Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-433/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ali, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etməklə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə iş yoldaşı Zərərçəkmiş şəxs kirayə ev tuta bilməsi üçün tələb olunan 550 manat aylıq ödənişi sonuncunun xahişi ilə yaxınlıqda yerləşən ödəmə terminalları vasitəsi ilə ev sahibinin bank hesab nömrəsinə göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 10 may 2022-ci il tarixdə birlikdə işlədikləri ünvan 3 ünvanında yerləşən “Bakı" restoranında aylıq ödəniş üçün tələb olunan 550 manat və komissiya haqqı olaraq 5 manat olmaqla ümumilikdə 555 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs cəmi 555 (beş yüz əlli beş) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının sonlarında ünvan 5 ünvanında yerləşən “Bakı” restoranında qəlyançı işləmiş və Zərərçəkmiş şəxs ilə orada tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs həmin restoranda ofisiant işləmişdir. Bir dəfə restoranda Günellə söhbət edərkən, Günel ona bildirmişdir ki, kirayə qalmaq üçün ev axtarır. Həmçinin Günel demişdir ki, “Bakı” restoranının yaxınlığında yerləşən ev alqı-satqı və kirayəsi ilə məşğul olan ofislərə müraciət etmişdir. 10 may 2022-ci il tarixdə, axşam saatlarında işlədiyi “Bakı” restoranında qəlyan düzəldərkən Zərərçəkmiş şəxs ondan işinin çox olub-olmamasını soruşmuş və işlərini bitirdikdən sonra ona yaxınlaşmasını xahiş etmişdir. Təxminən 5 dəqiqə sonra o, işlərini bitirib Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona kirayə qala bilməsi üçün ev tapmasını, həmin evə köçə bilməsi üçün ev sahibinin bank hesab nömrəsinə aylıq kirayə haqqı olan 550 manat pulu ödəməli olduğunu, lakin işlərinin çox olması səbəbindən restoranı tərk edə bilməməsini bildirmiş və yaxınlıqda yerləşən ödəmə terminalı vasitəsi ilə həmin məbləği ev sahibinin bank hesab nömrəsinə köçürməsini xahiş etmişdir. O, razılığını bildirdikdən sonra Zərərçəkmiş şəxs ona, ev sahibinin bank hesab nömrəsini, aylıq kirayə haqqı olan 550 manat və pul köçürmələri zamanı ödəmə terminalları tərəfindən komissiya haqqı kimi tutulacaq 5 manat olmaqla cəmi 555 manat pul vermişdir. O, 555 manat pulu əldə etdikdən sonra restoranı tərk etmiş, yolda olarkən həmin pulla bir sıra borclarını ödəyə biləcəyini düşünmüş, bu səbəbdən də Zərərçəkmiş şəxs verdiyi vədinə əməl etməyərək pulu terminala köçürmədən yaşadığı mənzilə yola düşmüşdür. Təxminən 20 dəqiqə sonra işlədiyi restoranın icarədarı Şahid ona zəng etmiş, bu zaman o, istifadəsində olan mobil telefonu söndürmüş və Zərərçəkmiş şəxs əldə etdiyi 555 manat pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini, hal-hazırda vurduğu maddi ziyanı ödəmək iqtidarında olmadığını bildirərək zərərçəkmiş şəxsin iştirakı olmadan yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin, Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1994-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, ev 64, mənzil 182-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı mənzilə tərəflərindən dəfələrlə gedilmiş, lakin onun yerini müəyyən etmək mümkün olmamışdır. Аvrоpа İnsаn Hüquqlаrı Məhkəməsinin “Аndаndоnskinin - Rusiyаyа qаrşı” işi üzrə xx.xx.2006-cı il tаriхli, həmçinin, “Sаidinin-Frаnsаyа qаrşı” işi üzrə xx.xx.1993-cü il tаriхli qərаrlаrındа izаh еdilir ki, “sübutlаrın mümkünlüyü” dахili (milli) qаnunvеriciliklə tənzimlənməsi nəzərə аlınmаqlа, müdаfiə hüququnа əməl еdilməklə, ibtidаi аrаşdırmа mərhələsində əldə еdilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul еdilmiş şаhid ifаdələri də, məhkəmə bахışındа sübut qismində istifаdə оlunа bilər. Bunlаr Kоnvеnsiyаnın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yаrımbəndindəki müddəаlаrın tələbələrinə uyğunsuzluq kimi qəbul еdilə bilməz. Avropa Məhkəməsinin “Matisinanın Rusiyaya qarşı iş” üzrə xx.xx.2014-cu il tarixli və “Əfəndiyevin Azərbaycana qarşı iş” üzrə xx.xx.2014-cü il tarxili qərarları da eyni məsələyə həsr olunmuşdur. Məhkəmə, Аvrоpа İnsаn Hüquqlаrı Məhkəməsinin bu və digər prеsedеntlərinin şərhləri bахımındаn ibtidаi аrаşdırmа mərhələsində dindirilmiş, məhkəmə istintаqındа isə ifаdəsi tədqiq еdilmiş zərərçəkmiş şəxsin ifadələsini də iş üzrə sübut növü kimi qəbul еdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının sonlarından etibarən onunla birlikdə ünvan 7 ünvanında yerləşən “Bakı” restoranında işləməyə başlamış, tanışlıqları həmin dövrdən yaranmış, Təqsirləndirilən şəxs həmin restoranda qəlyançı, o, isə ofisiant işləmişdir. Birgə işlədikləri dövr ərzində söhbət əsnasında Təqsirləndirilən şəxs onun kirayədə yaşamaq üçün ev axtarmasını, bununla bağlı işlədikləri restoranın yaxınlığında bir sıra ev alqı-satqısı və kirayəsi ilə məşğul olan ofislərə müraciət etməsini eşidib bilmişdir. 10 may 2022-ci i tarixdə ev alqı-satqısı və kirayəsi ilə məşğul olan şəxslərdən biri onunla əlaqə saxlayaraq "H.Aslanov” metrostansiyası yaxınlığında yerləşən hündür mərtəbəli binalardan birinin 8-ci mərtəbəsində yerləşən mənzili kirayə olaraq təklif etmiş, bundan sonra o, həmin mənzilə gedərək baxıb-bəyənmiş, daha sonra ev sahibi ilə mobil telefon vasitəsilə əlaqə saxlamış və mənzili aylıq 550 manata kirayəyə götürməsinə dair razılıq əldə etmişdir. Bundan sonra mənzil sahibi ona, özünün bank hesab nömrəsini göndərmiş və ödənişi etdikdən sonra mənzilin açarlarını təqdim edəcəyini bildirmişdir. Həmin tarixdə, yəni 10 may 2022-ci il tarixdə axşam saatlarında o, işlədiyi “Bakı” restoranında olarkən işlərinin çox olması ilə əlaqədar restoranı tərk edə bilməməsi səbəbindən Təqsirləndirilən şəxs müraciət edərək, yaxınlıqdakı ödəmə terminalları vasitəsi ilə həmin ödənişi etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs razılığını bildirdikdən sonra o, Təqsirləndirilən şəxs, ev sahibinin bank hesab nömrəsini, aylıq kirayə haqqı olan 550 manat və pul köçürmələri zamanı ödəmə terminalları tərəfindən komissiya haqqı kimi tutulacaq 5 manat olmaqla cəmi 555 manat pulu vermişdir. Təqsirləndirilən şəxs onun 555 manat pulunu alıb restoranı tərk etmiş, lakin xeyli müddət keçməsinə baxmayaraq geri qayıtmamışdır. Bundan sonra o, mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxsla əlaqə saxlamağa cəhd etmiş, lakin sonuncunun mobil telefonu sönülü olduğundan əlaqə yarada bilməmiş və aldadıldığını başa düşmüşdür. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs bir daha işlədikləri “Bakı” restoranına qayıtmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında yerləşən "Bakı" restoranında 2022-ci ilin yanvar ayından administrator vəzifəsində işləmiş, Zərərçəkmiş şəxs da həmin tarixdən “Bakı” restoranında ofisiant kimi işə başlamışdır. Günel 01 ay onun ofisiant kimi işçisi olmuş, Təqsirləndirilən şəxs isə “Bakı” restoranında hadisə baş verən gündən təxminən 02 gün əvvəl qəlyançı kimi işləməyə başlamışdır. 10 may 2022-ci il tarixdə saat 18:00 radələrində Günel işə gələrkən kirayə ev tutmaq üçün topladığı 620 manat pulu sayaraq saxlamaq üçün ona vermiş, saat təxminən 20:00-21:00 radələrində Günel verdiyi pulu geri istəmiş və ona kirayə götürmək istədiyi evin ödənişini həyata keçirməli olduğunu bildirmiş, lakin müştəri çox olduğundan ödənişi həyata keçirə bilməyəcəyini və ödənişi həyata keçirməyi xahiş etmişdir. Bu zaman Rüfət Günelin yerinə bu ödənişi həyata keçirə biləcəyini söyləmiş, o, yenidən 620 manat pulu sayaraq Günelə vermiş, Günel isə 555 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Daha sonra Rüfət restorandan çıxıb pulu ödəməyə getmişdir. Bir qədər sonra Günel ona artıq 10 dəqiqə keçməsinə baxmayaraq Rüfətin geri qayıtmadığını bildirmiş, o, bunu bildikdən sonra Rüfətin istifadə etdiyi mobil nömrəyə zəng etmiş, dəfələrlə zəng etməsinə baxmayaraq zəng çatmamış, Rüfət bir daha restorana geri qayıtmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 12 may 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 7 ünvanında yerləşən “Bakı” restoranına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-10); zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 21-22); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 39); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 57-58); “DVD-R” diskə baxış keçirilməsi haqqında 04 iyul 2022-ci il tarixli protokoldan görünür ki, diskin içərisində 01 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Həmin fayla baxış keçirdikdə, videogörüntü faylının adının “VİD-20220525 WA0011” olması, faylın 02 dəqiqə 02 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Şahid, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən “Bakı” restoranının bar masasının qarşısında dayandıqları müşahidə edilir. Videogörüntünün 23-cü saniyəsində Şahid pulu sayaraq Zərərçəkmiş şəxs təqdim edir. Həmin müddət ərzində Zərərçəkmiş şəxs və Rəvan Sadıxov arasında məzmunu aydın olmayan müəyyən danışıqlar gedir. Videogörüntünün 01 dəqiqə 07 saniyəsində Zərərçəkmiş şəxs pulu sayaraq Təqsirləndirilən şəxs verir. Təqsirləndirilən şəxs isə videogörüntünün 01 dəqiqə 18 saniyəsində pulu sayaraq alması əks olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs 555 manat pulu və ev sahibinin bank hesab nömrəsini götürdüyünü, bir müddət sonra ünvan 7 ünvanında yerləşən “Bakı” restoranından çıxıb geri qayıtmadığını və həmin pul ilə öz şəxsi tələbatlarını ödədiyini bildirmişdir (i.v. 71); qətimkan tədbirinin seçilməsi haqqında 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 72-73); 05 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 76-78); sübutların qiymətləndirilməsi haqqında 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edlmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 80-83). Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o özünü təqsirli bilir, zərərçəkmiş şəxsə ziyanı ödəsə iş üzrə icrata xitam veriləcəyindən məlumatlıdır, lakin hal-hazırda zərərçəkmiş şəxslə barışmamışdır və ona dəymiş ziyanı ödəyə bilmir. Bundan əlavə o cinayət işinə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılaraq yekunlaşdırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı 01 ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Şahid, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən “Bakı” restoranının bar masasının qarşısında dayanmışlar, Şahid pulu sayaraq Zərərçəkmiş şəxs təqdim edir, həmin müddət ərzində Zərərçəkmiş şəxs və Rəvan Sadıxov arasında məzmunu aydın olmayan müəyyən danışıqlar gedir, sonra Zərərçəkmiş şəxs pulu sayaraq Təqsirləndirilən şəxs verir və sonuncu pulu sayaraq alır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 1 ədəd «DVD-R» formatlı disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Deputat küçəsi 25, ev 2 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - 01 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-433/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-433/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver