Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-43/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X2 və müdafiəçisi Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi3, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X6 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, xüsusi ittiham qaydasında şikayət verən X4 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, xx.xx.1987-cı il tarixində Sumqayıt şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan X2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair xx.xx.1985-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, evli, fərdi sahibkar, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Bartaz ərazi dairəsində qeydiyyatda olan X6, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X7 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X5 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, X12 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə əlaqədar, cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, X5 25 fevral 2024-cü il tarixdə, saat 22:30 radələrində "Tiktok" sosial şəbəkəsində özünə məxsus “Beniz_363” adlı səhifədə canlı yayım açaraq, 12 min istifadəçi qarşısında X7 barəsində "Arzu sənə bütün almanlarınkın yedizdirdi" "mən oğlumu qızının yanına, həyat yoldaşımı da öz yanına göndərdim” "hər kəsə vermisən, oğluma da ver” "göbəyinə ayağım girər, qaldı ki, münasib yerinə, ora oğlumun lülüşü hiss olunmaz, ayaq lazımdı” "göbəyinin üstündə kişilər çırpılıb” ifadələri işlətmişdir. Bununla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. X5 27 fevral 2024-cü il tarixdə, saat 21:00 radələrində X5 "Tiktok" sosial şəbəkəsində özünə məxsus "Beniz_363" adlı səhifədə canlı yayın açmış və X8 həmin yayına qoşmuş, 1500 istifadəçi qarşısında X1 Şəlalə Nadir qızı barəsində "get güzgüdə özünə bax, biz itə tamah salmırıq” “cındır”, "trayka" " səviyyəsiz" "səni kimi fahişəni mələk edə bilmədilər, onsuz da faişə idin, faişə qalacan" kimi ifadələr, X5 isə "ömrü, günü polisə verməkdi” ifadələri işlətmişdir. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. X5 27 fevral 2024-cü il tarixdə, saat 21:00 radələrində X5 "Tiktok” sosial şəbəkəsində özünə məxsus "Beniz_363” adlı səhifədə canlı yayın açmış və X8 həmin yayına qoşmuş, 1500 istifadəçi qarşısında X1 Şəlalə Nadir qızı barəsində "get güzgüdə özünə bax, biz itə tamah salmırıq" "cındır", "trayka” " səviyyəsiz" "səni kimi fahişəni mələk edə bilmədilər, onsuz da faişə idin, faişə qalacan” kimi ifadələr işlətmişdir. X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. X5 04 may 2024-cü il tarixdə, saat 22:00 radələrində "Tiktok” sosial şəbəkəsində özünə məxsus "Beniz_363" adlı səhifədə canlı yayım açaraq, 3800 istifadəçi qarşısında X7 barəsində "Şəhla sənin bacıların da, sən də əxlaqsız qadın kimi bütün idarələrdə tanınırsız" "bunu saxlayan polis, hər gecə bunun, qızının yanında olan" kimi ifadələr işlətmişdir. Bununla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. X5 26 avqust 2024-cü il tarixdə, saat 20:23-də "Tiktok” sosial şəbəkəsində "huzurlu_ve_mutlu" səhifədə Aleyna adlı şəxsin canlı yayma qoşularaq saxta profil açmaqda, yetkinlik şəxsə çatmayanlar paylaşmaqda ittiham etmiş, "şərəfsiz və səviyyəsiz" adlandırmışdır. Bununla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Odur ki, X5 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, X12 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət işinin başlanması və onların cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X7 şikayətdə göstərdiyi xüsusatlar üzrə barələrində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını və ona görə bu barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs X5 əməlindən peşman olduğunu, hazırda qarşı tərəf ilə barışdığını bildirmiş və ərizə təqdim edərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs X12 əməlindən peşman olduğunu, hazırda qarşı tərəf ilə barışdığını bildirmiş və ərizə təqdim edərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X4 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə xüsusi ittihamçının şikayətində qeyd etdiyi xüsusatlar üzrə hər iki təqsirləndirilən şəxslə ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığına görə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 müdafiəçisi Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi3, X2 ifadəsinə uyğun izahat verərək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, X6 ifadəsinə uyğun izahat verərək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X7 tərəfindən yazılmış 05 fevral 2025-ci il tarixli ərizədən görünür ki, X3 və X9 qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətdəki xüsusatlar üzrə hər ikisi ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 tərəfindən yazılmış 05 fevral 2025-ci tarixli ərizədən görünür ki, xüsusi ittihamçı X7 ilə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X12 tərəfindən yazılmış 05 fevral 2025-ci tarixli ərizədən görünür ki, xüsusi ittihamçı X7 ilə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə baxaraq hesab edir ki, zərərçəkmiş şəxs X7 təqsirləndirilən şəxslər X5 və X12 ilə barışdığına görə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 147.1-ci maddələri ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayəti üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X9 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37, 39, 41.7, 321 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 147.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xüsusi ittihamçı ilə barışdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X6 Azərbaycan Respublikasını CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xüsusi ittihamçı ilə barışdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. X6 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Hakim: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-43/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-43/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver