iki şəxsdən saqqallı olan ona satmaq istəsədə o, həmin əşyaları almadığını ilkin söyləsə də, sonradan o, özü avtomobildə sükan arxasında əyləşən ikinci şəxsə yaxınlaşdıqda satmaq istədikləri əşyaları göstərməsini istəmişdir. Sükan arxasında əyləşən şəxsdə ona usta işlədiyini bildirərək, ehtiyacı olduğundan açar dəstlərini satmaq qərarına gəlməsini bildirmişdir.(cild 1, i.v 82-83) Məhkəmə Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Hünər onun həmkəndlisi, eyni zamanda qonşusudur. Onun Təqsirləndirilən şəxs1lə bir qonşu və həmkəndli olaraq şəxsi münasibətləri normaldır. Aralarında əvvəllər ədavəti və ya hər hansı bir xoşagəlməz bir münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixində saat təxminən 14 radələrində o, yaşadığı Tovuz rayonu Düz Qırıqlı kənd ərazisində yerləşən “Favorit” marketin qarşısında olarkən həmkəndli Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq təcili pula ehtiyyacı yarandığını, buna görə də özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini, lakin özünə məxsus şəxsiyyət vəsiqəsini itirdiyinə görə sata bilmədiyini bildirmişdir. Buna görə də Hünərə məxsus olan qızıl zinət-əşyalarını satmağını ondan xahiş etmişdir. Bu zaman Hünər cibindən bir ədəd qızıl üzük və bir dəst uşaq üçün olan qızıl sırğanı çıxararaq ona göstərmişdir. Onun qızıl-zinət əşyaları ilə bağlı kifayət qədər anlayışı olmadığı üçün həmin bir ədəd qızıl üzüyün və bir dəst qızıl sırğanın hansı ölkə istehsalı olmağı, çəkisi barəsində məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs1 qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan hər hansı bir şəxsi tanımadığını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, Tovuz rayonu Əyyublu kənd ərazisində Ceyhun adlı şəxs qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Həmin şəxsə satmaq olar. Daha sonra o, həmkəndlisi Təqsirləndirilən şəxs1lə razılaşaraq, Tovuz rayonu Əyyublu kəndinə getmək məqsədilə yaxınlıqda dayanaraq duran taksi avtomobilinə yaxınlaşmışlar. Həmin “VAZ-21011” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin sürücüsü həmkəndlim Şahid2 idi. Daha sonra Təqsirləndirilən şəxs1 taksi avtomobilinin sürücüsü Şahid2 bizi Tovuz rayon Əyyublu kənd ərazisinə aparmağını xahiş etmişdir. Nicat Hünərlə razılaşdıqdan sonra onlar qeyd etdiyi avtomobil ilə Tovuz rayonu Düz Qırıqlı kənd ərazisində yerləşən yaşadığı evə gəldik və o, yaşadığı evdən özünə məxsus şəxsiyyət vəsiqəsini götürmüşdür. Daha sonra Tovuz rayonu Düz Qırıqlı kənd istiqamətindən üzü Tovuz rayonu Əyyublu kəndi istiqamətinə doğru hərəkətdə olmuşlar. Bu zaman avtomobildə olarkən Təqsirləndirilən şəxs1 cibindən çıxardığı bir ədəd qızıl üzüyü və bir dəst uşaq üçün olan qızıl sırğanı ona vermişdir. Həmin qızıl zinət-əşyalarını Ceyhun adlı şəxsə o, özünə məxsus olan qızıl-zinət əşyaları kimi təqdim edərək satacaqdır. Tovuz rayonu Əyyublu kənd ərazisinə daxil olduqda həmin kəndin ərazisində Bakı-Qazax avtomobil yolunun üzü Bakı şəhəri istiqamətində sağ tərəf hissəsində yol kənarında yerləşən və Seymur adlı şəxsə məxsus telefon mağazasına daxil olaraq həmin mağazada mənə məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurətini çıxartmışlar. Daha sonra yenidən yollarına davam edərək Ceyhun adlı şəxsin yaşadığı evə gəlmişlər. Onlar həmin evin yerləşdiyi küçəyə çatdıqda Hünər taksi avtomobilində əyləşmişdir. O və taksi avtomobilinin sürücüsü isə avtomobildən düşmüş və Ceyhunun yaşadığı evin giriş qapısına yaxınlaşaraq Ceyhunu səsləmişlər. Bu zaman evin küçəyə tərəf olan pəncərəsindən Ceyhun onara cavab vermişdir. O, Ceyhun adlı şəxsə satmaq üçün bir ədəd qızıl üzük və bir dəst qızıl sırğa gətirdiyini bildirmişdir. Bu zaman Ceyhun bir ədəd elektron tərəzi gətirərək apardığım qızıl zinət əşyalarının çəkisini müəyyən etmək məqsədilə onları elektron tərəziyə qoymuşdur. Bu zaman bir ədəd qızıl üzüyün və bir dəst qızıl sırğanın birlikdə çəkisi xatırladığı qədərilə 4.4 qram olmuşdur. Ceyhun adlı şəxs qızı-zinət əşyalarının bir qramını 55 (əlli beş) manat müqabilində alacağını bildirmişdir. O, Ceyhunla razılşaraq bir ədəd qızıl üzüyü və bir dəst uşaq üçün olan qızıl sırğanı vermişdir. Ceyhun isə həmin qızıl-zinət əşyalarının müqabilində mənə 286 (iki yüz səksən altı) manat məbləğində ödəniş etmişdir. Həmçinin şəxsiyyət vəsiqəmin surətini Ceyhuna təqdim etmişdir. Daha sonra o, taksi avtomobilinin sürücüsü ilə birlikdə yenidən avtomobilə yaxınlaşmış və əyləşmişlər. Onlar avtomobildə olan zaman Hünər verdiyi 286 (iki yüz səksən altı) manat məbləğində puldan 20 (iyirmi) manat məbləğində taksi avtomobilinin sürücüsü Nicata, 20 (iyirmi) manat isə ona vermişdir. Qalan pulu isə cibinə qoymuşdur. Daha sonra onlar birlikdə Tovuz rayonu Əyyublu kənd ərazisində, Bakı-Qazax avtomobil yolunun üzü Bakı şəhəri istiqamətində sol tərəf hissəsində yerləşən mağazanın yaxınlığında avtomobili saxlatmışlar. Təqsirləndirilən şəxs1 ona 50 (əlli) manatlıq pul əskinazı verərək ondan xahiş etmişdir ki, mağazadan 3 (üç) paçka “Kent4” siqareti və 3 (üç) ədəd sərin içki alsın. O, mağazaya daxil olaraq Hünərin istəyinə uyğun olaraq 3 (üç) paçka “Kent4” siqareti və 2 (iki) ədəd “Bizon” içkisi, bir ədəd isə spirt tərkibli “Jaquar” içkisi almışdır. Aldığı siqaretlərin birini Təqsirləndirilən şəxs1 özü üçün götürmüş, digər 2 (iki) paçka siqareti isə o və taksi avtomobilinin sürücüsü Nicata vermişdir. Həmçinin spirt tərkibli “Jaquar” içkisini Təqsirləndirilən şəxs1 özü üçün götürmüşdür. “Bizon” içkilərini isə o və taksi avtomobilinin sürücüsü Nicat götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 taksi avtomobilinin sürücüsü Nicatdan xahiş etmişdir ki, onları Tovuz rayonu “Bazar” adlanan əraziyə aparsın. Nicat Hünərlə razılaşıb Tovuz rayonu Əyyublu kənd istiqamətindən üzü Tovuz şəhəri istiqamətində hərəkətə başlamışdır. Yolboyu Tovuz rayonu Aşağı Quşçu kənd ərazisində yerləşən “Lukoil” adlı yanacaqdoldurma məntəqəsindən Təqsirləndirilən şəxs1 6 (altı) manat dəyərində Nicatın idarə etdiyi avtomobil üçün yanacaq doldurtmuşdur. Daha sonra yenidən yollarına davam etmişlər. Tovuz şəhərinə daxil olduqda Təqsirləndirilən şəxs1 cibindən bir ədəd qızıl sepi çıxararaq barmağında oynatmışdır. Onlar bazar adlı əraziyə çatdıqda saat təxminən 15 radələri olardı. Onlar bir qədər avtomobil ilə bazarın qarşısında gəzdikdən sonra həmin ərazidə avtomobil yolunun kənarında yerləşən qızıl mağazasının qarşısında avtomobili saxlatmışlar. Daha sonra birlikdə onlar həmin qızıl mağazasına daxil olmuşlar. Bu zaman Təqsirləndirilən şəxs1 cibindən bir ovuc qızıl-zinət əşyalarını çıxararaq alqı-satqı ilə məşğulı olan şəxsin qarşısına yerləşdirmiş və həmin qızıl-zinəy əşyalarını satmaq istədiyini bildirmişdir. Bu zaman həmin qızıl-zinət əşyalarının müqabilində ona 1995 (min doqquz yüz doxsan beş) manat məbləğində pul təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 ondan şəxsiyyət vəsiqəsini istədikdə o, həmin qızıl-zinət əşyalarının Hünərə məxsus olmadığından şübhələndim və buna görə də şəxsiyyət vəsiqəsini Hünərə verməyəcəyini bildirmişdir. Daha sonra onlar həmin mağazadan çıxaraq Tovuz rayonu avtovağzalı istiqamətində hərəkət etmişlər. Avtovağzala çatdıqda Təqsirləndirilən şəxs1 avtomobildən düşmüşdür. O isə həmkəndli, taksi avtomobilinin sürücüsü Nicat adlı şəxslə birlikdə yaşadığı Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisinə gəlmişdir. Təqsirləndirilən şəxs1 və digər həmkəndli “VAZ-21011” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin sürücüsü Şahid2 ilə birlikdə Tovuz şəhərində yerləşən qızıl mağazasında olarkən Təqsirləndirilən şəxs1 cibindən çıxarmış olduğu bir ovuc qızıl-zinət əşyalarının arasında bir ədəd üzərində “Nərmin” yazılı klonu olan boyunbağını (sepi) gördükdə o, həmin qızıl-zinət əşyasının oğurluq olduğunu fikirləşmişdir. Təqsirləndirilən şəxs1 ona qızıl-zinət əşyalarının özünə məxsus olduğunu bildirmişdir. O, Hünəri və ailəsini tanıdığı üçün bilmişdir ki, Hünərin ailə üzvlərindən Nərmin adlı şəxs yoxdur. Həmçinin həmin qızıl zinət əşyalarını fərqli yerlərdə satmaq istədiyini və satarkən öz şəxsiyyət vəsiqəsi ilə deyil, onun şəxsiyyət vəsiqəsindən istifadə etmək istədiyini düşündükdə bu cür qənaətə gəlmişdir ki, həmin qızılzinət əşyaları oğurluq nəticəsində əldə olunmuşdur. Təqsirləndirilən şəxs1 sonuncu dəfə Tovuz rayonu avtovağzalında ayrılarkən ona gedəcəyi ünvan barəsində hər hansı bir məlumat verməmişdir, həmçinin Hünərin hal-hazırda harada olmağı ilə bağlı məlumatı yoxdur. Tovuz rayonu Əyyublu kənd ərazisində yaşayan Ceyhun adlı şəxsə satmış olduqları bir ədəd qızıl üzüyün və bir ədəd uşaq üçün olan qızıl sırğanın elektron tərəzidə çəkisi 4.4 qram olmuşdur və Ceyhun adlı şəxs hər bir qram müqabilində 55 (əlli beş) manat olmaqla yekunda ümumilikdə 286 (iki yüz səksən altı) manat məbləğində ödəniş etmişdir. Yaranmış uyğunsuzluq barəsində bildirmişdir ki, Ceyhun adlı şəxsin vermiş olduğu pulun məbləği dəqiq xatırlayır. Qızıl-zinət əşyalarının çəkisini isə tam dəqiqliyi ilə xatırlamır.(cild 2, i.v 50-52) Məhkəmə Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2022-ci il tarixində saat təxminən 15 radələrində o, yaşadığı Tovuz rayonu, Düz Qırıqlı kənd ərazisində mərkəz deyilən ərazidə sahiblik hüququ babasına məxsus olan “VAZ-21011” minik markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olarkən həmkəndlisi Təqsirləndirilən şəxs1 həmkəndlisi Şahid1 ilə ona yaxınlaşaraq Tovuz rayonu Əyyublu kənd ərazisinə aparmalarını ondan xahiş etmişdir. Bu zaman o, Hünərə ona sonuncu dəfə idarə etdiyi avtomobil ilə aparan zaman 13 (on üç) manat borcunun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ona bu dəfə bütün borcunu və indiki gediş haqqını da verəcəyini bildirmişdir. O, Hünərlə razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 Şahid1 ilə birlikdə idarə etdiyi avtomobilə əyləşmişlər. Hünər ondan ilk öncə idarə etdiyi avtomobili Şahid1 Tovuz rayonu Düz Qırıqlı kənd ərazisində yerləşən yaşadığı ev istiqamətində idarə etməyini xahiş etmişdir. Onlar Şahid1 yaşadığı evin yerləşdiyi küçəyə çatdıqdan sonra Coşqun avtomobildən düşərək yaşadığı evdən özünə məxsus şəxsiyyət vəsiqəsini götürərək yenidən avtomobilə geri qayıtmışdır. Bu zaman avtomobildə olarkən Təqsirləndirilən şəxs1 cibindən çıxardığı bir ədəd qızıl üzüyü və bir dəst uşaq üçün olan qızıl sırğanı Şahid1 vermişdir. Qeyd etmişdir ki, onun qızıl-zinət əşyalarından yetərli anlayışı olmadığı üçün o, həmin qızıl zinət-əşyalarının əyyarı, çəkisi, hansı ölkə istehsalı olması, ümumiyyətlə onların qızıl materialından olub-olmaması barədə dəqiq məlumatı yoxdur. Daha sonra onlar Tovuz rayonu Düz Qırıqlı kənd istiqamətindən üzü Tovuz rayonu Əyyublu kəndi istiqamətinə doğru hərəkətdə olmuşlar. Tovuz rayonu Əyyublu kənd ərazisinə daxil olduqda Bakı-Qazax avtomobil yolunun üzü Bakı şəhəri istiqamətində sağ tərəf hissəsində yerləşən yanacaqdoldurma məntəqəsindən 3 (üç) litr benzin yanacağı tökdürtmüşdür. Tovuz rayonu Əyyublu kənd ərazisinə daxil olduqda həmin kəndin ərazisində Bakı-Qazax avtomobil yolunun üzü Bakı şəhəri istiqamətində sağ tərəf hissəsində yol kənarında yerləşən və Seymur adlı şəxsə məxsus telefon mağazasının qarşısında idarə etdiyi avtomobili dayandıraraq saxlatmış və avtomobildən düşərək Şahid1 şəxsiyyət vəsiqəsini götürərək həmin mağazada kserosurətini çıxartdırmışdır. Daha sonra yenidən yollarına davam edərək idarə etdiyi avtomobil ilə Ceyhun adlı şəxsin yaşadığı evə gəlmişlər. Onlar həmin evin yerləşdiyi küçəyə çatdıqda Hünər taksi avtomobilində əyləşmişdir. O və Şahid1 isə avtomobildən düşmüş və Ceyhunun yaşadığı evin giriş qapısına yaxınlaşaraq onu səsləmişlər. Bu zaman evin küçəyə tərəf olan pəncərəsindən Ceyhun onlara cavab vermişdir. Bu zaman Şahid1 Ceyhun adlı şəxsə satmaq üçün bir ədəd qızıl üzük və bir dəst qızıl sırğa gətirdiyini bildirmişdir. Bu zaman Ceyhun adlı şəxs, bir ədəd elektron tərəzi gətirərək Şahid1 apardığı qızıl zinət əşyalarının çəkisini müəyyən etmək məqsədilə onları elektron tərəzidə çəkmişdir. Bu zaman bir ədəd qızıl üzüyün və bir dəst qızıl sırğanın birlikdə ümumi çəkisinin nə qədər olduğunu hal-hazırda xatırlamır. Ceyhun adlı şəxs qızılzinət əşyalarına baxan zaman onlardan birini, xatırladığı qədərilə bir ədəd üzüyü geri, Şahid1 qaytararaq bildirmişdir ki, bu qızıl deyil. Digər bir ədəd üzüyü və bir cüt bir-birinin içərisinə keçirilmiş formada olan sırğanı isə ala biləcəyini demişdir. O, həmin vaxt onların yaxınlığında olsa da həmin an Ceyhun adlı şəxsin Şahid1 dəqiq olaraq nə qədər pul verdiyini xatırlamır. Şahid1 qızıl-zinət əşyalarını Ceyhun adlı şəxsə satdıqdan sonra onlar birlikdə idarə etdiyi avtomobilinə doğru piyada hərəkət etmişlər. Avtomobilə əyləşdikdən sonra Şahid1 Ceyhun adlı şəxsin vermiş olduğu pulu Hünərə vermişdir. Bu zaman Hünər ona həmin puldan 26 (iyirmi altı) manat məbləğində pul vermiş və bildirmişdir ki, 13 manat əvvəlki borcunun, 4 manat Tovuz rayon Düz Qırıqlı kənd ərazisindən Əyyublu kəndinə gətirməyinin pulu, digər 6 manatı isə verərərək bildirmişdir ki, onu Şahid1 ilə birlikdə Tovuz avtovağzalına aparsın. O Hünərlə razılaşmışdır. Daha sonra onlar birlikdə Tovuz rayonu Əyyublu kənd ərazisində, Bakı-Qazax avtomobil yolunun üzü Bakı şəhəri istiqamətində sol tərəf hissəsində yerləşən mağazanın yaxınlığında avtomobili saxlatmışlar. Şahid1 və Təqsirləndirilən şəxs1 avtomobildən düşərək mağazaya daxil olmuşlar. Daha sonra o, digərlərin gec gəldiyini görüb onların ardı ilə mağazaya daxil olmuşdur. Mağazanın giriş qapısında o, digərlərlə qarşılaşmışdır. Bu zaman digərlər ona “mağazada heç bir şeyin satılmadığını bildirərək” Tovuz rayonu Əyyublu kənd ərazisinin mərkəz hissəsində yerləşən “Moskva” marketin qarşısında saxlamağını xahiş etmişlər. Daha sonra onlar birlikdə idarə etdiyi avtomobil ilə qeyd etdiyi marketin olduğu ərazi istiqamətində hərəkət etmişlər. Mağazanın qarşısında o, idarə etdiyi avtomobili dayandıraraq saxlatmışdır. Bu zaman Hünər xatırladığı qədərilə bir ədəd 50 (əlli) manatlıq pul əskinazını Şahid1 verərək bildirmişdir ki, bir paçka “Kent4” adlı siqaret və “Jaquar” enerji içkisi alsın. Bu zaman Şahid1 özünə və ona də siqaret və içki alacağını Hünərə bildirmişdir. Hünər razılıq verdikdən sonra Coşqun avtomobildən düşmüşdür. Daha sonra 3 paçka “Kent4” adlı siqaret, bir ədəd “Jaquar” enerji içkisi və 2 (iki) ədəd “Bizon” içkisi alaraq geri qayıtmışdır. Aldığı siqaretlərin birini Təqsirləndirilən şəxs1 özü üçün götürmüş, digər 2 (iki) paçka siqareti isə o və Şahid1 götürdük. Daha sonra onlar birlikdə Tovuz rayonu Əyyublu kənd istiqamətindən üzü Tovuz şəhəri istiqamətində doğru hərəkətə başlamışlar. Həmçinin bildirmişdir ki, yolboyu Tovuz rayonu Aşağı Quşçu kənd ərazisində yerləşən “Lukoil” adlı yanacaqdoldurma məntəqəsindən Təqsirləndirilən şəxs1 5 (beş) manat dəyərində idarə etdiyi avtomobil üçün yanacaq doldurtmuşdur. Daha sonra yenidən yollarına davam etmişlər. Tovuz şəhərinə daxil olduqda Təqsirləndirilən şəxs1 cibindən bir ədəd qızıl bilərzik (qolbağı) çıxararaq bunu bazar adlı ərazidə yerləşən qızıl mağazalarının birində satmaq istədiyini bildirmişdir. O Hünərə bu vaxt bazarda mağazaların işləməyəcəyini demişdir. Hünər ona avtomobili bazar istiqamətində sürməyimi xahiş etmişdir. O da Hünərin istəyinə uyğun olaraq bazar istiqamətində idarə etdiyi avtomobillə hərəkətə başlamışdır. Onlar bazar adlı əraziyə çatdıqda saat təxminən 17 radələri olardı. Onlar bir qədər avtomobil ilə bazarın qarşısında gəzdikdən sonra Hünər ondan həmin ərazidə avtomobil yolunun kənarında yerləşən qızıl mağazasının qarşısında avtomobili dayandırmağını istəmişdir. Daha sonra birlikdə onlar həmin qızıl mağazasına daxil olmuşlar. Bu zaman Təqsirləndirilən şəxs1 əlindəki qızıl bilərziyi satıcıya verərək qiymətini soruşmuşdur. O həmin vaxt satıcının bilərziyə münasibətdə Hünərə demiş olduğu qiyməti xatırlamır. Xatırladığı qədərilə satıcı qiyməti dedikdən sonra Hünər həmin məbləğin onun üçün azlıq edəcəyini bildirərək cibindən bir ovuc qızıl-zinət əşyalarını çıxararaq alqı-satqı ilə məşğul olan şəxsin qarşısına yerləşdirmiş və həmin qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. Bu zaman həmin qızıl-zinət əşyalarının müqabilində ona 1995 (min doqquz yüz doxsan beş) manat məbləğində pul təklif olunmuşdur. Daha sonra Hünər Şahid1 özü ilə birlikdə mağazadan bayıra çıxartmışdır. O isə mağazada qalmışdır. Daha sonra o, siqaret çəkmək üçün mağazadan çıxdıqda Təqsirləndirilən şəxs1 həmin qızıl-zinət əşyalarının Hünərə məxsus olduğuna dair Şahid1 inandırmağa çalışdığını görmüşdür. Bu zaman Coşqunun bu qədər qızıla şəxsiyyət vəsiqəsini girov qismində verməkdən imtina etmək istədiyini görmüşdür. Daha sonra digərlər razılaşmamış və onlar həmin mağazadan çıxaraq Tovuz rayonu avtovağzalı istiqamətində hərəkət etmişlər. Avtovağzala çatdıqda Təqsirləndirilən şəxs1 avtomobildən düşmüşdür. O isə həmkəndli Coşqun adlı şəxslə birlikdə yaşadığı Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisinə gəlmişlər. Təqsirləndirilən şəxs1 və digər həmkəndli Şahid1 ilə birlikdə Tovuz şəhərində yerləşən qızıl mağazasından çıxarkən Şahid1 Təqsirləndirilən şəxs1 cibindən çıxarmış olduğu bir ovuc qızıl-zinət əşyalarının arasında bir ədəd üzərində “Nərmin” yazılı klonu olan boyunbağının (sepi) olduğunu gördüyünü, həmin sepin qadına məxsus olduğunu buna görə də həmin qızıl qızıl-zinət əşyasının oğurluq olduğunu fikirləşdiyini bildirmişi, lakin o həmin klonlu sepi fikir vermədiyi üçün qızıl-zinət əşyalarının arasında görməmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər də idarə etdiyi avtomobil ilə müxtəlif yerlərə pul müqabilində aparmışdır. Belə ki, təxminən ay yarım əvvəl Təqsirləndirilən şəxs1 Tovuz rayonu Əyyublu kənd ərazisində yerləşən, Seymur adlı şəxsə məxsus telefon mağazasına aparmışdır. Hünər həmin mağazaya marka və modelini xatırlamadığı qeyriişlək vəziyyətdə olan bir ədəd mobil smartfon tipli mobil telefonu satmaq məqsədilə getmiş, lakin həmin mağazada telefonu almamışdırlar.(cild 2, i.v.54-56) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanmaq və icraata götürmək barədə 31 may 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v. 01); Zərərçəkmiş şəxs1, Xətai RPİ-nin 36-cı polis bölməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1113 saylı ərizəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 16 ünvanında yerləşən avtoyuma məntəqsindən ximçistka aparatı və 3 ədəd açar dəsti oğurlanmışdır (cild1, i.v. 5); Hadisə yerinə baxış keçirilməsi haqqında 28 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1, hal şahidləri X21 və X9 iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir ( cild1, i.v. 6-9); xx.xx.2022-ci il tarixli təqdimetmə və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurluq yolu ilə əldə etdiyi Zərərçəkmiş şəxs1 məxsus kimyəvi təmizləmə aparatını Şahid4 təqdim etmiş və hal-hazırda Şahid4 həmin kimyəvi təmizləmə aparatını polis orqanına könüllü təqdim etmişdir (cild 1, i.v 23-24) xx.xx.2022-ci il tarixli təqdimetmə və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurluq yolu ilə əldə etdiyi Zərərçəkmiş şəxs1 məxsus 03 ədəd açar dəstini Şahid5 satmış və hal-hazırda Şahid5 həmin kimyəvi təmizləmə aparatını polis orqanına könüllü təqdim etmişdir(cild 1, i.v 25-28) zərərçəkmiş şəxs qismində tanınma haqqında 31 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild1, i.v. 34); şübhəli şəxsin tutulması haqqında 31 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə saat 21:00-da Xətai RPİ-nin inzibati binasında tutulmuş, tutulmanın əvvəli xx.xx.2022-ci il tarixdən, saat 14:30dan hesablanmışdır (cild1, i.v. 54-55); cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (cild1, i.v. 84); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir ( cild1, i.v. 86-87); ifadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotoşəkilərdən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanda yerləşən avtoyuma məntəqəsində ifadəsində dediklərini bir daha təsdiqləmişdir(cild 1, i.v 102-105) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-300/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Müariz oğlunun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur (cild1, i.v. 114-117); 02 iyun 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(cild1, i.v 118-119) Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Müariz oğlu xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində tutulmuşdur(cild 1. i.v 136) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-387/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Müariz oğlunun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (cild1, i.v. 147- 152); Azərbaycan Respblikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyul 2022ci il tarixli, 9/4066 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 540,00 manat müəyyən edilmişdir. O cümlədən: - 01 ədəd “OMAX” markalı, 603 WDM model kimyəvi təmizləmə aparatı - 450,00 manat, - 01 ədəd göy rəngli, kiçik ölçülü qutuda “King Roy” markalı açar dəsti – 20,00 manat, - 01 ədəd qara rəngli, kiçik ölçülü qutuda “YATO” markalı açar dəsti – 20,00 manat, - 01 ədəd yaşıl rəngli, böyük ölçülü qutuda “Changlu Tools” markalı açar dəsti – 50,00 manat müəyyən edilmişdir. (cild 1,i.v. 155-157); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(095)-281/2013 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 06 ay sınaq müddəti ilə cəzası şərti hesab edilmiş, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Saxalin Vilayəti üzrə cənub Saxalin şəhəri Daxili İşlər İdarəsi tərəfindən RF-nin CM-nin 158-ci maddəsinin 2-ci hissəsinin “V” bəndi ilə xx.xx.2017-ci il tarixdə dövlətlər arası axtarışa verilmişdir. (cild1, i.v. 158-159); Penitensiar Xidmətin xx.xx.2022-ci il tarixli, 17/618006 saylı məktubundan görünür ki, Penitensiar xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi Məlumat bazası”nda xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasında məhkum olunmasına dair hökmün Azərbaycan Respublikasında tanınması, habelə penitensiar müəssisələrdə cəza çəkməsi barədə məlumatlar qeydiyyatdan keçmir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(098)-281/2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası şərti olaraq tədbiq edilmiş və ona 06 ay müddətinə sınaq müddəti təyin edilmişdir (cild 1, i.v 160-163) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixli 1(004)-185/2022 saylı Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirili bilinib, 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir ( cild1, i.v.164-165); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-185/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 mart 2022-ci il tarixden 04 mart 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 04 (dörd) gün islah cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablanması hökm olunmuşdur. (cild1,i.v 166-174) Masallı Rayon İcra və Probasiya Şöbəsinin 29 dekabr 2022-ci il tarixli, 89/22-62-13 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-185/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatında daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 01 il 06 ay islah işləri cəzasını bugünədək heç bir müddətini çəkməmişdir. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 12:30-da saxlanılaraq Xətai RPİ-nin 36-cı polis bölməsinə gətirilmişdir(cild 1, i.v 181) xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində bildirdiklərini bir daha bir birinin üzünə deyərək təsdiq etmişlər(cild1, i.v 203-207) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(cild 1. i.v 208) Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 04 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuşdur(cild1, i.v 240- 241) xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(cild1, i.v 243) Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-429/2022 saylı məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həmin tarixdən məhkəmə iclas zalından həbsə alınmışdır. Azərbaycan Respblikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2022-ci il tarixli, 6/3993-9/5195 nömrəli ekspert rəyindən görünür ki, Təqdim edilən: - 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşlasrı olan üzük üzərində "585" ǝyar damğası həkk olunmuşdur, metalı 589 ayarlı qızıla uyğundur, çəkisi 2,74 qramdır, qaşları qiymətli qaşlara aid deyil; qaşlasrı olan sırğa cütü - üzərində qızıla uyğundur, çəkisi 1,36 qramdır, - 1 ədəd sarı rəngli metaldan, "585" ǝyar damğası həkk olunmuşdur metal 585 ayar qaşları qiymətli qaşlara aid deyil; Ekspertiza tədqiqatına təqdim olunmuş məmulatların 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 435,0 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim olunmayan məmulatların 2022-ci ilin aprel ayına olan orta bazar nəzəri qiyməti ilə ümumi dəyəri təxminən 5616,0 manat müəyyən edilir. Ayrı-ayrılıqda tədqiqi hissədə göstərilmisdir.(cild1, i.v247-250) Cinayət işinin icraata qəbul edilməsi, birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə birləşdirilmiş, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, digər Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə qüvvədə saxlanılmışdır(cild1, i.v 251-252) Cinayət işinin başlanması haqqında 25 may 2022-ci il tarixli qərardan görünür ki, (qərarın tarixinə dəqiq bax) Zərərçəkmiş şəxs2 şikayəti əsasənda toplanmış HK-1/1191 nömrəli material üzrə fakta görə Tovuz rayon prokuroru, baş ədliyyə müşaviri Maarif Hüseynov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.(cild 2, i.v 4) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Tovuz rayonu Düz Qırıqlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 Tovuz RPŞ-nə ərizə ilə müraciət edərək, 29 aprel 2022-ci il tarixdə Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən yaşadığı evdən naməlum şəxs(şəxslər) tərəfindən 2 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl qolbağı, 5 ədəd qızıl üzük və 1 dəst qızıl sırğanın oğurlandığını, baş vermiş hadisə nəticəsində ona 6000(altı min) manat maddi ziyan dəydiyini bildirmişdir.(cild 2. i.v 6) Hadisə yerinə baxış keçirilməsi haqqında 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2, hal şahidləri X22 və X10 iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir ( cild2, i.v. 10-15); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarxli, 011-5393-1222 saylı məktubundan görünür ki, Tovuz RPŞ-nin xx.xx.2022-ci il tarixli 185-8092-1222 №-li məktubu vasitəsilə xx.xx.2022- ci il tarixdə Tovuz rayonu Düz Qırıqlı kənd kənd sakini vət. Zərərçəkmiş şəxs2 Xaliqverdi qizina məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş Əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN KTİ-nin ADİS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 01 ədədi (d/x Binəqədi MSY, Tovuz RPŞ və Balakən RPŞ-dən daxil olan) xx.xx.1994-cü ildə Tovuz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin ovucu ilə eynilik müəyyən edildi. Digər eynilik aşkar edilməmişdir. (cild 2, i.v26). xx.xx.2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 qız zərər çəkmiş şəxs qismində tanınmışdır(cild 2, i.v 42) “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X45 xx.xx.2022-ci il tarixli, 744 saylı məktubundan görünür ki, "Tovuz rayon Mərkəzi Xəstəxanası "Publik Hüquqi şəxsi sizin No185-10194- 1222 saylı xx.xx.2022-ci il tarixli məktubunuza cavab olaraq bildirir ki, xx.xx.1994 ci-il təvəllüdlü Tovuz rayonu Düz Qırıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Tovuz rayonu Düz Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 həkim psixiatrın və həkin narkoloji dispanserdə qeydiyyatda dayanmır.(cild 2, i.v 60) xx.xx.2022-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur(cild2, i.v. 70-71) xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 və şübhəli şəxs Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istitnaq hərəkəti aparılmış, ifadələrində dediklərini bir daha bir-birinin üzünə deyərək təsdiq etmişlər(cild2, i.v 83-84) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qsmində cəlb edilmişdir(cild 2, i.v 85) xx.xx.2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Tovuz RPŞ-nin, MSY-dən azad olunmuşdur(cild 2, i.v 92) Sübutların qiymətləndirilməsi haqqında 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM- in 177.2.1, 177.2.2, 177.2.3 ve 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 ve 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvədə saxlanılması, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmi "həbs" növündə qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "başqa yerə getməmək" barədə qətimkan tədbiri nəzərə alınması, təqsirləndirilən şəxs X23 və Təqsirləndirilən şəxs2 ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, hadisə yerinə baxış, təqdim etmə və götürmə, üzləşdirmə, ifadələrin yerində yoxlanılması, əşyanın tanınmaya təqdim edilməsi, fotoşəkillərə baxış keçirilməsi protokolları və məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4066 saylı və məhkəmə fiziki- kimyəvi və əmtəəşünaslıq ekspetizasının xx.xx.2022-ci il tarixli 6/3993-9/5195 saylı rəyləri iş üzrə sübut kimi qiymətləndirilməsi, X23 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə ələ keçirdiyi 01 ədəd "OMAX" markalı kimyəvi təmizləmə aparatı, 01 eded "King Roy" markalı açar dəsti, "YATO" markalı açar dəsti və "Changlu Tools" markalı açar dəsti maddi sübut kimi tanınsın və tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılması, X11 cinayət yolu ilə ələ keçirdiyi 01 ədəd qızıl üzük və 01 dəst qızıl sırğa cütü maddi sübut kimi tanınsın və tərəflər cinayət işinin materialları ile tanış olduqdan sonra saxlanılması üçün zərərçəkmiş şexs Zərərçəkmiş şəxs2 Xaliqverdi qızına qaytarılması, videogörüntüdən çıxarılmış 02 ədəd fotoşəkil maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Nəzərov X27 rayon məhkəməsinin xx.xx.2022ci il tarixli 1(004)- 185/2022 saylı hökmünə əsasən Azərbaycan Respubikası CM-in 177.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə islah işləri cəxasına məhkum olunduğundan məhkumluğu ödənilməmiş hesab edilməsi, Təqsirləndirilən şəxs1 Tərtər Hərbi məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(098)-281/2013 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə intizam xarakterli hərbi hissəsdə saxlama cezasına məhkum edildiyindən məhkumluğu ödənilmiş hesab edilməsi, X3 barəsində Azərbaycan Respublikası CM-nin 177 və 194-cü maddələri ilə cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. (cild2, i.v. 155-178); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2015-cu il təvəllüdlü X17 adlı, 1 azyaşlı uşağı vardır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 yoldaşı X18 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-429/2022 saylı qərarı ilə təqsirləndiirilən şəxs Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbs olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, şahidin, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğurluq etməməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçilərin iştirakı ilə təqsirləndirilən şəxslərin ifadələri alınmış, Təqsirləndirilən şəxs2 özünü müdafiə xarakterli ifadəsi, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxsin ifadələri və digər sübutlarla inkar olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməl Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşllı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxsə dəymiş ziyan aradan qalxmaqla onunla barışıq əldə etməsini (CM- 59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məmmədov Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməllərdən səmimi peşman olmasını (CM- 59.2) və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə ziyanı aradan qaldırmaqla barışıq əldə etməsini (CM-59.1.12) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş zərərin ödənilməməsi və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 şikayətçi olması nəzərə alınır. Təqsirləndirilən şəxs1 əməlində ağırlaşıdırıcı hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə almalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri, dəyişdiirlməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 10 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut – maddi sübut olan 01 ədəd "OMAX" markalı kimyəvi təmizləmə aparati, 01 ədəd "King Roy" markalı açar dəsti, 01 ədəd "Changlu Tools" markalı açar dəsti və 01 ədəd "YATO" markalı açar dəsti Zərərçəkmiş şəxs1 N azim oğluna və 01 ədəd qızıl üzük və 01 dəst qızıl sırğa cütü Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı,ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-185/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplamaqla, Təqsirləndirilən şəxs2 qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət və 19 sentyabr 2022-ci il tarixdən 29 dekabr 2022-ci il tarixədək həbsdə olduğu 03 ay 10 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 20 (iyirmi) gün ona qəti olaraq təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində 02 (iki) il 05 (beş) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 10 ünvanını hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhəri Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd "OMAX" markalı kimyəvi təmizləmə aparati, 01 ədəd "King Roy" markalı açar dəsti, 01 ədəd "Changlu Tools" markalı açar dəsti və 01 ədəd "YATO" markalı açar dəsti Zərərçəkmiş şəxs1 N azim oğluna və 01 ədəd qızıl üzük və 01 dəst qızıl sırğa cütü Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat pul Təqsirləndirilən şəxs1, 50 (əlli) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-429/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-429/2022
29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver