Məhkəmə qərarları › İş №1(011)-43/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-43/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-43/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, A.Məmmədov küçəsi, ev 5, mənzil 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə və şəxsi istifadəsi üçün qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 06 bükümdə ümumi təmiz çəkisi 1,599 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 bükümdə ümumi təmiz çəkisi 0,435 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 05 sentyabr 2022-ci il tarixdə saat 13:30-da ünvan 1 ünvanının qarşısında həmin narkotik vasitə heroindən 01 ədəd bükümdə 0, 370 qram çəkidə olan hissəsini Şahid1 10 manat müqabilində satmış, Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 05 sentyabr 2022-ci il tarixdə saat 16:30 radələrində ünvan 1 ünvanının qarşında saxlanılıb ünvan 2n Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən metal dəmir qabın içərisindən 05 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,243 qram, 0,280 qram, 0,272 qram, 0,289 qram və 0,145 qram olmaqla, öz aralarında və Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 1,229 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,435 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şalvarın arxa sağ cibindən üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək məhkəməyə vermiş olduğu ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə edir, lakin heç kimə heç vaxtı narkotik vasitə satmamışdır. O.tutularkən üzərində narkotik olmayıb. O, evdə olarkən günorta polis əməkdaşları onu gəlib bölməyə aparmışlar. Bölmədə polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitə aldığı adamların adlarını onlara desin, əks təqdirdə onun özünü narkotik vasitə satışı ilə bağlı ittiham edəcəklər. O da, bildirmişdir ki, heç kimi tanımır. İş materillarına əlavə edilmiş yazışmalar isə onun başqa adamlardan narkotik vasitə almasını təsdiq edir. Belə ki, həmin yazışmalarda göstərilənlər onun narkotik vasitə alması ilə bağlı olan yazışmalardır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ilkin izahatında və təqsirləndirilən şəxs qismində ifadə verərkən ilkin olaraq özünü ona CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Təxminən 5-6 ay olar ki, narkotik vasitə heroindən və psixotrop maddəni Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Həmçinin narkotik vasitələri qəbul etməyə başlayanda Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı İran İslam Respublikasının vətəndaşı olan bir şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə və ya psixotrop maddə lazım olanda bura gəlib ondan ala bilər. O da narkotik vasitə və psixotrop maddə lazım olanda Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığına gedərək həmin şəxsi tapıb sonuncudan almışdır. Narkotik vasitəni aldıqdan sonra bədənində ağrılar olan zaman münasib yer taparaq orada qəbul etmişdir. Həmçinin o, hərdən bir maddi ehtiyaclarını qarşılamaq üçün narkotik vasitə və psixotrop maddələrin satışı ilə də məşğul olmuşdur. 04 sentyabr 2022-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığına gedib İran İslam Respublikasının vətəndaşı olan həmin şəxsi taparaq sonucu ilə görüşdür. Orada həmin şəxsə 40 manat pul verib ona narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin gətirməsini istəmişdir. Təxminən 15-20 dəqiqə sonra həmin şəxs ona 06 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin gətirib vermişdir. O, narkotik vasitə olan heroini və proxotop maddə olan metamfetamini özündə olan dördbucaq formalı qabın içərisinə qoyduqdan sonra qabı əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman istifadə etmişlər. O, hərdən aldığın narkotik vasitələri pul qarşılığında narkotik vasitə istəyən şəxslər satmışdır. Şahid1 tanımış və sonuncu da onun kimi narkotik vasitə aludəçisidir. O, Firuddini tanıdığı üçün bir neçə dəfə sonuncuya pul qarşılığında narkotik vasitə olan heroin satmışdır. 05 sentyabr 2022-ci il tarixdə Şahid1 onunla əlaqə saxlayıb narkotik vasitə istədiyi üçün həmin gün saat 13:30-da ünvan 1 ünvanın qarşısında sonuncu ilə görüşmüşdür. Həmin vaxt o, Firuddinə 10 manata 01 ədəd bükümdə narkotik vasitə olan heroini sataraq çıxıb getmişdir. 05 sentyabr 2022-ci il tarixdə saat 16:30 radələrində ünvan 1 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən sonuncularla birlikdə polis Bölməsinə getmişdir. Polis Bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyimi bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı metal qutunu çıxarıb masanın üzərinə qoyaraq həmin qutunun içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Həmçinin əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi qutunun içərisinə baxış keçirilən zaman qutunun içərisindən 05 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar olunmuş maddələri Bakı şəhəri. Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında İran İslam Respublikasının vətəndaşından 40 manat pul verib aldığını, həmin narkotik vasitə heroindən 01 bükümünü xx.xx.2022-ci il tarixdə tanışı Firuddin adlı şəxsə 10 manata satdığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzalarımı ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, narkotik vasitələrin istifadəsi ilə yanaşı, satışı ilə məşğul olmuşdur. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, bir neçə dəfə tanışı olan Şahid1 pul qarşılığında narkotik vasitə satmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Firuddinlə görüşüb sonuncuya 10 manata 01 ədəd bükümdə narkotik vasitə olan heroin satmışdır. O, elektron tərəzini narkotik vasitələri satan və istifadə edən zaman çəkisini müəyyən etmək məqsədi ilə üzərimdə saxlamışdır. O, Firuddindən başqa müxtəlif şəxslərə pul qarşılığında narkotik vasitələr satmışdır. Lakin, həmin şəxslərin anket məlumatlarını və adlarını bilməmişdir. O, "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir.(i.v 70-71, 148-144) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində ilkin olaraq bildirmişdir ki, o, narkotik vasitəni Təqsirləndirilən şəxs almışdır. Ramili uzun müddətdir tanıyır. Daha sonra Şahid1 məhkəməyə vermiş olduğu ifadəsində bildirmişdir ki, o narkotik vasitəni Papanin adlanan ərazidən tanımadığı şəxslərdən almışdır. O üzərində narkotik vasitə olarkən məktəbin yaxınlığında polis əməkdaşları tərəfindən tutularaq bölməyə aparılmış və bölmədə ona təzyiq göstərilərək narkotik vasitəni Ramildən almasını bildirmişlər. O da, polsilərin sözü ilə həmin narkotik vasitəni Ramildən aldığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, X5 ondan sonra bölməyə gətirilmişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Təxminən iki il olar ki, narkotik vasitə heroindən istifadə etmişdir. Narkotik vasitələri Bakı şəhəri ərazisində tanımadığım şəxslərdən alaraq istifadə etmişdir. Həmçinin o, bir neçə dəfə tanışı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin alaraq istifadə etmişdir. Ramil də narkotik vasitədən istifadəçidir. Aralarında münasibət olduğu üçün o, bir neçə dəfə Ramildən narkotik vasitə olan heroin almışdır. 05 sentyabr 2022-ci il tarixdə yenidən narkotik vasitə istifadə etmək qərarına gəlmiş və həmin gün saat 13:30 radələrində ünvan 5 ünvanının qarşısında tanışı Təqsirləndirilən şəxslə görüşmüş və sonuncudan şəxsi istifadəsi üçün ona narkotik vasitə satmasını istəmişdir. Ramil də ona 10 manata 01 ədəd bükümdə narkotik vasitə olan heroin sata biləcəyini bildirmişdir. O da Ramillə razılaşmış və 10 manat pul verib sonuncudan 01 ədəd bükümdə narkotik vasitə olan heroini alaraq əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman istifadə etsin. Ramil ona narkotik vasitə verdikdən sonra çıxıb getmişdir. 05 sentyabr 2022-ci il tarixdə saat 14:00 radələrində ünvan 5 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis Bölməsinə getmişdir. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni öz istifadəsi üçün ünvan 6 ünvanının qarşısında tanışı Ramil adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə heroini şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs 10 manata almışdır. O, bir neçə dəfə Təqsirləndirilən şəxs istifadə etmək məqsədi ilə narkotik vasitə olan heroin almışdır. (i.v. 130-132); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Nürəddin oğlu ifadəsində bildirmişdir ki, o, 05 sentyabr 2022-ci il tarixdə Şahid1 Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Məlumat əsasında saat 14:00 radələrində ünvan 6 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Firuddinin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Şahid1 kimi təqdim etmişdir. Onlar Firuddinə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Xətai RPİnin 36-cı PB-nə dəvət etmişlər. Firuddin də buna etiraz etmədikdən sonra sonuncunu PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Ramil İsmayılova təhvil vermişlər. Ramil İsmayılov da Şahid1 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Şahid1 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Firuddinə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Firuddin də əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində olan maddənin heroin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə ünvan 6 ünvanının qarşısında Ramil adlı şəxsdən 10 manat pul verib aldığını bildirmişdir. Sonra Firuddinin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Aşkar olunmuş bükümün elektron tərəzidə çəkilən zaman 0,47 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Firuddinin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Firuddin tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 sentyabr 2022-ci il tarixdə tərəfimizdən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 narkotik vasitələrin istifadəsində şübhəli olduğuna görə 05 sentyabr 2022-ci il tarixdə saat 14:00-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq 36-cı polis bölməsinə gətirilmişdir. Polis bölməsində Şahid1 şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitə heroini 10 manata tanışı Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Buna görə də, Şahid1 narkotik vasitəni aldığını bildirdiyi Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi məqsədi il 05 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində o və Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili Şahid5la birlikdə ünvan 6 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Ramilin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1978-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Ramilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Ramil da buna etiraz etmədikdən sonra sonuncunu PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Ramil İsmayılova təhvil vermişlər. Ramil İsmayılov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Ramilin üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Ramil də əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd düzbucaqlı formalı qutun çıxarıb masanın üzərinə qoymuşdur. Həmin qutuya baxış keçirilən zaman 05 ədəd sellofan bükümdə içərisində qəhvəyi rəngli maddə və 01 ədəd bükümdə içərisində ağ rəngli kristallik maddə olan bükümlər aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 05 ədəd bükümdə olan maddələrin narkotik vasitə heroin, 01 ədəd bükümdə olan maddənin psixotrop maddə olan metamfetamin olmasını, həmin maddələri Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostaniyasının yaxınlığında İran İslam Respublikasının vətəndaşından 40 manata aldığını, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanının qarşısında 01 ədəd bükümdə narkotik vasitə olan heroini tanışı Şahid1 10 manata satdığını bildirmişdir. Sonra Ramilin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Aşkar olunmuş bükümün elektron tərəzidə çəkilən zaman 05 ədəd bükümdə olan maddələrin ümumi çəkisinin 1.90 qram, 01 ədəd bükümdə olan maddənin 0.51 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Ramilin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Ramil tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş üzrə digər şahidlər Şahid5 və Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə həmin şahidlərin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadələri elan olunmuşdur. Həmin ifadəsində Şahid2, iş üzrə digər Şahid3 Nürəddin oğlu, Şahid5 isə Şahid4 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 sentyabr 2022-ci il tarixli cinayət işi başlamaq və icraata götürmək barədə qərardan görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir(i.v 1) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şahid1 05 sentyabr 2022-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri, Xətai rayonu, E.Əliyev 7 ünvanının qarşısında saxlanılaraq Xətai RPİ-nin 36-cı polis bölməsinə gətirilmişdir.(i.v 13) 05 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1 əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan torbacıqdakı bükülünü çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisindəkinin narkotik vasitə "kakos" olduğunu, bu narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, Xətai rayonu, E.Əliyev küçəsi 7 ünvanının qarşısında Ramil adlı şəxsdən 10 manat müqabilində alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir(i.v32-33). xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixində, saat 16:30-da ünvan 10 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 36-cı polis bölməsinə gətirilmişdir(i.v 41) xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən Xətai RPİ 36-cı PB-də xx.xx.2022-ci il tarixdə, saat 17:00-da tutulmuş, tutulmanın əvvəli həmin tarixdən saat 16:30dan hesablanmışdır(i.v 53) şəxsi axtarış və götürmə aparılması haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı PB-in əməliyyat müvəkkili Şahid5, Xətai RPİ-nin 36-cı PB-in əməliyyat müvəkkili Şahid4 barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsunq” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd düzbucaq formada olan metal qutunu çıxararaq masanın üzərinə qoyub həmin qutunun içərisindəkilərin narkotik vasitələr olduğunu, onlardan sellofan bükümdə olan 5 bükümün "kakos" olduğunu, 1 ədədinin isə "metamfetamin" olduğunu bu narkotik vasitələrin xx.xx.2022-ci il tarixdə Əhmədli metrostansiyası yaxınlığında tanımadığı İran İslam Respublikası vətəndaşından 40 manat müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini və xx.xx.2022- ci il tarixdə səhər saatlarında həmin bükümlərdən 1 ədədini 10 manat müqabilində tanışı Firuddin adlı şəxsə satdığını bildirdi. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən üzərində heç bir yazısı olmayan "Çin istehsalli elektron tərəzi aşkar edilərək götürüldü. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd düzbucaqlı formada olan metal qutunun içərisindən ümumilikdə 6 ədəd, onlardan 5 adad sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə "kakosa -ǝ bənzər maddənin olması, 1 ədəd selofan bükümdə içərisində spesifik iyə malik narkotik vasitə "metamfetamin a binzər maddənin olması aşkar edildi. Həmin 5 ədəd bükülü üzərində yazı olmayan Çin istehsallı olan, elektron tərəzidə çəkilərək 1.90 qram olduğu, əlavə olaraq 1 eded sellofan bükülüdə olan maddənin çəkisinin isə 0.51 gram olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi altı ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə və 1 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (i.v64- 65); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 6/4805 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №151” dairəvi möhür əksi, “(imza) Əliyev ...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 05 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,243 qram, 0,280 qram, 0,272 qram, 0,289 qram, 0,145 qram ümumi təmiz çəkisi 1,229 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər, 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,435 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetmin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. )(ekspertiza tədqiqatının dəyəri 55 manat təşkil edir) (Metamfetaminin təmiz çəkisi -0,435 qr., tədqiqata sərf edildi - 0,05 qr., qalıq -0,385 qram. Heroin üm. təmiz çəkisi - 1,229 qram, cəmi tədqiqata sərf edildi - 0,15 qram, qalıq - 1,079 qram) (i.v 75-78) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 6/4806 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 151” dairəvi möhür əksi, “(imza) Şahid1...” sözləri və imzalar olan bir ədəd zərfin içərəsində bir ədəd bükümdə təmiz çəkisi-0,370 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir.(iv 81-83) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/5422 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş 5 ədəd bükümdə olan narkotik vasitə -heroin ilə, Şahid1 aşkar olunmuş 1 ədəd bükümdə olan narkotik vasitə -heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqdim edilmiş bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün təmiz çəkisinin müəyyən edilməsi və təqdim olunmuş digər bükümlərdə olan heroinlərlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. )(ekspertiza tədqiqatının dəyəri 55 manat təşkil edir)( 1-5 №-li obyekt üzrə heroin üm- 1,079 gram, cemi tədqiqata sərf edildi-0,1 qr., qalıq üm.- 0,979 qr. 6 №-li obyekt üzrə heroin - 0,320 qram, tədqiqata serf edildi-0,03 qr., qalıq- 0,290 qr. metamfetamin tədqiqata istifadə olunmadı.) (i.v 233-237) xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə bildirmişdir ki, Təqsirləndirilən şəxs 10 manat müqabilində 01 ədəd bükümdə narkotik vasitə olan heroin almışdır. Təqsirləndirilən şəxs isə Şahid1 tanıdğı üçün ona pul qarşılığında bir neçə dəfə narkotik vasitə satdığını bildirmişdir.(i.v 109-113) 07 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir(i.133-134) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəli 05 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə olan heroin və metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, lakin satmamışdır(i.v 163-166) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur.Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.(i.v 205-207) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(011)-28/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsindən həmin məcəllənin 29,180.1-ci maddəsinə tövsif edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaəsn tutulduğu 2 gün müddəti 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılması və onun üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetə cəzasının saxlanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi hökm olunmuşdur(i.v208-215) Məhkəmə-narkoloji ekspertizasının 30 sentyabr 2022-ci il tarixli, 5665 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 231-232) xx.xx.2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd “CD” diskə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 16:03:29-da “3 m. 1 pacgada vest verim bidene besdiy duzgosda gaga”, xx.xx.2021-ci il tarixdə saat 19:20:16-da “Cixda butganin yanina. 5-diy”, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 15:52:23-də “Birazdan kolada olacag patida”, xx.xx.2022-ci il tarixdə saat 23:39:36-da ***-***-**- ** saylı mobil nömrəyə “Orxan olardan birinin nomresini verde mene tema goturum birazdan isdisen sende tapwirda?”, xx.xx.2022-ci il tarixdə sat 17:34:36-da “Eli, 5diy kola goture bilersen?Agriyirame gaga”, xx.xx.2022-ci il tarixdə saat 22:36:49-da ***-***-**-**- saylı mobil nömrəyə “Bu nediye ala saxlatdirirsan meni disen 5 diyi saxla saxladim bes noldi” sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 16:17:07-də ***-***-**-** saylı mobil nömrəyə “Patidi gor isdayen olsa veray.pul duzaldib kola goturay”, xx.xx.2022-ci il tarixdə saat 17:33:00-da ***-***- **-** saylı mobil nömrədən “Eli, 5diy kola götür”, xx.xx.2022-ci il tarixdə saat 13:58:05-də ***-***- **-** saylı mobil nömrədən “ramin necesen aytendi kanbinata gire bilmirem cindirlar meni axtarir, misaynan cavid menim o sport sumkami gotrub heziye gele bilersen biraz kola bir azda pati saxlamisam sencun onuda vererem”, xx.xx.2022-ci il tarixdə saat 14:18:40-da ***-***-**-** saylı mobil nömrədən “Samirdi Ramin birdene butov saxla menim ucun 30 degigaya galiram”, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Roma 10 manat var imkan var nəsə etmək ?”sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. (i.v 247-248) 19 oktyabr 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri yenidən ittiham elan edilməsi, məhkəməkimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli, 6/4805 və 6/4806 saylı, xx.xx.2022-ci il tarixli 6/5422 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5547 saylı və xx.xx.2022-ci il tarixli, 5665 saylı rəyləri üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.1-ci maddələri, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi və Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, iş üzrə narkotik vasitə heroin çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsini əsas götürərək Şahid1 aşkar olunaraq götürülmüş narkotik vasitə heroin ümumi çəkisi 0,370 qram hesab edilməsi, iş üzrə narkotik vasitə heroin və psixotrop mmaddə metamfetaminin çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsini əsas götürərək Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroin ümumi çəkisi 1,229 qram və psixotrop maddə metamfetaminin ümumi çəkisi 0,435 qram hesab edilməsi, istintaq zamanı Şahid1 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,370 qram olan narkotik vasita heroin maddi sübut kimi tanınsın və qalıq qalmış 0,320 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 05 ədəd bükümdə ilkin təmiz çəkisi 1,229 qram olan narkotik vasita heroin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,435 qram olan psixotrop maddə metmfetamin, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınsın, qalıq qalmış 1,079 qram çəkidə narkotik vasitə heroin, 0,385 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Şahid1 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD formatlı diskin maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, iş üzrə "xxxx" MMC-dən götürülmüş 1 ədəd "CD" disk iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilməsi və qərarın surəti əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 36-ci PB-nǝ göndərilməsi, iş üzrə təqsirləndirlən şəxs qismində dindirilmiş Şahid1 ifadəsi iş üzrə şahid ifadəsi kimi nəzərə alınması, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi və onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməsi, Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işindən, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başqa cinayət işi ayrılması, zəruri sənədlərin kserosurətləri tərtib edilmiş siyahı üzrə çıxarılmaqla, ayrılmış cinayət işinə əlavə olunması və istintaqı aparılması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır(i.v 249-266) 20 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir(i.v 276-277) "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakcell" MMC-yə xx.xx.2023-cü il tarixində daxil olmuş, 1(011)-43/2023 saylı, xx.xx.2023-cü il tarixli sorğunuzla əlaqədar nəzərinizə çatdırırıq ki, ********* saylı nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-87/2023 saylı hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı cinayət işinin məhkəmə baxışında bildirmişdir ki, onun üzərindən çıxan narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmiş, sadəcə Ramili üzun müddət tanıdığı üçün onun əleyhinə ifadə vermək istəməmişdir. xx.xx.1994-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X2(Təqsirləndirilən şəxs qardaşı) Azərbaycan Respublikasının torpaqları uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Məhkəmə iclasında tərəflərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və "xxxx" MMC-dən götürülmüş 1 ədəd "CD"-də olan videogörüntülər tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən metal dəmir qabın içərisindən 05 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,243 qram, 0,280 qram, 0,272 qram, 0,289 qram və 0,145 qram olmaqla, ümumi təmiz çəkisi 1,229 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,435 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd “CD” diskə baxış keçirilərkən isə Təqsirləndirilən şəxs narkotik vasitə satmasını təsdiq edən hallar müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə məqsədi daşıyır və özünün məhkməyədək icraat dövründə verdiyi ifadələri, şahid ifadələri və iş materillarına əlavə edilmiş digər sübutlar ilə təkzib olunur. Şahid1 oğlunun ifadəsinə qiymət verərkən məhkəmə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə və digər sübutlarla təkzib olunur. Məhkəmə iclasında Şahid1 bu cür ifadə verməsini ona ibtidai istintaq zamanı təzyiq göstərilməsi ilə əsaslandırmış, bu isə həm ibtidai isintaq zamanı, həm də məhkəmə istintaqı zamanı təsdiq olunmamışdır. Şahid1 hazırki iş üzrə şahid olsa da, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmış və həmin iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-87/2023 saylı hökmü ilə Şahid1 təqsirli bilinmiş, həmin hökm xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş, həmin hökmdən müəyyən olunmuşdur ki, Şahid1 narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirmişdir. Şahid1 halhazırda məhkum olunduğundan onun yalan ifadə verməsinə görə material ayrılması məqsədə müvafiq hesab edilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən(Cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir.) Şahid1 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-87/2023 saylı hökmü ilə müəyyən edilmiş ifadəsi preyudisial əhəmiyyət daşıyır. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadələri alınmış, həmin ifadələrdə ilkin olaraq Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilərkən narkotik vasitə satmadığını özünü narkotik vasitənin və psixotrop maddənin daşınmasında və istifadəsində təqsirli bilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi ağırlaşdırıcı hal hesab olunur; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1 maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,229 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,435 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Ali Məhkəmənin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “04” mart 2011-ci il tarixli plenum qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs qardaşı X1 Azərbaycan Respublikasının torpaqları uğrunda gedən döyüşlərdə şəhid olması(CM59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(011)- 28/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi 06 iyul 2021-ci il tarixdən 02 il müddət keçmədən yenidən az ağır cinayət törətdiyindən onun əməlində cinayətin residivi vardır. Təqsirləndirilən şəxs əməlində residivin olması(CM 61.1.1) cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əvvəllər də cinayət əməllərini törətməsini, həmin cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, yenidən cinayət əməlini törətdiyini, əməlində ağırlaşdırıcı hal residivin müəyyən edilməsi, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan heroin və psixotrop maddə və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 03 (üç) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (iyirmi) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01( bir) il 06(altı) ay müddətinə, həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları əhatə etmək yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 05 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 05 ədəd bükümdə ümumi təmiz çəkisi 0,979 qram heroin və 0,385 qram metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar