Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-429/2023 11.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1959-cu il tarixində Qax rayonu, Qaxmuğal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qax rayonu, Əmircan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, o, 22 yanvar 2023-cü il tarixdə saat 14:00-da ünvan 2 ünvanındakı "50 qəpik" avtoyuma məntəqəsində özünə məxsus "Honda" markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilini yumaq üçün aparata daxil edilməsindən ötrü bütöv 50 qəpikliyi olmadığından məntəqədə köməkçi işləyən Zərərçəkmiş şəxs 50 qəpiklik istəmiş, lakin rədd cavabı aldıqda heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətləri ilə səs-küy yaradaraq məntəqədə toplanmış şəxslərin yanında Zərərçəkmiş şəxs nalayiq sözlər deyərək yumruqla bir neçə dəfə sifət nahiyəsinə vuraraq ona sol gözaltı nahiyənin qançırı burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunmuş burun nahiyəsinin şişkinliyi və sıyrığından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuraraq qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxs ifadəsi, üzləşdirmə, hadisə yerinə, diskə baxış protokolları və ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə verərək özünü ona CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, hadisə baş verən günü avtomobilini yuduzdurmaq üçün əlində olan qəpikləri 50 qəpik etmək üçün köşkə daxil olmuş, köşkdə olan şəxsə əlində olan qəpikləri 50 qəpik etməsini xahiş etmişdir. Həmin şəxs qəpikləri yerə ataraq dəyişməyəcəyini bildirmişdir. Onlar köşkin içərində sözlə mübahisə etmişlər. Daha sonra o çölə çıxsa da, Müşfiq onu təhqir edərək çölə çıxmış, onun yaxasından tutmuş, ona yumruq zərbələri endirmiş, o da, özünü müdafiə etmək məcburiyyətində qalmışdır. Bundan sonra Müşviq armaturla onu vurmaq istəmiş, o da, yeni əməliyyat olduğu üçün məcbur olub maşına əyləşib getmişdir. Onun heç bir təqsiri yoxdur. Hadisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamışdır. Ona bəraət verilməsini xahiş etmişdir. Şikayət etməyi özündə qəbul etmədiyi üçün Zərərçəkmiş şəxs şikayət etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə vermiş olduğu ifadəsində bildirmişdir ki, köşkün içərisində olmuş, bu zaman adını sonradan Cəfər kimi bildiyi şəxs ona qəpikləri verərək 50 qəpik etməsini xahiş etmişdir. O da, bildirmişdir ki, onun bunu etməyə hüququ yoxdur. Çünki o, 2 saat müddətinə əvəz etmək üçün köşkdə oturmuşdur. Lakin, adını sonradan bildiyi Təqsirləndirilən şəxs onu təhqir edərək yumruq zərbələri ilə onu vurmuşdur. O köşkdən çölə çıxdıqdan sora da Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirmiş, yumruq zərbələri ilə ona xəsarət yetirmiş və söyüş söyərək onu təhqir etmişdir. O, təqsirləndirilən şəxsdən özünü müdafiə etmiş və onunla dartışmışdır. Təqsirləndirilən şəxs həmin anda vurub-vurmamasını xatırlamır. Hadisə onun təşəbbüsü ilə başlamamış, armaturla Cəfəri vurmaq istəməmiş və ona hücum etməmişdir. Təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir. Məhkəmə iclas zalında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, Gürcüstan Respublikası vətəndaşı olsa da, 15 ildir ki, Bakı şəhərində yaşayır, evlidir və üç yetkinlik yaşına çatmış uşağı vardır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi işlərlə məşğul olub ailəsini dolandırmışdır. 22 yanvar 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdən bir qədər aralıda olan 50 qəpik deyilən avtoyuma məntəqəsinə gəlmişdir. Belə ki, avtoyuma məntəqəsində müştəri çox olduqda orada işləmişdir. Saat 14 radələrində avtoyuma məntəqəsinə çatmışdır. Oraya çatdıqda müştərilərin çox olmasını görmüşdür. Həmin avtoyuma məntəqəsində yaşlı kişi işləmiş ve müştərilər çox olduqda çatdıra bilməmşdir. Həmin kişiyə kömək edən zaman avtoyuma məntəqəsinə "Honda" markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Həmin avtomobildən bir nəfər qısa boylu kişi düşmüşdür. Həmin kişi ona yaxınlaşmış və qəpiklər verib bütöv 50 qəpik etməyini xahiş etmişdir. Həmin şəxsə 50 qəpiklərinin olmadığını demişdir. Lakin həmin şəxs ona maraqlı olmadığını və pulu təcili olaraq bütöv 50 qəpik etməyini tələb etmişdir. Bir daha həmin şəxsə demişdir ki, bütöv 50 qəpikləri yoxdur. Bu zaman həmin şəxs heç bir səbəb olmadan qışqırıb söyüş söymüşdür. Ətrafda olan şəxslər həmin şəxsin qışqırıb səslərini eşidib ətraflarına toplaşmışlar. Bundan sonra həmin şəxs daha da aqressivləşib üzərinə gəlmiş və yazılası olmayan söyüşlər söymüşdür. Ətrafda olan şəxslər həmin şəxsi tutub sakitləşdirmiş və söyüş söyməməsini xahiş etmişlər. Özü də həmin şəxsdən xahiş etmişdir ki, söyüş söyməsin, ətraf yaşayış sahəsidir və qadınlar keçir. Lakin həmin şexs onun və orada olan şəxslərin dediklərinə əhəmiyyət verib üzərinə gəlib ardıcıl olaraq üç dəfə yumruqla sifətindən vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmışdır. Orada olan şəxslər həmin kişini tutmuşlar, onu ise yerdən qaldırmışlar. Burnundan qan gelmiş və ağrılar hiss etmişdir. Həmin kişidən nə üçün vurduğunu soruşmuş. lakin sonuncu söyüş söyüb avtomobilinə əyləşib çıxıb getmişdir. Orada olan şəxslərdən kimsə polisə məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gəlmişlər. Özünü yaxşı hiss etmediyi üçün yaşadığı evə gəlmiş və sifətini su ilə təmizləmişdir. Səhəri günü isə Xətai rayon Polis İdarəsinin 35ci Polis Bölmesine gedərək hadisə barədə ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Araşdırma zamanı isə öyrənmişdir ki, onu vuran şəxs Təqsirləndirilən şəxsdur. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs onu üç dəfə yumuruqla sifətindən vurmuşdur. Təqsirləndirilən şəxs heç bir səbəb olmadan söyüş söyǝrǝk vurmuşdur. Çünki Cəfərə qarşı hər hansı bir formada əxlaqsız hərəkətlər etməmişdir. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs bir və yaxud iki dəfə yumruqla sifətindən vurmuşdur. Həmin hadisə zamanı orada tanımadığı çoxsayda şəxslər olmuşdur. Belə ki, Cəfər qışqırıb söyüş söydüyü üçün yolla keçən və orada olan şəxslər toplaşmışdır. Həmin şəxslərdən heç kimi tanımamışdır. Təqsirləndirilən şəxs onunla mübahisəyə başlayıb hadisə yerindən uzaqlaşmağı 10-15 dəqiqə çəkmişdir. Təqsirləndirilən şəxs onu Xətai rayonu, G.Mehmandarov küçəsi 392 ünvanda yerləşən "Venesiya" şadlıq sarayının qarşısında vurmuşdur. Cəfər onu üç dəfə sifətindən yumruqla vurmuşdur.(i.v 36-39) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, o, “Venesiya” şadlıq sarayında işləyir. Zərərçəkmiş şəxs tanıyır. Səs-küyü eşidərək hadisə yerinə gəlmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurmasını görməmişdir. O, hadisə yerinə gəldikdə görmüşdür ki, idman formasında olan şəxs avtomobilinə əyləşərk sürətli şəkildə hadisə yerini tərk etmişdir. Zərərçəkmiş şəxs üzü qan içində olmuşdur. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 22 yanvar 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdən çıxaraq ünvan 2 ünvanda yerləşən "Venesya" adlı şadlıq sarayının yaxınlığına gəlmişdir. Saat 14 radələrində şadlıq sarayının yaxınlığından keçən zaman ucadan söyüş səsləri eşitmiş ve çevrilib baxdıqda görmüşdür ki, avtoyuma məntəqəsinin qarşısında iki nəfər şəxs mübahisə edir. Oraya yaxınlaşdıqda mübahisə edən şəxslərin yaşlı kişi olmasını görmüşdür. Ətrafdan keçən və orada olasn şəxslər onların ətrafına toplaşıb onları aralamışlar. Həmin şəxslərdən biri dolu bədən qruluşlu, alçaq boylu və idman paltarında olmuşdur. Digər şəxs isə arıq bədən qruluşlu olmuşdur. İdman paltarında olan şəxs digər şəxsə söyüş söyərək bir neçə dəfə yumruqla həmin şəxsin sifətindən vurmuşdur. Orada olan şəxslər idman paltarında olan şəxsi tutub araladıqda sonuncu tanımadığı şəxslərin əlindən çıxmağa cəhd etmiş ve yumruqla vurduğu şəxsə söyüş söyməkdə davam etmişdir. Mübahisə etdiyi şəxs isə kənarda dayanıb onu seyr etmişdir. Orada olan şəxslər həmin şexsi buraxmayıb aralamış və həmin şexs yaxınlıqda olan avtomobilə əyləşib çıxıb getmişdir. Sonradan isə öyrənmişdir ki, həmin şəxslərin birinin adı Cəfər, digərinin adı ise Müşfiqdir. Orada çoxsayda şəxslər olmuş ve onları aralamışlar. Qarışıqlıq olduğundan Müşfiqin Cəfəri vurmasını görməmişdir. Ancaq Cəfər ardıcıl olaraq bir neçə dəfə Müşfiqin sifətindən vurmuşdur(i.v20-22) Məhkəmə iclasında Şahid ifadəsi elan olunduqdan sonra bildirmişdir ki, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi doğrudur. O, Təqsirləndirilən şəxsovun Zərərçəkmiş şəxs vurmasını görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 06 aprel 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında RPİ-nin İŞ-də toplanmış ilkin yoxlama materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır (i.v.01); Zərərçəkmiş şəxs tərəfindən Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 35-ci PB-nə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2023-cü il tarixində saat 14:00 radələrində X1 məxsus qeyri-yaşayış sahəsində öz-özünə xidmət sahəsində gözətçi Rahib Tahirovu əvəz edərkən insanların kütləvi olduğu yerdə heç bir səbəb olmadan müştəri qismində, **-CL- *** dövlət qeydiiya nişanlı Honda markalı avtomobil ilə gəlmiş şəxs ona nalayiq ifadələr işlədərək onu söyüb, bir neçə dəfə yumruqla vuraraq burnuna xəsarət yetirmişdir. Həmin şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. ( i.v. 4); 22 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə ünvan 2 ünvanda fəaliyyət göstərən "50 qəpik avtoyuma məntəqəsində baş vermişdir.(i.v 06-10) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Vət.Zərərçəkmiş şəxs sol gözaltı nahiyənin qançırı, burun sümüyünün yerdəyişməyən sınığı ilə müşaiyət olunmuş burun nahiyəsinin şişkinliyi və sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilkdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Vǝt.Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətin onun özü-özünə yetirməsi inandırıcı deyildir (i.v20-22) 02 mart 2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yerin görüntülərini əks etdirən disk götürlümüşdür(i.v 24-25) 10 mart 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin disk "DVD" formatlıdır, disk açıldıqda içərisində bir ədəd "mp4" formatları aşkarlanmış, həmin bir ədəd "mp4" formatı özündə görüntüləri əks etdirmiş, belə ki, görüntü 01 fevral 2023-cü il tarixdə qeydə alınmış və 01 dəqiqə 40 saniyədən ibarətdir. Görüntüdə ətrafda çoxsayda avtomobillər və şəxslər dayanmış, sağ tərəfdə kiçik dəmirdən kiosk vardır, kioskun ətrafında olan şəxslər qarşısına gəlmiş, kioskun qapısı açıqdır, ətrafda olan şəxslərdən qara rəngli gödəkçəsi olan şəxs kioskun içərisinə daxil olmuş, bir nəfər idman paltarında olan şəxsi tutub oradan çıxarmış, lakin həmin şəxs çıxmaq istəməmiş, ancaq qara rəngli gödəkçəsi olan şəxs idman paltarında olan şəxsi dartıb kioskdan çıxarmış, lakin həmin şəxs yenidən kioska daxil olmuş, məlum olmuşdur ki, o, içəridə olan şəxs ilə mübahisə etmiş, ətrafdakı şəxslər kioskun qarşısına gəlmiş, idman paltarında olan şəxs kioskdan çıxmış, orada şəxslər onu tutub sakitləşdirmiş, lakin o, şəxslərin arasından boylanıb kioskun içərisinə doğru boylanmış, lakin onu saxlayan şəxslər onu sakitləşdirməkdə davam etmiş, ancaq həmin şəxs kioskun qarşısına gələrək əli ilə kioskunn içərisində olan şəxsə işarələr etmiş, bu zaman kioskun içərisindən bir nəfər kişi çıxmış və idman paltarında olan şəxsə yaxınlaşmış, onlar qarşılıqlı olaraq biribirilərinin paltarlarından tutmuşlar, onların ətrafına çoxsayda şəxslər toplaşaraq onları tutub aralamaq istəmişlər, idman paltarında olan şəxs digər şəxsin sifətindən ardıcıl olaraq çoxsayda yumruq zərbələri endirmiş, digər şəxs isə iki dəfə idman paltarında olan kişinin sifətindən zərbə endirmiş, orada olan şəxslər onları biri-birindən ayrıb kənarlaşdırmışlar. Baxış zamanı X4 görüntüdə idman paltarında olan şəxsin Təqsirləndirilən şəxs, digər şəxsin o, olmasını, görüntüdə Təqsirləndirilən şəxs onu döyməsini bildirmişdir.(i.v 27) 14 aprel 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 32) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v 44) 22 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.(i.v55-57) 27 may 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış olan ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir.(i.v 70-71) 27 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan olunması qərara alınmışdır.(i.v 78-79) 27 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 94-96) 27 may 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi iştirakları ilə diskə baxış keçirilmiş, baxış zamanə müəyyən edilmişdir ki, həmin disk "DVD" formatlıdır, disk açıldıqda içərisində bir ədəd "mp4" formatları aşkarlanmış, həmin bir ədəd "mp4" formatı özündə görüntüləri əks etdirmiş, belə ki, görüntü 01 fevral 2023-cü il tarixdə qeydə alınmış və 01 dəqiqə 40 saniyədən ibarətdir. Görüntüdə ətrafda çoxsayda avtomobillər və şəxslər dayanmış, sağ tərəfdə kiçik dəmirdən kiosk vardır, kioskun ətrafında olan şəxslər qarşısına gəlmiş, kioskun qapısı açıqdır, ətrafda olan şəxslərdən qara rəngli gödəkçəsi olan şəxs kioskun içərisinə daxil olmuş, bir nəfər idman paltarında olan şəxsi tutub oradan çıxarmış, lakin həmin şəxs çıxmaq istəməmiş, ancaq qara rəngli gödəkçəsi olan şəxs idman paltarında olan şəxsi dartıb kioskdan çıxarmış, lakin həmin şəxs yenidən kioska daxil olmuş, məlum olmuşdur ki, o, içəridə olan şəxs ilə mübahisə etmiş, ətrafdakı şəxslər kioskun qarşısına gəlmiş, idman paltarında olan şəxs kioskdan çıxmış, orada şəxslər onu tutub sakitləşdirmiş, lakin o, şəxslərin arasından boylanıb kioskun içərisinə doğru boylanmış, lakin onu saxlayan şəxslər onu sakitləşdirməkdə davam etmiş, ancaq həmin şəxs kioskun qarşısına gələrək əli ilə kioskunn içərisində olan şəxsə işarələr etmiş, bu zaman kioskun içərisindən bir nəfər kişi çıxmış və idman paltarında olan şəxsə yaxınlaşmış, onlar qarşılıqlı olaraq biri-birilərinin paltarlarından tutmuşlar, onların ətrafına çoxsayda şəxslər toplaşaraq onları tutub aralamaq istəmişlər, idman paltarında olan şəxs digər şəxsin sifətindən ardıcıl olaraq çoxsayda yumruq zərbələri endirmiş, digər şəxs isə iki dəfə idman paltarında olan kişinin sifətindən zərbə endirmiş, orada olan şəxslər onları biri-birindən ayrıb kənarlaşdırmışlar. Baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə idman paltarında olan şəxsin özü, digər şəxsin X4, olmasını bildirmişdir.(i.v 99-100) Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, 27 may 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı həmin görüntülərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs köşkə daxil oldudan sonra sonuncu ilə zərərçəkmiş şəxs arasında mübahisə yarandığından kənardan bir uşaq bir böyük olmaqla 2 nəfər şəxs onlara baxaraq keçib getmiş, lakin səsə gələn bir nəfər qara gödəkçəli şəxs köşkə daxil olaraq Təqsirləndirilən şəxs qolundan dartaraq çölə çıxartmaq istəsə də, lakin təqsirləndirilən şəxs qolu ilə həmin şəxsi itələyərk yenidən içəri daxil olmuş, onu aralamağa çalışan şəxs də, onunla birlikdə içəri daxil olaraq onu sakitləşdirməyə çalışmışdır. Daha sonra hadisə yerinə insanlar yığışmış, təqsirləndirilən şəxsi çölə çıxartmışlar. Lakin, o hərəkətlərinə son qoymayaraq zərərçəkmiş şəxsə əl işarələri ilə nəsə dedikdən sonra sonuncu çölə çıxaraq Təqsirləndirilən şəxs üzərinə gələrək yaxasından tutmuş, təqsirləndirilən şəxs isə onu yumruqla vurmuşdur.Daha sonra isə tərəflər yumruq zərbələri ilə bir-birini vurmuşlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 29/2023 saylı, 05 iyun 2023-cü il tarixli rəyindən görünür ki, 1.Vǝt.Təqsirləndirilən şəxs alt çənə nahiyəsinin və alt dodağın yumşaq toxumalarının əzilməsi və sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (lar) təsirindən törənmişlər, müddətləri zərərçəkmişin xəstəxanaya tibbi yardım üçün müraciət etməsindən əvvəl olmaqla qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir.c2.Vǝt.Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə demək olar ki, həmin xəsarətlərin onun özü-özünə yetirməsi nəticəsində törənməsi və ya öz boyu hündürlüyündən yıxılma nəticəsində alınması az inandırıcıdır (i.v 105-107) Sübutların qiymətləndirilməsi haqqında 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasi CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməsi zərurəti yaranmadığı üçün həmin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, zərərçəkmiş şəxs qismində dinidirlmiş Zərərçəkmiş şəxs ifadəsi, şahid qismində dindirilmiş Şahid ifadəsi, məhkəmə tibbi ekspertizasının 23 yanvar 2023-cü il tarixli 60 saylı rəy, üzləşdirmə, hadisə yerinə, diskə baxış protokolları iş üzrə sübut kimi qiymətləndirilməsi, cinayət işində olan ünvan 2 ünvanda olan müşahidə kameralarında 22 yanvar 2023-cü il tarixdə qeydə alınmış görüntülərin olduğu bir ədəd "DVD" disk sübut kimi tanınması, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. (i.v. 115-122). Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, heç bir xuliqanlıq hərəkəti etməməsi, əksinə zərərçəkmiş şəxsin onu vurması ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolu, ekspertiza rəyi və hadisənin baş verdiyi yerin videogörüntülərini əks etdirən diskə baxış protokolu, həmçinin məhkəmə iclası zamanı hadisənin baş verməsini özündə əks etirən diskə baxış keçirilməsi zamanı müəyyən edilən görüntülərlə təkzib olunur. Məhkəmə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə yumruq zərbəsi vurubvurmamasını xatırlamaması ilə bağlı məhkəməyə vermiş olduğu ifadəsinə qiymət verərək hesab edir ki, bu xüsusatla bağlı istintaq orqanının qərarı ilə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün müvafiq qərarın surəti RPİ-nin İTŞ-nə göndərildiyindən buna görə material ayrılması məqsədə müvafiq hesab edilmir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 221.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər- min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bənd) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, 1959cu il təvəllüdlü olmaqla 64 yaşında olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizaç” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işi materillarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-429/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-429/2023
11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver