Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-430/2023 04.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1979-cu ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respubliaksi vətəndaşı, subay, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ev 54, mənzil 16-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, 01 ədəd 08552 nömrəli, zavod üsulu ilǝltaliyada istehsal olunmuş 5.6 mm kalibrli "OLİMPİK6" modelli səs siqnalının verilməsi üçün nəzərdə tutulmuş, odlu silah hesab edilməyən, lakin revolverin kamorlarının üzərində dəyişikliklər edilməklə barabanlarına 5.6 mm kiçik kalibrli Marqolin tapança və TOZ modelli ov tüfəngləri üçün nəzərdə tutulmuş döyüş patronları yerləşdirilməsinə görə həmin revolverin təyinatı itirilmiş hesab edilərək, texniki cəhətdən saz və həmin kalibrli patronlarla atəş üçün yararlı odlu yivsiz silahı və zavod üsulu ilə hazırlanmış, 5.6 mm kiçik kalibrli olmaqla, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli ov tüfənglərindən atəş açmaq üçün nəzərədə tutulmuş, istifadə və atəş üçün yararlı, döyüş sursatı sayılan 3 ədəd patronları ǝldə edib üzərində saxlayaraq gəzdirməklə daşımış va 01 mart 2023-cü il tarixdə saat 12:25-də dəqiqədə Bakışəhəri, Xətai rayonu, Gen. Mehmandarov 46 B ünvanın qarşısında olduğu zaman Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 3ünvanda yerləşən Xətai RPİ-nin 35ci PB-nə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilǝşəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədǝd 08552 nömrəli, zavod üsulu ilǝltaliyada istehsal olunmuş 5.6 mm kalibrli "OLİMPİK6" modelli səs siqnalının verilməsi üçün nəzərdə tutulmuş, odlu silah hesab edilməyən, lakin revolverin kamorlarının üzərində dəyişikliklər edilməklə barabanlarına 5.6 mm kiçik kalibrli Marqolin tapança va TOZ modelli ov tüfəngləri üçün nəzərǝd tutulmuş döyüş patronları yerləşdirilməsinə görə həmin revolverin təyinatı itirilmiş hesab edilərək, texniki cəhətdən saz və həmin kalibrli patronlarla atəş üçün yararlı odlu yivsiz silah və zavod üsulu ilə hazırlanmış, 5.6 mm kiçik kalibrli olmaqla, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli ov tüfənglərindən atəş açmaq üçün nəzərədə tutulmuş, istifadə və atəşüçün yararlı, döyüş sursatı sayılan 3 ədəd patron aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirərək, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, o rəsmi olaraq evli olmasa da qeyri rəsmi ailəlidir. Yuxarıda qeyd edilən ünvanda həyat yoldaşı 1984-cü il təvəllüdlü X5, oğulları 2003-cu il təvəllüdlü X11, 2006-cı il təvəllüdlü X7 və 2010-cu il təvəllüdlü X8 ilə birlikdə yaşayır. Hal-hazırda işləmir. Əvvəllər Azərbaycan Respublikası CM- nin 177 və 234-cü maddələri ilə məhkum olunmuş, ruhi və psixoloji xəstəliyi yoxdur, əqli cəhətdən sağlamdır. Təxminən bir il bundan əvvəl oğlu Asəfin hərbi xidmətlə əlaqədar and içmə mərasimi Gəncə şəhərində keçiriləcəkdi. O da həmin andiçmə mərasimində iştirak etmək üçün Gəncə şəhərinə yollanmışdı. And içmə mərasimi başa çatdıqdan sonra oğlu ilə sağollaşıb Bakı şəhərinə qayıdacaqdır, lakin Gəncə şəhərində gəzmək həmin günün sonunda Bakıya qayıtmaq fikrinə düşmüş və Gəncədə bir müddət gəzdikdən sonra avtobusla avtovağzal istiqamətində yola düşmüşdür. Gəncəni yaxşı tanımadığı üçün ilk olaraq səhv dayancaqda avtobusdan düşmüş. Bu zaman növbəti avtobusu gözlədikdə gözünə avtobusun dayancağının arxasında olan bağlamya sataşmış və həmin bağlama onda maraq oyatdığı üçün bağlamanı götürüb içərisinə baxmış bu zaman bağlamanın içərisindən 01 ədǝd "Naqan"a bənzəyən revolverin vǝ 03 ədəd patronun olmasını görmüşdür. Ətrafda heç kimin olmadığını gördükdən sonra həmin revolveri va 03 ədəd patronu bağlamadan çıxarıb cibinə qoymuş və növbəti avtobusla avtovağzala, oradan da Bakı şəhərinə qayıtmışdır. Həmin revolveri və 03 ədəd patronu 1 il müddətində daima üzərində saxlamış və onda belə bir silahın olmasını heç kimə söyləməmişdir. 01 mart 2023-cü il tarixdə təxminən saat 12:25 deqiqədə ünvan 5 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onun qanunsuz olaraq odlu silah gəzdirməyində şübhəli olduğunu söyləmişlər. Bundan sonra o Xətai RPİ-nin 35-ci Polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində ona hüquq və zifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuşdu. Bundan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdi. Bu təklifdən sonra o əynində olan qara rəngli qış gödəkçənin sağ yan cibindən 01 ədəd revolver silahı və 03 ədǝd patronu taqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş lakin hər hansı əşya vǝ sair predmet aşkar edilməmişdi. Bundan sonra aşkar edilmiş silah ve patronlar zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmişdi. (i.v 62-65) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vazifasinda xidmət aparır, polis kapitanıdır. 01 mart 2023-cü il tarixdə xidmətdə olarkən ona Təqsirləndirilən şəxs Xətai rayon inzibati ərazisində qanunsuz olaraq silah daşıması ilə bağlı məlumat daxil olmuşdu. O aidiyyəti üzrə raportla RPİ-nin rəhbərliyinə müraciət etmişdi va Təqsirləndirilən şəxs qanunsuz əməllərin ifşa edilməsi məqsədi ilə o və Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri o təyin olunmuşdu. Bundan sonra o Şahid2 ilə birlikdə ünvan 6 ünvanına getdik və orada müşahidə aparmışdırlar. Saat 12:25 radələrində bir nofor zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxsa oxşar olan şəxsi görüb ona yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını bildirmişdirlər və ondan anket məlumatları barədə maraqlanmışlar. Həmin şəxs anket məlumatların bildirdikdən sonra onlar tam əmin olmuşlar ki, həmin şəxs Təqsirləndirilən şəxsdir və ona qanunsuz silah gəzdirməsində şübhəli olduğunu bildirirək onlarla birlikdə polis bölməsinə keçməyi xahiş etmişdirlər. Təqsirləndirilən şəxs onlara öz razılığını bildirmişdir və onu əllərini ciblərinə salmağa imkan verməyərək Xətai RPİ-nin 35ci PB-nin inzibati binasına gətirmişlər və bu barədə raportla müraciət etmişlər. Daha sonra həmin bölmənin təhqiqatçısı. polis kapitanı Sənan Süleymanlı xidməti otağında Təqsirləndirilən şəxs təyin edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə hərəkətinin aparılacağı bildirilmiş və ona hüquq və vəzifələri izah edilmişdi. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni maddə və predmetin olması barədə sual verilmiş, olduğu halda könüllü olaraq təqdim ilmosi xahiş olunmuşdu. Bu təklifdən sonra Təqsirləndirilən şəxs aynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 adad "Revolver" markalı, 085520 nömrəli silah və 3 ədəd patronları çıxarıb təqdim edərək 1 il əvvəl Gəncə şəhərində olarkən tapmasını, tapdığı gündən diyə qədər həmin silahı yaşadığı ünvanda və üzərində gəzdirməsini, satmaq niyyətinin olmadığını və indiyə qədər hər-hansı bir yerdə istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi İ ədǝd "Revolver" tipli silah və 3 ədəd patron zərfdə qablaşdırılmış, möhürlənmişdi. Bununla bağlı protokol tərtib olunmuşdu, ucadan oxunmuş iştirakçılar tərəfindən imzalanmışdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə ahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verǝrǝk sonuncunun ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır ( i.v. 1); şübhəli şəxsin tutulması haqqında 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 01 mart 2023-cü il tarixdə, saat 13:15-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 12:25-dən hesablanmışdır ( i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin növbətçi köməkçisi X4 və müdafiəçi 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 adad "Revolver" markalı 085520 nömrəli silah və 03 ədəd patronları təqdim edərək 1 il əvvəl Gəncə şəhərində olarkən tapmasını, tapdığı gündən indiyə qədər, həmin silahı yaşadığı ünvanda və üzərində gazdirməsin, satmaq niyyətinin olmadığını və indiyə qədər hər-hansı bir yerdə istifadə etmədiyini bildirməsi, daha sonra həmin 1 ədǝd silah və 3 ədəd patron zərfə qoyularaq, möhürlənib və iştirakçılar tərəfindən imzalaması müəyyən edilmişdir. (i.v. 32-33); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23/183R saylı ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 01 ədəd 085520 N-li silah, zavod üsulu ilə İtaliya dövlətdə istehsal olunmuş 5.6 mm kalibrli "OLİMPİK 6" modeli sas siqnal vermək üçün nəzərdə tutulmuş revolveridir və odlu silah hesab edilmir. Lakin həmin revolverin kamorlarının üzərində yuxarıda göstərilən dəyişikliklər edilməsinə və onun barabanlarına 5.6 mm kiçik kalibirli Margolin tapança ve TOZ modelli ov tüfəngləri üçün nəzərdə tutulmuş döyüş patronları yerləşdirilməsinə görə həmin revolver hal-hazırda öz təyinatını itirmiş hesab olunur, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır, və həmin kalibrli patronlarla atəş üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar, zavod üsulu ile istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Margolin Konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuşdur, döyüş sursatı sayılır, istifadə və atəş üçün yararlıdır. - DİN-in Kriminalistik Tədqiqatlar İdarəsində "fiziki-kimyəvi" ekpertiza keçirilmədiyindən qərarda göstərilən "Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd 085520 nömrəli silahdan sonuncu dəfə atəş nə zaman açılmışdır." sualına cavab verilmədi. - Eksperimental atəşlər zamanı əldə olunmuş gilizlər DİN-nin KTİ-ndə yerləşən "güllə-giliz" kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gilizlərlə müqayisəli tədqiqat aparıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (i.v. 40-43)(rəyin təsviri əsaslandırıcı hissəsindən görünür ki, 02 ədəd patron barabana doldurulub eksperimental atəşlər açılıb) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 53- 54); Vəsatətin müdafiəsindən imtina edilməsi haqqında Bakı şəhəri Xətai rayon prokurorunun 03 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPŞ-nin İŞ-nin baş müstəntiqi Hüseyn Novruzlunun 03 mart 2023-cü il tarixli vəsatətinin müdafiəsindən imtina edilmişdir( i.v. 71-72) təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında istintaq orqanının 03 mart 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir ( i.v. 74-75); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə xx.xx.2023cü il tarixdə Xətai rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 6 ay 18 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.1-ci bəndinə sasən cəzadan azad edilmişdir. ( i.v 84-86); 19 aprel 2023-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, cinayət işi üzrə “Olimpik6” markalı revolver və 3 ədəd patron iş üzrə maddi sübut kimi tanınması və 1 ədəd “Olimpik6” markalı revolver və ekspertiza tədqiqatı zamanı istifadədən sonra qalan 01 ədəd patron Xətai RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilməsi qərara alınmışdır.(i.v 91-92) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-155/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının əvvəli cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır.(i.v 105-109) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(011)-360/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-155/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin edimiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 01 ay 7 gün hissəsi iki günə bir gün hesabı ilə hesablanmaqıa 06 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir.(i.v110-113) İfadənin yerində yoxlanması haqqında protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında ifadəsində bildirdiklərini bir daha təsdiq etmişdir.(i.v 132-133) 25 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanılması və barəsində Xətai RPİnin İŞ-nin sabiq müstəntiqi, polis kapitanı X2 tərəfindən seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilməsinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahid ifadələri, "ifadənin yerində yoxlanılması haqqında" protokol, "şəxsi axtarış və götürmə haqqında" protokol, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd "DVD-R" formatlı disk, "videogörüntülərə baxış keçirilməsi haqqında" protokol, məhkəmə-ballistik ekspertizası üzrə Azərbaycan Respublikası DİN-in KTİ-nin verdiyi 02 mart 2023-cü il il tarixli №23/183R nömrəli rǝy toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uygun gəldiyindən iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilməsi, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs şəxsi axtarışının qeydə alındığı 01 ədəd "DVD-R" formatlı diskin maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd "Olimpik6" markalı revolverin və 3 ədəd patronun maddi sübut kimi tanınması və ekspertiza tədqiqatı zamanı istifadədən sonra qalan 01 ədəd patronun maddi sübutların saxlanc yerinə təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd "Olimpik6" marklai revolverin və 3 ədəd patronu əldə etmə mənbəsinə görə cinayət işin materiallarından ayrıca material ayrılması və araşdırma aparılmasından ötrü Xətai RPİ-nin 35-ci PB-nə göndərilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 229-cu maddəsi ilə cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd "Olimpik6" markalı silahın və 03 ədəd patronu başqasına vermə və satma xüsusatı üzrə cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən mǝsuliyyətini ağırlaşdıran halların işdə müəyyən olunmamasının nəzərə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən halların işdə müəyyən olunmamasının nəzərə alınması qərara alınmışdır.(i.v 134-142) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-430/2022 saylı, 24 iyul 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün iş üzrə icraat dayandırılmış, sonuncunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir; Bakı İstintaq Təcridxanasının 26 avqust 2023-cü il tarixli, xx/xx-5876 sayılı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixində Bakı İstintaq Təcridxanasına gətirilmişdir. “AZEMİS” elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü azyaşlı övladı vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadələri, hadisə yerinin görüntüləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını(59.1.4), törətdiyi əməldən səmimi peşman olmasını (CM-59.2) yüngülləşdirici hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-155/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(011)-360/2021 saylı qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-155/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin edimiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 01 ay 7 gün hissəsi iki günə bir gün hesabı ilə hesablanmaqıa 06 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və xx.xx.2021ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.1-ci bəndində əsasən cəzadan azad olunmuşdur. Həmin qərarın 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğu götürülmüş hesab edilir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, məhkəmədən yayınaraq məhkəmə iclaslarına gəlməməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri və azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi halda cəzanın məqsədlərinə nail olunmayacağı nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalı. cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd “Olimpik6” markalı revolver və ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd patron dövlət nəfinə müsadirə edilməlidir (CPM-132). Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi oğluna 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02(iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “01 ədəd “Olimpik6” markalı revolver və qalıq qalmış 01 ədəd patron dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi oğluna 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-430/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-430/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver