Məhkəmə qərarları › İş №1(011)-431/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-431/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-431/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə ittiham olunmuş və cinayət işi baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan Ramil adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib müvafiq icra hakimiyyəti orqanlarında yüksək vəzifədə işləyən tanışları olması barədə yalan məlumatlar yayaraq özləri haqqında etibar edilə bilinəcək şəxs imici formalaşdırıb etibar qazanmaqla dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə niyyətini həyata keçirmək üçün cinayətdən xəbərsiz olan tanışı Şahid2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun övladı Şahid3 "Azərişıq” ASC-də işlə təmin olunacağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs tərəfindən 28 dekabr 2023-cü il tarixdə Şamaxı rayonu Məlikçobanlı kəndində yerləşən marketdəki "Milliön" terminalı vasitəsi ilə özünə məxsus, "xxxx" ASC tərəfindən emisiya edilmiş ***** *42110647 nömrəli plastik bank kartına köçürülmüş 3000 manat, həmin ünvanda, cinayətdən xəbərsiz olan tanışı Şahid1 məxsus, "xxxx" ASC tərəfindən emisiya edilmiş 416973******7851 nömrəli plastik bank kartına köçürülmüş 1000 manat və 02 fevral 2024-cü il tarixdə Şamaxı rayonu Məlikçobanlı kəndində yerləşən marketdəki "Milliön" terminalı vasitəsi ilə özünə məxsus. "xxxx" ASC tərəfindən emisiya edilmiş *********42110647 nömrəli plastik bank kartına köçürülmüş 1000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Şamaxı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ittihamda qeyd olunan əməl Təqsirləndirilən şəxs tərəfindən Xətai rayonunun ərazisində törədildiyindən, hazırki cinayət işinə aidiyyəti üzrə həmin cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı bildirmişdir ki, aidiyyat məsələsi düzgün müəyyən edilməmişdir. Belə ki, zərərçəkmiş şəxs artıq pul vəsaitini Şamaxı rayonu ərazisində göndərmişdir. Bu səbəbdən məhkəmə aidiyyatı ilə bağlı mübahisənin həlli üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Müdafiəçi vəsatətlə razı olduğunu və dövlət ittihamçısının vəsatətinin təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs dövlət ittihamçısının vəsatətinin həllinin məhkəmənin mülahizəsinə təqdim etdiklərini bildirmişdir. Məhkəmələr arasında hazırki cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinə dair fikir ayrılığı olduğundan məhkəmə hesab edir ki, aidiyyət məsələsinin həll edilməsi üçün cinayət işi Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin; 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsində baxılır. 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: - uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; - cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Repsublikası Ali Məhkəməsinin Plenum qərarının 4-cü bəndindən görünür ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində göstərilən cinayət, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə. Məhkəmə nəzərə alır ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kart hesabına pulları Şamaxı rayonu, Məlikçobanlı kəndində yerləşən marketdəki “Milliön” terminalı vasitəsilə göndərmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Repsublikası Ali Məhkəməsinin Plenum qərarının müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında dələduzluq yolu ilə ələ keçirdiyi pulları Bakı şəhəri Xətai rayonu ərazisində çıxartdığını bildirsə də, onun ələ keçirdiyi pul vəsaitlərinə dair sərəncam vermə hüququ və ya ondan istifadə etmək hüququ Zərərçəkmiş şəxs pulları Təqsirləndirilən şəxs müvafiq kart hesabına köçürdüyü andan yaranmışdır. Həmin pullar Şamaxı rayonu, Məlikçobanlı kəndində yerləşən “Million” terminalı vasitəsilə Təqsirləndirilən şəxs müvafiq kart hesabına köçürülmüş, həmin andan təqsirləndirilən şəxsin ələ keçirilən vəsaitə sərəncam hüququ yaranmış, bununla da cinayət bitmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan həmin məsələnin həll edilməsi üçün cinayət işi Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Hazırki cinayət işi materialları üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə Qax Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırki iş üzrə həmin həbs qətimkan tədbiri nəzərə alınmışdır. Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixədək həbsdə saxlandığı 5 ay 27 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı bir gün azadlığın məhdulaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 11 ay 24 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 02 il 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzas saxlanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi hökm olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.4, 74, 77, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə aidiyyatinə dair yaranmış fikir ayrılığının həll edilməsi üçün hazırki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar