Məhkəmə qərarları › İş №1(011)-433/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-433/2023

18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-433/2023 18.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Cəlilabad rayonunun Sarxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Qarakazımlı ərazi dairəsi, Sarxanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən gizli olaraq yaşayış yerinə və saxlanc yerinə daxil olaraq özgənin əmlakını gizli olaraq talamış, həmçinin narkotik vasitəni qanunsuz olaraq əldə etməklə üzərində gəzdirmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədilə istintaqla şəxsiyyəti müəyyən edilməyən «Səbinə» adlı şəxslə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsində girərək 07 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 ünvanında evinin blokunda saxlanc yeri kimi istifadə etdiyi dolabın qapısının qıfılını sındıraraq qanunsuz daxil olub oradan 170 manat dəyərində bir ədəd «Bosch» markalı preforatoru, hər birinin dəyəri 3 manat 50 qəpik cəmi dəyəri 45 manat 50 qəpik olan 13 ədəd 0,5 litrlik şüşə qablarda qızılgül, armud, üzüm mürəbbələrini, hər birinin dəyəri 3 manat cəmi dəyəri 6 manat olan 2 ədəd 1 litrlik şüşə qablarda müxtəlif çeşidli kompotları, hər birinin dəyəri 4 manat cəmi dəyəri 40 manat, 10 ədəd 0,75 litrlik şüşə qablarda müxtəlif çeşidli cem və povidlaları, hər birinin dəyəri 50 manat cəmi 150 manat dəyərində 3 ədəd tilovları, 170 manat dəyərində «Hoqert» markalı plastik boru üçün qaynaq ütü dəstini, cəmi dəyəri 120 manat olan üç çamadanda müxtəlif çilingər alətlərini gizli olaraq talayıb zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 701 (yeddi yüz bir) manat 50 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, 09 dekabr 2021-ci il tarixdə istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 4 bükümdə ümumi təmiz çəkisi 1,970 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 09 dekabr 2021-ci il tarixdə saat 10:30-da Bakı şəhəri, Suraxanı rayonu, Bağlar yaşayış massivi, nömrəsiz ünvanın qarşısında saxlanılıb ünvan 2şən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd şəffaf selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,717 qram, 0,470 qram, 0,546 qram, 0,237 qram, ümumi təmiz çəkisi 1,970 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə enyi olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını talama məqsədilə 28 fevral 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində nömrəsiz ünvanda yerləşən «Şərab evi»nin alçıpandan olan arakəsməsini sındıraraq saxlanc yerinə qanunsuz daxil olub oradan hər birinin dəyəri 18 manat cəmi dəyəri 72 manat olan 4 ədəd 0,5 litr həcmli «Tichers» markalı viskini, hər birinin dəyəri 29 manat cəmi dəyəri 87 manat olan 3 ədəd 0,7 litr həcmli «Tichers» markalı viskini, hər birinin dəyəri 8 manat cəmi dəyəri 80 manat olan 10 ədəd 0,25 litr həcmli «Winchester» markalı viskini, hər birinin dəyəri 15 manat cəmi dəyəri 75 manat olan 5 ədəd 0,5 litr həcmli «Winchester» markalı viskini, hər birinin dəyəri 12 manat cəmi dəyəri 96 manat olan 8 ədəd 0,25 litr həcmli «Pioneer» markalı viskini, hər birinin dəyəri 20 manat cəmi dəyəri 180 manat olan 9 ədəd 0,5 litr həcmli «Pioneer» markalı viskini, hər birinin dəyəri 12 manat cəmi dəyəri 84 manat olan 7 ədəd 0,5 litr həcmli «Tundra» markalı arağı, hər birinin dəyəri 15 manat cəmi dəyəri 90 manat olan 6 ədəd 0,5 litr həcmli «Yakor ice» markalı arağı, hər birinin dəyəri 12 manat cəmi dəyəri 84 manat olan 7 ədəd 0,7 litr həcmli «Banket» markalı arağı, hər birinin dəyəri 10 manat cəmi dəyəri 80 manat olan 8 ədəd 0,5 litr həcmli «Xan» markalı arağı, hər birinin dəyəri 9 manat cəmi dəyəri 72 manat olan 8 ədəd 0,5 litr həcmli «Russkiy standart» markalı arağı gizli olaraq talamaqla zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 (min) manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,150 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, daşımaqla üzərində saxlamış və 07 oktyabr 2022-ci il tarixdə saat 16:30-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən «Hövsan market»in yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi, 5-də yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilib, orada videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,150 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,455 qram olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 yanvar 2023-cü il tarixdə, saat 16:30-da ünvan 4 ünvanın yaxınlığında saxlanılıb ünvan 5 36-cı PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə müdafiəçisinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,455 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə toplanmış istintaq sübutları; özünün qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış protokolları, şahid ifadələri, ifadələrin yerində yoxlama protokolları, ekspertiza rəyləri, disklərə baxış protokolları və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yalnız bir oğurluq əməlində özünü təqsirli bilir, yəni Zərərçəkmiş şəxs1 oğurluq etmişdir, lakin digər oğurluğu o etməmişdir. Həmçinin bildirmişdir ki, narkotik vasitədən istifadə etsə də, tutularkən üzərində narkotik olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayının 06-dan 07-nə keçən gecə təxminən saat 01 radələrində tanışı Səbinə adlı qadınla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində nömrəsi yadında qalmayan lakin sonradan yerini göstərdiyi binanın qarşısında olarkən həmin binanın blokuna (podyezdinə) daxil olub pilləkənlə yuxarı qalxdıqları zaman ikinci mərtəbədə qapısı olan əl damını (şkafı) görüb damın üstündə olan asma qıfılı dartıb sındırmış və qapısını açaraq içərsində müxtəlif mürəbbələr, kompotlar, povidlolar olan şüşə bankaları, içərsində müxtəlif çilingər açarldarı, alətləri olan üç ədəd çemodanı, plastik boruları birləşdirmək üçün ütünü, bir ədəd preforatoru, üç ədəd balıq tutmaq üçün tilovlarını görmüşlər. Ətrafda kiminsə olmadığından istifadə edərək, Səbinə ilə birlikdə əl damından həmin əşyaları götürüb özləri ilə aparmışlar. Oğurladıqları içərisində mürəbbə, komplot, povidlo olan bankaları Slavik adlı tanışına 50 manata satmışdır. Slavikə demişdi ki, bu bankaları anası bağlayıb və pula ehtiyacı olduğu üçün ona verib ki, satsın. Oğurluq barədə Slavikə heçnə deməmişdir. Qalan əşyaları tanımadığı şəxslərə satmışdır. Əldə etdikləri pullara ərzaq və tanımıdağı şəxsdən «kokos» və «patı» kimi tanıdığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alıb qəbul etmişlər. 5-6 ilə yaxındır ki, narkotik maddəni qəbul edir. 09 dekabr 2021-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 60 manata 04 ədəd bükümdə olan «Kakos» kimi tanıdığı narkotik maddə alıb üzərində saxlamışdır ki, bir yerdə qəbul etsin. Həmin gün saat 10:30-da Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda olarkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər, xidməti vəsiqələrini göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində narkotik maddə heroin olduğu üçün həyacanlamış, polis əməkdaşları həyacanlanmağını görüb onu polis şöbəsinə dəvət etmiş, Polis şöbəsində inzibati otaqların birində polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçiriləndən əvvəl ona təklif olunmuşdur ki, əşyalarında və ya bədənində hər hansı narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri könüllü olaraq təqdim etsin. Əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ şəffaf selofana bükülmüş 4 bükümü çıxardıb masanın üzərinə qoymuşdur, bükümlərdə qəhvəyi rəngli toz şəklində olan narkotik vasitə heroin aşkar edilmişdir. Baxış zamanı videoçəkiliş aparılmışdır. Narkotik maddə zərfə qoyularaq üzəri möhürlənmiş, narkotik vasitənin aşkar edilməsi barədə protokol tərtib edilmiş, özü də digər iştirakçılarla həmin protkolu imzalamışlar. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Bağlar massivi ünvanında yaşadığı evin yaxınlığında olduğu zaman yolun kənarında kafe olduğunu və onun yan tərəfində heç kimin içərisində olmadığı şərab evi olmasını görmüş və kafe ilə Şərab evinin arasında olan boşluqdakı qapını açıb alçipandan hazırlanmış divarı sındıraraq şərab evinə daxil olmuşdur. Oradan içəri keçib fərqli adlarda olan spirtli içkiləri, o cümlədən müxtəlif çeşidlərdə araq, viski və digər içkiləri götürüb yanacaq doldurma məntəqəsinin yanında olan heç kimin keçmədiyi tullantıları atmaq üçün istifadə olunan yerə qoymuşdur. Bundan sonra ətrafda bir neçə mağazalara araqları satmaq üçün danışmış və fərqli şəxslərə ümumilikdə 400 manata spirtli içkiləri sataraq öz şəxsi istifadəsi üçün xərcləmişdir. 06 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Xətai rayonu, Əhmədli qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata 01 ədəd bükümdə olan «Kakos» kimi tanıdığı narkotik maddə alıb üzərində saxlamışdır. 07 oktyabr 2022-ci il tarixdə saat 16:30-da Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi, «Hövsan» marketin yaxınlığında olarkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər, xidməti vəsiqələrini göstərib bildirmişlər ki, narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün üzərinə baxış keçirilməlidir və onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Ərizə ilə müraciət etmişdir ki, müdafiçi olmadan üzərində şəxsi axtarış və götürmə keçirilməsinə etiraz etmir. Şəxsi axtarış zamanı mobil telefonla videoçəkiliş aparılmışdır. Polis şöbəsində inzibati otaqların birində polis əməkdaşlarının iştirakı ilə üzərində baxış keçiriləndən əvvəl təklif olunmuşdur ki, əşyalarında və ya bədənimdə hər hansı narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etsin. Əynində olan göy rəngli cins şalvarın sol yan cibindən ağ rəngli selofana bükülmüş bir bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Narkotik vasitə zərfə qoyularaq üzəri möhürlənmiş, narkotik vasitənin aşkar edilməsi barədə protokol tərtib edilmiş, o da digər iştirakçılarla həmin protkolu imzalamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 7 ünvanında yaşayır. Yaşadığı bina 9 məptəbədən ibarətdir, yaşadığı mənzil binanın 3-cü blokunda 2-ci mərtəbədə yerləşir. Yaşadığı binanın 3-cü blokunda, 2-ci mərtəbədə əşyaları yığmaq üçün dolab düzəltmiş, dolabın qapısı kodla açılan asma qıfılla bağlanırmış. 7 dekabr 2021-ci il tarixdə saat 15-16 radələrində işdə olduğu zaman ona evdən zəng etmişlər ki, dolabın qapısı açıq vəziyyətdədir, dolabdakı əşyalar yoxa çıxmışlar. Həmin gün saat 18-da evə gəlib dolaba baxdıqda dolabdan ona məxsus 170 manat dəyərində bir ədəd «Bosch» markalı preforatorun, hər bankanın dəyəri 3 manat 50 qəpik olmaqla ümumi dəyəri 45 manat 50 qəpik 13 ədəd 0,5 litr tutumlu banka qızılgül, armud və üzüm mürəbbələrinin, hər bankanın dəyəri 3 manat olmaqla ümumi dəyəri 6 manat 2 ədəd 1 litr tutumlu banka müxtəlif çeşidli kompotların, hər bankanın dəyəri 4 manat olmaqla ümumi dəyəri 40 manat 10 ədəd 0,75 litr tutumlu banka müxtəlif çeşidli cem və povidloların, hər birinin dəyəri 50 manat olan cəmi 150 manat dəyərində 3 ədəd tilovların, 170 manat dəyərində «Hoqert» markalı plastik boru üçün qaynaq ütü dəstinin, ümumi dəyəri 120 manat olan 3 çemodana doldurulmuş müxtəlif çilingər alətlərinin yoxa çıxmasını aşkar etmişdir. Ümumilikdə bu oğurluq nəticəsində ona 701,5 manat məbləğində maddi ziyan vurulmuşdur. Ona dəymiş zərər ödənilməmişdir, amma təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında videokonfrans vasitəsilə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadsində göstərmişdir ki, 2022-ci ilin əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz ünvanda icarəyə bir yer götürüb oranı şərab evi kimi işlətməyə çalışmışdır. 28 fevral 2022-ci il tarixdə saat 16 radələrində həmin obyektə gəldikdə içəridə vitrin kimi yerin alçıpan hissəsinin qırıldığını, vitrinə qoyduğu spirtli içkilərin yerində olmadığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində oğurlanmış müxtəlif adlarda spirtli iksilərin ümumi dəyəri 1000 manat olmuşdur. Ona dəymiş zərər ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 ildən çoxdur ki, Hövsan qəsəbəsinlə, Dənizkənarı küçəsində yaşayr və həmin vaxtdan da hazırda «Slavik» adlanan kafedə işləyir. Təqsirləndirilən şəxs onun uşaqlığından tanıyır, qonşuluqda yaşayırmış. Atası Nəbini də tanıyırmış. Şəhruzu bir qonşu kimi tanımış, yaxın münasibətləri olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Şəhruz onun yanına gələrək bir neçə banka mürəbbələr gətirib almağa təklif etmişdir, anasının mürəbbə bişirib ona satmaq üçün onları verdiyini demişdir. Şəhruzdan soruşmuşdur ki, mürəbbələr birdən oğurluq olar. Lakin, Şəhruz demişdir ki, xeyr oğurluq deyil, anası bişirib. And içmişdir. Ona inanmış və 20 manat pul verib bankaları almışdır, təxminən 10 ədəd 0,5 litr həcmli bankalar idi. Ola bilsin 20 yox, 50 manat vermişdir, dəqiq yadında qalmamışdır. Təxminən 2 gün keçmiş, onu Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinə çağırmışlır və məlum olmuşdur ki, Şəhruz bu mürəbbələri oğurlamışdır. 30-cu PŞ-nə izahat verib çıxıb getmişdir. Şəhruz onun yanına gələndə tək olmuş, yanında başqa heç kim olmamışdır. Səbinə adlı qadını tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 07 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bu barədə PŞ-nin rəisinə məruzə etdikdən sonra ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra həmin gün saat 16:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən «Hövsan market» mağazasının yaxınlığında nömrəsiz ünvanın qarşısında xarici əlaməmətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin istifadəsində və üstündə saxlanılmasında şübhəli olmağını bildirib onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər, o da razılaşmış və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Bölmədə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və narkotik vasitəni üzərindən çıxararaq təqdim etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 24 yavnar 2023-cü il tarixdə saat 16:30 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 9 ünvanının qarşısı ilə piyada hərəkət etdiyini görüb əməliyyat qrupunun üzvü Şahid5lə birlikdə ona yaxınlaşaraq xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. O da adının Şəhruz soyadının isə Amanov olmasını bildirdikdə sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Bölmədə üzərində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, narkotik vasitəni çıxarıb təqdim etmişdir. İş üzrə digər şahidlər Şahid5, Şahid2, Şahid3 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidlərin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadələri elan olunmuşdur. Həmin ifadələrində Şahid5, iş üzrə digər Şahid4 ilə, Şahid2, Şahid3 isə Şahid6 ilə oxşar məzmunlu ifadələr verərək onların qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (cild1, i.v. 01); 24 yanvar 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli şəxs qismində 24 yanvar 2023-cü il tarixdə, saat 17:20-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən, azadlığının faktiki məhdudlaşdırıldığı saat 16:30-dan hesablanmışdır.(cild 1, i.v 21) şəxsi axtarış və götürmə aparılması haqqında 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili Şahid4, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili Şahid5, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsunq” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, sorğu zamanı bükümdə olan maddənin «patı», yəni psixotrop maddə metamfetamin olduğunu, onu özü istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən 10 manata alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etsə də hər hansı bir qanunla qadağan olunan maddə və ya əşya aşkar edilmir. Sonra həmin maddə zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. (i.v. 28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 yanvar 2023-cü il tarixli, 6/454 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №151” möhür əksi, “Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi-0,455 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısı»na (Siyahı İ) daxildir.(ekspertiza xərci 110 manat)(cild 1, i.v 37-39) 26 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(cild 1, i.v 49-50) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablanmışdır.(cild1, i.v 66- 69) Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09 iyun 2018-ci il təvəllüdlü X11 və 05 noyabr 2021-ci il təvəllüdlü X8 adlı övladları vardır. (cild 1, i.v 76-77) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə cinayət işi Suraxanı RPİ İŞnin icraatındadır (cild 1, i.v 77-78) 17 aprel 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinaət işləri bir icraatda birləşdirilməsi qərara alınmışdır (cild1, i.v92-93) 08 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır(cild1, i.v95) 07 oktyabr 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 07 oktyabr 2023-cü il tarixində saat 17:50-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən, saat 16:30-dan hesablanmışdır.(cild 1, i.v 114) şəxsi axtarış və götürmə aparılması haqqında 07 oktyabr 2022-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cı PB-nin əməliyyat müvəkkili Şahid6, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cı PB-nin əməliyyat müvəkkili Şahid2 Yaşar oğlu, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Xiaome” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, sorğu zamanı bükümdə olan maddənin «kakos» adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu, onu özü istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən 20 manata alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etsə də hər hansı bir qanunla qadağan olunan maddə və ya əşya aşkar edilməmişdir. Sonra həmin maddə zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, protokol axtarışda iştirak edən şəxslər, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır.(cild 1, i.v 124-125) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 oktyabr 2022-ci il tarixli, 6/5801 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №194” möhür əksi, “Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar olan bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi- 1,150 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir.(ekspertiza xərci 65 manat)(cild 1, i.v 134-138) 09 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona ittiham elan edilməsi qərara alınmışdır.(cild1, i.v 147-148) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır(cild 1, i.v 168-169) 09 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsinə “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v 170-171) 09 dekabr 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2021-ci il tarixində, saat 11:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş tutulmanın əvvəli, həmin tarixdən, saat 11:30-dan hesablanmışdır.(cild 1, i.v 206) şəxsi axtarış və götürmə aparılması haqqında 09 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cı PB-nin əməliyyat müvəkkili Şahid3, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cı PB-nin əməliyyat müvəkkili Şahid6, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 4 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, sorğu zamanı bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, onu özü istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən 60 manata alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etsə də hər hansı bir qanunla qadağan olunan maddə və ya əşya aşkar edilməmişdir. Sonra həmin maddə zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, protokol axtarışda iştirak edən şəxslər, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır.(cild 1, i.v 211-212) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 dekabr 2021-ci il tarixli, 6/5434 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün No 194" dairəvi möhür əksi olan, "Şübhəli şəxs Təqsirləndirilən şəxs..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,717 gram, 0,470 gram, 0,546 qram, 0.2374qram ümumi təmiz çəkisi 1,970 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir.(ekspertiza xərci 65 manat)(cild 1, i.v 218-222) 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır(cild1, i.v 231-232)(təqsirləndirilən şəxsin dindirilməsi saat 11:30-da başlamış və saat 12:25-də bitmişdir) 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v 245- 246) 10 mart 2022-ci il tarixli götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşlarına 1 ədəd 0,25 litr həcmli «Winchester» markalı viskini, 1 ədəd «Pioneer» markalı 0,5 litr həcmli visikini, 1 ədəd 0,5 litr həcmli «Tundra» markalı arağı, 1 ədəd 0,5 litr həcmli «Yakor ice» markalı arağı könüllü təqdim etmiş və həmin spirtli içkilər ondan götürülmüşdür.(cild 2, i.v 1) “Hadisə yerinə baxış keçirilməsi barədə ” 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Şərab evi” adlanan obyekt Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşir. Baxış zamanı tərtib edilmiş fotocədvəldən görünür ki, “Şərab Evi”nin arxa hissəsində alçıpan divar sındırılmışdır.(cild 2, i.v 9-11) 16 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(cild2, i.v 19) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 mart 2022-ci il tarixdən hesablanmışdır.(cild2, i.v 20-22) 06 aprel 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınmaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 2, i.v 26) Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 1 ədəd 0,25 litr həcmli «Winchester» markalı viski, 1 ədəd «Pioneer» markalı 0,5 litr həcmli visiki, 1 ədəd 0,5 litr həcmli «Tundra» markalı araqı, 1 ədəd 0,5 litr həcmli «Yakor ice» markalı araq Zərərçəkmiş şəxs2 tanınmağa təqdim edilmiş və Zərərçəkmiş şəxs2 həmin əşyaları tanıyaraq bildirmişdir ki, həmin spirtli içiklər onun işlətdiyi spirtli içkilərin satışı mağazasından 28 fevral 2022-ci il tarixdə oğurlanmışdır.(cild 2, i.v 34) Zərərçəkmiş şəxs1 tərəfindən 30-cu PŞ-nə ünvanlanmış ərizədən görünür ki, ünvan 10 9 mərtəbəli binanın blokunda ona məxsus əşyaları oğurlayan şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.(cild 2, i.v 46) “Hadisə yerinə baxış keçirilməsi barədə” 07 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus dolab ünvan 10 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Həmin dolabın dəmirdən olan 4 rəqəmli kilidi sındırılmışdır. Bu barədə müvafiq protokol tərtib edilmiş, fotocədvəl texniki səbəblərdən tərtib edilməmişdir. (cild 2, i.v 50) 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild2, i.v 58) 13 aprel 2022-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanda ifadəsində bildirdiklərini bir daha təsdiq etmişdir.(cild2, i.v 74) 13 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir.(cild2, i.v 76-77) 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bitdiyindən onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 13 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində İş üzrə götürülmüş 01 ədəd 0,25 litr həcmli «Winchester» markalı viski, 01 ədəd 0,5 litr həcmli «Pioneer» markalı visiki, 01 ədəd 0,5 litr həcmli «Tundra» markalı araq, 01 ədəd 0,5 litr həcmli «Yakor ice» markalı araq Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Bu barədə qəbz alınıb cinayət işinə əlavə edilmişdir. Həmin əşyalar iş üzrə maddi sübut kimi tanınmışdır.(cild 2, i.v 122) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüqui şəxsin xx.xx.2023-cü il tarixli 647 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 2, i.v 155-156) 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən “Səbinə” adlı şəxsiyyəti istintaq tərəfindən müəyyən edilməyən şəxs barəsində və digər xüsusatlar üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilməsi qərara alınmışdır.(cild 2, i.v 168-169) 07 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan yeni məzmunda ittiham elan edilsin, barəsində seçilmiş “Həbs” qətimkan tədbiri nəzərə alınması, 23 avqust 2021-ci il tarixdə vətəndaş X9 evindən, 05 sentyabr 2021-ci il tarixdə vətəndaş X1, 28 dekabr 2021-ci il tarixdə vətəndaş X4 evindən, 20 yanvar 2022-ci il tarixdə vətəndaş X5 evindən, 30 yanvar 2022-ci il tarixdə vətəndaş X2 evindən, 23 fevral 2022-ci il tarixdə vətəndaş X7 evindən oğurluq hadisələri barədə olan cinayət işləri və materiallar ********* nömrəsi altında olaraq, o cümlədən həmin ayırılmış cinayət işində vətəndaş X9 evindən və vətəndaş X1 oğurluq faktları ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi, vətəndaş vətəndaş X7 evindən oğurluq faktı ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi, X4 evindən, X5 evindən və vətəndaş X2 evindən oğurluq hadisələri ilə əlaqədar toplanmış materiallar hızarıki cinayət işindən ayırılması və əlavə istintaq aparılması üçün Suraxanı RPİ-nin İstintaq şöbəsinə göndərilməsi barədə qərar qəbul olunması, Təqsirləndirilən şəxs elan olunacaq yeni məzmunlu ittihamda Zərərçəkmiş şəxs2 işlətdiyi spirtli içkilər mağazasından oğurluq epizodu üzrə oğurlanmış əşyaların dəyəri zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində qeyd olunduğu kimi göstərilməsi, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, habelə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid6, Şahid3, Şahid2, Şahid4, Şahid5, Şahid1 ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli protokollar və fotocədvəl, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş əşyaların təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli protokol, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli protokollar və fotocədvəl, məhkəmə-kimyavi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 09 dekabr 2021-ci il tarixli 6/5434 saylı, 08 oktyabr 2022-ci il tarixli 6/5801 saylı, 25 yanvar 2023-cü il tarixli 6/454 saylı rəyləri, məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-in verdiyi 14 fevral 2023-cü il tarixli 831 saylı rəyi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 09 dekabr 2021, 07 oktyabr 2022 və 24 yanvar 2023-cü il tarixli protokollar, həmin axtarışları əks etdirən 3 ədəd “DVD-R” disklər və həmin disklərə baxış keçirilməsi barədə 29 mart 2022-cü il, 11 oktyabr 2022-ci il və 26 yanvar 2023-cü il tarixli protokollar, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 1,970 qram və 1,150 qram narkotik vasitə heroin, 0,455 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edildikdən sonrakı qalıq çəkisi olan müvafiq olaraq 1,850 qram və 1, 100 qram narkotik vasitə heroin, 0,405 qram psixotrop maddə metamfetamin iş üzrə sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilməsi, Şahid1 barəsində cinayət işi başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş 1,970 qram və 1,150 qram narkotik vasitə heroin, 0,455 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edildikdən sonrakı qalıq çəkisi olan müvafiq olaraq 1,850 qram və 1, 100 qram narkotik vasitə heroin, 0,405 qram psixotrop maddə metamfetamin, üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 3 ədəd “DVD-R” disklər, 01 ədəd 0,25 litr həcmli «Winchester» markalı viski, 01 ədəd 0,5 litr həcmli «Pioneer» markalı visiki, 01 ədəd 0,5 litr həcmli «Tundra» markalı araq, 01 ədəd 0,5 litr həcmli «Yakor ice» markalı araq maddi sübut kimi tanınsın, 1,850 qram və 1, 100 qram narkotik vasitə heroin, 0,405 qram psixotrop maddə metamfetamin Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilsin, 3 ədəd “DVD-R” disk cinayət işinin materiallarına əlavə edilsin, 01 ədəd 0,25 litr həcmli «Winchester» markalı viski, 01 ədəd 0,5 litr həcmli «Pioneer» markalı visiki, 01 ədəd 0,5 litr həcmli «Tundra» markalı araq, 01 ədəd 0,5 litr həcmli «Yakor ice» markalı arağın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınması, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbələrin müəyyən edilməsi üçün cinayət işinin materiallarından naməlum mənbələr barədə materiallar ayrılaraq Xətai və Suraxanı RPİ-nə göndərilməsi qərara alınmışdır. (cild 2, i.v 183-198) Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərindən çıxarması və ibtidai isintaq zamanı vermiş olduğu ifadələrində göstərmiş olduğu xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi,ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsinə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmaması, həmçinin Zərərçəkmiş şəxs2 oğurluq etməməsi ilə bağlı vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən azad olmaq cəhdi kimi qiymətləndirilməlidir. Belə ki, cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs öz etirafedici ifadələrini müdafiəçisinin iştirakı ilə vermiş və imzası ilə təsdiq etmişdir. Həmçinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs vəsatətdə göstərilən xüsusatları təsdiq etdiyini və törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina ediləcəyi təqdirdə ibtidai araşdırma orqanın bütün çağırışlarına gələcəyini bildirmişdir.(həmin vəsatətdə Zərərçəkmiş şəxs2 oğurluq edilməsi ilə bağlı epizod öz əksini tapmışdır) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin ona elan edilmiş müvafiq maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2(təkrarən törədildikdə) və 177.2.3(yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsaəsn cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyşalı uşağının olması (CM59.1.4), vurulmuş ziyanın qismən ödənilməsini (CM59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs təkrarən narkotik vasitəni qanunsuz olaraq üzərində saxlaması və gəzdirməsi onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməlidir. İş üzrə Zərərçəkmiş şəxs2 vurulmuş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların və ağırllaşdıran halların olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulduğu 04 gün müddət və həbsdə olduğu 03 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalı və həmin məcəllənin 66.2-ci maddəsinə əsasən ona qəti cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut olan “03 ədəd “DVD-R” disklər cinayət işi materiallarında saxlanılmalı, maddi sübut kimi tanınmış 01 ədəd 0,25 litr həcmli «Winchester» markalı viski, 01 ədəd 0,5 litr həcmli «Pioneer» markalı visiki, 01 ədəd 0,5 litr həcmli «Tundra» markalı araq, 01 ədəd 0,5 litr həcmli «Yakor ice» markalı araq zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı və onun istifadəsində saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan 1,850 qram və 1,100 qram narkotik vasitə heroin, 0,405 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu olduğu 04 gün müddət və həbsdə olduğu 03 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay (26) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış 03 ədəd “DVD-R” disklər cinayət işi materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış 01 ədəd 0,25 litr həcmli «Winchester» markalı viski, 01 ədəd 0,5 litr həcmli «Pioneer» markalı visiki, 01 ədəd 0,5 litr həcmli «Tundra» markalı araq, 01 ədəd 0,5 litr həcmli «Yakor ice» markalı araq zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın və onun istifadəsində saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,850 qram və 1,100 qram narkotik vasitə heroin, 0,405 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 240 (iki yüz 40) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar