Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-43/2024 20.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əmiraslanova Tamella Mürşüd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və mülki cavabdeh – X2, müdafiəçi – “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X3 verilmiş ittihama əsasən, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə ozunə məxsus olan «Toyota» markalı «Prius» modelində olan **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı onun cinayətkar niyyətindən xəbərsiz olan tanışları Şahid2 və Şahid3 vasitəsilə 2022-ci ilin oktyabr ayında “tap.az” internet saytında elan yerləşdirmiş, elan əsasında Zərərçəkmiş şəxs Akif oğlunun həmin avtomobilin 6500 manata alması ilə bağlı onunla və Şahid2lə razılığa gəldikdən sonra, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən 18 saylı notariat ofisinin qarşısında ödədiyi 6500 manat puldan avtomobilə dair yığılmış cərimələrin ödənilməsi üçün Şahid2 tərəfindən götürülmüş 1600 manat, avtomobilin təmir işlərinə görə sonuncu tərəfindən ustaya verilməsi üçün götürülmüş 200 manat, avtomobilin satılması barədə “tap.az" internet saytında elan yerləşdirmiş Şahid3 bank hesabına köçürülmüş 500 manat və Şahid2 vasitəsilə avtomobilin satışına görə qalan 4200 manat pulu həmin ünvanda ələ keçirib «Toyota» markalı «Prius» modelində olan **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Zərərçəkmiş şəxs adına 18 saylı notariat ofisində verdiyi “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnaməni 26 mart 2023-cü il tarixdə ləğv etdirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 6500 (altı min beş yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da X5 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmədiyi müəyyən edilmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh X5 CM-in 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsində təqsirləndirilən şəxs göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş İttihamın mahiyyəti və mənası aydındır, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilmir və bununla əlaqədar göstərir ki, Toyota markalı prius modelində olan **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili oz istifadəsi üçün almışdır, lakin avtomobili yaxşı idarə edə bilmədiyi üçün onu icarəyə vermək qərarına gəlmişdir. 2021-ci ilin payızında sözügedən avtomobilin icarəyə verilməsi ilə bağlı bir neçə saytda elan yerləşdirmişdir. xx.xx.2021-ci ildə Şahid2 adlı şəxs ona zəng edərək avtomobilə baxmaq istədiyini bildirdi. Arif avtomobilə baxandan sonra avtomobili ona günlük 30 manata icarəyə verməyə razılıq vermişdir. Avtomobilin idarə edilməsi üçün Arifin adına 43 saylı notariat ofisində etibarnamə vermişdir. Arif günlük icarə ödənişlərini «Leobank»a aid olan bank hesabına göndərirdi. Avtomobilin təmirinə ehtiyac olanda Arif avtomobili təmir etdirirdi, təmirə görə ödənişləri isə avtomobilin icarə ödənişlərindən çıxırdı, yəni Arif əvvəl ona gündəlik 30 manat verirdisə, sonradan gündəlik ödəniş 25 manata endi. Avtomobilin texniki baxış vaxtı və icbari sığorta vaxtı bitəndən sonra Arif ona zəng edərək müvafiq cərimələrin adına gəldiyini, bu cərimələrə görə və Arifdən öncə avtomobili idarə etmiş Zaur adlı şəxsin adına yığılmış cərimələrə görə avtomobili idarə edə bilmədiyini bildirərək avtomobili texniki baxışdan keçirməyi və icbari sığorta ödənişini etməyini dedi. Həmin vaxt maddi vəziyyəti pis olduğu üçün avtomobili texniki baxışdan keçirə bilmədi, eyni zamanda Zaurun cərimələrini və avtomobilin icbari sığorta ödənişlərini edə bilməmişdir. Arifə isə bildirmişdir ki, avtomobili idarə etməsin, belə ki, adına cərimələr gələcəkdi. Lakin Arif ona qulaq asmamış və avtomobili idarə etməyə davam etmişdir. Uzun müddət avtomobil Arifdə qaldı. xx.xx.2022-ci ildə Arif ona zəng edərək avtomobili təmir sexinə apardığını bildirdi və onu da həmin sexə çağırdı. Həmin sexə gəlmiş, orada Arif onu Orxan adlı şəxslə tanış edərək bildirdi ki, Orxan avtomobili təmir etdirəcək və onlar birlikdə avtomobili idarə edəcəklər və ona da gündəlik icarə ödənişlərini edəcəklər. Arif bunun üçün Orxanın adına baş etibarnamə vermək lazım olduğunu bildirdi. O etiraz etmədi və 18 saylı notariat ofisində Orxanın adına baş etibarnamə yazdırdı. Onu da qeyd edir ki, Arif onun avtomobilini təmir etdirib saz vəziyyətə gətirmək üçün ondan vaxt istədi. Arabir Arifə zəng edib avtomobillə maraqlananda Arif ona narahat olmamağı, rayonda işlərinin olduğunu və rayondan qayıdandan sonra onunla görüşüb söhbət edəcəyini bildirirdi. Beləcə vaxt uzandı. xx.xx.2023-cü ildə anası özü üçün taksi sifariş edəndə sifarişi adını hazırda xatırlamadığı bir şəxs qəbul etmiş, sonuncunun idarə etdiyi avtomobil isə ona məxsus olan Toyota markalı Prius modelində olan **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil qevd edilmişdir. Anası bu haqda ona deyəndən sonra o Arifə zəng etmiş, lakin o onun zənginə cavab vermədi. Sonradan Arifə bir neçə dəfə zəng etsə də o, ona cavab vermədi. Arifgilin avtomobili təmir etdirib icarəyə verməsi və ona icarə ödənişlərini etməməsi səbəbindən o Orxan adlı şəxsin adına verdiyi etibarnaməni 26 mart 2023-cü il tarixdə 1 saylı ASAN xidmətdə ləğv etdirmiş və bu haqda DYPŞ-yə məlumat vermişdir. Bir müddət sonra isə ona məxsus olan Toyota markalı Prius modelində olan **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa qoyuldu, avtomobilin qeydiyyat şəhadətnaməsi isə Orxanda qaldı. Verilən suallara cavab olaraq bildirmişdir ki, “Satışla bağlı söhbət etməmişəm Arif məndən icazəsiz avtomobili kiməsə veribmiş. O, da avtomobili söküb. Arif söz verirdi ki, maşını yığdıracaq. Arifin məqsədi məncə sadəcə cərimələrini mənim hesabıma ödəmək imiş, Orxanı bir tərəfə çəkirdi, məni bir tərəfə. Orxanı mənə təqdim edəndə dedi ki, bu adam maşını düzəltdirəcək. Maşının əvvəlki cərimələri var idi, razıyam, Zaurdan qalmışdır, 400-700 manat olardı. Mən Arifə dedim sürmə. Cərimələrdən xəbər tutanda ona zəng etdim, cavab verdi ödəyəcəm. Qardaşım da yolda maşını görmüşdür, mən yenə zəng vurdum dedim maşını sürmə. Məndən xəbərsiz olaraq maşını Mütəllim adlı şəxsə veribmiş. Deyilənə görə Arifin ona pul borcu olub. O, da bəzi ehtiyyat hissələrini söküb. Arif özü bununla bağlı polisə şikayət edibmiş. Arif Orxanı mənə təqdim edəndə bu işi bilən adam kimi təqdim etdi, arendada bir neçə maşınının olduğunu bildirdi və bizə kömək edəcəyini qeyd etdi. Maşına baxış keçirdərkən o adam Arifə dedi ki, bu maşının 6000-nə kimi xərci var. Soruşdum Arif gördün? Bu qədər xərci var, indi neyləyəciyik?. Dedi narahat olma” Suallara cavab olaraq bildirmişdir ki, “Mənə oradan pul çatmamışdır. Baş etibarnamə verməkdə məqsədim o olub ki, mən olmadan sürücülərə etibarnamə verə bilsinlər və hər dəfə məni çağırmasınlar. Maşın işləsin və pul gətirsin. İstintaq dövründə bu işlər məni elə yormuşdur ki, hətda dedim ki, istəmirəm maşını da pulu da götürün getsin bu iş yekunlaşsın, lakin bu mənim hər hansı cinayəti törətməyimi etiraf etməyim demək deyildir”. Məhkəmə iclasında zərərşəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, internet saytında maşın bəyənmiş və maşını alanda Ariflə danışmışdır. Maşın alındı və maşının qiyməti 6500 razılaşmışlar, sadəcə cərimələri ödəmək üçün Arif ona demişdir ki, Kəmaləddinə 4200-4300 olduğu desinlər. Arif qalan pulla cərimələri ödəyəcəyini dedi, çünki cərimə olsa maşını adına keçirə bilməzdi, baş etibarnamə vermək olmur. Arif maşının əvvəlki sahibidir. O yalnız onu tanımışdır. Sonra maşının sahibi Kəmaləddin gəlib və ona baş etibarnamə vermişdir. Necə olur ki, onu tanımaya tanımaya ona “generalni davernus” vermişdir. Şəxsi tanımaya-tanımaya və cərimə ola-ola “generalni davernus” vermək mümkün deyil. Cərimələr onun yanında ödənilmiş və daha sonra o çıxıb getmişdir. Bir müddət sonra etibarnamə ləğv edilmişdir. Kəmaləddin Arif və Orxan notariusda olmuşlar və o 4200 manat pul vermişdir. Sonra marketə düşmüşlər və qalan pulla cəriməni ödəmişdirlər. Həmin baş etibarnamə ilə maşını öz adına keçirə bilərdi. Amma maşın çox pis vəziyyətdə idi, evakuatorla maşını gətirib qoymuşdurlar. 1 ay işlədib sonra adına keçirəcəyini düşünmüş amma bir neçə ay keçmiş və onu edə bilməmişdir. Maşın işə çıxdıqdan sonra xəbər gəlmişdir ki, maşını saxlayıblar”. Verilən suallara cavab olaraq bildirmişdir ki, maşını “Turboaz” da görəndə Elçinin nömrəsi var idi. Birinci Elçinlə danışmışdır, sonra Arif gəldi və onunla danışmışlar. Qiyməti Ariflə danışmış və 6500 manat ödəniləcəyi ilə razılaşmışlar. Həmin pulun 4200 manatını Kəmaləddinə, qalan pulun cərimələrə ödəniləcəyini danışmışlar. Maşın Zığda yerləşirdi və maşının yanında Arif və Elçin olmuşdur. X11 maşını göstərməyə getmişdirlər və Kəmaləddin də ora gəlmişdir. Yol boyu Arif Kəmaləddin ilə telefonla danışmışdır. Günəşliyə evakuatorun üstündə getmişdirlər. Orxanın yanında Elvin və usta Elnur olmuşdur. Digər tərəfdən Kəmaləddin Arif və Elçin maşının yanında olmuşdurlar. Qiymətlə bağlı hamısı birgə danışmışdır, lakin söhbətdə Kəmaləddin iştirak etmirdi. Çünki Kəmaləddinin də priusdan yaxşı başı çıxmırdı. 6500 manata danışmışlar sonra maşını Orxanın adına keçirməyə getmək istəmişlər amma cərimə olduğuna görə adına keçirmək mümkün olmadığı bildirilmişdir. X4 gedəndə maşında Arifə 2300 manat pul vermişdir və orda başqa bir şahid də olmuşdur amma Kəmaləddin orda olmamışdır. Əlavə olaraq bildirdi ki, əgər o pul verməmiş olsa idi Kəmaləddin tanımadığı adama niyə “generalni davernus” versin. Şəxsin verdiyi 6500 manatın 2300 manatı ilə üçü birlikdə gedib cərimələri ödəmişdirlər. Daha sonra baş etibarnamə vermiş və getmişdir. Kəmaləddinə pul verilib verilmədiyini o görməmişdir. Maşını aldıqdan sonra maşın yaxşı vəziyyətdə deyildi, sürmək olmurdu. Təxminən 3 ay ustada olub. Suallara cavab olaraq bildirmişdir ki, - o birinci dəfə 34-cü bölməyə müraciət etmişdir. Yazdığı ərizədə 7000 manat verdiyini bildirmişdir amma iclasda səhv yazdığını demiş və borcun 6500 olduğunu təsdiqləmişdir. İzahatı alan polis əməkdaşının kim olduğu soruşulmuş, izahatı ilə bağlı suallar verilmiş amma xatırlamadığını bildirmiş, 7-8 ay müddət keçdiyini bildirmişdir. O, Ariflə Kəmaləddinə verilən pul barəsində heç bir söhbət etməmişdir. Cərimələrin hamısı Arif tərəfindən ödənilmiş və Kəmaləddin də bunu görmüşdür. Kəmaləddin cərimələrin ödənilməsi ilə bağlı bütün məsələləri görmüşdür. Maşının satışa qoyulma qiyməti 7000 manat olmuşdur. Cərimənin nə qədər olduğu, nə qədər ödənildiyi ilə bağlı bütün çeklər sübut kimi Arifdə var. Kəmaləddinlə Arifin arasında olan razılaşmanın ona aidiyyatı yoxdur, o öz pulunu tam ödəmişdir. Maşını aldıqdan sonra maşını aparıb ustaya vermişdir. Əlavə xərclərlə birlikdə avtomobil 12-13 minə başa gəlib. Hazırda ona dəyən zərər ödənilməyib, şikayətçidir ədalətli cəza verilməsini və mülki iddianın təmin olunmasını xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Kəmaləddin adlı şəxsdən prius markalı avtomobili əvvəllər günə 30 manata, daha sonra 25 manata icarəyə götürmüşdür. Maşını götürəndə müəyyən xərclər çəkmiş, etibarnamə almış və maşını idarə etmişdir. Daha sonra polis tərəfindən maşın saxlanmış və cərimə edilmişdir. Bununla bağlı Kəmaləddinə məlumat vermişdir. Gündəlik cərimənin ödənilməsi ilə bağlı Kəmaləddinə pul atmış amma cərimə ödənilməmişdir. Maşının baxış sığortası bitdiyinə görə hər 20 gündən bir onun pravasına 50 manat cərimə gəlmişdir. Bir müddət sonra cərimələr yığıldığına görə maşını sürə bilməmiş və bununla bağlı Kəmaləddinə məlumat vermişdir. Bir müddət maşını sürə bilməmişdir. Maşını sürə bilmədiyi üçün bir nəfər qaziyə təklif etmişdir ki, maşını idarə etsin. Şəxs bunu qəbul etmiş və qazi olduğu üçün onun idarə edə biləcəyini bildirmişdir. Bunun haqqında Kəmaləddinə məlumat vermiş və Kəmaləddin razılaşmışdır. Cərimələr olduğu üçün şəxsə etibarnamə verilməmişdir. O da bir müddət maşını sürdükdən sonra qəza baş verdi və maşın bərbad hala düşdü. X9 qəsəbəsində ustanın yanında saxladı. Pravada cərimə olduğuna görə şəxs başqa maşın sürə bilmirdi. Bu səbəbdən bir neçə dəfə Kəmaləddinə cərimələrin ödənilməsi ilə bağlı müraciət etmişdir. Daha sonra maşını satmaq qərarına gəlmişlər və Kəmaləddinin özünə də demişdir. Maşının satılmağı ilə bağlı Elçinlə danışmışdırlar və Elçin satmağa görə ödəniş alacağını bildirmişdir. Elçinlə Kəmaləddin də danışmışdır. Maşını “lalafo”, “turboaz” kimi saytlara yerləşdirmiş və daha sonra Orxan adlı şəxsin maşını almaq üçün zəng etmişdir. Daha sonra maşına gəldi baxdı, Orxanın öz ustasının yanına getdik və Kəmaləddinlə Orxan da danışdı. O Orxana dedi ki, maşının pulu Kəmaləddinə 4200 manat desinlər, qalan 2300 manatın 500 manatını Elçininin, qalan pulu isə cərimələrə ödəniləcək. Orxan razılaşmış və Kəmaləddinə bu haqda deyəcəyini bildirmişdir. Daha sonra Orxan 2300 manat onun kartına yükləmişlər. Onların yanında 500 manat Elçinə göndərmiş, 150 manat ustaya vermiş, qalan pulun hamısı ilə cəriməni ödəmişdir. X10 Orxana etibarnamə vermişdir. O qalan 4200 manatı Kəmaləddinə vermişdir. Üstündən 6-7 ay keçdikdən sonra Orxan Arifə zəng edib demişdir ki, maşını sürücüyə vermiş amma maşın polis əməkdaşları tərəfindən saxlanılmışdır. Maşın qaziyə sənədsiz olaraq verilmişdir və Kəmaləddin də bunu bilirdi. “Lalafo”ya maşını Elçin qoymuşdur və Kəmaləddin bunu bilirdi. 31-ci bölmədə olan maşını Suraxanıda Mütəllim sürürdü və Kəmaləddin onun adını da bilirdi. Kəmaləddinlə ********** nömrəsi vasitəsilə, telefon vasitəsilə əlaqə saxlamışdır. Maşını götürəndə maşın işə düşmürdü və bunu öz hesabına təmir etdirmişdir və bir neçə günün icarə pulunu vermişdir. 3-4 ay maşını idarə etmişdir amma daha sonra cəriməyə görə maşını sürə bilmədi, maşına həbs qoyuldu. Maşının texniki baxış icbari sığortası olmamışdır və 20 gündən bir cərimə gəlirdi. Zaurun adında olan, öz adında olan bütün cərimələr ödənilmişdir. Alverçi olduğu üçün maşının satılmağı üçün Elçinə müraciət etmişdirlər. Orxan Elçinə zəng etmişdir. Daha sonra görüşmüşdürlər və maşına baxıb maşını Orxanın ustasının yanına apardılar, X10 də gəldi. Onlar orada 6500 manat pulun verilməyi ilə bağlı o, Orxan, Elçin birlikdə danışmışlar. Kəmaləddin də danışdıqları yerə gəldi. Orxan Kəmaləddinə 4200 manat veriləcəyini söylədi. Daha sonra notariusun verilməsi ilə bağlı Əhmədliyə getdilər. Amma etibarnaməni cərimələrə görə vermək mümkün olmadı. Daha sonra Orxan, Kəmaləddin və Arif marketə birlikdə getmiş onun kartına 2300 manat vurmuşlar və cəriməni ödəmişdirlər. Maşında 4200 manat Kəmaləddinə verilmişdir. 6-7 ay keçdikdən sonra Orxan zəng etmişdir ki, baş etibarnaməni ləğv ediblər. Kəmaləddinə dəfələrlə zəng edildi amma zəngi açmamışdır. Ancaq vəkil telefonu açıb danışırdı. Kəmaləddinin harada yaşadığını bilmədiyini bildirmişdir, indiyə qədər ödənişi ona görüşdükdə verdiyini demişdir. Maşın tutulandan sonra Orxan polisə vermişdir. Maşın Mütəllibdə olan zaman qəza baş vermişdir. Mütəllib dəyən zərəri ödəyəcəyini demişdir amma heçbir şey etməmişdir. 31-ci bölməyə şikayət etdiyini Mütəllibə bildirmişdir. 2022-ci ilin oktyabr ayında Kəmaləddin Orxana baş etibarnamə verdiyi vaxtdan 2023cü ilin mart ayına yəni həmin etibarnamənin ləğv edildiyi vaxta kimi Kəmaləddinlə aralarında telefon danışıqları olubmu sualına şahid Hacalıyev cavab vermişdir ki: Bəli. Həmin müddət ərzində danışıqları olub. Kəmaləddin demişdir ki, başqa maşınlar da olacaq onunla bağlı zəng edirdi. Alqı-satqı zamanı Orxanla Kəmaləddinin arasında heç bir şəriklik söhbəti olmamışdır. Cərimələrə görə o başqa maşın sürə bilmirdi, Kəmaləddin özü ona demişdir ki, haqq hesabı o eləsin. Maşının təkərləri və s. hissələri yox idi. Bundan əlavə Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində qeyd olunur ki, etibarnamə verildikdən təxminən 2 ay sonra ona bir polis əməkdaşı zəng edərək Kəmaləddinin ərizə ilə polisə müraciət etməsini bildirmişdir. Belə ki, guya cərimələr 300 manat olduğu halda o cərimələri ödəmək üçün Kəmaləddindən 1500 manat pul almışdır. O da ödədiyi qəbzlərin surətini votsapla həmin şəxsə göndərmişdir (i.v. 69). İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur, onlar bir məktəbdə oxumuşlar. Mahiyyəti üzrə bildirir ki, 2022-ci ilin oktyabr ayında Orxan özünə almaq üçün Toyota markalı Prius modelində olan avtomobil axtarırdı və bu məqsədlə internet saytlarında avtomobil satışı ilə bağlı elanlara baxırdı. xx.xx.2022-ci ildə günorta saatlarında Orxan ona zəng edərək bir «Toyota» markalı «Prius» modelində avtomobil tapdığını bildirmiş və onunla birlikdə gedib həmin avtomobilə baxmağı xahiş etmişdir. O etiraz etmədi və həmin gün Orxanla birlikdə Zığ şossesi yaxınlığında Zeytun küçəsinə gəlmişdir. Orada yol kənarında dörd daş üstündə tünd qırmızı rəngli, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüş, belə ki, avtomobilin təkərləri yox idi. Avtomobili Arif və Elçin adlı şəxslər satırdı. Onu da qeyd edir ki, Orxan həmin yerə tanışı olan Elnur adlı ustanı da çağırmışdır ki, sonuncu avtomobilə baxıb fikrini bildirsin. Elnur avtomobilə baxıb müsbət fikrini bildirəndən sonra Orxan avtomobili almaq qərarına gəlmişdir. Orxan evakuator çağırtdırıb almaq istədiyi avtomobili «Neapol» dairəsi yaxınlığında yerləşən, Elnurun işlədiyi avtomobil təmiri boksuna gətirmişdir. Onun yanında Ariflə razılaşmış, Kəmaləddin sonra gəlmişdir. Arif maşını satan adam idi, onlar Arifi elə tanıyırdırlar. Bir qədər sonra Elnurun iş yerinə Kəmaləddin adlı şəxs də gəlmişdir. Orxan həmin şəxslərlə avtomobilin qiyməti ilə bağlı razılığa gələndən sonra Kəmaləddin Orxana «Allah xeyrin versin» demişdir. Onların söhbətini özü eşitmişdir. Orxan avtomobili 6500 manata alırdı. Sonra isə onlar hamısı alqı-satqı etmək üçün notariat ofisinə gəlmişlər. Notariat ofisinin qarşısında Orxan Arif adlı şəxsə avtomobilə görə 6500 manat pul verdi. Onu da qeyd edir ki, avtomobilin ödənilməmiş cərimələri olduğu üçün Kəmaləddin Orxanın adına avtomobilə görə baş .etibarnamə verə bilmirdi. Arif cərimələri ödəyəndən sonra Kəmaləddin Orxanın adına baş etibarnamə verdi. Bundan sonra o və Orxan oradan getmişlər. Pulun Arifə verilməsini görmüşdür. Cəriməni ödəməyə üçü getmişdirlər. Arifin Kəmaləddinə pul verməsini görməmişdir. Ancaq verməmiş olsa Kəmaləddin də etibarnamə verməzdi axı. O ilk dəfə Kəmaləddini notariusun qabağında görmüşdür. Əvvəl maşın sahibi olduğunu bilmirdi. Kəmaləddini ilk dəfə notariusun qabağında görmüsünüzsə, ondan əvvəl ustanın yanında onun qiymət razılaşmasından sonra “Allah xeyir versin” deməsini qeyd edirsiniz, bunu necə izah edə bilərsiniz? sualına cavab olaraq bildirmişdir ki, “onu artıq bilmirəm, “Allah xeyir versin” normal qarşılanır. Avtoservisdə onun maşın sahibi olduğunu bilmirdim.”. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, əvvəllər “tap.az” və “turbo.az” saytlarında avtomobil elanları yerləşdirib, avtomobil satıb və makler kimi pul qazanmışdır. 2022-ci il oktyabr ayının ortalarında əvvəllər tanıdığı Arif adlı şəxs ona zəng edərək “Toyota” markalı “Prius” modelində olan **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün elan yerləşdirməyini xahiş etdi. O həmin avtomobilin kimə məxsus olduğunu soruşduqda, Arif ona satacağı avtomobilin Kəmaləddin adlı şəxsə məxsus olduğunu bildirmişdir. Arif onu öz telefonu ilə bir nəfərlə danışdırdı. Dedi adı Kamaləddindir və maşının sahibidir. Həmin şəxs avtomobili satışa qoyması üçün razılığını verdi. O Kəmaləddindən avtomobili satacağı təqdirdə 400 manat zəhmət haqqı istəmiş, Kəmaləddin etiraz etmədi, hətda təəccüblənərək soruşdu ki, “yəni 6000 manata satmaq olar o maşını?”. Həmin vaxt Kəmaləddin adlı şəxsə məxsus “Toyota” markalı “Prius” modelində olan, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil demək olarki yararsız vəziyyətdə Zığ şossesi tərəfdə ustada idi. 2022-ci ilin oktyabr ayının ortalarında o Ariflə Zığ şossesində yerləşən avtomobil ustasının yanına gedərək avtomobilin fotoşəkillərini çəkib Tap.az saytında həmin avtomobilin satışı ilə bağlı elan yerləşdirmiş və satış qiymətini 7000 AZN kimi göstərmişdir. Təxminən bir-iki gün sonra adını sonradan bildiyi Orxan adlı müştəri ona zəng edərək avtomobillə maraqlandı və ona baxmaq istədiyini bildirdi. O Arif və Orxan avtomobilə baxmaq onun saxlanıldığı yerə gəlmişlər. Orxan avtomobili öz ustasına göstərəcəyini bildirərək, evakuator vasitəsi ilə avtomobili Əhmədli qəsəbəsinə gətirmişdir. Həmin vaxt Arif Kəmaləddin adlı şəxsə zəng edərək onu da çağırdı. Bir müddət sonra Kəmaləddin adlı şəxs də Əhmədliyə - ustanın yanına gəldi. O həmin vaxt Kəmaləddin adlı şəxsi birinci dəfə idi ki, görürdü. Bu zaman Orxanla aralarında avtomobilin alqı-satqısı söhbəti gedirdi, qiymətdə bir qədər endirim olması üçün Orxan adlı şəxs onunla və Ariflə danışırdı, Kəmaləddin adlı şəxs də bu sözləri özü də eşidirdi. Orxan adlı müştəri, avtomobilin sahibi Kəmaləddin adlı şəxslə avtomobilin satılması ilə bağlı razılığa gəlib əl sıxdıqdan sonra, onlar birlikdə notariat ofisinə getmişlər. Həmin vaxt bildiyinə görə avtomobilin təqribən 1600 manata qədər radar cərimələri var idi və cərimələr də Arifin adına idi. Cərimələr ödənilməli idi ki, avtomobilin sahibi Kəmaləddin Orxan adlı şəxsə etibarnamə verə bilsin. 18 saylı notariat ofisində olan zaman, Orxan adlı şəxs Arifə cərimələrin pulunu (pulun miqdarı yadında deyil) verdi. Kəmaləddin adlı şəxs də həmin vaxt yanlarında idi. Arif Orxanın verdiyi məbləği ödəmə terminalı vasitəsilə bank kartına köçürtdü, sonra isə cərimələri mobil telefonu vasitəsilə «online» şəkildə ödədi. Həmçinin, Kəmaləddin ona 400 manat zəhmət haqqı kimi nağd şəkildə verdi. Kəmaləddin adlı şəxs Orxan adlı şəxsə avtomobilə dair baş etibarnamə verəndən sonra o oradan çıxıb getmiş və daha olanlardan xəbəri olmamışdır. Suallara cavab olaraq bildirmişdir ki, “Ariflə Orxanın qiymətin 6500 manat deyil 4200 manat deyilməsini əvvəlcədən razılaşmalarından xəbərim olmayıb. Ancaq həqiqətən də xeyli cərimələr var idi, avtomobilin nömrəsinin biri ustada idi ona 200 manat verilməli idi. Mənim Kəmaləddinlə əlaqəm olmayıb, onu görməmişəm və tanımamışam. Kəmaləddinə kiminsə pul verməsini görməmişəm”. Ona çatan pulun məbləği və həmin vəsaitin çatdırılma üsulu barədə ibtidai istintaqda verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında olan ziddiyyəti xeyli müddət keçməsilə izah etdi və ibtidai istintaqa verdiyi ifadəsinin doğru olduğunu yəni ona 500 manat zəhmət haqqının kart hesabına köçürmə yolu ilə verildiyini bildirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 26 aprel 2023-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; (i.v.1) - 21 oktyabr 2022-ci nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X3 məxsus “TOYOTA PRİUS” minik markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə yəni 21 oktyabr 2023-cü il tarixədək Zərərçəkmiş şəxs sərəncam vermək və digər hərəkətlər etmək hüququ verilməklə etibar edilmişdir; (i.v.10) - 21 oktyabr 2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “TOYOTA PRİUS” minik markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur; (i.v.11) - Cinayət işinin materiallarında olan bank tətbiqinin telefon ekran görüntülərinin fotoşəkillərindən məlum olur ki, həmin proqramda qeydiyyatdan keçmiş bank kartına xx.xx.2022-ci il tarixdə 2300 manat pul mədaxil olmuş və ümumilikdə 1329 manat 90 qəpik inzibati xətalara görə olan cərimələrə ödənilmişdir. - Pul köçürməsinə dair "xxxx" ASC-yə məxsus “Leobank” vasitəsilə həyata keçirlmiş əməliyyatın qəbzindən görünür ki, göndərən Şahid2 və qəbul edən Elçin M. olmaqla xx.xx.2022-ci il tarixdə saat 16:20-də 500 manat məbləğində pul köçürməsi həyata keçirilmişdir. - 31 dekabr 2020-ci il tarixli fəxri fərmanın surətindən görünür ki, Zərərçəkmiş şəxs “Vətən Müharibəsi” zamanı döyüş tapşırığını layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə və İ-59764 saylı vəsiqəyə görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur; (i.v.40) - Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur; (i.v.41) - 03 may 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.58) - 05 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş X2 DİN-in “102” Xidməti zəng mərkəzinə müraciəti ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; (i.v.75-78) - Azərbaycan Respublikaı Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 22 may 2023-cü il tarixli 3-13-16/2-65059/2023 nömrəli məktubundan görünür ki, DİN Baş X12 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs adında xx.xx.2020-ci il tarixdən “TOYOTA PRİUS” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Eyni zamanda bildirilir ki, etibarnamə ilə Təqsirləndirilən şəxs istifadəsinə nəqliyyat vasitəsinin verilməsi barədə DİN Baş X12 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir; (i.v.89) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 12 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v.97) - 24 iyun 2023-cü il tarixli mülki iddiaçı qismində tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır; (i.v.105) - 15 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur; (i.v.136-137) - 15 iyul 2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs - ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 4yan Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir; (i.v.145-146) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs X5 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, onun Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməməsi qənaətinə gəlir və hesab edir ki, ona həmin ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham sadəcə zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə əsaslandığından, təqsirləndirilən şəxsin dələduzluq cinayətini törətməsi, yəni sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməsini sübut edən heç bir digər sübut əldə edilmədiyindən ona irəli sürülmüş ittiham əsaslı hesab edilə bilməz. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İlk növbədə məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, təqsirləndirilən şəxs səmimidir, ifadəsi inandırıcıdır, istintaq orqanının topladığı sübutlarla onun ifadəsinin həqiqi olması da öz təsdiqini tapır. Belə ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadəsində birmənalı olaraq bildirmişdir ki, onun tərəfindən Zərərçəkmiş şəxs pul alınmamışdır. Bu faktı iş üzrə zərərçəkmiş şəxsin özünün və bir şahid istisna olmaqla digər şahidlərin ifadələri təsdiq edir. Zərərçəkmiş şəxsin özü və həmin şahidlər pulun təqsirləndirilən şəxsə deyil Şahid2 verildiyini bildirmişdirlər. Yalnız bir Şahid2 pulun onun tərəfindən təqsirləndirilən şəxsə verildiyini bildirir və məhkəmə qeyd edir ki, həmin şahid ümumi məbləğdən özünün cərimə borcunu ödəmiş və deməli işdə maraqlı şəxs olmuşdur. Təqsirləndirilən şəxsin alqı-satqı niyyətinin olmaması da birincisi, təqsirləndirilən şəxsin alqı-satqı müqaviləsi bağlamaması, ikincisi, əksər şahidlərin qeyd etdiyi kimi danışıqlarda iştirak etməməsi (alqı-satqı danışıqları zərərçəkmiş şəxslə Şahid2 arasında olmuşdur), üçüncüsü, onun tərəfindən 1 il müddətinə verilmiş etibarnamə əsasında avtomobilin zərərçəkən şəxsin istifadəsində 5 aydan çox müddət ərzində olduğu dövrdə onun, avtomobili öz mülkiyyətinə keçirdə bilmək imkanının olması və bunu etməməsi inandırıcıdır ki, tərəflər arasında razılaşma alqı-satqı xarakteri daşımamışdır. Əksinə təqsirləndirilən şəxsin avtomobilin təmir olunduqdan sonra işlətmək üçün verildiyi barədə ifadəsini onların etibarnamə verildikdən sonra bir neçə dəfə Şahid2lə əlaqə saxlamaları barədə özünün deməsi, habelə Şahid2 təsdiq etməsi təqsirləndirilən şəxsin ifadəsinin həqiqət olmasına dəlalət edir. Hadisələrin sonrakı gedişi göstərir ki, avtomobil həqiqətən də təmir olunduqdan sonra işləmək üçün digər sürücüyə icarəyə verilmişdir. Şahid Hacalıyevin ifadəsində olan ziddiyyətlərlə bağlı qeyd olunmalıdır ki, onun bildirdiyinə görə avtomobili satmaq üçün maklerə müraciət etməsi barədə təqsirləndirilən şəxs məlumatlı olmuş və hətda o, elan yerləşdirib avtomobili satmağa kömək etməsinə görə maklerə 500 manat verilməsi ilə razılaşmışdır. Lakin bu hal həmin şahidin ifadəsində qeyd etdiyi digər hal ilə uyğun gəlmir. Belə ki, şahidin dediyinə görə o, alıcı ilə kənarda razılaşmışdır ki, ümumi məbləğin üstündən 2300 manat götürsün Kəmaləddindən xəbərsiz 1600 manat cəriməni və Şahid3 yəni maklerin 500 manat pulunu ödəsin. Bir halda ki, Təqsirləndirilən şəxs həmin pulun verilməsinə razı idi, o pulun gizli şəkildə Şahid3 vermək üçün götürülməsi Hacalıyevin səmimi olmadığına dəlalət edir və ifadəsi mötəbər sübut hesab edilə bilməz. Maddi sübut kimi iş materiallarına əlavə edilmiş cərimə ödənişləri barədə qəbzlərlə bağlı məhkəmə bildirir ki, həmin qəbzlər üzrə toplam məbləğ ittihamda göstərildiyi kimi 1600 manat deyil, 1329 manat 90 qəpik təşkil edir. Şahid1 ifadəsi ilə bağlı məhkəmə bildirir ki, onun “avtotəmir sexində avtomobilin qiyməti ilə bağlı razılığa gələndən sonra X8 xeyrin versin dedi” ifadəsi, özünün “mən ilk dəfə Kəmaləddini notariusun qabağında görmüşəm” ifadəsi ilə uyğunsuzluq təşkil edir. Şahid3 ifadəsi ilə bağlı məhkəmə bildirir ki, şahid məhkəmə iclasında verdiyi ifadədə təqsirləndirilən şəxs tərəfindən ona nağd şəkildə 400 manat zəhmət haqqının verildiyini bildirmişdir. İbtidai istintaqa verdiyi ifadəsində isə 500 manat, köçürmə yolu ilə və Şahid2 tərəfindən verildiyini bildirməsi və bunun qəbzlə təsdiq olunması barədə məlumat verildikdə o əvvəlki ifadəsinin doğru olduğunu qeyd etmişdir. Göründüyü kimi yuxarıda göstərilən ziddiyətlər, uyğunsuzluqlar öz-özlüyündə ittihamın sübut kimi təqdim etdiyi zərərçəkmiş şəxslərin və şahid ifadələrinin həqiqiliyini əsaslı şübhə altına alır. Təbii ki, qanunvericiliyin tələbinə görə bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh olunmalıdır. Odur ki, X5 tərəfindən Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək və ya onu aldadaraq 6500 manat məbləğində pulunun ələ keçirilməsinə yönəldilmiş hər hansı bir əməlin törədilməsi öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, X3 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətini törətməsi sübuta yetirilməmiş, ona zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə əsaslanmaqla qanunsuz və əsassız olaraq ittiham elan edilmişdir. Ümumiyyətlə məhkəmə qeyd edir ki, ittihama görə təqsirləndirilən şəxsin təqsiri ilə vurulan zərər 4200 manat kimi göstərildiyi halda, istintaq orqanının onu CM-nin 178.1-ci maddəsi ilə deyil 178.2.4-cü maddəsi ilə ittiham etməsi istintaq orqanının qərəzli mövqedə olmasının göstəricisidir. Hətda ittihama uyğun olaraq 4200 manat məbləğin təqsirləndirilən şəxs tərəfindən alındığı doğru olsa belə və təqsirləndirilən şəxs tərəfindən etibarnamə alqı-satqı mənasında verilmiş olsa belə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həqiqi məbləğin ona çatan məbləğdən artıq olmasını aşkar etməsi və aldadıldığını güman etməsi etibarnamənin ləğvi üçün müraciət etməsinə əsas ola bilərdi. Məhkəmə hesab edir ki, bu halda da təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından tərəflər mülki müqavilə əsasında yaranmış öhdəliyin icrası ilə bağlı yaranmış narazılığa görə mülki icraat qaydasında məhkəməyə müraciət edə bilərdilər. Belə ki, Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Həmin qərara əsasən qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham sadəcə zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə əsaslandığından, təqsirləndirilən şəxsin dələduzluq cinayətini törətməsi, yəni sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməsini sübut edən heç bir digər sübut əldə edilmədiyindən ona irəli sürülmüş ittiham əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Göründüyü kimi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən onun tərəfindən törədilməsi qeyd edilən əməldə cinayət tərkibi olması və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təsdiq üçün sübutlar kifayət etmir. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. CPM-nin 28.5-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsi ilə hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, X2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində 15 iyul 2023-cü il tarixdə seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına görə təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Qeyd olunanlartı nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X3 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən təqsirsiz bilinib ona bəraət verilsin. X5 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dərhal ləğv edilsin. İş üzrə mülki iddia baxılmamış saxlanılsın və Zərərçəkmiş şəxs izah edilsin ki, mülki mühakimə icraatı qaydasında da iddia vermək hüququ vardır. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-43/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-43/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver